Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-212/2021 17.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 MTK-nın Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Namiq Şamil oğlu Cəfərovdan və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili İddiaçı2, iddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı1 MTK-nın cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1419/2019 saylı xx xxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.2013-cü il tarixdə vergi orqanlarında qeydiyyatdan keçmiş və bina tikintisi fəaliyyəti ilə məşğul olmuşdur. “Vergilərin hesablanması barədə” xx.xx.2016-cı il tarixli **********398100 saylı qərarla iddiaçıya bəyannamə təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 2016-cı ilin İ rübü dövrünə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinə hesablanmış vergi 1.329.614,33 manat, bildirişin hazırlandığı tarixə vergi öhdəliyi 892.072,79 manat müəyyən edilmişdir. “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********786500 nömrəli uyğunsuzluq məktubunda qeyd edilmişdir ki, iddiaçı tərəfindən Xırdalan şəhəri, H.Əliyev prospektində ümumi sahəsi 13301.20 kv.m. olan binanın 2016-cı ilin İ rübündə təməlqoyma işlərinə başlanılmasına baxmayaraq Vergi Məcəlləsinin 218-ci maddəsinə əsasən həmin hesabat dövrü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilmiş, 2016-cı ilin 1-ci rübü üçün cari bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsinin, həmçinin, yaşayış binası üçün ayrılan torpaq sahəsində tikinti işlərinin aparılması barədə icazə sənədinin, yaşayış binasının layihə üzrə ümumi sahəsini təsdiq edən sənədlərin surətlərini, təməlqoymanın vaxtını və tikintinin sahəsini özündə əks etdirən sənədlərin təsdiq olunmuş surətlərini və digər zəruri sənədlərin vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Cavabdeh tərəfindən 2016-cı ilin 1-ci rübü üçün bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi üzrə 2 256 756,88 manat əlavə vergi məbləği hesablanmış və hesablama ilə bağlı xx.xx.2019-cu il tarixli **********232600 nömrəli “Vergilərin hesablanması barədə” qərar qəbul edilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il tarixli **********232600 saylı vergilərin hesablanması barədə qərarın ləğv edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdı ki, xx.xx.2015-ci ildə özül tavası, yəni təməli qoyulmuş binanın vergi öhdəliyi xx.xx.2016-cı ildən qüvvəyə minmiş qanuna əsasən yarana bilməz. Vergi Məcəlləsində belə bir hal nəzərdə tutulmamışdır. MTK 2015-ci ildə mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsini təqdim etməli olub. Lakin, xx.xx.2016-cı ildən mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilməsi maddəsi ləğv edilmişdir. xx.xx.2016-cı il tarixinədək MTK Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsini binanın özül tavası, yəni təməli qoyulan zaman vergi bəyannaməsini təqdim etməli olub. 2015-ci ildə qüvvədə olan Vergi Məcəlləsinin müvafiq maddələrinə əsasən mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sadələşdirilmiş vergi 219.3-cü maddədə müəyyən edilən vergi tutma obyektinin hər kv. m. üçün 10 manat məbləğinə ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdiyi əmsallar tətbiq edilməklə hesablanırdı. Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər hər bir tikinti sahəsi üçün sadələşdirilmiş vergini bu Məcəllənin 220.8-ci maddəsində nəzərdə tutulmuş qaydada tikintinin təməl işlərinin başlandığı rübdə hesablayıb, həmin rübdən sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə vergi orqanına bəyannamə təqdim edirdilər. Bundan başqa Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56-cı maddəsinə əsasən Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə məsuliyyətə cəlbetmənin və maliyyə sanksiyalarının alınmasının müddəti bu Məcəllənin 56.1-ci maddəsinə əsasən aşağıdakı kimi göstərilmişdir: Vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Məcəllənin 83.3-cü maddəsinə əsasən vergi orqanının səyyar və kameral vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövri qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır. Məcəllənin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövri qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövri qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Məcəllənin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasım, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, Azərbaycan Respublikası VN yanında Bakı Lokal Gəlirlər Departamentinin xx.xx.2019-cu il tarixli, **********600700 saylı etiraz ərizəsində qeyd olunmuşdur ki, iddiaçı binanın təməlinin qoyulduğu 2015-ci ildə qüvvədə olmuş Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8-ci maddəsinə istinad etmişdir. Lakin İddiaçı1 MTK tikintisinə 2015-ci ilin 2-ci rübündə başlamış binaya görə xx.xx.2015-ci il tarixdə mənzil tikintisi üzrə sadələşdirilmiş vergi hesabatı təqdim etmiş, daha sonra xx.xx.2015-ci il tarixdə dəqiqləşdirilmiş mənzil tikintisi üzrə sadələşdirilmiş və xx.xx.2015-ci il tarixdə 2014-cü ilin noyabr ayı üzrə dəqiqləşdirilmiş ƏDV vergi hesabatı təqdim edərək şəxsi hesab vərəqəsində azalma aparmışdır. Halbuki, bina tikintisinə görə 2015-ci ildə qüvvədə olmuş Vergi Məcəlləsinin 221.5-ci maddəsinə əsasən vergi ödəyicisi tikinti sahəsi üçün sadələşdirilmiş vergini tikintinin təməl işlərinin başladığı rübdə hesablamalı, həmin rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə təqdim edilməli və bərabər hissələrlə 12,5 faiz həcmində hər rübün sonrakı ayın 20-dən gec olmayaraq öhdəlik tam yerinə yetirilənədək dövlət büdcəsinə ödəməliydi. Digər tərəfdən Azərbaycan Respublikası Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1384-İVQD saylı Qanunun 2-ci maddəsinə əsasən tikinti fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən Qanun qüvvəyə minənədək ödənilmiş ƏDV-nin və sadələşdirilmiş verginin nəzərə alınması üçün zəruri şərtlərin və tələbləri müəyyən edilmişdir. Həmin qanun vergi öhədliyinin yaranması, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar müəyyən edən Vergi Məcəlləsinə dəyişikliyi nəzərdə tutduğundan Məcəllənin tərkib hissəsidir. Qeyd olunan qanunun 2-ci maddəsinə əsasən “bu Qanun qüvvəyə minənədək tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış şəxs öz seçiminə uyğun vergiləri bu Qanun qüvvəyə minənədək mövcud olan qaydada da ödəyə bilər. Tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış şəxs bu Qanun qüvvəyə mindikdən sonrakı 30 gün müddətində müvafiq icra hakimiyyəti orqanına öz seçimi barədə yazılı formada məlumatı təqdim etməlidir. Lakin, iddiaçı 2016-cı ilin yanvarından sonrakı 30 gün müddətində vergi orqanına öz seçimi barədə yazılı formada məlumatın təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilmiş və bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi yeni qaydada hesablanmışdır. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanının Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. Həmçinin, Vergi Məcəlləsinin 37.3-ci maddəsinə əsasən kameral yoxlaması aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Lakin, iddiaçı tərəfindən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilmədiyindən, Departament tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən vergi hesablaması anoloji qaydada aparılmışdır. Vergi Məcəllənin 67.1-ci maddəsində qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 37.4-cu və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binasi (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadiqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergi tutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan, o cümlədən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Mənbəyi bəlli olan məlumatlara əsasən Xırdalan şəhəri, Heydər Əliyev prospekti ünvanında binanın tikintisi üçün ayrılmış torpaq sahəsində ümumi sahəsi 13301,2 kv.m. olan binanın, bina tikintisi fəaliyyəti ilə bağlı metodun seçimi ilə bağlı müraciətin edilməməsi nəzərə alınmaqla 2016-cı ilin 1-ci rübü üzrə Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlar nəzərə alınmaqla vergi ödəyicisinə Vergi Məcəlləsinin 220.8.2-ci maddəsinə və müəssisə tərəfindən təqdim edilmiş 2015-ci il 2-ci rübü “mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilməli olan sadələşdirilmiş vergi” bəyannamələrini nəzərə almaqla yoxlama zamanı 2016-cı ilin 1-ci rübü üçün 2256756,88 manat mənzil tikintisi fəaliyyəti üzrə sadələşdirilmiş vergi hesablanmışdır. Kənarlaşma barədə, “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********786500 nömrəli uyğunsuzluq məktubu göndərilmiş və 2016-cı ilin 1-ci rübü üçün cari bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsinin (həmçinin, yaşayış binası üçün ayrılan torpaq sahəsində tikinti işlərinin aparılması barədə icazə sənədinin, yaşayış binasının layihiyə üzrə ümumi sahəsini təsdiq edən sənədlərin surətlərini, təməlqoymanın vaxtını və tikintinin sahəsini özündə əks etdirən sənədlərin təsdiq olunmuş surətlərini və digər zəruri sənədlərin) vergi orqanına təqdim edilməsi bildirilmişdir. Göründüyü kimi, qanunverici tikinti şirkətlərinə vergi ödəmə metodu kimi ya sadələşdirilmiş vergini, ya da digər vergi ödəmə metodunu seçmə imkanı yaradılmışdır. Sadələşdirilmiş vergini seçən və yazılı formada məlumatı təqdim etməyən sadələşdirilmiş tikinti ilə məşğul olan hüquqi və fiziki şəxslərə tikəcəkləri binanın yaşayış sahəsinin hər kvadratmetrini əvvəlcə 45 manata, daha sonra Bakı şəhəri və onun qəsəbə və kəndləri və Respublikanın digər şəhər və rayonları üçün müəyyənləşdirilmiş əmsallardan uyğun gələninə vurularaq yaşayış sahəsi üçün sadələşdirilmiş vergi hesablanır. Qeyri-yaşayış sahəsi üzrə vergi qeyri-yaşayış sahəsi əvvəlcə 45-ə, daha sonra zonalardan asılı olmayaraq 1.5 əmsalına vurulması ilə hesablanılır. Odur ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi (həmçinin, zəruri sənədlər) vergi orqanına təqdim edilmədiyindən xx.xx.2019cu il tarixdə 2016-cı ilin 1-ci rübü üçün bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi üzrə (yaşayış sahəsi 29308,03x45*1,5=1978292,02 manat, qeyri yaşayış sahəsi 2750,27x45*1,5x1,5=278464,84 manat) 2256756,88 manat əlavə vergi məbləği hesablanmış və hesablama ilə bağlı xx.xx.2019-cu il tarixli **********232600 nömrəli "Vergilərin hesablanması barədə" Qərar göndərilmişdir. Vergi Məcəlləsini 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Qeyd edilənlərdən də göründüyü kimi, xx.xx.2015-ci il tarixli qanunla Vergi Məcəlləsinə dəyişiklik edilmiş, dəyişikliyin qüvvəyə minməsi ilə əlaqədar müvəqqəti tənzimlənməyə zərurət yarandığından qanunverici həmin qanunda keçid müddəa nəzərdə tutmuş və qeyd olunan məsələni tənzimləmişdir. Əlavə olaraq, Vergilər Nazirliyi yanında Vergi Cinayətləri İbtidai Araşdırılması Departamentində İddiaçı1 MTK qarşı Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə görə vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1419/2019 saylı xx xxxxx 20019-cu il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı1 MTK tikintisinə 2015-ci ilin 2ci rübündə başlamış binaya görə xx.xx.2015-ci il tarixdə “mənzil tikintisi üzrə sadələşdirilmiş vergi” hesabatı təqdim etmiş, daha sonra xx.xx.2015-ci il tarixdə dəqiqləşdirilmiş “mənzil tikintisi üzrə sadələşdirilmiş” və xx.xx.2015-ci il tarixdə 2014-cü ilin noyabr ayı üzrə dəqiqləşdirilmiş ƏDV vergi hesabatı təqdim edərək şəxsi hesab vərəqəsində azalma aparmışdır. İddiaçı1 MMC binanın tikintisinə 2015-cü ilin 2-cü rübündə başlamış, lakin bina tikintisinə görə 2015-ci ildə qüvvədə olmuş Vergi Məcəlləsinin 221.5-ci maddəsinə əsasən vergi ödəyicisi tikinti sahəsi üçün sadələşdirilmiş vergini tikintinin təməl işlərinin başladığı rübdə hesablamalı, həmin rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə təqdim edilməli və bərabər hissələrlə 12,5 faiz həcmində hər rübün sonrakı ayın 20-dən gec olmayaraq öhdəlik tam yerinə yetirilənədək dövlət büdcəsinə ödəməli olduğu halda, sadalanan öhdəliklərini icra etməmişdir. 2015-ci ildə tikinti şirkətlərinə vergi ödəmə metodu kimi ya sadələşdirilmiş vergini, ya da digər vergi ödəmə metodunu seçmə imkanı yaradılmışdır. 2016-cı ilin yanvarın 1-dək təməlqoyma işlərinə başlamış şəxslər tərəfindən həmin tarixədək qüvvədə olan Vergi Məcəlləsinə əsasən mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ƏDV-nin məqsədləri üçün vergi tutulan minimum dövriyyə Vergi Məcəlləsində müəyyən edilmiş vergitutma obyektinin hər kvadrat metri üçün 225 manat məbləğinə ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə Nazirlər Kabinetinin müəyyən etdiyi əmsallar tətbiq edilməklə, ƏDV və Vergi Məcəlləsinə əsasən mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sadələşdirilmiş vergi Vergi Məcəlləsində müəyyən edilmiş vergitutma obyektinin hər kvadrat metri üçün 10 manat məbləğinə ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə Nazirlər Kabinetinin müəyyən etdiyi əmsallar tətbiq edilməklə bağlı metoddur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər Vergi Məcəlləsinə əsasən sadələşdirilmiş vergini Vergi Məcəlləsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün 45 manata Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş şəhər və rayonlarının ərazilərinin zonalar üzrə əmsalları tətbiq edilməklə, qeyri-yaşayış sahələri üzrə isə hesablanmış məbləğə əlavə 1,5 əmsal tətbiq edilməklə tətbiq edilən metoddur. İddiaçıya xx.xx.2016-ci il tarixli **********009600 nömrəli “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin seçdiyi vergitutma metodu barədə” bildiriş göndərilərək “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1384-İVQD nömrəli Qanunu ilə Vergi Məcəlləsində edilmiş və x xxxxxx 2016-cı il tarixdən qüvvəyə minən dəyişikliyə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnun verildiyi və bu hüquqdan istifadə edilməsi üçün vergilər nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin seçdiyi vergitutma metodu barədə” məlumat forması ilə vergi orqanına müraciət etməli olduğu bildirilmişdir. Lakin, iddiaçı “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsinin təqdim etmədiyi müəyyən edilmişdir. İddiaçı tərəfindən bildirişdə tələb edilən bəyannamənin təqdim edilməməsi vergi orqanı tərəfindən vergidən yayınma halı kimi qiymətləndirilərək vergi ödəyicisinə xx.xx.2019-cu il tarixli **********824000 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilərək, tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış şəxslərin Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1384-İVQD nömrəli Qanununun 2-ci maddəsinə əsasən xx.xx.2016-ci il tarixədək tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış şəxsin vergiləri bu Qanunla müəyyən edilmiş qaydada ödəməli və bu Qanun qüvvəyə mindikdən sonrakı 30 gün müddətində müvafiq icra hakimiyyəti orqanına öz seçimi barədə yazılı formada məlumat təqdim etməli olduğu halda, müvafiq məlumat forması üzrə xx.xx.2016-cı il tarixədək müraciət edilmədiyi üçün vergilərin mövcud qanunvericiliyin müddəalarına əsasən vergi orqanı tərəfindən (yeni qaydada) hesablanacağı bildirilmişdir. Məhkəmə iddianı təmin edərkən belə hesab etmişdir ki, xx.xx.2015-ci il tarixdə təməli qoyulmuş və xx.xx.2015-ci il tarixdə mənzil tikintisi üzrə sadələşdirilmiş vergi hesabatı təqdim etmiş iddiaçıya 2016-cı ilin 1-ci rübü dövrünə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisini hesablamaqla cababdeh Vergi Məcəlləsinin 37.2-ci və 85.4-cü maddəsinin tələblərini pozmuşdur. Məhkəmənin bu mövqeyi əsaslı hesab edilə bilməz. Belə ki, Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərin (xərclərin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi odayicisinin vəzifəsidir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Odur ki, vergi ödəyicisi tərəfindən bəyannamə təqdim edilmədən kameral vergi yoxlaması aparılması mümkün deyildir. İddiaçı tərəfindən “bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi” təqdim edilmədiyindən, Departament tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən vergi hesablaması anoloji qaydada aparılmışdır. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamlər əsasında keçirilir. Lakin, iddiaçı tərəfindən vergi orqanına 2016-cı ilin 1-ci rüb dövrünə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyanaməsi təqdim edilməmişdir. İddiaçı 2015-ci ilin 2-ci rübündə təməli qoyulmuş binaya görə “mənzil tikintisi üzrə sadələşdirilmiş vergi bəyannaməsi”ni təqdim etmiş və daha sonra dəqiqləşdirilmiş bəyannamə təqdim edərək vergiləri tam azaltmışdır. Lakin, vergi orqanı tərəfindən kameral vergi yoxlaması “mənzil tikintisi üzrə sadələşdirilmiş vergi bəyannaməsinin deyil, “bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilməməsinə görə (anoloji qaydada) aparılmışdır. Bakı şəhəri Abşeron rayonu Xirdalan şəhəri Bakı-Quba avtomagistralının 14-cü km-nin qərb hissəsində mənzil tikintisi üçün ayrılmış torpaq sahəsində 5 ədəd 5 bloklu 10 mərtəbəli binanın ümumi sahəsi 18757,10 kv.m o cümlədən 1881,78 kv.m qeyri yaşayış sahəsinə görə kameral yoxlama aparılmış və 'Vergilərin hesablanması barədə” xx.xx.2016-cı il tarixli **********398100 saylı qərarla "İddiaçı1" MTKnə bəyannamə təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 2016-cı ilin 1-ci rübü dövrünə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün 1329614,33 manat məbləğində sadələşdirilmiş vergi hesablanmışdır. Lakin, məhkəmə iddiaçı tərəfindən 2015-ci ilin 2-ci rübündə təməli atılmış binaya görə hesablanmış 927142,55 manat əlavə vergi məbləği olduğunu və 2016-cı ilin 1-ci rübü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə hesablanmış 1329614,33 manat vergi məbləğini başqa bir binaya görə hesablandığını nəzərə almamış, bununla da qüvvədə olan və mübahisələndirilməyən xx.xx.2016-cı il tarixli **********398100 saylı qərar ilə hesablanan vergi məbləğini ləğv etmişdir. Bütün bunlarla bərabər, məhkəmə 2016-cı ilin 1-ci rübü üzrə kameral vergi hesablandığı zaman 2015-ci ilin 2-ci rübü üzrə iddiaçı tərəfindən təqdim edilmiş “mənzil tikintisi üzrə sadələşdirilmiş vergi” bəyannaməsində tikilən binanın sahə göstəricilərinə əsasən hesablandığı nəzərə alınmamışdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 22584 saylı rəydə iddiaçı tərəfindən 2016-cı ilin 1-ci rübü dövrünə bina tikintisi fəaliyyətinə görə 18757,10 kv.m sahəyə görə vergidən yayındığı öz təsdiqini tapmışdır. Həmçinin Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən vergilər və diğər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə xx.xx.2019-cu il tarixli **********183512 saylı qərarla (yoxlama ilə əhatə olunan dövr Aprel 2015-Mart 2019) vergi ödəyicisində növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Azərbaycan Respublikası Vergilər Məcəlləsinə dəyişiklik edilməsi haqqında 1384-İVQD saylı xx.xx.20015-ci il tarixli Qanunun 2-ci maddəsinə əsasən “bu Qanun qüvvəyə minənədək tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış şəxs öz seçiminə uyğun vergiləri bu Qanun qüvvəyə minənədək mövcud olan qaydada da ödəyə bilər. Tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış şəxs bu Qanun qüvvəyə mindikdən sonrakı 30 gün müddətində müvafiq icra hakimiyyəti orqanına öz seçimi barədə yazılı formada məlumatı təqdim etməlidir. Bu maddə ilə müəyyən edilmiş müddətdə yazılı formada məlumatı təqdim etməyən şəxsə sadələşdiirlmiş vergi bu Qanunla müəyyən edilmiş qaydada hesablanır. Lakin hazırki halda qeyd olunan normanın tələblərinə və vergi orqanı tərəfindən öz seçimi barədə məlumatın verilməsi ilə bağlı xəbərdarlıq bildirişinin göndərilməsinə baxmayaraq iddiaçı tərəfindən sadələşdirilmiş verginin hesablanması metodu ilə bağlı öz seçimi barədə yazılı məlumat vergi orqanına təqdim edilməmiş və bu hal da vergi orqanına yeni qanunla sadələşdirilmiş verginin hesablanması üçün hüquqi əsaslar yaratmışdır. Vergi orqanı tərəfindən iddiaçıya qanunla müəyyən edilmiş müddət ərzində öz seçimi barədə yazılı məlumat təqdim edilmədiyi üçün əvvəlki qaydada hesablanmış vergilər azaldılaraq (sıfırlanaraq) yeni qanunla nəzərdə tutulmuş qaydada sadələşdirilmiş verginin hesablanması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Məhkəmə iş üzrə faktiki halların tam hərtərəfli və obyektiv araşdırılmasını aparmadığı üçün vergi orqanının kameral vergi yoxlamasının məhz iddiaçının 2015-ci ildən təqdim etdiyi MTFSV bəyannamələri üzrə həyata keçirməsi barədə səhv nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən düzgün araşdırılma aparılsa idi, vergi orqanı tərəfindən iddiaçıya kameral vergi yoxlaması ilə hesablamanın köhnə qayda əsasında mənzil tikintisi ilə deyil, xx.xx.2016-cı il tarixdən qüvvəyə minən yeni qanunla nəzərdə tutulmuş BTFSV üzrə aparmış və iddiaçıya yeni qanunla müəyyən edilmiş qayda ilə BTFSV üzrə bəyannamə təqdim etmədiyi üçün qanunvericilikdə nəzədə tutulmuş 30 iş günü müddətin axımı başlamamış, eyni zamanda hesablamanın aparıldığı 2016-cı ilin İ rübü üzrə hesabat dövründən 3 illik müddətin keçməsi halı baş verməmişdir. Apellyasiya və kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-45/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməsi, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-1419/2019 saylı xx xxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1120/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-45/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi və kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili İddiaçı2, iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddianın predmeti olan xx.xx.2019-cu il tarixli qərarla iddiaçıya Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanındakı bina tikintisi ilə bağlı təməlqoymaya görə hesablanmış 2.256.756,88 manat vergi məbləğinin tərkibinə həm də vergi orqanının qəbul etdiyi xx.xx.2016-cı il tarixli “vergilərin hesablanması barədə” qərarla hesablanmış 1.329.614.33 manat vergi məbləği də daxil edilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsində tərəflərin nümayəndələrinin iştirakı ilə aparılan məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, vergi orqanının “vergilərin hesablanması barədə” xx.xx.2016-cı il tarixli qərarı ilə iddiaçıya Bakı-Quba avtomagistralının 14-cü km-nin qərb tərəfində inşa edilən binanın təməlqoyma işlərinə görə 2016-cı ilin İ rübü üzrə 1.329.614,33 manat vergi hesablanmış, bu məbləğ sonradan digər, yəni Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanındakı binanın tikintisi ilə bağlı 2016-cı ilin İ rübü üzrə hesablanmış 927.142,44 manat vergi məbləğinə əlavə edilmiş və ümumilikdə iddiaçıya 2.256.756,88 manat BTFSV məbləği hesablanmışdır. Belə olan halda məhkəmə kollegiyası iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli “vergilərin hesablanması barədə” qərarla hesablanmış 2.256.756,88 manat vergi məbləğinin tərkibinə daxil olan xx.xx.2016-cı il tarixli qərarla hesablanmış 1.329.614,33 manat vergi məbləğinin mübahisələndirilməsi üçün iddia müddətinin ötürülüb-ötürülmədiyi məsələsinə hüquqi qiymət verərək hesab edir ki, həmin iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir. Belə ki, adı çəkilən “vergilərin hesablanması barədə” xx.xx.2016-cı il tarixli qərarla iddiaçıya 2016-cı ilin İ rübü üzrə müvafiq ünvandakı bina tikintisi ilə bağlı 1.329.614,33 manat vergi məbləği hesablanıb tələb olunsa da və həmin hesablanmış vergi məbləği xx.xx.2019-cu il tarixədək vergi ödəyicisi tərəfindən mübahisələndirilməsə də, sonradan vergi orqanı digər ünvandakı binanın tikintisi ilə bağlı 927.142,44 manat vergi məbləğini hesablayaraq, ümumilikdə 2.256.756,88 manat (1.329.614,33 m. + 927.142,44 m. = 2.256.756,88 m) vergilərin hesablanması barədə xx.xx.2019-cu il tarixli qərar qəbul etmiş və həmin qərardan onun təqdim olunduğu vaxtdan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən 30 gün müddətinə məhkəməyə şikayət vermək hüququnu izah etmişdir. Bununla da məhkəmə kollegiyası hesab edir ki, vergi orqanı iddiaçıya xx.xx.2016-cı il tarixli qərarla 2016-cı ilin İ rübü üzrə hesabladığı 1.329.614,33 manat vergi məbləğini xx.xx.2019-cu il tarixli qərarla hesablanmış 2.256.756,88 manat vergi məbləğinin tərkibinə daxil etməklə və sonda bu qərardan ümumi qaydada, 30 gün müddətində məhkəməyə şikayət vermək hüququnun olduğunu izah etdiyi üçün iddiaçı da həmin hüququndan istifadə etməklə xx.xx.2019-cu il tarixli qərarı xx.xx.2019-cu il tarixdə məhkəmədə iddia qaldırmaqla mübahisələndirməkdə haqlı olmuşdur və bu zaman da onun tərəfindən iddia müddəti ötürülməmişdir. Buna görə də Kollegiya hesab edir ki, iddia xx.xx.2019-cu il tarixli qərarın “iddiaçıya Bakı-Quba avtomagistralının 14-cü km-nin qərb tərəfində inşa edilən binanın təməlqoyma işlərinə görə 2016-cı ilin İ rübü üzrə hesablanmış 1.329.614,33 manat vergi məbləğinin mübahisələndirilməsi” hissəsində də mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunmalıdır ki, iş materiallarında olan Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin laboratoriya sınaq nəticələrinə (i.v. 141-152) əsasən İddiaçı1 MTK tərəfindən Bakı-Quba avtomagistralının 14cü km-nin qərb tərəfində binaların özül tavası 2013-2014-cü illərdə, Xırdalan şəhəri, Heydər Əliyev prospekti ünvandakı binanın özül tavası isə xx.xx.2015-ci ildə qoyulmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 221.1-ci maddəsinə görə sadələşdirilmiş vergi üçün hesabat dövrü rübdür. Həmin Məcəllənin 221.3-cü maddəsinə əsasən sadələşdirilmiş verginin ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər. İşdə olan «Vergilərin hesablanması barədə» xx.xx.2016-cı il tarixli **********398100 saylı qərarla İddiaçı1 MTK-ya bəyannamə təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 2016-cı ilin İ rübü dövrünə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinə hesablanmış vergi 1.329.614,33 manat, bildirişin hazırlandığı tarixə vergi öhdəliyi 892.072,79 manat müəyyən edilmişdir. Bundan sonra vergi orqanı tərəfindən “Vergilərin hesablanması barədə” “**********232600 saylı xx.xx.2019-cu il tarixli qərar qəbul edilmiş və həmin qərarla da MTK tərəfindən bəyannamənin təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 2016-cı ilin İ rübü dövrünə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə 2.256.756,88 manat və bildirişin hazırlandığı tarixə vergi öhdəliyinin isə 425.639,81 manat olduğu müəyyən edilmişdir. İddiaçı1 MTK-nin xx.xx.2019-cu il tarixə olan şəxsi hesab vərəqəsinə əsasən müəssisəyə 4.671.225,60 manat vergi hesablanmış, bunun 1.530.319,58 manatı ödənilmiş, 1.649.748,59 manatı azaldılmış və cəmi ödənilməli borc kimi 2.089.217,03 manat qeyd olunmuşdur. Hazırda İddiaçı1 MTK-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddia tələbi cavabdehin **********232600 saylı xx.xx.2019-cu il tarixli vergilərin hesablanması barədə qərarının ləğv edilməsi barədədir. Birinci instansiya məhkəməsi iddianı təmin edərək ona istinad etmişdir ki, cavabdeh iddiaçıya 2016-cı ilin İ rübü dövrünə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisini hesablamaqla Vergi Məcəlləsinin 37.2 və 85.4-cü maddələrinin tələblərini pozmuşdur. Belə ki, iddiaçı xx.xx.2015-ci ildən inşa olunan binanın təməlini qomuş tikintisi başlamış binaya görə xx.xx.2015-ci il tarixdə mənzil tikintisi üzrə sadələşdirilmiş vergi hesabatı təqdim etmişdir. Odur ki, təməli qoyulmuş binanın vergi öhdəliyi xx.xx.2015-ci ildən yaranmışdır və vergi məbləğinin vergiyə cəlbetmə müddətindən artıq 3 il keçmişdir. İşə birinci dəfə apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyasının fərqli mövqeyi olmuş və birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı qəbul etdiyi qərarı ləğv edilərək iddianın rədd edilməsi qərara alınmışdır. Lakin iddiaçının kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya məhkəməsi iddiaçı tərəfindən 2016-cı ilin 1-ci rübündə bina tikintisi ilə bağlı təməlqoyma həyata keçirilmədiyi halda vergi orqanına 2016-cı ilin 1-ci rüb dövrünə bina tıkintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilməli olmasını qərarında əsaslandırmamışdır. Cavabdeh apelyasiya şikayətində iddiaçının bir neçə bina üzrə təməl qoyma işləri apardığını, xx xxxxxx 2019-cu il tarixli qərarında bir bina üzrə vergi məsuliyyətinə cəlb edildiyini bildirmişdir. Apelyasiya məhkəməsi iddiaçının hansı ünvanda olan, sahəsi göstərilməklə hansı binaya görə vergi məsuliyyətinə cəlb edilməsi ilə bağlı araşdırma və hüquqi qiymətləndirmə aparmamışdır. Halbuki işdə olan sənədlərdən görünür ki, iddiaçının müxtəlif ünvanlarda bina tikintisinə icazə verilməsi barədə Abşeron rayon icra Hakimiyyətinin xx xxxxxxxx 2013-cü il və xx xxxxx 2014-cü il tarixli sərəncamları mövcuddur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə müvafiq olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Hazırki işdən müəyyən olunur ki, İddiaçı1 MTK tərəfindən Bakı-Quba avtomagistralının 14-cü km-nin qərb tərəfində inşa edilən binaların təməli 2013-2014-cü illərdə, Xırdalan şəhəri, Heydər Əliyev prospekti ünvandakı binanın təməli isə xx.xx.2015-ci ildə qoyulmuşdur. Cavabdeh vergi orqanının mübahisələndirilən xx.xx.2019-cu il tarixli qərarının Xırdalan şəhəri, Heydər Əliyev prospekti ünvanında inşa edilən bina ilə bağlı sadələşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığına görə qəbul edildiyi müəyyən olunur. Belə ki, mübahisələndirilən qərarla bağlı iddiaçıya göndərilmiş xx.xx.2019-cu il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub”un (i.v. 46) məzmunundan görünür ki, iddiaçı tərəfindən Xırdalan şəhəri, H.Əliyev prospektində ümumi sahəsi 13301,20 kv.m. olan binanın 2016-cı ilin İ rübündə təməlqoyma işlərinə başlanılmasına baxmayaraq Vergi Məcəlləsinin 218-ci maddəsinə əsasən həmin hesabat dövrü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilməmişdir ki, bu da vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 37.6-cı maddəsinə əsasən kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2016cı il tarixli sərəncamı ilə “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri” təsdiq edilmişdir. Həmin sənədin 7-ci bəndində göstərilmişdir ki, kameral vergi yoxlamaları zamanı aydın, şəffaf və ədalətli hesablama metodologiyasının tətbiqi və kameral vergi yoxlamalarının həyata keçirilməsinin vergi bəyannamələrinin təqdim edildiyi gündən sonrakı 30 gün müddəti ilə məhdudlaşdırılmışdır. (müəyyən edilmişdir ki, kameral vergi yoxlamaları vergi bəyannamələri təqdim edildikdən sonra növbəti 30 gün müddətində həyata keçirilməlidir və bu müddət başa çatdıqda həmin bəyannamələr üzrə kameral vergi yoxlamaları həyata keçirilə bilməz). Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən maddələrin mənasına görə, kameral vergi yoxlaması, verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin, yəni bəyannamənin təqdim edildiyi gündən 30 gün müddətində həyata keçirilməlidir. Bu məntiqi nəticə müddəaların ardıcıllığından irəli gəlmişdir. Çünki ilk olaraq vergi ödəyicisi bəyannaməsini və orada əks edilmiş göstəricilərlə bağlı digər sənədlərini təqdim etməlidir ki, məhz bu sənədlərdə vergi orqanı ziddiyyət və ya səhv aşkar etdikdə əlavə sənədləri tələb edə bilsin. Müddəaların tələblərinin işin hallarına münasibətdə tətbiqi isə onunla bağlıdır ki, vergi orqanı ilk olaraq hansı əsasdan çıxış etməklə iddiaçı tərəfindən vergilərin az göstərildiyini mənbəyi məlum olan məlumatlara istinadən, yerlərə getmədən aşkar etdiyini bildirməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: (67.1.1) vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri, (67.1.2) vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar, (67.1.3) vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar, (67.1.4) vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar, (67.1.5) vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar, (67.1.6) vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar, (67.1.7) vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar, (67.1.8) vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri, (67.1.9) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Məhkəmə araşdırmaları zamanı vergi orqanı xx.xx.2019-cu il tarixli qərarın qanuna uyğun şəkildə qəbul edildiyini həm də Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1384-İVQD nömrəli Qanunu ilə Azərbaycan Resupblikası Vergi Məcəlləsində dəyişikliklərin edilməsi və bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sadələşdirilmiş verginin hesablanmasının yeni qaydasının müəyyən edilməsi ilə əsaslandırmışdır. Belə ki, xx.xx.2016-cı il tarixdən qüvvəyə minmiş bu Qanunun 2-ci maddəsində göstərilmişdir ki, qanun qüvvəyə minənədək tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış şəxs öz seçiminə uyğun vergiləri bu Qanun qüvvəyə minənədək mövcud olan qaydada da ödəyə bilər. Tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış şəxs bu Qanun qüvvəyə mindikdən sonrakı 30 gün müddətində müvafiq icra hakimiyyəti orqanına öz seçimi barədə yazılı formada məlumatı təqdim etməyən şəxsə sadələşdirilmiş vergi bu Qanunla müəyyən edilmiş qaydada hesablanır. Məhz bu səbəbdən də sadalanan normaların tələblərinə uyğun olaraq yeni qanunun xx.xx.2016-cı il tarixdən qüvvəyə minməsini nəzərə alaraq cavabdeh tərəfindən iddiaçıya BTFSV-nin hesablanması yeni qanun qüvvəyə mindiyi hesabat dövrü, yəni 2016-cı ilin İ rübü üzrə aparılmışdır. Bu barədə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, əvvəla iddiaçının Xırdalan şəhəri, H.Əliyev prospektində inşa etdiyi ümumi sahəsi 13301,20 kv.m. olan binanın təməlinin xx.xx.2015-ci ildə qoyulduğu iş materialları ilə təsdiq olunduğu üçün onun məhz həmin bina ilə bağlı 2016-cı ilin İ rübünə bina tikintisi fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi olaraq sadələşdirilmiş vergi bəyannaməsini təqdim etmək öhdəliyi olmamışdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən təməli xx.xx.2015-ci ildə qoyulmuş Xırdalan şəhəri, H.Əliyev prospektindəki binaya görə xx.xx.2015-ci il tarixdə mənzil tikintisi üzrə sadələşdirilmiş vergi hesabatı təqdim edilmiş, daha sonra xx.xx.2015-ci il tarixdə dəqiqləşdirilmiş mənzil tikintisi üzrə sadələşdirilmiş vergi hesabatı təqdim edilərək şəxsi hesab vərəqəsində azalma aparılmışdır. Bundan sonra iddiaçı tərəfindən 2016-cı ilin İ rübündə məhz qeyd olunan ünvanda (Xırdalan şəhəri, H.Əliyev prospekti) bina tikintisi ilə əlaqədar təməlqoyma işlərinin aparıldığı müəyyən olunmur. Bu halı təkzib edə biləcək sübutlar cavabdeh tərəfindən məhkəmələrə təqdim olunmamışdır. Bununla yanaşı, iddiaçı tərəfindən (vergi ödəyicisi) 2016-cı ilin İ rübü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsinin təqdim olunduğu iş materialları (i.v. 38-45) ilə təsdiq olunduğu halda, vergi orqanı həmin dövrə sadələşdirilmiş vergi bəyannaməsinin təqdim olunmama və ya Vergi Məcəlləsinə dəyişikliyin edilməsi barədə xx.xx.2016-cı il tarixdən qüvvəyə minmiş Qanunun 2-ci maddəsində nəzərdə tutulan məlumatın verilməməsi əsası ilə xx.xx.2019-cu il tarixli qərarla iddiaçıya kameral qaydada vergi hesablamışdır. Bu hal xx.xx.2019-cu il tarixli qərarın qəbul edilməsi üçün əsas olan xx.xx.2019-cu il tarixli uyğunsuzluq məktubunun (i.v. 46) məzmunu ilə tam təsdiq olunur. Bundan başqa qeyd olunmalıdır ki, iddiaçı tərəfindən Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanındakı binanın tikintisi ilə bağlı təməlqoymaya görə 2016-cı ilin İ rübü üzrə Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsini təqdim etməli olub, lakin həmin bəyannaməni təqdim etmədiyi halda belə, bu dövrə görə vergi orqanı tərəfindən kameral qaydada vergilər xx.xx.2019-cu il tarixdə, yəni vergi qanunvericiliyin tələblərinə uyğun olaraq sonuncu bəyannamənin təqdim edildiyi gündən 30 gün, vergi məsuliyyətinə cəlbetmə üçün müəyyən edilmiş müddətdən isə 3 il keçdikdən sonra hesablanmışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya 2016cı ilin İ rübü dövrünə bina tikintisi fəaliyyəti ilə məşgul olan şəxslərin sadələşdirilmiş vergisini hesablamaqla vergi qanunvericiliyinin yuxarıda sadalanan tələblərini pozmuşdur. Halbuki Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsində isə təsbit edilmişdir ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi Məcəlləsinin 83.3-cü maddəsinə əsasən Vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq yenidən hesablamaq hüququ vardır. Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Həmin Məcəllənin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Qanunvericiliyin tələblərindən də aydın olduğu kimi, cavabdeh kameral vergi yoxlamasını vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirir və bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Lakin hazırki işdən göründüyü kimi, cavabdeh orqan 30 günlük müddəti ötürməklə 2019-cu ildə iddiaçıya 2016-cı ilin İ rübü üzrə kameral qaydada vergi borcu hesablamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək; vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanının vəzifəsidir. Həmin Məcəllənin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası həmin dəlilləri bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı qəbul etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-1419/2019 saylı xx xxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1419/2020 saylı xx xxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Namiq Cəfərov İlham Kərimli
Məhkəmə qərarları › İş №2-1(103)-212/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-212/2021
17.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver