Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-212/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Həmidov Həmid Üzeyir oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” barədə tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 01.07.2021-ci il tarixli, 2-1(112)- 2713/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsаsən inzibati işə Bаkı Аpеllyаsiyа Məhkəməsinin binаsındа şifahi məhkəmə iclаsındа bахаrаq müəyyən еtdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ona ünvanladığı 20 oktyabr 2020-ci il tarixli, **********2 saylı inzibati aktın (imtina məktubunun) qanunsuz hesab edilməsi və onun güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququnun təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 21.03.1978-ci il tarixdən ilk əmək fəaliyyətinə başlamış və 12.01.2001-ci il tarixdən hazıradək "xxxx" QSC-nin Tunel qurğuları xidmətində tunel fəhləsi (tuneldə yalnız gecə işi, zərərli iş şəraiti ilə) peşəsində çalışır. Ümumilikdə həqiqi hərbi xidmətdə olduğu 2 il müddət də daxil olmaqla 34 ildən çox müddətə əmək stajına malikdir. Həmin staj müddətindən 19 il 10 ay müddətini güzəştli və zərərli iş şəraiti ilə bağlı əmək stajı təşkil edir. Belə ki, 12.01.2001-ci ul tarixdən hazıradək "xxxx" QSC-nin Tunel qurğuları xidmətində tunel fəhləsi peşəsində (tuneldə yalnız gecə işi, zərərli iş şəraiti ilə) çalışır. Hazırda onun 60 yaşı vardır. Ağır işlərdə işlədiyi və bununla bağlı əmək stajına malik olması haqda "xxxx" QSC tərəfindən ona 07.10.2020-ci il tarixi və A/261 nömrəli arayış verilmişdir. Qeyd olunan müddətdə işlədiyi əmək stajı əmək kitabçasına işlənmiş və 20.07.2020-ci il tarixdən etibarən güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır. Bu məsələ ilə əlaqədar iddiaçı cavabdeh inzibati orqana müraciət etmişdir, lakin cavabdehin 20 oktyabr 2020-ci il tarixli, **********2 saylı məktubunda (inzibati aktında) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.5-ci nəqliyyat bölməsinin metropolitenlər bəndinə əsasən onun güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququnun olmadığını qeyd etmişdir. Baxmayaraq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.5-ci bəndində yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verildiyi müəyyən edilmişdir. Bakı İnzibati Məhkəməsinin 01.07.2021-ci il tarixli, 2-1(112)-2713/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 01.07.2021-ci il tarixli, 2-1(112)-2713/2021 saylı qərarının ləğv olunması, iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Əlavə olaraq qeyd olunmuşdur ki, verilmiş güzəştli arayışda qeyd olunan 5-ci dərəcəli tunel fəhləsi peşəsinin hansı anlamda olmasına, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21-ci Nəqliyyat bölməsinin Metropolitenlər adlı 21.5-ci bəndində nəzərdə tutulan “yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr” peşəsindən hansına (drezinaların sürücüləri, drenajçılar və s.) uyğun olması bağlı "xxxx" QSC-ə sorğu göndərilmədən tələm-tələsik qərar verilərək iddiaçının hüquqları kobud şəkildə pozul muşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 01.07.2021-ci il tarixli, 2-1(112)- 2713/2021 saylı qərarının ləğv olunmasını, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 01.07.2021-ci il tarixli, 2-1(112)-2713/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kоllеgiyаsı tərəflərin izahatlarını dinləyib, işin mаtеriаllаrını yохlаyаrаq, аpеllyаsiyа şikаyətinin dəlillərini аrаşdırаrаq hеsаb еdir ki, аpеllyаsiyа şikаyəti təmin еdilməli, birinci instаnsiyа məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. İş materiallarında olan: - iddiaçıya məxsus AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə Qazax rayonunda anadan olmuşdur. - iddiaçıya məxsus 22 iyun 1978-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 21.03.1978-ci il tarixdən 15.08.1979-cu il tarixədək Qazax Tikinti-Quraşdırma İdarəsində fəhlə, 15.01.1982-ci il tarixdən 20.09.1985ci il tarixədək Aşıq Alı adına Ağstafa 7 illik musiqi məktəbində qarmon müəllimi, 02.01.1986-cı il tarixdən 01.07.1993-cü il tarixədək Qazax rayon Kosalar üzümçülük sovxozunun da gözətçi, fəhlə, 12.01.2001-ci il tarixdən 18.07.2014-cü il tarixədək Bakı Metropolitenində tunel fəhləsi peşəsində çalışmışdır. (tuneldə yalnız gecə işi, zərərli iş şəraiti ilə). 18.07.2014-cü il tarixindən hal-hazıradək "xxxx" QSC-nin Tunel qurğuları xidmətinin 2 saylı tunel qurğuları distansiyasının İV sahəsində 5-ci dərəcəli tunel fəhləsi peşəsində işləyir. (tuneldə yalnız gecə işi, zərərli iş şəraiti ilə). - iddiaçıya məxsus НЗ seriyalı ******* saylı hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 24 oktyabr 1979-cu il tarixdən 28 dekabr 1981-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. - Azərbaycan Respublikası "xxxx" QSC tərəfindən verilmiş A/261 saylı, 07 oktyabr 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı Metropoliteninin Tunel qurğuları xidmətində 12.01.2001-ci il tarixdən 18.07.2014-cü il tarixədək tunel fəhləsi peşəsində çalışmışdır. (tuneldə yalnız gecə işi, zərərli iş şəraiti ilə). 18.07.2014-cü il tarixindən "xxxx" QSC-nin Tunel qurğuları xidmətinin 2 saylı tunel qurğuları distansiyasının İV sahəsində 5ci dərəcəli tunel fəhləsi peşəsində işləyir (tuneldə yalnız gecə işi, zərərli iş şəraiti ilə). Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarına müvafiq olaraq həmin siyahının 21.5-ci Metropolitenlər bəndinə uyğun olaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdir və onun güzəştli şərtlərlə əmək stajı 19 il 08 ay 24 gün təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 27.02.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçının 12.01.2001-ci il tarixdən bu günədək "xxxx" QSC-də tunel fəhləsi peşəsində işlədiyi müddət güzəştli iş stajı hesab olunmadığından, iddiaçı 60 yaşının tamam olduğu 20 iyul 2020-ci il tarixinə qədər 12 il 6 aydan çox güzəştli iş stajı toplamadığından ona cavabdeh tərəfindən güzəştli şərtlərlə təyin olunmuş yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi əsaslı olmuşdur. Buna görə də iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” iddiaçının göstərilən dövr ərzində "xxxx" QSC-də tunel fəhləsi kimi işlədiyi peşə üzrə araşdırılıb təhlil edilmişdir. Lakin həmin siyahılar üzrə müəyyən edilmiş peşələr ilə iddiaçının işlədiyi tunel fəhləsi peşəsinin hər hansı uyğunluğunun olması müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahının XXVİİİ. Nəqliyyat (kod: ********) bölməsinin 2. Metropolitenlər (kod: ********) bəndinin “a” yarımbəndində 2300200a kod nömrəsi ilə müəyyən edilmiş “yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr”ə aid olan peşələr güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahısına aid edilmişdir. Göründüyü kimi burada konkret kod altında müəyyən edilmiş müxtəlif növ fəhlələrin işlədiyi iş güzəştli iş stajına hesablanır. İddiaçıya verilmiş güzəştli arayışda onun işlədiyi “tunel fəhləsi” peşəsi ümumi xarakter daşıyan 2300200a kod nömrəsi ilə müəyyən edilmiş lakin konkret olaraq hansı növ fəhlə peşəsinə aid olması göstərilməmişdir. Bu isə həmin peşənin ümumiləşdirici kimi göstərildiyini, ondan sonra Siyahıda sadalanmış peşələrin konkret olaraq kod nömrəsi müəyyənləşdirilməklə (məsələn, 2300200a-11242 metropoliten müəssələrinin briqadirləri, 2300200a-11906 drezinaların sürücüləri və s.) güzəştli iş stajına hesablanmalı olmasına dəlalət edir. Həmçinin Azərbaycan Respublikası "xxxx" QSC tərəfindən iddiaçıya verilmiş A/261 saylı, 07 oktyabr 2020-ci il tarixli güzəştli arayışda onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.5-ci Metropolitenlər bəndinə uyğun olaraq işlədiyi peşənin güzəştli iş stajına hesablanmalı olması göstərilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının 12.01.2001-ci il tarixdən bu günədək "xxxx" QSC-də tunel fəhləsi peşəsində işlədiyi müddət güzəştli iş stajı hesab olunmadığından, iddiaçı 60 yaşının tamam olduğu 20 iyul 2020-ci il tarixinə qədər 12 il 6 aydan çox güzəştli iş stajı toplamadığından ona cavabdeh tərəfindən güzəştli şərtlərlə təyin olunmuş yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi əsaslı olmuşdur. Buna görə də iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən qərar ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalı, iddia təmin olunmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Hazırki mübahisə üzrə cavabdeh tərəfindən pensiyanın təyin edilməsindən imtina edilməsinə əsas olaraq iddiaçının 12.01.2001-ci il tarixdən bu günədək "xxxx" QSC-də işlədiyi tunel fəhləsi peşəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısına aid olmadığı göstərilmişdir. Apellyasiya baxışı zamanı iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş A/324 nömrəli, 08.12.2021-ci il tarixli arayışa əsasən müəyyən olunmuşdur: - Verilir, xx.xx.1960-cı il təvəllüdlü, İddiaçı ondan ötrü ki, o, həqiqətən 12.01 2001-ci il tarixindən 18.07.2014-cü il tarixədək Bakı Metropoliteninin Tunel qurğuları xidmətində tunel fəhləsi peşəsində çalışmışdır (tuneldə yalnız gecə işi, 24% xüsusi zərərli iş şəraiti ilə). 18.07.2014-cü il tarixdən bu günədək "xxxx" QSC-nin Tunel qurğuları xidmətinin 2 saylı tunel qurğuları distansiyasının İV sahəsində 5-ci dərəcəli tunel fəhləsi peşəsində işləyir (tuneldə yalnız gecə işi, 24% xüsusi zərərli iş şəraiti ilə). Y. Məmmədov güzəştli şərtlərlə əmək stajına və yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdir, onun xüsusi zərərli əmək şəraitində işlədiyi peşə üzrə iş stajı 20 il 10 ay 26 gün (iyirmi il on ay iyirmi altı gün) təşkil edir (06.12 2021-ci il tarixinə) və hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 21.5 Metropolitenlər (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) bəndi ilə tənzimlənir ki, bu da qüvvədən düşmüş 21.06.1993-cü il tarixli 320 saylı qərarın 23000000 XXVİİİ. Nəqliyyat bölməsinin 23002000 2. Metropolitenlər bəndinin 2300200а a) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr koduna aiddir (drenajçılar). Belə ki. İddiaçı çalışdığı tunel fəhləsi peşəsinin iş şəraiti və funksiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar arixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.5 Metropolitenlər (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) bəndində (drenajçılar) əks olunan peşənin iş şəraiti və funksiyaları ilə eynilik təşkil edir. Qeyd: Tunel fəhləsi peşəsinin əsas vəzifə və funksiyaları istismarda olan tunellərdə bütün növ axıntıların ləğvi, tunellərin və drenajların yuyulması tikinti materiallarının yüklənməsi və boşaldılması, pnevmatik alət vasitəsilə tübinqlərdə tikişlərin pərçimlənməsi, perferatorların və çəkiclərin işə hazırlanması, detalların dəyişdirilməsi və s. işlərdən ibarətdir. Gecə saatlarına görə (30 saatlıq 2 istirahət günü olan iş həftəsi, yalnız gecə vaxtı 5 gecə 2330-dan 0530-dək) tunel fəhləsinin əmək haqqına 40% (qırx), xüsusi zərərli iş şəraitində işlədiyinə görə 24% (iyirmi dörd) əlavə ödənc hesablanır, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 (altı) təqvim günü verilir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının 12.01.2001-ci il tarixdən bu günədək "xxxx" QSC-də işlədiyi tunel fəhləsi peşəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısına aiddir. Belə ki, həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında (21.5 Metropolitenlər (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) bəndində) və 21.06.1993-cü il tarixli 320 saylı qərarda (23000000 XXVİİİ. Nəqliyyat bölməsinin 23002000 2. Metropolitenlər bəndinin 2300200а a) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr kodu (drenajçılar) ilə) güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən peşə kimi təsbit olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 60 yaşına çatdığı 20.07.2020-ci il tarixdə azı 25 il sığorta stajına malik olmuş, bu müddətin azı 12 il 6 ayını istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə təsbit olunmuş işlərdə çalımışdır. Eyni zamanda, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verir. Beləliklə, onun əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Ona görə də məhkəmə apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək iddianın təmin edilməli olduğu, İddiaçı 20.07.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməli olduğuna dair nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 01.07.2021-ci il tarixli, 2-1(112)-2713/2021 saylı qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 01.07.2021-ci il tarixli, 2-1(112)-2713/2021 saylı qərarı ləğv olunsun. İş üzrə yeni qərar qəbul olunsun. İddiaçı iddiası təmin edilsin. Cavabdeh inzibati orqanın 20 oktyabr 2020-ci il tarixli, **********2 saylı imtinası qanunsuz hesab edilsin, İddiaçı 20.07.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-212/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-212/2022
12.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver