Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-212/2023 25.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə qarşı “istifadə edilməmiş növbəti məzuniyyətə görə pul kompensasiyasının ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1831/2022 saylı, 13 may 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun xx.xx.2021-ci il tarixli ərizəsinin cavablandırılmamasında ifadə olunan hərəkətsizliyinin (hərəkətinin) qanunsuz hesab olunması və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində onun hərbi xidmət keçdiyi müddət ərzində istifadə etmədiyi 240 gün növbəti məzuniyyətə görə (1994-1999-cu il müddətin hər ili üçün 5 gün (cəmi 30 gün), 2000-2009-cu il müddətin hər ili üçün 15 gün (cəmi 150 gün), 2010-cu il üçün 60 gün kompensasiyanın (ehtiyata buraxılarkən tutduğu vəzifənin və malik olduğu polkovnik-leytenant hərbi rütbəsinin bugünkü tarixə mövcud olan vəzifə və rütbə maaşları əsas götürülməklə) və 1999-2010-cu illər üçün maddi yardımın (ehtiyata buraxılarkən tutduğu vəzifənin və malik olduğu polkovnik-leytenant hərbi rütbəsinin bugünkü tarixə mövcud olan vəzifə və rütbə maaşları əsas götürülməklə) hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1994-2010-cu illərdə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində hərbi xidmət keçdiyi müddət ərzində istifadə etmədiyi 195 gün növbəti məzuniyyətə görə kompensasiyanın (ehtiyata buraxılarkən tutduğu vəzifənin bu günki tarixə mövcud olan 1150 manat vəzifə maaşı, malik olduğu kapitan hərbi rütbəsinin bu günə mövcud olan 146 manat rütbə maaşı, xidmət illərinə görə vəzifə və rütbə maaşının 25%-i miqdarında 324 manat əlavə nəzərə alınmaqla) hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək keçmiş Sovet Ordusunda, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi, xx.xx.1994-cü il tarixdən xx.xx.2000-ci il tarixədək gizir kimi, xx.xx.2000-ci il tarixdən xx.xx.2010-cu il tarixədək zabit kimi Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin xx.xx.2010cu il tarixli, 179 ş/h №-li əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156cı maddəsinin “j” bəndinə əsasən ehtiyata buraxılmışdır. Təqvim hesabı ilə 20 il 03 ay 09 gün hərbi xidmətdə olmuşdur. O, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində xidmət keçdiyi müddət ərzində “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsində nəzərdə tutulan növbəti məzuniyyətdən tam istifadə etməmişdir. Belə ki, 1994-2010-cu illərdə ona hər il 45 günlük növbəti məzuniyyətin yalnız 30 günü verilmişdir. Növbəti məzuniyyətinin 15 günü isə ona verilməmişdir. Həmçinin 2010-cu ildə ehtiyata buraxılarkən ona növbəti məzuniyyət 3 aylıq müddətə verilməli olsa da, həmin məzuniyyət ona verilməmişdir. O, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinə ərizə ilə müraciət edərək istifadə edilməmiş növbəti məzuniyyətə görə pul kompensasiyasının ödənilməsini tələb etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən verilmiş etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən 3 ay müddətində məzuniyyət Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün verilir. Odur ki, qeyd olunan müddəa iddiaçıya şamil oluna bilməz. Çünki iddia ərizəsinə əlavə olunan İddiaçı məxsus hərbi biletin surətindən də göründüyü kimi İddiaçı yaşına və xəstəliyinə görə deyil, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən öz arzusu ilə ehtiyata buraxılmışdır. Buna görə də iddia tələbi “ehtiyata buraxılarkən iddiaçıya növbəti məzuniyyətin 3 aylıq müddətə verilməli olması” hissəsində əsassızdır. Bundan başqa İddiaçı iddia ərizəsində 1999-cu ildən başlayaraq ona hər il ödənilməli olan maddi yardımın ödənilmədiyini göstərsə də Xidmətin 1999-2010-cu illərə aid olan maliyyə sənədlərindən məlum olur ki, İddiaçı qeyd olunan dövrdə hər il maddi yardım ödənilmişdir. Bu səbəbdən İddiaçı 1999-2010-cu illər üçün maddi yardımın ödənilməsi Xidmətin üzərinə öhdəlik kimi qoyula bilməz. Qeyd olunanlarla yanaşı nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 16 mart tarixli 957 nömrəli Fərmanı ilə Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilmiş və onun əsasında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi yaradılmışdır. Ləğv edilmiş Xüsusi Dövlət Mühafizə Xidmətinin öhdəliklərinə görə məhz Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin cavabdehlik daşıması isə hər hansı bir hüquqi sənəddə təsbit olunmamışdır. Bundan başqa ləğv edilmiş Xüsusi Dövlət Mühafizə Xidmətində xidmət keçdiyi müddət ərzində növbəti məzuniyyətdən istifadə etməyən hərbi qulluqçulara istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi o halda təmin oluna bilər ki, bununla bağlı Maliyyə Nazirliyi tərəfindən tələb olunan məbləğdə maliyyə vəsaiti ayrılmış olsun. Bu məqsədlə Maliyyə Nazirliyi tərəfindən müvafiq vəsait ayrılmamışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1831/2022 saylı, 13 may 2022-ci il tarixli qərarı ilə (hakim P.Hüseynov) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın verilməsini nəzərdə tutan “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun İİ-ci maddəsinin 1-ci hissəsinin 20-ci abzası və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 121-ci maddəsinin 2-ci hissəsi xx.xx.2010-cu il tarixli 1005-İ1İQD nömrəli “Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Rerspublikasmın 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə əlavə edilməsi barədə Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının Prezidenti tərəfindən xx.xx.2010-cu il tarixdə imzalanmışdır. O isə bu qanun imzalandıqdan bir neçə ay sonra-xx.xx.2010-cu il tarixdə istefaya buraxılmışdır. Bundan başqa, məhkəmə qərarda kompensasiyanın ödənilməsi üçün AR Maliyyə Nazirliyi tərəfindən müvafiq maliyyə vəsaiti ayrılmadığını qeyd etsə də, AR Nazirlər Kabinetinin 217 №-İi, xx.xx.2012-ci il tarixli “Təqvim ilində, habelə həqiqi hərbi xidmətdə oldudu dövrün digər təqvim itlərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçulardan başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” Qərarına əsasən, istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin saxlanılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilir. Həmçinin, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı məhkəməyə təqdim edilmiş etirazda onun xidmət müddətində istifadə etmədiyi növbəti məzuniyyət günlərinin sayı 195 gün kimi göstərilmiş və bu günlərin sayının qərar qəbul edilərkən nəzərə alınması məhkəmədən xahiş edilmişdir. Beləliklə, cavabdehin özü tərəfindən iddiaçının növbəti məzuniyyətdən 195 gün istifadə etməməsi etiraf olunur. Tərəflərin iştirakı: Məhkəmənin iş üzrə 09 mart 2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, 13 aprel 2023-cü il tarixli qərardadı ilə üçüncü şəxs statusları ləğv edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, Xüsusi Dövlət Mühafizə Xidmətindən ehtiyata buraxılarkən Xüsusi təyinatlı “Betta” dəstəsində xidmət etmişdir. Hal-hazırda həmin dəstələr Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində xidmət edirlər. Hesab edir ki, iddiası üzrə cavabdeh Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraza uyğun izahat verərək şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Həmçinin, izahatında bildirdi ki, iddiaçı istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi məsələsini məhkəmə qaydasında mübahisələndirmək hüququnu çoxdan itirmişdir. Belə ki, müvafiq kompensasiyanın ödənilməsi ilə bağlı müddəalar “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa və “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə 11 may 2010-cu il tarixli 1005-İİİQD nömrəli Qanunla əlavə olunmuş və 12 iyun 2010-cu il tarixdən qüvvəyə minmişdir. Həmin dövrdə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi hələ qüvvəyə minmədiyi üçün aidiyyəti mübahisələrə dair işlər üzrə icraat Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarına uyğun olaraq aparılırdı. Mülki Prosessual Məcəllənin 10 iyun 2011-ci il tarixədək qüvvədə olmuş 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik idi. Lakin İddiaçı həmin hüquqdan xx.xx.2021-ci il tarixdə, yəni qanunla nəzərdə tutulmuş müddətdən xeyli sonra istifadə etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsinin xx.xx.2021-ci il tarixli 120 saylı arayışından görünür ki, 1971-ci il təvəllüdlü ehtiyatda olan kapitan İddiaçı həqiqətən xx.xx.1992-ci ildən xx.xx.2010-cu ilədək Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində hərbi xidmətdə olmuş və XDMX rəisinin 179 ş/h saylı xx.xx.2010-cu il tarixli əmrinə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsində hərbi qeydiyyatdadır. XDMX-nın hissədən müvəqqəti məzuniyyətə getmiş və hissəyə müvəqqəti gəlmiş şəxsi heyətin xx.xx.2022-ci il tarixli qeydiyyat kitablarından çıxarışdan görünür ki, İddiaçı - 2001-ci ildə hərbi rütbəsi - leytenant, vəzifəsi - XTD “Beta” mühafizə zabiti, məzuniyyətin növü - növbəti, getmiş xx.xx.2001, qayıtmış xx.xx.2001, istifadə etmədiyi günlərin sayı - 15; 2002-ci ildə hərbi rütbəsi - leytenant, vəzifəsi - XTD “Beta” mühafizə zabiti, məzuniyyətin növü - növbəti, getmiş xx.xx.2002, qayıtmış xx.xx.2002, istifadə etmədiyi günlərin sayı - 15; 2003-cü ildə hərbi rütbəsi - leytenant, vəzifəsi - XTD “Beta” mühafizə zabiti, məzuniyyətin növü - növbəti, getmiş xx.xx.2003, qayıtmış xx.xx.2003, istifadə etmədiyi günlərin sayı - 15; 2004-cü ildə hərbi rütbəsi - baş leytenant, vəzifəsi - XTD “Beta” mühafizə zabiti, məzuniyyətin növü - növbəti, getmiş xx.xx.2004, qayıtmış xx.xx.2004, istifadə etmədiyi günlərin sayı - 15; 2005-ci ildə hərbi rütbəsi – baş leytenant, vəzifəsi - XTD “Beta” mühafizə zabiti, məzuniyyətin növü - növbəti, getmiş xx.xx.2005, qayıtmış xx.xx.2005, istifadə etmədiyi günlərin sayı - 15; 2006-cı ildə hərbi rütbəsi kapitan, vəzifəsi - XTD “Beta” mühafizə zabiti, məzuniyyətin növü - növbəti, getmiş xx.xx.2006, qayıtmış xx.xx.2006, istifadə etmədiyi günlərin sayı - 15; 2007-ci ildə hərbi rütbəsi - kapitan, vəzifəsi - XTD “Beta” mühafizə zabiti, məzuniyyətin növü - növbəti, getmiş xx.xx.2007, qayıtmış xx.xx.2007, istifadə etmədiyi günlərin sayı - 15; 2008-ci ildə hərbi rütbəsi - kapitan, vəzifəsi - XTD “Beta” mühafizə zabiti, məzuniyyətin növü - növbəti, getmiş xx.xx.2008, qayıtmış xx.xx.2008, istifadə etmədiyi günlərin sayı - tam istifadə etmişdir; 2009-cu ildə hərbi rütbəsi - kapitan, vəzifəsi - XTD “Beta” mühafizə zabiti, məzuniyyətin növü - növbəti, getmiş xx.xx.2009, qayıtmış xx.xx.2009, istifadə etmədiyi günlərin sayı - tam istifadə etmişdir; 2010-cu ildə hərbi rütbəsi - kapitan, vəzifəsi - XTD “Beta” mühafizə zabiti, məzuniyyətin növü - növbəti, getmiş xx.xx.2010, qayıtmış xx.xx.2010, istifadə etmədiyi günlərin sayı - tam istifadə etmişdir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli 2/994 saylı məktubda qeyd olunur: Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-1831/2022 saylı qərardadına Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində baxılmışdır. İddiaçı iddia ərizəsində xidmət müddətində istifadə etmədiyi məzuniyyət günlərinin sayının 240 gün olduğunu göstərsə də onun Xüsusi Dövlət Mühafizə Xidmətində xidmət etdiyi müddət ərzində istifadə edilməmiş məzuniyyəti 1994-1999-cu illər üçün hər biri 5 (beş) gün, 2000- 2007-ci illər üçün hər biri 15 gün olmaqla, ümumilikdə 150 (bir yüz əlli) gün təşkil edir. İddia tələbinin “ehtiyata buraxılarkən iddiaçıya növbəti məzuniyyətin 3 aylıq müddətə verilməli olması” hissəsinə münasibətdə bildiririk ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən 3 ay müddətində məzuniyyət Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün verilir. Odur ki, qeyd olunan müddəa iddiaçıya şamil oluna bilməz. Çünki iddia ərizəsinə əlavə olunan İddiaçı məxsus hərbi biletin surətindən də göründüyü kimi İddiaçı yaşına və xəstəliyinə görə deyil, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən öz arzusu ilə ehtiyata buraxılmışdır. Bundan başqa İddiaçı iddia ərizəsində 1999-cu ildən başlayaraq ona hər il ödənilməli olan maddi yardımın ödənilmədiyini göstərsə də Xidmətin 1999-2010-cu illərə aid olan maliyyə sənədlərindən məlum olur ki, İddiaçı qeyd olunan dövrdə hər il maddi yardım ödənilmişdir. Bu səbəbdən İddiaçı 1999-2010-cu illər üçün maddi yardımın ödənilməsi Xidmətin üzərinə öhdəlik kimi qoyula bilməz. Qeyd olunanlarla yanaşı nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 16 mart tarixli 957 nömrəli Fərmanı ilə Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilmiş və onun əsasında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi yaradılmışdır. Ləğv edilmiş Xüsusi Dövlət Mühafizə Xidmətinin öhdəliklərinə görə məhz Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin cavabdehlik daşıması isə hər hansı bir hüquqi sənəddə təsbit olunmamışdır. Bundan başqa ləğv edilmiş Xüsusi Dövlət Mühafizə Xidmətində xidmət keçdiyi müddət ərzində növbəti məzuniyyətdən istifadə etməyən hərbi qulluqçulara istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi o halda təmin oluna bilər ki, bununla bağlı Maliyyə Nazirliyi tərəfindən tələb olunan məbləğdə maliyyə vəsaiti ayrılmış olsun. Bu məqsədlə xx.xx.2020-ci il tarixdə Maliyyə Nazirliyinə məktub göndərilsə də müvafiq vəsait ayrılmadığı üçün kompensasiyanın ödənilməsi mümkün olmamışdır. Hazırki işin araşdırılmış hallarından göründüyü kimi, iddiaçı xx.xx.1992-ci ildən xx.xx.2010-cu ilədək Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində hərbi xidmətdə olmuş və XDMX rəisinin 179 ş/h saylı xx.xx.2010-cu il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı 1994-2010-cu illərdə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində hərbi xidmət keçdiyi müddət ərzində istifadə etmədiyi 195 gün növbəti məzuniyyətə görə kompensasiyanın hesablanaraq ona ödənilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 1994-2010-cu illərdə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində hərbi xidmət keçdiyi müddət ərzində istifadə etmədiyi 195 gün növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsini tələb etmək hüququnu itirmişdir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). Məhkəmə kollegiyasının qənaətinə görə, hərbi qulluqçu növbəti məzuniyyətdən istifadə etmədikdə ona istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın verilməsini nəzərdə tutan “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1-ci hissəsinin 20-ci abzası və «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 121-ci maddəsinin 2-ci hissəsi 11 may 2010-cu il tarixli 1005- İİİQD nömrəli "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"yə əlavə edilməsi barədə» Azərbaycan Respublikasının Qanununa əsasən əlavə edilmişdir. İddiaçı isə xx.xx.2010-cu il tarixli əmrlə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır və 2010-cu ildə növbəti məzuniyyətdən tam istifadə etmişdir. 2000-ci il 01 sentyabr tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il 01 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Həmin fəsillərin müddəalarında hüququ pozulmuş şəxsin məhkəməyə müraciət etməsi üçün müəyyən edilmiş 1 aylıq müddətin axımının başlanğıcı maraqlı şəxsin hüquq və azadlığının pozulduğunu bildiyi vaxtla müəyyən edilirdi. (Həmin fəsil 10 iyun 2011-ci il tarixli, 143-İVQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə Mülki Prosessual Məcəllədən çıxarılmışdır). Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti artıq ötürülmüşdürsə, onlar yeni qanuna istinadla tələb edilə bilməz. Ona görə ki, İPM əvvəlki qanunvericiliklə müəyyən edilmiş, lakin istifadə müddəti buraxılmış müdafiə imkanını təzələmir. Hazırki işin hallarından iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Belə ki, iddia ərizəsi məhkəməyə xx.xx.2021-ci il tarixdə verilmişdir. İddiaçı qeyd edilən müddətlərdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 410/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarının 30-cu bəndində qeyd edilmişdir ki, “məhkəməyə müraciət edən şəxs qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, yeni qanuna istinadla inzibati iddia qaldıra bilməz; belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.” Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 38.1, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1831/2022 saylı, 13 may 2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə qarşı “istifadə edilməmiş növbəti məzuniyyətə görə pul kompensasiyasının ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-212/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-212/2023
25.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver