Məhkəmə qərarları › İş №2-1(103)-212/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-212/2024

15.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-212/2024 15.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-728/2023 saylı, 20 aprel 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********81 nömrəli "Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin qanunazidd hesab edilməsi və Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 005 saylı sərəncamı və "Torpaq sahəsinin icarəyə verilməsi haqqında" xx.xx.2011-ci il tarixli 005 saylı müqaviləsinə əsasən, iddiaçıya keçmiş X4 Sovxozunun ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə ayrılmış 9,0 ha ölçüdə torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair müvafiq çıxarışın və özündə torpaq sahəsinin texniki göstəricilərini əks etdirən plan və ölçünün (texniki pasport) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, **********81 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinasının qanunazidd hesab edilməsi və cavabdeh Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 005 saylı sərəncamı və "Torpaq sahəsinin icarəyə verilməsi haqqında" xx.xx.2011-ci il tarixli 005 saylı müqaviləsinə əsasən, iddiaçıya keçmiş X4 Sovxozunun ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə ayrılmış 9,0 ha ölçüdə torpaq sahəsi üzərində istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair müvafiq çıxarışın və özündə torpaq sahəsinin texniki göstəricilərini əks etdirən plan və ölçünün (texniki pasport) verilməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı fərdi sahibkardır və kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olur. Abşeron rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 005 saylı sərəncamına əsasən X7 saxlanılmış torpaqlardan X4 sovxozunun ərazisindən 9,0 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün 99 il müddətinə icarə əsasında iddiaçıya ayrılmış və bununla bağlı tərtib edilmiş icarə müqaviləsi və torpaqayırma sənədləri təsdiq edilmişdir. Həmin tarixdə Abşeron rayonu İcra Hakimiyyəti ilə aralarında "Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə" bağlanmış, "Torpaq sahəsinin ayrılmasına dair akt" tərtib edilmiş, yerli icra hakimiyyəti və ərazi üzrə torpaq şöbəsinin nümayəndələri tərəfindən imzalanaraq möhürlənməklə təsdiqlənmiş, AR DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən həmin torpaq sahəsinin ayrılmasının qanunamüvafiq olması və AR DTXK-nin Abşeron rayon şöbəsinin torpaq sahəsi üzərində mülkiyyət hüququna dair sənədin verilməsinə etiraz etməməsi barədə xx.xx.2011-ci il tarixli 04 saylı rəy verilmiş, ayrılmış torpaq sahəsinin koordinatları ilə bağlı Abşeron rayonu keçmiş X4 Sovxozunun yerquruluşu planından çıxarış hazırlanmışdır. Abşeron rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 263 saylı sərəncamına əsasən, iddiaçıya həmin torpaq sahəsində istixanaların quraşdırılmasına və köməkçi binaların tikintisinə icazə verilmişdir. Yuxarıda sadaladığı sənədlərlə iddiaçı torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınması üçün cavabdehə müraciət etsə də, cavabdehin xx.xx.2020-ci il tarixli **********81 nömrəli "Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə" bildirişi ilə həmin torpaq sahəsinin bir hissəsinin örüş sahəsi olması və örüş sahələrinin icarəyə bir qayda olaraq, 10 ildən 15 ilədək müddətə verilməsi əsası ilə hüquqlarının qeydiyyata alınmasından imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır, formal mülahizələrə əsaslanmışdır. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Zirə Tərəvəzçilik-Südçülük sovxozunda yerləşən İddiaçı ayrılmış 9,0 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının nümayəndəsi tərəfindən 02 mart 2020ci il tarixli, ********** qeydiyyat nömrəli müraciət olmuşdur. Aparılan araşdırma zamanı Abşeron rayonu, Zirə Tərəvəzçilik-Südçülük sovxozunda yerləşən 9,0 ha torpaq sahəsi Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 07 yanvar 2011- ci il tarixli 005 nömrəli sərəncamı və icarə müqaviləsi əsasında 99 il müddətinə İddiaçı icarəyə verildiyi, o cümlədən, ayrılmış torpaq sahəsinin ilkin torpaqayırma sənədlərində uqodiyasına görə kənd təsərrüfatı təyinatlı yararsız kimi uçota alındığının göstərildiyi müəyyən edilmişdir. Buna baxmayaraq, baxış keçirilmiş ərazidə yerləşən və mövcud elektron kadastr baza məlumatlarına əsasən faktiki vəziyyətdə torpaq sahəsinin 4.7 ha hissəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (əkin), 2.5 ha hissəsinin kənd təsərrüfatı təyinatlı (örüş), 1.8 ha hissəsinin isə kənd təsərrüfatı təyinatlı (yararsız) torpaqlara aid edildiyi aşkar edilmişdir. Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, örüş sahələri hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə bir qayda olaraq 10 ildən 15 ilədək verilir. Sonda iddianın rədd edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-728/2023 saylı, 20 aprel 2023-cü il tarixli qərarı ilə (hakim M.Qarayeva) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, işin mübahisə olunmayan faktiki hallarından göründüyü kimi iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada tələb edilən torpaqayırma sənədlərini, hüquqmüəyyənedici sənədləri cavabdeh orqana təqdim etmiş, onun sözügedən daşınmaz əmlak üzərində hüququnun əmələ gəlməsinə dair İcra hakimiyyəti orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab edilməmişdir və hal-hazırda da qüvvədədir, iddiaçı tərəfindən inzibati orqanın hərəkətlərinə və qəbul etdiyi aktlarına etimad edərək qeyd edilən torpaq sahəsinə milyonlarla manat vəsait xərcləyərək orada kənd təsərrüfatı məhsullarının becərilməsini həyata keçirir. Lakin göründüyü kimi məhkəmə işin mühüm əhəmiyyət kəsb edən hallarını nəzərə almamış və işə formal əsaslarla yanaşaraq qərar qəbul etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətini müdafiə edərək, hüquqi məsələlərə dair izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını və iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq iddiaçı tərəfindən tələbdə dəqiqləşdirilmənin edildiyini, sözügedən torpaq sahəsinə dair icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair müvafiq çıxarışın və özündə torpaq sahəsinin texniki göstəricilərini əks etdirən plan və ölçünün (texniki pasport) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının pozuntusu ilə qərar qəbul edildiyindən, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilib, iddia təmin olunmalıdır. İddianın mümkünlüyü: Baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın mahiyyəti: Məhkəmə kollegiyası hesab edir ki, iddia mahiyyəti üzrə də əsaslıdır. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. AR Torpaq Məcəlləsinin: -12-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. -12-ci maddəsinin 2-ci hissəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. -12-ci maddəsinin 3-cü hissəsinə əsasən kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir. -12-ci maddəsinin 4-ci hissəsinə əsasən kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yol verilir. -12-ci maddəsinin 5-ci hissəsinə bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanı qarşısında vəsatət qaldırırlar. -13-cü maddəsinin 1-ci hissəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmitədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. -13-cü maddəsinin 2-ci hissəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. -13-cü maddəsinin 3-cü hissəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. -14-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini aşağıdakı qaydalarla əldə edirlər: “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından ayrılan payların xüsusi mülkiyyətə verilməsi; bələdiyyələrin ehtiyat torpaq fondunda, habelə vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada satın alınması; dövlət və xüsusi mülkiyyətdə olan torpaqlardan istifadəyə və icarəyə, bələdiyyə mülkiyyətində olan torpaqlardan isə icarəyə torpaq sahəsi götürülməsi. -14-cü maddəsinin 2-ci hissəsinə əsasən əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və xarici hüquqi şəxslər kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. -14-cü maddəsinin 3-cü hissəsinə əsasən dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsi “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. AR “Torpaq icarəsi haqqında” Qanunun: - 1-ci maddəsinə əsasən torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. - 10-1.1-ci maddəsinə əsasən dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini icarəyə götürmək istəyən şəxs (bundan sonra – ərizəçi) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə elektron ərizə (bundan sonra - ərizə) ilə müraciət edir. Ərizədə torpaq sahəsindən istifadənin məqsədi və müddəti göstərilir. - 10-1.2-ci maddəsinə əsasən ərizəyə aşağıdakı sənədlər əlavə edilir: 10-1.2.1. ərizəçi fiziki şəxs olduqda, şəxsiyyət vəsiqəsinin surəti; 10-1.2.2. ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti; 10-1.2.3. ərizəçinin vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınması barədə şəhadətnamənin surəti; 10-1.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş formada torpaq sahəsindən istifadənin iqtisadi əsaslandırılması; 10-1.2.5. torpaq sahəsi qanuni istifadədə olduqda, torpaq istifadəçisinin razılığını təsdiq edən sənəd. 10-1.2-1. Bu Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulan sənədlərin X2 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin X2 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. -10-1.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təqdim olunmuş ərizəyə və ona əlavə olunmuş sənədlərə 10 gün müddətində baxaraq aşağıdakı hüquqi hərəkətlərdən birini edir: 10-1.3.1. torpaq sahəsinin icarəyə verilməsini məqsədəuyğun hesab etmədikdə və ya ərizədə və ona əlavə edilmiş sənədlərdə icarə müqaviləsinin bağlanmasından imtinaya səbəb olan çatışmazlıqlar (bu Qanunun 10-1.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla) aşkar etdikdə, torpaq sahəsinin icarəyə verilməsindən imtina edilməsi barədə inzibati akt qəbul edir. Bu inzibati akt torpaq sahəsinin icarəyə verilməsindən imtina hallarına istinad edilməklə əsaslandırılmalıdır; 10-1.3.2. torpaq sahəsinin icarəyə verilməsini məqsədəuyğun hesab etdikdə, bu barədə rəy hazırlayır, həmin rəy və bu Qanunun 10-1.1-ci və 10-1.2-ci maddələrində nəzərdə tutulmuş sənədlər də əlavə olunmaqla, icarə müqaviləsini bağlamağa razılıq alınması üçün 2 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) informasiya sistemi vasitəsilə göndərir. -10-1.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və torpaq sahəsinin icarəyə verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar (bu Qanunun 10-1.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla) aşkar etdikdə, ərizənin qeydiyyata alındığı tarixdən 3 gündən gec olmayaraq onların aradan qaldırılması barədə məlumatı ərizəçiyə informasiya sistemi vasitəsilə təqdim edir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bu zaman ərizəyə baxılması ilə bağlı müddətin axımı dayandırılır. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur. -10-1.5-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 10-1.3.2-ci maddəsinə əsasən razılıq alınması üçün təqdim olunan müraciətə və ona əlavə olunan sənədlərə informasiya sistemi və dövlət torpaq kadastrının məlumatları əsasında 15 gün müddətində baxaraq dövlət torpağının icarəyə verilməsinə razılıq verir və ya həmin müraciət və əlavə olunan sənədlər qeyd olunan məlumatlarla uyğunsuzluq təşkil etdikdə dövlət torpağının icarəyə verilməsinə razılıq vermir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) icarə müqaviləsinin bağlanmasına razılıq verilməsindən imtina barədə qərarı imtina hallarına istinad edilməklə əsaslandırılmalıdır. -10-1.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 10-1.3.2-ci maddəsinə uyğun olaraq razılıq almaq üçün təqdim olunan müraciətə 30 gün müddətində münasibət bildirmədikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) razılıq verilməsi prezumpsiyasından çıxış edir. -10-1.7-ci maddəsinə əsasən bu Qanunun 10-1.5-ci və 10-1.6-cı maddələrinin müddəaları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) icarəçi ilə icarə müqaviləsi bağlayır və ya icarə müqaviləsinin bağlanmasından imtina haqqında inzibati akt qəbul edir. -12-ci maddəsinə əsasən torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 176 saylı xx.xx.1999-cu il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏmlakMəsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrindən biridir. “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsinə əsasən: 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. 13-cü maddəsinə əsasən: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İş materiallarından görünür ki, iddiaçı fərdi sahibkardır və kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olur. Abşeron rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 005 saylı sərəncamına əsasən X7 saxlanılmış torpaqlardan X4 sovxozunun ərazisindən 9,0 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün 99 il müddətinə icarə əsasında iddiaçıya ayrılmış və bununla bağlı tərtib edilmiş icarə müqaviləsi və torpaqayırma sənədləri təsdiq edilmişdir. Həmin tarixdə Abşeron rayonu İcra Hakimiyyəti ilə aralarında "Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə" bağlanmış, "Torpaq sahəsinin ayrılmasına dair akt" tərtib edilmiş, yerli icra hakimiyyəti və ərazi üzrə torpaq şöbəsinin nümayəndələri tərəfindən imzalanaraq möhürlənməklə təsdiqlənmiş, AR DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən həmin torpaq sahəsinin ayrılmasının qanunamüvafiq olması və AR DTXK-nin Abşeron rayon şöbəsinin torpaq sahəsi üzərində mülkiyyət hüququna dair sənədin verilməsinə etiraz etməməsi barədə xx.xx.2011-ci il tarixli 04 saylı rəy verilmiş, ayrılmış torpaq sahəsinin koordinatları ilə bağlı Abşeron rayonu keçmiş X4 Sovxozunun yerquruluşu planından çıxarış hazırlanmışdır. Abşeron rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 263 saylı sərəncamına əsasən, iddiaçıya həmin torpaq sahəsində istixanaların quraşdırılmasına və köməkçi binaların tikintisinə icazə verilmişdir. İddiaçı da həmin sənədlərə istinad etməklə qeyd olunan torpaq sahəsi üzərində icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair müvafiq çıxarışın və özündə torpaq sahəsinin texniki göstəricilərini əks etdirən plan və ölçünün verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsaslı, cavabdeh inzibati orqanın imtinasını və müvafiq olaraq birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi ilə bağlı gəldiyi nəticəni əsassız hesab edərək aşağıdakıları qeyd edir. İş materiallarında olan : - Cavabdehin xx.xx.2020-ci il tarixli **********81 saylı imtina məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Abşeron rayonu, Zirə Tərəvəzçilik-Südçülük sovxozunda yerləşən İddiaçı ayrılmış 9,0 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 02 mart 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətinizə baxılmışdır. Aparılan araşdırma zamanı, Abşeron rayonu, Zirə Tərəvəzçilik- Südçülük sovxozunda yerləşən 9,0 ha torpaq sahəsi Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 07 yanvar 2011-ci il tarixli 005 nömrəli sərəncamı və icarə müqaviləsi əsasında 99 il müddətinə İddiaçı icarəyə verildiyi, o cümlədən, ayrılmış torpaq sahəsinin ilkin torpaqayırma sənədlərində uqodiyasına görə kənd təsərrüfatı təyinatlı yararsız kimi uçota alındığının göstərildiyi müəyyən edilmişdir. Buna baxmayaraq, baxış keçirilmiş ərazidə yerləşən və mövcud elektron kadastr baza məlumatlarına əsasən faktiki vəziyyətdə torpaq sahəsinin 4.7 ha hissəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (əkin), 2.5 ha hissəsinin kənd təsərrüfatı təyinatlı (örüş), 1.8 ha hissəsinin isə kənd təsərrüfatı təyinatlı (yararsız) torpaqlara aid edildiyi aşkar edilmişdir. Məlumat üçün bildirilir ki, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, örüş sahələrinin hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə bir qayda olaraq 10 ildən 15 ilədək verilir. Göstərilən səbəblərdən ərizənizin icrası mümkün olmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir.” - - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin 04 saylı xx.xx.2011-ci il tarixli rəyində bildirilmişdir ki, X4 sovxozunun ərazisində yerləşdiyi, uqodiyasına görə yararsız kimi uçota alınan ərazidən İddiaçı 99 (doxsan doqquz) il müddətinə kənd təsərrüfatı məqsədilə 9,0 hektar torpaq sahəsinin icarə müqaviləsi yolu ilə verilməsinə etiraz edilmir. - Abşeron rayon İcra Hakimiyyəti Başçısı Z.F.Fərəcov, DTXK-nin Abşeron rayon şöbəsinin müdiri M.İ.Vəliyev və fiziki şəxs İddiaçı tərəfindən imzalanmış komissiya aktının surətindən görünür ki, iddiaçıya ayrılmış X8 Fondunda saxlanılmış torpaq sahəsi X4 sovxozunun ərazisində yerləşir, uqodiyasına görə yararsız kimi uçota alınmışdır. -Abşeron rayon İcra Hakimiyyəti Başçısının 005 saylı xx.xx.2011-ci il tarixli sərəncamının surətindən görünür ki, X7 saxlanılmış torpaqlardan X4 sovxozunun ərazisindən 9,0 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün 99 il müddətinə icarə əsasında İddiaçı ayrılması barədə icarə müqaviləsi və digər torpaqayırma sənədləri təsdiq edilmişdir. - “Torpaq sahəsinin icarəyə verilməsi haqqında" xx.xx.2011-ci il tarixli 005 saylı İddiaçı ilə Abşeron rayon İcra Hakimiyyəti Başçısı arasında bağlanmış müqavilənin surətindən görünür ki, X7 saxlanılmış torpaqlardan X4 sovxozunun ərazisindən 9,0 ha torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı üçün 99 il müddətinə İddiaçı icarəsinə verilmişdir. - İddiaçıya ayrılmış torpaq sahəsinin koordinatları ilə bağlı Abşeron rayonu keçmiş X4 Sovxozunun yerquruluşu planından çıxarış Abşeron rayon İcra Hakimiyyəti Başçısı və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən təsdiq edilmişdir. - Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 263 saylı sərəncamının surətindən görünür ki, İddiaçı rayon İHB-nın 005 saylı 07 yanvar 2011-ci il tarixli sərəncamına əsasən X8 Fondunda saxlanılmış torpaqlardan X4 sovxozunun ərazisindən icarəsinə verilmiş 9,0 ha torpaq sahəsinin hasarlanmasına, razılaşdırılmış eskiz layihəsinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə istixanaların quraşdırılmaşına və köməkçi binaların tikintisinə icazə verilmişdir. - Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli BÇM/0151 saylı arayışla bildirilmişdir ki, məhkəmə tərəfindən təqdim iş materiallarında İddiaçı Abşeron rayon İcra Hakimiyyəti Başçısının 07 yanvar 2011-ci il tarixli 005 nömrəli sərəncam və icarə müqaviləsinə əsasən 99 il müddətinə verilmiş 9.0 ha torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki kadastr sənədləri (torpaq sahəsinin çıxarışı, torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları) təqdim edilmədiyindən və məhkəmə tərəfindən iş materiallarında təqdim edilmiş çıxarışda 9.0 ha torpaq sahəsinin sxemi yerquruluşu qaydalarına uyğun tərtib olunmadığından məktubda qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. - “X6 və Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 189 saylı mütəxəssis rəyindən görünür ki, Abşeron rayon, X4 sovxozunun ərazisində yerləşən iddiaçıya ayrılmış 9,0 ha ölçüdə torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla uqodiyası hazırda əkinə yararlı ərazilərdir. Həmin torpaq sahəsinin Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011- ci il tarixli 005 saylı sərəncamı və icarə müqaviləsi əsasında 99 il müddətində X3 icarəsinə verildiyi zaman təyinatı kənd təsərrüfatı olmuş, uqodiyası isə rəyə əlavə edilmiş ərazinin yerquruluşu sxemindən göründüyü kimi yarasız, örüş və əkin yerindən ibarət olmuşdur. Azərbaycan Respublikası Dövlət Torpaq Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin iddiaçıya ayrılmış torpaq sahəsi ilə bağlı verdiyi 06.2011-ci il tarixli, 04 saylı rəyi həmin dövrdə iddiaçıya ayrılmış torpaq sahəsinin göstəricilərinə uyğun olaraq ərazi yerquruluşu sxemində yararsız, örüş və əkin yeri olmuşdur. Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 005 saylı sərəncamı və icarə müqaviləsi əsasında 99 il müddətində İddiaçı icarəsinə verildiyi tarixdən indiyə qədər olan dövr ərzində həmin torpaq sahəsinin təyinatı, kateqoriyası, uqodiyası ilə bağlı dəyişiklik ondan ibarət olmuşdur ki, ərazi bütövlükdə (daxili yollar saxlanılmaqla) vətəndaşın hesabına əkinə yararlı vəziyyətə gətirilərək orada kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olunur. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/6546 №-li ekspert rəyində göstərilmişdir ki, Abşeron rayon, X4 sovxozunun ərazisində yerləşən iddiaçıya ayrılmış 9.0 ha ölçüdə torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla uqodiyası hazırda əkinə yararlı ərazilərdir. Həmin torpaq sahəsinin Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 005 saylı sərəncamı və icarə müqaviləsi əsasında 99 il müddətində İddiaçı icarəsinə verildiyi zaman təyinatı kənd təsərrüfatı olmuş, uqodiyası isə rəyə əlavə edilmiş ərazinin yerquruluşu sxemindən (səhifə 179) göründüyü kimi yararsız, örüş və əkin yerindən ibarət olmuşdur. Azərbaycan Respublikası Dövət Torpaq Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin iddiaçıya ayrılmış torpaq sahəsi ilə bağlı verdiyi xx.xx.2011-ci il tarixli, 04 saylı rəyi həmin dövrdə iddiaçıya ayrılmış torpaq sahəsinin göstəricilərinə uyğun olaraq ərazi yerquruluşu sxemində yararsız, örüş və əkin yeri olmuşdur. Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 005 saylı sərəncamı və icarə müqaviləsi əsasında 99 il müddətində müddətində İddiaçı icarəsinə verildiyi tarixdən indiyə qədər olan həmin torpaq sahəsinin təyinatı, kateqoriyası, uqodiyası ilə bağlı dəyişiklik ondan ibarət olmuşdur ki, ərazi (daxili yollar saxlanılmaqla) vətəndaşın hesabına əkinə yararlı vəziyyətə gətirilərək orada kənd təsərrüfatı məhsullarının istehsal ilə məşğul olunur. Apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edən kollegiya qeyd edir ki, iş materiallarında mövcud olan torpaq ayırmaya aid olan sənədlər Abşeron rayon İcra Hakimiyyəti Başçısının, DTXK-nin Abşeron rayon şöbəsinin müdirinin və iddiaçının imzası ilə təsdiq edilmiş torpaq sahəsinə baxış keçirilməsinə dair Aktdan, həmin akta əlavə olunmuş Abşeron rayonu keçmiş X4 təsərrüfatının yerquruluşu planından çıxarışdan (1:10000 miqyasda), Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin xx.xx.2011-ci il tarixli 04 saylı rəyindən, Abşeron rayon İcra Hakimiyyəti Başçısının “Abşeron rayonuna təhkim olunmuş, X7 saxlanılmış torpaqlardan İddiaçı X4 sovxozu ərazisindən torpaq sahəsi ayrılması barədə tərtib olunmuş icarə müqaviləsi və torpaqayırma sənədlərini təsdiq edilməsi haqqında” xx.xx.2011-ci il tarixli 11 nömrəli sərəncamından və həmin torpaq sahəsinə dair icarə müqaviləsindən ibarət olmuşdur. Qeyd olunan sənədlərin hər birində iddiaçıya ayrılmış sözügedən 9 ha ölçüdə torpaq sahəsinin Abşeron rayonuna təhkim olunduğu, X7 saxlanılmış X4 sovxozu ərazisində yerləşdiyi və uqodiyasına görə kənd təsərrüfatına yararsız kimi uçota alındığı qeyd edilmişdir. Birinci instansiya məhkəməsi mübahisənin həlli ilə bağlı alınmış ekspert rəyinə istinad etmişdir. Ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Abşeron rayon, X4 sovxozunun ərazisində yerləşən iddiaçıya ayrılmış 9.0 ha ölçüdə torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla uqodiyası hazırda əkinə yararlı ərazilərdir. Həmin torpaq sahəsinin Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 005 saylı sərəncamı və icarə müqaviləsi əsasında 99 il müddətində İddiaçı icarəsinə verildiyi zaman təyinatı kənd təsərrüfatı olmuş, uqodiyası isə rəyə əlavə edilmiş ərazinin yerquruluşu sxemindən (səhifə 179) göründüyü kimi yararsız, örüş və əkin yerindən ibarət olmuşdur. Azərbaycan Respublikası Dövət Torpaq Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin iddiaçıya ayrılmış torpaq sahəsi ilə bağlı verdiyi xx.xx.2011-ci il tarixli, 04 saylı rəyi həmin dövrdə iddiaçıya ayrılmış torpaq sahəsinin göstəricilərinə uyğun olaraq ərazi yerquruluşu sxemində yararsız, örüş və əkin yeri olmuşdur. Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 005 sayli sərəncamı və icarə müqaviləsi əsasında 99 il müddətində Rəşad Rəhim oğlunun icarəsinə verildiyi tarixdən indiyə qədər olan həmin torpaq sahəsinin təyinatı, kateqoriyası, uqodiyası ilə bağlı dəyişiklik ondan ibarət olmuşdur ki, ərazi (daxili yollar saxlanılmaqla) vətəndaşın hesabına əkinə yararlı vəziyyətə gətirilərək orada kənd təsərrüfatı məhsullarının istehsal ilə məşğul olunur. Göründüyü kimi rəydə ekspert ilkin olaraq ərazinin yerquruluşu sxeminə istinad edərək 1/10 dəqiqliklə torpaq sahəsinin uqodiyalarını müəyyən etmişdir. Halbuki sözügedən yerquruluşu sxemindən mübahisəli torpaq sahəsinin uqodiyalarının müəyyən edilməsi mümkün deyildir. İş materiallarında olan AR ƏMDK Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Sumqayıt İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubuna əlavə edilmiş xx.xx.2021-ci il tarixli arayışında da mövcud sxemin yerquruluşu qaydalarına uyğun tərtib olunmadığına istinad edilərək məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılmasının mümkün olmadığı bildirilmişdir. Apellyasiya instansiya məhkəməsində icraat zamanı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə sorğu ünvanlanaraq işin obyektiv araşdırılması məqsədilə İddiaçı keçmiş X4 Sovxozunda kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə ayrılmış 9,0 ha ölçüdə torpaq sahəsinin koordinatları üzrə tоrpаq sahəsinin uqodiyaları barədə Azərbaycan Respublikasında torpaqların еlеktгоn kadastr uçotu iпfоrmаsiуа sistemində qеуdə alınmış məlumatlar, həmin məlumatların işlənməsinə əsas olmuş sənədlər, həmçinin qeyd olunan tограq sahəsinin uqodiyasına dair məlumatları özündə əks etdirən rəqəmsal kadastr xəritəsinin məhkəməyə təqdim edilməsi xahiş olunmuş, sorğuya cavab olaraq verilmiş 04 dekabr 2023-cü il tarixli 3-21-3-32/2-14576/2023 nömrəli cavab məktubunda X4 Sovxozunda yerləşən torpaq sahəsinin məqsədli istifadə növünə görə 4.7 ha əkin, 1.8 ha yararsız, 2.5 ha örüş torpaqlarına aid olması qeyd edilmişdir. Sorğuda tələb edilmiş məlumatlar, sənədlər tam təqdim edilmədiyindən yenidən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə sorğu ünvanlanaraq İddiaçı keçmiş X4 Sovxozunda kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 2011-ci ildə ayrılmış 9,0 ha ölçüdə torpaq sahəsinin koordinatlarına əsasən həmin dövr üzrə tоrpаq sahəsinin uqodiyaları barədə Azərbaycan Respublikasında torpaqların еlеktгоn kadastr uçotu iпfоrmаsiуа sistemində qеуdə alınmış məlumatların, həmin məlumatların işlənməsinə əsas olmuş sənədlərin və qeyd olunan tограq sahəsinin həmin dövr (2011-ci il) üzrə uqodiyasına dair məlumatları özündə əks etdirən rəqəmsal kadastr xəritəsinin məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi MMC-yə xx.xx.2021-ci il tarixli, ********** nömrəli məktub yazılmışdır. Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi MMC-dən cavab olaraq (**********438 nömrəli məktubda) bildirilmişdir ki, vətəndaş İddiaçı adına olan 9,0 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları əsasən keçmiş Abşeron rayonu, “Zirə” tərəvəzçilik südçülük sovxozunun dövlət uçotuna aid yerquruluşu planına əsasən kənd təsərrüfatlı təyinatlı torpaqlar kateqoriyasına aid ərazidə yerləşir (əkin). Məhkəmə kollegiyası diqqətə çatdırır ki, iş üzrə araşdırmalı hal iddiaçının istinad etdiyi hüquqmüəyyənedici sənədlər əsasında torpaq sahəsi ayrılan zamanı torpaq sahəsinin təyinatı və uqodiyasının nədən ibarət olmasıdır. Göründüyü kimi, cavabdeh inzibati orqan, həmçinin, mütəxəssis və ekspert rəyi sözügedən torpaq sahəsinin hazırki uqodiyası barədə məlumat versə də, yuxarıda sadalanan hüquqmüəyyənedici sənədlər təqdim edilən zamanı (2011-ci il tarixə) həmin torpaq sahəsinin uqodiyası barədə məlumat təqdim edə bilməmiş, məhkəmə araşdırması zamanı da dəfələrlə həmin dövrə aid kadastr planları tələb edilsə də, məhkəməyə təqdim edilməmişdir. Həmçinin, torpaq sahəsi ayrılan zamanı aidiyyəti inzibati qurum tərəfindən tərtib edilmiş rəy və aktda torpaq sahəsinin uqodiyasının yararsız olması qeyd edilmiş, həmin akt və rəyə əsasən də müvafiq icra hakimiyyəti tərəfindən sərəncam verilmiş, iddiaçı ilə torpaq icarə müqaviləsi bağlanılmışdır. İşin mübahisə olunmayan faktiki hallarından da göründüyü kimi iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada tələb edilən torpaq ayırma sənədlərini cavabdeh orqana təqdim etmiş, onun sözügedən daşınmaz əmlak üzərində hüququnun əmələ gəlməsinə dair icra hakimiyyəti orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab edilməmişdir və hal-hazırda da qüvvədədir. Apellyasiya instansiya məhkəməsində icraat zamanı işin obyektiv araşdırılması məqsədilə, Abşeron Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanaraq AR Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Abşeron rayonuna təhkim olunmuş, X7 saxlanılmış torpaqlardan İddiaçı X4 sovxozu ərazisindən torpaq sahəsi ayrılması barədə tərtib olunmuş icarə müqaviləsi və digər torpaqayırma sənədlərinin təsdiq edilməsi haqqında 07 yanvar 2011-ci il tarixli, 005 nömrəli sərəncamının və AR Abşeron Rayon İcra Hakimiyyəti Başçısının vətəndaş İddiaçı icarəsində olan torpaq sahəsində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə istixanaların quraşdırılmasına və köməkçi binaların tikintisinə icazə verilməsi barədə 23 fevral 2011-ci il tarixli, 263 nömrəli sərəncamının, həmçinin icarəyə verən qismində Abşeron Rayon İcra Hakimiyyəti ilə icarəçi İddiaçı arasında bağlanmış, 9,0 hektar torpaq sahəsinin İddiaçı uzun müddətə istifadəyə verilməsi haqqında 07 yanvar 2011-ci il tarixli, 005 nömrəli torpaq icarəsi müqaviləsinin hazırda qüvvədə olub-olmaması barədə məlumatın məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Abşeron Rayon İcra Hakimiyyətinin 12 fevral 024-cü il tarixli, 5-29/1-480/2024 saylı sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Abşeron Rayon İcra Hakimiyyəti ilə fiziki şəxs İddiaçı arasında bağlanmış 07 yanvar 2011-ci il tarixli, 005 nömrəli torpaq icarəsi müqaviləsi ləğv edilməmişdir, qüvvədədir. Məhkəmə kollegiyası həmçinin digqqətə çatdırır ki, eyni hüquqmüəyyənedici sənədlər əsasında "xxxx" MMC-nin Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 20.0 ha torpaq sahəsi üzərində istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bununla bağlı "xxxx" MMC-yə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinə baxmayaraq, iddiaçının həmin sənədlər əsasında (Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 005 saylı sərəncamı və "Torpaq sahəsinin icarəyə verilməsi haqqında" xx.xx.2011-ci il tarixli 005 saylı müqaviləsi) torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi barədə müraciətinin təmin edilməsindən imtina edilmiş, nəticədə etimad hüququnun qorunması və bərabərlik prinsipinin tələbləri pozulmuşdur. Bununla da məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. Belə ki, iddiaçıya münasibətdə bərabərlik prinsipinin pozuntusunun baş verdiyi qənaətinə gələ bilmək üçün məhkəmə, ilk növbədə aydınlaşdırmalıdır ki, iddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunmuşdurmu, yoxsa iddiaçının halında hüququ qeydə alınmış şəxslərlə müqayisədə fərqli başqa hal və ya hallar vardır? Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1842/2023 saylı xx.xx.2023-ci il tarixli qərarında məhkəmə hüquqi mövqeyini bu cür əsaslandırılmışdır: Nəzərə almaq lazımdır ki, Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İş materiallarında olan AR Abşeron RİH Başçısının 2178 nömrəli, xx.xx.2010-cu il tarixli sərəncamından görünür ki, "xxxx" MMC-yə Abşeron Quşçuluq sovxozu ərazisində X7 saxlanılmış torpaqdan 20,0 ha kənd təsərrüfatı məqsədilə torpaq sahəsi ayrılması üçün Abşeron Rayon İcra Hakimiyyəti Başçısına məktubla müraciət etmişdir. Komissiya vasitəsilə istənilən torpağa baxış keçirərkən müəyyən olunmuşdur ki, ayrılması nəzərdə tutulan torpaq sahəsi X9 aid olmaqla Abşeron Quşçuluq sovxozunun ərazisində yerləşir, uqodiyasına görə yararsız kimi uçota alınmışdır, AR Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 №-li qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları”na uyğun olaraq Abşeron rayonunun X8 Fondunda saxlanılmış torpaqlardan Abşeron Quşçuluq sovxozunun ərazisindən kənd təsərrüfatı məqsədilə 20,0 hektar 99 (doxsan doqquz) il müddətinə icarə qaydasında "xxxx" MMC-yə torpaq sahəsi ayrılması haqqında tərtib edilmiş icarə müqaviləsi və digər torpaqayırma sənədləri təsdiq edilmişdir. Abşeron rayon İcra Hakimiyyəti Başçısının tərəfindən təsdiq edilmiş aktın surətindən görünür ki, "xxxx" MMC-yə ayrılmış X7 saxlanılmış torpaq sahəsi Abşeron Quşçuluq sovxozunun ərazisində yerləşir, həmin torpaq sahəsi yararsız kimi uçota alınmışdır. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında" xx.xx.2010-cu il tarixli 2178 saylı "xxxx" MMC ilə Abşeron rayon İcra Hakimiyyəti Başçısı arasında baglanmış müqavilənin surətindən görünür ki, X7 saxlanılmış torpaqlardan Abşeron Quşçuluq sovxozunun ərazisindən 20,0 ha torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı üçün 99 il müddətinə "xxxx" MMC-nin icarəsinə verilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin 181 saylı xx.xx.2010-cu il tarixli rəyində bildirilmişdir ki, Abşeron Quşçuluq sovxozunun ərazisindən ərazisində yerləşdiyi, uqodiyasına görə yararsız kimi uçota alınan ərazidən "xxxx" MMC-yə 99 (doxsan doqquz) il müddətinə kənd təsərrüfatı məqsədilə 20,0 hektar torpaq sahəsinin icarə müqaviləsi yolu ilə verilməsinə etiraz edilmir. Qeyd olunan hüquqmüəyyənedici sənədlər əsasında hazırki cavabdeh inzibati orqan tərəfindən inzibati icraat qaydasında Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 20.0 ha torpaq sahəsinə dair "xxxx" MMC-nin icarə hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almış və bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Beləliklə, eyni mühüm faktiki hallara, hüquqmüəyyənedici sənədlərə malik olmasına baxmayaraq, cavabdeh inzibati orqan əsassız olaraq İddiaçı müraciətinin təmin edilməsindən imtina etmişdir. Bununla da inzibati orqan öz praktikasında vətəndaşlara münasibətdə bərabər davranmamışdır. Mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Kollegiya qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən) imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddiası ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, cavabdehin torpaq sahəsi üzərində icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair müvafiq çıxarışın və plan və ölçünün (texniki pasport) verilməsindən imtinası qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, şikayət təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-728/2023 saylı, 20 aprel 2023-cü il tarixli qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-728/2023 saylı, 20 aprel 2023-cü il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. İddiaçıya keçmiş X4 Sovxozunun ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə ayrılmış 9,0 ha ölçüdə torpaq sahəsi üzərində icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair müvafiq çıxarışın və plan və ölçünün (texniki pasport) verilməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar