Məhkəmə qərarları › İş №2-1(103)-2120/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2120/2023

10.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2120/2023 10.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə qarşı “cavabdeh orqanın hərəkətsizliyinin qanunsuz hesab edilməsi və sözügedn sorğu ilə bağlı ona uyğun cavabın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X1 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə qarşı “cavabdeh orqanın hərəkətsizliyinin qanunsuz hesab edilməsi və sözügedən sorğu ilə bağlı ona uyğun cavabın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4236/2023 saylı 01 fevral 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 10 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “cavabdeh orqanın hərəkətsizliyinin qanunsuz hesab edilməsi və sözügedən sorğu ilə bağlı ona uyğun cavabın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4236/2023 saylı 01 fevral 2023-cü il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun cavabdeh orqana etdiyi müraciət məktublarına cavabdeh orqan tərəfindən tam cavab verilmədiyi halda birinci instansiya məhkəməsi tərəfindən iddiası bu əsasla rədd edilmişdir. Halbuki məhkəmə onun ünvanladığı müraciət məktublarına verilmiş cavab məktublarının məzmununu nəzərə almamışdır. Bununla bağlı iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğv edilməsi və iddiasının təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə qarşı tələbi “cavabdeh orqanın hərəkətsizliyinin qanunsuz hesab edilməsi və sözügedən sorğu ilə bağlı ona uyğun cavabın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədədir. İş materiallarından görünür ki, iddiaçı cavabdeh orqana xx.xx.1979-cu il təvəllüdlü Bakı şəhərində doğulmuş Karalyova (İvanova) Yelena Yevgenyevna (X2, X3 va ya X6 Korolyova) ilə 1995-2014-cü illər ərzində nikahda olub-olmaması barədə məlumatın ona təqdim edilməsi ilə bağlı müraciət etmiş, lakin sonuncu tərəfindən onun müraciətinə tam cavab verilməmişdir. Buna görə də iddiaçı müraciətlərinə cavab məktublarının məzmunundan narazı qalaraq hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İşin apellyasiya baxışı zamanı xx.xx.2023-cü il tarixdə məhkəmənin elektron kabinetinə cavabdeh inzibati orqan tərəfindən daxil olmuş məktubun məzmunundan görünür ki, “Vətəndaşlın vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2023-cü ilədək olan dövrə aid daxil edilmiş məlumatlar üzrə axtarış aparılmış və Karalyeva (İvanova) Yelena Yevgenyevnanın (X2, Karaleva (İvanova) Yelana Yevgenyevna va ya Karolyeva (İvanova) Yelena Yevgenyevnanın) İddiaçılə, habelə başqa şəxslə nikahı haqqında hər hansı məlumat aşkar olunmamışdır. Beləliklə, apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçının hazırki iş üzrə tələbinin təmin edildiyi, yəni iddiaçının müraciətinə tam cavab verildiyini, buna görə də artıq tərəflər arasında mübahisənin mövcud olmadığı müəyyən olundu. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci madddəsinə əsasən Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə qarşı tələbi təmin edildiyindən, yəni onun müraciətinə tam cavab verildiyindən və bununla da tərəflər arasında mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67, 80, 87-ci 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İş üzrə icraata xitam verilsin. Qərardaddan onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar