Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2122/2022 21.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “kompensasiyanın ödənilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6033/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı 07 yanvar 2022-ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ərizə ilə müraciət edərək, Dövlət Xəritəçəkmə vəTorpaq Komitəsinin və onun hüquqi varisi Əmlak Məsələləri Dövlət Xidmətinin məsul şəxslərinin qanuna zidd hərəkəti (hərəkətsizliyi) nəticəsində ona dəymiş maddi ziyana görə 6000 manat, mənəvi ziyana görə 15000 manat kompensasiyanın onun bank hesabına köçürülməsini xahiş etmişdir (İPM.2.2.7) İddianın əsaslarına görə keçmiş Torpaq Komitəsinə və Əmlak Məsələri Dövlət Xidmətinə dəfələrlə müraciət etməyinə baxmayaraq mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin “plan və ölçüsünün” elektron variantda çəkilmiş xəritəsinin və kadastr göstərişlərinə dair məlumatların verilməsinin vaxtı uzadılmış və son anda qanunsuz olaraq kadastr göstəriciləri verməkdən imtina etmişlər. Daşınmaz əmlaka olan hüququna toxunulduğuna görə qanunvericiliklə müəyyən olunmuş qaydada kompensasiyanın ödənilməsinə dair ərizəyə də dəqiqləşdirilmiş cavab verilməmiş, cavabdan yayınmışlar. Xidmət tərəfindən qəsdən, bilərəkdən şəxsi mülkiyyətində olan torpaq sahəsinin “planı və ölçüsü”nün, elektron variantda çəkilmiş xəritəsinin və kadastr göstəricilərinə dair müvafiq məlumatların verilməsindən imtina edilmiş və bununla da daşınmaz əmlaka olan hüququna toxunulmuş, nəticədə ona külli miqdarda maddi, dəyəri bilinməyən mənəvi ziyan dəymişdir. İddiaçı ona vurulmuş həmin ziyanın ödənilməsi üçün cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə (PHŞ) müraciət etmiş, sonuncu ona ünvanladığı 24 yanvar 2022-ci il tarixli cavab məktubunda bildirmişdir ki, 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən aparılmış texniki inventarlaşdırma işləri, kadastr ekspertizası və daşınmaz əmlaka yerində baxış zamanı qeyd olunan torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki vəziyyəti arasında uyğunsuzluğun olduğu və göstərilən torpaq sahəsinin digər fiziki şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən edilmişdir. Torpaq sahəsi mübahisəli ərazidə yerləşdiyindən 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması mümkün olmamışdır. Cavabdeh məhkəməyə ünvanladığı iddia ərizəsinə qarşı yazılı etirazında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oetyabr 2021-ci il tarixli , 144 nömrəli əmri ilə təsdiq edilmiş Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsinin 1.3-cü bəndinə əsasən Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin nizamnamədə nəzərdə tutulan vəzifələrinin və hüquqlarının tabeliyində olan qürumlar vasitəsilə həyata keçirdiyini qeyd edərək, torpaq sahəsinə dair plan və ölsünün və reyestrdən çıxarışın vverilməsi Xidmət tərəfindən deyil, publik hüquqi şəxsin ərazi idarələri tərəfindən həyata keçirildiyini qeyd edərək, iddia ərizəsinin həmin ərazi idarəsinə verilməli olduğunu bildirmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6033/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edib yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci madddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, qərardad əsassız, qanunazidd və ədalətsizdir. X1 Torpaq Komitəsinə və Əmlak Məsələləri Dövlət Xidmətinin rəhbərliyinə dəfələrlə müraciət etməsinə baxmayaraq şəxsi mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin plan və ölçüsünün elektron variantda çəkilmiş xəritəsinin və kadastr göstərişlərinə dair məlumatların verilməsinin vaxtı uzadılmış və ya son anda qanunsuz olaraq qeyd edilən sənədləri verməkdən imtina etmişdir. Daha sonra, iddiaçı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Əsasnaməsinin 3.0.22, 3.0.23, Mülki Məcəllənin 152.1 və 149.2-ci maddələrinə istinadən qeyd etmişdir ki, ona dəymiş ziyan hüquqi şəxsin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyindən kompensasiyasını da həmin orqan ödəməlidir. Məhkəmə qərardad qəbul edərkən təqdim edilmiş sübutlara hüquqi qiymət verməmiş və qeyd edilən qanunvericiliyin tələblərini nəzərə almamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndələri) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin («İPM») 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının işə əlavə olunmuş iddia ərizəsinə, cavabdehə ünvanladığı ərizələrinə və sonuncunun hazırkı iddia tələbi üzrə iddiaçıya ünvanladığı cavab məktubuna, habelə, onun iddia ərizəsinə etirazına, eləcə də, keçmiş Azərbaycan Respublikası DTXK Şamaxı rayon şöbəsi tərəfindən iddiaçıya verilmiş «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»sinə əsasən müəyyən olunur ki, cavabdehə qarşı ziyan tələbi ondan qaynaqlanır ki, hazırkı iddia qaldırmazdan əvvəl Şamaxı rayonu Avaxil Bələdiyyəsinin 29 oktyabr 2004-cü il tarixli 19 nömrəli qərarı ilə ona fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,12 ha torpaq sahəsin plan və ölçüsünün tərtib olunması və mülkiyyət hüququnun qeydə alınması üçün Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin publik hüquqi şəxsinin (PHŞ) 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət etmiş, lakin sonuncu tərəfindən yerində baxış zamanı həmin torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki vəziyyəti arasında uyğunsuzluq olduğuvə göstərilən torpaq sahəsinin digər fiziki şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü əsas gətirilərək , ərizəsinin təmin olunmasından imtina etmişdir. Həmin imtinadan narazı qalan iddiaçı hazırkı cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı maddi və ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birincisi, iddiaçı ona məxsus Şamaxı rayonu ərazisində yerləşən torpaq sahəsinə dair reyestrdən çıxarışın, plan və ölçünün verilməsindən Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən imtina ejildiyi halda, maddi və ziyan tələbini Əmlak Məsələləri Dövlət Xidmətinin özünə qarşı irəli sürmüşdür. Halbuki, qeyd olunan vəzifələr Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oetyabr 2021-ci il tarixli, 144 nömrəli əmri ilə təsdiq edilmiş Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 1.3-cü bəndinə əsasən Daşınmaz Əmlakın Kadastrı və Reyestri PHŞ-in tabeliyində olan və hüquqi şəxs səlahiyyətin malik qürumları vasitəsilə həyata keçirilir. Başqa sözlə, iddiaçının hazırkı iddia tələbi qanunvericiliklə üzərinə mübahisələndirilən məsələ üzrə cavabdehlik öhdəliyi olmayan şəxsə qarşı yönəlmişdir. İkinci bir tərəfdən, iddiaçı plan və ölçü (çıxarış) verilməsindən imtina edən orqan - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 14 saylı Şamaxı Ərazi İdarəsinin imtinasının qanunsuz olub-olmadığını da məcburetmə haqqında iddia vasitəsilə məhkəmə qaydasında mübahisələndirməmişdir. Beləliklə də qeyd olunanlar onun hazırkı iddia ərizəsinin əsaslandırılmış iddia ərizəsi kimi qəbul edilməsini və onun məhkəmə icraatının mümkünlüyünü istisna edilir. İPM-in 35.1-ci maddəsinin tələbindən isə görünür ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında iddia mümkün sayılır. Əks halda, həmin Məcəllənin 35.3-cü maddəsindən isə görünür ki, məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Odur ki, qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmamasını işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərardadın qanunsuz və əsassız olduğunu mübahisələndirilən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6033/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6033/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-2122/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2122/2022
21.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver