Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2122/2023 20.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-192/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə- 540 ) açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İ. İddiaçı X4 cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı cavabdeh Bakı şəhər İcra Hakimiyyətindən iddiaçıya maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi kimi 300.000(üç yüz min) manat civarında pulun ödənilməsi, yaxud Bakı şəhərində 4 otaqlı evlə,yaxud 12 sot torpaq sahəsi ilə təmin edilməsi barədə qərar qəbul olunmasına dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 1999-cu ilin may ayında Azercell Telekom MMC-yə ofis tikmək üçün heç bir kompensasiya ödəmədən polis gücünə zor tətbiq edərək Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 3166 məhəllə ünvanda ("xxxx" Telekom MMC-nin Baş ofisi ünvanı,Tbilisi prospekti 149) yerləşən zibillik və daş-kəsəkdən ibarət ərazini təmizləyərək, illərlə qurub yaratdıqları 10 sot torpalarını və evi, 7 ay törədilən vəhşilikdən sonra dağıdılmışdır. 1999-cu il iyulun 17- də söküntü aparılan ərazidə çəkilmiş video əlavə olunur. Azərbaycan Şəhərsalma va Tikinti məcəlləsinin 95-ci maddəsində, Mülki Məcəllənin 180.4-cü maddəsində göstərilir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraglı tərəfin müraciəti üzrə gəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Lakin evlərin sökülməsi məhkəmə qərarı, icraçıların iştirakı olmadan aparılmışdır. Bakı şəhər İcra Hakimiyyətinin 30 dekabr 2003-cü il tarixli Q-520/2 saylı X2 ünvanlandığı, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən evin sökülməsini təsdiqləyən rəsmi məktubu bunun təsdiqidir. (əlavə olunur) Bu illər ərzində dəfələrlə Bakı şəhər İcra Hakimiyyətinə müraciət olunmuşdur. xx.xx.2020-ci il tarixdə cavabdehə müraciət edərək,vurulmuş maddi ziyan 150000.0 (yüz əlli min) manat və mənəvi ziyanla bağlı 150000.0 (yüz əlli min) manat,cəmi 300000.0 (üç yüz min) manat məbləğin ödənilməsi,yaxud Bakı şəhərində 4 otaqlı evlə, yaxud 12 sot torpaq sahəsi ilə təmin edilməsi xahiş olunmuşdur.Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti xx.xx.2020-ci il tarixli Q498-152 saylı məktubla məsuliyyətdən yayınaraq,Yasamal rayon İcra Hakimiyyəti başçısına müraciətin aidiyyəti üzrə baxılması üçün göndərir.” Baki İnzibati Məhkəməsinin 2-1(112)-648/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı X1 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” barədə iddia tələbinə dair iş üzrə icraat şəxsin hüquq varisi müəyyən edilənədək dayandırılmışdır. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikasinin Ədliyyə Nazirliyi 4 Saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisiinin xx.xx.2022-ci il tarixli 2268 nömrəli məktubunda qeyd edilmişdir ki, miras qoyanın övladı X5 xx.xx.2021-ci il tarixdə mirasdan İddiaçı xeyrinə imtina etmiş və bu barədə 8İ/27890 reyestr nömrəsi ilə qeydiyyatdan keçərək təsdiq edilmişdir. Miras qoyanın oğlu İddiaçı xx.xx.2021-ci il tarixdə müraciət edərək mirası qəbul etmiş və bu barədə ərizəsi 8İ/27891 reyestr nömrəsi ilə qeydiyyatdan keçərək təsdiq edilmişdir. Baki İnzibati Məhkəməsinin 2-1(112)-648/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə, iddiaçı X4 onun hüquq varisi olan İddiaçı ilə əvəz edilmişdir. Daha sonra, işə mahiyyəti üzrə baxılaraq Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-192/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd olunmuşdur. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “Sovetlər Birliyi vaxtından yaşadıqları ərazi, Yasamal rayonu Tblisi prospekti 3166 məhəllə ünvanı Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 422 saylı sərəncamina əsasən Cen Telekom LTD şirkətinə özəl xəstəxana tikintisi üçün ayrilmişdir. Həmin ərazidə 17 ailənin yaşadığını görən "Cen Telekom LTD" şitkəti fikrindən dönür. Onlara Bizə məxsus 10 sot torpaq Siıhəsində onlarla meyvə ağaclar, 17 ədəd məhsul verən qoz ağacları vardı. Bundan sonra Bakı şəhər İcra Hakimiyyəti xx.xx.1999-cu il tarixli 239 saylı sərəncamla "Cen Telekom LTD" şirkətinin müraciətinə əsasən şirkətə məxsus həmin ərazinin 0.8 hektarlıq hissəsi cavabdeh Azercell Telekom MMC-ya ayırmış və Bakı şəhər İcra Hakimiyyəti xx.xx.2001-ci il tarixli 599 saylı sərəncamla ərazinin 1.0 hektarlıq sahəsi Azercell Telekom MMC-ya ayırmışdır. 1 -ci sərəncamla 2-ci sərəncam arasında 2 İldən artıq vaxt keçsə də cavabdeh Bakı şəhər icra Hakimiyyəti 1.8 ha ərazini 1999-cu ilin avqust ayında onların ailəsinin və diəgər 16 ailənin orada yaşadığını görməməzliyə vuraraq polis gücünə dəmir hasara aldiqdan, 7 aylıq hücumlardan sonra 1999-cu ilin noyabr ayında evləri dağıdaraq ailələrini çöllərə saldılar. Cavabdeh Azercell Telekom MMC tərəfindən evlərinin sökülməsi ilə əlaqədər pulla kompensasiya olunması barədə məsələr həll etməli olduqları barədə məsələni həll etməli olduqları halda bunu etməmiş, nəticədə onların Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit olunmuş mənzil hüququmuz pozulmuşdur. Məhkəməyə təqdim edilən iddia ərizəsinə 1999-cu ilin iyul ayının 17-də söküntü aparılan ərazicə üeydə alınmış video görüntü,Bakı şəhər İcra Hakimiyyətinin anası X2 ünvanlanmış 30 dekabr 2003-cü il tarixli Q-520/2 saylı sökülmənin cavabdeh Bakı şəhər İcra Hakimiyyəti tərəfindən törədildiyini təsdiq edən məktubunun surəti,Yasamal rayon icra Hakiniyyətinin 13 mart 2002-ci il Q-32 saylı məktubunda,Bakı şəhər İcra hakimiyyətinə yazılanı ş ikayətə baxıldığını və yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi ilə mənzil və ya torpac sahəsi ilə təmin olunmağı ilə bağlı Yasamal rayon icra hakimiyyətində növbəyə götürülməyi ilə bağlı müraciətinin məqsədəuyğun olduğu barədə məktubun surəti iş materialrına yeni açılmış hallar üzrə əlavə olunmuşdur. Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Avropa İnsan Hüquq və Əsas azadlıqlarının müdafiəsi haqqnda Avropa Konvensiyasına dair Protokolun 1,3,6,8-cı maddələrinin heç birinə riayət etməmişdir. «Önəryıldız Türkiyəyə qarşı (2002) məhkəmə işi, İvanova (İvarova) va Çerkezov (Cherkezov) Bolqarıstana qarşı 21.4.2016 tarixli qərar-ərizəçinin özbsşırıa tikdiyi ev və onun ailəsi ilə birlikdə oradakı yaşayış yeri onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq «mü kiy/ətə» bərabərdir. Bakı İnzibati məhkəməsinin qərarında qeyd olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3166-cı məhəllə ünvanındakı torpaq sahəsinin cavabdeh Bakı şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçıdan zorla alınaraq üzərində inşa edilmiş evin sökülməsi müqabilində X2 bunların müqabilində Bakı-Aeroport yolunun kənarında salınan qəsəbədə fərdi yaşayış evinin tikintisi üçün torpq sahəsi ayrılmışdır. Bu isə öz-özlüyündə İddiaçı,həmçinin ailə üzvlərinin həmin torpaq sahəsi üzərində hüquqlarının mövcud olduğuna dəlalət etməkdir ki, qanıınsuz sökülən evin və alınan torpaq sahəsinin müqabilində iddiaçılara müvafiq qaydada torpaq sahəsi təklif edilməkdədir. Buna görə Bakı İnzibati məhkəmənin öz qərarında iddiaçının qeyd edilən torpaq sahəsi və tikilmiş evlə bağlı hər hansı hüquqi əsas və sübut təqdim edə bilməməsi ilə bağlı qeyd edilən hallar qanunsuzdur.” Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş cavabdeh Bakı şəhər İcra Hakimiyyəti (nümayəndəsi) məhkəmə iclasında iştirk etməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materialarını araşıdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarıdəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlillərində mübahsələndirir ki, onun ailəsinin Sovetlər İttifaqı dövründən Yasamal rayonu Tblisi prospekti 3166 məhəllə ünvanında 10 sot torpaq sahəsini zibillikdən və daş-kəsəkdən təmizləyərək üzərində ev inşa etdiklərini və cavabdehin qanunsuz sərəncamlarının hüquqi nəticəsində həmin torpaq sahəsi onlardan alınaraq, üzərində olan meyvə ağacları və yaşadıqları ev dağıdılaraq, onlara 150.000 manat məbləğində maddi, həmin məbləğdə də mənəvi ziyan dəymişdir. İPM-in 2.2.7-ci maddəsinin tələbindən görünür ki, iddiaçı inzibati icraat qaydasında inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini tələb edə bilər. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. İşin faktiki hallarından göründüyü kimi, iddiaçının maddi və mənəvi ziyanın ödənilməsi barədə iddia tələbi rədd olunmuşdur. Məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İş materialları üzrə müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçıya zərər vurulduğu sübuta yetirilmir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, mübahisələndirilən ərazi ilə bağlı cavabdeh tərəfindən sərəncamlar verilmiş, icarə müqavitlələri bağlanmışdır: -Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli 599 saylı Sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, Tibilisi prospekti, 3166-cı məhəllədə yerləşən 1.0 hektar torpaq sahəsi "xxxx" LTD Şirkətinə “Özəl xəstəxana tikintisi üçün” ayrılmış və həmin torpaq sahəsinə dair Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 02/91 saylıxx.xx.2002-ci il tarixli Ayrıc Aktı və ayrılmış torpaq sahəsinə cizgi verilmişdir. -Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 239 saylı sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, Tibilisi prospekti, 3166-cı məhəllədə yerləşən 0.8 hektar torpaq sahəsi "xxxx" LTD Şirkətinə “ofis binasının tikintisi üçün” ayrılmış və həmin torpaq sahəsinə dair Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 99/179 saylı xx.xx.1999-cu il tarixli Ayrıc Aktı və ayrılmış torpaq sahəsin Cizgisi verilmişdir. Həmin torpaq sahəsi 49 illik müddətinə “torpaq sahəsinin icarəyə verilməsinə dair Bakı Şəhər İcra Hakimiyyəti və “AZERCELL Telekom” LTD arasında xx.xx.2001-ci il tarixli 0020 saylı Müqavilə bağlanmışdır Həmin ərazidə 10000 kv.m torpaq sahəsi 49 illik müddətinə “torpaq sahəsinin icarəyə verilməsinə dair Bakı Şəhər İcra Hakimiyyəti və “AZERCELL Telekom” LTD arasında xx.xx.2002-ci il tarixli 0088 saylı Müqavilə bağlanmışdır. Qeyd olunanlardan göründüyü kimi, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 3166-cı məhəllədə yerləşən mübahisələndirilən ərazi qanuni əsaslarla adıçəkilən qürumların icarəsinə verilmişdir. İddiaçının həmin ərazidə qanuni əsaslarla 10 sot torpaq sahəsinin onun istifadəsinə və ya icarəsinə ayrıldığı və həmin torpaq sahəsi üzərində şəhərəsalma qaydalarına uyğun ev inşa etdiyini dildiyini mübahisələndirməsinə gəldikdə, istinad etdiyi həmin hallar sübutlarla təsdiq olunmur. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən:
1. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur.
2. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır...
Həmin Məcəllənin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.
Həmin Məcəllənin 11-ci maddəsinə əsasən:
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
Qanunvericiliyin qeyd olunan tələbləri baxımından, mübahisəli ünvanda iddiaçıya torpaq sahəsi ayrılmadığı halda, həmin torpaq sahəsində onun inşa etdiyi qanunsuz tikiləyə hər hansı hüququnun yaranması da istisna edilir. İddiaçının istinad etdiyi, işə əlavə olunmuş - cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli iddiaçıya (mərhum) ünvanlanmış məktubuna gəldikdə isə həmin məktubda da, məhz, iddia olunan torpaq sahəsində onun qanunsuz ev inşa etdiyi vurğulanaraq aşağıdakılar qeyd edilmişdir: «Tbilisi prospektində (indiki Azercellin yerləşdiyi ünvan) siz qanunsuz olaraq 3 otaqlı ev inşa etmiş, Bakı şəhərində aparılan abadlıq işləri, qanunsuz tikililərlə mübarizə ilə əlaqədar olaraq həmin ərazini qaydaya salmaq məqsədi ilə ev sökülmüşdür. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən humanistlik göstərilərək və həyat yoldaşınızın xəstəliyi nəzərə alınaraq BakıAeroport yolunun kənarında yeni salınan qəsəbədə fərdi ev tikmək üçün Sizə torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi yoldan aralı olduğu üçün, Siz başqa sahə ilə əvəz edilməsini tələb edirsiniz. Bildirilir ki, Sizin üçün əlverişli olan ərazilər yol ətrafı meşə zolağıdır və fərdi yaşayış evi tikmək üçün ayrılması qeyrimümkündür. Bu barədə Suraxanı RİH-in təqdim etdiyi 480 saylı, xx.xx.2003cü il tarixli rəsmi arayışda da bildirilir. Məktubun məzmunundan göründüyü kimi, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hümanistlik göstərilərək iddiaçıya özbaşına tutulmuş torpaq sahəsi əvəzində fərdi ev tikmək üçün Bakı-Aeroport Yolunun kənarında, yeni salınan qəsəbədə ona torpaq sahəsi ayrılmış, hətta sonradan o, həmin sahənin yola yaxın əraziyi dəyişdirilməsini də xahiş etmişdir. Ən azından, onu da qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən apellyasiya şikayətində istinad etdiyi, mübahisəli ərazi ilə bağlı cavabdehin sərəncamlarının qanunsuz olduğu da mübahisələndirilməmiş, həmin sərəncamlar qüvvədədir. Beləliklə də iş materallarına əsasən cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması mötəbər sübutlarla təsdiq olunmur. Halbuki, İPM-in 14.3-cü maddəsinin tələbi baxımından, iddia olunan 15000 manat məbləğində zərər vurulduğunu sübut etmə yükü məhz, onun üzərinə düşür. İddiaçının tələbinin 150.000 manat məbləğində mənəvi ziyana məruz qalması hissəsinə gəldikdə, iddiaçının bu tələbi demək olarar ki, formal xarakterli olmaqla, sübutlarla əsaslandırılmamışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 2002-ci il 31 may tarixli Qərarında qeyd etmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Eyni zamanda, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il 7 №li Qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Konstitusiya Məhkəməsinin qeyd olunan şərhi baxımından, cavabdeh tərəfindən iddiaçıya 150.000 manat mənəvi zərər vurulduğu sübuta yetirilmədiyi, həm də özbaşına tutduğu torpaq sahəsindən çıxarıldığı halda, ona formal xarakterli mülahizələrinə əsasən cavabdehə qarşı mənəvi ziyan tələbi təmin edilə bilməz. Göründüyü kimi, iddiaçının cavabdehə qarşı maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinin əsaslılığı sübut olunmur. .«Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68) Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsini faktlar nöqteyinəzərindən mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən işin hərtərəfli araşdırmadan qanunsuz və əsassız qərar qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-192/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-192/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193cü məhəllə) kassasiya şikayəti verilə bilər.