Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2123/2024 01.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Əkbərov Kamran Hüseyn oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “kameral yoxlamanın nəticələrinə dair qərarın ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3223/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı MMC cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı mübahisələndirmə haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********183500 saylı 27 sentyabr 2023-cü-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Vergi orqanı vergi qanunvericilik normalarını düzgün tətbiq etməmiş, və özünəuyğun qaydada şərh edərək əsassız və qanunsuz olaraq cəmiyyətə qarşı kameral vergi yoxlaması açmış və nəticədə İİ rüb üzrə ƏDV üzrə əlavə vergi hesablamışdır. Belə ki, cavabdehin mübahisələndirilən qərarında qeyd edilmişdirib ki, guya iddiaçı tərəfindən ƏDV bəyannaməsində: -(12.2022) əvəzləşmə üçün təqdim edilmiş EBCM seriyalı 106009 nömrəli elektron qaiməfaktura üzrə apanlan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 3638.52 manat ƏDV məbləğinin iddiaçı tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq, cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 3638.52 manat kənarlaşma yaranmışdır. -(11.2022) əvəzləşmə üçün təqdim edildiş EBCİ seriyali 853158 nömrəli elektron qaiməfaktura üzrə apanlan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 3600.0 manat ƏDV məbləğinin iddiaçı tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq, cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 3600.0 manat kənarlaşma yaranmışdır. -(06.2022) əvəzləşmə üçün təqdim edildiş EBBX seriyali 585598 nömrəli elektron qaiməfaktura üzrə apanlan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 7419,54 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq, cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 7419.54 manat kənarlaşma yaranmışdır. -(11.2022) əvəzləşmə üçün təqdim edildiş EBCJ seriyali 235275 nömrəli elektron qaiməfaktura üzrə apanlan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 1800.00 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq, cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 1800.00 manat kənarlaşma yaranmışdır. Qeyd edilənlərə əsasən 16.458,06 manat məbləğ ƏDV vergi bəyannaməsindən çıxararaq, əlavə vergi öhdəliyi yaratmışdır. Aşağıda vergi orqanının mövqeyinin qeyriobyektiv olması ilə bağlı sübutlar və dəlillər göstərilmişdir: Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Yəni, vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması ücün müvafiq orqan (qurum) tərəfindən qərar qəbul edilməlidir. Yalnız bu qərardan sonra (riskli) vergi ödəyicisinin apardığı əməliyyatlar da riskli hesab olunur. EBCM seriyalı 106009 saylı, EBCİ seriyali 853158 saylı və EBCJ seriyali 235275 saylı eqaimə "xxxx" MMC ilə bağlanılan 05 oktyabr 2022-ci il tarixli müqaviləyə əsasən 2022-ci ilin noyabr, dekabr aylarında təqdim edilib. "xxxx" MMC, müvafiq orqanın xx.xx.2023-cü il tarixli **********211200 saylı qərarına əsasən riskli vergi ödəyicisi hesab edilmişdir. Yəni bu o deməkdir ki, "xxxx" MMC ilə müqavilə bağlanan və müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi zamanı, həmin şəxs riskli vergi ödəyicisi deyildir. EBBX seriyali 585598 saylı e-qaimə "xxxx" MMC ilə bağlanılan 01 aprel 2022-ci il tarixli müqaviləyə əsasən 2022-ci ilin iyun ayında təqdim edilib. Bildirilmişdir ki, "xxxx" MMC müvafiq orqanın xx.xx.2023-cü il tarixli **********214300 saylı qərarına əsasən riskli vergi ödəyicisi hesab edilmişdir. Yəni bu o deməkdir ki, "xxxx" MMC ilə müqavilə bağlanan və müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi zamanı, həmin şəxs riskli vergi ödəyicisi deyildir. Göründüyü kimi, hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair elektron qaiməfakturalar tərtib edilən zaman əməliyyat apardığı müəssisələrin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi idarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır və ƏDV əvəzləşmələrini də qəbul etmişdir. Belə olan halda, riskli vergi ödəyicisi ilə əməliyyat apardığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə internet Vergi idarəsinin portalında onlara xəbərdarlıq edilməmizdir. Təbii olaraq da, iddiaçı həmin əməliyyatlara görə tərtib edilən elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzlənməyə təqdim etmişdir...” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3223/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********183500 nömrəli qərarı ləğv edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir (Şikayət İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkün sayılmışdır.) Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “…Vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində ( xx.xx.2022 ) əvəzləşmə üçün təqdim edilmiş EBBX seriyalı 585598 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas verməmişdir. Qeyd edilən elektron qaiməfaktura üzrə 7419.54 manat ƏDV məbləğinin vergi ödəyicisi tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 7419.54 manat kənarlaşma yaranmışdır. Vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində: (xx.xx.2022) əvəzləşmə üçün təqdim edilmiş EBCİ seriyalı 853158 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas verməmişdir. Qeyd edilən elektron qaimə-faktura üzrı 3600.0 manat ƏDV məbləğinin vergi ödəyicisi tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 3600.0 manat kənarlaşma yaranmışdır. (xx.xx.2022) əvəzləşmə üçün təqdim edilmiş EBCJ seriyalı 235275 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas verməmişdir. Qeyd edilən elektron qaimə-faktura üzrı 1800.0 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 1800.0 manat kənarlaşma yaranmışdır. (xx.xx.2022) əvəzləşmə üçün təqdim edilmiş EBCM seriyalı 106009 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas verməmişdir. Qeyd edilən elektron qaimə-faktura üzrı 3638.52 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 3638.52 manat kənarlaşma yaranmışdır. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********513600 “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2023-cü ilin iyun ayı üçün ƏDV bəyannaməsi üzrə 16 458,06 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2023-cü il tarixli **********183500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Məhkəmə araşdırma apararkən İddiaçı MMCv ə "xxxx" MMC və "xxxx"MMC arasında olan əməliyyatın riskli əməliyyat olması faktını nəzərdən qaçırmışdır. Belə ki, adı çəkilən vergi ödəyiciləri arasında həyata keçirilən əməliyyatın xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə olmasını nəzərə almamış, sırf "xxxx" MMC və "xxxx"MMC barəsində çıxarılan qərarın qəbul olunmasını əsas götürməklə kifayətlənmiş və nəticədə əsassız qərar çıxarmışdır. Həmçinin İddiaçı MMC-ninqarşılıqlı əməliyyat apardığı "xxxx" MMC və Metatron İnşaatMMC-nin riskli vergi ödəyiciləri olmaları vergi orqanı tərəfindən aparılmış araşdırmalar zamanı sübuta yetirilmiş və həmin vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab edilməsi barədə müvafiq qərar qəbul edilmişdir. Bundan əlavə, riskli vergi ödəyicisi hesab olunma ilə bağlı vergi orqanının bundan əvvəl çıxış etdiyi məhkəmə mübahisələrində mövcud olmuş oxşar predmetli inzibati iş vergi orqanının xeyrinə yekunlaşmışdır. Bununla bağlı iddiaçı "xxxx" MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Başİdarəsinə qarşı iddiası üzrə qəbul edilmiş Ali Məhkəmənin İnzibati Kollegiyasınınxx.xx.2023-cü il tarixli 2-1(102)-1212/2023 nömrəli qərarında məhkəmə kollegiyasının sözügedən məsələ ilə bağlı hüquqi mövqeyi qeyd etməyi zəruri hesab edirik. Qanunvericiliyin qeyd olunan normasına istinad edərək bildiririk ki, "xxxx" MMCdkəeçirilmiş kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********183500 nömrəli qərarla hesablanmış vergi Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Odur ki, iddiaçının formal mülahizələri həmin qərarın ləğv edilməsi üçün əsas ola bilməz...” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi H.Qəniyev apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclaslarında iştirak edən nümayəndəsi Vəkil isə cavabdeh tərəfindən əsassız olaraq iddiaçıya əlavə vergilər hesablandığını və bank hesablarının dondurulduğunu bildirərək birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin mübahisələndirilən hallarından göründüyü kimi, iddiaçı, İPM-in 32.1-ci maddəsinin tələbinə müvafiq, mübahisələndirmə haqqında iddia vasitəsilə cavabdeh vergi orqanının uameral yoxlamanın nəticələri üzrə qəbul etdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********183500 saylı 27 sentyabr 2023-cü-ci il tarixli qərarının ləğv edilməsini tələb etmişdir. Cavabdehin iddia ərizəsinə etirazına,ona əlavə edilmiş sənədlərə və apellyasiya şikayətinin dəlillərinə və əsasən müəyən olunur ki, cavabdeh trəfindən aparılmış kameral yoxlamanın nəticələri üzrə iddiaçı tərəfindən riskli vergi ödəyiciləri hesab edilmiş şəxslərlə aparılmış alqı-satqı əməliyyatlarına görə əlaqəli məlumatlar adı altında ona mahisələndirilən qərara əsasən 2023-cü ilin iyun ayı üçün 16.458,06 manat məbləğində əlavə dəyər vergsi hesablanmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsindən: 13.2.82-ci maddəsi də məhz nəzərədə tutur ki, riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uygun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirirlərdə əks olunur. İşin yuxarıda qeyd edilən faktiki hallarından göründüyü kimi, mübahisələndirilən qərarla əlavə dəyər vergisinin hesablanmasına əsas olan hallar ondan ibarətdir ki, riskli vergi ödəyicisi hesab edilmiş “Azərtəməltikinti»” MMC tərəfindən iddiaçıya, onunla bağlanmış 05 oktyabr 2022-ci il tarixli müqaviləyə əsasən - EBCM seriyalı 106009 saylı, EBCİ seriyali 853158 saylı və EBCJ seriyali 235275 saylı e-qaimə fakturaları əsasında 2022-ci ilin noyabr və dekabr aylarında, eyni zamanda “Metatron» İnşaat” MMC tərəfindən onunla bağlanılan 01 aprel 2022-ci il tarixli müqaviləyə əsasən iddiaçıya EBBX seriyali 585598 saylı e-qaimə faktura üzrə 2022-ci ilin iyun ayında - mallar təqdim edilmişdir. İş materiallarından isə görünən odur ki, iddiaçının sözügedən qürumlarla aparılan həmin e-qaimə fakturalarla təqdim etmə əməliyyatları, sonuncuların riskli vergi ödəyicisi hesab olunmasından xeyli əvvəl aparılmışdır. elə ki, "xxxx" MMC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********211200 saylı qərarına əsasən, “Metatron» İnşaat” MMC isə Xidmətin xx.xx.2023cü il tarixli **********214300 saylı qərarına əsasən riskli vergi ödəyicisi hesab edilmişlər (İş vərəqi 4; 15). İşin qeyd olunan halları onu göstərir ki, "xxxx" MMC və “Metatron» İnşaat”MMC ilə qeyd edilən e-qaimə fakturalarla həyata keçirilən alqı-satqı əməliyyətlarından təxminən, bir il sonra həmin qürumlar riskli vergi ödəyiciləri hesab olunaraq riskli vergi ödəyiciləri siyahısına daxil edilmişlər. Beləliklə də, iddiaçı tərəfindən həmin əməliyyatlar aparılarkən, vergi qanunvericiliyin tələblərinin pozulduğu və hüquqa zidd təqsirli hərəkətlərə yol verdiyi müəyyən olunmur. Vergi Məcəlləsinin 54.0.1-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması; 54.0.2-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmamasına görə vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Göründüyü kimi, cavabdehin mübahisələndirilən qərarı ilə iddiaçının vergi qanunvericiliyinin tələblərinin pozulmasında təqsirinin mövcud olmadığı və onun 2023-cü ilin iyun ayı üçün 16458,06 manat məbləğində əlavə dəyər vergsinə qanunsuz cəlb edildiyi sübuta yetirilir. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3223/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3223/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2123/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2123/2024
01.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver