Məhkəmə qərarları › İş №2-1(103)-2124/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2124/2023

21.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2124/2023 21.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil Yusib oğlunun və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2047/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək ehtiyata buraxılma şərtinin “Xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndindən (xidməti uyğunsuzluğa görə) “j” bəndinə (öz arzusu ilə) dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini “Azərbaycan Respublikası Müdafiə Nazirinin 09 dekabr 2021-ci il tarixli 01750 nömrəli əmrinin ləğv edilməsi və xidmətə bərpa edilməsi” kimi dəyişdirmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 14 il müddətində qüsursuz xidmət etmiş, dəfələrlə mükafatlandırılmış, vəzifədə irəli çəkilmişdir. O, peşəsinə hörmətlə yanaşan, xidmətini sevən və fiziki qüsurunun olmasına və tibbi göstəricilərə görə könüllü olaraq xidmətdən tərxis olunma imkanından istiladə etməyib xidmətini ən ağır bölgələrdə davam etdirmiş və davam etməyə də hazır olan zabitdir. Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə və özünə qarşı tələbkar olduğuna görə vəzifədə irəli çəkilərək N nömrəli hərbi hissənin komandirinin xx.xx.2016-cı il tarixli 056 nömrəli əmri ilə N nömrəli hərbi hissənin bölük komandirinin şəxsi heyətlə iş üzrə komandir müavini vəzifəsinə təyin olunmuş, sağlamlığı ilə bağlı fiziki qüsurunun, yəni çiynində olan travmaya görə turnikdə idman normativini tam verə bilməməsinə baxmayaraq Müdafiə Nazirin müavini-X2 Komandanın xx.xx.2017-ci il tarixli 016 saylı əmri ilə iki il gecikmə ilə növbəti baş leytenant rütbəsi ona verilmiş və xx.xx.2017-ci ildə N nömrəli hərbi hissənin bölük komandirinin şəxsi heyətlə iş üzrə komandir müavini vəzifəsinə təyin olunmuşdur. Bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini kimi vəzifələrini layiqincə yerinə yetirmiş, hərbi-uçot ixtisası üzrə xidməti vəzifələrini icraetmə qabiliyyətində olmuşdur. Müdafiə Naziri baş leytenant Ə. Həsənovun xidməti uyğunsuzluqla vaxtından əvvəl ehtiyta buraxılmasına səbəb Naxçıvan Muxtar Respublikasının Ordu Komandanın əsassız və yoxlanılmamış məlumatlara istinadən tərtib etdiyi təqdimat olmuşdur. Təqdimatda xidmətinin son altı ay ərzində İddiaçı davamlı olaraq əmrə tabe olmaması və vəzifəsinin öhdəsindən gələ bilməməsi göstərilmişdir. Bunlar həqiqətə uyğun gəlməyən nəticə kimi qiymətləndirilməlidir. İddiaçı 14 il müddətində yaxşı olub və qəfildən intizamsız zabit olması yalnız əqli cəhətdə xəstə olması ilə izah oluna bilərdi, lakin onun səhhətində heç bir problem olmamışdır. Sonuncu hərbi hissəyə Komandan tərəfindən sıra qarşısında elan olunmuş rütbə verilmədən təcili olaraq heç bir izah verilmədən başqa hərbi hissəyə göndərildikdən sonra ona qarşı təzyiqlər və yuxarı rəhbərliyin qərəzli mövqeyi əsasında xidməti uyğunsuzluqla xidmətdən tərxis olunma kompaniyası başlanmış və növbəti rütbə verilmə bəhanəsi ilə attestasiyaya çağırılmış və attestasiyanın qərəzli rəyindən iki ay sonra xidməti uyğunsuzluqla xidmətdən tərxis olunmuşdur. Qeyd edilməlidir ki, Komandan tərəfindən sıra qarşısında İddiaçı şifahi əmrlə kapitan rütbəsi verilmiş və Komandan şəxsən Türkiyyə Silahlı Qüvvələrdə istifadə olunan hərbi qalstuka bağlanan sancağı ona hədiyə etmişdir (həmin hədiyyə məhkəməyə təqdim olunur). Lakin səhərisi günü başqa hərbi hissəyə keçirildikdə əmrdə rütbəsi baş leytenant göstərilmişdir. Göründüyü kimi Müdafiə Nazirin müavini, general-polkovnik Kərəm Mustafayevin baş leytenant İddiaçı elan etdiyi kapitan rütbəsi sonuncuya əmrlə rəsmiləşdirilməmiş və Müdafiə Naziri tərəfindən həmin əmr ləğv edilməmişdir. Halbuki, Silahlı Qüvvələrin Daxili Nizamnaməsinin tələbinə görə rütbəni vermiş şəxs (şifahi və ya rəsmi) özü öz əmrini ləğv edə bilməz, yalnız ondan yuxarı komandir bunu edə bilərdi. Bu tələblərə əməl etməmək üçün İddiaçı qəfildən onu tanımayan və rütbənin verilməsindən məlumatı olmayan hərbi hissəyə xidmətinin davam etdirilməsi üçün baş leytenant rütbədə göndərilməkdə kapitan rütbəsinin verilmə şəraitini unutdurmaq və izi azdırmaq olmuşdur. Yuxarıda qeyd olunanlara və fiziki qüsuruna baxmayaraq İddiaçı etiraz etmədən xidmətini layiqincə davam etdirmişdir. Belə ki, xx.xx.2014-cü ildə İddiaçı məzuniyyətdə olduğu müddət ərzində avtomobil qəzası nəticəsində sol körpücük sümüyünün akromal ucunun qapalı, qopmuş cüzi yerdəyişmiş sınığından sonrakı zəif sümük döyənəyi diaqnozu ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alıb xx.xx.2014-cü il tarixdə xidməti yerinə qayıtmışdır. Aldığı travma ilə əlaqədar N nömrəli hərbi hissənin komandirinin xx.xx.2014-cü il tarixli 101 nömrəli göndərişi ilə 11 mart 2014-cü ildə N nömrəli hərbi hissənin Qarnizon hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilərək “Xəstəlik cədvəlinin” 86 maddəsinin İİİ qrafasına əsasən hərbi xidmətə müvəqqəti yararsız hesab edilərək 14 gün müddətinə hərbi xidmət vəzifələrinin icrasından tam azad olunmuş, daha sonra N nömrəli hərbi hissənin komandirinin xx.xx.2019-cu il tarixli 5150 nömrəli göndərişi ilə xx.xx.2019-cu ildə N nömrəli hərbi hissənin Qarnizon hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilərək “Xəstəlik cədvəlinin” 65 “c” və 13 “d” maddəsinin İİİ qrafasına əsasən sol körpücük sümüyünün akromal ucunun qapalı, qopmuş cüzi yerdəyişmiş sınığından sonrakı vəziyyətə görə İİ dərəcəli alimentar piylənmə diaqnozu ilə hərbi xidmətə yararlı hesab edilmişdir. Hava dəyişikliyi zamanı və xidmətini davam etdirdiyi dövrdə hərbi-həkim komissiyası tərəfindən qeyd olunan travmadan yara ağrılarının kəskinləşməsi səbəbindən o, xx.xx.2019-cu il tarixdə “Naxçıvan Diaqonostika-Müalicə Mərkəzi”ndə KT kabinetdə tibbi müayinədən keçərkən 1.4-1.5 fəqərəarası sahədə arxa liqamentumda kalçinat və intervertebral diskin fibroz həlqəsinin qabarması sol nevral forameni inferiorda daraldan 7.8 mm ölçüdə sol paramedian yırtıq aşkar edilmişdir. E.Həsənovda olan xəstəliyi ətraflı yazmaqda məqsəd odur ki, o, aldığı travma ilə bağlı davamlı şəkildə keçirdiyi ağrılara baxmayaraq, xidmətini ön cəbhədə davam etdirmiş və komandirləri tərəfindən dəfələrlə soruşulduqda ki, xidmətini davam etdirmək istəyirmi, o, hər zaman müsbət cavab vermişdir. Xidmətinin son aylarında hərbi hissə komandirinin səhv məruzəsi nəticəsində ona qarşı rəhbərlik tərəfindən arzuolunmaz davranış nümayiş etdirilmiş və qərəzli mövqe tutulmuşdur. Bu səbəbdən xidmətinin son altı ayında ardıcıl olaraq cüzi səbəbdən töhmətlər elan edilmiş, hətta bir töhmət növbəti rütbə almağı ilə bağlı yuxarıda şərh edilən travmaya görə idman normativini verə bilməməyi ilə əlaqədar olmuşdur, yəni 2014-cü ildə aldığı travmaya görə 7 il xidməti dövründə idman normativini verə bilməməyinə görə cəza verilmədiyi halda İddiaçı asılı olmayan fiziki qüsura görə cəza verilməyə başlanmışdır. Bu cəzaların, o cümlədən N dəfə N nömrəli hərbi hissənin kadrlar üzrə bölməsində onunla fərdi söhbətlərin aparılması, daha sonra şərəf məhkəməsində onun işinə baxılması formal cəhətdən “Xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinin əsasını təşkil etmək üçün edilən addımlar olmuşdur. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 40.3-cü maddəsində göstərilmişdir ki, “Zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar.” Göründüyü kimi bu müddəa blanket maddədir və attestasiyanın rəyi əsasında xidməti uyğunsuzluqla bağlı ehtiyata buraxılma yalnız “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə nizamlanır. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin (bundan sonra Əsasnamə) 15-ci maddəsində həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların vaxtından əvvəl ehtiyata və ya istefaya buraxılmasının yol verilmə hallan müəyyən edilmişdir: digər əsaslarla yanaşı “xəstəliyə görə — hərbi-həkim komissiyasının rəyinə əsasən; xidməti uvğunsuzluğa görə — müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa; öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 5 il xidmət etmiş zabitlər;” Əsasnamənin 42-ci maddəsində rütbənin verilməsi ilə bağlı attestasiyanın keçirilməsi, 86 və 87-ci maddələrə əsasən hərbi qulluqçuların attestasiyası üzrə bütün işlər onlann xidmətdə və davranışda şəxsi nümunəliyini təmin etməyə, onlardan tapşırılmış iş üçün yüksək məsuliyyət hissi tərbiyə etməyə, şəxsi heyətin döyüş hazırlığı, qoşunların döyüş və səfərbərlik hazırlığı, hərbi intizamın möhkəmləndirilməsi vəzifələrinin həlli üzrə onlann təşkilatçılıq bacarığının yoxlanılması üçün dinc dövrdə zabitlərin attestasiyası dörd ildə bir dəfə keçirilməsi nəzərdə tutulmuşdur. Hərbi rütbənin verilməsi müəyyən şərtlərlə həyata keçirilir. Əsasnamənin 42-ci maddəsində göstərilmişdir ki, “Azərbaycan Respublikasının müdafiəsi zamanı xəsarət (yaralanma, travma, kontuziya) alması, yaxud xəstələnməsi ilə əlaqədar müalicə olunan və müvafiq komandirlərin (rəislərin) sərəncamında olan hərbi qulluqçular, bu komandirlər (rəislər) tərəfindən hərbi qulluqçunun xəsarət (yaralanma, travma, kontuziya) almasına, xəstələnməsinə qədər tutduğu ştat vəzifəsi nəzərdə tutulan hərbi rütbənin uçotu ilə növbəti hərbi rütbəyə təqdim edilə bilərlər. Növbəti hərbi rütbə almağa imkan verən yüksək vəzifəyə təyin olunmaqla eyni vaxtda, növbəti hərbi rütbə verilməsi xidməti mənafedən irəli gələn müstəsna hallarda yol verilir.” Bu isə o deməkdir ki, zabitin xidməti dövründə xəstələnməsi və xəstələnməsinə qədər tutduğu ştat vəzifəsi nəzərdə tutulan hərbi rütbənin uçotu ilə növbəti hərbi rütbənin verilməsini istisna etmir və hərbi hissənin komandirinin təqdimatı əsasında attestasiyaya göndərilmiş zabit attestasiya zamanı idman normativlərini vermədən növbəti rütbəni ala bilər. İddiaçı travmadan əziyyət çəkdiyini və idman normativini tam verə bilmədiyini komandir bilirdi və buna baxmayaraq növbəti rütbənin alınması üçün təqdimat hazırlayarakən təqdimatda bu haqda qeydlər aparmamışdır. Bu səbəbdən də attestasiya zamanı İddiaçı xəstəliyi nəzərə alınmadan idman normativlərinin verilməsinə cəlb olunmuş və bu normativləri verə bilməmişdir. Daha sonra digər şərt cəzalarla bağlı olmuşdur. Əsasnamənin 44-cü maddəsində göstərilmişdir ki, “İntizam cəzası alan, xidməti vəzifələrinin yerinə yetirilməsində ciddi nöqsanları olan hərbi qulluqçular növbəti hərbi rütbə verilməsinin digər şərtlərinə cavab versələr də, onların növbəti hərbi rütbə verilməsinə təqdim olunması nöqsanlar aradan qaldırılanadək, intizam cəzası götürülənədək təxirə salınır. Növbəti hərbi rütbə verilməsinə təqdimatın təxirə salınması haqqında qərarı əlahiddə tabor komandiri, ona bərabər və ondan yuxarı səlahiyyətə malik birbaşa rəis qəbul edir və bu qərarın qəbul edilməsinə əsas olan səbəbi hərbi qulluqçu ilə şəxsi söhbət zamanı ona elan edir. Şəxsi söhbət zamanı növbəti hərbi rütbə verilməsinə dair təqdimatın təxirə salınmasına əsas olan səbəb hərbi qulluqçuya söhbət vərəqəsində imza etdirməklə elan edilir və növbəti hərbi rütbə verilənədək şəxsi işə tikilib saxlanılır.” Bu müddəaya əsasən İddiaçı cəzalarının olmasını nəzərə alaraq komandiri onu növbəti rütbənin verilməsi üçün attestasiyaya göndərməməli idi. Görünür, artıq İddiaçı xidməti uyğunsuzluqla bağlı ehtiyata buraxılmasına dair attestasiyaya göndərməzdən əvvəl rəhbərlik tərəfindən qərar verildiyindən formal tələblərə əməl edilməsi üçün İddiaçı attestasiyadan keçirilmiş və attestasiyanın nəticəsi əvvəlcədən bəlli olmuşdur. Əsasnamənin 86-cı maddəsinin müddəaları isə bilavasitə xidmətlə bağlıdır və 4 ildən bir planlı şəkildə keçirilir və attestasiyanın nəticələri ilə xidmətə uyğunsuz hesab edildikdə bu haqda rəy tərtib olunur və hərbi hissə komandirinə göndərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının 3.3-cü maddəsinə əsasən “Attestasiya komissiyasının tövsiyələri müəssisə tərəfindən 30 təqvim günü ərzində yerinə yetirilməlidir. Bu müddət qurtardıqdan sonra attestasiyanın nəticələrinə görə ixtisas, əməyin ödənilməsi dərəcələrini, vəzifə maaşını və maaşa edilən əlavələri azaltmağa və ya ləğv etməyə, işçini aşağı vəzifəyə keçirməyə, işdən azad etməyə yol verilmir.” Beləliklə, hərbi xidmət üzrə də attestasiya Komissiyanın nəticələri bir ay müddətində icra olunmalıdır. Əgər bu müddət ərzində icra olunmassa onda komissiyanın rəyi qüvvədən düşmüş olur və tətbiq oluna bilməz. Bu müddəa Əsasnamədə əks olunmamış və başqa qaydada da müəyyən edilməmişdir. Nazirlər Kabinetinin təsdiq etdiyi attestasiya keçirilməsi qaydalarında bu tələb mövcuddur. Həmin qaydaların Əsasnaməyə nisbətdə hüquq üstünlüyünü nəzərə alaraq qaydalarda qeyd olunan müddəa Əsasnamədə digər şərtlər müəyyən olunmadığından hərbi qulluqçulara da şamil olunmalıdır. Yəni bu məsələdə analogiya prinsipi tətbiq olunur. İddiaçı attestasiyadan 2021-ci ilin sentyabr ayında keçmişdir. Xidməti uyğunsuzluğa görə xidmətdən xx.xx.2021 -ci il tarixdə tərxis olunmuşdur. Bu qanunsuzdur. Qaydaların tələbi kobud sürətdə pozulmuşdur. Attestasiya komissiyasının tövsiyələri 30 təqvim günü ərzində yerinə yetirilməli idi, bu müddət qurtardıqdan sonra attestasiyanın nəticələrinə görə yuxanda qeyd edildiyi kimi ixtisas, əməyin ödənilməsi dərəcələrini, vəzifə maaşını və maaşa edilən əlavələri azaltmağa və ya ləğv etməyə, işçini aşağı vəzifəyə keçirməyə, işdən azad etməyə yol verilmir. Onu da qeyd etmək lazımdır ki, bu Qaydalar 2001-ci ildə təsdiq olunmasına baxmayaraq bu gün də qüvvədədir. Yeganə olaraq 12 mart 2010-cu il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 258) ilə “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın 1.3-cü bəndindən "tibb işçiləri," sözləri çıxarılmışdır. Beləliklə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müdəalarına görə hərbi hissə komandiri tərəfindən tabeliyindən xidmət keçən zabitə növbəti hərbi rütbənin verilməsi məsləhət bilindikdə onun attestasiya göndərilməsinə təqdimat verilir, əks halda zabitlə şəxsi söhbət zamanı növbəti hərbi rütbə verilməsinə dair təqdimatın təxirə salınmasına əsas olan səbəb hərbi qulluqçuya söhbət vərəqəsində imza etdirməklə elan edilir və növbəti hərbi rütbə verilənədək şəxsi işə tikilib saxlanılır. Hər 4 ildən bir attestasiyanın keçirilməsi isə Əsasnamənin 87-ci maddəsi ilə tənzimlənir. Müdafiə Nazirin müavini, general-polkovnik Kərəm Mustafayevin baş leytenant İddiaçı elan etdiyi kapitan rütbəsi sonuncuya əmrlə rəsmiləşdirilməmiş və Müdafiə Naziri tərəfindən həmin əmr ləğv edilməmişdir. Belə olan halda sual olunur nə üçün İddiaçı kapitan rütbəsinin verilməsi ilə əlaqədar attestasiya çağırılmış və nə üçün o, tərxis olunarkən baş leytenant rütbəsində tərxis olunmuşdur. Odur ki, kapitan rütbəsinin verilməsi ilə əlaqədar attestasiya çağırılması qanunsuz hesab edilməlidir, çünki artıq ona kapitan rübəsi verilmişdir. Müdafəi Nazirliyin üzərinə öhdəlik qoyulmalıdır ki, sıra düzülüşündə İddiaçı elan olunmuş kapitan rütbəsi əmrlə rəsmiləşdirilsin. Bundan başqa, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələbinə görə Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. Attestasiya adətən yazılı və şifahi formada keçirilir. İlk növbədə işçiyə testlərə cavab vermək təklif olunur. İşçi testlərdən müvəffəqiyyətlə keçərsə komissiya üzvləri ona bir neçə şifahi sual verə bilərlər. Komissiya işçinin həm peşakar, həm də şəxsi keyfiyyətlərini qiymətləndirir. Peşakar keyfiyyətlər dedikdə - təhsil, iş təcrübəsi, elmi dərəcə, ixtisas artırma kurslan, tələb olunan peşakar biliklərin dərinliyi, müvafiq normativ aktların bilməsi və s. nəzərdə tutulur. Şəxsi keyfiyyətlər dedikdə-məsuliyyətlilik, işgüzarlıq, sərbəstlik, təşəbbüskarlıq, müasir texnologiyalarının öyrənilməsi və məlumatlı olması, fövqaladə hallarda qərar gəbul etmə bacarığı və s. nəzərdə tutulur. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: tutduğu vəzifəyə uyğundur və tutduğu vəzifəyə uyğun deyil. İddaçı İddiaçı 2021-ci ilin sentyabr ayında rütbənin verilməsi ilə əlaqədar attestasiyaya çağırılmışdır. Belə olan halda isə Əsasnamənin 44-cü maddəsi ilə növbəti rütbənin verilməsi məsələsi həll olunur. Əgər hərbi qulluqçu idman normativini verə bilmir və ya digər yazılı testlərdən keçmirsə növbəti rütbə ona verilmir və müddət təyin olunur ki, o, nöqsanları aradan qaldırsın. Hətta vəzifədə aşağı salınması da mümkündür. Çünki həmin vəzifədə növbəti rütbəni almaq imkanı qalır. Odur ki, qeyd olunan attestasiyanın verə bilməməsi ilə əlaqədar İddiaçı ən ağır cəza növü vəzifədə aşağı salınması ola bilərdi. Belə olan halda isə, iddiaçının ehtiyata buraxılması barədə əmrin onun faktiki olaraq növbəti rütbənin verilməməsi ilə nəticələnir. Göründüyü kimi İddiaçı növbəti rütbənin verilməsi ilə əlaqədar attestasiyaya göndərilməsi və attestasiyanın nəticələrinə görə xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması Əsasnamənin 42, 44, 87-ci maddələrinin, Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının 3.3-cü maddəsinin tələblərinin kobud sürətdə pozulması ilə müşaidə edilmişdir. Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının 3.3-cü maddəsində qeyd olunan tələb isə xüsusi normada öz əksini tapmamışdır. Qanun normaların rəqəbəti baxımından ümumi normada qeyd olunan xüsusi norma ilə tənzimlənməmişdir və bu haqda xüsusi normada heç bir müddəa öz əksini tapmamışdırsa bu halda eyni məsələni tənzimləyən ümumi normada göstərilən şərt xüsusi normanın təsiri altına düşən şəxslərə şamil olunmalıdır. Xidməti uyğunsuzluqla xidmətdən tərxis olunma zabit üçün ən ağır cəza növüdür. Bu səbəbdən xidmət uyğunsuzluq anlayışının araşdırmasına zərurət yaranmışdır. Xidməti uyğunsuzluq nə deməkdir? Qanunlarda xidmətin uyğunsuzluğunun anlayışı verilməmişdir. Hesab olunur ki, bu, xidməti uyğunluğun əksidir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 125 və 126- cı maddələrində bölük komandirinin tərbiyəvi işlər üzrə müavinin sülh və müharibə dövründə vəzifələri əks olunmuşdur. Həmin maddələrə əsasən o, şəxsi heyətlə tərbiyə işlərinin planını tərtib etmək; - tərbiyə işini döyüş və ictimai-siyasi hazırlığın müvəffəqiyyətlə yerinə yetirilməsinə, bölükdə döyüş qabiliyyətinin yüksəldilməsinə, döyüş tapşırıqlarının yerinə yetirilməsinə, təkbaşçılığın, şəxsi heyətin hərbi intizamının və mənəvi vəziyyətinin möhkəmlənməsinə yönəldərək təşkil etmək və keçirmək; - bölüyün şəxsi heyətinin Vətənə hədsiz sədaqət, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına mütləq riayət etmək, hərbi andın, hərbi nizamnamələrin və əmrlərin tələblərini qüsursuz yerinə yetirmək, komandirlərə (rəislərə) şüurlu surətdə tabe olmaq və onlara hörmət ruhunda tərbiyəsi üzrə iş aparmaq; - hərbi kollektivlərin möhkəmlənməsi, şəxsi heyətin dostluq və əsgəri yoldaşlıq, döyüş ənənələri, öz hərbi hissəsinə məhəbbət, əsgəri şücaət, şərəf və şan simvolu olan hərbi hissənin döyüş bayrağına sədaqət ruhunda tərbiyə edilməsi üzrə fəal iş aparmaq; bölüyün şəxsi heyətinin qəhrəmanlıq, igidlik nümunələrini və nəcib hərəkətlərini geniş yaymaq; - hərbi qulluqçularda Vətənimizin düşmənlərinə nifrət, hər hansı şəraitində, nəyin bahasına olursa-olsun, Azərbaycan Respublikasının dövlət mənafeyini müdafiə etməyə daim hazır olmaq hissini tərbiyə etmək; - şəxsi heyətdə öz borcunu qüsursuz yerinə yetirmək, dövlət sirrini ciddi saxlamaq şüurunu tərbiyə etmək; - bölükdə hər bir əsgəri, çavuşu, giziri və zabiti tanımaq, onların işgüzar, ictimai-siyasi və mənəvi keyfiyyətlərini, ehtiyaclarını, əhvali-ruhiyyəsini, ailə vəziyyətini bilmək və buna uyğun olaraq hər bir hərbi qulluqçu ilə ictimai-siyasi və tərbiyə işi aparmaq; - bölük zabitlərinin, gizirlərinin və çavuşlarının ictimai-siyasi və tərbiyə işlərinə rəhbərlik etmək, tabelikdə olanların tərbiyəsində və hərbi kollektivin formalaşmasında onlara gündəlik yardım göstərmək; - ictimai-siyasi məşğələlərə rəhbərlik etmək və onların ideya məzmununun yüksəlməsinə qayğı göstərmək, ictimai-siyasi qrup rəhbərlərinə və onların köməkçilərinə məşğələlərin hazırlanmasında və keçirilməsində sistematik kömək göstərmək, qruplardan birində şəxsən ictimai-siyasi məşğələ aparmaq, bölükdə ictimaisiyasi informasiyanı təşkil etmək və keçirmək; - əsgərlər və çavuşlar arasında mədənikütləvi və idman işini təşkil etmək və keçirmək, ictimai-siyasi-maarif işinə və bölük bədii özfəaliyyətinə rəhbərlik etmək; - əsgərlər və çavuşlarla ictimai-siyasi və tərbiyə işində televiziyadan, radiodan, bədii ədəbiyyatın ən yaxşı əsərlərindən, dövri mətbuat materiallarından geniş istifadə etmək; şəxsi heyətin qəzet və jurnallarla vaxtında təmin edilməsinə dair tədbirlər keçirmək; ictimai-siyasi- maarif əmlakının düzgün istifadə edilməsini, qorunub saxlanmasım təşkil etmək; - bölmə fəallarının seçilməsim, yerləşdirilməsini, tərbiyəsini və öyrədilməsini təşkil etmək; bölük divar qəzetinin redaksiya heyətinin və döyüş vərəqələri redaktorlarının işinə gündəlik rəhbərlik etmək;-tabelikdə olanların maddi-məişət şəraitinin yaxşılaşdırılmasına qayğı göstərmək, hərbi qulluqçuların onlara düşən təminatın vaxtında və tam norma ilə almalarına ciddi diqqət yetirmək, şəxsi heyətin ərizə və şikayətlərinə diqqət və qayğıkeşliklə yanaşmaq; - sutkalıq narvada təyin edilmiş şəxsi heyətlə ictimai-siyasi iş aparmaq; bölük komandirinə və tabor (alay, briqada) komandirinin şəxsi heyətlə tərbiyə işi üzrə müavininə şəxsi heyətin ictimai-siyasi və mənəvi vəziyyəti, keçirilmiş ictimai-siyasi tədbirlər, ictimai-siyasi və tərbiyə işlərinin vəziyyəti haqqında vaxtında məlumat vermək; - hərbi qulluqçularda silahları, döyüş texnikasını və digər texnikanı mənimsəmək və daim döyüşə hazır saxlamaq, hərbi və xalq əmlakını qoruyub saxlamaq üçün şəxsi məsuliyyət hissi tərbiyə etmək, şəxsi heyəti təhlükəsizlik tədbirlərinə riayət etməyə səfərbər etmək; - şəxsi heyətin hərbivətənpərvərlik, ümumbəşəri dəyərlər və Azərbaycan xalqının milli-tarixi ənənələri ruhunda tərbiyəsi məqsədi ilə bölükdə ictimai siyasi hazırlığı, habelə kütləvi təbliğat, təşviqat və mədənimaarif işlərini, həmçinin rəsmi məlumatların vaxtında çatdırılmasını təşkil etmək və aparmaq vəzifələrini daşıyır. Əlihevdər Həsənov daimi həmin vəzifələrin icrası ilə məşğul olmuş və onun tabeliyində olan şəxsi heyət tərəfindən hər-hansı ciddi pozuntulara yol verən olmamışdır. Beləliklə, xidməti uyğunluğun əksini “hərbi nizamnamənin tələblərinə riayət etməmə, intizamsızlıq etmə, xidməti vəzifəsinə laqeyd, məsuliyyətlə yanaşmama hərbi qulluqçunun peşə biliklərinin və fiziki hazırlığının aşağı səviyyədə olmasının göstəricisi” təşkil edir. Bu səbəbdən o, öz xidməti vəzifələrini tam və lazımı səviyyədə yerinə yetirməyə qadir olmur. Xidməti uvğunsuzluğa gətirib çıxaran qanun pozuntuları törədən hərbi qulluqçu anlamalıdır ki, ona qarşı yuxarı rəhbərlik tərəfindən intizam cəzası tətbiq olunacaq. Silahlı Qüvvələrin İntizam Nizamnaməsində intizam cəzaların növləri müəyyən edilmişdir. Həmin Nizamnamənin 67-ci maddəsində zabitlərə: a) məzəmmət; b) töhmət; v) şiddətli töhmət; q) hauptvaxtda saxlanılmaqla kiçik zabitləri 10 sutkayadək, baş zabitləri 5 sutkayadək həbs etmə; ğ) vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq; d) aşağı vəzifəyə keçirmə; e) hərbi rütbəsini bir pillə aşağı salma intizam cəzaları verilə bilər. Ən ağır cəza vəzifələrinə tam uyğun olmaması barədə xəbərdarlıq etmə hesab olunur. Bu növ cəzanı tətbiq edərkən yuxan rəhbər zabitin intizam və təşkilatı bacarıqlarının aşağı səviyyədə olmasını, o cümlədən vəzifəsinin icrasına qeyri-ciddi və laqeyd davranışını qeyd edir. Lakin bu növ cəzanın elan etməzdən əvvəl rəhbər hərbi qulluqçunu səciyyələndirən göstəriciləri də nəzərə almalıdır. İddiaçı irad bildirilən pozuntuların xarakterinə diqqət yetirsək görərik ki, pozuntular mahiyyət etibarən ciddi olmamışlar, məsələn, bölükdən hərbi hissəyə gəldikdə iclasa gecikmə, idman normativini yerinə yetirməmə və sair. Onun törətdiyi pozuntuların xidməti vəzifəsinə heç bir mənfi təsiri olmamış, şəxsi heyət intizamlı olaraq xidmətini davam etdirmişdir. Həmçinin İddiaçı peşə təcrübəsi, tutduğu vəzifədə iş stajı kifayət qədər yüksək olmuşdur. Buna görə də İddiaçı düşünməzdi ki, xidməti uyğunsuzluqla ehtiyata buraxıla bilər, əks təqdirdə qabaqlayıcı tədbir görərək üzərində olan travmaya görə öz arzusu ilə xidmətdən tərxis oluna bilərdi. Vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq aldqıda zabit anlamalıdır ki, xidmətdən xaric edilmənin bir addımında dayanıbdır. Təkrar intizam pozuntusuna yol verdikdə artıq komandir xidmətdən azad edə bilər və ya son şans verməklə son xəbərdarlıq verə bilər. Bu şərtlərlə xidmətdən azad etmə mürəkkəb prosedurla müşaidə olunur. Komandir sübut etməlidir ki, hərbi qulluqçu peşəkar deyil və törətdiyi xətaların və xidməti vəzifələrin yerinə yetirilməməsinin açmasını verməlidir. Lakin komandir öz mövqeyini əsaslandırmamış və attestasiyaya dəvət olunub ondan izahatlar alınmamışdır. Yalnız hərbi hissə komandiri dinləndikdən və izahatlar verdikdən sonra hərbi qulluqçu attestasiyadan keçməli idi. Lakin bu tələbə əməl edilməmişdir. Əgər komandir dinlənilmirsə və izahatları alınmırsa onda xətanı törətmiş zabitin məsuliyyətə cəlb olunması üçün iki şahidin iştirakı də xəta barədə akt tərtib olunmalıdır. Sonra xidməti yoxlama aparılır və qərar verilir işdən azad edilsin və ya qalsın. Hərbi qulluqçunu xidməti uyğunsuzluqla xidmətdən azad etdikdə güc strukturlarına işə düzəlmə əngəlləşir. Xidməti uyğunsuzluğun əsasları: Təkrar vəzifələrinin icra etməməsi; Qeydə alınmış işə gəlməmə faktı; Xidmətə daxil olarkən saxta sənəd təqdim etməsi; Xidməti fəaliyyətində yol vermiş xətaya görə ağır nəticələrin yaranması; Dövət sirrinə müdaxiləsinə qadağa qoymaq; Əsassız qərarlar qəbul etmək, hansılar kı müəyyən zərərə səbəb olmuşdur; Bir dəfəyə vəzifəsini icra etməmə ciddi zərərə səbəb olduqda; Sərxoş vəziyyətdə xidməti yerində olması Məqsəd kobud pozuntuları aşkara çıxartmaq və cəza tətbiq etməkdir. Sadalanan əsaslardan yalnız “təkrar vəzifələrinin icra etməməsi” İddiaçı ehtiyyata buraxılmasına əsas ola bilərdi. Lakin əmək qanunvericiliyi təkrar vəzifələrin icra etməmə faktını şəxsin tutduğu vəzifəsinin icrasında mənfi təsirlərin və nəticələrin əmələ gəlməsi ilə əlaqələndirir. İddiaçı bilavasitə vəzifəsindən irəli gələn məsələlər üzrə, o cümlədən tabeliyində olan şəxsi heyətlə bağlı heç bir mənfi nəticələr baş verməmişdir. Əmək qanunvericiliyin və “Xidmət keçmə haqqında” Əsasnamənin tələblərinə görə attestasiyadan keçməyən zabit tutduğu vəzifəsinə uyğun gəlmədikdə tərxis olunmamışdan əvvəl ona səhhətində olan problem və digər peşə bacarıqlarına dair zəif olan göstəriciləri nəzərə alınmaqla ona uyğun başqa vəzifə təklif olunmalıdır. 14 il hərbi stajı olan İddiaçı “Xidmət keçmə haqqında” Əsasnamənin 156-cı madənin “e” bəndi ilə ehtiyyata buraxılması zabiti ləkələməkdən başqa bir şey deyildir. Belə olan halda sual olunur ki, nə üçün Əlihedər Həsənov kapitan rütbəsinin verilməsi ilə əlaqədar attestasiyaya çağırılmış və nə üçün o, tərxis olunarkən baş leytenant rütbəsində tərxis olunmuşdur. Hesab edirik ki, xidməti uyğunsuzluqla əlaqədar tərxis olunmasına səbəb olmuş attestasiya rəyi mahiyyət etibarən qanunsuzdur və attestasiya rəyin əsasında İddiaçı “Xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmıasma dair Müdafiə Nazirin 01750 nömrəli əmri mötəbər mənbəyə əsaslanmadan verilmiş və ləğv olunmalı, İddiaçı kapitan rütbəsinin verilməsi ilə əlaqədar attestasiyaya çağırılması bundan öncə Komandanın əmri ilə həmin rütbə elan edildiyindən qanunsuz hesab edilməklə elan olunmuş kapitan rütbəsi əmrlə rəsmiləşdirilməlidir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçı iddia müddətini ötürdüyündən iddia ərizəsi mümkün sayıla bilməz. İddiaçı xx.xx.2021-ci il tarixli müvafiq əmri yalnız 2022-ci ilin avqustunda məhkəməyə müraciət edərək mübahisələndirmiş, bununla da iddia müddətini ötürmüşdür. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2047/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı “Hərbi xidmətkeçə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmasına dair Azərbaycan Respublikası Müdafiə Nazirinin 09 dekabr 2021-ci il tarixli 01750 nömrəli əmri ləğv edilsin və İddiaçı xidmətə bərpa edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən əmrin ləğv edilməsi tələbi ilə bağlı inzibati işdə şahid qismində iddiaçının valideynlərinin ifadələri alınmış, işin mahiyyətinə aid olmayan sənədlərə istinad olunaraq hesab olunmuşdur ki, iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması əmri ləğv olunmalıdır. Birincisi, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2021-ci il tarixli müvafiq əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Məhkəmə qərar qəbul edərkən əmrə əsas olmuş sənədləri nəzərə almamışdır, məhkəmə iddiaya baxarkən yalnız iddiaçının sözləri əsasında qərar qəbul etmiş, cavabdehin isə təqdim etdiyi sübutlara qiymət verilməmişdir. Hətta sənədlərdə iddiaçının özünün etiraf etdiyi sözlərinə məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir: Məhkəmə iddiaçının ehtiyata buraxılmasını idman normativlərin yerinə yetirilməməsi ilə bağlamışdır, bu isə cavabdehin sənədlərində olan məlumatların təhrif olunmuş formada (qərar, bənd 25), inzibati işə açıq-aşkar birtərəfli baxılması deməkdir. Çünki, təqdim olunmuş sənədlərdə yazılanları şərh etmək ehtiyacı qalmır, orada hansı sözlərin iddiaçıya və hansı sözlərin cavabadehə aid olması aydın görünür. Qərarda idman normativlərin yerinə yetirilməməsi iddiaçı tərəfindən qabardılaraq önə keçirilmişdir, halbuki söhbət vərəqələrindən, kiçik zabitlərin şərəf məhkəməsinin qərarında ehtiyata buraxılmasına əsas: iddiaçının xidməti vəzifələrini yerinə yetirməkdə ciddi nöqsanlara yol verdiyi, şəxsi heyətə qarşı nalayiq hərəkət edərək ifadələr işlətməsi, sıra intizamın tələblərini kobud şəkildə pozulması, tabeçiliyində olan şəxsi heyətin mənəvi-psixoloji durumu ilə maraqlanmaması, öz şəxsi intizamında və idmanında da dönüş yaratmaması olub. Həmçinin Şərəf məhkəməsinin protokolundan görmək olar ki, (10.11.21) İddiaçı məhkəmədə ona qarşı deyilən iradlarla razı olduğunu bildirmişdir. Bunu iddiaçı protolla və qərarla tanış olması barədə imzası ilə təsdiq etmişdir. Xidməti vərəqəsinin cəzalandırma hissəsindən görmək olar ki, iddiaçıya aşağıdakı cəzalandırmalar verilmişdir: “Şiddətli töhmətlər”: 28.02.21-ci il tarixdə “şəxsi heyətə qarşı nalayiq ifadələr işlətdiyinə görə”, xx.xx.2021-ci il tarixdə “Sıra intizamının tələblərini kobud şəkildə pozduğuna görə”, xx.xx.2021-ci il tarixdə “tabeçiliyində olan şəxsi heyətin mənəvi- psixoloji durumu ilə maraqlanmadığına görə, xx.xx.2021ci il tarixdə “Tutduğu vəzifənin Öhdəsindən gələ bilmədiyinə görə, verilən tapşırıqların icrasına məsuliyyətsiz yanaşdığına görə”, xx.xx.2021-ci il tarixdə “Tabeliyində olan şəxsi heyətin mənəvipsixoloji durumu ilə maraqlanmadığına görə”, xx.xx.2021-ci ildə “Öz üzərində çalışmadığına, komandir hazırlığından qeyri-məqbul qiymət aldığına və tabeçiliyində olan şəxsi heyətin mənəvipsixoloji vəziyyəti ilə mütəmadi maraqlanmadığına görə”. Həmin cəzalar ilə iddiaçı tanış olmuş ve öz imzası ilə təsdiq etmişdir. Məhkəmə tərəfindən isə (qərar 25-ci bənd) şərəf məhkəməsinin qərarını, iddiaçının öz əməllərinin etiraf etməsi barədə söhbət vərəqələrini ciddi əsas kimi qəbul etməməsi təəccüb doğurur, çünki “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə görə, hərbi qulluqçuların hərbi rütbəsi aşağı salınanda, hərbi rütbədən məhrum ediləndə, hərbi xidmətdən buraxılanda təqdimatlarla birlikdə şərəf məhkəmələrinin qərarlarının əlavə olunaraq göndərilməsi nəzərdə tutulur. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı iş üzrə cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - 1991-ci il təvəllüdlü ehtiyatda olan baş leytetant İddiaçı şəxsi işinə aid sənədlərin təsdiq edilmiş surətinə əsasən müəyyən edilir ki: İddiaçıya aid xidmət dəftərçəsindən görünür ki, o, 2008- ci ildə Heydər Əliyev adına hərbi liseyə daxil olmuş, 2012-ci ildə həmin məktəbi “Motoatıcı” ixtisası üzrə bitirmiş, 2012-ci ilin iyul ayından 2013-cü ilin iyun ayına qədər Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində motoatıcı ixtisası üzrə təkmilləşdirmə kursunu bitirib, 2013-cü ilin iyun ayından 2014-cü ilin iyun ayından 2016-cı ilin iyun ayınadək N nömrəli hərbi hissənin motoatıcı taqım komandiri, 2016-cı ilin iyun ayından 2017-ci ilin iyun ayınadək N nömrəli hərbi hissənin bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini, 2017ci ilin iyun ayından 2020-ci ilin iyul ayınadək N nömrəli hərbi hissənin bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini, 2020-ci ilin iyul ayından N nömrəli hərbi hisənin bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət etmişdir. 2021-ci ilin oktyabr ayında N nömrəli hərbi hissənin komandiri ilə İddiaçı arasında xidməti vəzifələrinin yerinə yetirilməsi ilə bağlı birinci söhbət vərəqəsi tərtib olunmuşdur. xx.xx.2021-ci il tarixdə 4-cü taborun komandiri tərəfindən 4-cü taborun 13-cü bölük böyük komandirinin şəxsi heyətlə iş üzrə müavini baş leytenant İddiaçıu verilən tapşırıqların icrasına məsuliyyətsiz yanaşdığına, xidmətində yol verdiyi nöqsanlara, fiziki hazırlıqdan qeyri-məqbul nəticə göstərdiyinə, tutduğu vəzifənin öhdəsindən layiqincə gələ bilmədiyinə, tabeçiliyində olan şəxsi heyətin mənəvi psixoloji durumu ilə maraqlanmadığına görə kiçik zabitlərin şərəf məhkəməsində dinlənilməsi üçün vəsatət qaldırılmasına dair raport verilmişdir. Həmin tarixdə 4-cü taborun komandiri tərəfindən İddiaçı barəsində tərtib olunmuş xidməti xasiyyətnamədə onun şəxsi heyətin xidmətinə düzgün nəzarət etməyi bacarmadığı, zabitə yaraşmayan hərəkətlərə yol verdiyi və bununla, başqa hərbi qulluqçulara pis nümunə olduğu, bölükdə şəxsi heyətin, o cümlədən bölüyə yeni gəlmiş xx.xx.2021-ci il tarixdə N nömrəli hərbi hissənin komandiri ilə İddiaçı arasında xidməti vəzifələrinin yerinə yetirilməsi ilə bağlı ikinci söhbət vərəqəsi tərtib olunmuşdur. Söhbət vərəqələrində iddiaçı idman normativlərinin yerinə yetirə bilməməsini çiynində aldığı travma ilə əlaqədar olduğunu bildirərək xidmətini davam etdirmək istədiyini bildirmişdir. İddiaçı xidmət dövründə hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və müayinə zamanı ona sol körpücük sümüyünün akromal ucunun qapalı, qopmuş cüzi yerdəyişmiş sınığından sonrakı zəif sümük döyənəyi diaqnozu qoyulmuşdur. N nömrəli hərbi hissənin kiçik zabitlərin şərəf məhkəməsinin xx.xx.2021-ci il tarixli protokoluna əsasən 4-cü motoatıcı taborunun motoatıcı bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini baş leytenant İddiaçı xidmətini düzgün təşkil etməyi bacarmadığına, işgüzar keyfiyyətləri və şəxsi intizamı aşağı olduğuna, verilən tapşırıqlara məsuliyyətsiz yanaşdığına, fiziki hazırlıqdan qeyri-məqbul qiymətlər alaraq daim aşağı nəticələr göstərdiyinə, dəfələrlə onunla söhbətlər aparılsa da, öz üzərində çalışmadığına və aparılan söhbətlərdən heç bir nəticə çıxarmadığın görə hərbi hissə komandiri tərəfindən qəbul edilmiş qərara əsasən şəxsi işinə baxılmışdır. 4-cü motoatıcı taborun motoatıcı taborunun motoatıcı bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini baş leytenant İddiaçı xidmətini düzgün təşkil etməyi bacarmadığı, işgüzar keyfiyyətləri və şəxsi intizamı aşağı olduğuna, verilən tapşırıqlara məsuliyyətsiz yanaşdığı, fiziki hazırlıqdan qeyri-məqbul qiymətlər alaraq daimi aşağı nəticələr göstərdiyi, dəfələrlə onunla söhbətlər aparılsa da, öz üzərində çalışmadığı və aparılan söhbətlərdən nəticə çıxarmadığı müəyyən olunmuş, 4-cü motoatıcı taborunun motoatıcı bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini baş leytenant İddiaçı xidmətini düzgün təşkil etməyi bacarmadığı, işgüzar keyfiyyətləri və şəxsi intizamı aşağı olduğu, verilən tapşırıqlara məsuliyyətsiz yanaşdığı, fiziki hazırlıqdan qeyri-məqbul qiymətlər alaraq daim aşağı nəticələr göstərdiyi, dəfələrlə onun söhbətlər aparılsa da, öz üzərində çalışmadığı və aparılan söhbətlərdən heç bir nəticə çıxarmadığı nəzərə alınıb ona Azərbaycan Ordusundan həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə komandanlıq qarşısında vəsatət qaldırılmışdır. N nömrəli hərbi hissənin komandirinin xx.xx.2021-ci il tarixli təqdimatına əsasən kiçik zabitlərin şərəf məhkəməsinin vəsatətini nəzərə alaraq baş leytenant İddiaçı Azərbaycan Ordusundan həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxıması məqsədəuyğun hesab edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli əmrindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 09 dekabr 2021-ci il tarixli 01750 nömrəli əmri ilə “Hərbi xidmətkeçə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. - iddiaçının müraciətinə cavabdehin xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, iddiaçının “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 22-cı maddəsinə asasan hərbi qulluqçuların ehtiyata buraxılması xidmət etdiyi hərbi hissə komandiri tərəfindən imzalanmış təqdimat əsasında həyata keçirilir. İddiaçının "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq, xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə N nömrəli hərbi hissənin komandiri tərəfindən yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmış və təqdimat 26.11. 2021 -ci ıl tarixdə Müdafiə Nazirliyi Şəxsi Heyat Baş İdarəsinin Kadrlar İdarəsinə daxil olmuşdur. Kadrlar İdarəsinə daxil olmuş təqdimata və ona əlavə olunmuş sənədlərə əsasən bildirilmişdir ki, iddiaçı hərbi hissə komandiri tərəfindən mənfi xarakterizə edilmiş, xidmətdə yol verdiyi müxtəlif nöqsanlara gora dəfələrlə intizam qaydasında cəzalandırılmışdır.Yuxanda qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinə daxil olmuş sənədlər onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e" bəndinə müvafiq olaraq, xidməti uyğunsuzluğa gora ehtiyata buraxılmağı üçün qanuni əsas təşkil etmiş və əmrin imzalanması zamanı qüvvədə olan qanunların pozuntusuna yol verilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, iddiaçının ərizəsi komanda üzrə məruzə edilmiş və onun könüllülük əsasında yenidən həqiqi hərbi xidmətə qəbul olunmağı barədə yuxarı komandanlıq tərəfindən müsbət qərar qəbul edilməmişdir Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “İddiaçı barəsində verilmiş təqdimatlarda xx.xx.2019-cu ildən “kapitan”, daha sonra xx.xx.2020-ci ildən “kapitan”, xx.xx.2021-ci ildən “kapitan” olduğu qeyd edilsə də, o, xx.xx.2021-ci il tarixli əmrdə baş leytenant kimi xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. İddiaçıya aid xidmət dəftərçəsinə əsasən, məhkəmə onun xidməti uyğunsuzluğunun nədə ifadə olunduğunu müəyyən edə bilmir” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsinin 155-ci maddəsinə əsasnə Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması aşağıdakı qaydada «Hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır: a) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmamışlarsa, səhhətlərinə görə dinc, yaxud müharibə dövründə hərbi xidmətə yararlıdırlarsa, ehtiyata buraxılırlar; b) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmışlarsa, yaxud hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılıblarsa, hərbi uçotdan silinməklə istefaya buraxılırlar. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması bu Əsasnamənin 156 — 159-cu maddələrindən birinin nəzərdə tutduğu əsasla icra edilir. Bu zaman buraxılmaq üçün bir neçə əsası olan müsbət attestasiya edilmiş hərbi qulluqçular buraxıldıqdan sonra ən yüksək hüquqlar və güzəştlər verən əsasla, yaşlarına və səhhətlərinə görə buraxılmaq hüququ olanlar isə onların arzusu nəzərə alınaraq bu səbəblərdən birinə əsasən buraxılmağa təqdim edilirlər. Hərbi qulluqçu törətdiyi xətalara görə həqiqi hərbi xidmətdən müvafiq şərəf məhkəməsinin vəsatəti ilə, yaxud birbaşa buraxılırsa, buraxılma bu Əsasnamənin 156-cı maddəsinin «ə» bəndinə əsasən yerinə yetirilir. Həmin Əsasnamənin 156-cı maddəsinə əsasən Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); Hazırkı işin hallarından göründüyü kimi İddiaçı bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsindən Müdafiə Nazirinin 09 dekabr 2021-ci il tarixli 01750 nömrəli əmri ilə “Hərbi xidmətkeçə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. İddiaçı hazırda 09 dekabr 2021-ci il tarixli 01750 nömrəli əmrinin ləğv edilməsi və xidmətə bərpa edilməsini xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, iş materiallarından göründüyü kimi mübahisələndirilən əmrin qəbul edilməsinin əsası kimi - iddiaçının xidməti vəzifələrini yerinə yetirməkdə ciddi nöqsanlara yol verməsi, şəxsi heyətə qarşı nalayiq hərəkət edərək ifadələr işlətməsi, sıra intizamın tələblərini kobud şəkildə pozulması, tabeçiliyində olan şəxsi heyətin mənəvi-psixoloji durumu ilə maraqlanmaması, öz şəxsi intizamında və idmanında da dönüş yaratmaması olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı barəsində “şiddətli töhmətlər” aşağıdakı tarixlərlə və əsaslarla tətbiq edilmişdir. xx.xx.2021-ci il tarixdə “şəxsi heyətə qarşı nalayiq ifadələr işlətdiyinə görə”, xx.xx.2021-ci il tarixdə “Sıra intizamının tələblərini kobud şəkildə pozduğuna görə”, xx.xx.2021-ci il tarixdə “tabeçiliyində olan şəxsi heyətin mənəvi- psixoloji durumu ilə maraqlanmadığına görə”, xx.xx.2021-ci il tarixdə “Tutduğu vəzifənin Öhdəsindən gələ bilmədiyinə görə, verilən tapşırıqların icrasına məsuliyyətsiz yanaşdığına görə”, xx.xx.2021-ci il tarixdə “Tabeliyində olan şəxsi heyətin mənəvi-psixoloji durumu ilə maraqlanmadığına görə”, xx.xx.2021-ci ildə “Öz üzərində çalışmadığına, komandir hazırlığından qeyri-məqbul qiymət aldığına və tabeçiliyində olan şəxsi heyətin mənəvi- psixoloji vəziyyəti ilə mütəmadi maraqlanmadığına görə”. Həmin cəzalar ilə iddiaçı tanış olmuş və öz imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 887 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası silahlı qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 125-ci maddəsinə əsasən Bölük komandirinin tərbiyə işləri üzrə müavini sülh və müharibə dövründə: bölükdə tərbiyə işinin təşkilinə və vəziyyətinə; hərbi qulluqçuların əsgəri tərbiyəsinə, mənəvi vəziyyətinin və hərbi intizamının möhkəmləndirilməsinə; bölükdə döyüş və ictimai-siyasi hazırlıq məsələlərinin həllində və döyüşə daimi hazırlığın saxlanılmasında, eləcə də döyüş tapşırıqlarının həllində tərbiyə işinin təsirli olmasına cavabdehdir. O, bölük komandirinə tabedir və bölüyün bütün şəxsi heyətinin birbaşa rəisidir. Şəxsi heyətin tərbiyəsində o, əsas diqqəti hər bir hərbi qulluqçu ilə fərdi işə yönəltməlidir. Həmin Nizamnamənin 126-cı maddəsinə əsasən Bölük komandirinin tərbiyə işləri üzrə müavininin vəzifəsidir: şəxsi heyətlə tərbiyə işlərinin planını tərtib etmək; tərbiyə işini döyüş və ictimai-siyasi hazırlığın müvəffəqiyyətlə yerinə yetirilməsinə, bölükdə döyüş qabiliyyətinin yüksəldilməsinə, döyüş tapşırıqlarının yerinə yetirilməsinə, təkbaşçılığın, şəxsi heyətin hərbi intizamının və mənəvi vəziyyətinin möhkəmlənməsinə yönəldərək təşkil etmək və keçirmək; bölüyün şəxsi heyətinin Vətənə hədsiz sədaqət, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına mütləq riayət etmək, hərbi andın, hərbi nizamnamələrin və əmrlərin tələblərini qüsursuz yerinə yetirmək, komandirlərə (rəislərə) şüurlu surətdə tabe olmaq və onlara hörmət ruhunda tərbiyəsi üzrə iş aparmaq; hərbi kollektivlərin möhkəmlənməsi, şəxsi heyətin dostluq və əsgəri yoldaşlıq, döyüş ənənələri, öz hərbi hissəsinə məhəbbət, əsgəri şücaət, şərəf və şan simvolu olan hərbi hissənin döyüş bayrağına sədaqət ruhunda tərbiyə edilməsi üzrə fəal iş aparmaq; bölüyün şəxsi heyətinin qəhrəmanlıq, igidlik nümunələrini və nəcib hərəkətlərini geniş yaymaq; hərbi qulluqçularda Vətənimizin düşmənlərinə nifrət, hər hansı şəraitində, nəyin bahasına olursa-olsun, Azərbaycan Respublikasının dövlət mənafeyini müdafiə etməyə daim hazır olmaq hissini tərbiyə etmək; şəxsi heyətdə öz borcunu qüsursuz yerinə yetirmək, dövlət sirrini ciddi saxlamaq şüurunu tərbiyə etmək; bölükdə hər bir əsgəri, çavuşu, giziri və zabiti tanımaq, onların işgüzar, ictimai-siyasi və mənəvi keyfiyyətlərini, ehtiyaclarını, əhvali-ruhiyyəsini, ailə vəziyyətini bilmək və buna uyğun olaraq hər bir hərbi qulluqçu ilə ictimai-siyasi və tərbiyə işi aparmaq; bölük zabitlərinin, gizirlərinin və çavuşlarının ictimai-siyasi və tərbiyə işlərinə rəhbərlik etmək, tabelikdə olanların tərbiyəsində və hərbi kollektivin formalaşmasında onlara gündəlik yardım göstərmək; ictimai-siyasi məşğələlərə rəhbərlik etmək və onların ideya məzmununun yüksəlməsinə qayğı göstərmək, ictimai-siyasi qrup rəhbərlərinə və onların köməkçilərinə məşğələlərin hazırlanmasında və keçirilməsində sistematik kömək göstərmək, qruplardan birində şəxsən ictimaisiyasi məşğələ aparmaq, bölükdə ictimai-siyasi informasiyanı təşkil etmək və keçirmək; əsgərlər və çavuşlar arasında mədəni-kütləvi və idman işini təşkil etmək və keçirmək, ictimai-siyasi-maarif işinə və bölük bədii özfəaliyyətinə rəhbərlik etmək; əsgərlər və çavuşlarla ictimai-siyasi və tərbiyə işində televiziyadan, radiodan, bədii ədəbiyyatın ən yaxşı əsərlərindən, dövri mətbuat materiallarından geniş istifadə etmək; şəxsi heyətin qəzet və jurnallarla vaxtında təmin edilməsinə dair tədbirlər keçirmək; ictimai-siyasi-maarif əmlakının düzgün istifadə edilməsini, qorunub saxlanmasını təşkil etmək; bölmə fəallarının seçilməsini, yerləşdirilməsini, tərbiyəsini və öyrədilməsini təşkil etmək; bölük divar qəzetinin redaksiya heyətinin və döyüş vərəqələri redaktorlarının işinə gündəlik rəhbərlik etmək; tabelikdə olanların maddi-məişət şəraitinin yaxşılaşdırılmasına qayğı göstərmək, hərbi qulluqçuların onlara düşən təminatın vaxtında və tam norma ilə almalarına ciddi diqqət yetirmək, şəxsi heyətin ərizə və şikayətlərinə diqqət və qayğıkeşliklə yanaşmaq; sutkalıq naryada təyin edilmiş şəxsi heyətlə ictimai-siyasi iş aparmaq; bölük komandirinə və tabor (alay, briqada) komandirinin şəxsi heyətlə tərbiyə işi üzrə müavininə şəxsi heyətin ictimai-siyasi və mənəvi vəziyyəti, keçirilmiş ictimai-siyasi tədbirlər, ictimaisiyasi və tərbiyə işlərinin vəziyyəti haqqında vaxtında məlumat vermək; hərbi qulluqçularda silahları, döyüş texnikasını və digər texnikanı mənimsəmək və daim döyüşə hazır saxlamaq, hərbi və xalq əmlakını qoruyub saxlamaq üçün şəxsi məsuliyyət hissi tərbiyə etmək, şəxsi heyəti təhlükəsizlik tədbirlərinə riayət etməyə səfərbər etmək; şəxsi heyətin hərbi-vətənpərvərlik, ümumbəşəri dəyərlər və Azərbaycan xalqının milli-tarixi ənənələri ruhunda tərbiyəsi məqsədi ilə bölükdə ictimai siyasi hazırlığı, habelə kütləvi təbliğat, təşviqat və mədəni-maarif işlərini, həmçinin rəsmi məlumatların vaxtında çatdırılmasını təşkil etmək və aparmaq. Göründüyü kimi birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən iddiaçının xidməti uyğunsuzluğunun nədə ifadə olunduğunu müəyyən edilmədiyini qeyd etsə də, iş materiallarında (söhbət vərəqələrindən və kiçik zabitlərin şərəf məhkəməsinin qərarında) konkret halların mövcudluğu öz təsdiqini tapmışdır. “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsinin 168-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarıne yol yerilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı barəsində qərar qəbul edilərkən buraxılma zamanı qüvvədə olan qanunvericilik normalarının pozulmamış və mübahisələndirilən əmr qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2047/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2047/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirinin 09 dekabr 2021-ci il tarixli 01750 nömrəli əmrinin ləğv edilməsi və xidmətə bərpa edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar