Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2126/2023 15.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X13 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X8 ibarət tərkibdə, X10-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-95/2023 saylı 01 fevral 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 06 noyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci ildə Bakı şəhərində doğulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 857313 №-li, xx.xx.2017-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 (iddiaçının əri) xx.xx.2017-ci il tarixdə sağ böyrəküstü vəzin xərçəngindən vəfat etmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 909 nömrəli məktubundan görünür ki, keçmiş Əzizbəyov RİH-nin (indiki Xəzər RİH) xx.xx.1992-ci il tarixli, 615/48 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin bu sərəncam həmin ilin sərəncamlarının qeydiyyatı kitabı ilə uyğunsuzluq təşkil etdiyindən doğruluğu şübhə yaradır. Belə ki, xx.xx.1992-ci il tarixli, 615/48 saylı sərəncam saxlama vahidində “Vət. X14” torpaq sahəsi ayrılması haqqında” olsa da sərəncamların qeydiyyatı kitabının 32-ci (otuz ikinci) səhifəsində “X4 Mərdəkan qəsəbəsində torpaq sahəsi ayrılması” məzmunu ilə qeydiyyata alınmışdır. Odur ki, məlumat üçün Əzizbəyov RİH-nin (indiki Xəzər RİH) arxiv fondu üzrə xx.xx.1992-ci il tarixli, 615/48 saylı sərəncamının təsdiq edilmiş ksero surəti 1 (bir) vərəqdən ibarət təqdim olunur. Sərəncama heç bir sənəd əlavə edilməmişdir. Həmin məktuba əlavə edilmiş Əzizbəyov RİH-nin (indiki Xəzər RİH) xx.xx.1992-ci il tarixli, 615/48 saylı sərəncamın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Əzizbəyov Rayon İcra hakimiyyətinin başçısının Mərdəkan qəsəbəsindəki nümayəndəsinin 5 №-li, xx.xx.1992-ci il tarixli sərəncamına baxılmış və Bakı şəhər Soveti İK-nin 27.01.89-cu il tarixli, 22/45 №-li qərarını rəhbər tutaraq Mərdəkan qəsəbəsi, Sovet küçəsi, dalan 2, ev 5-də yaşayan, 12 №-li Uşaq Xəstəxanasında sürücü işləyən, ailə tərkibi dörd nəfərdən ibarət olan X14 Mərdəkan qəsəbəsində 3/468 №-li sahədə fərdi ev tikmək üçün 750 kvm. torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti Baçısı tərəfindən iddiaçıya ünvanlanmış Ə-263-091 №-li, xx.xx.2019-cu il tarixli məktubundan və ona əlavə edilmiş torpaq sahəsinin cizgisindən görünür ki, Əzizbəyov RİHB-nın 615/48 saylı, xx.xx.1992-ci il tarixli sərəncamı ilə Mərdəkan qəsəbəsində fərdi ev tikmək üçün mərhum X14 ayrılmış 3/468 saylı torpaq sahəsinin cizgisinin və xəritədən çıxarışının verilməsi barədə Rayon İcra Hakimiyyətinə ünvanladığı ərizəyə baxılmış və ayrılmış torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı hazırlanaraq təsdiq edilmişdir. 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontoru tərəfindən İdarəyə ünvanlanmış 841 №-li, xx.xx.2017-ci il tarixli məktubdan görünür ki, İddiaçı müraciəti, miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd, (yaxud vəsiyyətnamə) mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında 01 aprel 2017-ci ildə ölmüş əri X12 adına vərəsəlik işi açılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 51.1- 1-ci maddəsinin tələbinə uyğun olaraq mərhum X14 məxsus olan əmlak barəsində daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı sorğunu təqdim etmiş şəxs vasitəsilə notariat kontoruna göndərilməsi xahiş olunmuşdur; Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin təhqiqatçısı X18 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən daxil olmuş şikayət ərizəsi əsasında araşdırma zamanı müəyyən olmuşdur ki, xx.xx.2020ci il tarixdə Azərbaycan Respublkası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Bakı şəhəri BPİ-nin İstintaq və Təhqiqat idarəsinə və oradan Nərimanov RPİ-nin 18-ci PŞ-nə daxil olmuş şikayət ərizəsində X12 vərəsəsi X6 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə xx.xx.2020-cu il tarixdə ünvan 6 ünvanında yerləşən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etməsi, həmin sənədlərin araşdırılması zamanı Bakı şəhəri, Xəzər rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992 ci il tarixli 615/48 saylı sərəncamının həqiqiliyinə dair ciddi şübhə yaranmışdır. Bundan başqa izahatı alınmış İddiaçı bildirmişdir ki, X16 onun həyat yoldaşıdır, Mikayıl 2017-ci ildə vəfat etmişdir və onun qanun üzrə vərəsəsidir. Mikayıla 1992-ci ildə keçmiş Əzizbəyov rayon icra hakimiyyətinin sərəncamı ilə Mərdəkan qəsəbəsində 750 kv.m torpaq sahəsi verilmişdir. Təxminən 2012-ci ildə həmin sahədə ev tikib və qızı hazırda ailəsi ilə birlikdə həmin evdə yaşayır. Mikayılın sağlığında həmin sahəni özəlləşdirə bilməmiş, çünki Mikayıl son dövrlər xəstə yatmışdır. 2020-ci ilin oktyabr ayında həmin torpaq sahəsini özəlləşdirmək məqsədilə Xəzər rayon İcra Hakimiyyətinin Mərdəkan qəsəbəsi üzrə nümayəndəliyində torpaq sahəsinin sxemini çəkdirmiş, sonra isə sənədləri çıxarış alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə təqdim etmişdir. Bir müddətdən sonra isə həmin idarədən ona bildirmişlər ki, sənədlər saxlanılıb hansısa problem var. İddiaçı həmin sərəncamın vəfat etmiş həyat yoldaşı Mikayıl tərəfindən 1992-ci ildə İcra hakimiyyətinə rəsmi müraciət edərək alındığını, 1992-ci ildən həmin torpaq sahəsinin onların istifadəsində olduğunu, həmin sahə ilə bağlı heç kimin iddiasının olmadığını, X5 tanımadığını, sərəncamda olan uyğunsuzluğun səbəbini və necə yaranmasını bilmədiyini bildirmişdir. Araşdırma zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xəzər rayon Qeydiyyat Şöbəsindən alınmış ölüm haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.2017-ci il tarixdə sağ böyrəküstü vəzin xərçəngindən vəfat etmişdir. Beləliklə aparılmış təhqiqat araşdırılması zamanı məlum olmuşdur ki, X6 barəsində Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmuş müraciətdə 1992-ci ildə İcra hakimiyyətinə müraciət edərək sərəncamı almış X6 əri vət. X16 vəfat etdiyindən və cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən cinayət işinin başlanması rədd edilmişdir. Qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İdarə tərəfindən iddiaçıya ünvanlanmış **********58 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/468 saylı sahədə yerləşən torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi, dövlət reyestrindən çıxarışın və daşınmaz əmlaka ünvan verilməsi ilə bağlı ərizəsinə baxılmışdır. Bununla əlaqədar bildirilir ki, təqdim edilmiş Bakı şəhər Əzizbəyov rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli, 615/48 saylı sərəncamın həqiqiliyi ilə bağlı Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına sorğu göndərilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, təqdim edilən sərəncam Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin bu sərəncam həmin ilin sərəncamlarının qeydiyyatı kitabı ilə uyğunsuzluq təşkil etdiyindən doğruluğu şübhə yaradır. Belə ki, xx.xx.1992-ci il tarixli, 615/43 saylı sərəncam saxlama vahidində “vət X14 fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” olsa da, sərəncamların qeydiyyatı kitabının 32-ci (otuz ikinci) səhfəsində “vət.X9” məzmunu ilə qeydiyyata alınmışdır. Həmçinin bildirilmişdir ki, sənədlə faktiki sahə arasında (sənəd üzrə 750.0 kv.m-faktiki 945.0 kv.m) perimetrik ölçü, konfiqurasiya və sahə fərqi mövcuddur. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilir. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/468 saylı sahədə yerləşən torpaq sahəsinə dair hüququn X14 məxsus olması haqqında arayışın verilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/468 saylı sahədə yerləşən torpaq sahəsinə dair vətəndaş X12 mülkiyyət hüquqları qeydə alınaraq Əzizbəyov rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.1992-ci il tarixli, 615/48 saylı sərəncam verilmişdir. Həmin sərəncam Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialında mövcuddur və tərəfindən surəti əldə olunmuşdur. Həmçinin həmin sərəncam əsasında Xəzər rayonu İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2019-cu il tarixdə, 3/468 saylı torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı hazırlanmış və təsdiq edilmişdir. O, mərhum şəxs X12 qanun üzrə vərəsəsi İdarəyə ərizə ilə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/468 saylı sahədə yerləşən torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Lakin İdarənin **********58 saylı, xx.xx.2020-ci il tarixli cavab məktubu ilə torpaq sahəsinə dair sərəncamların qeydiyyatı kitabının 32-ci səhifəsində “vətəndaş X9” məzmunu ilə qeyd olduğunu əsas gətirirərək müraciətdən imtina etmişdir. Bununla yanaşı həmin sərəncamın həqiqiliyinə dair cavabdeh orqanın şübhələri olduğu üçün Nərimanov rayon Polis İdarəsinə 17-ci Polis Şöbəsinə şikayət daxil olmuş, buna baxmayaraq bu barədə cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul olunmuşdur. İdarənin göstərilən əsaslarla imtina etməsi qanunsuz və əsassızdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə, X9, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbə inzibati dairəsi üzrə nümayəndəliyi üçüncü şəxs (adi cəlbetmə) qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddia ərizısinə dair yazılı etiraz verilməmişdir. Birinci instansiya məhkəməsində icraat: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-95/2023 saylı 01 fevral 2023-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qərardan narazı qalan İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia tələbinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, mübahisəli olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/468 saylı sahədə yerləşən torpaq sahəsinə dair vətəndaş X12 mülkiyyət hüquqları qeydə alınaraq Əzizbəyov Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.1992-ci il tarixli 615/48 saylı sərəncam verilmişdir. Həmin sərəncam AR Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Həmin sərəncamın mövcud olması məhkəmə tərəfindən verilmiş sorğuya gələn cavab ilə də öz təsdiqini tapmışdır. Həmçinin həmin sərəncam əsasında Xəzər Rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2019-cu il tarixdə 3/468 saylı torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı hazırlanmış və təsdiq edilmişdir. Məhkəmə öz qərarında bildirmişdir ki, sərəncamların qeydiyyatı kitabının 32-ci səhifəsində adı yazılmış X5 cəlb edərək onun həmin torpaq sahəsinə hər hansı bir iddiasının olub-olmaması məsələsi araşdırmalıdır. Məhkəmə X5 inzibati işə 3-cü şəxs kimi cəlb etmişdir. Əlvan Qurbanov məhkəmə iclasında iştirak edərək bildirmişdir ki, ona 1993cü tarixdə torpaq sahəsi ayrılmış və o, sonradan hər hansı bir tikinti aparmaq üçün maddi imkanı olmadığı üçün ərizə yazaraq torpağın geri qaytarılmasını xahiş etmişdir. İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair hüquqmüəyyənedici sənədlər və həmin sənədin arxivdən çıxarışı mövcuddur. Arxivin qeydiyyat kitabının 32-ci səhifəsində “vət. X23 dadaş oğlu” kimi qeyd olunması vətəndaşın təqsiri ola bilməz. Məhkəmənin sorğusuna cavab olaraq gəlmiş xx.xx.1997-ci il tarixli sərəncamda Mərdəkan qəsəbəsində yerləşən M-596 saylı torpaq sahəsi qeyd edilsə də, torpağın ayrılmasına dair xx.xx.1992-ci il tarixli sərəncamda 3/468 nömrəli torpaq sahəsi qeyd edilmişdir. Buradan da görünür ki, bu sərəncamların bir birinə heç bir aidiyyatı yoxdur. Həmçinin cavabdeh tərəfindən sərəncamın həqiqililiyinə dair hüquq mühafizə orqanlarına şikayət edilmişdir və şikayət müddət ötürüldüyü üçün iş qərar qəbul edilməsi rədd edilmişdir. Bu halda da vətəndaşın hər hansı bir təqsiri olduğu düşünülə bilməz. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq 3-cü şəxslər iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə onların iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə 3-cü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixdə məhkəmə qərardadı ilə Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti və Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin üçüncü şəxs statusları ləğv edilmişdir. Hazırki iş üzrə məhkəmə qərarının elan edilməsi Azərbaycan Respublikası İPM-nin 75.1-ci maddəsinə əsasən 15 noyabr 2023-cü il tarixə təxirə salınmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır, hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/468 saylı sahədə yerləşən torpaq sahəsinə dair hüququn X14 məxsus olması haqqında arayışın verilməsi” ilə bağlıdır. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş, lakin onun iddiası birinci instansiya məhkəməsi tərəfindən rədd edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;https://e-qanun.az/framework/5456 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.https://e-qanun.az/framework/5456 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən bu Qanunun 5.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrindən arayışı əldə etmək üçün qeydiyyat orqanına ərizə ilə müraciət etmiş fiziki şəxs şəxsiyyətini təsdiq edən sənədi, hüquqi şəxs isə onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surətini və nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnaməni təqdim etməlidir. Dövlət reyestrindən arayış əldə etmək məqsədi ilə elektron müraciətlər dövlət orqanları tərəfindən elektron xidmətlər göstərilməsini tənzimləyən normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla həyata keçirilir. Hazırki iş üzrə cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunmasından imtinası “təqdim edilən sərəncam Dövlət Arxivinin Bakı filialında mövcud olsa da, həmin ilin sərəncamlarının qeydiyyatı kitabı ilə uyğunsuzluq təşkil etdiyindən doğruluğu şübhə yaradır, belə ki, xx.xx.1992-ci il tarixli, 615/43 saylı sərəncam saxlama vahidində “vət X14 fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” olsa da, sərəncamların qeydiyyatı kitabının 32-ci (otuz ikinci) səhfəsində “vət.X9” məzmunu ilə qeydiyyata alınmış, sənədlə faktiki sahə arasında (sənəd üzrə 750.0 kv.m-faktiki 945.0 kv.m) perimetrik ölçü, konfiqurasiya və sahə fərqi mövcuddur” səbəbləri ilə bağlıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/468 saylı sahədə yerləşən torpaq sahəsinə dair vətəndaş X12 adına Əzizbəyov rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.1992-ci il tarixli, 615/48 saylı sərəncam verilmişdir. Həmin sərəncam əsasında Xəzər rayonu İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2019-cu il tarixdə, 3/468 saylı torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı hazırlanmış və təsdiq edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən verilən sorğuya cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 27 iyul 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, keçmiş Əzizbəyov RİH-nin (indiki Xəzər RİH) xx.xx.1992-ci il tarixli 615/48 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin bu sərəncam həmin ilin sərəncamlarının qeydiyyatı kitabı ilə uyğunsuzluq təşkil etdiyindən doğruluğu şübhə yaradır. Belə ki, xx.xx.1992-ci il tarixli, 615/48 saylı sərəncam saxlama vahidində “Vət.X14 fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” olsa da, sərəncamların qeydiyyatı kitabının 32-ci (otuz ikinci) səhifəsində “X4 Mərdəkan qəsəbəsində torpaq sahəsi ayrılması barədə” məzmunu ilə qeydiyyata alınmışdır. Lakin həmin sərəncam xx.xx.1997-ci il tarixli 1067 saylı sərəncam ilə ləğv edilmişdir. Həmçinin həmin məktuba hər iki sərəncamın təsdiq edilmiş surətləri əlavə edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 16 avqust 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, X3 adına Azərbaycan Respublikası ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən aparılan araşdırmanın natamam olduğunu nəzərə alaraq yenidən aidiyyatı məhkəmə sorğuları vermişdir. İşin apellyasiya instansiyasında baxışı zamanı məhkəmə sorğusuna Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş 07 avqust 2023-cü il tarixli 3-48-2F/2-05483/2023 nömrəli cavab məktubunda göstərilmişdi ki, keçmiş Əzizbəyov RİH-nin (indiki Xəzər RİH) xx.xx.1992-ci il tarixli, 615/48 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin bu sərəncam həmin ilin sərəncamlarının qeydiyyatı kitabı ilə uyğunsuzluq təşkil etdiyindən doğruluğu şübhə yaradır. Belə ki, xx.xx.1992-ci il tarixli, 615/48 saylı sərəncam saxlama vahidində “Vət.X14 fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” olsa da, sərəncamların qeydiyyatı kitabının 32-ci (otuz ikinci) səhifəsində “X4 Mərdəkan qəsəbəsində torpaq sahəsi ayrılması barədə” məzmunu ilə qeydiyyata alınmışdır. Lakin həmin sərəncam xx.xx.1997-ci il tarixli 1067 saylı sərəncam ilə ləğv edilmişdir. Həmin sorğuya cavab məktubuna əlavə olunmuş Əzizbəyov Rayon İcra Hakimiyyətinin başçısının Mərdəkan qəsəbəsindəki nümayəndəsinin T-114 №-li, xx.xx.1997-ci il tarixli sərəncamından müəyyən olunur ki, vətəndaş X9 qəsəbə nümayəndəliyinə müraciət edərək, imkanı olmadığı üçün torpaq sahəsinin qaytarılmasını xahiş etmiş və buna görə də Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, 3 saylı döngənin 39 saylı evində yaşayan X4 Mərdəkan qəsəbəsində Əzizbəyov Rayon İcra hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 615/48 saylı fərdi ev tikmək üçün verilmiş sərəncamın ləğv olunması ilə əlaqədar sənədlərin Rayon İcra Hakimiyyətinə göndərilməsi qərara alınmışdır. Həmçinin sorğuya cavab məktubuna əlavə olunmuş Əzizbəyov Rayon İcra hakimiyyətinin başçısının xx.xx.1997-ci il tarixli 1067 nömrəli Sərəncamından görünür ki, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, 3 saylı döngənin 39 saylı evində yaşayan X3 adına Mərdəkan qəsəbəsində fərdi ev tikmək üçün Əzizbəyov Rayon İcra hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 615/48 saylı sərəncamı ləğv olunmuş, sahibsiz qalan M-596 saylı torpaq sahəsinin Mərdəkan qəsəbə nümayəndəliyinin fonduna verilməsi və növbədə olan vətəndaşlara ayrılması göstərilmişdir. Həmçinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş 22 sentyabr 2023-cü il tarixli 3-48-2F-06708/2023 nömrəli sorğuya cavab məktubunda göstərilmişdi ki, Dövlət Arxivinin Bakı filialında mövud olan Əzizbəyov RİH-nin Mərdəkan qəsəbə nümayəndəliyinin arxiv fondu üzrə xx.xx.1992-ci il tarixli 5 saylı Sərəncamında vətəndaş X9 barədə heç bir məlumat aşkar edilməmişdir. Həmin sorğuya cavab məktubuna əlavə olunmuş Əzizbəyov Rayon İcra hakimiyyətinin başçısının Mərdəkan qəsəbəsindəki nümayəndəsinin 5 №-li, xx.xx.1992-ci il tarixli sərəncamında Bakı şəhəri, İzmir küçəsi, ev 9, 3 No-i mənzildə yaşayan, Noomativ-Tədqiqat stansiyasında işləyən X7 Mərdəkan qəbəsində M/589 No-li sahədə fərdi ev tikmək üçün 750 kv.m. torpaq sahəsinin ayırldığı göstərilmişdir. Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçının mərhum əri X14 Əzizbəyov rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.1992-ci il tarixli, 615/48 saylı sərəncamla Mərdəkan qəsəbəsində yerləşən 3/468 №-li torpaq sahəsi ev tikməsi üçün ayrılmış, həmin sərəncam Dövlət Arxivinin Bakı filialında mövcud olsa da, sərəncamların qeydiyyatı kitabında qeydə alınmamış, əvəzində həmin ilin sərəncamlarının qeydiyyat kitabının 32-ci (otuz ikinci) səhifəsində “vət.X4 Mərdəkan qəsəbəsində torpaq sahəsi ayrılması barədə” qeyd əksini tapmış, lakin həmin qeydin aparılması üçün əsas olan sənəd- sərəncamın özünün mövcudluğu təsdiq olunmur. Bununla yanaşı Əzizbəyov Rayon İcra hakimiyyətinin başçısının xx.xx.1997-ci il tarixli 1067 nömrəli Sərəncamı mövcuddur ki, həmin sərəncamda da X3 adına Mərdəkan qəsəbəsində fərdi ev tikmək üçün Əzizbəyov Rayon İcra hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 615/48 saylı sərəncamının şəxsin torpağın qaytarılmasına dair ərizəsi əsasında ləğv olunduğu qeyd olunmuşdur. Sonuncu sərəncamın məzmununda sahibsiz qalan M-596 saylı torpaq sahəsinin Mərdəkan qəsəbə nümayəndəliyinin fonduna verilməsi də əks olunmuşdur. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmalar onu göstərir ki, iddiaçının mərhum ərinə müvafiq torpaq sahəsinin ayrılması barədə olan xx.xx.1992-ci il tarixli, 615/48 saylı sərəncama dair həmin ilin sərəncamlarının qeydiyyat kitabında müvafiq qeydiyyat aparılmasa da, onun təsdiq olunmuş surəti (əsli) iddiaçıdadır, Arxivdə də vardır. Demək ki, iddiaçının mülkiyyət hüququnun mərhum ərinə məxsusluğu barədə arayış verilməsini tələb etdiyi torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici sənədi mövcuddur, hətta həmin torpaq sahəsinin müvafiq cizgisi də icra hakimiyyəti orqanı tərəfindən çəkilib təsdiq olunmuşdur. Adə çəkilən sərəncamın həmin ilin sərəncamlarının qeydiyyat kitabında qeydiyyata alınmaması məsələsi isə icra hakimiyyəti orqanının səlahiyyətində olan məsələ olmuş və bu vəzifənin lazımınca icra edilməməsinə görə məsuliyyət iddiaçının və yaxud da vaxtilə sağ olmuş ərinin üzərinə qoyula bilməz. Bundan əlavə, iddiaçının mərhum ərinə müvafiq sərəncamla ayrılmış torpaq sahəsinin nömrəsi iddiaçının təqdim etdiyi və Arxivdə də aşkarlanan xx.xx.1992-ci il tarixli, 615/48 saylı sərəncamda “3/468” saylı qeyd olunduğu halda, sərəncamların qeydiyyat kitabında qeydiyyatı aparılan şəxsə- X4 verilmiş (hansı ki, bu barədə sərəncam faktiki mövcud deyil, Arxivdən onun ləğv olunması ilə bağlı sərəncam təqdim olunmuşdur) ayrılmış torpaq sahəsinin nömrəsi isə “M-596” kimi qeyd olunmuşdur. Sonuncunun adına verilmiş torpaq sahəsi ilə bağlı hər hansı sonrakı rəsmiləşdirilmələrin aparılmaması cavabdeh inzibati orqanın birinci instansiya məhkəməsinə təqdim etdiyi sorğuya cavab məktubları ilə də təsdiq olunur. Əksinə, iddiaçının iddia etdiyi 3/468 saylı torpaq sahəsindən fərqli olaraq, X4 ayrılmış M-596 saylı torpaq sahəsi sonuncunun ərizəsi əsasında ondan geri götürülmüşdür. Nəzərə alınmalıdır ki, bu barədə sərəncam Əzizbəyov Rayon İcra hakimiyyəti tərəfindən xx.xx.1997-ci il tarixdə qəbul olunmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hüquqmüəyyənedici sənədləri nə qədər ki, əlindədir, Arxivdə də mövcuddur, ləğv edilməmiş, etibarsız hesab olunmamış, geri çağırılmadığı üçün iddiaçının (mərhum ərinin) həmin sənədlər əsasında etimad hüququ mövcuddur ki, həmin etimad hüququna əsasən də cavabdeh inzibati orqan İnzibati İcraat haqqında qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırmanı aparıb, onun tələblərinin təmin olunması istiqamətində müəyyən hərəkətlər etməliydi. Lakin işdən görünür ki, cavabdeh orqan iddiaçının təqdim etdiyi sərəncam Arxivdə mövcud olsa da, sərəncamların qeydiyyat jurnalında bu sərəncam barədə müvafiq qeydin aparılmamasına istinad etməklə kifayətlənmiş, nəticədə formal səbəbdən iddiaçının tələbinin təmin olunmasından imtina etmişdir. Qeyd olunan pozuntulara (iddiaçının təqdim etdiyi sərəncamın qeydiyyat kitabında qeydə alınmamasına) görə məsuliyyət isə hazırda iddiaçının üzərinə qoyula bilməz və buna görə də həmin hallara görə iddiaçının qanuni və əsaslı olan tələbinin təmin olunmasından cavabdeh inzibati orqan imtina etməkdə haqlı sayıla bilməz. Odur ki, cavabdehin qeyd olunan dəlilləri iddiaçının tələbinin təmin olunmasından imtina etmək üçün qanunla nəzərdə tutulan əsasları əhatə etmədiyi üçün qəbul edilmir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 534 saylı 10 yanvar 1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Nəzərə alınmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında» Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. Həmin Təlimatın 7.2-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Məhkəmə kollegiyası bildirir ki, cavabdehin qeyd olunan torpaq sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olması barədə onun vərəsəsi olan iddiaçıya arayış verməkdən imtina etməsi ilə iddiaçının Azərbaycan Respublikası Konstitusiyanın 13 və 29cu maddələrində, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuş mülkiyyət hüququ (gözlənilən) pozulmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olubolmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir. İşin hallarından görünür ki, cavabdeh inzibati aktın qəbulunu istisna edən halların mövcudluğunu sübut edə bilməmiş, formal mülahizələrə əsasən iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 17.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 15.1-ci və 15.2-ci maddələrinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci və 19.2-ci maddələrinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən tədim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və (ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Nəzərə almaq lazımdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları qanunvericilikdə dəqiq təsbit edilmişdir və inzibati orqanlar yalnız həmin əsaslardan hər hansı birinin mövcud olduğu halda hüquqların dövlət qeydiyyatına alınmasından imtina etməkdə haqlı sayıla bilərlər. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Bu baxımdan bağ sahəsinin iddiaçının mərhum atasına məxsusluğuna dair arayışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, apelyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iş materialları ilə kifayətlənərək natamam araşdırma aparmış, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün iddiaçı apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 95/2023 saylı 01 fevral 2023-cü il tarixli qərarı ləğv olunmalı və iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı qız tərəfindən verilən apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3796/2023 saylı 17 fevral 2023-cü il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. Bakı şəhər Əzizbəyov rayon İcra Hakimiyyəti başçısı tərəfindən X14 xx.xx.1992-ci il tarixli 615/48 saylı sərəncama əsasən ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/468 saylı sahədə yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X14 məxsus olması haqqında arayışın verilməsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-2126/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2126/2023
15.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver