Məhkəmə qərarları › İş №2-1(103)-2126/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2126/2024

13.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2126/2024 13.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X24 Oruczadənin sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Səadət Rəşid qızı Səlimovadan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Üçüncü şəxslər X6 və X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı “üçüncü şəxslərin evdən qeydiyyatdan çıxarılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6186/2023 nömrəli, 14 iyul 2023-cü il tarixli qərarından üçüncü şəxs X5 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçı, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qanunsuz qeydiyyata alınmış X14, X18, X11, X19, X25, X6, X5, X26, X40, X9, X15, X12, X7, X30, X44, X20, X27, X31, X45, X32, X33, X16, X10 qeydiyyatdan çıxarılma öhdəliyinin cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, 1992-ci ildən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə yaşayış yeri üzrə qeydiyyat haqqında aldığı ******* nömrəli xx.xx.2022-ci il tarixli arayışa əsasən onunla heç bir əlaqəsi olmayan, həmin evdə heç vaxt yaşamayan və qeydiyyatına icazə vermədiyi şəxslərin qeydiyyatda olduğunu müəyyən etdikdən sonra Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə həmin şəxslərin qeydiyyatdan çıxarılması barədə müraciət etmişdir. Lakin cavabdeh təşkilat xx.xx.2023-cü il tarixli 3-13-51/2-0-488xx/xx/2023 saylı məktubu ilə xahişini təmin etməmişdir. Cavabdehin imtinasını əsassız hesab edir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iş üzrə X14, X18, X11, X19, X25, X6, X5, X26, X40, X9, X15, X12, X7, X30, X44, X20, X27, X31, X45, X32, X33, X16, X21 məhkəmə icraatına zəruri olaraq 3-cü şəxs qismində cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6186/2023 nömrəli, 14 iyul 2023-cü il tarixli qərarı ilə (hakim M.Qarayeva) iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan üçüncü şəxslərdən X5 qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun həmin ünvanda olmağı formal xarakter daşımır, həmin ünvanda yerləşən eyni həyətdə inşa edilmiş digər fərdi yaşayış evində yaşayırlar, məhkəmə tərəfindən bu fakta qiymət verilməmişdir, həmin ünvanda yerləşən fərdi yaşayış evləri üzərində mülkiyyət hüququ ilə bağlı gözlənti hüquqları mövcuddur. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X5 apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv olunub, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X6 apellyasiya şikayətinə etiraz etməyini, təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, iddiaçı, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi Rayon Polis İdarəsinin nümayəndəsi və digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, cavabdeh məhkəməyə ərizə ünvanlayaraq onların iştirakı olmadan işə baxılmasını xahiş etmiş, digərləri gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). İşdən göründüyü kimi, iddia təmin olunsa da, digər 3-cü şəxslər tərəfindən apellyasiya şikayəti verilmədiyindən, Məhkəmə kollegiyası yalnız üçüncü şəxs X2 verdiyi apellyasiya şikayəti həddində ona münasibətdə qərarı yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. - 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. - 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarında da qeyd edilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıbyaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda, həmin qərarda qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə, mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Apellyasiya şikayətinin dəlillərinə münasibət: “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarına istinadən mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır:

1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir;

2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır. İşin hallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, C. Məmmədquluzadə küçəsi ünvanında yerləşən 148 nömrəli fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. ASAN 1 tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışa əsasən xx.xx.1997-ci il təvəllüdlü X40, xx.xx.1970-ci il təvəllüdlü X20, xx.xx.1961-ci il təvəllüdlü X5, xx.xx.1984-cü il təvəllüdlü X15, xx.xx.1984-cü il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X7, xx.xx.1962-ci il təvəllüdlü X44, xx.xx.1985-ci il təvəllüdlü X19, xx.xx.2006-cı il təvəllüdlü X12, xx.xx.2007-ci il təvəllüdlü X45, xx.xx.1962-ci il təvəllüdlü X30, xx.xx.1995ci il təvəllüdlü X26, xx.xx.1976-cı il təvəllüdlü X21, xx.xx.2001-ci il təvəllüdlü X31, xx.xx.1951-ci il təvəllüdlü X14, xx.xx.1971-ci il təvəllüdlü X9, xx.xx.2007-ci il təvəllüdlü X32, xx.xx.1956-cı il təvəllüdlü X18, xx.xx.1979-cu il təvəllüdlü X33, xx.xx.1977-ci il təvəllüdlü X25, xx.xx.1962-ci il təvəllüdlü X11, xx.xx.2000-ci il təvəllüdlü X27 və xx.xx.1999-cu il təvəllüdlü X16 ünvan 2 ünvanında qeydiyyatdadırlar. İddiaçıların qeydiyyatdan çıxarılmasını tələb etdiyi şəxslərdən X2 mübahisəli ünvanda yerləşən mənzilə dair əşya hüququnun olduğu iş üzrə müəyyən olunmur. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2023-cü il tarixli, **********97 saylı məktubu ilə bildirilmişdir ki, sözügedən fərdi yaşayış evi üzərində sorğuda sadalanan fiziki şəxslərin istifadə hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Həmçinin iş materiallarında olan Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Birliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2023-cü il tarixli, 0/373 nömrəli məktubu ilə bildirilmişdir ki, ünvan 2 ünvana xidmət göstərən 59 saylı MKİS-in təqdim etdiyi 42 saylı xx.xx.2023-cü il tarixli arayışı aidiyyəti üzrə Məhkəməyə göndərilir. Həmin məktuba qoşma olaraq əlavə edilmiş: - Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi 59 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi cənab Nizami Mayılova ünvanlanmış 42 saylı xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, vətəndaş İddiaçı ünvan 3 ünvanda yerləşən mənzili özbaşına tikili kimi olan özəlləşdirilmiş mənzildir. Onun mənzilində MKİS-də olan sənədlərə əsasən aşağıda adları göstərilənlər qeydiyyatdadırlar: İddiaçı, X56, X34, X35, X36, X28, X46 və X22r. Bildirilir ki, ünvan 3 ünvan 59 saylı MKİSdə olan sənədlərə əsasən bir neçə ayrı-ayrı mənzillərdir. Əlavə olaraq bildirilmişdir ki, vətəndaş İddiaçı araşınızda göstərilən digər vətəndaşların mənzillərinin bir-birinə heç bir aidiyyatı yoxdur. Belə ki, arayışda adları göstərilən digər vətəndaşlar ayrı-ayrı təsərrüfatlardır. Onların bir-birilərinə heç bir aidiyyatı yoxdur. Məlumat üçün bildirilir ki, adları gğstərilən vətəndaşlardan bir neçəsinin evi "xxxx" MMC-nin söküntü sahəsinə düşdüyü üçün evləri sökülüb, köçüblər. Apellyasiya instansiya məhkəməsində icraat zamanı üçüncü şəxs X5 qeyd olunan ünvana dair texniki pasportunun olmasını qeyd etsə də, məhkəməyə təqdim edilmiş texniki pasportdan görünür ki, o tamamilə başqa ünvana dair tərtib edilmişdir. Beləliklə, iş üzrə mübahisəli fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədlərdə X2 hər hansı əmlak hüquqlarının mövcud olduğu (qeydiyyat sənədləri, istifadə hüququnun olmasına dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi və s.) müəyyən olunmamışdır. Eyni zamanda X1 ünvanda faktiki olaraq yaşaması da sübut olunmur. Belə ki, işdə olan Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 59 saylı Mənzil Kommunal İstismar Sahəsinin 1402 nömrəli, 23 dekabr 2023-cü il tarixli arayışında qeyd edilmişdir ki, X40 C.Məmmədquluzadə, 148 saylı evdə xx.xx.1997-ci ildən qeydiyyatda olub, xx.xx.2023-cü ildə Bakı İnzibati Məhkəməsinin iş № 2-1(112)- 6186/2023-cü il tarixli qərarına əsasən qeydiyyatdan ailə üzvləri ilə birlikdə qeydiyyatdan çıxarılıblar, lakin onlar N.Məlikov dalan 7 ev 15-də ailəsiylə birlikdə qeydiyyatsız yaşayırlar. X4, X5, X26 və X40 tərəfindən Nəsimi Rayon Polis İdarəsi Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsinin rəisinə ünvanlanmış 25 dekabr 2023-cü il tarixli ərizədə onlar 1997-ci ildə C.Məmmədquluzadə 148 ünvanına yanlışlıqla qeydiyyata alındıqlarını, həmin tarixdən ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evində yaşadıqlarını bildirmişlər və sonda ünvan 6 ünvanına qeydiyyata alınmalarını xahiş etmişlər. Göründüyü kimi, üçüncü şəxs X2 mübahisəli fərdi yaşayış evinə hər hansı əmlak hüquqları mövcud deyildir, eyni zamanda o, həmin ünvanda faktiki olaraq yaşamır, qeydiyyat formal xarakter daşıyır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmə qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Üçüncü şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6186/2023 nömrəli, 14 iyul 2023-cü il tarixli qərarı üçüncü şəxs X3 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar