Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-213/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinə qarşı “inzibati xəta üzrə qərar qəbul edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədovdan və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinə qarşı “inzibati xəta üzrə qərar qəbul edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5151/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinə qarşı məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin **********2 saylı xx xxx 2020-ci il tarixli məktubunun qanunsuz və əsassız hesab edilərək ləğv edilməsini, Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Liseyinin direktoru X3 barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77.1, 78.1, 78.2, 80.1 və 80.2-ci maddələrinin və əmək qanunverirciliyi sisteminə daxil olan normativ hüquqi akt sayılan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 185 saylı 1994-cü il 10 may tarixli qərarı ilə təsdiq edilmiş əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların problemləri üzrə Kompleks Proqramının 5-ci bəndinin qanuni tələblərinin pozulması ilə işdən azad olunma və başqa işə keçirilmə barədə 03 saylı xx xxxxxx 2020-ci il tarixli əmri qanunsuz qəbul etdiyinə görə Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair inzibati qərarın qəbul edilməsi, onun dərs hissə müdiri vəzifəsində saxlanılması, dərs hissə müdiri vəzifəsinə dair təyin edilmiş aylıq əmək haqqının xx xxxxxx 2020-ci il tarixdən ödənilməmiş hissəsinin hesablanaraq dərhal birdəfəlik 8 nömrəli Bakı Peşə Liseyi tərəfindən ödənilməsinə dair qərar qəbul etmək vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15, 308 və 312-ci maddələrinin qanuni tələblərini rəhbər tutaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi 8 saylı Bakı Peşə Liseyinin direktoru X7 tərəfindən qanunsuz verilən 03 saylı xx xxxxxx 2020-ci il tarixli əmrin ona aid hissədə ləğv edilməsində, onu dərs hissə müdiri vəzifəsində saxlanılmasında və direktor X4 inzibati məsuliyyətə cəlb edilməsində tədbir görülməsinin aidiyyəti şəxslərə həvalə edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan **********22 saylı xx xxx 2020-ci il tarixli məktubu ilə bildirilmişdi ki, onun ********** saylı xx xxxxxx 2020-ci il tarixli, **********2 saylı xx xxxxxx 2020-ci il tarixli və **********2 saylı xx xxxxxx 2020-ci il tarixli müraciətləri (həqiqətən də müraciəti bir dəfə xx xxxxxx 2020-ci il tarixdə olduğu halda ilk müraciəti isə olmadığı halda yalnış göstərilib) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhəri İdarəsində baxılmış və həmin məsələ Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin icraatında olduğu üçün müraciətinə dair məsələlərin həlli üzrə Azərbaycan Respublikası ƏM-nin 15-ci maddəsinin tələbinə görə DƏMX Bakı şəhər İdarəsi fəaliyyət göstərə bilməzdi. Cavabdehin **********22 saylı xx xxx 2020-ci il tarixli cavab məktubu qanunsuz və əsassız olduğu üçün məhkəmə qaydasında ləğv edilməli və arzuladığı inzibati aktı qəbul etmək vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. xx xxxxxx 2020-ci il tarixdə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ rayon məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Liseyinin direktoru X7 tərəfindən qəbul olunmuş işdən azad olma və başqa işə keçmə barədə 03 saylı xx xxxxxx 2020-ci il tarixli əmrin ona aid hissədə və təhvil- təslim əmrinin ləğv edilməsinə, onun dərs-hissə müdiri vəzifəsində saxlanılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmin ərizəni paralel olaraq xx xxxxxx 2020-ci ildə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinə də vermişdir. Qaradağ rayon Məhkəməsinə verdiyi iddia ərizəsinin tələbi mülki qanunvericiliyə aid olunur. Lakin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinə verdiyi ərizə inzibati və inzibati xətalar qanunvericiliyinə aid olunur. Hər iki instansiya orqanlarına verilmiş tələblər bir-birindən fərqləndiyinə görə məhkəmə orqanı öz səlahiyyətinə aid olan mülki tələbi araşdırmalı və cavabdeh orqan da ona aid olan inzibati və inzibati xətalar tələbini araşdırmalıdır. 2014-cü ildən şəkərli diabet xəstəsdir. İİ dərəcə əlilliyi olan şəxsdir. 2008-ci il tarixdən 8 saylı liseydə hazırki dövrə kimi işləyir. İşlədiyi dövrdə 2 Fəxri Fərmanla mükafatlanmış, lakin başqa işçilərin barəsində direktor tərəfindən 07.2020-ci il tarixli əmrlə işdən azad olma və başqa işə köçürülmə barədə qanunsuz əmr verilmişdir. Direktor tərəfindən onun razılığı alınmadan başqa işə keçirilmişdir. Həmçinin onun X1 üzvü olduğu halda direktor 8 saylı Bakı Peşə Liseyin X2 da yazılı təqdimatla müraciət etməmişdir. 8 nömrəli Bakı Peşə Liseyinin direktoru Füzuli Talıbov işdən azad olma və başqa işə keçirilmə barədə xx xxxxxx 2020-ci il tarixli, 03 №-li əmri qəbul edən zaman Azərbaycan Respublikası ƏM-nin 77.1, 78.1, 78.2, 80.1, 80.2-ci maddələrini, eləcə də bütövlükdə əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi akt sayılan və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli, 185 №-li qərarı ilə təsdiq edilmiş və ya sağlamlıq imkanları məhdud uşaqların problemləri üzrə Kompleks Proqramının 5-ci bəndini pozduğuna görə Azərbaycan Respublikası ƏƏSMN-yi yanında DƏMX-nə Bakı şəhər idarəsi müraciətində göstərilənləri araşdırmalı, Azərbaycan Respublikası ƏM-nin 15,308 və 312-ci maddələrinə əsasən 8 №-li Bakı Peşə liseyin direktoru X5 Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair əsaslı qanuni qərar qəbul edilməli idi. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5151/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5151/2020 saylı 07 sentyabr 2020-ci il tarixli qərardadının ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdı ki, onun X9 Xidmətinə şikayət ərizəsi xx xxxxxx 2020-ci il tarixdə verilmişdir. Qanuna əsasən inzibati orqana şəxs tərəfindən daxil olunan müraciət 1 (bir) ay ərzində araşdırılmalı və araşdırma nəticəsi barədə qəbul edilmiş əsaslı qərar ərizəçiyə təqdim olunmalıdır. Məhkəmə tərəfindən hüquqi qüvvəsi olmayan **********1 saylı xx xxx 2020-ci il tarixli, **********2 saylı xx xxx 2020-ci il tarixli və **********2 saylı xx xxxx 2020-ci il tarixli məktublara da hüquqi qiymət verilməlidir. Həmçinin apellyasiya şikayətinə əlavədə iddiaçı cavabdehə qarşı tələbinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhəri İdarəsinin **********2 saylı xx xxx 2020-ci il tarixli məktubunun qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi, X8 Xidmətinə xx xxxxxx 2020-ci il tarixli şikayət ərizəsinin təmin edilməsi və ya rədd edilməsi barədə əsaslı qərarın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi nəzərə alınması xahiş edilmişdr. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən görünür ki, iddiaçının cavabdehə qarşı tələbi iki hissədən: birincisi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhəri İdarəsinin **********2 saylı xx xxx 2020-ci il tarixli məktubunun qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi, ikincisi, Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Liseyinin direktoru X3 barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77.1, 78.1, 78.2, 80.1 və 80.2-ci maddələrinin və əmək qanunverirciliyi sisteminə daxil olan normativ hüquqi akt sayılan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 185 saylı 1994-cü il 10 may tarixli qərarı ilə təsdiq edilmiş əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların problemləri üzrə Kompleks Proqramının 5-ci bəndinin qanuni tələblərinin pozulması ilə işdən azad olunma və başqa işə keçirilmə barədə 03 saylı xx xxxxxx 2020-ci il tarixli əmri qanunsuz qəbul etdiyinə görə Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair inzibati qərarın qəbul edilməsi, onun dərs hissə müdiri vəzifəsində saxlanılması, dərs hissə müdiri vəzifəsinə dair təyin edilmiş aylıq əmək haqqının xx xxxxxx 2020-ci il tarixdən ödənilməmiş hissəsinin hesablanaraq dərhal birdəfəlik 8 nömrəli Bakı Peşə Liseyi tərəfindən ödənilməsinə dair qərar qəbul etmək vəzifəsinin cavabdehə həvalə edilməsindən ibarətdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının iddiasının mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, hazırki işdən müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Liseyinin 3No-li xx.xx.2020ci il tarixli işdən azad olma və başqa işə keçmə barədə əmri ilə dərs hissə müdiri vəzifəsi ixtisara düşdüyü üçün xx.xx.2020-ci il tarixdən tutduğu vəzifədən işdən azad olunmuş və həmin tarixdən onunla bağlanmış əmək müqaviləsində müvafiq dəyişikliklər edilməklə tarifikasiyaya əsasən ştat üzrə müəllim vəzifəsinə keçirilmişdir. İddiaçı hazırki iddia ilə bağlı cavabdeh orqana xx.xx.2020-ci il tarixdə müraciət etmiş, onun müraciətinə münasibətdə cavabdehin ünvanladığı **********2 saylı xx.xx.2020-ci il tarixli məktubunda göstərilmişdi ki, təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, qeyd edilən məsələyə Qaradağ rayon məhkəməsində baxılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla məhkəmənin səlahiyyətinə aid olan məsələlərin həlli üzrə fəaliyyət göstərə bilməz. Göründüyü kimi, iddiaçı tərəfindən onun işdən azad olunması və başqa işə keçirilməsi ilə bağlı verilmiş əmr ümumi məhkəmə icraatı qaydasında mübahisələndirilmişdir. Buna baxmayaraq iddiaçı bu barədə cavabdeh inzibati orqanın ona ünvanladığı xx.xx.2020-ci il tarixli məktubunun inzibati məhkəmə icraatı qaydasında qanunsuz hesab edilərək ləğv edilməsini xahiş edir. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt- inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.3-cü maddəsinin tələbinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının birinci- xx.xx.2020-ci il tarixli məktubun qanunsuz hesab edilərək ləğv olunması barədə tələbini mümkün saymamışdır. İddiaçının ikinci tələbinə münasibətdə qeyd olunmalıdır ki, həmin tələbin məzmunundan da göründüyü kimi, iddiaçı işəgötürən X10 Məcəlləsinin tələblərini pozmasını iddia edərək sonuncunun inzibati xətalar qanunvericiliyinin tələblərinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi ilə bağlı inzibati qərar qəbul etmək vəzifəsinin cavabdehə həvalə edilməsini tələb edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Qanunvericiliyin tələblərinə görə inzibati icraat zamanı şəxs özü barəsində arzuladığı inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət edə bilər. Lakin hazırki mübahisə ilə bağlı iddiaçının ikinci tələbindən görünür ki, onun aparılmasını istədiyi icraat inzibati icraat deyil, inzibati xətalara dair işlər üzrə icraatdır. Halbuki “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 3.2.2-ci maddəsinə əsasən bu qanun inzibati orqanın inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 saylı qərarının 15.3-cü bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Bu səbəbdən də hazırki işdə iddiaçının ikinci tələbi inzibati xəta münasibətlərinə aid olduğundan belə mübahisəyə yuxarıda göstərilən maddi hüquq normalarının tələbləri baxımından inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Odur ki, iddiaçının iddia tələblərinin qeyri-mümkün hesab olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayəti və ona əlavədə tələbinin “8 nömrəli Bakı Peşə Liseyinə qarşı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə xx xxxxxx 2020-ci il tarixli şikayət ərizəsinin təmin edilməsi və ya rədd edilməsi barədə əsaslı qərarın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi nəzərə alınmasına münasibətdə qeyd edir ki, iddiaçının həmin müraciətinə münasibətdə cavabdeh orqan tərəfindən ona xx.xx.2020-ci il tarixli məktubla cavab verilmiş, bundan başqa 8 nömrəli Bakı Peşə Liseyinin direktoru X3 inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması inzibati xəta münasibətinə aid olduğundan həmin məsələ yuxarıda göstərilən normalar əsasında inzibati məhkəmə icraatı qaydasında araşdırıla bilməz. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5151/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5151/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Vidadi Məmmədov Namiq Cəfərov
Məhkəmə qərarları › İş №2-1(103)-213/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-213/2021
10.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver