Məhkəmə qərarları › İş №2-1(103)-2132/2019

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2132/2019

15.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2132/2019 15.10.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı-nin cavabdeh AR VN yanında Bakı şəhəri X1rşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, artıq ödənilmiş pul vəsaitinin qaytarılması barədə müvafiq rəy tərtib və təsdiq edilməklə, müvafiq maliyyə orqanına göndərilməsivəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-302/2019 saylı qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı məhdud məsuliyyətli cəmiyyəti (bundan sonra - İddiaçı) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X2 (bundan sonra- Bakı şəhəri X3) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, artıq ödədiyi (bank hesablarından silinmiş) 35177,63 manat məbləğində pul vəsaitinin xx.xx.2017 tarixdə silinərək 9450,11 manata salınması ilə bağlı hərəkətinin qanunsuz hesab edilməsi və 35177,63 manat pul vəsaitinin İddiaçıyə qaytarılması barəsində rəy vermək öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı təəfindən artıq ödənilmiş 35177,63 manat məbləğində pul vəsaitinin MMCyə məxsus şəxsi heab vərəqəsindən silinərək 9450,11 manata salınması ilə bağlı hərəkətinin qanunsuz hesab edilməsi və Azərbaycan Rrespublikası Nazirlər Kabinetinin xx.xx.2001 tarixli 48 saylı qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicilərinə qaytarılması” Qaydalarına müvafiq qaydada, müddətdə və formada 35177,63 manat artıq ödənilmiş pul vəsaitinin İddiaçı-yə qaytarılması barədə müvafiq rəyi tərtib və təsdiq etməklə, onu artıq ödəmənin qaytarmalı olduğu müvafiq maliyyə orqanına göndərilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri X2 həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 302/2019 saylı qərarı ilə iddia tələbi qismən təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-302/2019 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşə apelyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi öz apellyasiya şikayətinin təmin edilməsini qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi öz apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarında olan: -2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(82)- 3019/2015 saylı qərarından müəyyən olunur ki, həmin qərar əsasında İddiaçı-nin iddiası təmin edilərək, “Vergilərin hesablanması barədə” xx.xx.2009-cu il tarixli **********924400 nömrəli, xx.xx.2008-ci il tarixli **********469200 nömrəli, xx.xx.2009-cu il tarixli **********469200 nömrəli, xx.xx.2011-ci il tarixli **********-470-900 nömrəli, xx.xx.2008-ci tarixli **********832900 nömrəli, xx.xx.2008-ci il tarixli **********132300 nömrəli, xx.xx.2009cu il tarixli **********031500 nömrəli, 09200-200--56039100 nömrəli, **********017300 nömrəli, **********054000 nömrəli, 09200200-56058800 nömrəli, xx.xx.2009-cu il tarixli **********609100 nömrəli, xx.xx.2011-ci il tarixli **********250100 nömrəli, xx.xx.2011-ci il tarixli **********1-56-000 nömrəli, xx.xx.2009-cu il tarixli **********373900 nömrəli, xx.xx.2009-cu il tarixdə **********211200 nömrəli və xx.xx.2009-cu il tarixdə **********010100 nömrəli bildirişlər ləğv edilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2-1(82)-1042/2016 saylı qərarı ilə Bakı Vergilər Departamentinin apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2-1(82)-3019/2015 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. -Vergi orqanı tərəfindən iddiaçının xx.xx.2016-cı il tarixli məktubuna elektron qaydada verilmiş cavabdan müəyyən olunur ki, vergi borcunun silinməsi barədə ərizəsinə cavab olaraq bildirilmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(82)-3019/2015 saylı qətnaməsinə uyğun olaraq hesablanmış vergi məbləğləri azaldılmış və şəxsi hesab vərəqəsində müvafiq düzəlişlər olunmuşdur. Hal-hazırda İddiaçı-nin dövlət büdcəsinə borcu yoxdur. -İddiaçıya məxsus şəxsi vərəqənin xx.xx.2016-cı il tarixə olan çıxarışından müəyyən olunur ki, vergi orqanı tərəfindən «İddiaçı” MMC-nin şəxsi vərəqə-sində xx.xx.2016-cı ildə edilmiş düzəlişlərə əsasən, MMC-nin 35177,63 manat artıq ödəməsi olmuşdur. -Vergi orqanının xx.xx.2018-ci il tarixli **********558500 saylı məktubu ilə iddiaçıya göndərilmiş şəxsi hesab vərəqəsinin xx.xx.2018-ci il tarixə olan çıxarışından müəyyən olunur ki, vergi orqanı tərəfindən «İddiaçı” MMC-nin şəxsi vərəqə-sində xx.xx.2015-ci ildə aparılmış qeydə əsasən MMC-nin hesabından 21319,90 manat, 188,01 manat və 4219,61 manat məbləğində vergi borcu silinmiş, xx.xx.2016-cı ildə edilmiş düzəlişlərə əsasən, MMC-nin 30587,77 manat artıq ödəməsi olmuş, xx.xx.2017-ci ildə edilmiş düzəlişlərə əsasən artıq ödəmənini məbləği 9450 manat olmuşdur. -İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2016-cı il tarilxi ərizənin surə-tin-dən və müraciət vərəqəsindən müəyyən olunur ki, iddiaçı vergilər, fazilər və maliyyə sanksiyaları üzrə xx.xx.2016-cı il tarixə yaranmış 35177,63 manat artıq ödəmə-nin qaytarılması barədə vergi orqanına müraciət etmiş, həmin ərizə xx.xx.2016-cı ildə saat 17:34-də Nazirliyin vergi ödəyicilərinə xidmət mərkəzi tərəfindən qəbul edilmişdir. -Bakı şəhəri X3 tərəfindən iddiaçının xx.xx.2016-cı il tarixli məktubuna elektron qaydada verilmiş cavabdan müəyyən olunur ki, şəxsi vərəqə üzrə artıq ödənil-miş vergi məbləğinin geri qaytarılması barədə müraciətinə cavab olaraq bildirlmişdir ki, Vergi Məcəlləsinin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması Azərbaycan Res-pub-likasının Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qayta-rıl-ması Qaydaları” ilə müəyyən edilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə mürzciət etməlidir. Ərizədə vergi ödəyici-si-nin eyniləşdirmə nömrəsi (VÖEN), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. Qaydaların 3.2-ci bəndinə əsasən artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyəcisinin qeydiyyatda olduğu vergilərin büdcəyə daxil olmasını təmin edən orqana təqdim olunmalıdır. -Bakı şəhəri X3 tərəfindən iddiaçının xx.xx.2016-cı il tarixli məktubuna elektron qaydada verilmiş cavabdan müəyyən olunur ki, artıq ödənil-miş vergi məbləğinin geri qaytarılması barədə müraciətinə cavab olaraq bildirlmişdir ki, Vergi Məcəlləsinin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması Azərbaycan Res-pub-likası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qayta-rıl-ması Qaydaları” ilə müəyyən edilir. Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanma-sını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Qeyd olunanlarla bağlı təqdim etdiyi “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizədə qeyd olunmuş məbləğ 5 il əvvəlki dövr üzrə yarandığı üçün, həmin məbləğin geri qaytarılmasını tələb etmək hüququ yoxdur. -İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2017-ci il tarilxi ərizənin təsdiq olunmuş surətindən müəyyən olunur ki, iddiaçı vergilər, fazilər və maliyyə sanksiyaları üzrə xx.xx.2016-cı il tarixə yaranmış 35177,63 manat artıq ödəmənin qaytarılması barədə vergi orqanına müraciət etmişdir. -Vergi orqanlarının tələbetmə müddətinin bitməsi ilə əlaqədar vergi borclarının silinməsi barədə Komissiya tərəfindən çıxarılmış xx.xx.2015-ci il tarixli aktın təsdiq edilmiş surətindən müəyyən olunur ki, həmin qərar əsasında iddiaçının xx.xx.2015-ci il tarixə dövlət büdcəsinə olan 25727,52 manat borc məbləği (vergilər üzrə 21319,9 manat, faizlər üzrə 188,01 manat və maliyyə sanksiyası üzrə 4219,61 manat) vergi orqaının tələbetmə müddəti bitdiyi üçün silinməsi qərara alınmışdır. -Bakı şəhəri X3 tərəfindən iddiaçının xx.xx.2017 və xx.xx.2017-ci il tarixli məktublarına elektron qaydada verilmiş cavablardan müəyyən olunur ki, artıq ödənilmiş vergi məbləğinin geri qaytarılması barədə müraciətinə cavab olaraq bildiril-miş-dir ki, təqdim edilməyən və ya öz dəyərini satılmış məhsulun dəyərinə keçirməyən aktivlər üzrə ödənilib əvəzləşdirilmiş ƏDV məbləği istisna olmaqla, vergi ödəyicisinin artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etməsi üçün Vergi Məcəlləsinin 85.5-ci maddəsi ilə müəyyən edilmiş 5 illik müddətin axımı həmin məbləğlərin dövlət büdcəsinə ödənildiyi tarixdən hesablanır. Yuxarıda göstərilənlərə əsasən, müraciəti ilə əlaqədar bildirilmişdir ki, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etməsi üçün Vergi Məcəlləsinin 85.5-ci maddəsi ilə müəyyən edilmiş 5 illik müddətin axımı artıq ödəmənin yaranmasına səbəb olan azalma əməliyyatının şəxsi hesab vərəqə üzrə yazılış tarixindən deyil, həmin məbləğlərin dövlət büdcəsinə ödənildiyi tarixdən hesablanır. Tərəfindən təqdim edilmiş ərizədə qeyd olunmuş artıq ödəmə məbləğləri üzrə ödəmə tarixləri araşdırılmış və məlum olmuşdur ki, həmin vəsaitlərin qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək üçün Qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Odur ki, təqdim etdiyi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin qaytarılması barədə ərizədə qeyd olunmuş məbləğ 5 il əvvəlki dövr üzrə yarandığı üçün həmin məbləğin geri qaytarılmasını tələb etmək hüququ yoxdur. -Bakı şəhəri X3 tərəfindən iddiaçının xx.xx.2017-ci il tarixli məktubuna elektron qaydada verilmiş cavabdan müəyyən olunur ki, artıq ödənilmiş vergi məbləğinin geri qaytarılması barədə müraciətinə cavab olaraq bildiril-miş-dir ki, müraciəti ilə əlaqədar aparılmış araşdırmalara əsasən müvafiq dəqiqləş-dir-mələr aparıldıqdan sonra şəxsi hesab vərəqində xx.xx.2017-ci il tarixə 9 450,11 manat artıq ödəmə məbləği mövcuddur. Həmin məbləğ 5 il əvvəlki dövr üzrə yarandığı üçün vəsaitin qaytarılması vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Belə ki, vergi qanunvericiliyinin tələbinə əsasən təqdim edilməyən və ya öz dəyərini satılmış məhsulun dəyərinə keçirməyən aktivlər üzrə ödənilib əvəzləşdirilmiş ƏDV məbləği istisna olmaqla, vergi ödəyicisinin artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etməsi üçün Vergi Məcəlləsinin 85.5-ci maddəsi ilə müəyyən edilmiş 5 illik müddətin axımı həmin məbləğlərin dövlət büdcəsinə ödənildiyi tarixdən hesablanmalıdır. Göründüyü kimi, xx.xx.2016-cı il tarixdə təqdim edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” barədə ərizədə qeyd edilmiş məbləğlərin dövlət büdcəsinə ödənilmə tarixləri 2008 və 2009-cu illəri (ötmüş 5 illik dövrü) əhatə etdiyindən artıq ödəmə məbləğlərinin qaytarılması barədə tələb ilə əlaqədar vergi orqanı tərəfindən hər hansı hərəkətlərin edilməsi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Vergi Məcəl-lə-sinin 85.5-ci maddəsində qeyd olunmuşdur ki, vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablan-ma-sını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qayta-rıl-masını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Eyni zamanda, müraciəti ilə əlaqədar nazirlikdə qəbul olunduğu zaman da qanunvericiliyin tələbləri ona ətraflı izah olunmuşdur. -Bakı şəhəri X3 tərəfindən xx.xx.2018-ci il tarixli məktubuna elektron qaydada verilmiş cavabdan müəyyən olunur ki, artıq ödənil-miş vergi məbləğinin geri qaytarılması barədə iddiaçının müraciətinə cavab olaraq bildirlmişdir ki, Vergi Məcəlləsinin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları Azərbay-can Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları” ilə müəyyən edilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə mürzciət etməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. İddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdə “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizə ilə müraciət edərək, 35177,63 manat vəsaitin geri qaytarılmasını xahiş etmiş, müraciətə baxılarkən təqdim edilmiş ərizədə qeyd olunan artıq ödənilmiş məbləğ şəxsi hesab vərəqəsində aşkar edilməmişdir. -Cavabdehin iddiaçıya ünvanlanladığı **********085700 saylı xx xxxxxx 2018-ci il tarixli məktubda, qeydiyyata alındığı tarixdən dövriyyəsi və ƏDV üzrə ödənilmiş məbləğ barədə müraciətinə cavab olaraq bildirilmişdir ki, qeydiyyata alındığı xx.xx.2005-ci ildən xx.xx.2018-ci il tarixədək MMC tərəfindən təqdim edilmiş ƏDV bəyənnaməsinə əsasən dövriyyə 946505,52 manat təşkil etmiş və həmin dövrə şəxsi hesab vərəqəsinə əsasən ƏDV üzrə 8593,1 manat ödənilmiş məbləğ müəyyən edilmişdir. -Bakı şəhəri X3 tərəfindən iddiaçının xx.xx.2018-ci il tarixli məktubuna elektron qaydada verilmiş cavabda (artıq ödənil-miş vergi məbləğinin geri qaytarılması barədə) istinad olunan **********335900 nömrəli xx.xx.2017-ci il tarixli məktubun mətni: “Bildiririk ki, iddiaçı «İddiaçı” MMC MMC tərəfindən 2 saylı Bakı İnzi-bati-İqtisadi Məhkəməsinə müraciət edilərək “Vergilərin hesablanması barədə” bildiriş-lərin ləğv edilməsi xahiş edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(81)- 1748/2015 saylı qərarı ilə İddiaçı-nin cavabdeh Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə qarşı iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarına əsasən vergi orqanı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və məh-kə-mə qərarı vergi orqanı tərəfindən icra edilmişdir. Bildiririk ki, məhkəmə gedişatı zamanı “Vergi orqanlarının tələb etmə müddətinin bitməsi ilə əlaqədar vergi borclarının silinməsi barədə Komissiya” tərəfindən çıxarılmış xx xxxxx 2015-ci il tarixli Qərara əsasən İddiaçı-nin xx xxxxx 2015-ci il tarixinə dövlət büdcəsinə olan 25727,52 manat (məhkəmə hökmü ilə təmin edilmiş 16283,0 manat istisna olmaqla) borc məbləği (o cümlədən vergilər üzrə 21319,9 manat, faizlər üzrə 188,01 manat və maliyyə sanksiyası üzrə 4219,61 manat) vergi orqanının tələb etmə müddəti bitdiyi üçün silinmişdir. Daha sonra isə, xx.xx.2016-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı icra edilərək vergi ödəyicisinin şəxsi hesab vərəqəsində azalma verilmişdir. Göründüyü kimi eyni dövrə azalma verildiyi üçün vergi ödəyicisinin şəxsi hesab vərəqə-sində xx.xx.2017-ci il tarixdə müvafiq düzəlişlər edilmişdir. -İddiaçıya məxsus təsis sənədlərindən müəyyən olunur ki, «İddiaçı” MMC xx.xx.2005-ci ildə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınaraq, nizamnaməsi Ədliyyə Nazirliyi Hüquqi şəxslərin Dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsində xx.xx.2005-ci ildə 0105-P93-42067 nömrəsi ilə dövlət qeydiyyatına alınmış, sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün ********** saylı VÖEN verilmiş, xx.xx.2005-ci ildə əlavə dəyər vergisi ödəyicilərinin dövlət reyestrinə daxil edilmiş, MMC-nin təsisçisi və qanuni təmsilçisi X4r, MMC-nin hüquqi ünvanı ünvan 1 ünvanda yerləşir. -Vergi orqanının xx.xx.2008-ci il tarixli “vergi ödəyicisinin vergi qanunvericiliyinə görə məsuliyyətə cəlb edilməsi haqqında” **********8638 saylı qərarından müəyyən olunur ki, həmin qərar üzrə 2008-ci il üzrə 376,02 manat ƏDV və ona uyğun 188,01 manat maliyyə sanksiyası hesablanmışdır. -1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)-1882/ 2017-ci il tarixli qərardadı ilə iddiaçının cavabdehə qarşı 35177,63 manat pul vəsaitinin qaytarılması barədə iddia ərizəsi iddianın yalnış iddia növü olması ilə əlaqədar mümkün sayılmamış, həmin Məhkəmənin xx.xx.2017-ci il tarixli 2-1(81)-3736/2017 saylı qərardadı ilə iddiaçının cavabdehə qarşı iddiası iddiaçının müraciəti əsasında geri qaytarılmışdır. Beləliklə iş materiallarından müəyyən olunur ki, iddiaçının tələbi 2 hissədən ibarətdir: 1) İddiaçı tərəfindən artıq ödənilmiş 35177,63 manat məbləğində pul vəsaitinin MMC-yə məxsus şəxsi hesab vərəqəsindən silinərək 9450,11 manata salınması ilə bağlı hərəkətinin qanunsuz hesab edilməsi; 2) Azərbaycan Rrespublikası Nazirlər Kabinetinin xx.xx.2001 tarixli 48 saylı qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyici-lərinə qaytarılması” Qaydalarına müvafiq qaydada, müddətdə və formada 35177,63 manat artıq ödənilmiş pul vəsaitinin İddiaçı-yə qaytarılması barədə müvafiq rəyi tərtib və təsdiq etməklə, onu artıq ödəmənin qaytarmalı olduğu müvafiq maliyyə orqanına göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi. İnzibati Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Məhkəmə iddiaçının birinci tələbi ilə bağlı hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçı tərəfindən artıq ödənilmiş 35177,63 manat məbləğində pul vəsaitinin MMC-yə məxsus şəxsi hesab vərəqəsindən silinərək 9450,11 manata salınması ilə bağlı hərəkəti qanunvericliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iş materiallarından və tərəflərin izahatlarından da müəyyən olunur ki, tərəflər arasında məhkəmə araşdırmasının davam etdiyi xx.xx.2015-ci ildə MMC-nin qanuni təmsilçisinin müraciəti nəzərə alınaraq, “Vergi orqanları-nın tələb etmə müddətinin bitməsi ilə əlaqədar vergi borclarının silinməsi barədə Komissiya”nın xx xxxxx 2015-ci il tarixli qərarına əsasən MMC-nin həmin tarixə dövlət büdcəsinə olan 25727,52 manat (vergilər üzrə 21319,9 manat, faizlər üzrə 188,01 manat və maliyyə sanksiyası üzrə 4219,61 manat) borc məbləği tələb etmə müddəti bitməsi ilə əlaqədar silinmiş, sonradan qanuni qüvvəsini almış 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(82)-3019/2015 saylı qərarının icrası ilə əlaqədar qeyd olunan silinmə nəzərə alın-ma-dan təkrarən şəxsi vərəqədə xx.xx.2016-cı ildə düzəliş edilmiş və iddiaçının həmin tarixə 35177,63 manat artıq ödəməsi yaranmışdır. İddiaçının həmin məbləğin geri qaytarılması barədə müraciətindən sonrakı müddətdə, yəni xx.xx.2017-ci ildə vergi orqanı iddiaçının şəxsi vərəqəsində müvafiq düzəlişlər aparmış və artıq birinci dəfə tələbetmə müddətinin keçməsi ilə əlaqədar sildiyi 25727,52 manat vergi borcunu şəxsi vərəqədə bərpa edib, məhkəmə qərarının icrası ilə bağlı həmin məbləğdə düzəliş etmişdir ki, bu zaman bir dəfə silinmiş vergi borcunun məhkəmə qərarının icrası ilə bağlı yenidən silinməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Bundan əlavə, iddiaçı qeyd olunan məbləğdə artıq ödədiyi vergi borcunun ona qaytarılmasını tələb etsə də, həmin məbləğdə dövlət büdcəsinə artıq vergi ödəməsini təsdiq edən hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. İddia tələbinin ikinci hissəsi ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında uzun müddət gedən məhkəmə araşdırması nəticəsində iddiaçının şəxsi vərəqəsində xx.xx.2016-cı ildən sonrakı müddətdə 9450,11 manat artıq ödəməsi yaranmışdır ki, iddiaçının həmin dövrdən əvvəlki müddətdə artıq ödəmə ilə bağlı müraciət etmək hüququ faktiki mövcud olmamışdır. Qeyd olunan pul vəsaiti iddiaçının şəxsi vərəqəsində artıq ödəmə kimi yarandığı müddətdən sonrakı 3 il müddətində iddiaçı tərəfindən ərizə ilə cavabdehə müraciət olunmuşdur ki, bu zaman vergi orqanının istinad etdiyi müddət məhz şəxsi vərəqədə artıq ödəmə yarandığı vaxtdan hesablana bilər. Ona görə də məhkəmə hesab edir ki, inzibati orqan iddiaçının şəxsi hesab vərəqəsi üzrə dövlət büdcəsinə yaranmış artıq ödəmənin geri qaytarılmasında imtina etməklə, qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, Vergi Məcəlləsinin 15.1 və 15.1.4-cü maddələrinə əsasən artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququdur. Həmin Məcəllənin 24.0 və 24.0.10-cu maddələrinə əsasən vergi orqanları vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə borcludular. Həmin Məcəllənin 87.1-ci maddəsinə əsasən vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir (maddə 87.1.1) və ya vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir (maddə 87.1.2). Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Həmin Məcəllənin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması” Qaydalarının 1.1-ci və 1.2-ci bəndlərinə əsasən bu Qaydalar vergi ödəyicisindən düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin (bundan sonra büdcəyə artıq ödəmələr) qaytarılması qaydalarını müəyyən edir. Bu Qaydalarda "vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlar" dedikdə, verginin tam və vaxtında büdcəyə ödənilməsinə nəzarəti həyata keçirən orqanlar nəzərdə tutulur. Qaydaların 2-ci bəndinə əsasən vergi ödəyicisi düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 il ərzində tələb etmək hüququna malikdir. Qaydaların 3.1 və 3.2-ci bəndlərinə əsasən vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. Artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin qeydiyyatda olduğu vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. Qaydaların 5.1, 5.1.3 və 5.1.4-cü bəndlərinə əsasən vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlar büdcəyə artıq ödəmələrin qalan hissəsinin vergi ödəyicisinə qaytarılması üçün bu Qaydaların müddəalarına uyğun tədbirlər görürlər; Vergi Məcəlləsində başqa hallar müəyyən edilməmişdirsə, büdcəyə artıq ödəmələrin qalan məbləğlərini vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarırlar. Göründüyü kimi, vergi ödəyicisi tərəfindən artıq ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyalarının qalan məbləğləri, vergi ödəyicisinin vergi, faiz, maliyyə sanksiyası və inzibati cərimə üzrə borcu və sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsi barədə razılığı olmadıqda, vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması” Qaydalarına müvafiq olaraq vergi orqanı tərəfindən vergi ödəyicisinə qaytarılır. Cavabdehin istinad etdiyi Vergi Məcəlləsinin 85.5-ci maddəsinə görə vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Cavabdeh vergi orqanı məhz iddiaçının şəxsi vərəqəsində artıq ödəmə kimi qeyd olunmuş pul vəsaitinin vergi hesabatı dövrü qurtardıqdan sonra 5 il ərzində tələb etmək hüququna malik olmasına istinad etməsi barədə dəlilini məhkəmə qəbul etmir və hesab edir ki, iddiaçının şəxsi vərəqəsində olmayan məbləği hesabat dövründə tələb etmək hüququ olmamış, həmin dövrdə tərəflər arasında məhkəmə çəkişmələri olmuş, yekunda isə qanuni qüvvəsini almış məhkəmə qərarının icrası ilə əlaqədar iddiaçının şəxsi vərəqəsində artıq ödəmə öz təsdiqini tapmışdır ki, həmin dövrdən sonrakı 3 ay müddətində iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması” Qaydalarına müvafiq olaraq cavabdehə müracit etmişdir ki, bu zaman Vergi Məcəlləsinin 85.5-ci maddəsinin tələbləri hazırki mübahisəyə tətbiq edilə bilməz. Yəni, mübahisələndirilən məbləğ üzrə müddətin axımı vergi orqanı tərəfindən aparılan son əməliyyat vaxtından, yəni 2017-ci ilin sentyabr ayının 07-dən sonrakı gündən başlanmalıdır. Belə ki, müddətlərin müəyyən edilməsi qaydasını tənzimləyən Vergi Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə görə bu Məcəllədə müəyyən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır. 68.2. Hər hansı müddət bu Məcəllədə göstərilən dövrün sonuncu gününün axırında bitir. Bu Məcəllədə nəzərdə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir. Daha sonra, Azərbaycan Respublikası Konstitusiyasının 15-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq Azərbaycan dövləti bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir. Konstitusiyanın 29-cu maddəsində nəzərdə tutulur ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququna bir sıra beynəlxalq hüquqi aktlarda da önəmli yer verilir. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində qeyd olunur ki, hər bir insanın həm təkbaşına, həm də müştərək əmlaka sahiblik hüququ var. Heç kəs özbaşına öz əmlakından məhrum edilə bilməz. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı əlavə protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. X5 Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Göstərilənləri nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçının tələbi əsaslı, cavabdehin imtinası əsassız olmuşdur. Birinci instansiya məhkəməsi isə qeyd olunan halları nəzərə almaqla iş üzrə qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 302/2019 saylıqərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən: Valeh Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar