Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2132/2021 18.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qаrşı “qeyri-yaşayış sahələrinin mövcud vəziyyətdə qeydə alınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2-1(112)-1880/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “qeyri-yaşayış sahələrinin mövcud vəziyyətdə qeydə alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 04.09.2020-ci il tarixli imtinasının əsassız hesab edilməklə, Bakı şəhəri, ünvan 1 ünvanlarında yerləşən qeyri-yaşayış sahələrinin mövcud vəziyyətdə Daşınmaz əmlakın Dövlət reyestrində onun adına qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri,ünvan 2 ünvanlarında yerləşən qeyri-yaşayış sahələrinin xüsusi mülkiyyətində olmasına dair DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 12.03.2020-ci il tarixli ********** nömrəli qeydiyyat nömrəli çıxarış verilmişdir. Qeyd olunan çıxarış verilən zaman qeyri-yaşayış sahəsinin ümumi sahəsi texniki səhv olaraq 1084,9 kv.m qeyd olunmuşdur. Cavabdeh inzibati orqana qeyd olunan yanlışlığın aradan qaldırılması barədə müraciət etmişdir. Cavabdeh 04.09.2020-ci il tarixli məktubla müraciətinə mənfi cavab vermiş (iddia etdiyiniz sahə keçid yolu kimi nəzərdə tutulduğundan qeyri-yaşayış sahəsinin ümumi sahəsinə daxil edilməmişdir) və qeyd olunan sahənin dövlət qeydiyyatına alınmasından imtina etmişdir. İnzibati orqanın bu hərəkətini əsassız hesab etdiyindən pozulmuş hüququnun bərpa edilməsindən ötrü məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətindədir. Cavabdeh inzibati orqan 16.10.2020-ci il tarixli **********12 saylı etirazında göstərmişdir ki, binanın razılaşdırılmış mərtəbə planında İddiaçı tərəfindən iddia olunan sahə keçid yolu kimi nəzərdə tutulduğundan qeyri-yaşayış sahəsinin ümumi sahəsinə daxil edilməmişdir. Bununla bağlı İddiaçı İdarə tərəfindən **********66 qeydiyyat nömrəli 04.09.2020-ci il tarixli məktub ünvanlanmışdır. Sözügedən qeyri-yaşayış sahəsi 4Ə-204 nömrəli 28.02.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən İddiaçı adına özgəninkiləşdirilmişdir. Belə ki, "xxxx" MMC-nin adına olan ********** qeydiyyat nömrəli 22.02.2020-ci il tarixli çıxarışda, habelə sözügedən alqı-satqı müqaviləsində də qeyri-yaşayış sahəsinin ümumi sahəsi 1084,9 kv. metr göstərilmişdir. Hazırda İddiaçı adına olan ********** qeydiyyat nömrəli 12.03.2020-ci il tarixli çıxarışda da müvafiq daşınmaz əmlakın ümumi sahəsi 1084.9 kv. metr qeyd olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.9.2.-ci maddəsinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilmiş tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10.1.-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2-1(112)-1880/2021 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2-1(112)-1880/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 574-cü məhəllə, 111,113, 99, 101,103, 105, 107, 109 saylı qeyri-yaşayış sahəsi İddiaçı adına xüsusi mülkiyyət kimi 12.03.2020-ci il tarixdə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 270 nömrəli reyestr kitabının 25608 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********31- 05301-083006 reyestr nömrəli 11.03.2020-ci il tarixli Texniki pasportda İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin ünvanı ünvan 3ş sahələrinin-1-ci mərtəbənin ümumi sahəsi 535.0 kv.metr, əsas sahə 535.0 kv. metr; zirzəmi ümumi sahəsi 379.0 kv. metr, əsas sahə 379.0 kv. metr; zirzəmi (anbar) sahəsi 170.9 kv. metr, köməkçi sahə 170.9 kv. metr, cəmi - ümumi sahəsi 1084.9 kv. metr, əsas sahə 914.0 kv. metr, köməkçi sahə 170.9 kv. metr təşkil etmişdir. Birinci instansiya məhkəməsinin müvafiq sorğusuna əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 15.01.2021-ci il tarixli **********41 saylı məktubuna əlavə olunmuş sənədlərlə müəyyən olunur ki, "xxxx" MMC 23 yanvar 2020-ci il tarixli 24 saylı məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə müraciət edərək qeyd etmişdir ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 15.09.2005-ci il tarixli 247 saylı sərəncamına əsasən ünvan 4 ünvanında yaşayış binalarının tikintisi üçün "xxxx" MMC-ə icazə verilmişdir. "xxxx" MMC Bakı şəhəri, Yasamal rayonu, Haqverdiyev küçəsi 574-cü məhəllə, Zahid Xəlilov küçəsi 99, 101, 103,105,107 və 109 saylı ünvanlarda 1 ədəd 18 mərtəbəli və 5 ədəd 15 mərtəbəli hərəsi 1 girişli yaşayış binalarının (zirzəmi və 1- 11 mərtəbələr qeyri-yaşayış sahəsi) tikintisini başa çatdırmış və təhvil vermişdir. 109 saylı binanın 1-ci mərtəbəsindən və 109 saylı bina ilə 107 saylı bina arasındakı 1-ci mərtəbədən ümumi sahəsi 815 (səkkiz yüz on beş) kv.m. olan qeyri-yaşayış sahəsinin və 109 saylı binanın döşəmə altı (zirzəmi) hissəsindən və 109 saylı bina ilə 107 saylı bina arasındakı döşəməaltı (zirzəmi) hissəsindən ümumi sahəsi 658.0 kv. metr olan qeyri-yaşayış sahəsinə "xxxx" MMC-nin adına çıxarış və texniki pasport verilməsinə sərəncam verilməsini xahiş etmişdir. Daşınmaz Əmlakın 20.03.2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, 574-cü məhəllə, Zahid Xəlilov küçəsi, 111, 113, 99, 101, 103, 105, 107,109 ünvanında yerləşən ümumi sahəsi 1084,9 kv. metr olan qeyriyaşayış sahəsini "xxxx" məhdud məsulyyətli cəmiyyətindən müqavilə əsasında almışdır. DƏDRX tərəfindən iddiaçının hazırkı tələblə bağlı müraciətinə cavab olaraq, göndərdiyi 04.09.2020-ci il tarixli **********66 saylı məktubda müraciətçiyə bildirilmişdir ki, binanın razılaşdırılmış mərtəbə planında iddia edilən sahə keçid yolu kimi nəzərdə tutulduğundan qeyri-yaşayış sahəsinin ümumi sahəsinə daxil edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr..... daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 9-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi (9.1.1); daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması (9.1.2.); bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi (9.1.3.); hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi (9.1.4.). Həmin Qanunun 16-cı maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır (16.1); Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir (16.6.). Həmin Qanunun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Mübahisələndirilən daşınmaz əmlak ilkin olaraq "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə qeydə alınarkən, həmin əmlakın ümumi sahəsi 1084,9 kv. metr kimi qeyd olunmuş, hazırki iş üzrə iddiaçı ilə sonuncu arasında da qeyd olunan daşınmaz əmlaka dair alqı-satqı müqaviləsi bağlanarkən alqısatqının predmeti olmuş daşınmaz əmlakın ümumi sahəsi 1084,9 kv. metr kimi göstərilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla işin hallarına uyğun olmuş, cavabdehin imtina etməsi qanuni və əsaslı olmuş, iddiaçının hüquqları pozulmamışdır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2-1(112)-1880/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-2132/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2132/2021
18.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver