Məhkəmə qərarları › İş №2-1(103)-2132/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2132/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2132/2023 28.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X11 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1, iddiaçının və üçüncü şəxsin iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X12) “qeydiyyatın ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4043/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında araşdırıb m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia (İPM.m.34.1) ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun iddia etdiyi “C” tikilisi fərdi yaşayış evi üzərində X6 məxsus qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir(i.v.142). İddianın əsaslarına görə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(112)- 957/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 742 saylı sərəncamı ilə qismən “C” tikilisi ləğv edilsə də, onun iddia etdiyi “C” tikilisi fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun tanınması məsələsinə münasibət bildirilməmişdir. Həmin məhkəmə qərarı əsasında Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 742 saylı sərəncamında onun tələbi nəzərə alınmaqla dəyişiklik edilmişdir. Baxmayaraq ki, hazırki cavabdeh məhkəmə prosesinə cəlb edilmişdir, lakin sözügedən qərarın icrası ilə əlaqədar qəbul edilmiş Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli, 286 saylı sərəncamı idarə tərəfinədn icra edilməmiş və hal-hazırda həmin daşınmaz əmlaklar (“A”,“B”,“C” tikililəri) X3 mülkiyyətindədir. Cavabdeh bunu onunla əsaslandırmışdır ki, qeydiyyata alınma üçün fərdi yaşayış evi “C” tikilisi və torpaq sahəsinə dair onun mülkiyyət hüququnun tanınmasına dair sənədlər təqdim edilməmişdir. Cavabdeh onun müraciətlərinə xx.xx.2021-ci il tarixli cavab məktubunda idarə həmin icraatın iştirakçısı kimi cəlb edilmədiyini və üzərinə hər hansı vəzifə qoyulmadığını, xx.xx.2021-ci il tarixli cavab məktubunda qeydiyyatın qanuni qüvvəsini almış məhkəmə qərarı əsasında ləğvinin mümkün olduğunu bildirərək imtina cavabı vermişdir. Cavabdeh iddianı qəbul etməmiş, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüququn qanuni qüvvəsini almış məhkəmə qərarı əsasında ləğv edilməsinin mümkün olduğunu bildirərək, iddianın mümkün sayılmaması barədə qərarardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4043/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin “C” tikilisinə dair X3 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Üçüncü şəxs C.Cabbarov apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilərək, şikayətinin təmin olunmasına dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mərhum anası X13 1983-cü ildə dünyasını dəyişmiş, 2005-ci ildə Dövlət Notariat Kontorundan miras qalmış mənzilə “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilməsini xahiş etmiş, sözügedən mənzil üzərində 2006-cı ildə onun mülkiyyət hüququ əldə etmişdir. Anasının sağlığında və dünyasını dəyişdiyi müddətlərdə mülkiyyət üzərində tikinti normalarının tələblərinə uyğun dəyişikliklər etmiş və icazə amağa ehtiyac olmamışdır. Çıxarışmın ləğv olunması mülkiyyət hüququmu kobud şəkildə pozur. Belə ki,məhkəmə qərar qəbul edən zaman işi hər tərəfli araşdırmamış və formal xarakter daşıyan qərar çıxarmışdır. Onu da qeyd edir ki, iddiaçı hüquqlarının hansı şəkildə pozulması hissəsinə aydınlıq gətirə bilməmiş, iddiası qərəzli və formal xarakter daşıyır. Hesab edir ki, müəyyən məsələlər hakim tərəfindən araşdırılmamışdır. Belə ki, sözü gedən mənzildə 50 ildən artıqdı yaşayıram. Bu müddət ərzində sözü gedən mənzildə müxtəlif təmir tikinti işləri aparmışam və müəyyən xərclər çəkmişəm. Lakin məhkəmə bunların heç birini nəzərə almamış və mənə maddi və mənəvi ziyan vuracaq qərarı qəbul etmişdir. Hakim prosessual normalarla yanaşı, maddi normaları da pozaraq səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən üçüncü şəxs apellyasiya şikayətinin təmin olunmasını, cavabdeh məsələnin həllini məhkəmənin səlahiyyətlərinə buraxdığını, iddiaçı isə birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası, işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, üçüncü şəxsin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İlk öncə qeyd etmək lzımdır ki, ünvan 1 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evin dair üçüncü şəxs C.Cabbarov tərəfindən reyestrdən çıxarış təqdim olunmamış, birinci instansiya məhkəməsinin müvafiq sorğularına isə cavabdeh idarə tərəfindən arxiv materiallarında onun adına çıxarış aşkar olunmamış, məhkəməyə təqdim edilən sənədlər, həmin əmlakın onunmərhum anası X4 adına olması ilə bağlı xx.xx.1970-ci il tarixli 239 №-li reyestr çıxarışı və Texniki Pasport, habelə Bakı şəhər Yasamal rayln İHB-nın 742 saylı xx.xx.2005-ci il tarixli sərəncamı, mülkiyyətçi Xurma Cabbarovanın 06 mart 1983-cü ildə vəfat etməsi ilə əlaqədar 19 saylı Dövlət Notariat Kontoru tərəfindən vərəsəsi Cgabbarova (üçüncü şəxs) verilmiş xx.xx.2005-ci il qanun üzrə vərəsəlik şəhadətnaməsi, sair sənədlər təqdim edilmişdir. Hazırkı apellyasiya mərhələsində də üçüncü şəxs C.Cabbarovdan (eşitmə ilə fiziki qüsurları var) mübahisəli əmlakın onun adına mülkiyyət hüququnu təsdiq edən sənədin məhkəməyə təqdim edilməsinə nail ola bilməmişdir. Hər bir halda, təqdim edilmiş adıçəkilən arxiv sənədlərinə əsasən, o cümlədən, Bakı şəhər Yasamal rayln İHB-nın 742 saylı xx.xx.2005-ci il tarixli sərəncamında mübahisəli ünvanda yerləşən fərdi yaşayış evinin üçüncü şəxs C.Cabbarovun mülkiyyətində olduğu qeyd olunur. Bu baxımdan, həm də C.Cabbarovun adına vərəsəlik şəhadətnaməsinin mövcudluğu və ən əsası , hazırkı mərhələdə mübahisəli ünvanda yerləşən əmlaka dair cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi reyestr qeydinə əsasən dəqiqliyi ilə müəyyən olunmuşdur ki, mübahisəli ünvanda yerləşən fərdi yaşyış evinə dair mülkiyyət hüququ hal-hazırda 239/16070 qeydiyyat nömrəsi, xx.xx.2014-cü il tarixli qeydiyyat tarixi ilə Xurma Cabbarovanın vərəsəsi üçüncü şəxs C.Cabbarovun adınadır (Qeyd işə əlavə olunmuşdur.) Konkret halda, işin faktiki hallarından görünür ki, iddiaçı mübahisələndirir ki, cavabdeh tərəfindən iddia edilən “C” tikilisi fərdi yaşayış evi üzərində X3 adına mülkiyyət hüququ ilə təsbit olunan qeydiyyat ləğv olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbində haqlıdır. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, m birinci instansiya o cümlədən, Bakı şəhər İHB aparatı Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsini tərəfindən üçüncü şəxsin mərhum anası X5 adına tərtib edilib xx.xx.2005-ci il tarixdə təsdiq edilmiş texniki pasportdan görünür ki, mübahisəli ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi A, B, C tikililərindən ibarətdir. İddia olunan “C” tikilisi 2 mərtəbədən ibarət olub, hər mərtəbəsində 22,8 kv.m yaşayış otaqları, 10,4 kv.m. ölçüdə dəhlizləri, 3,7 kv.m ölçüdə mətbəxləri vardır (i.v. 73, faylda). Eyni zamanda, işə əlavə olunmuş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış 2-1(81)-957/2019 saylı xx.xx.2019-cu il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Yasamal Rayon İcra Hakimiyyətinə qarşı (işə cəlb edilmiş üçüncü şəxslər X8 və Daşınmaz Əmlakın Dövlət Resestrinin 1 saylı Bakı Ərazi İdarəsi) “sərəncamın etibarsızlığının tanınması tələbinə dair” iddia tələbi təmin olunaraq: -“Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 742 saylı sərəncamının mərhum X7 məxsus 2-ci Yasamal küçəsi 31 saylı evdə 22,8 kv.m.; 22.8 kv.m yaşayış otaqları, 10.4 kv.m.; 10,4 kv.m ölçüdə dəhlizlərin, 3.7 kv.m.; 3,7 kv.m. ölçüdə mətbəxlərdən ibarət iki mərtəbəli yaşayış evinin tikilməsi faktının təsdiq edilməsi hissəsində etibarsız sayılmışdır. Göründüyü kimi, məhkəmənin qeyd olunan qərarı ilə məhz “C” tikilisinə münasibətdə “Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 742 saylı sərəncamı etibarsız sayılmışdır və bu hal tərəflər arasında işin mübahisələndirilməyən halını təşkil edir. İşdən isə görünür ki, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 286 nömrəli xx.xx.2019-cu il tarixli sərəncamı ilə X2 və Daşınmaz Əmlakın Dövlət Resestrinin 1 saylı Bakı Ərazi İdarəsinin də üçüncü şəxs qismində işə cəlb edildiyi iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış 2-1(81)-957/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı qərarı icrpa olunaraq, Yasamal rayon İcra Hakimiyyəti başçısının 742 nömrəli, xx.xx.2005-ci il tarixli sərəncamına dəyişiklik edilərək, həmin sərəncamın mərhum X7 məxsus 2-ci Yasamal küçəsi, 31 saylı evdə 22,8 kv.m; 22,8 kv.m yaşayış otaqları, 10,4 kv.m; 10,4 kv.m ölçüdə dəhlizlərin, 3,7 kv.m; 3,7 kv.m ölçüdə mətbəxlərdən ibarət iki mərtəbəli yaşayış evinin tikilməsi faktının təsdiq edilməsi hissəsində, etibarsız hesab olunmuşdur. Başqa sözlə , konkret halda “C” tikilisin münasibətdə 742 nömrəli, xx.xx.2005-ci il tarixli sərəncam artıq etibarsızdır. İPM-in 78-ci maddəsi isə nəzərədə tutur ki, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Belə olan halda, qanuni qüvvəsini almış sözügedən məhkəmə qərarı ilə həll olunan mübahisənin predmeti, üçüncü şəxs qismində həmin proses iştirakçısı olan X9, eləcə də, Daşınmaz Əmlakın Dövlət Reyestrinin (hazırkı Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi üçün də məcburi xarakter daşıyır. İşin hallarından göründüyü kimi, cavabdeh idarə tərəfindən həm məhkəmənin qanuni qüvvəsini almış qərarı , həm də həmin qərarın icrası qaydasında Yasamal rayon İcra Hakimiyyəti başçısının qəbul etdiyi 286 nömrəli xx.xx.2019-cu il tarixli sərəncamı nəzərə alınmamışdır. Halbuki, İPM-in 1.2-ci maddəsinin tələbi baxımından, MPM-in 15.1-ci maddəsinin tələbinə görə 15.2-ci məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Üçüncü şəxs tərəfindən mübahisələndirilən Bakı İnzibati Məhkəməsinin hazırkı xx.xx.2022-ci il qərarından isə görünür ki, məhkəmə işdə olan sübutlara və maddi və prosessual hüquq normalarına uyğun nəticəyə gəlmişdir. Beləliklə də qeyd edilənləri ümumiləşdirərək məhkəmə kollegiyası, üçüncü şəxs C.Cabbarovun apellyasiya şikayətinin məhkəmə tərəfindən ona ziyan vuran, maddi və prosessual normalarının pozulması ilə səhv qərar çıxarıldığını mübahisələndirən dəliləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4043/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4043/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar