Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2133/2023 28.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının yenidən hesablanması tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6542/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı ona təyin edilmiş pensiya məbləğinin yenidən hesablanması, pensiya məbləğində yaranacaq məbləğ fərqinin birdəfəlik ödənilməsi hissəsində hesablanıb ona ödənilməsi; prokuroluq işçilərinin hər il məzuniyyətə çıxması ilə əlaqədar ödənilən iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının hesablanıb ona ödənilməsi; prokurorluq işçilərinin müalicə olunmaları üçün ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində ödənilən pul müavinətinin hesablanıb ona ödənilməsi; prokurorluq işçilərinə hər il əmək haqqının iki qat hissəsindən az olmayaraq verilən maddi yardımın nəzərə alınmaqla pensiya məbləğinə yenidən hesablanması və ona ödənilməsi; ödənilməmiş fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 1958-ci ildə Saatlı rayonu, Saatlı şəhərində anadan olmuşdur. 04 oktyabr 1985-ci ildən, 08 yanvar 2018-ci il tarixə kimi Azərbaycan Respublikası Prokurorluq Orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. 08 yanvar 2018-ci il tarixdə prokurorluq orqanlarında qulluqda olmanın yaş həddinə çatması ilə əlaqədar prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Rütbəsi ədliyyə müşaviridir. Yaş həddinə görə əmək pensiyasına çıxarkən Bakı şəhəri, Nəsimi rayon ərazisində yaşadığına görə ona təyin ediləcək pensiyası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Nəsimi rayon Şöbəsi tərəfindən hesablanmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Nəsimi rayon şöbəsi tərəfindən ona pensiyası “Vətəndaşların pensiya təminatı haqqında”Azərbaycan Respublikası Qanunun, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun, “Prokurorluq Orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri pozulmuşdur. Onun pensiyası düzgün hesablanmamış, məzuniyyətə görə 2 aylıq əmək haqqı məbləğində pul təminatı, pensiyaya çıxdığı vaxtdan müalicə alması ilə bağlı ildə birdəfəlik 2 aylıq əmək haqqı məbləğində pul müavinətləri, hər il əmək haqqının ikiqat məbləğində birdəfəlik maddi yardımın verilməsi hesablanmamışdır. Əmək pensiyasının düzgün hesablanması, məzuniyyətə görə 2 aylıq əmək haqqı məbləğində pul təminatının pensiyaya çıxdığı vaxtdan müalicə alması ilə bağlı ildə birdəfəlik 2 aylıq əmək haqqı məbləğində pul müavinətlərinin hesablanması, hər il əmək haqqının ikiqat məbləğində birdəfəlik maddi yardımın verilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 19 yanvar 2022-ci il tarixli, **********2 №-li məktubla cavab verərək bildirmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ alan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələbinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alma bilməz. Qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 19 yanvar 2022-ci il tarixli məktubu 01 fevral 2022-ci il tarixdə aidiyyəti poçtda qeydə alınaraq ona verilmişdir. Eyni zamanda 19 fevral 2022-ci il tarixli məktub növbəti iş günləri şənbə və bazar günlərinə düşdüyündən iddianın məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Qeyd olunanlara əsasən ərizədə göstərdiyi prokurorluq orqanlarında çalışan prokurorluq işçilərinə dövlət büdcəsinin vəsaiti hesabına bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavənin ona münasibətdə tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmamışdır. Eyni zamanda bildirilmişdir ki, əmək pensiyasının müəyyənləşdirilməsi zamanı ümumilikdə ödənilmiş əmək haqqının 6 misli miqdarında maddi yardım, 2 misli həcmində müalicə üçün müavinət, məzuniyyətə çıxarkən ödənilmiş 6 misli həcmində pul təminatı nəzərə alınmışdır. “Prokurorluq oraqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunun 20.8-ci maddəsinə əsasən prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı, 20.9-cu maddəsinə əsasən müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti və 21.4-cü maddəsinə əsasən onlara hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilməsi haqqında bir rəsmi sənəd olmadığına görə pensiyanın məbləğinə yenidən baxılmasının mümkün olmadığı bildirilmişdir. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Prokurorluq orqanında işlədiyi dövrdə əmək haqqına ərizəsində qeyd olunmuş müavinət və maddi yardımlar hesablanmamışdır. Ona görə də, nəzərdə tutduğu artımların ona şamil edilə bilməməsi, bunun “Sosial Sığorta Haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən onun üçün məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növü hesab olunması göstərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Nəsimi rayon Şöbəsinin pensiyasının düzgün hesablanması, məzuniyyətə görə iki aylıq əmək haqqı məbləğində pul təminatının, pensiyaya çıxdığı vaxtdan müalicə alması ilə bağlı ildə birdəfəlik iki aylıq əmək haqqı məbləğində pul müavinətlərinin verilməməsi, hər il əmək haqqının ikiqat məbləğində birdəfəlik maddi yardımın verilməməsinə dair cavabı əsassız və qanunsuzdur. Onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsi ilə müəyyən edilən “hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququ” pozulmuşdur. Prokurorluq orqanlarında pensiya almaq hüququ ilə xaric olunmuş şəxslərin Prokurorluq orqanlarından işləyən işçilərə aid olan hüquqlar və maddi təminatları saxlanılmışdır. Belə ki, prokurorluq işçilərinin hər il məzuniyyətə çıxması ilə əlaqədar ödənilən iki aylıq əmək haqqı məbləğində verilən pul təminatı, prokurorluq işçilərinin müalicə olunmaları üçün ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində ödənilən birdəfəlik pul müavinəti, prokurorluq işçilərinə hər il əmək haqqının ikiqat hissəsindən az olmayaraq verilən maddi yardım almaq, xüsusi geyim forması daşıya bilmək hüquqları saxlanmışdır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, pensiyası hesablanarkən ildə 3 dəfə əmək haqqı məbləğində maddi yardım məbləğləri, eləcə də, 01 mart 2018-ci ildən prokurorluq işçilərinə vəzifə maaşlarının 10 % həcmində əmək haqqı artımı, 17 iyul 2020-ci ildən isə prokurorluq işçilərinin vəzifə maaşlarına bir aylıq vəzifə maaşı məbləğində əlavənin əmək haqqına artımlar kimi hesablanıb ödənilməsi, onunla Baş Prokurorluğun Daxili X3, Təhqiqat və Əməliyyat-Axtarış Fəaliyyətində qanunların icrasına nəzarət idarəsində işləyib pensiyaya çıxmış idarə prokurorları üçün hesablanmış pensiya məbləğində, onlardan biri kimi X2 pensiyasının Azəbraycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının presedent hüququna malik xx.xx.2017-ci il tarixli qərarı əsasında yenidən hesablanıb ödənilməsi qaydasında ona da, həmin məbləğlər nəzərə alınmaqla yenidən hesablanması və ödənilməmiş məbləğlər də, daxil olmaqla tam ödənilməsi, işlədiyi müddətdə 2010-cu il oktyabrında prokurorluq orqanlarında xidməti işinin 25 ili tamam olduğundan hər ay 50 % məbləğndə, yəni 1250 manat pensiya aldığı halda 08 yanvar 2018-ci il tarixdə prokurorluq orqanlarında qulluqda olmanın son yaş həddi ilə əlaqədar pensiyaya çıxdıqdan sonra 100 % olmaq etibarı ilə ayda ən azı ona 2500 manat hesablanıb ödənilməli olduğu halda düzgün olmayaraq 2250 manat hesablanmaqla nəticədə yalnız bu hesabla hər ay ona 250 manat az ödənildiyinə görə həmin ödənilməmiş məbləğlər ondan sonra əmək haqqına edilmiş artırılmalar da, nəzərə alınmaqla yenidən hesablanıb birdəfəlik ödənilməsi, 08 yanvar 2018-ci ildə prokurorluq orqanlarında qulluq etmənin son yaş həddi olan 60 yaşa çatması ilə əlaqədar prokurorluq orqanlarında xidməti qulluğuna xitam verilərkən işlədiyi müddətdə məzuniyyətdə olmadığı 8 il üçün hər ayı 36 gün olmaqla almadığı məzuniyyət pulu verildiyi halda, pensiyası hesablanarkən həmin məbləğlər əmək haqqı kimi nəzərə alınmadığı üçün pensiya yenidən hesablanarkən həmin məbləğlərin də, nəzərə alınıb pensiyasına hesablanıb ödənilməsi, “Əmək pensiyaları haqqında” Qanunun əsasən pensiya hüququnun yarandığı gündən ona hesablanmalı olan, lakin indiyə kimi hesablanmamış, yaxud az hesablanmış, ödənilməmiş bütün məbləğlərin tam şəkildə yenidən hesablanması, ödənilməmiş pensiya məbləğlərinin birdəfəlik ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Sonradan iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə ilə müraciət edərək, iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 2- 1(112)-6542/2022 saylı, 18 oktyabr 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6542/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf iddianın əsassız olduğunu və qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmə tərəfindən mübahisəli məsələ yuxarda qeyd edilən qaydada həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarında olan : -Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 22 aprel 2022-ci il tarixli, **********8 nömrəli məktubla təqdim edilmiş iddiaçıya məxsus pensiya işindən müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2010-cu il tarixdən Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon Şöbəsi tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Qulluq stajı ümumilikdə 30 il 10 ay, dövlət məvacibinin hesablandığı dövr 2008-2010-cu illər olmaqla, əmək pensiyasına qulluq stajına görə əlavə 45 %, mükafatlar 1400 %, Baş Prokurorluq tərəfindən verilmiş arayışa əsasən dövlət məvacibinin hesablandığı dövr - 2008-2010-cu illər üzrə əmək haqqının 6 misli miqdarında maddi yardım, 2 misli həcmində müalicə üçün müavinət, məzuniyyətə çıxarkən ödənilmiş 6 misli həcmində pul təminatı hesablanmışdır. İddiaçının pensiya məbləği cavabdehin xx.xx.2014-cü il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli “Peniya miqdarının dəyişdirilməsi haqqında” qərarlarına və xx.xx.2021-ci il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarına əsasən yenidən hesablanmışdır. -Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən 17 noyabr 2022-ci il tarixli, 20/1339 nömrəli məktubla təqdim edilmiş məlumatdan görünür ki, prokurorluğun sabiq əməkdaşı İddiaçı pensiya yaşına çatması ilə əlaqədar işdən azad olunduğuna görə istifadə olunmamış məzuniyyətə 10863,59 manat kompensasiya hesablanaraq ödənilmiş və kompensasiya məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ayırmalar edilmişdir. İddiaçı istifadə edilməmiş 251 gün üçün əmək məzuniyyətinə görə kompensasiya ödənilmişdir. İddiaçının aldığı kompensasiya məbləği aşağıdakı illər üzrə olmuşdur: 1985-1986, 1990-1991, 1995-1996, 2000-2001, 2001 – 2002, 2014 – 2015, 2015 – 2016, 2016 – 2017, 2017 – 2018. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 19 yanvar 2022-ci il tarixli, **********2 nömrəli “Əmək pensiyasının hesablanması haqqında” məktubun surətindən görünür ki, iddiaçının müraciətinə aidiyyəti üzrə baxılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, İşin hallarından görünür ki, iddiaçı birinci instansiya məhkəməsinə 4 tələblə müraciət etmişdir : 1) pensiyası hesablanarkən hər ildə 3 dəfə əmək haqqı məbləğində maddi yardım məbləğləri, eləcə də 01 mart 2018-ci ildən prokurorluq işçilərinə vəzifə maaşlarının 10 % həcmində əmək haqqı artımının hesablanması 2) 17 iyul 2020-ci ildən prokurorluq işçilərinin vəzifə maaşlarına bir aylıq vəzifə maaşı məbləğində əlavənin əmək haqqına artımlar kimi onun əmək pensiyasına hesablanması, 3) əmək pensiyası məbləğinin hər ay azı 2500 manat hesablanmalı olmasına baxmayaraq, 2250 manat hesablanaraq, hər ay ona ödənilməmiş 250 manat məğləğlərin əmək haqqına sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanıb birdəfəlik ödənilməsi və istifadə etmədiyi məzuniyyət günləri üçün aldığı kompensasiya məbləğinin əmək haqqı kimi nəzərə alınmaqla pensiyasının yenidən hesablanması 4) pensiya hüququnun yarandığı gündən ona hesablanmalı olan, lakin indiyə kimi hesablanmamış, yaxud az hesablanmış, ödənilməmiş bütün məbləğlərin tam şəkildə yenidən hesablanması, ödənilməmiş pensiya məbləğlərinin birdəfəlik ödənilməsi. İddiaçının ilk tələbinə münasibətdə Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi həmin tələbin əsassız olması qənaətinə gəlməkdə haqlı olmuşdur. Belə ki, Baş Prokurorluq tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçının əmək pensiyasına dövlət məvacibinin hesablandığı dövr - 2008-2010-cu illər üzrə əmək haqqının 6 misli miqdarında maddi yardım, 2 misli həcmində müalicə üçün müavinət, məzuniyyətə çıxarkən ödənilmiş 6 misli həcmində pul təminatı, 1400 % həcmində mükafatlar hesablanmışdır. Bundan əlavə, əmək haqqına olan artımlar və digər hallar nəzərə alınmaqla iddiaçının pensiya məbləği cavabdehin xx.xx.2014-cü il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli “Pensiya miqdarının dəyişdirilməsi haqqında” və xx.xx.2021-ci il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarlarına əsasən yenidən hesablanmışdır. İddiaçının növbəti təmin olunmayan tələbi 17 iyul 2020-ci ildən prokurorluq işçilərinin vəzifə maaşlarına bir aylıq vəzifə maaşı məbləğində əlavənin əmək haqqına artımlar kimi onun əmək pensiyasına hesablanması ilə bağlı olmuşdur. İlk növbədə qeyd edilən tələbə münasibətdə Kollegiya bildirir ki, işin müəyyən edilmiş hallarından aydın olur ki, iddiaçıya ilk dəfə xx.xx.2010-cu il tarixdə yaşa görə əmək pensiyası təyin edilmiş, 2018-ci il tarixdə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Qeyd olunmalıdır ki, pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımların nəzərə alınmasını istisna edir. Belə olan təqdirdə, iddiaçının prokurorluq işçisi kimi almadığı, hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavənin pensiya hesablanmasında nəzərə alınması Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli qərarında qeyd olunanlara əsasən təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əmək haqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə, artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. İddiaçının digər tələbi əmək pensiyası məbləğinin hər ay azı 2500 manat hesablanmalı olmasına baxmayaraq, 2250 manat hesablanaraq, hər ay ona ödənilməmiş 250 manat məğləğlərin əmək haqqına sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanıb birdəfəlik ödənilməsi və istifadə etmədiyi məzuniyyət günləri üçün aldığı kompensasiya məbləğinin əmək haqqı kimi nəzərə alınmaqla pensiyasının yenidən hesablanması ilə bağlıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən verilmiş arayışan görünür ki, iddiaçıya pensiya hesablanması zamanı prokurorluq orqanlarında qulluq keçdiyi 2008 – 2010-cu illər üzrə əmək haqqı nəzərə alınmışdır. İddiaçıya isə istifadə olunmamış məzuniyyətlərə görə kompensasiya məbləği aşağıdakı illərə görə ödənilmişdir: 1985-1986, 1990-1991, 1995-1996, 2000-2001, 2001 – 2002, 2014 – 2015, 2015 – 2016, 2016 – 2017, 2017 – 2018. Qeyd edilən kompensasiya məbləği 1985-1986, 1990-1991, 1995-1996, 2000-2001, 2001 – 2002, 2014 – 2015, 2015 – 2016, 2016 – 2017, 2017 – 2018 illərə aiddir. Bu səbəbdən də, həmin məbləğlər iddiaçıya 2018-ci ildə hesablanmış, 2008-2010-cu illəri əhatə edən əmək haqqı məbləğinə daxil edilə bilməz. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının qeyd edilən məbləği hansı ildə alması, həmçinin həmin məbləğdən məcburi sığorta haqqı tutulması da, vəziyyəti onun xeyrinə dəyişmir. Həmin məbləğ iddiaçının pensiya təyin edilməsi üçün cavabdehə təqdim etdiyi 2008-2010-cu illəri əhatə edən əmək haqqının tərkibinə daxil deyil və “Əmək pensiyaları haqqında” Qanunun 20.8-ci maddəsinin məzmunundan da göründüyü kimi əmək pensiyasına əlavələr qulluğun məhz son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14- cü maddələrinin şərh edilməsinə dair” qərarına görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Həmin Qərara əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Buna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Beləliklə, Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin bu hissədə əsassız olması qənaətinə gəlmişdir. İddiaçının sonuncu tələbinə münasibətdə qeyd olunmalıdır ki, son tələb digər öncəki tələbləri əhatə etdiyindən təmin olunmamalıdır. Başqa sözlə həmin tələblər əsaslı olduğu təqdirdə sonuncu tələb əsaslı hesab oluna bilər. Yuxarıda sadalanları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallları düzgün qiymətləndirilmiş və işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6542/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Cahangir Yusifov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-2133/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2133/2023
28.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver