Məhkəmə qərarları › İş №2-1(103)-2133/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2133/2024

02.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2133/2024 02.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Talışınski Fuad Şəmsəddin oğlu və X6 ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahələrinin mülkiyyətinə keçirilməsi ilə bağlı çıxarışın verilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3198/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun X8 məxsus alqı-satqı müqaviləsi ilə almış olduğu torpaq sahəsinin 150 kv.m və X4 məxsus alqı-satqı müqaviləsi ilə almış olduğu həmin torpaq sahəsinin 200 kv.m-nin fərdi yaşayış evi tikilməsindən ötrü iddiaçının mülkiyyətinə keçirilməsi ilə bağlı çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: "... Bakı şəhəri Binəqədi rayon Xocəsən bələdiyyəsinin 25 iyul 2006-cı il tarixli 14/21 №-li qərarı və 26 dekabr 2005-ci il tarixli 31/40 №-li qərarları ilə müvafiq olaraq X9 və X8 fərdi yaşayış evinin tikintisi üçün hər birinə 600 kv.m torpaq sahəsi aqı-satqı yolu ilə ayrılmışdır. Qeyd olunan qərarların və həmin torpaq sahələrinin yerləşdiyi ərazinin təsdiqlənmiş cizgiləri mövcuddur. xx.xx.2023-cü il tarixdə notariat qaydasında bağlanmış alqı-satqı müqaviləsi ilə X9 ona ayrılmış torpaq sahəsinin 200 kv.m hissəsini, X11 isə xx.xx.2023-cü il tarixli ərizə ilə ona ayrılmış torpaq sahəsinin 150 kv.m hissəsini - ona satmışlar. Ona görə də, göstərilən ona məxsus torpaq sahələrinin xüsusi mülkiyyətində olmasına dair çıxarış verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu isə xx.xx.2023-cu il tarixli məktubu ilə sözügedən torpaq sahəsinin torpaqların alqı-satqısına dair aktın keçmiş “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” tərəfindən təsdiq edilmədiyini bildirmişdir. Hesab edir ki, onun fərdi yaşayış evi tikilməsindən ötrü X8 məxsus alqı-satqı müqaviləsi ilə almış olduğu torpaq sahəsinin 150 kv.metri və X4 məxsus alqı-satqı müqaviləsi ilə almış olduğu həmin torpaq sahəsinin 200 kv.metrinin mülkiyyətinə keçirilməsi ilə bağlı çıxarışın verilməsi zəruridir...” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçı tərəfindən təqdim olunmuş “Torpaqların alqı-satqısına dair” akt Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli fərmanına uyğun deyil. Belə ki, “Torpaqların alqı-satqısına dair” akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Həmçinin təqdim olunmuş sənədlər digər fiziki şəxslərin adınadır. Əlavə olaraq, iddia ərizəsi səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. Həmçinin vahid elektron kadastr baza məlumatlarına əsasən sözügedən sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar olunmamışdır və göstərilən sahə dövlət mülkiyyəti olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir. Bundan əlavə, təqdim edilən yerləşmə cizgisində dəqiq istinad, məsafələr, perimetrik ölçü göstərilmədiyindən sahənin mövqeyini dəqiqləşdirmək mümkün olmamışdır. Həmçinin torpaq sahəsinə giriş-çıxış yolu ümumi ərazi daxilindədir. xx.xx.2023-cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, faktiki sahə 370 kv.m təşkil edir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3198/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddia tələbinə baxılmasına dair qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələbləri baxımından apellyasiya icraatını mümkün hesab etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...ünvan 1 ünvanında yaşamış, hazırda Bakı şəhəri Pirallahı rayonu X19 3-cü Cənub küçəsi 247 ünvanında yaşayan X2 Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin ərazisində faktiki istifadə etdiyi 600 kvadrat metr torpaq sahəsini fərdi yaşayış evinin tikintisi üçün mülkiyyətinə verilməsi barədə ərizəsinə əsasən nəzərdə tutulmuş torpaq sahəsi hər kv.m üçün 80 qəp.cəmi 480 manat) bələdiyyə büdcəsinə ödənməsinə əsasən ( Qəbz № 053579) 26 iyul 2006-cı il tarixdə Bakı şəhəri Binəqədi rayon Xocəsən bələdiyyəsinin 25 iyul 2006-cı il tarixli 14/21 №-li qərarı ilə göstərilən torpaq sahəsinin alqı-satqı yolu ilə X2 mülkiyyətinə verilmişdir. xx.xx.2023-cü il tarixdə həmin torpaq sahəsinin 200 kv.m X9 tərəfindən notariat qaydasında alqı-satqı müqaviləsi ilə ona satılmışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinnin Bakı Filalından aldığım 3-48- 2F/2- G-050522023№-li 20 iyul 2023-cu il tarixli məktubu ilə Binəqədi rayonu Xocasən Bələdiyyəsininnin 25 iyul 2006-cı il tarixlil4/21 №-li qərarın surəti və X5 təklif olunan torpaq sahəsinin yerləşdiyi ərazinin CİZGİSİ təsdiqlənmiş formada verilməklə Həmin torpaq sahəsinin arxiv məlumatları həmin torpaq sahəsinin xx.xx.2006-cı ildən X4 məxsus olması təsdiqini tapır. Bundan başqa ünvan 4 ünvanında yaşayan X8 Bakı şəhəri Binəqədi rayon Xicəsən Bələdiyyəsinin 26 dekabr 2005-ci il tarixli 31/40 №-li qərarı ilə 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisinə görə hər k.v.m 4000 manat cəmi 2.400.000 manat) məbləği ilə bələdiyyə büdcəsinə ödənməsinə görə ( Qəbz №052466) X7 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinnin Bakı Filalından aldığım 3-48- 2F/2- G-05144/2023№-li 25 iyul 2023-cu il tarixli məktubu ilə Binəqədi rayonu Xocasən Bələdiyyəsininnin 26.12. 2005-cı il tarixli 31 /40№-li qərarın surəti və X8 təklif olunan torpaq sahəsinin yerləşdiyi ərazinin CİZGİSİ təsdiqlənmiş formada verilməklə Həmin torpaq sahəsinin arxiv məlumatları ilə də X8 məxsus olması təsdiqini tapır. xx.xx.2023-cü il tarixli ərizə ilə həmin torpaq sahəsinin 150kv.m sahəsi alqı satqı yolu ilə ona satılmışdır. Həmin torpaq sahələri faktiki olaraq Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 26 dekabr 2005-ci il tarixli 31/40 №-li qərarı ilə 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisinə görə ünvan 4 ünvanında yaşayan X7, Binəqədi rayonu Xocasən Bələdiyyəsininnin 25 iyul 2006-cı il tarixlil4/21 №-li qərarı ilə 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisinə görə Bakı şəhəri Pirallahı rayonu X19 3-cü Cənub küçəsi 247 ünvanında yaşayan X3 istifadəsində olmuşdur. ünvan 7 ünvanında yaşayan X11 özünə məxsus torpaq sahəsinin 150 kv.metrini cu il tarixdə notariat qaydasına rəsmi olaraq alqı satqı müqaviləsi ilə İddiaçı ( Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X12 tərəfindən təsdiqlənməklə etibarnamı ARlll№080803 reyestrdə 7E-16270 nömrəsi ilə qeyd edilmişdir.), Bakı şəhəri Pirallahı rayonu X19 3-cü Cənub küçəsi 247 ünvanında yaşayan X10 isə həmin torpaq sahəsinin 200kv.metrini xx.xx.2023-cu il tarixdə notariat qaydasında alqı satqı müqaviləsi ilə( Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X12 tərəfindən təsdiqlənməklə etibarnamı AR- lll№080804 reyestrdə 7E-16272 nömrəsi ilə qeyd edilmiş İddiaçı satmışlar. Ona görə də onun X8 məxsus alqı satqı müqaviləsi ilə almış olduğu torpaq sahəsinin 150 kv.metri və X5 məxsus alqı satqı müqaviləsi ilə almış olduğu həmin torpaq sahəsinin 200 kv.metrinin fərdi yaşayış evi tikilməsindən ötrü onun mülkiyyətinə keçirilməsi ilə bağlı çıxarışın verilməsi zəruridir. Lakin, məhkəmə cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadactrı və Reyestri rublik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə təqdim etdiyi yazılı münasibətin real həqiqətlərə uyğun olub-olmamasını yoxlamadan iddianın mümkün sayılmaması qənaətinə gələrək bu barədə qərardad qəbul emişdir. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadactrı və Reyestri rublik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə təqdim etdiyi yazılı münasibəti əsassızdır...” Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Q.Zeynalova mübahisəli torpaq sahələrinə dair iddiaçının təqdim etdiyi sənədlərin başqa şəxslərin adına olduğunu bildirərək apellyasiya şikayətinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddia mümkünlüyü şərtlərinin yerinə yetirildiyi halda, yolveriləndir. Yəni, iddia subyektiv hüququ olan şəxs tərəfindən inzibati məhkəmə icraatına aid iddia növündə və iddia müddəti çərçivəsində qanunla cavabdehlik daşıya bilən inzibati orqana qarşı qaldırıldığı və formal olaraq (sübutlar da əlavə olunmaqla) əsaslandırıldığı halda, mümkün iddia kimi icraata qəbul edilir. Əks halda, həmin Məcəllənin 35.3-cü maddəsinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə iddianın mümkünlük şərtləri yerinə yetirilmir. İşin materialları ilə müəyyən edilən hallardan görünür ki, Bakı şəhəri Binəqədi rayon Xocəsən bələdiyyəsinin adıçəkilən qeyd olunan qərarları ilə Aynurə Həsənovaya və Seymur Bayramova alqı-satqı yolu ilə fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmış, həmin torpaq sahələri onların adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş, lakin sonradan A.Hüseynova həmin torpaq sahəsinin 200 kv.m-ni S.Bayramov isə ona ayrılmış torpaq sahəsinin 150 kv.m-ni notarial qaydada təsdiq olunmuş ərizə verməklə, iddiaçının adına keçirilməsini və sənədləşdirilməsini kimliyi bilinməyən şəxsdən xahiş etməklə, həmin torpaq sahələri ilə bağlı heç bir dövlət orqanı qarşısında iddia qaldırmayacaqlarını bəyan etmişdir (İddiaçı ilə A.hüseynova arasında torpağın satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair ilkin alıqı satqı müqaviləsi də bağlanmışdır). Bundan sonra, sözügedən 200 kv.m və 150 kv.m torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün iddiaçı cavabdehə müraciət etmiş, lakin sonuncu tərəfindən onun müraciəti təmin edilməmiş və buna əsas olaraq göstərilmişdir ki, birincisi, iddiaçının təqdim etdiyi torpaqayırma sənədləri başqa şəxslərin adınadır, ikincisi, torpaq sahələri bələdiyyə torpağı deyil, dövlət mülkiyyətinə aid torpaqlardır, həm də Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş torpaq sahələridir. Konkret halda, iddiaçının cavabdehə qarşı tələbinin mahiyyəti ondan ibarətdir ki, alqısatqı vasitsəlilə aldığı həmin torpaq sahələrinə onun mülkiyyyət hüququ dövlət qeydiyyatına alınıb daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi cavabdehə həvalə olunmalıdır. Halbuki, qeyd olunan şəxslərdən mübahisəli torpaq sahələrinin qanunvericiliklə müəyyən edilən qaydada satılıb alınması və həmin torpaq sahələri üzərində iddiaçının subyektiv hüquqa malik olmasını təsdiq edə bilən hər hansı rəsmi sənəd mövcud deyildir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Həmin Məcəllənin 648.1-ci maddəsintin tələbinə görə daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Göründüyü kimi, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı tarixindən yaranır. Hazırkı işdə isə belə bir hal müəyyən edilmir hər iki tərəf qanunvericiliyin qeyd olunan tələblərindən irəli gələn vəzifələrini icra etməmişdir. Başqa sözlə, mübahisəli torpaq sahələrinin əsl sahibləri həmin torpaq sahələrini satmaq, alıcı olan iddiaçı isə həmin torpaq sahələrini almaq üçün subyektiv hüquqa malik olmamışlar. Ən azından, qanunvericiliyin qeyd olunan tələbləri baxımından, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan daşınmaz əmlak nə satıla, nə də ki alına bilər. Qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instaniya məhkəməsi tərəfindən iddia - İPM-in 35.1-ci maddəsində nəzərədə tutulan əsaslandırılmış iddia kimi qəbul edilə və məhkəmə icraatı mümkün sayıla bilməzdi. Birinci instansiya məhkəməsi də məhz, öz qərarında aparılmış qiymətləndirmə nəticəsində haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddiaçını subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün o, mötəbər hüquqmüəyyənedici sənəd, qanunvericiliklə müəyyən edilmiş əsas təqdim edə bilməmişdir. Cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır. Qeyd olunanlar baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin İPM-in 35.3-cü maddəsinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə nəticə qanuni və əsaslıdır. Ona görə də məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin, məhkəmə tərəfindən cavabdehin yazılı münasibətinin real həqiqətlərə uyğun olub-olmamasını yoxlamadan əsassız qərardad qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3198/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3198/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar