Məhkəmə qərarları › İş №2-1(103)-2134/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2134/2023

07.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2134/2023 07.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «pensiyanın yenidən hesablanması və ödənilməmiş fərq məbləğinin birdəfəlik ödənilməsi» tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11708/2022 nömrəli 22 dekabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 31/2022 nömrəli yeni məlumat vərəqəsinin Qanunun həmin vaxt qüvvədə olan 20.14.1-ci maddəsi tətbiq edilməklə 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi, 20 ildən artıq xidmət müddətinin (4) hər ili üçün 3 faiz tətbiq edilməklə (4×3) təminat xərcliyinin 12 faizi, il tamam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla 1.5 faizi, cəmi 63.5 faiz hesablanmaqla icra edilməsini və Qanunun həmin vaxt qüvvədə olan 37.7-ci maddəsi tətbiq edilməklə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq, pensiya hüququ yarandığı vaxtdan, 2012-ci ilin iyun ayından hesablayaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 31/2022 nömrəli yeni məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun həmin vaxt qüvvədə olan 20.14.1-ci maddəsi tətbiq edilməklə 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi, 20 ildən artıq xidmət müddətinin (4) hər ili üçün 3 faiz tətbiq edilməklə (4 × 3) təminat xərcliyinin 12 faizi, il tamam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla 1.5 faizi, cəmi 63.5 faizi hesablamaqla, Qanunun həmin vaxt qüvvədə olan 37.7-ci maddəsi tətbiq edilməklə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğini onu almaq hüququ yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixə qədər hesablayaraq yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Abdullayeva) 2-1(112)-11708/2022 saylı 22 dekabr 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 31/2022 nömrəli yeni məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun həmin vaxt qüvvədə olan 20.14.1-ci maddəsi tətbiq edilməklə 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi, 20 ildən artıq xidmət müddətinin (4) hər ili üçün 3 faiz tətbiq edilməklə (4 × 3) təminat xərcliyinin 12 faizi, il tamam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla - 1.5 faizi, cəmi 63.5 faiz hesablanmaqla, Qanunun həmin vaxt qüvvədə olan 37.7-ci maddəsi tətbiq edilməklə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğini onu almaq hüququ yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixə qədər hesablayaraq yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İbayev X1 Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən iddiaçıya verilmiş cavab məktubunda 23 iyul 2015-ci il tarixli 126 nömrəli məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyqun olaraq 24 il 6 ay 17 gün xidmət müddəti üçün Mərkəzi Filial tərəfindən 13 iyun 2015-ci il tarixindən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyi, Dövlət Gömrük Komitəsi tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli 31/2022 nömrəli yeni məlumat vərəqəsinə əsasən əmək pensiyasinin yenidən hesablanaraq 1154,46 manat məbləğində müəyyən edildiyi, eyni zamanda keçmiş üç il müddət üçün yenidən hesablandığı bildirilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli 31/2022 nömrəli yeni məlumat vərəqəsinə Qanunun həmin vaxt qüvvədə olan 20.14.1-ci maddəsini tətbiq etməklə 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi, 20 ildən artıq xidmət müddətinin hər ili üçün 3 faiz tətbiq etməklə təminat xərcliyinin 63,5 faiz hesablanmaqla icra edilməsini və keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin müddətdən asılı olmayaraq pensiya hüququ yarandığı vaxtdan hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyini cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Qanunvericilikdə keçmiş müddət içün alınmamış əmək pensiyasının ən çoxu üç il müddət üçün hesablanması nəzərdə tutulmuşdur. Baxmayaraq ki, Dövlət Gömrük Komitəsi tərəfindən yenidən hesablama üçün əsas olan İddiaçı məxsus məlumat vərəqəsi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına 2022-ci ildə göndərilmişdir, lakin məhkəmə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1 və 37.7-ci maddələrinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasını tətbiq edərək pensiyanın yenidən hesablanaraq birdəfəlik ödənilməsi qənaətinə gəlmişdir. İddiaçı pensiyasının yenidən hesablanması üçün əsas Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilən 15 fevral 2022-ci il tarixli 31/2022 nömrəli məlumat vərəqəsi olmuşdur və həmin dövrdə qüvvədə olan qanunvericiliyin müddəalarına əsasən pensiya yenidən hesablanmışdır. Lakin məhkəmə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasını tətbiq edərək pensiyanın yenidən hesablanması qənaətinə gəlmişdir. Bakı İnzibati Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli 2-1(112)-11708/2022 nömrəli qərarı əsassız olduğundan ləğv edilməlidir. Göstərilənlərə əsasən qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı tərəfindən məhkəməyə apellyasiya şikayətinə etiraz təqdim edilmişdir. Etirazda qeyd olunur: Cavabdeh apellyasiya şikayətini Ali Məhkəmənin İnzibati Kollegiyası 8 oktyabr 2020-ci il tarixli qərardadı ilə qeyd edilən maddənin birinci cümləsində nəzərdə tutulan "müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə" müddəasının pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə də münasibətdə tətbiq edilməlidir" müddəasına əsaslanmışdır. Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 31/2022 nömrəli yeni məlumat vərəqəsini cavabdeh icra edərkən Qanunun hazırda qüvvədə olan müddəalarını tətbiq etmişdir. Lakin cavabdeh Qanunun hazırda qüvvədə olan müddəalarını tətbiq etməkdə səhvə yol vermişdir. Belə ki, onun təminat xərcliyinə əlavələr Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2017-ci il tarixli 1207 nömrəli Fərmanı ilə edilmişdir. Həmin əlavələrə görə pensiyasında artım baş vermədiyinə görə o, Qanuna qeyd edilən dəyişikliklərdən əvvəl, 2017-ci ilin aprel ayında cavabdehə ərizə ilə müraciət etmiş, cavabdehin 03(89)-02-210 saylı, xx.xx.2017-ci il tarixli imtina məktubunu xx.xx.2017-ci il tarixdə almış və xx.xx.2017-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Qanuna edilmiş 3 may 2017-ci il tarixli dəyişiklik 2017-ci il iyulun 1-dən qüvvəyə mindiyinə və o, inzibati orqana bundan əvvəl müraciət etdiyinə görə ona tətbiq edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İş № 2-1(102)-1872/2022, xx.xx.2022 saylı qərarında qeyd edilir ki, "Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti’ və “hüquqi müəyyənlik" prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz". Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən cavabdehə təqdim edilmiş xx.xx.2022-ci İl tarixli 31/2022 nömrəli yeni məlumat vərəqəsinin digər növ əlavələr qrafasında qeyd edilən cəmi 974 manat 23 qəpik pul təminatını o, Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2017-ci İl tarixli 1207 nömrəli Fərmanı ilə qazanmışam, Qanuna edilmiş tənzimləmələr 2017-ci il iyulun 1-dən qüvvəyə mindiyinə və o, inzibati orqana bundan əvvəl müraciət etdiyinə görə ona tətbiq edilməməlidir. Lakin cavabdeh uzun müddət, hətta qanuni qüvvəyə minmiş məhkəmə qərarı ola-ola qazanılmış sosial təminat hüququnu həyata keçirtməmiş, sonradan qanunlarda tənzimləmələr olmuş və cavabdeh yeni tənzimləmələri ona tətbiq etməklə qazanılmış sosial təminat hüququnu pozmuşdur. Oxşar xarakterli mübahisəyə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 23 sentyabr 202l-ci il tarixli qərarı vardır. Konustitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hətta 2017-ci il iyulun 1-dən sonra da inzibati orqana müraciət edənlərə də yeni tənzimləmələr tətbiq edilməməlidir. Onun təminat xərcliyinə əlavə Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2017-ci il tarixli 1207 №-li Fərmanı ilə edilmişdir. Həmin vaxt “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.14.l-ci maddəsi aşağıda qeyd edilən məzmunda qüvvədə idi. 20.14.1. Hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin - 50 faizi, yaşına və xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə - 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər il üçün müvafiq təminat xərcliyinin - 3 faizi miqdarında əlavə olunmaqla: Həmin vaxt “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsi aşağıda qeyd edilən məzmunda qüvvədə idi. 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. 2017-ci ilin yanvar ayında təminat xərcliyində artım olmasına baxmayaraq, pensiyasında artım baş verməyib. Onun hüququ 2017-ci ilin yanvar ayında pozulub. xx.xx.2022-ci il tarixli, 31/2022 nömrəli yeni məlumat vərəqəsinin 14.5-ci qrafasındakı əlavə 2017-ci ilin yanvar ayında edilmiş əlavədir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 iyul 2018-ci il tarixli 2-1(81)-3114/2018 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1207 saylı Fərmanına uyğun olaraq Gömrük orqanı əməkdaşlarının aylıq vəzifə maaşına edilən əlavələrin İddiaçı təminat xərciliyinə (pul təminatına) hesablanmaqla yeni məlumat vərəqəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə Təyinat İdarəsinə təqdim edilməsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilməsi barədə qərar qəbul edilmişdir. 2017-ci ilin yanvar ayında təminat xərcliyinə edilmiş əlavəyə dair məhkəmə qərarının icra olunması gecikdirilmiş, nəhayət xx.xx.2022-ci il tarixdə, 31/2022 nömrəli yeni məlumat vərəqəsinin 14.5-ci qrafasına 2017-ci ilin yanvar ayına aid olan 974.23 manat digər növ əlavə yazılmaqla təqdim edilmişdir. Əslində, Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1207 saylı Fərmanı veriləndən dərhal sonra təminat xərcliyinə edilmiş əlavəni (yeni məlumat vərəqəsinin 14.5ci qrafasındakı digər növ əlavənin) 974.23 manatı məlumat vərəqinə yazmaqla göndərsəydi, onda Qanunun həmin vaxt qüvvədə olan 20.14.1-ci maddəsi tətbiq edilməklə 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi, 20 ildən artıq xidmət müddətinin (4) hər ili üçün 3 faiz tətbiq edilməklə (4x3) təminat xərcliyinin 12 faizi, (il tamam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütınasib olaraq hesablanmaqla) 1.5 faizi, cəmi 63.5 faiz hesablanmaqla icra olunmalı və Qanunun həmin vaxt qüvvədə olan 37.7-ci maddəsi tətbiq edilməklə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilməli idi. Lakin həmin vaxt Dövlət Gömrük Komitəsi müraciətinə imtina cavabı verdi, o, məcbur olub məhkəməyə müraciət etmiş və pozulmuş hüququ bərpa edilmişdir. X3 Komitəsi məhkəmə qərarını uzun müddət icra etməyərək 2017-ci ilin yanvar ayında təminat xərcliyinə edilmiş əlavəyə dair məlumatı, nəhayət xx.xx.2022-ci il tarixdə, 31/2022 nömrəli yeni məlumat vərəqəsinin 14.5-ci qrafasındakı digər növ əlavənin, 974.23 manatı yeni məlumat vərəqinə yazmaqla təqdim etdi. İstər Qanunun hazırda qüvvədə olan 32.1-1-ci və 37.7-ci maddələri, istərsə də 2017ci ilin iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydasına dair Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı (bu fərman hazırda qüvvədən düşmüşdür) Qanuna edilmiş dəyişikliklərdən və Fərmandan sonrakı dövrdə təminat xərcliyi) əlavələrə tətbiq edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci tarixdə doğulmuşdur. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 19 iyul 2022-ci il tarixli “pensiyanın hesablanması haqqında” məktubda qeyd olunur: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən təqdim olunmuş 23 iyul 2015-ci il tarixli 126 nömrəli məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq 24 il 6 ay 17 gün xidmət müddəti üçün ona Mərkəzi Filial tərəfindən 13 iyun 2015-ci il tarixindən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Dövlət Gömrük Komitəsi tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli 31/2022 nömrəli yeni məlumat vərəqəsinə əsasən əmək pensiyası yenidən hesablanaraq 1154,46 manat məbləğində müəyyən edilmiş, eyni zamanda keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1- 1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ödənilir. Göründüyü kimi, qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çoxu üç il müddət üçün hesablanması nəzərdə tutulmuşdur. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 11836,67 manat fərq məbləği 959,73 manat hissəsi ona ödənilmiş, qalan 10876,94 manat hissəsinin isə Mərkəzi Filiala müraciəti nəzərə alaraq cari ilin iyul və avqust aylarında hissə-hissə (hər ay 5438,47 manat olmaqla) əmək pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulub. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilmiş 15 fevral 2022-ci il tarixli 31/2022 nömrəli məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq əmək pensiyası aşağıda göstərilən qaydada hesablanmışdır. 1 mart 2019-cu il tarixindən təminat xərcliyi 1480,73 manat müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikas Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən əmək pensiyası təminat xərcliyinin sonrakı artımları zamanı təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: -20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; -20 ildən artıq xidmət müddətinin (4) hər ili üçün 2 faiz tətbiq edilməklə (4x2) təminat xərcliyinin 8 faizi; -natamam ildəki iş stajı aylarının sayına (6 ay) mütənasib olaraq təminat xərcliyinin 1 faizi. Əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 59 faiz təşkil edir. Qeyd olunanlara əsasən 1 mart 2019-cu il tarixinədək olan təminat xərcliyi (1461,23 manat) ilə 1 mart 2019-cu il tarixindən sonrakı təminat xərcliyi (1480,73 manat) arasındakı fərq məbləğinin (19,50 manat) 59 faizi-11,51 manat 1 mart 2019-cu il tarixinədək olan pensiyasının (905,18 manat) üzərinə əlavə olunmaqla 916,69 manat məbləğində əmək pensiyası ona ödənilmişdir. 1 sentyabr 2019-cu il tarixindən təminat xərcliyi 1584,73 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019cu il tarixinədək olan təminat xərcliyi (1480,73 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı təminat xərcliyi (1584,73 manat) arasındakı fərq məbləğinin (104,00 manat) 59 faizi-61,36 manat 1 sentyabr 2019-cu il tarixinədək olan pensiyasının (916,69 manat) üzərinə əlavə olunmaqla 978,05 manat məbləğində əmək pensiyası müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. 1 yanvar 2020-ci il tarixindən sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun vəzifə maaşı 525,00 manat, rütbə maaşı 150,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavə-202,50 manat, digər növ əlavə 974,23 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 32,00 manat olmaqla cəmi təminat xərcliyi 1883,73 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 yanvar 2020-ci il tarixinədək olan təminat xərcliyi (1584,73 manat) ilə 1 yanvar 2020-ci il tarixindən sonrakı təminat xərcliyi (1883,73 manat) arasındakı fərq məbləğinin (299,00 manat) 59 faizi-176,41 manat 1 yanvar 2020-ci il tarixinədək olan pensiyasının (978,05 manat) üzərinə əlavə olunmaqla 1154,46 manat məbləğində əmək pensiyası müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Əlavə olaraq bildirilmişdir ki, 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla ona “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləği 10 faizi-115,45 manat maddi yardım ödənilir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı və bir qrup gömrük əməkdaşları tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə ərizə ilə müraciət edilərək, Azərbaycan Respublikası Prezidentinin Dövlət Gömrük Komitəsinin xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərin aylıq vəzifə maaşlarına əlavənin verilməsi barədə müvafiq Fərmanlarının onlara şamil edilməsi xahiş edilmişdir. Müraciətinin təmin edilməsindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə İş İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli məktubla imtina edilmişdir. Bundan sonra iddiaçı tərəfindən müvafiq iddia ərizəsi ilə ilk öncə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fonduna qarşı xx.xx.2017-ci il tarixli iddia ərizəsi ilə müraciət edilmişdir. Daha sonra isə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı müvafiq iddia ərizəsi ilə müraciət edilmişdir. İş materiallarında olan məhkəmə qərarlarının surətlərindən görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3114/2018 saylı, 18 iyul 2018-ci il tarixli qərarına əsasən İddiaçı iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1207 saylı Fərmanına uyğun olaraq Gömrük orqanı əməkdaşlarının aylıq vəzifə maaşına edilən əlavələrin İddiaçı təminat xərcliyinə (pul təminatına) hesablanmaqla yeni məlumat vərəqəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə təqdim edilməsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 2277/2018 saylı, 13 noyabr 2018-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3114/2018 saylı, 18 iyul 2018-ci il tarixi qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(102)-1348/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(103)-2277/2018 saylı iş üzrə 13 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 8-1(112)-11/2020 saylı, 19 fevral 2020-ci il tarixli qərardadına əsasən iddiaçının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3114/2018 saylı, 18 iyul 2018-ci il tarixli qərarına izah verilməsi barədə ərizəsi qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3114/2018 saylı, 18 iyul 2018-ci il tarixli qərarının qərara aldı hissəsi - «Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1207 saylı Fərmanına uyğun olaraq gömrük orqanı əməkdaşlarının aylıq vəzifə maaşına edilən əlavələrin İddiaçı təminat xərcliyinə (pul təminatına) sonrakı artım kimi (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1207 saylı Fərmanının qüvvəyə mindiyi tarixdən) hesablanmaqla yeni məlumat vərəqəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə təqdim edilməsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilsin» kimi başa düşülməsi qərara alınmışdır. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 17 noyabr 2022-ci il tarixli, **********5 nömrəli məktubla təqdim edilmiş İddiaçı məxsus pensiya işinə dair materiallara əsasən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2015-ci il tarixdən Dövlət Gömrük Komitəsi tərəfindən göndərilmiş məlumat vərəqəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. Dövlət Gömrük Komitəsi Maliyyə və Təchizat İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş məlumat vərəqəsinə əsasən, iddiaçının xidmət illəri cəmi 24 il 06 ay 17 gün olmaqla, “Gömrük orqanlarında xidmətkeçmə haqqında” Əsasnamənin 120-ci maddəsinin 3-cü bəndinə əsasən, xidmət illərinə görə xx.xx.2015-ci il tarixdən ehtiyata buraxılmışdır. Məlumat vərəqəsinin 14.5-ci bəndində - digər növ əlavələr bölməsində məbləğ 974.23 manat qeyd edilmişdir. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı “Gömrük orqanlarında xidmətkeçmə haqqında” Əsasnamənin 120-ci maddəsinin 3-cü bəndinə əsasən 24 il 6 ay 17 gün xidmət illərinə görə xx.xx.2015-ci il tarixdən ehtiyata buraxılmış, Dövlət Gömrük Komitəsi tərəfindən göndərilmiş 23 iyul 2015-ci il tarixli məlumat vərəqəsinə əsasən ona «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq xx.xx.2015-ci il tarixdən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı və bir qrup gömrük əməkdaşları tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə ərizə ilə müraciət edilərək, Azərbaycan Respublikası Prezidentinin Dövlət Gömrük Komitəsinin xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərin aylıq vəzifə maaşlarına əlavənin verilməsi barədə müvafiq Fərmanlarının onlara şamil edilməsi xahiş edilmişdir. Müraciətinin təmin edilməsindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə İş İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli məktubla imtina edilmişdir. Bundan sonra iddiaçı tərəfindən müvafiq iddia ərizəsi ilə ilk öncə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fonduna qarşı xx.xx.2017-ci il tarixli iddia ərizəsi ilə müraciət edilmişdir. Daha sonra isə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı müvafiq iddia ərizəsi ilə müraciət edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3114/2018 saylı, 18 iyul 2018-ci il tarixli qərarına əsasən İddiaçı iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1207 saylı Fərmanına uyğun olaraq Gömrük orqanı əməkdaşlarının aylıq vəzifə maaşına edilən əlavələrin İddiaçı təminat xərcliyinə (pul təminatına) hesablanmaqla yeni məlumat vərəqəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə təqdim edilməsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 2277/2018 saylı, 13 noyabr 2018-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3114/2018 saylı, 18 iyul 2018-ci il tarixi qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(102)-1348/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(103)-2277/2018 saylı iş üzrə 13 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarının icrası ilə əlaqədar olaraq, sonuncu dəfə Dövlət Gömrük Komitəsi tərəfindən xx.xx.2022-ci il tarixdə məlumat vərəqəsi tərtib edilmişdir. Məlumat vərəqəsinin 14.5-ci bəndində - digər növ əlavələr bölməsində məbləğ 974.23 manat qeyd edilmişdir. İddiaçı ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması barədə cavabdehə ərizə ilə müraciət edərək, onun pensiya hüqununun xx.xx.2017-ci il tarixədək yaranmasına, həmin tarixdən hal-hazıradək mütəmadi olaraq əmək pensiyası məbləğinin düzgün hesablanması barədə müraciətlər etməsini nəzərə alaraq, “Əmək pensiyaları haqqında” Qanunun həmin vaxt qüvvədə olan redaksiyasının 20.14.1-ci maddəsi tətbiq edilməklə əmək pensiyasının yenidən hesablanmasını və “Əmək pensiyaları haqqında” Qanunun həmin vaxt qüvvədə olan 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğini onu almaq hüququ yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixə qədər hesablayaraq yaranmış fərqin birdəfəlik ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilmiş 15 fevral 2022-ci il tarixli, 31/2022 nömrəli məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq hesablanması, Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması qaydası”nın 2.5-ci bəndinə əsasən təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanması bildirilmişdir: - 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; - 20 ildən artıq xidmət müddətinin (4) hər ili üçün 2 faiz tətbiq edilməklə (4×2) təminat xərcliyinin 8 faizi; - natamam ildəki iş stajı aylarının sayına (6 ay) mütənasib olaraq təminat xərcliyinin 1 faiz (59 faiz). Cavabdeh tərəfindən eyni zamanda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular. 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular. 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin— 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (xx.xx.2017-ci ildən qüvvəyə minmişdir) 20.14.1-ci maddədə “hər ili” sözlərindən sonra “(il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla)” sözləri əlavə edilmişdir və “3 faizi” sözləri “2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi)” sözləri ilə əvəz edilmişdir). 26.3. 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (xx.xx.2017-ci ildən qüvvəyə minmişdir) 37.7-ci maddədə “müddətindən asılı olmayaraq” sözləri “bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla” sözləri ilə əvəz edilmişdir). Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş «2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası»: 2.5. Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1-ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (1 iyul 2017-ci il tarixinədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli qərarında qeyd edilir: “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinin əvvəlki redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərdilər. Qeyd edilən maddəyə 2017-ci il 10 mart tarixli Azərbaycan Respublikasının Qanunu (1 iyul 2017-ci il tarixindən qüvvəyə minmişdir) ilə edilmiş dəyişikliyə əsasən, bu maddədən “heç bir müddət məhdudiyyəti olmadan” sözləri çıxarılmış, həmçinin yeni məzmunlu 32.1-1-ci maddə əlavə edilmişdir. Həmin maddənin hazırda qüvvədə olan redaksiyasına əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Ali Məhkəmənin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli qərardadında göstərildiyi kimi, qeyd olunan məsələ ilə bağlı əvvəllər Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, 2017-ci il 1 iyul tarixinədək pensiya hüququ yaranmış şəxslər barəsində “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi tətbiq edilməməlidir. Kassasiya instansiyası məhkəməsi bu qənaətini Konstitusiyanın normativ hüquqi aktların qüvvəsinin geriyə tətbiqinin yolverilməzliyi prinsipini müəyyən edən 149-cu maddəsinin Vİİ hissəsi, habelə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 87-ci maddəsi ilə əsaslandırırdı. Lakin sonradan Ali Məhkəmənin İnzibati Kollegiyası hesab etmişdir ki, mübahisəli hüquqi məsələyə dair kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarlarında müəyyən etdiyi hüquqi mövqedən fərqli yanaşma tətbiq edilməlidir. Ali Məhkəmə sosial və iqtisadi məsələlərin tənzimlənməsində dövlətin daha geniş mülahizə sərbəstliyinə malik olduğu və “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin vətəndaşların hüquqi vəziyyətinin son dərəcədə pisləşməsinə də səbəb olmadığı qənaətinə gələrək mübahisəli məsələyə münasibətdə özünün yanaşmasını və hüquqi mövqeyini dəyişmişdir. Belə ki, Ali Məhkəmənin İnzibati Kollegiyası 8 oktyabr 2020-ci il tarixli qərardadı ilə qeyd edilən maddənin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəasının pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə də münasibətdə tətbiq edilməsini qərara almışdır. ... Həmçinin qeyd edilməlidir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası adıçəkilən qərardadında “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi ilə bağlı göstərmişdir ki, yeni tənzimləmələri nəzərdə tutan qanun 2017-ci il 10 mart tarixində qəbul edilmiş, 2017-ci il may ayının 3-də mətbuatda dərc edilmiş, 2017-ci il 1 iyul tarixindən etibarən isə qüvvəyə minmişdir. Yəni faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmələr hüququ əvvəlki normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. Bu kateqoriya şəxslər qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə özlərinin hüquqlarının əvvəlki normanın müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdilər. Məhz buna görə də, Kollegiya hesab etmişdir ki, yeni tənzimləmələrin əmək pensiyaçılarının hüquqlarına təsirini minimuma endirmək üçün faktiki imkan və işlək mexanizmlər mövcud olmuşdur. Bunu nəzərə alaraq Ali Məhkəmənin İnzibati Kollegiyası belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. ... Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. ... Lakin hazırkı işlər üzrə kassasiya instansiyası məhkəməsi işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarını, ərizəçilərin müvafiq tarixlərdə pensiyanın təyin edilməsi və ya yenidən hesablanması üçün aidiyyəti inzibati orqanlara müraciət etməmələrinin səbəblərini nəzərə almadan, yalnız həmin məhkəmənin yuxarıda qeyd edilmiş qərardadına əsaslanmaqla iddiaları rədd etmişdir. ... Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmələr tərəfindən pensiya təminatı ilə bağlı işlərə baxılarkən hər işin konkret hallarını araşdırmadan, yalnız Ali Məhkəmənin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli qərardadına istinadən qərarın qəbul edilməsi Konstitusiyanın 60-cı maddəsinin tələblərinin pozulmasına gətirib çıxara bilər. ... Həmçinin, Ali Məhkəmənin İnzibati Kollegiyasının qeyd edilən qərardadının “şəxslərin hüquqlarının yarandığı uzun müddət ərzində və hətta yeni qanunun qüvvəyə mindiyi günədək olan keçid dövrü ərzində hüquqlarının reallaşdırılması üçün konkret müraciət etməmələri onların həmin pensiya vəsaitlərinə real ehtiyaclarının olmadığını təsdiq edən hal kimi qiymətləndirilə bilər” müddəası fərziyyələrə əsaslanmaqla pensiya təminatı ilə bağlı işlərin qanunvericiliyə uyğun həll edilməsinə mənfi təsir göstərə bilər. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarları qəbul edilərkən həmin Kollegiyanın “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 8 oktyabr 2020-ci il tarixli qərardadının hər hansı fərqləndirmə etmədən bu tərzdə tətbiq edilməsi nəticəsində ərizəçilərin Konstitusiyanın 38 və 60-cı maddələrində təsbit edilmiş hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı hüquqi mövqeyə əsasən pensiya təyin edilərkən və ya yenidən hesablanarkən “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi məhkəmələr tərəfindən birmənalı tətbiq edilməməli, aidiyyəti inzibati orqanlara müraciət edilməməsinin səbəblərini əks etdirən sübutlar tam və ətraflı araşdırılmalı, onlara əsaslı hüquqi qiymət verilməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq xx.xx.2015-ci il tarixdən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 25 fevral tarixli 388 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1207 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 60 faizinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunması müəyyən edilmişdir. Həmin Fərman 2017-ci il fevralın 1-dən qüvvəyə minmişdir və 2017-ci ilin aprel ayında iddiaçı həmin Fərmanın ona şamil edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə ərizə ilə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Daha sonra isə məhkəmə qərarının icrası ilə əlaqədar olaraq, sonuncu dəfə Dövlət Gömrük Komitəsi tərəfindən xx.xx.2022-ci il tarixdə məlumat vərəqəsi tərtib edilmişdir. Göründüyü kimi, məlumat vərəqəsi xx.xx.2022-ci ildə tərtib edilsə də, müvafiq əlavənin verilməsini nəzərdə tutan Azərbaycan Respublikası Prezidentinin Fərmanı xx.xx.2017-ci il tarixdə verilmişdir və həmin dövrdə iddiaçı müvafiq tələblə müraciət etmişdir. Ona görə də əmək pensiyası həmin dövrdə qüvvədə olan normaların tələblərinə uyğun olaraq yenidən hesablanmalı (20 il üçün təminat xərcliyinin 50%+4 il üçün aylar nəzərə alınmadan hər ilə görə 3%; il tamam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla 1,5 % - cəmi 63,5 faiz) və keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği onu almaq hüququ yarandığı gündən ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini «əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş fərq məbləğinin ödənilməsi» hissələrində təmin etməklə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayəti qeyd olunan hissədə təmin edilməməli və qərar həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, hazırda qüvvədə olan qanunvericilikdə yaranmış pensiya məbləği fərqinin birdəfəlik ödənilməsi nəzərdə tutulmadığı üçün apellyasiya şikayəti həmin hissədə əsaslı hesab edilməli, qərar «yaranmış fərqin ödənilməsinin birdəfəlik həyata keçirilməsi» hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11708/2022 nömrəli 22 dekabr 2022-ci il tarixli qərarı qismən - «yaranmış fərqin ödənilməsinin birdəfəlik həyata keçirilməsi» hissəsində ləğv edilsin və həmin hissədə iddia təmin edilməsin. Qərar digər hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar