Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2135/2024 29.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Oruczadənin sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Günel Məhərrəm qızı Abbasovadan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4730/2023 nömrəli, 11 dekabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin üzərinə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 1678 saylı sərəncamı ilə ona sahibkarlıq fəaliyyəti həyata keçirmək üçün Bakı şəhəri, Biləcəri qəsəbəsi ərazisinin hüdudları daxilində, Bakı-Xocəsən yolunun sol tərəfində ayrılmış 1,98 ha torpaq sahəsini geri qaytarmaq öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 1678 saylı sərəncamı ilə ona sahibkarlıq fəaliyyyəti ilə məşğul olmaq üçün Bakı şəhəri Biləcəri qəsəbəsi ərazisinin hüdudları daxilində, Bakı- Xocəsən yolunun sol tərəfində 1,98 ha torpaq sahəsi ayrılmış və plancizgisi tərtib edilərək onun daimi istifadəsinə verilmişdir. Bundan sonra tərəfindən həmin torpaq sahəsinin ətrafına mişarlanmış əhəng daşından divar hörülərək torpaq sahəsi tamamilə hasara alınmışdır. Bununla belə torpaq sahəsində inşa ediləcək tikililərin bünövrəsi qoyularaq əraziyə tikinti materialları gətirilərək tədarük edilmişdir. Lakin 2012-ci ilin əvvələrində Bakı Metropoliteni Qapalı Səhimdar Cəmiyyəti (QSC) ona ayrılmış torpaq sahəsindən istifadə etməsinə imkan verməyib, qanunsuz olaraq torpaq sahəsini həmin ərazidə inşa edilən «Xocəsən» metro stansiyasının ərazisinə daxil edib inşa etdiyi hasar və tikinti bünövrələrini sökməklə, torpaq sahəsində olan tikinti materialları ilə birlikdə məhv edərək iddiaçıya maddi ziyan vurmuşdur. Cavabdeh həmin vaxtdan bu günədək torpaq sahəsi üzərində iddiaçının istifadə və sahiblik hüququnu qanuni əsas olmadan özbaşınalıq yolu ilə tamamilə məhdudlaşdırmışdır. O, dəfələrlə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin Perspektiv İnkişaf və Əsaslı Tikintiyə Nəzarət Departamentinin rəisinə müraciət edib istifadə və sahibliyindən qanunsuz götürülmüş torpaq sahəsinin ona geri qaytarılmasını və ya həmin torpaq sahəsinin əvəzinə ona başqa torpaq sahəsi verilməsini, yaxud da kompensasiya ödənilməsini xahiş etmişdir. O, torpaq sahəsinin ona ayrılmasına dair Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 1678 saylı Sərəncamının həm əslini, həm də təsdiq olunmuş surətini plan-cizgisi ilə bərabər ona təqdim etmişdir. Bununla yanaşı, torpaq sahəsinin yerləşdiyi yerin müəyyən edilməsi üçün o Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş və əraziyə gəlmiş əməkdaş xüsusi cihaz vasitəsi ilə ona aid torpaq sahəsinin yerləşdiyi yeri müəyyən edib bu barədə arayış təqdim etmişdir. Bundan sonra torpaq sahəsinin əvəzinə ona kompensasiya veriləcəyi bildirilmişdir. Lakin bu vaxta qədər ona nə kompensasiya ödənilmiş, nə torpaq sahəsi qaytarılmış, nə də onun əvəzinə ona başqa torpaq sahəsi verilmişdir. Odur ki, o xx.xx.2022-ci il tarixdə yenidən Bakı Metropoliteni QSC-yə yazılı qaydada müraciət edib istifadə və sahibliyindən qanunsuz götürdüyü torpaq sahəsinin ona geri qaytarılmasını, ya da onun əvəzinə başqa torpaq sahəsi verməsi, yaxud da onun dəyərini ödənilməsini xahiş etmişdir. Müraciətinə yalnız 50 gündən sonra, xx.xx.2022-ci il tarixli, 40N-10/5-191 saylı məktubla cavab verilmişdir. Ona ünvanlanmış xx.xx.2022-ci il tarixli, 40N-10/5-191 saylı məktubda istifadə və sahibliyimdən qanunsuz olaraq götürülmüş torpaq sahəsinin mənə qaytarılmasından imtina edilmişdir. Cavabdehin Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 1678 saylı Sərəncamı ilə ona sahibkarlıq fəaliyyyəti ilə məşğul olmaq üçün ayrılmış 1,98 ha torpaq sahəsini onun istifadə və sahibliyindən götürməsi qanuni sayıla bilməz. Bununla belə daimi istifadəsinə verilmiş torpaq sahəsinə Dövlət Aktı və ya Şəhadətnamə almaq üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət etməməsi onun həmin torpaq sahəsindən istifadə hüququnun itirilməsinə əsas hesab edilə bilməz. Həmçinin qeyd etmək lazımdır ki, Cavabdeh Xocəsən elektrik deposunun tikintisi üçün Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Xocəsən-Lökbatan yolunun şərq hissəsində torpaq sahəsinin ayrılmasının Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2011 -ci il tarixli, 357 saylı Sərəncamı ilə həyata keçirildiyini göstərsə də, istifadə və sahibliyimdən qanunsuz götürülmüş torpaq sahəsinin məhz həmin sərəncamla Cavabdehə verilib-verilməməsinə münasibət bildirməmişdir. Göründüyü kimi, yuxarıda istinad edilən hallar daimi istifadə hüququ ilə ona ayrılmış torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə və sahibliyindən qanunsuz götürdüldüyünü təsdiq edir. Ona görə də cavabdehin üzərinə torpaq sahəsini geri qaytarmaq öhdəliyi qoyulmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4730/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə “torpaq sahəsinin əvəzinə cavabdehin kompensasiya verilməsi ilə bağlı üzərinə öhdəlik qoyulması” barədə iddianın dəyişdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Cаvаbdеh iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, “Xocəsən” elektrik deposunun tikintisi “Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 Mart 2011-ci il tarixli 1408 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı Metropoliteni Xətlərinin X2”ndə nəzərdə tutulmuşdur. Bakı Metropoliteninin xx.xx.2011-ci il tarixli 40N- 10/2-318 saylı müraciətini və Dövlət Neft Şirkətinin xx.xx.2011-ci il tarixli 22/MQ-789 saylı rəyini nəzərə alaraq Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2011- ci il tarixli, 357 saylı Sərəncamı ilə Binəqədi rayonu, Xocəsən-Lökbatan yolunun şərq hissəsində 23,7 ha torpaq sahəsi “Xocəsən” elektrik deposunun layihələndirilməsi və tikintisi üçün Bakı Metropoliteninin daimi istifadəsinə verilmişdir. Sərəncamın 1.1-ci bəndinə əsasən Bakı Metropoliteninə elektrik deposunun layihələndirilməsi və tikintisi ilə əlaqədar aşağıda adları qeyd olunan Sərəncamlar ləğv edilmişdir: - Binəqədi rayonu, Xocəsən-Lökbatan yolunun şərq hissəsində Fövqəladə Hallar Nazirliyinə yanğın depo binalarının tikintisinin iayihələndirilməsinə icazə verilməsi barədə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 308 saylı; - Binəqədi rayonu, Xocəsən-Lökbatan yolunun şərq hissəsində Səhiyyə Nazirliyinə xəstəxana binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi barədə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 127 saylı; - Binəqədi rayonu, Xocəsən- Lökbatan yolunun şərq hissəsində “Kənan” kiçik müəssisəsinə istehsalat sahəsinin tikintisinin layihələndirilməsinə icazə verilməsi barədə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1997-cı il tarixli 897 saylı; - Binəqədi rayonu, Xocəsən-Lökbatan yolunun şimal hissəsində “Azəri Biznes” fərdi şirkətinə yaşayış kompleksinin tikintisinin layihələndirilməsinə icazə verilməsi barədə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2007-cı il tarixli 574 saylı. Bakı Şəhər İH Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Ayrıc aktı tərtib edilmiş və ayrıc aktlarının qeydiyyat kitabında xx.xx.2016-cı ildə 16/134 sayla qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 2013-cü il tarixli 158 nömrəli Qərarına əsasən Binəqədi rayonu, Xocəsən-Lökbatan yolunun şərq hissəsində “Xocəsən” elektrik deposunun tikintisi üçün 21,91 ha torpaq sahəsini dövlət ehtiyacları üçün alan orqan qismində Bakı Metropoliteni müəyyən edilmişdir. Sərəncamla ayrılmış torpaq sahəsində inventarizasiya işlərinin yerinə yetirilməsi zamanı ayrı-ayrı şəxslərə torpaq sahələrinin ayrılması barədə Xocəsən Bələdiyyəsinin qərarlarının olduğu müəyyən edilmiş, lakin toplanmış sənədlər əsasında Maliyyə Nazirliyi tərəfindən həmin şəxslərə torpağa görə kompensasiyanın ödənilməsi məqsədəuyğun hesab edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 №-li Fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında Əsasnamə”si təsdiq edilmişdir. (Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 may 2006-cı il tarixli 411 №-li Fərmanı ilə bu Əsasnamə sonradan çıxarılmışdır). Həmin dövrdə qüvvədə olmuş adıkeçən Əsasnamənin 2-ci bəndinə görə “Dövlət mülkiyyətində və bələdiyyə mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə verilərkən daimi və ya müvəqqəti istifadəçilərə torpaqdan daimi istifadə hüququna dair dövlət aktı və ya torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə verilir” qeyd olunmasına baxmayaraq, həmin şəxslər (bələdiyyə qərarları olan şəxslər, o cümlədən hazırki iddiaçı) tərəfindən müvafiq sənədlər alınmamışdır. İddiaçıya torpaq sahəsinin ayrılması qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilmədiyindən, habelə iddiaçının qeyd edilən torpaq sahəsinə dair hər hansı hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından iddiaçının torpaqla bağlı hər hansı hüququn yaranmamasına dəlalət edir. İddia tələbi əsassızdır. Xocəsən elektrik deposunun layihələndirilməsi və tikintisi üçün tikintisi üçün Bakı ŞİH tərəfindən Sərəncam verilərkən Dövlət Neft Şirkətinin xx.xx.2011 -ci il tarixli 22/MQ-789 saylı rəyi alınmışdır. Həmin ərazidə mövcud olmuş Xocəsən Sağlamlıq Mərkəzinin köçürülməsi üçün Bakı Şəhər İH Başçısının xx.xx.2016-cı il tarixli 180 saylı Sərəncamı ilə Binəqədi rayonu, Xocəsən qəsəbəsi, 4-cü Mədən yolunun üstündə 0,24 ha torpaq sahəsi ayrılmışdır. Sərəncam verilərkən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin razılığı alınmışdır. ARDNŞ-nin Bakı Şəhər İH başçısına ünvanlanmış 17 aprel 2016-cı il tarixli SOCAR**********40670067X00085 nömrəli cavab məktubunda qeyd olunur ki, Xocəsən Sağlamlıq Mərkəzinin köçürülməsi və tikintisinin layihələndirilməsi məqsədilə Binəqədi rayonu, Xocəsən qəsəbəsi, 4-cü Mədən yolunun üstündə Mərkəzin yeni binasının tikintisi üçün ayrılması təklif olunan torpaq sahəsi SOCAR-ın daimi istifadəsində olan sənaye təyinatlı torpaqlara aid olmaqla “Azərbaycan Respublikasında Binəqədi, Qirməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Şianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X3 haqqında” Sazişə əsasən neftqaz əməliyyatlarının aparılması üçün “X5” Əməliyyat Şirkətinin stifadəsinə verilmiş Kontrakt sahəsinin hüdudları daxilində yerləşir, müraciətdə qeyd olunan ərazinin göstərilən məqsədlər üçün ayrılması Podratçı tərəflərlə razılaşdırılmış, cizgisi məktuba əlavə olunmuş 0,5 ha torpaq sahəsinin Sağlamlıq Mərkəzinin yeni binasının tikintisi məqsədilə Səhiyyə Nazirliyinin daimi istifadəsinə ayrılmasına etiraz edilmir. Bütün yuxarıda qeyd olunanları və İnzibati-Prosessual Məcəlləsinin 48.2-48.3-cü maddələrini rəhbər tutaraq İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “cavabdehin üzərinə torpaq sahəsini geri qaytarmaq öhdəliyinin qoyulması” tələbi barədə inzibati mübahisəyə dair iş üzrə iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4730/2023 nömrəli, 11 dekabr 2023-cü il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə proses iştirakçılarına yardım etmək barədə üzərinə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsi ilə qoyulmuş vəzifələrini yalnız inzibati orqanın, yəni cavabdehin mənafelərinə uyğun icra etmiş və əldə etdiyi qeyri-mötəbər sübutlardan iddiaçının əleyhinə istifadə edərək, iddianın təmin edilməməsi qərarına gələrkən həmin sübutları əsas götürmüşdür. Belə ki, ona sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 1,98 ha torpaq sahəsinin ayrılmasına dair Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 1678 saylı Sərəncamı tərəfindən məhkəməyə müvafiq qaydada təsdiq olunmuş şəkildə təqdim edildiyi halda, məhkəmə hansı əsasla həmin Sərəncamın həqiqiliyini şübhə altına alaraq, Dövlət Arxivinin Bakı filialına sorğu göndərmişdir? Digər tərəfdən, Dövlət Arxivində Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 1678 nömrəli Sərəncamı mövcud olduğu və onun həqiqiliyi şübhə doğurmadığı, lakin 1999-2000-ci illər üzrə Sərəncamların qeydiyyatı kitabında 1678 nömrə ilə QAZ 2110 markalı xidməti minik maşınının RİH-nin balansına keçirilməsi barədə Sərəncamın qeydə alındığının müəyyən edilməsi, xx.xx.2000-ci il tarixli Sərəncamın şübhəli sayılmasına və ya saxta hesab edilməsinə əsas verə bilməzdi. Çünki belə olan halda məhkəmə 1678 nömrəli Sərəncamın qeydiyyat nömrəsində yanlışlığa yol verilibverilməməsini və Sərəncamdakı imzanın onu imzalamış şəxs tərəfindən icra edilibedilməməsinin yoxlanılmasını təmin etdikdən və müvafiq nəticə əldə etdikdən sonra, 1678 nömrəli Sərəncamın saxta və ya şübhəli olması nəticəsinə gələ bilərdi. Lakin məhkəmə ona münasibətdə İPM-in 13-cü maddəsi ilə üzərinə qoyulmuş vəzifənin icrasından açıqaşkar yayınaraq, yalnız onun əleyhinə sübutlar toplamışdır. Bununla yanaşı, birinci instansiya məhkəməsi Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000ci il tarixli, 1678 nömrəli Sərəncamı ilə ona ayrılmış 1,98 ha torpaq sahəsinin yerləşdiyi yerin müəyyən edilməsinə Daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərizi idarəsinin mütəxəssisini cəlb etmişdir. O, iddia ərizəsində və məhkəmə iclaslarında qeyd etmişdi ki, Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin Perspektiv İnkişaf və Əsaslı Tikintiyə Nəzarət Departamentinin rəisi Avtandil Bayramova dəfələrlə müraciət edib istifadə və sahibliyindən qanunsuz götürülmüş torpaq sahəsini ona geri qaytarılmasını və ya həmin torpaq sahəsinin əvəzinə ona başqa torpaq sahəsi verilməsini, yaxud da ona kompensasiya ödənilməsini xahiş etməklə, Avtandil Bayramovun tələbi ilə torpaq sahəsinin ayrılmasına dair Bakı şəhəri Binəqədi rayon tcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 1678 saylı Sərəncamının həm əslini, həm də təsdiq olunmuş surətini plan-cizgisi ilə bərabər ona təqdim etmişdir. Bununla yanaşı, Aftandil Bayramovun tələbi ilə torpaq sahəsinin yerləşdiyi yerin müəyyən edilməsi üçün o, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş və əraziyə gəlmiş əməkdaş təqdim etdiyi Sərəncama və plan-cizgiyə əsasən xüsusi cihaz vasitəsi ilə ona aid torpaq sahəsinin yerləşdiyi yeri müəyyən edib bu barədə arayış təqdim etmiş və həmin arayışı da Avtandil Bayramovun tələbi ilə ona təqdim etmişdir. Lakin məhkəmənin ona ayrılmış 1,98 ha torpaq sahəsinin yerləşdiyi yerin müəyyən edilməsinə cəlb etdiyi Daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərizi idarəsinin mütəxəssisi onun iştirakı olmadan əraziyə baxış keçirdiyi halda, guya tərəflərin iştirakı ilə əraziyə baxış keçirildiyini, lakin İddiaçı istifadəsində torpaq sahəsinin mövcud olmadığını, iddiaçıya ayrılmış torpaq sahəsinə dair təqdim edilmiş cizgidə miqyas koordinatların istinad nöqtələrindən məsafənin göstərilməməsi səbəbindən torpaq sahəsinin coğrafi yerləşmə mövqeyinin müəyyən edilməsi mümkün olmamamasını öz məktubunda göstərməsi özüözlüyündə mütəxəssisin cavabdehlə eyni mövqedə olub, onun qədər işin nəticəsi ilə maraqlı olmasını və məhkəmənin də məhz bilərəkdən, iş üzrə məhkəmə ekspertizası təyin etmək əvəzinə torpaq sahəsinin yerləşdiyi yerin müəyyən edilməsinə işin nəticəsi ilə maraqlı olan təşkilatın nümayəndəsini cəlb etdiyini təsdiq edir. Baxmayaraq ki, onlar torpaq sahəsinin yerləşdiyi yerin müəyyən edilməsi üçün məhkəmədən iş üzrə məhkəmə ekspertizasının təyin edilməsini xahiş etmişlər. Lakin məhkəmə bu vəzifənin yerinə yetirilməsinə işin nəticəsində maraqlı olan təşkilatın nümayəndəsini mütəxəssis qismində cəlb etmişdir. Bunlarla yanaşı, məhkəmənin tərəflərə sübutların əldə edilməsində qeyribərabər şərait yaratması da məhkəmənin mübahisənin həllində onlara münasibətdə tərəfsiz, qərəzsiz və obyektiv olmadığını təsdiq edir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi nəticəsinə gələrkən iddiaçının iddia etdiyi torpaq sahəsinə dair məhkəməyə istifadə və ya mülkiyyət hüquqlarını təsdiq edən sənəd təqdim etmədiyinə istinad etmişdir. Lakin birinci instansiya məhkəməsi ona sahibkarlıq fəaliyyyəti ilə məşğul olmaq üçün Bakı şəhəri Biləcəri qəsəbəsi ərazisinin hüdudları daxilində, Bakı-Xocasən yolunun sol tərəfində 1,98 ha torpaq sahəsinin ayrılmasını təsdiq edən Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 1678 saylı Sərəncamının ləğv edilmədiyi və ya etibarsız sayılmadığı halda cavabdeh tərəfindən həmin torpaq sahəsinin onun istifadə və sahibliyindən götürməsinin qanuni olub-olmamasına və onun həmin torpaq sahəsi üzərində istifadə hüququnun pozulub- pozulmamasına münasibət bildirməmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. -29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: -70-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. -203.3-cü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi; qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi; sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi; təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması; rekvizisiya; müsadirə. -203.5-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən həyata keçirilir. - 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun: - 1.1.1-ci maddəsinə əsasən alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. -1.1.2-ci maddəsinə əsasən torpaq - mülkiyyətdə olan, üzərində istifadə və icarə kimi hüquqların, habelə torpaq sahəsindən istifadəyə dair yüklülüklərin (məhdudiyyətlərin) mövcud olduğu və ya olmadığı, hər hansı tikilinin altında olan və ya olmayan torpaq sahələri, habelə torpaq sahəsi ilə bağlı daşınmaz əmlakdır (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər). -3.1-ci maddəsinə əsasən bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; 3.1.2. sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi; 3.1.3. müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; 3.1.4. dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi; 3.1.5. dəniz limanının ərazisinin artırılması. -4.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğunolaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. -54-cü maddəsinə əsasən, alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir; Apellyasiya şikayətinin dəlillərinə münasibət: İnzibati işin araşdırılmış hallarından görünür ki, iddiaçının tələbi Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli, 1678 nömrəli sərəncamı ilə 1,98 ha ölçüdə istifadəsinə ayrılmış torpaq sahəsinin əvəzinin kompensasiya şəklində ödənilməsindən ibarətdir. Belə ki, Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli, 1678 nömrəli sərəncamı ilə İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Biləcəri qəsəbəsi ərazisinin hüdudları daxilində Bakı-Xocasən yolunun sol tərəfində cizgiyə əsasən torpaq sahəsi ayrılmışdır. İddiaçının iddiasına görə qeyd edilən sərəncamla ayrılmış 1,98 ha torpaq sahəsi onun istifadəsində olmuş, Bakı Metropoliteni QSC tərəfindən 2012-ci ilin əvvələrindən etibarən həmin torpaq sahəsinin metropoliten obyektinin tikinti sahəsinə düşdüyü əsas gətirilərək iddiaçının torpaq sahəsindən istifadəsinə imkan verilməmişdir. İddiaçı sözügedən torpaq sahəsinin əvəzinin və ya dəyərinin ödənilməsi ilə bağlı Bakı Metropoliteni QSC-yə müraciət etmiş, cavabdeh iddiaçının iddia etdiyi torpaq sahəsinə hüquqlarının qeydiyyatının olmadığını əsas gətirərək müraciətin təminindən imtina etmişdir. Məhkəmə kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edərək ilk öncə iş materiallarında olan sənədlərə diqqət yetirir: -Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 2013-cü il tarixli, 158 nömrəli Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə Qərarı ilə Bakı şəhəri, Nəsimi rayonu Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllədə yeni metro stansiyasının tikintisi üçün 3,2611 ha, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 3126/27 məhəllədə mövcud İİ xəttin “Dərnəgül” elektrik deposunun tikintisi üçün 17,09 ha və Binəqədi rayonu, Xocəsən-Lökbatan yolunun şərq hissəsində “Xocəsən” elektrik deposunun tikintisi üçün 21,91 ha torpaq sahələrini dövlət ehtiyacları üçün alan orqan Bakı Metropoliteni müəyyən edilməsi və Bakı Metropoliteninə tapşırılsın ki, bu qərarın 1-ci hissəsində nəzərdə tutulan torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq Həyata keçirilməsi və bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinə təkliflər təqdim edilməsi qərara alınmışdır. -Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2011-ci il tarixli, 357 nömrəli Bakı Metropoliteninə elektrik deposunun tikinti işlərinin layihələndirilməsi üçün torpaq sahəsinin ayrılması haqqında Sərəncamında qeyd olunmuşdur ki: 1. Bakı Metropoliteninin xx.xx.2011-ci il tarixli, 40N-10/2-318 saylı müraciətini və Dövlət Neft Şirkətinin xx.xx.2011ci il tarixli, 22/MQ-789 saylı rəyini nəzərə alaraq, Binəqədi rayonu, Xocəsən-Lökbatan yolunun şərq hissəsində. 23,7 ha torpaq sahəsində elektrik deposunun layihələndirilməsi və tikintisi üçün Bakı Metropoliteninin daimi istifadəsinə verilsin. -Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin İstifadəyə (icarəyə) verilən torpaq sahəsinin 11/134 nömrəli 2011-ci il tarixli Ayrıc Aktından görünür ki, Bakı Metropoliteninə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx/xx/2011-ci il tarixli 357 saylı sərəncamı ilə Binəqədi rayonu, Xocəsən-Lökbatan yolunun şərq hissəsində cizgidə göstərilən sərhədlər daxilində 21.900 hektar Elektrik deposunun layihələndirilməsi və tikintisi üçün verilmişdir. - Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 16 mart 2023-cü il tarixli, 3-48-2F/2-01832/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, vət.İddiaçı barəsində Binəqədi rayonu İH-nin arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli, 1678 sərəncamı və ona əlavə edilmiş digər sənədlər Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sərəncamın doğruluğu şübhə yaradır, belə ki, Binəqədi rayonu İH-nin arxiv fondu üzrə 2000-ci ilə dair sərəncamların qeydiyyatı kitabının 299-cu (iki yüz doxsan doqquz) səhifəsində həmin sərəncamın məzmunu “Qaz-3110 markalı xidməti minik maşınının RİH-nin balansına keçirilməsi “barədə kimi qeyd edilmişdir. Odur ki, məlumat üçün həmin sərəncamın və ona əlavə edilmiş digər sənədlərin, o cümlədən 2000-ci ilə dair qeydiyyat kitabının üz qabığının və 299-cu (iki yüz doxsan doqquz) səhifənin təsdiq edilmiş surətlərindən görünür ki: -Azərbaycan Respublikası Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli, 1678 nömrəli sərəncamı ilə Biləcəri qəsəbəsi ərazisinin hüdudları daxilində Bakı-Xocasən yolunun sol tərəfində vət. İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün əlavə edilmiş cizgiyə əsasən torpaq sahəsi ayrılması, tikinti işlərində təsdiq olunmuş layihə sənədləri əsasında başlanılmalı olduğu vət. İddiaçı tapşırılması, tikinti işlən aparılan sahənin və ətraf ərazinin texniki-sanitar normaların tələblərinə uyğun, təmiz saxlanılması vətəndaş İddiaçı tapşırılması qərara alınmışdır. Sərəncama vət. İddiaçı Xocəsən-Lökbatan yolunun sol tərəfində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ayrılmış torpaq sahəsinin Binəqədi Rayon İcra Hakimiyyətinin möhürü ilə təsdiqlənmiş cizgisi əlavə edilmişdir. -Binəqədi Rayon İcra Hakimiyyətinin 1999-2000-ci illərə dair sərəncamlarına qeyd kitabında 1978-ci sırada yazılmış xx.xx.2000-ci il tarixli Sərəncam “Qaz-3110 markalı xidməti minik maşınının RİH-nin balansına keçirilməsi” barədədir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********28 nömrəli məktubunda bildirilmişdir ki, tərəflərin iştirakı ilə keçirilmiş baxışda mütəxəssisin iştirakı təmin edilmişdir. İddiaçı faktiki istifadəsində torpaq sahəsi mövcud deyil, şərti olaraq göstərdiyi ərazidə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin binası yerləşir və iddiaçıya ayrılmış torpaq sahəsinə dair təqdim edilmiş cizgidə miqyas, koordinatlar, istinad nöqtələrindən məsafə göstərilməmişdir. Qeyd olunan səbəblərdən torpaq sahəsinin coğrafi yerləşmə mövqeyinin müəyyən edilməsi və mütəxəssis qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin SOCAR-ın xx.xx.2023-cü tarixli, 14-2/2-2629/2023 nömrəli məktubu ilə göndərilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı şəhər İcra Hakimiyyəti Başçısına ünvanladığı xx.xx.2011-ci il tarixli, 22/Mg-789 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2011-ci il tarixli 7-184/2 nömrəli “Azərbaycan Respublikası Baş nazirinin müavini cənab A.Şərifovun xx.xx.2011-ci il tarixli 17/2100-25/12/26 nömrəli dərkənarına əsasən Binəqədi rayonu, Xocasən-Lökbatan yolunun şərq hissəsində Bakı Metropoliteninin İİİ-cü xəttin elektrik deposunun tikintisi üçün nəzərdə tutulmuş torpaq sahəsinin ayrılması ilə bağlı rəy bildirilməsi haqqında” məktubuna Azərbaycan Respublikası Dövlət Neft Şirkətində baxılmış və araşdırma aparılmışdır. Müəyyən edilmişdir ki, Bakı Metropoliteninin İİİ xəttinin elektrik deposunun tikintisi üçün nəzərdə tutulmuş 23,7 hä torpaq sahəsi ARDNŞ-nin daimi istifadəsində və Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı,bŞabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X3 haqqında” Sazişə əsasən neft-qaz əməliyyatlarının aparılması üçün “X5” Əməliyyat Şirkətinin istifadəsinə verilmiş Kontrakt sahəsi hüdudları daxilində yerləşən sənaye təyinatlı torpaqlara aiddir. Eyni zamanda nəzərinizə çatdırmağı vacib hesab edirik ki, depo ilə metro stansiyasını birləşdirəcək tunel, hal hazırda gündəlik neft hasilatı 1,7 ton olan fəaliyyət göstərən neft quyularının sahəsinə düşür. Odur ki, tunelin inşası zamanı X3 Sazişi üzrə Azərbaycan Respublikası Hökumətinin üzərinə götürdüyü öhdəlikləri təmin etmək və hasilatın azaldılmasının maksimum qarşısını almaq məqsədilə tunelin fəaliyyətdə olan quyu fonduna mənfi təsirlərinin maksimum azaldılması tələbləri nəzərə alınmalıdır. Yuxarıda qeyd olunanları və qaldırılan məsələnin strateji əhəmiyyətliliyini nəzərə alaraq, cizgisi bu məktuba əlavədə verilmiş torpaq sahəsinin İİİ xəttin elektrik deposunun tikintisi üçün ayrılmasına ARDNŞ etiraz etmir. Eyni zamanda nəzərinizə çatdırılır ki, ərazinin Kontrakt sahəsindən çıxarılması üçün Podratçı tərəflərlə danışıqlar aparılmaqdadır və qeyd olunan torpaq sahəsinin təyinatının dəyişdirilməsi məqsədilə Podratçı tərəflərin müvafiq qərarı (Kontrakt sahəsindən çıxarılması barədə hüquqtəsdiqedici sənəd) Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunacaqdır. Azərbaycan Respublikası "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2022-ci il tarixli, 40N-10/5-191 nömrəli məktubda bildirilmişdir ki, “Xocəsən” elektrik deposunun tikintisi “Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 Mart 2011-ci il tarixli 1408 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı Metropoliteni Xətlərinin X2”ndə nəzərdə tutulmuşdur. Bu məqsədlə “Xocəsən” elektrik deposunun tikintisi üçün Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Xocəsən-Lökbatan yolunun şərq hissəsində torpaq sahəsinin ayrılması Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 357 saylı Sərəncamı ilə həyata keçirilmişdir. Diqqətinizə çatdırırıq ki, metrpoliten obyektinin tikintisi üçün Bakı ŞİH Sərəncamı ilə ayrılmış torpaq sahəsində yerləşən əmlakların ərazidən köçürülməsi zamanı Xocəsən Bələdiyyəsinin qərarları, eyni zamanda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə Binəqədi rayon İcra Hakimiyyətinin sərəncamları ilə vətəndaşlara ayrılmış torpaq sahələrinə kompensasiyanın verilməsi aidiyyəti dövlət orqanı tərəfindən məqsədəuyğun hesab edilməmişdir. Belə ki, həmin vaxt qüvvədə olmuş, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 №-li Fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında Əsasnamə’’nin müddəalarına görə “bələdiyyə mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə verilərkən daimi və ya müvəqqəti istifadəçilərə torpaqdan daimi istifadə hüququna dair dövlət aktı və ya torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə verilir" qeyd olunmasına baxmayaraq, ərazidə yerləşən torpaq sahələrinə dair vətəndaşlar tərəfindən həmin torpaq sahələrinin onların daimi istifadəsində olmasını təsdiq edən belə bir sənəd (Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı) alınmamışdır. Eyni zamanda vətəndaşlar tərəfindən onların istifadəsinə verilmiş torpaq sahələrinə mükiyyət hüququnun təsdiqinə dair şəhadətnamələrin alınması üçün tərəfinizdən keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edilməmişdir. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasında torpaqla bağlı münasibətlərin, o cümlədən dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər arasında torpağa sahiblik, torpaqdan istifadə və torpaq barəsində sərəncam vermək sahəsində, torpaq münasibətləri iştirakçılarının hüquq və vəzifələri, habelə torpaq resurslarından istifadənin dövlət tərəfindən idarəedilməsi sahəsində ictimai münasibətləri və bununla əlaqədar digər məsələləri tənzimləyən normativ-hüquqi aktlardan biri də Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli 695-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Torpaq Məcəlləsi”dir. Bu Məcəllənin 68-ci maddəsinə əsasən Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır, 3-cü bəndinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Qeyd olunan maddənin 4-cü bəndinə görə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-2.2 bəndlərinə görə Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır və bu qeydiyyat daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qanunun 12.1-ci bəndinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Yuxarıda istinad olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq bir daha diqqətinizə çatdırırıq ki, xahişinizi təmin etmək mümkün deyil. Beləliklə, iş üzrə Binəqədi rayonu, Xocəsən-Lökbatan yolunun şərq hissəsində 23,7 ha torpaq sahəsində elektrik deposunun layihələndirilməsi və tikintisi üçün Bakı Metropoliteni QSC-yə ayrılması, həmin ərazidə mövcud olan yaşayış, qeyri-yaşayış, torpaq sahələrinin köçürülməsi ilə əlaqədar söküntü və tikinti işlərin aparıldığı işin mübahisələndirilməyən halıdır. İşin hallarından görünür ki, iddiaçı iddia etdiyi torpaq sahəsi ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 1678 nömrəli sərəncamı və həmin sərəncama əlavə edilmiş cizgini təqdim etmişdir. Təqdim edilmiş sənədlərdən ilk növbədə müəyyən olunur ki, İcra Hakimiyyətinin sözügedən sərəncamında iddiaçıya sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ayrıldığı iddia etdiyi torpaq sahəsinin ölçüsü göstərilməmişdir. Eyni zamanda təqdim olunmuş yerləşmə cizgisi yalnız rayon icra hakimiyyətinin memarın tərəfindən tərtib edilməklə cizgidə torpaq sahəsinin ümumi ölçüsü, yoldan, qonşu torpaq sahələrindən ara məsafəsi və istinad nöqtələri göstərilməmişdir. Beləliklə, iddiaçıya ayrılmış torpaq sahəsinə dair təqdim edilmiş cizgidə miqyas, koordinatlar, istinad nöqtələrindən məsafə göstərilmədiyindən iddiaçının iddia etdiyi sərəncamla ayrılmış torpaq sahəsinin coğrafi yerləşmə mövqeyinin müəyyən edilməsi, başqa sözlə, həmin sərəncamla ayrılmış sahənin məhz cavabdeh tərəfindən Xocasən elektrik deposu üçün ayrılmış sahə ilə üst-üstə düşməsini müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə adıçəkilən sərəncam və yerləşmə cizgisinin surəti arxivdə mövcud olsa da, Binəqədi rayonu İH-nin arxiv fondu üzrə 2000-ci ilə dair sərəncamların qeydiyyatı kitabının 299-cu səhifəsində həmin sərəncamın məzmununun iddiaçıya torpaq sahəsinin ayrılması barədə sərəncamın deyil, “Qaz-3110 markalı xidməti minik maşınının RİH-nin balansına keçirilməsi barədə sərəncam olduğu bildirilməklə iddiaçıya aid həmin sərəncamın doğruluğuna şübhə olduğu bilavasitə bildirmişdir. Həmçinin qeyd edilməlidir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2011-ci il tarixli, 357 nömrəli sərəncamında Dövlət Neft Şirkətinin xx.xx.2011-ci il tarixli, 22/MQ-789 saylı rəyi nəzərə alınaraq, Binəqədi rayonu, Xocəsən-Lökbatan yolunun şərq hissəsində 23,7 ha torpaq sahəsində elektrik deposunun layihələndirilməsi və tikintisi üçün Bakı Metropoliteninin daimi istifadəsinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı şəhər İcra Hakimiyyəti Başçısına ünvanladığı xx.xx.2011-ci il tarixli, 22/Mg-789 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı Metropoliteninin İİİ xəttinin elektrik deposunun tikintisi üçün nəzərdə tutulmuş 23,7 ha torpaq sahəsi ARDNŞ-nin daimi istifadəsində və Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X3 haqqında” Sazişə əsasən neft-qaz əməliyyatlarının aparılması üçün “X5” Əməliyyat Şirkətinin istifadəsinə verilmiş Kontrakt sahəsi hüdudları daxilində yerləşən sənaye təyinatlı torpaqlara aid olmaqla DNŞ torpaq sahəsinin İİİ xəttin elektrik deposunun tikintisi üçün ayrılmasına etiraz etmir. Məhkəmə sorğusuna cavab olaraq DNŞ tərəfindən təqdim edilmiş Dövlət Neft Şirkətinin daimi istifadəsində olan Binəqədi Oyl ƏŞ-nin kontrakt sahəsinin Şabandağ və Sulutəpə blokunun xəritəsində Bakı Metropoliteni QSC-yə ayrılmasına etiraz edilməyən torpaq sahəsi öz əksini tapmışdır. Beləliklə, müəyyən olunur ki, cavabdehə elektrik deposunun tikintisi üçün ayrılmış torpaq sahələri Dövlət Neft Şirkətinin daimi istifadəsinə verilmiş, sənaye təyinatlı torpaq sahələrindən ayrılmışdır. Başqa sözlə, iddiaçının iddia etdiyi və hazırda cavabdeh tərəfindən elektrik deposunun tikintisi üçün istifadə etdiyi torpaq sahəsi Dövlət Neft Şirkətinin daimi istifadəsində olmuş olduğundan yerli icra hakimiyyətinin sərəncamı ilə hər hansı şəxsə, o cümlədən iddiaçıya həmin sahədən torpaq ayrıla bilməzdi. Bundan əlavə məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı ona torpaq sahəsinin ayrılması barədə sərəncamı təqdim etsə də həmin sərəncamdan irəli gələn torpaq sahəsi üzərində istifadə hüququ torpaq qanunvericiliyi ilə tələb olunan torpaqdan daimi istifadə hüququna dair dövlət aktı ilə rəsmiləşdirilməmişdir. İddiaçının sözügedən torpaq üzərində istifadə hüququ dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyata alınmamışdır. Belə ki, 25 iyun 1999-cu il tarixli 695-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində mülkiyyət hüququ və torpaqdan daimi istifadə hüququ müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarına əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən dövlət aktı (şəhadətnamə) ilə rəsmiləşdirilir. (21 aprel 2006-cı il tarixli 100-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə qədər olan redaksiya) -4-cü bəndinə əsasən dövlət aktının, şəhadətnamənin, alqı-satqı, ipoteka, istifadə və icarə müqavilələrinin nümunəvi formaları qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilir. -5-ci bəndinə əsasən torpaq üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınır. -67-ci maddəsinin 2-ci bəndinə əsasən dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində habelə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələri üzərində mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin hüquqları və vəzifələri barədə qeydlər əsas təsdiqedici və hüquq müəyyənedici sənəddir. (21 aprel 2006-cı il tarixli 100-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə qədər olan redaksiya). -68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. -78-ci maddəsinə əsasən:
1. Torpaq sahəsinin dövlət qeydiyyatı dövlət torpaq kadastrında aparılır.
2. Torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı torpaq sahəsinin yerləşdiyi ərazi üzrə dövlət reyestrinə aşağıdakı məlumatların daxil edilməsi ilə aparılır: torpaq sahəsi üzərində hüququ əldə edən şəxs barədə məlumat; torpaq sahəsinin təsviri (torpağın kateqoriyası, istifadə məqsədi, torpaq uqodiyasının növü, torpaq sahəsinin ölçüsü, sərhədləri, kadastr nömrəsi və digər səciyyəvi xüsusiyyətləri göstərilməklə); torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi haqqında müqavilənin şərtləri, sahənin istifadəsində müəyyən edilmiş servitutlar, öhdəliklər və məhdudiyyətlər haqqında məlumatlar; torpaq sahəsi barədə sərəncam verilməsinə dair əqdlərin bağlanması və digər fəaliyyət barədə məlumatlar; torpaq sahəsinə dair əqdlərin bağlanmasına qadağanlar müəyyən edilməsinə dair məlumatlar; torpaq sahəsinin dövlət və bələdiyyə ehtiyacları üçün özgəninkiləşdirilməsi barədə qərarların tarixi və nömrəsi; qanunvericiliklə müəyyən edilmiş digər məlumatlar.
4. Torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı onu aparan orqana torpaq sahəsi üzərində hüquqlar barədə lazım olan bütün sənədlər daxil olduğu vaxtdan on gün müddətində aparılır.
5. Torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının aparılması barədə qeydiyyatın tarixi və nömrəsi, habelə qeydiyyatı aparan orqan haqqında məlumatlar göstərilməklə torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və ya icarəçilərinə bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş hüquqi sənədlər verilir.
7. Torpaq sahəsi və onunla bağlı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının aparılması qaydaları dövlət torpaq kadastrı, habelə daşınmaz əmlak və onunla bağlı əqdlərin dövlət qeydiyyatı haqqında normativ-hüquqi aktlarla müəyyən edilir.
8. Torpaq sahəsi üzərində hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada həmçinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. (21 aprel 2006-cı il tarixli 100-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə XVİ fəsil çıxarılmışdır). Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Aydın olduğu kimi iddiaçıya torpaq ayrıldığı vaxt və ayrıldıqdan sonra qüvvədə olan qanunvericiliyə əsasən torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı məcburidir. Torpaq üzərində hüquqlar (mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ), habelə alqısatqı, ipoteka, bağışlama müqavilələri, torpaqla bağlı digər əqdlər və vərəsəlik hüququ haqqında şəhadətnamə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyata alınmalıdır. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Dövlət aktı və şəhadətnamə ilə əldə edilmiş hüquqlar müvafiq icra hakimiyyəti orqanında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra yaranmış hesab edilir. Torpaq qanunvericiliyi dövlət torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına təminat vermir. Bununla da, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4730/2023 nömrəli, 11 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov