Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2136/2022 18.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Hüseyn Aida Əli qızı, Bəktaşi Səadət İnayət qızı və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Məmmədli Aytac Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X2 və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinə qarşı (3-cü şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bakı şəhər Baytarlıq İdarəsi) “qida təhlükəsizliyi qeydiyyatına alınması barədə icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2- 1(112)-1990/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cаvаbdеh Azərbaycan Respublikası X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş 03 sentyabr 2020-ci il tarixli, YPK/0126-20 nömrəli “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6901/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası X1rşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bakı şəhər Baytarlıq İdarəsinin 3-cü şəxs qismində işə cəlb edilməsi qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, sahə 300 ünvanında yerləşən ona məxsus ev quşlarının yetişdirilməsi təsərrüfatında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən araşdırılma aparılmış, yoxlama hərəkətlərinin nəticəsi kimi 03 sentyabr 2020-ci il tarixdə YPK/0126-20 nömrəli “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə” qərar qəbul olunmuşdur. Sözügedən qərara əsasən ona məxsus təsərrüfatda ev quşlarının yetişdirilməsi işlərinin görülməsinin dayandırılması qərara alınmışdır. O, sözügedən qərardan narazıdır və onun ləğv olunmasını xahiş edir. Belə ki, qərarda göstərilmiş nüanslar doğru deyil. Ona məxsus ev quşlarının yetişdirilməsi təsərrüfatda sözügedən qərarda götərilmiş “Sanitariyaepidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununun, “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununun və “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinin tələblərinə əməl edir. Bu səbəbdən hesab edir ki, yuxarıda göstərilmiş qərar əsassızdır və ləğv edilməlidir. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə daxil olmuş iddia ərizəsinə əlavədə Bakı şəhəri, Xəzər rayonu, sahə 2-1307 ünvanında yerləşən ona məxsus ev quşlarının yetişdirilməsi təsərrüfatında qida təhlükəsizliyi qeydiyyatına alınması barədə icazə verilməsi öhdəliyinin Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyinin Bakı Regional Bölməsinə həvalə edilməsini və yuxarıda qeyd etdikləri ilə bağlı Zaur Kərimovun qanunsuz qərarları nəticəsində vurulmuş ziyana görə 1000 (on min) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin Azərbaycan Respublikasının Qida Təhlükəsizlik Agentliyinin Bakı Regional Bölməsinin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsinə əlavə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2021-ci tarixli, 2-1(112)-1990/2021 saylı qərardadı ilə iddia “kompensasiya ödənilməsi” tələbi hissəsində mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2-1(112)-1990/2021 saylı qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 300 ünvanında fəaliyyət göstərən quşçuluq təsərrüfatının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli 303 nömrəli qərarı ilə təsdiq edilmiş “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydaları”na, həmçinin sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, İddiaçı qida təhlükəsizliyi qeydiyyatına alınması barədə müraciətinin yenidən araşdırılmasının Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini sonrakı prosessual hərəkətlərin edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, sahə 2-1307 ünvanında yerləşən ona məxsus tikiliyə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları baxış keçirmiş, lakin qiymətləndirmə zamanı qeyri-yaşayış sahəsi arasındakı digər tikililər arasındakı xronoloji ardıcıllıq nəzərə alınmamış, anlaşılmayan, qaranlıq məqamlara aydınlıq gətirilməsi məqsədilə mütəxəssis dəvət edilməmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, işin halları tam araşdırılmadığından cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. İşin məhkəmə araşdırılması ilə məlum olmuşdur ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 300 ünvanında fəaliyyət göstərən ona məxsus quşçuluq təsərrüfatının qida təhlükəsizliyi qeydiyyatına alınmasını cavabdehdən xahiş etmişdir. Cavabdeh fiziki şəxs İddiaçı məxsus ev quşlarının yetişdirilməsi müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina etmişdir. İmtina belə əsaslandırılmışdır ki, quşçuluq təsərrüfatlarının layihələndirilməsi ilə bağlı baytarlıq sanitar qaydalarına əsasən yaşayış evləri ilə quşçuluq təsərrüfatları arasında sanitar mühafizə zonasının 300 metr məsafə (SN 245-71 sənaye müəssisələri üçün sanitar norma) müəyyənləşdirilmişdir. Lakin müəssisədə bu tələblərə riayət olunmur. Aparılmış qiymətləndirmə zamanı quşçuluq təsərrüfatı ilə yaşayış evləri arasındakı məsafə perimetr üzrə 4.3 metr, 10 metr, 40 metr, 64 metr məsafədə olduğu müəyyən edilmişdir. Müəssisənin fəaliyyət göstərdiyi dövr ərzində quş yetişdirildiyi zamanı quşlar üzərində aparılan hər hansı bir tədbirlər haqda sənəd və məlumat təqdim olunmamış və cücələrin haradan və hansı ərazidən gətirildiyi haqda baytarlıq şəhadətnaməsi təqdim olunmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ona məxsus quşçuluq obyektində dezinfeksiya işinin təşkili ilə əlaqədar Bakı şəhəri Baytarlıq İdarəsi ilə, həmçinin müəyyən olunmuş sahələrdən sifarişçinin fəaliyyəti nəticəsində yaranmış tullantıların icraçı tərəfindən vaxtlı-vaxtında daşınmasının həyata keçirilməsinə dair 140 saylı Mənzil-Kommunal İstismar Sahəsi ilə müqavilələr bağlamışdır. Göründüyü kimi, iddiaçıya məxsus quşçuluq obyektində sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə riayət olunması ilə əlaqədar iddiaçı ilə aidiyyəti orqanlar arasında müqavilələr mövcuddur. Yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. İşdən görünür ki, iddiaçı ona məxsus ev quşlarının yetişdirilməsi təsərrüfatında qida təhlükəsizliyi qeydiyyatına alınması barədə icazənin verilməsini və “qanunsuz qərarlar nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı “kompensasiya ödənilməsi” tələbi hissəsində mümkün saymamış, “iddiaçıya məxsus ev quşlarının yetişdirilməsi təsərrüfatında qida təhlükəsizliyi qeydiyyatına alınması barədə icazə verilməsi” hissəsində isə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadığından, inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoymuşdur. Bununla əlaqədar qeyd olunmalıdır ki, “vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddianın mümkün sayılmaması Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1990/2021 saylı 13 oktyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxan apellyasiya instansiya məhkəməsi tərəfindən 2- 1(103)-645/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadla İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1990/2021 saylı 13 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilmiş, iş iddiaçının “kompensasiya” tələbi ilə bağlı sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, 2-1(112)-6114/2022 saylı qərardadına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinə qarşı (3-cü şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bakı şəhər Baytarlıq İdarəsi) “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş məhkəmə baxışından cıxarılaraq, İddiaçı tərəfindən Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2-1(112)-1990/2021 saylı qərarından verilmiş apellyasiya şikayəti baxılması üçün hazırkı işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, iş materiallarında olan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin 05 yanvar 2022-ci il tarixli, 23/1/BN-18 nömrəli məktubunda qeyd olunmuşdur ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-1990/2021 saylı qərarına əsasən İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 300 ünvanında fəaliyyət göstərən quşçuluq təsərrüfatının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli 303 nömrəli qərarı ilə təsdiq edilmiş “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydaları”na, həmçinin sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, İddiaçı obyektinin yenidən şəraitinin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə, habelə gigiyenik və baytarlıq tələblərinə uyğunluğunun yoxlanması məqsədilə qiymətləndirmə aparılmışdır. Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektə məxsus obyektin qiymətləndirilməsinin nəticələri üzrə xx.xx.2021-ci il tarixli, **********4-1 nömrəli qərara əsasən X3 məxsus Bakı şəhəri, Buzovna qəsəbəsi, Sahə 2-1307 ünvanında fəaliyyət göstərən quşçuluq təsərrüfatının qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina edilmişdir. Məktuba əlavə edilmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektə məxsus obyektin qiymətləndirilməsinin nəticələri üzrə” xx.xx.2021-ci il tarixli **********4-1 saylı qərarın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 2-1307 ünvanında fəaliyyət göstərən İddiaçı məxsus ev quşlarının yetişdirilməsi müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci maddəsinin tələbinə görə məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu hallarda inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2-1(112)-1990/2021 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinə qarşı (3-cü şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bakı şəhər Baytarlıq İdarəsi) “qida təhlükəsizliyi qeydiyyatına alınması barədə icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş məhkəmə icraatının davam etdirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Səadət Bəktaşi Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-2136/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2136/2022
18.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver