Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2136/2023 30.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi X4 və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3081/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiyasına 2007-ci il tarixdən 2016-cı il tarixə kimi olan dövr üzrə hesablanıb ödənilməli olan 4480,80 manat əlavənin hesablanması, həmin əlavəyə görə illik 5% infilyasiya üzrə 1102,20 manat, cəmi 5583 manat pul vəsaitinin və 2019-cu il tarixdən 01 oktyabr 2021-ci il tarixə kimi isə 5235,45 manat pul vəsaitinin hesablanıb ödənilməsinin bir dəfəyə pensiya kartına keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2007-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üzrə Pedaqoji Universitetdə işlədiyi dövrdə sosial sığorta ayırmaları kimi ödənilən pul vəsaiti nəzərə alınmaqla pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 2006- 2017-cı il üzrə olan dövrə pensiya kapitalının 2016-cı il tarixdən illər üzrə indeksasiya faizi nəzərə alınmaqla pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Sonradan iddiaçı bir daha iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (xx.xx.2016- cı il tarixdən) şəxsi hesabına yığılmış sığorta məbləğinin 2007-ci il tarixdən 2013-cü il tarixə kimi olan məbləğlərini və həmin dövrdən sonrakı dövrdə ödənilmiş sığorta haqları nəzərə alınmaqla xx.xx.2016-cı il tarixdən yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə ediməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, o, 2007-cı ildən öhdəsində olan üç uşağa görə pensiyaya çıxmışdır. Pensiyaya çıxdığı vaxtdan noyabr 2016-cı ilə kimi Azərbaycan Dövlət Pedaqoji Universitetində işləmişdir. Pensiyaya çıxdığı dövrdən işdən azad olduğu dövrə kimi əmək haqqından “Məcburi dövlət sosial sığorta haqqı üzrə” haqqlar qanunvericiliyə əsasən DSMF-yə ödənilmişdir. 2017-ci ilin yanvar ayında şəxsi hesabında yığılan sığorta haqqının aldığı pensiyaya əlavə edilərək pensiyasının yenidən hesablanması üçün DSMF-nin Nəsimi rayon Şöbəsinə ərizə ilə müraciət etmişdir və ərizəsinə 2007-ci il tarixdən 2014-cü il tarixə kimi olan “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat"- Forma B3 əlavə edib təqdim etmişdir. Lakin, ona məlum olmayan səbəbdən qanunla pensiyasına əlavənin hesablanması təmin edilməli olduğu halda, altı ildən artıq bir müddət keçməsinə baxmayaraq, pensiyasının artımının hesablanması tam təmin edilməmiş, ona qanunsuz olaraq pensiyasının əlavəsi tam verilməmiş, qanunvericiliyə əsasən şəxsi hesabına yığılmış sığorta haqqının onun pensiyasına hesablanması şöbə tərəfindən təmin edilməmiş, DSMF-nin X14 Departamenti tərəfindən Nəsimi rayon Şöbəsinə bu haqqda icazə verilmədiyi bəhanə gətirilərək pensiyasına əlavənin hesablanması təmin edilməmiş, nəticədə onun hüquqları qanunsuz olaraq pozulmuş, bu səbəbdən ƏƏSMN tabeliyində DSMF-nin X12 Nəsimi rayonu Nümayəndiliyinə ərizə ilə müraciət etmişdir. İdarə tərəfindən əmək haqlarına dair olan hesablamalar və sosial sığorta ayırmalarının hesabatlarının səhv aparılması səbəbindən Azərbaycan Dövlət Pedaqoji Universitetinə məktubla müraciət edilərək, X2, İddiaçı və X6 əmək haqqlarına dair olan hesablamalar və sosial sığorta ayırmalarının hesabatlarının təqdim edilməsi bildirilmiş, universitet xx.xx.2018-ci il tarixli 05-035/393 saylı məktubu ilə X2, İddiaçı və X6 DSMF-yə təqdim edilmiş F B3 hesabatlarının yenidən dəqiqləşdirilmiş F B3-lərin, əmək haqqı kartlarının, işə qəbul olma və işdən azad olma barədə əmrlərin və şəxsiyyət vəsiqəsinin surətini rəsmi olaraq İdarəyə təqdim etmiş, lakin sənədlərin İdarəyə təqdim edilməsinə baxmayaraq, hesablanması qanunsuz olaraq təmin edilməmişdir. Azərbaycan Dövlət Pedaqoji Universiteti xx.xx.2019-cu il tarixli 05-21/671 saylı məktubu ilə DSMF-nin Bakı Şəhər İdarəsinə müraciət edərək İddiaçı adına SSN və FİN kodun sistem tərəfindən texniki problemlərlə əlaqədar qəbul olunmaması səbəbindən, dəqiqləşdirilmiş B3 hesabatının qəbul edilməsi xahiş etmişdir. DSMFnin Bakı Şəhər İdarəsi tərəfindən məktuba cavab olaraq bildirilmişdir ki, İddiaçı ilə bağlı problemlər tam aydın olmadığı üçün məlumatları dəqiqləşdirib DSMF-nin Bakı Şəhər İdarəsinə müraciət edilməsi tövsiyyə olunur. Azərbaycan Dövlət Pedaqoji Universitetinin 04.1 1.2019-cu il tarixli 05-21/750 saylı məktubu ilə DSMF-nin Bakı Şəhər İdarəsinə müraciət edilərək İddiaçı, X2 və X6 SSN nömrələri göstərilməklə, hər bir şəxsin hesablarında əks olunmalı sığorta məqləğləri qeyd edilməklə həmin sığorta məbləğinin İddiaçı hesabına keçməsini təmin edilməsi xahiş edilir və hər bir şəxsin SSN nömrəsi göstərilir. Həmin məktuba DSMF-nin Bakı Şəhər İdarəsi xx.xx.2019-cu il tarixli məktubu ilə cavab verərək, hər üç işçinin SSN, Forma B3, işə qəbul, məzuniyyətdə olma və işdən azad edilmə əmrlərinin təqdim edilməsini bildirir, lakin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il məktubları ilə İdarənin tələb etdiyi sənədlər universitet tərəfindən İdarəyə təqdim edilməsinə baxmayaraq, hansı məqsədlə həmin sənədlərin təkrar olaraq tələb edir və bu qanunsuz tələbin məqsədi məlum deyildir. Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən sənədlərin təqdim edilməsinə baxmayaraq, təkrarən, yenidən idarənin tələbinə əsasən 71 vərəqədə olan sənədlər, İddiaçı, X5 və X9 haqqında olan “əmək müqavilələri, şəxsiyyət vəsiqələrinin surətləri, MDSS məlumat-Forma B3, əmək haqqı cədvəlləri, məzuniyyət əmrləri, işə qəbul, işdən azad əmrləri, ABB-də İddiaçı bank hesabına daxil olan əmək haqqına dair çıxarışın (qeyd: X5 işdən azad edildiyindən və X9 vəfat etdiyindən onların bankda olan hesabları üzrə çıxarışları və şəxsiyyət vəsiqələrinin surətlərinin universitetdən idarənin təqdim etməsi tələbi qeyri qanunudur, çünki hər iki şəxs faktiki olaraq hazırkı vaxtda işləmədiklərindən, bu məlumatın universitetdən tələb edilməsinin özü qanunsuz olmasına baxmayaraq həmin sənədlər təkrar olaraq DSMF-nin Bakı şəhər İdarəsinə xx.xx.2020-ci il tarixli 05-21/14 saylı məktubu ilə təqdim edilir. İdarə tərəfindən tələb edilən sənədlərin təqdim edilməsindən sonra, yenidən DSMFnin Bakı şəhər İdarəsi Azərbaycan Dövlət Pedaqoji Universitetinə **********5 nömrə ilə xx.xx.2020ci il tarixli məktub ünvanlayaraq, həmin məktubda üç dəfə təqdim edilmiş sənədlərin, dördüncü dəfə təkrar olaraq göndərilməsini tövsiyyə edir, baxmayaraq ki, DSMF-nin Bakı Şəhər İdarəsinə həmin tələb edilən sənədlər Universitet tərəfindən üç dəfə təqdim edilmişdir. Vətəndaş kimi ona aydın deyil, rəsmi sənədlərin İdarəyə təqdim edilməsinə baxmayaraq, İdarə pensiyasına qanunla hesablanıb ödənilməli olan əlavəni hesablamalı olduğu halda, eyni sənədlərin 4 dəfə tələb edilməsinin səbəbi qanunla onun pensiyasına əlavənin hesablanıb ödənilməməsi haqqında düşünməyə və qanunsuzluqlara bir növ don geydirmək məqsədi ola bilər. Onu da, diqqətə çatdırır ki, onun etibarnamə ilə bütün səlahiyyətlərini verdiyi şəxs, həyat yoldaşı Rəsət Miriyev DSMF-nin Bakı şəhər İdarəsində olmuş, İdarə rəisi və İdarənin digər əmakdaşları ilə hansı səbəbdən pensiya məbləğinin ödənilməməsinin səbəblərini soruşmuş, İdarənin rəhbərliyi onun sığorta məbləğinin digər əmakdaşa ödənildiyini əsas gətirmişlər, lakin həmin səhv ödənişlərin faktiki məbləğləri müəyyən edilməklə yanaşı dəqiqləşdirilmiş Forma B3 təqdim edilməsi ilə, bu səhv məlumatların hər bir şəxsin SSN və ya MDSS-forma B3 yazılmasının təmin edilməsi ilə aradan qaldırılmalı, bununla da, onun, qanunla alacağı pensiya məbləğinin şəxsi hesab kartına ödənilməsinin təmin etmələri onlara bildirilmişdir. Bu vəzifəli şəxslər qanunsuz olaraq vətəndaşın 5 il ərzində almalı olduğu pensiya məbləğinin ödənilməsini təmin etməməkdə israrlı olmaları, onların eyni məzmunlu məktublar göndərməklə, üç dəfə təqdim edilmiş rəsmi sənədlərin əsassız olaraq yenidən dördüncü dəfə tələb etmələrinin məqsədi ona məlum deyil. Yuxarıda qeyd edilənlər barədə ƏƏSM-nin DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına 30 aprel 2021-ci il tarixdə ərizə ilə müraciət edərək qanunla pensiyasına hesablanmalı olan əlavənin hesablanmasının təmin edilməsi üçün tədbir görülməsi barədə müraciətinə Filal tərəfindən heç bir cavab belə verilməmişdir. Bildirir ki, Pensiyasının yenidən hesablanması üçün dəfələrlə rəsmi ərizə ilə aidiyyatı üzrə müraciət etmiş, lakin hər dəfə heç bir hüquqi əsası olmayan bəhanələrlə pensiyasına əlavənin hesablanması təmin edilməmişdir. Yuxarıda adı qeyd edilən departament tərəfindən işlədiyi Azərbaycan Dövlət Pedaqoji Universiteti DSMF-nin Bakı Şəhər İdarəsinə xx.xx.2019-cu il tarixli 05/21-671 saylı məktubla müraciət edərək, İddiaçı əmək haqqı və əmək haqqından tutulan “məcburi dövlət sığorta haqqı üzrə sığortaolunanlar haqqında Məlumat” Forma B3 hesabatlarını təqdim etmiş, İdarə tərəfindən məlumatların dəqiqləşdirilib yenidən hesablanmasını təsdiq edən məlumatların İdarəyə təqdim edilməsi barədə xx.xx.2019-cu il tarixli **********8 nömrəli məktub göndərmiş, həmin sənədlərin təkrar olaraq göndərilməsinə baxmayaraq pensiyasına əlavənin hesablanması təmin edilməmişdir. DSMF-nun Bakı Şəhər İdarəsi tərəfindən, Azərbaycan Dövlət Pedaqoji Universitetinə xx.xx.2019cu il tarixli **********5 nömrə ilə məktub göndərilərək tərəfindən üç dəfə bütün sənədlər, əmək haqqının də məktubla müraciət edilərək “məcburi dövlət sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat” Forma B3 hesabatlarını, əmək haqqı cədvəllərini, əmək müqavilələrini, əmək haqqı kartından çıxarışlarını, işə qəbul olunma əmrlərini, işdən azad edilmə əmrlərini və məzuniyyətdə olma əmrlərini DSMF-nin Bakı şəhər İdarəsinə təqdim edilməsi bildirilmiş. Universitet tərəfindən həmin sənədlər məktubla təqdim edilmişdir. Bundan sonra DSMF-nin Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli **********5 nömrəli məktubla Azərbaycan Dövlət Pedaqoji Universitetinə məktub göndərilərək həmin sənədlərin təkrar olaraq göndərilməsi bildirilmişdir. Onu da, diqqətə çatdırır ki, onun etibarnamə ilə bütün səlahiyyətlərini verdiyi şəxs, həyat yoldaşı Rəsət Miriyev DSMF-nin Bakı Şəhər İdarəsində olmuş, idarə rəisi və idarənin digər əmakdaşları ilə hansı səbəbdən pensiya məbləğinin ödənilməməsinin səbəblərini soruşmuş, idarənin rəhbərliyi onun sığorta məbləğinin digər əmakdaşa ödənildiyini əsas gətirmişlər, lakin həmin səhv ödənişlərin faktiki məbləğləri müəyyən edilməklə yanaşı dəqiqləşdirilmiş Forma B3 təqdim edilməsi ilə, bu səhv məlumatların hər bir şəxsin SSN və ya MDSS-forma B3 yazılmasının təmin edilməsi ilə aradan qaldırılmalı, bununlada, onun, qanunla alacağı pensiya məbləğinin şəxsi hesab kartına ödənilməsinin təmin etmələri onlara bildirilmişdir. Bu vəzifəli şəxslər qanunsuz olaraq vətəndaşın 5 il ərzində almalı olduğu pensiya məbləğinin ödənilməsini təmin etməməkdə israrlı olmaları, onların eyni məzmunlu məktublar göndərməklə, üç dəfə təqdim edilmiş rəsmi sənədlərin əsassız olaraq yenidən dördüncü dəfə tələb etmələrinin məqsədi ona məlum deyil. Yuxarıda qeyd edilənlər barədə ƏƏSMN-nin DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına 30 aprel 2021-ci il tarixdə ərizə ilə müraciət edərək qanunla pensiyasına hesablanmalı olan əlavənin hesablanmasının təmin edilməsi üçün tədbir görülməsi barədə müraciətinə Filal tərəfindən heç bir cavab belə verilməmişdir. Bildirir ki, pensiyasının yenidən hesablanması üçün dəfələrlə rəsmi ərizə ilə aidiyyatı üzrə müraciət etmiş, lakin hər dəfə heç bir hüquqi əsası olmayan bəhanələrlə pensiyasına əlavənin hesablanması təmin edilməmişdir. Yuxarıda adı qeyd edilən departament tərəfindən işlədiyi Azərbaycan Dövlət Pedaqoji Universiteti DSMF-nin Bakı Şəhər İdarəsinə xx.xx.2019-cu il tarixli 05/21-671 saylı məktubla müraciət edərək, İddiaçı əmək haqqı və əmək haqqından tutulan “məcburi dövlət sığorta haqqı üzrə sığortaolunanlar haqqında Məlumat” Forma B3 hesabatlarını təqdim etmiş, İdarə tərəfindən məlumatların dəqiqləşdirilib yenidən hesablanmasını təsdiq edən məlumatların İdarəyə təqdim edilməsi barədə xx.xx.2019-cu il tarixli **********8 nömrəli məktub göndərmiş, həmin sənədlərin təkrar olaraq göndərilməsinə baxmayaraq pensiyasına əlavənin hesablanması təmin edilməmişdir. DSMF-nin Bakı şəhər İdarəsi tərəfindən, Azərbaycan Dövlət Pedaqoji Universitetinə xx.xx.2019-cu il tarixli **********5 nömrə ilə məktub göndərilərək tərəfindən üç dəfə bütün sənədlər, “məcburi dövlət sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat” Forma B3 hesabatlarını, əmək haqqı cədvəllərini, əmək müqavilələrini, əmək haqqı kartından çıxarışlarını, işə qəbul olunma əmrlərini, işdən azad edilmə əmrlərini və məzuniyyətdə olma əmrlərini DSMF-nin Bakı Şəhər İdarəsinə təqdim edilməsi bildirilmiş, Universitet tərəfindən həmin sənədlər məktubla təqdim edilmişdir. Bundan sonra DSMF-nin Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli **********5 nömrəli məktubla Azərbaycan Dövlət Pedaqoji Universitetinə məktub göndərilərək həmin sənədlərin təkrar olaraq göndərilinəsi bildirilmişdir. Məktuba cavab olaraq Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən üçüncü dəfə təkrar olaraq eyni sənədlərin bir daha təqdim edilməsinə baxmayaraq, idarə tərəfindən qanunla onun pensiyasına əlavənin hesablanması tələb edildiyi halda əlavənin hesablanması təmin edilməmişdir. Bildirir ki, 2016, 2017, 2018, 2019 və 2020-ci illərdə DSMF-nin Nəsimi rayon Şöbəsinə pensiyasına əlavənin hesablanması barədə ərizə ilə təkrar olaraq rəsmi müraciətlə yanaşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, eyni zamanda DSMF-nin qaynar xəttinə bu barədə dörd dəfə müraciət etməsinə baxmayaraq heç bir qanunauyğun tədbir görülməmişdir. Bu haqda Azərbaycan Respublikasının Baş Prokurorluğuna ərizə ilə müraciət etmiş, prokurorluq tərəfindən ərizəsi müvafiq olaraq ƏƏSMN göndərilmiş, müraciət müəllifinə məlumat verilməsi bildirilmiş, lakin bütün bunlara baxmayaraq pensiyasına əlavənin hesablanması təmin edilməmişdir. Onuda qeyd edir ki, DSMF tərəfindən qanunla tələb olunan pensiyasına əlavənin hesablanıb təmin edilməsi əvəzinə ona xx.xx.2020-ci il tarixli **********8 mömrəli məktub ünvanlayaraq “məlumatları “MEİS" “Sığorta" (Hesabat) altsistemində “Sığortaolunanların Hesabları" bölməsinə iteqrasiya olunduqdan sonra **********342 sosial sığorta nömrəli şəxsi öz əksini tapacaqdır" yazılmışdır. Bilmək olmur bu məktubda dövlətin vəzifəli şəxsləri vətəndaşın qanunla almalı olan pensiyasına əlavənin hesablanmasını təmin etmək əvəzinə yersiz, mənasız məktub yazmasının məntiqi hansı məqsədə qulluğ edir. Yuxarıda qeyd edilənlərlə yanaşı, Azərbaycan Respublikasının “X8” Qanununun 37-ci maddəsinə əsasən, onun pensiyaya çıxdığı vaxtdan 2017-ci il tarixə kimi “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”a Forma B3 əsasən qanunvericiliyə uyğun olaraq sosial ayırmalar hesablanıb tutularaq aidiyyatı üzrə DSMF-nin X14 Departamentinə ödənilmiş, həmin hesablamaları təsdiq edən Forma B3 hesabatları təqdim edilmişdir. Həmin heabatlara əsasən 2007-ci il üzrə-283.70 manat, 2008-ci il üzrə-439.96 manat, 2009-cu il üzrə- 671.58 manat, 2010-cu il üzrə-496.39 manat, 2011-ci il üzrə 590.97 manat, 2012- ci il üzrə-572.53 manat, 2013-cü il üzrə-873.71 manat, 2014-cü il üzrə-844.13 manat, 2015-ci il üzrı-876.19 manat, 2016-cı il üzrə 964.33 manat, cəmi-6613.43 manat məbləğində sosial sığorta ayırmaları yığılmışdır. Beləliklə, Azərbaycan Respublikasının pensiyalara əlavələrin hesablanması qaydalarına əsasən 2007-cı il tarixdən 2016-cı il tarixə kimi yığılmış 6613.43 manat ümumi sığorta haqqı 72 bölünməklə 91.85 manat məbləğində pul vəsaiti 2017-cı il tarixdən hər ay pensiyasına əlavə edilib ödənilməli idi. DSMF-nin müvafiq idarəsi və şöbəsi tərəfindən hər ay pensiyasına 91.85 manat pul vəsaitinin hesablanılıb ödənilməsi təmin edilmədiyindən (2017-2020-ci il üzrə 48 aya hər ay 91.85 manat olmaqla 4408,80 manat) 4480,80 manat pensiyaya əlavə hesablanaraq ödənilməsi, Azərbaycan Respublikasında infılyasiyaya görə 5% həcmində hər il üçün əlavə (4480,80 x 5% x 5 i 1= 1 102,20 manat) isə 1102,20 manat, cəmi 5583 manat məbləğində pul vəsaiti hesablanıb bir dəfəyə ödənilməsi təmin edilməlidir. Eyni zamanda aylıq pensiya məbləği isə xx.xx.2018-ci il tarixdən 383,59 manat, xx.xx.2019-cu il tarixdən 392,34 manat, xx.xx.2020-ci il tarixdən isə 412,43 manat olmaqla pensiya ödənişi edilməlidir. Pensiyama əlavənin hesablanıb verilməsi təmin edilmədiyindən müvafiq olaraq 2018-ci il üzrə 12 x 91,85 manat = 1102,20, 2019-cu il üzrə 12 × 91,85 manat = 1102,20 manat, 2020-ci il üzrə 12 × 91,85 = 1102,20 manat və oktyabr 2021-ci il üzrə 9 × 91,85 manat = 826, 65 manat, cəmi 5235,45 manat pensiyasına əlavə hesablanıb ödənilməlidir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz cavabdeh tərəfindən verilmiş imtina məktubuna uyğun tərtib edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3081/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş,İddiaçı əmək pensiyasının xx.xx.2016-cı il tarixdən yenidən hesablanaraq keçmiş dövr üzrə ödənilməmiş əmək pensiyası məbləğinin həmin tarixdən ona ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X7 Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın qismən ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza və imtina məktubuna uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3081/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Azərbaycan Repsublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya ünvanlanmış 01 iyul 2020-ci il tarixli, **********8 nömrəli məktubdan görünür ki, sığortaedən "Azərbaycan Dövlət Pedaqoji Universiteti" (SUN: **********2) tərəfindən təqdim edilmiş 2006-2010 və 2013-cü illər üzrə adına olan dəqiqləşdirilmiş (06) “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatların (Forma B3) Nazirliyin "X1 Sistemi’nin (MEİS) ‘Sığorta’ (Hesabat) altsistemində "Sığortaolunanların hesabları" bölməsinə konvertasiya edilməsi üçün Nazirliyin e-Xidmətlər və innovasiyalar şöbəsinə müraciət olunmuşdur. Eyni zamanda bildirilmişdir ki, Nazirliyin e-Xidmətlər və innovasiyalar şöbəsi tərəfindən məlumatları “MEİS”in "Sığorta” (Hesabat) altsistemində “Sığortaolunanların hesabları" bölməsinə inteqrasiya olunduqdan sonra **********342 sosial sığorta nömrəli fərdi şəxsi hesabında öz əksini tapacaqdır - “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”dan görünür ki, iddiaçının 2006-2013-cü illər üzrə məcburi dövlət sosial sığorta ayırmaları barədə məlumatlar Dövlət Sosial Müdafiə Fonduna qarşılıqlı araşdırmaların yekunu olaraq dəqiqləşdirilərək sonuncu dəfə 2020-ci ildə təqdim edilmişdir. - təqdim edilmiş iddiaçıya məxsus pensiya işindən görünür ki, iddiaçının əmək pensiyasının məbləği cavabdehin xx.xx.2020-ci il tarixli, 3631 nömrəli qərarına əsasən yenidən hesablanaraq, pensiyanın məbləği 350 manat 38 qəpik müəyyən edilmiş, ötən dövrlər - xx.xx.2018-xx.xx.2020- ci il tarixləri üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi qərara alınmışdır - Cavabdeh tərəfindən məhkəməyə 21 iyul 2022-ci il tarixli **********5 nömrəli xidməti məktub ünvanlanaraq bildirilmişdir ki, Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş xx.xx.2022 tarixli **********0 nömrəli məktubuna aidiyyəti üzrə baxılmışdır. Məlumat üçün bildirilmişdir ki, 011883 nömrəli pensiyaçının uçot vərəqinə əsasən, İddiaçı “X8” Azərbaycan Respublikası Qanununun əvvəllər qüvvədə olmuş 8.1-ci maddəsinə əsasən 51 yaşına çatdığı xx.xx.2007- ci il tarixində orta aylıq əmək haqqı və xx.xx.2006-cı il tarixindən xx.xx.2007-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əsasında 62,79 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir (BH=50 manat, orta aylıq əmək haqqı əsasında sığorta hissəsi 12,79 manat və xx.xx.2006-cı il tarixindən xx.xx.2007-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əsasında 1,90 manat; pensiyaçının uçot vərəqi 1-ci sətir). Qeyd edilmişdir ki, iddiaçının əmək pensiyasının məbləği “X8” Azərbaycan Respublikası Qanununun pensiya təyin olunduğu dövrdə qüvvədə olmuş 27.1-ci maddəsinə və Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş və 3363 nömrə ilə 10 oktyabr 2007-ci il tarixində dövlət qeydiyyatına alınmış və tətbiq edilən dövrdə qüvvədə olmuş “X8” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsindən əvvəl sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması” Qaydalarına əsasən hesablanmışdır. “X8” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 27.2-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək olan dövrdə pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, 2006-cı il yanvarın 1-dək nəzərə alınmış sığorta stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanır. Beləliklə, İddiaçı təqdim etdiyi xx.xx.1974-cü il tarixində tərtib olunmuş əmək kitabçasına əsasən onun əmək pensiyasının sığorta hissəsi 31 il 2 ay 20 gün sığorta stajı nəzərə alınmaqla aşağıdakı qaydada yenidən hesablanmışdır: (31 il tam iş stajı x 1,94 manat)+(1,94 manat: 12 ay x 2 ay) + (1,94 manat : 12 ay : 30 gün x 20 gün) = 60,57 manat. Bildirilmişdir ki, 011883 nömrəli pensiyaçının uçot vərəqində əsasən, əmək pensiyasının məbləği baza və sığorta hissələri üzrə artımlar nəzərə alınmaqla xx.xx.2017-ci il tarixində 192,85 manata çatdırılmışdır. Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Həmin maddəyə əsasən pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin olunduqdan sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Təqdim edilmiş əmək kitabçasının surətinə əsasən iddiaçı xx.xx.2016-cı il tarixində işdən azad edilmişdir. İddiaçı xx.xx.2017-ci il tarixli ərizə ilə əmək pensiyasının yenidən hesablanması üçün Fondun Nəsimi rayon Şöbəsinə müraciət etmişdir. Bakı şəhəri üzrə X14 İdarəsinin 88/07/181 nömrəli xx.xx.2018-ci il tarixli arayışına əsasən iddiaçının xx.xx.2008-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində məcburi dövlət sosial sığorta haqlarının 90%-i nəzərə alınmaqla 5833,24 manat pensiya kapitalı qeydə alınmışdır. 011883 nömrəli pensiyaçının uçot vərəqinə əsasən iddiaçının əmək pensiyasının məbəği xx.xx.2018-ci il tarixində sözügdən arayış nəzərə alınmaqla və xx.xx.2018-ci il tarixədək, indeksləşdirilməklə yenidən hesablanmış və 81,02 manat sığorta hissəsi onun əmək pensiyasının üzərinə əlavə edilmişdir. (5833,24:72=81,02+5,7%=85,63 manat) xx.xx.2017-ci il tarixində qüvvədən düşmüş “X8” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 37 nömrəli Fərmanının 2.9-cu maddəsinə əsasən məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50%-i onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır. Bu səbəbdən iddiaçının əmək pensiyasının sığorta hissəsinin məbləği yendiən hesablanma üçün hüququnun yarandığı tarixdə qüvvədə olmuş Fərmana əsasən məcburi dövlət sosial sığorta haqlarının 90%-i deyil 50%-i nəzərə alınmaqla hesablanmalıdır. İddiaçı xx.xx.2016-cı il tarixində işdən azad edildiyi üçün Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1352 saylı Fərmanı ilə “X8” Qanunun 1.0.8-ci maddəsinə edilmiş dəyişikliyin iddiaçının pensiya sığorta kapitalının hesablanmasında nəzərə alınması mümkün hesab edilmir. Beləliklə, iddiaçı xx.xx.2016cı il tarixində işdən azad edildiyi üçün onun xx.xx.2007-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məcburi dövlət sosial sığorta haqlarının 50 %-i nəzərə alındıqda 3974,4 manat təşkil edir. Həmin məbləği Qanunun 37.3.1-ci maddəsinə əsasən 72-yə böldükdə xx.xx.2016-cı il tarixə sığorta hissəsinə əlavə ediləcək məbləğ 55,20 manat təşkil edir. Əlavə olaraq bildirilmişdir ki, Qanunun 29.1-ci maddəsinə əsasən sığortaolunan İddiaçı əmək pensiyasının sığorta hissəsi indeksləşdirilərək, xx.xx.2018-ci il tarixində 269,42 manata, xx.xx.2019-cu il tarixində 277,50 manata, xx.xx.2020-ci il tarixində 323,57 manata, xx.xx.2021-ci il tarixindən 360,46 manata və xx.xx.2022-ci il tarixindən 372,72 manata çatdırılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, işin hallarından göründüyü kimi İddiaçı “X8” Azərbaycan Respublikası Qanununun əvvəllər qüvvədə olmuş 8.1- ci maddəsinə əsasən 51 yaşına çatdığı xx.xx.2007-ci il tarixində orta aylıq əmək haqqı və xx.xx.2006-cı il tarixindən xx.xx.2007-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əsasında 62,79 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir (BH=50 manat, orta aylıq əmək haqqı əsasında sığorta hissəsi 12,79 manat və xx.xx.2006-cı il tarixindən xx.xx.2007-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əsasında 1,90 manat; pensiyaçının uçot vərəqi 1-ci sətir). O, 2006cı il tarixdən 2016-cı il tarixədək eyni zamanda işləməyə davam etmişdir. xx.xx.2016-cı il tarixdə işdən azad edilmiş, xx.xx.2017-ci il tarixdə əmək pensiyasının yenidən hesablanması üçün Fondun Nəsimi rayon Şöbəsinə müraciət etmişdir. İddiaçının müraciəti nəzərə alınmaqla onun pensiyası yenidən hesablanmış, lakin, sonradan iddiaçı tərəfindən pensiya məbləğinin düzgün hesablanmamasına istinad edilməklə cavabdeh orqana yenidən müraciətlər edilmiş və araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddiaçının 2007-2013-cü il üzrə məcburi dövlət sosial sığorta ayırmaları onun hesabına keçməmişdir. İddiaçının işlədiyi Azərbaycan Dövlət Pedoqoji Universiteti və cavabdeh arasındakı qarşılıqlı araşdırmaların nəticəsi olaraq Azərbaycan Dövlət Pedoqoji Universiteti tərəfindən məcburi dövlət sosial sığorta ayırmaları barədə dəqiqləşdirilmiş məlumat 2020-ci ildə cavabdehə təqdim edilmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixli, 3631 nömrəli qərarına əsasən iddiaçının pensiyası yenidən hesablanaraq, pensiyanın məbləği 350 manat 38 qəpik müəyyən edilmiş, ötən dövrlər - xx.xx.2018-xx.xx.2020-ci il tarixləri üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi qərara alınmışdır. İddiaçı hazırda həmin sosial sığorta ayırmalarının nəzərə alınmaqla onun pensiyasının xx.xx.2016-cı il tarixdən yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının həmin tarixli müraciəti nəzərə alınmaqla ötən dövrlər üzrə ödənilməmiş pensiya məbləği iddiaçıya xx.xx.2018-xx.xx.2020-ci il tarixləri üzrə hesablansa da, pensiya yenidən hesablanarkən iddiaçının pensiya hüququnun xx.xx.2017-ci il tarixədək yaranması və onun həmin tarixədək işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi, ona münasibətdə “X8” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin tələblərinin tətbiq edilməli olması nəzərə alınmamışdır. Bununla əlaqədar qeyd edilməlidir ki, xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “X8” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “X8” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Məhkəmə kollegiyası hesab edir ki, məcburi dövlət sosial sığorta ayırmalarının iddiaçının hesabına vaxtında düzgün yönəldilməməsi nəticəsində iddiaçının əmək pensiyası məbləğinin düzgün hesablanmaması iddiaçının iradə ifadəsindən asılı olan hal kimi qiymətləndirilməməli, qanunvericiliyin yuxarıda göstərilən normaları nəzərə alınmaqla ididaçının iddia tələbi qismən təmin edilməklə əmək pensiyası xx.xx.2016-cı il tarixindən yenidən hesablanaraq keçmiş dövr üzrə ödənilməmiş məbləğ ona həmin tarixdən ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3081/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3081/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2136/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2136/2023
30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver