Məhkəmə qərarları › İş №2-1(103)-2137/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2137/2025

14.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2137/2025 14.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: qərarın ləğv edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, X4 və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Məmmədli Aytac Mahir qızının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 2-1(112)-3315/2025 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı barəsində tərtib edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” barədə xx.xx.2024-cü il tarixli **********2807 nömrəli qərarın ləğv olunmasını xahiş etmişdir.

2. Cavabdeh tərəfindən məhkəməyə etiraz təqdim edilmişdir.

3. Bakı İnzibati Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 2-1(112)-3315/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

4. Qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

5. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmışdır.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

6. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

8. KY242142419 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış”da İddiaçı aid Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi 46C, səyyar siqaret satışı təsərrüfat subyektində (obyektində) malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaiməfaktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxıli yerdəyişmə qaimə fakturasının tərtib edilməsinə nəzarət edilməsi; aksiz markaları ilə markalanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarda), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi məqsədi ilə plandankənar (növbədənkənar) operativ vergi nəzarətinin xx.xx.2024 - xx.xx.2024-cü il tarixlərdə keçirilməsi, plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas olaraq vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar, Vergi Məcəlləsi, maddə 50.2.2 qeydiyyata alınmışdır.

9. Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin (bundan sonra - Baş İdarə) “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********9004 qərar ilə malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi; aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və electron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi məsələsi(ləri) üzrə xx.xx.2024 il tarixdən xx.xx.2024 il tarixədək (xx.xx.2024 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır.

10. Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2024-cü il tarixdə saat 14:21-də İddiaçı aid Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi 46C, səyyar siqaret satışı təsərrüfat subyektində aksiz markası ilə markalanmalı olan, lakin markalanmamış 1465 qutu alış dəyəri 7812,30 manat, satış dəyəri 12196,50 manat olan tütün məmulatlarının satış məqsədilə saxlanılması aşkar olunmuş və xx.xx.2024-cü il tarixli DVX seriyalı 102151 nömrəli akt tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli DVX seriyalı 102151 nömrəli akt vergi ödəyicisi İddiaçı, müşahidəçilər X5, X1 və vergi orqanının vəzifəli şəxsləri tərəfindən imzalanmışdır.Vergi ödəyicisi aktın surətini alması barədə aktda imzası ilə qeydiyyat aparmışdır.

11. xx.xx.2024-cü il tarixli seriya DVX № 000052 nömrəli “Markalanmamış (nişanlanmamış) və ya saxta markalarla markalanmış (saxta məcburi nişanlanma ilə nişanlanmış) malların, habelə dini məzmunlu mal və məlumatların Siyahısı”nda göstərilir ki, “Siyahıya alındı malların miqdarı-1465, alış qiyməti-7812.30, satış qiyməti-12196.50, qiymətlər İddiaçı tərəfindən təqtim edildi.” Siyahı vergi ödəyicisi İddiaçı, müşahidəçilər X5, X1 və vergi orqanının vəzifəli şəxsləri tərəfindən imzalanmışdır. Vergi ödəyicisi siyahının surətini alması barədə siyahıda imzası ilə qeydiyyat aparmışdır.

12. Markalanmamış (nişanlanmamış) və ya saxta markalarla markalanmış (saxta məcburi nişanlanma ilə nişanlanmış) malların, habelə dini məzmunlu mal və məmulatların Siyahısında (Əlavədə) malların adları, miqdarı, alış və satış qiymətləri ayrı-ayrılıqda, yekunda isə yekun məbləğ olaraq malların alış qiyməti-7812.3 manat, satış qiyməti- 12196.5 manat göstərilmişdir. Siyahı (Əlavə) vergi ödəyicisi İddiaçı, müşahidəçilər X5, X1 və vergi orqanının vəzifəli şəxsləri tərəfindən imzalanmışdır. Vergi ödəyicisi siyahının surətini alması barədə siyahıda imzası ilə qeydiyyat aparmışdır.

13. Akt və operativ vergi nəzarəti tədbiri zamanı toplanmış materiallar əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********2807 nömrəli qərar ilə İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.14-cü maddəsinə əsasən aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan, habelə məcburi nişanlama ilə nişanlanmalı malların məcburi nişanlama ilə nişanlanmadan satılmasına, satış məqsədi ilə saxlanılmasına, istehsal binasının hüdudlarından kənara buraxılmasına təqvim ili ərzində iki və daha çox dəfə yol verdiyinə görə 15624,60 manat məbləğində vegi məsuliyyətinə cəlb edilmişdir.

14. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********0388 nömrəli qərar ilə İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.14-cü maddəsinə əsasən aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan, habelə məcburi nişanlama ilə nişanlanmalı malların məcburi nişanlama ilə nişanlanmadan satılmasına, satış məqsədi ilə saxlanılmasına, istehsal binasının hüdudlarından kənara buraxılmasına təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 143.30 manat məbləğində vegi məsuliyyətinə cəlb edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

15. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

16. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

17. İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir.

18. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; Maddə 50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.2. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; 50.5. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39–49cu maddələrinin müddəaları tətbiq edilir. Maddə 58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları 58.14. Aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan, habelə məcburi nişanlama ilə nişanlanmalı malların məcburi nişanlama ilə nişanlanmadan satılmasına, satış məqsədi ilə saxlanılmasına, istehsal binasının hüdudlarından kənara buraxılmasına görə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə həmin malların bazar qiyməti ilə dəyərinin 1 misli, təqvim ili ərzində belə hallara iki və daha çox dəfə yol verildikdə 2 misli məbləğində maliyyə sanksiyası tətbiq edilir.

19. İş materialları ilə müəyyən edilir ki, “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərar ilə malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi; aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və electron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi məsələsi(ləri) üzrə xx.xx.2024 il tarixdən xx.xx.2024 il tarixədək (xx.xx.2024 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmış, operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2024-cü il tarixdə saat 14:21-də İddiaçı aid Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi 46C, səyyar siqaret satışı təsərrüfat subyektində aksiz markası ilə markalanmalı olan, lakin markalanmamış 1465 qutu alış dəyəri 7812,30 manat, satış dəyəri 12196,50 manat olan tütün məmulatlarının satış məqsədilə saxlanılması aşkar olunmuş və xx.xx.2024-cü il tarixli DVX seriyalı 102151 nömrəli akt tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli DVX seriyalı 102151 nömrəli akt vergi ödəyicisi İddiaçı, müşahidəçilər X5, X1 və vergi orqanının vəzifəli şəxsləri tərəfindən imzalanmışdır.Vergi ödəyicisi aktın surətini alması barədə aktda imzası ilə qeydiyyat aparmışdır. xx.xx.2024-cü il tarixli seriya DVX № 000052 nömrəli “Markalanmamış (nişanlanmamış) və ya saxta markalarla markalanmış (saxta məcburi nişanlanma ilə nişanlanmış) malların, habelə dini məzmunlu mal və məlumatların Siyahısı”nda göstərilir ki, “Siyahıya alındı malların miqdarı-1465, alış qiyməti- 7812.30, satış qiyməti-12196.50, qiymətlər İddiaçı tərəfindən təqtim edildi.” Siyahı vergi ödəyicisi İddiaçı, müşahidəçilər X5, X1 və vergi orqanının vəzifəli şəxsləri tərəfindən imzalanmışdır. Vergi ödəyicisi siyahının surətini alması barədə siyahıda imzası ilə qeydiyyat aparmışdır. Markalanmamış (nişanlanmamış) və ya saxta markalarla markalanmış (saxta məcburi nişanlanma ilə nişanlanmış) malların, habelə dini məzmunlu mal və məmulatların Siyahısında (Əlavədə) malların adları, miqdarı, alış və satış qiymətləri ayrı-ayrılıqda, yekunda isə yekun məbləğ olaraq malların alış qiyməti-7812.3 manat, satış qiyməti-12196.5 manat göstərilmişdir. Siyahı (Əlavə) vergi ödəyicisi İddiaçı, müşahidəçilər X5, X1 və vergi orqanının vəzifəli şəxsləri tərəfindən imzalanmışdır. Vergi ödəyicisi siyahının surətini alması barədə siyahıda imzası ilə qeydiyyat aparmışdır. Akt və operativ vergi nəzarəti tədbiri zamanı toplanmış materiallar əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********2807 nömrəli qərar ilə İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.14-cü maddəsinə əsasən aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan, habelə məcburi nişanlama ilə nişanlanmalı malların məcburi nişanlama ilə nişanlanmadan satılmasına, satış məqsədi ilə saxlanılmasına, istehsal binasının hüdudlarından kənara buraxılmasına təqvim ili ərzində iki və daha çox dəfə yol verdiyinə görə 15624,60 manat məbləğində vegi məsuliyyətinə cəlb edilmişdir.

20. Həmçinin iş materiallarından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə yazılı izahat vermiş və həmin izahatda o, göstərmişdir ki, “Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi, ev 46 C saylı ünvanda yerləşən səyyar satış obyektində xx.xx.2024-cü il tarixdə keçirilən operativ vergi yoxlaması zamanı aşkar edilmiş aksiz markası ilə markalanmamış 1465 qutu alış dəyəri 7812,30 manat, satış dəyəri isə 12196,50 manat olan tütün məlumatları ona məxsusdur. Bu malları satış məqsədi ilə bir neçə tanımadığı şəxslərdən müxtəlif vaxtlarda almışdır. Aşkar olunmuş aksiz markası olmayan tütün məlumatları onun iştirakı ilə sayıldı, sıyahıya alındı və qablaşdırılaraq götürüldü. Aksiz markası olmayan tütün məlumatlarının alış və satış qiymətləri onun tərəfindən təqdim edilmişdir.

21. İzahat onun sözləri ilə X2 tərəfindən (gözdən 1-ci qrup əlil olduğuna görə) yazıldı, mətn ona ucadan oxundu, heç bir əlavəsi yoxdur və doğrululuğunu imzası ilə təsdiq edir.” İmza: var. İddiaçı, Tarix: xx.xx.2024”.

22. Məhkəmə iddiaçının tələbinin əsaslılığı ilə bağlı gətirdiyi dəlillərə (iddia ərizəsində göstərilən) münasibətdə bildirir ki, iddiaçı tərəfindən gətirilən dəlillər sübuta yetirilməmiş, əksinə işin araşdırılması zamanı mübahisələndirilən inzibati aktın ləğvinə əsas ola biləcək hal aşkar edilməmişdir.

23. Məhkəmə iddiaçının “vergi orqanının əməkdaşlarının onun evinə daxil olduğunu və orada əlavə mallar aşkar etmələri və müsadirə etmələri” ilə bağlı mövqeyinə münasibətdə bildirir ki, iş materiallarına əlavə edilmiş yoxlama zamanı çəkilən fotoşəkillərdən vergi orqanının əməkdaşları tərəfindən yoxlamanın vergi ödəyicisinin yaşayış binasına (sahəsinə) daxil olaraq həyata keçirmədikləri müəyyən olunur.

24. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

26. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz.

27. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 2-1(112)-3315/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Emin Əliyev Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar