Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2139/2021 05.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçı X2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və digərlərinin cavabdehlər Bakı Şəhər İcra Hakimiyyəti və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı “mənəvi zərərin ödənilməsi və s.” barədə iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4634/2021 saylı 07 iyul 2021-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 qızı, İddiaçı3, İddiaçı4 qızı, İddiaçı5, İddiaçı6, İddiaçı7 qızı, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13 və İddiaçı14 cavabdehlər Bakı Şəhər İcra Hakimiyyəti və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin 15.02.2021-cu il tarixli, 1-39/3-003 saylı məktubunun qanunsuz hesab edilməsi və həmin hüququn təmin edilməsinin cavabdehə həvalə edilməsi, vurulmuş mənəvi zərərin əvəzi olaraq hər iddiaçıya 10000 manat pulun tutulması, Bakı şəhər Yasamal rayon Polis İdarəsinin piketin keçirilməsinə dair müdaxiləsinin qanunsuz hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. İddiaçılar uzun illər qonşuları olmuş İddiaçı1 dədə-babasından miras qalmış ünvan 1 ünvanda yerləşən evinin gözləri önündə qanunsuz olaraq "xxxx" MTK-a tərəfindən sökülərək ona hər-hansı bir kompensasiyanın ödənilməməsi və evinin əvvəlki vəziyyətdə bərpa edilməsinə dair müraciətlərinə obyektiv və effektli İcra Hakimiyyəti orqanları tərəfindən biganəliyi iddiaçıları daha da məyus edir. Bu Hadisə Xüsusi mülkiyyət hüquqlarına ciddi xələl yetirir. Xüsusi mülkiyyətdə olan evin qanunsuz olaraq sökülməsi və bərpa edilməməsi və ya hər-hansı bir kompensasiya ödənilməməsi mülkiyyət hüququ münasibətlərinə ayrı seçkilikdir. Gözlərinin önündə ünvan 1 evin bilərəkdən sökülərək hərhansı bir kompensasiya ödənilməməsi açıq aşkar Biyabırçılıqdır! İddiaçılara bildirmişlər ki, “MEMAR-2" MTK-nın keçmiş rəhbəri X3 Bakı şəhər İcra Hakimiyyətinin keçmiş Başçısı olmuş Hacıbala Abutalıbovun dayısı qızı, şərikləri X4 və Azadxan Xanməmmədov olduğundan onlar sökdükləri evi bərpa etməyəcəklər. Təəssüflər olsun ki, Bakı şəhər İcra Hakimiyyəti və Yasamal rayon İcra Hakimiyyəti müraciətlərə baxmır və ümumiyyətlə evin bərpa edilməsinə dair hər hansı təsirli addımlar atmır və ya mülkiyyətçinin kompensasiyasının ödənilməsinə təsirli addımlar atmaq barədə düşünmür. Bununla bağlı iddiaçılar sərbəst toplaşmaq hüququndan istifadə etmək qərarına gəlmişlər. Bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət olunmuşdur. Müraciətdə saat 11-00-da Bakı şəhər İcra Hakimiyyətinin yerləşdiyi inzibati binasının qarşısında, ara məsafəsi saxlamaqla və tibbi maska istifadə edilməklə, 13 nəfərin iştirakı ilə, 15 dəqiqəlik piket və saat 12:00-da "xxxx" MTK-nın yerləşdiyi Bakı şəhəri. M.A.Əliyev küçəsi, 45 saylı binasının qarşısında 15 dəqiqə ara məsafəsi saxlamaqla və tibbi maska istifadə edilməklə, eyni sayda iştirak edən şəxslərin iştirakı ilə piket keçiriləcəyi bildirilmişdir. Piketlərdə də 10 vattdan artıq olmayan səs kücləndiricidən istifadə oluna bilər. Piketdə səsləndirələcək şüarlar və qaldırılacaq plakatlardan istifadə olunacaq. Bakı şəhər İcra Hakimiyyəti 28 yanvar 2021-ci il tarixdə məktub göndərmişdir. Məktubda qeyd olunur ki: Sizin Bakı Şəhər İcra Hakimiyyətinə daxil olmuş, piket keçirilməsi haqqında müraciətinizə tərəfimizdən baxılmışdır. Bildiririk ki, planlaşdırdığınız piketin keçirilməsini məqsədəuyğun hesab etmirik. Qaldırılan məsələ mülki xarakter daşıyır. Eyni zamanda Bakı şəhər Yasamal rayon Polis İdarəsi şifahi olaraq telefonla icazəsiz aksiya keçirdəcəyi təqdirdə məsuliyyət barədə xəbərdar etmişdir. Bununla bağlı 17 fevral 2021-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyəti və Bakı şəhəri, M.Əliyev küçəsinə polis qüvvələri cəlb olunaraq səhərdən axşama qədər piket keçirilməsi üçün toplaşmağa imkan verilməmişdir. Cavabdehin məktubunun hüquqi əsası yoxdur və bu faktiki olaraq sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması deyil-qadağan edilməsidir. Cavabdehin sərbəst toplaşmaq azadlığına müdaxiləsi Konstitusiyanın 49, 71-ci maddəsinə ziddir. Digər tərəfdən əlavə etdiyi sənədlərdən də görünür ki, qətnamə üzrə borclu barəsində heç bir icra hərəkəti aparılmamış, axtarış elan olunmamışdır. Digər tərəfdən isə cavabdeh Bakı şəhər İcra Hakimiyyəti qətnaməni icra edən qurum deyil və vəzifəsi sərbəst toplaşmaq haqqında aksiyanı razılaşdırmaqdır. Sonda iddiaçılar iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4634/2021 saylı 07 iyul 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: E.Əliyev) Həmin qərardaddan iddiaçılar apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, işi mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini və Azərbaycan Respublikası Konstitusiyasının 49, 60, 71, 147-ci maddələrinin, İnsan Hüquqları və X1 haqqında Avropa Konvensiyanın 10, 11, 13-cü maddələrinin pozuntusunun tanınmasını xahiş etmişlər. İddiaçılar apelyasiya şikayətində cavabdeh tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyində təsbit olunmuş insan hüquq və azadlıqlarının, ilk növbədə sərbəst toplaşmaq azadlığının pozuntusuna yol verdiyini qeyd etmişlər. Apelyasiya baxışı zamanı İddiaçı1 apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iddiaçılar İddiaçı2 qızı, İddiaçı3, İddiaçı4 qızı, İddiaçı5, İddiaçı6, İddiaçı7 qızı, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13 və İddiaçı14, cavabdehlər Bakı Şəhər İcra Hakimiyyəti və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə qeyd olunan tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçılar Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin 15.02.2021-cu il tarixli, 1-39/3-003 saylı məktubunun qanunsuz hesab edilməsi və həmin hüququn təmin edilməsinin cavabdehə həvalə edilməsi, vurulmuş mənəvi zərərin əvəzi olaraq hər iddiaçıya 10000 manat pulun tutulması, Bakı şəhər Yasamal rayon Polis İdarəsinin piketin keçirilməsinə dair müdaxiləsinin qanunsuz hesab edilməsini məhkəmədən xahiş etmişlər. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və qeyd etmişdir ki, hazırkı inzibati məhkəmə icraatında iddia tələbi yalnız Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 30-cu maddəsində nəzərdə tutulmuş halda birgə cavabdehlərə qarşı yönəldilə bilərdi. İddiaçı birgə cavabdeh qismində Bakı Şəhər İcra Hakimiyyəti və Bakı şəhəri Yasamal rayon Polis İdarəsini göstərsə də, onlara qarşı yönələn tələbin eyni faktiki və hüquqi hallara söykənməsini əsalandıra bilməmişdir. Həmçinin məhkəmə qeyd etmişdir ki, Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konkret halda bu o deməkdir ki, bir qrup insan tərəfindən sərbəst toplaşmaq azadlığının həyata keçirilməsi digərlərinin hüquqlarını pozursa, dövlət ikincilərin də hüquqlarının təmin olunmasına borcludur. Konkret halda bu o deməkdir ki, bir qrup insan tərəfindən sərbəst toplaşmaq azadlığının həyata keçirilməsi digərlərinin hüquqlarını pozursa, dövlət digər şəxslərin hüquqlarını qorumağa borcludur. Odur ki, Azərbaycan Respublikasının ərazisində (bu Qərarın 1.2-ci və 1.3-cü bəndləri nəzərə alınmaqla) tətbiq edilən xüsusi karantin rejimi dövründə iddiaçılar tərəfindən 17 fevral 2021-ci il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında və "xxxx" MTK-nın yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, 45 nömrəli binanın qarşısında toplaşmaqları digər şəxslərin hüquqlarını (sağlamlığını) pozduğundan cavabdeh həmin şəxslərin hüquqlarını qorumağa borclu olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. İş materiallarından görünür ki, iddiaçılar (piket təşkilatçıları) İddiaçı1, İddiaçı2 qızı, İddiaçı3, İddiaçı4 qızı, İddiaçı5, İddiaçı6, İddiaçı7 qızı, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13 və M.İddiaçı14 tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək, 17.02.2021-ci il tarixdə saat 11-00-da Bakı Şəhər İcra Hakimiyyətinin yerləşdiyi inzibati binasının qarşısında, ara məsafəsi saxlamaqla və tibbi maska istifadə edilməklə, 14 nəfərin iştirakı ilə, 15 dəqiqəlik piket keçiriləcəyi, saat 12:00-da "xxxx" MTKnın yerləşdiyi Bakı şəhəri, M. A. Əl iy ev küçəsi, 45 saylı binasının qarşısında 15 dəqiqə ara məsafəsi saxlamaqla və tibbi maska istifadə edilməklə, eyni sayda iştirak edən şəxslərin iştirakı ilə piket keçiriləcəyi barədə müraciət edilmişdir. İş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti i-39/3-003/3 nömrəli 15.02.2021-ci il tarixli məktubunda bildirilmişdir: “Sizin Bakı Şəhər İcra Hakimiyyətinə daxil olmuş piket keçirilməsi ilə bağlı müraciətinizə tərəfimizdən baxılmışdır. Bildiririk ki, mövcud epidemioloji vəziyyətlə əlaqədar olaraq, ölkə ərazisində tətbiq olunmuş xüsusi karantin rejiminin davam etdiyini nəzərə alaraq, 17 fevral 2021-ci il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında və "xxxx" MTK-nın yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, 45 nömrəli binanın qarşısında planlaşdırdığınız toplantının keçirilməsini məqsədəuyğun hesab etmirik. Eyni zamanda, müraciətinizdə qaldırdığınız məsələ mülki xarakterli olduğundan aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməyinizi tövsiyə edirik.” «Sərbəst toplaşmaq azadlığı haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə təmin edilir. Həmin azadlığın həyata keçirilməsi və məhdudlaşdırılması bu Qanunla müəyyən edilir. Dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsini təmin edir və bu Qanuna uyğun təşkil edilən toplantıların dinc və silahsız keçməsi üçün müvafiq tədbirlər görür. Həmin Qanunun 3-cü maddəsinə əsasən bu Qanunda istifadə edilən «toplantı» anlayışı bir neçə şəxsin toplantıda iştirak etmək məqsədi ilə ictimai yerdə müvəqqəti toplaşması deməkdir. Bu cür toplantı yığıncaq, mitinq, nümayiş, küçə yürüşü, piket formalarında ola bilər. Həmin Qanunun 6-cı maddəsinə əsasən yığıncağın, mitinqin, nümayişin, küçə yürüşünün və ya piketin təşkilatçısı dinc toplantını təşkil edən, adı müvafiq icra hakimiyyəti orqanına təqdim edilmiş yazılı xəbərdarlıqda göstərilən bir və ya bir neçə hüquqi və ya fiziki şəxsdir. Həmin Qanunun 7-ci maddəsinin İ hissəsinə əsasən sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. 1) ictimai və dövlət təhlükəsizliyi mənafelərinin qorunması üçün; 2) ictimai asayişin pozulmasının qarşısını almaq üçün; 3) iğtişaş və ya cinayətlərin baş verməməsi üçün; 4) əhalinin sağlamlığının mühafizəsi üçün; 5) əxlaq normalarının və mənəviyyatın mühafizəsi üçün; 6) başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə» 12 sentyabr 2020-ci il tarixli 336 nömrəli Qərarının 1 aprel 2021-ci il tarixədək qüvvədə olan 1.1-ci bəndi ilə müəyyən edilmişdir ki, 2021-ci il 1 aprel saat 06:00-dək Azərbaycan Respublikasının ərazisində (bu Qərarın 1.2-ci və 1.3-cü bəndləri nəzərə alınmaqla) tətbiq edilən xüsusi karantin rejimi dövründə aşağıdakı məhdudiyyətlər istisna olmaqla digər iş, xidmət sahələrində və istiqamətlərdə fəaliyyətə icazə verilir: - (1.1.5-ci yarımbənd) bütün kütləvi tədbirlərin, o cümlədən mədəni-idman tədbirlərinin keçirilməsinin dayandırılması (tamaşaçıların iştirakı olmadan açıq havada idman yarışlarının oyunlarının keçirilməsi istisna olmaqla) Məhkəmə kollegiyası qeyd edir ki, aidiyyəti səlahiyyətli qurum (AR Nazirlər Kabineti) tərəfindən müvafiq qadağaların tətbiq edilməsi barədə qərar qəbul olunduğundan, iddiaçıların sərbəst toplaşma azadlığına müdaxilə sayılması və bu müdaxilənin qanunsuz hesab edilməsi barədə cavabdehin hərəkəti müstəqil inzibati icraatın nəticəsi kimi inzibati məhkəmə icraatında mübahisə predmeti ola bilməz. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan Bakı Şəhər İcra Hakimiyyəti və Bakı şəhəri Yasamal rayon Polis İdarəsi tərəfindən iddiaçıların hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu maddə ilə inzibati aktın aşağıdakı əlamətləri müəyyən edilmişdir: inzibati akt inzibati orqan tərəfındən qəbul edilir; ümumi (publik) sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədini daşıyır; ünvanlandığı hüquqi və ya fiziki şəxs üçün müəyyən hüquqi nəticələr yaradır; qərar, sərəncam və ya digər formada hakimiyyət tədbirini ifadə edir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Göründüyü kimi, sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçıların apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4634/2021 saylı 07 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2139/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2139/2021
05.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver