Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2139/2024 30.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X9 Əkbərovun sədrliyi və məruzəsi ilə, Səadət Rəşid qızı Səlimova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X10 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyriyaşayış sahəsi üzərində hüquqların ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1197/2024 saylı, 23 yanvar 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 11 nömrəli Emalatxanaya dair mülkiyyət hüququnun xx.xx.2021-ci il tarixində vəfat etmiş X3 məxsus olması haqqında arayışın onun vərəsəsi X6 verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir . İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən 11 nömrəli emalatxana (kiçik dövlət müəssisəsi) orada işləyən X4 tərəfindən özəlləşdirilmişdir. Belə ki, xx.xx.1996-cı il tarixdə emalatxanın satılması ilə bağlı auksion keçirilmiş və həmin tarixdə satıcı AR Dövlət Əmlak Komitəsi ilə alıcı X4 arasında 166 nömrəli alqı-satqı müqaviləsi bağlanılmışdır. Bundan sonra X3 emalatxananın özəlləşdirilməsinə dair xx.xx.1996-cı il tarixli 116 nömrəli şəhadətnamə verilmişdir. Qeyd olunmalıdır ki, X4 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bundan sonra oğlu X5 ərizəsi əsasında Bakı şəhəri 7 saylı Notariat ofisində vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. Notariat ofisinin xx.xx.2022-ci il tarixli, 348 nömrəli məktubundan görünür ki, iddiaçı vəfat etmiş X1 vərəsəsidir. İddiaçı qeyd olunan qeyri-yaşayış sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı müvafiq hüquqmüəyyənedici sənədlərlə birlikdə DƏDKR PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Ərazi İdarəsi isə xx.xx.2022-ci il tarixli **********78 nömrəli və xx.xx.2023-cü il tarixli **********14 nömrəli məktubları ilə bundan imtina etmiş və bildirmişdir ki, guya qeyri-yaşayş binasının yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd olunmadığı üçün sənədlə yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin perimetrik ölçülərlə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. İddiaçı hesab edir ki, Ərazi İdarəsinin imtinası qanunsuz və əsassızdır. Belə ki, sözügedən daşınmaz əmlak 1996-cı ildə özəlləşdirildiyi ölçüdə və formadadır. Həmin qeyri-yayış binasında hər hansı dəyişilik edilməmişdir. O da qeyd edilməlidir ki, həmin qeyri-yaşayış üzərində vəfat etmiş Gülçöhrə Yusifovanın mülkiyyət hüququ yaranmışdır və bununla bağlı ona şəhadətnamə verilmişdir. Bu o deməkdir ki, onun vərəsəsinin Ərazi İdarəsinə müraciətinin mahiyyəti ilkin qeydiyyat deyil, əvvəllər yaranmış hüququn qeydiyyatıdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı tərəf sonradan məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək tələbin Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 12 kv.metr olan, 11 nömrəli emalatxanaya dair mülkiyyət hüququnun xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 məxsus olması haqqında arayışın onun vərəsəsi İddiaçı verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda iddiaçıya ünvanlanmış imtina məktubuna uyğun əsaslandırılmışdır və qeyd edilmişdir ki, İddiaçı müvafiq tələblə xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, qeyri-yaşayış binasının yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd olunmadığı üçün sənədlə yerləşməsini müəyyən etmək olmamışdır. Həmçinin, cizgidə qeyd olunan perimetrik ölçülərlə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Belə ki, hüquqmüəyyənedici sənəd üzrə qarajın sahəsi 12 kv.m, faktiki sahəsi isə 61.1 kv.m, tikintialtı sahəsi isə 67.7 kv.m-dir. Əlavə sahəyə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********78 saylı, xx.xx.2022-ci il tarixli, **********14 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubları ünvanlanmışdır. Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2, 8.0.10.1, 10.2, 11.1, 23-cü maddələrinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1197/2024 saylı, 23 yanvar 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 12 kv.metr olan, 11 nömrəli emalatxanaya dair hüququn X3 məxsus olması haqqında arayışın onun vərəsəsi iddiaçı X6 verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1197/2024 saylı, 23 yanvar 2024-cü il tarixli qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin və xx.xx.2022-ci il tarixli **********78 saylı məktubundan görünür ki, iddiaçının müraciətinə baxılaraq qeyri-yaşayış binasının yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd olunmadığı üçün sənədlə yerləşməsinin müəyyən edilməsinin mümkün olmadığı, həmçinin cizgidə qeyd olunan perimetrik ölçülərlə faktiki vəziyyət arasında uyğunsuzluğun mövcud olduğu bildirilərək müraciətin təmin olunmasından imtina edilmişdir. -12 iyul 1996-cı il tarixli Auksion Protokolundan görünür ki, X8 ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 12 kv.metr olan dəmir-şüşəli 11 saylı Emalatxananı 1556,0 min manat ödəməklə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsindən satın almışdır. Emalatxananın plan sxemi cavabdeh tərəfindən təsdiq edilmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən emalatxananın özəlləşməsinə dair X3 şəhadətnamənin verilib verilməməsi barədə iddiaçının nümayəndəsinin müraciətinə verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, yuxarıda qeyd olunan ünvanda yerləşən emalatxananın özəlləşməsinə dair X3 Dövlət Əmlak Komitəsi tərəfindən xx.xx.1996-cı il tarixli 116 nömrəli şəhadətnamənin verildiyi bildirilmişdir. -Bakı şəhər 7 saylı Xüsusi Notariat ofisi tərəfindən tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə göndərilmiş xx.xx.2022-ci il tarixli məktubda X2 xx.xx.2021-ci il tarixdə vəfat etməsi ilə əlaqədar mərhumun vərəsəsinin oğlu İddiaçı olması barədə məlumat verilmiş və Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən emalatxanaya dair çıxarışın verilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... -8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli, 113 nömrəli Fərmanının 4.2.2-ci bəndinə görə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət qeydiyyatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparmış “qeydiyyat orqanları”, 4.3-cü maddəsinin birinci cümləsinə (birinci halda) və ikinci cümləsinə əsasən göstərilən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparmış, 8.0.4-cü maddəsinə əsasən istinad edilən qanun qüvvəyə minənədək daşınmaz əmlak üzərində hüquqları təsdiq edən sənədlər vermiş “müvafiq icra hakimiyyəti orqanları” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhəri İcra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları, habelə daşınmaz əmlaka hüquqların qeydiyyatını aparmış başqa dövlət orqanları nəzərdə tutulur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 24 fevral 2015-ci il tarixli Azərbaycan Respublikası Qanununun 2-ci bəndindən görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsində “bu Qanun qüvvəyə minənədək” sözləri “2006- cı il iyulun 6-dək” sözləri ilə əvəz edilmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Göründüyü kimi, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinə dair hüquqmüəyyənedici sənədləri istinad olunan Qanunun 8.0.5-ci maddəsində göstərilən 2006-cı il iyulun 6-dək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən şəhadətnamələrə uyğun gəlir. Belə ki, iş materialları ilə, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən emalatxanaya dair mərhum X3 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən xx.xx.1996-cı il tarixli, 116 nömrəli şəhadətnamənin verildiyi müəyyən edilmiş, həmçinin həmin emalatxananın plan-çizgisi mövcuddur. Cavabdeh tərəfindən də işin bu halı mübahisələndirilməmiş, şəhadətnamənin qüvvədən düşməsi, etibarsız sayılması, yaxud həqiqətə uyğun olmaması ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaolunan qeyri-yaşayış sahəsinin yerləşmə cizgisində dəqiq istinad və məsafələr göstərilmədiyi üçün onun sənədlə yerləşməsinin müəyyən edilməsinin mümkün olmadığını, cizgidə qeyd olunan perimetrik ölçülərlə faktiki vəziyyət arasında uyğunsuzluq olduğunu bildirsə də, bu uyğunsuzluğun nədən ibarət olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən yerləşmə cizgisində dəqiq istinad və məsafələrin qeyd olunmaması iddiaçının məsuliyyət sferasına aid deyil və əgər belə bir uyğunsuzluq olsa belə, onun aradan qaldırılması müvafiq şərtlər daxilində cavabdeh inzibati orqanın səlahiyyətində olan məsələdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. Qeyri-yaşayış binasının faktiki sahəsi ilə bağlı dəlilə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı hazırkı tələbində qeyri-yaşayış sahəsinin hüquqmüəyyənedici sənədlərdə göstərilən, yəni 12 kv.metr sahəsi üzərində hüquqlara iddia edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin halların mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Q Ə R A R A A L D I : Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1197/2024 saylı, 23 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2139/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2139/2024
30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver