Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-2139/2025 13.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X3 və X5 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarda dəyişiklik edilərək müddətsiz əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya müddətsiz əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı (nümayəndəsi və vəkili vasitəsilə) Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdehin ##.##.2024-cü il tarixli qərarında dəyişiklik edilərək iddiaçıya müddətsiz əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı uşaq vaxtından serebral iflicdir. Əlilliyi əvvəllər ikinci qrup olaraq müəyyən edilmiş, sonradan yeni meyarlarla üçüncü dərəcəli əlilliyə təsnif edilmişdir. Faktiki olaraq həkimlərin özünün də başa düşdüyü halda ki tibbi elmi hələ anadangəlmə serebral iflicin müalicəsini tapmamışdır, xəstə uzunmüddətli xəstədir, ##.##.2024-cü il tarixdə müayinə edildikdən sonra ona əlilliyi müddətli təyin etmişlər. Halbuki əlilliyi müddətsiz olmalıdır. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Bakı Baş Səhiyyə Idarəsinin ##.##.2024-cü il tarixli göndərişi əsasında əlavə əyani müayinə edilərək baxılmış və “Səbəbi: Ümumi xəstəlik; Diaqnozun mətni: G80.1 Diplegik spastik serebral iflic, Uşaq serebral iflici hemipaaretik forma olmaqla 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Iddiaçının göndərişində və tibbi sənədlərdən çıxarışlarda ekspert komissiyaları tərəfindən qoyulan “Sinir sistemi xəstəlikləri=>Serebral iflic və digər paralitik sindromlar=>Spastik hemiplegiya=>ayrı-ayrı ətrafların parezləri və tonus pozuntusu (əzələ gücünün 4 bala qədər azalması, 1,5-2 smlik əzələ hipotrofiyası, yuxarı və aşağı ətraf oynaqlarında hərəkətlərin tam həcminin, eləcə də əşyaları tutma və saxlama kimi biləyin əsas funksiyasının saxlanılması ilə); cüzi statodinamik pozuntular=>” diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması haqqında Əsasnamənin 6.5.1.1-ci bəndinə uyğun 1 il müddətinə əlillik təyinatına əsas verir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı (hakim B.Cəlalov) ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”nın 4.2 bəndinə müvafiq olaraq, müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Bu səbəbdən, iddiaçının əlillik müddəti müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il müəyyən etmədiyindən, müddətsiz əlilliyin təyin edilməsi mümkün olmamışdır. Iddiaçının əlilliyinin təyin edilməsi istiqamətində cavabdeh tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, birinci instansiya məhkəməsi qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq müddətin bərpası barədə ərizə təqdim edərək, cavabdeh inzibati orqanın ##.##.2024-cü il tarixli qərarını hüquqi savadsızlığı səbəbindən müddət ötürməklə məhkəmədə mübahisələndirmiş, buna görə də ötürülmüş müddətin üzrlü hesab edilərək, prosessual müddətin bərpa olunmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (IPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (IPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. IPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. Iddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın dəyişdirilməsini xahiş edir. IPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Inzibati iş materiallarından görünür ki, əlillik müddətinin bitməsi ilə əlaqədar tibb müəssisəsinin ##.##.2024-cü il tarixli göndərişi əsasında şəxsin sağlamlıq vəziyyəti qiymətləndirilmiş və ##.##.2024-cü il tarixdə əsas diaqnozu - Dipletik spastik serebral iflic, uşaq serebral iflici hemiparetik forma - XBT kodu G80.1, Ağırlaşma isə Spastik hemipelgiya, sol tərəfli hemiparezlə - XBT kodu G81.1 qeyd edilməklə ona bir il müddətinə (##.##.2024-cü il tarixinədək) orqanizmin funksiyalarının 40 faiz pozulmasına görə əlillik təyinatı aparılmışdır. Hazırda əlillliyi müəyyən edilmiş şəxs kimi iddiaçı əlilliyin müddətli olması ilə razılaşmamaqla onun barəsində verilmiş qərarın dəyişdirilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və son olaraq məhkəmədə iddia qaldırmışdır. Həmin qərarda hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmamışdır. Hazırkı iş üzrə cavabdeh tərəfindən belə bir aktın, həmçinin hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti barədə məlumatın iddiaçıya təqdim edilməsi aydın görünmür. Inzibati orqan da qərarın iddiaçıya təqdim edilməsinə dair sübutlar təqdim etməmişdir. Bununla belə iddiaçının hazırkı iddia ərizəsi ##.##.2024-cü il tarixdə məhkəmə dəftərxanasına daxil olmuşdur. Apellyasiya baxışı zamanı iddiaçı prosessual müddətin bərpası haqqında ərizə təqdim edərək cavabdeh inzibati orqanın ##.##.2024-cü il tarixli qərarını hüquqi savadsızlığı səbəbindən müddət ötürməklə məhkəmədə mübahisələndirdiyini, buna görə də ötürülmüş müddətin üzrlü hesab edilərək, prosessual müddətin bərpa olunmasını xahiş etdiyini bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qəbul edilmiş qərarın iddiaçıya təqdim edilməsinə və ya bu barədə yazılı məlumatın verilməsinə dair sübutların olmaması, həmçinin, inzibati aktda hüquqi müdafiə vasitələrinin göstərilməməsi iddiaçı tərəfindən hazırkı iddia tələbinin irəli sürülməsinə dair müddətin ötürülməmiş hesab edilməsinə əsas verir. Bununla əlaqədar məhkəmə kollegiyası diqqətə çatdırır ki, “Inzibati Icraat haqqında” Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Birinci instansiya məhkəməsi iddianın mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə Kollegiyası iddianın mahiyyəti üzrə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.1-ci maddəsinə əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. - 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. - 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. - 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydalarına əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 2.1-ci bəndinə əsasən Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. - 2.9-cu bəndinə görə Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. - 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. -4.2-ci maddəsinə müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin şəffaflığının və əlçatanlığının təmin edilməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyinin, Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-cü bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə bu Qaydaya * nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3-cü bənd. Əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya * nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4-cü bənd. Peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5-ci bənd. Əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-cü bənd. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra dərhal qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4-cü bənd. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən ölkə hüdudları daxilində olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FIN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X12na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən qərarın qəbul edildiyi gündən sonra 5 (beş) iş günü müddətindən gec olmayaraq göndəriş tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 2.1. Insanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Inzibati işin hallarından görünür ki, iddiaçı ##.##.2014-cü il tarixdə 2 il müddətinə, ##.##.2016-cı il tarixdə 3 il müddətinə, ##.##.2019-cu il tarixdə 3 il müddətinə, ##.##.2022-ci il tarixdə 1 il müddətinə və ##.##.2023-cü il tarixdə 1 il müddətinə sağlamlıq imkanları məhdud uşaq hesab edilmişdir. Iddiaçıya ##.##.2024-cü il tarixli qərarla ##.##.2023-cü il tarixdən 1 il müddətinə ümumi xəstəlik səbəbi ilə üçüncü dərəcəli əlillik təyin edilmişdir. Diaqnozun mətni: G80.1 Diplegik spastik serebral iflic. Uşaq serebral iflici hemipaaretik forma qeyd edilmişdir. Iddiaçının hazırkı iş üzrə hüquqi marağı ona 1 il müddətinə təyin edilmiş III dərəcə əlilliyin təyini barədə qərarın dəyişdirilməsi və müddətsiz əlillik dərəcəsinin verilməsindən ibarətdir. Cavabdeh inzibati orqanın imtinasının və apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının əlillik müddəti müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il müəyyən edilmədiyindən, müddətsiz əlilliyin təyin edilməsi mümkün deyildir. Məhkəmə kollegiyası cavabdehin gətirdiyi bu arqumentlə razılaşmayaraq işin araşdırılmış hallarından belə qənaətə gəlir ki, iddiaçıda mövcud olan diaqnoz Əlilliyin müəyyən olunma meyarlarına əsasən müddətsiz əlillik təyininə əsas verir. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq məqsədilə aşağıdakı sənədlərə diqqət yetirir: - İddiaçı ##.##.2014-cü il tarixdə 2 il müddətinə sağlamlıq imkanları məhdud uşaq hesab edilmişdir. X12: VI Sinif– Sinir sistemi xəstəlikləri => G80-G83- Serebral iflic və digər paralitik sindromlar=> G80- Uşaq serebral iflici=> G80.8– Uşaq serebral iflicinin digər növü. Diaqnozun mətni: Uşaq serebral iflici (sol tərəfli hemeparez) qeyd edilmişdir. - İddiaçı ##.##.2016-cı il tarixdə təkrar eyni diaqnozla 3 il müddətinə sağlamlıq imkanları məhdud uşaq hesab edilmişdir. - ##.##.2019-cu il tarixdə 18 yaşınadək sağlamlıq imkanları məhdud uşaq olması səbəbi ilə əlillik təyin edilmişdir. X12: VI Sinif– Sinir sistemi xəstəlikləri => G80-G83- Serebral iflic və digər paralitik sindromlar=> G80-Uşaq serebral iflici=> G80.8– Uşaq serebral iflicinin digər növü. Diaqnozun mətni: Əsas diaqnoz G80.2 Hemiplegik spastik serebral iflic, uşaq iflici hemiplegik forma Yanaşı xəstəliklər F06.7 Yüngül koqnitiv pozuntu, əqli gerilik. - ##.##.2022-ci il tarixdə 1 il müddətinə ümumi xəstəlik səbəbi ilə əlillik təyin edilmişdir. Diaqnozun mətni: Əsas diaqnoz G80.1 Diplegik spastik serebral iflic. Uşaq serebral iflici hemiparetik forma. Yanaşı xəstəliklər F06.7 Yüngül koqnitiv pozuntu. Üzvi koqnitiv pozuntu Ağırlaşma G81.1 Spastik hemiplegiya. Sol tərəfli hemiparezlə Ağırlaşma M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi. Əzələ hipotrofiyası ilə. - ##.##.2024-cü il tarixli qərarla ##.##.2023-cü il tarixdə 1 il müddətinə ümumi xəstəlik səbəbi ilə üçüncü dərəcəli əlillik təyin edilmişdir. Diaqnozun mətni: G80.1 Diplegik spastik serebral iflic. Uşaq serebral iflici hemipaaretik forma. - Bakı Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı əsasında Azərbaycan Respublikası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X2 tərəfindən *** nömrəli, ##.##.2025-ci il tarixli məktubu ilə məhkəməyə ünvanlanan T**/**** nömrəli, ##.##.2025-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, vətəndaş İddiaçı 16.04.- ##.##.2024-cü il tarixlərində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Respublika Reabilitasiya Mərkəzində “G80.1-dipletik spastik serebral iflic, uşaq serebral iflici hemiparetik forma” diaqnozu ilə müalicədə olmuşdur, yəni o, hazırda da həmin xəstəliklərdən əziyyət çəkir. Müalicə zamanı onda əzələ gücünün zəifliyi, yüngül hipesteziya onurğa sütununda sağa baxan skolioz əlamətləri də izlənilmişdir. İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisələrində tərtib edilmiş göndərişdə qeyd edilmiş diaqnozunun əlillik təyinatına əsas verməsi müəyyən edildiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.5.1.1-ci bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 40 % pozulmasına görə 1 (bir) il müddətinə əlillik təyinatı aparılmışdır. Göründüyü kimi iddiaçının mübahisələndirdiyi inzibati aktla əsas diaqnozu - Dipletik spastik serebral iflic, uşaq serebral iflici hemiparetik forma - XBT kodu G80.1, Ağırlaşma isə Spastik hemipelgiya, sol tərəfli hemiparezlə - XBT kodu G81.1 Cavabdeh tərəfindən iddiaçıya əlillik təyinatı isə əsas diaqnoza görə deyil, ağırlaşmaya görə, yəni XBT kodu G81.1 əsas götürülərək ona bir il müddətinə (##.##.2024-cü il tarixinədək) orqanizmin funksiyalarının 40 faiz pozulmasına görə əlillik təyinatı aparılmışdır. Apellyasiya baxışı zamanı hazırkı inzibati iş üzrə mübahisənin ədalətli həlli baxımından işin xüsusatlarına və apellyasiya şikayətinin dəlillərinə düzgün qiymət verilməsi istiqamətində və ##.##.2004-cü ildə doğulmuş İddiaçı hazırda hansı xəstəliklər (əsas diaqnoz) müşahidə olunub-olunmaması və onun hazırkı ağırlaşmaları barədə rəyin verilməsi üçün əlavə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X2 tərəfindən *** nömrəli, ##.##.2026-cı il tarixli məktubu ilə məhkəməyə ünvanlanan T**/**** nömrəli, ##.##.2025-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki: “Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən sonuncu qiymətləndirilməsi ilə bağlı məlumat vərəqində qeyd edilən “Hemiplegik spastik serebral iflic, Uşaq serebral iflic” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilmişdir. O, hazırda da həmin xəstəlikdən əziyyət çəkir. Şəxsin ##.##.2025-ci il tarixdə məhkəmə-tibbi müayinəsi zamanı soltərəfli əzələ gücsüzlüyü, 1,5- 2 sm-lik əzələ hipotrofiyası, hər iki ətraflarda hərəkətlərin tam həcmdə olması müşahidə edilmiş, hər iki əl biləyin tutma və saxlama funksiyaları saxlanmış, dayaq və hərəkətin qeyri-mümkünlüyü, hər iki ətraf oynaqlarında kontraktura, aşağı ətrafların, pəncələrin qabarıq kobud deformasiyası aşkar edilməmişdir. Vətəndaş İddiaçı Suraxanı Reabilitasiya Mərkəzində 22.07- ##.##.2025-ci il tarixlərdə “Hemiplegik spastik serebral iflic, Uşaq serebral iflic” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur. Qərardadın müvafiq bəndlərində sual və patomorfoloji əlamətlərin təyini DTSERAnın tibbi sosial ekspertlərinin (nevroloji xəstəliklər üzrə) səlahiyyətlərinə aid olduğundan onlar tərəfindən həll edilməlidir. Vətəndaş İddiaçı barəsində Bakı Baş Səhiyyə Idarəsi tərəfindən rəsmiləşdirilmiş ##.##.2024-cü il tarixli, D********TNT nömrəli göndəriş (Forma 88) təqdim edilmiş iş materiallarında aşkar edilmədiyindən qərardadın müvafiq sualının cavablandırılması mümkün olmadı. Əlilliklə bağlı məsələlərin həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Ümumiyyətlə həmin xəstəliklər tam reabilitasiya olunmurlar, həmin xəstəliklərdən əziyyət çəkən şəxslər yaşadıqları yerdə poliklinikada qeydiyyata götürülür və vaxtaşırı həkim nevroloqun müayinəsindən keçirlər. Xəstəlik kəskinləşdiyi təqdirdə isə vəziyyətinin ağırlığından asılı olaraq ambulator ya stasionar müalicəyə cəlb oluna bilərlər.” Hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan iddiaçının əlillik vəziyyətinin həm əvvəlki, həm də sonrakı qiymətləndirilməsi zamanı onun xəstəliyi ilə bağlı diaqnozların eyni olduğu müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının əsas xəstəliyi uşaq serebral iflic bütün əlillik təyinatlarında əsas diaqnozlardan biri kimi qeyd edilmişdir. Cavabdeh tərəfindən eyni diaqnozlar əsasında iddiaçı barəsində əlillik təyinatı aparılmışdır. Hazırda cavabdeh Meyarların 6.5.1.1-ci bəndinə istinadən şəxsə 1 illik əlillik təyiantını aparır. Bununla bağlı Məhkəmə kollegiyası “Əlilliyin müəyyən olunması meyarları”nı diqqətə çəkir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə (2022-ci il ####un #-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən: Bölmə 6. Sinir sistemi xəstəlikləri Qeyd. Orqanizmin sinir sisteminin xəstəliklərdən, zədə və çatışmazlıqlardan irəli gələn davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi hərəkət və hissiyyat pozuntularının təzahüretmə dərəcəsinin nəzərə alınması ilə, hərəkət funksiyası pozuntusunun təzahüretmə dərəcəsinin qiymətləndirilməsinə (sadə və mürəkkəb hərəkətləri icra etmək qabiliyyəti) əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması. 6.4 Serebral iflic Qeyd. USI səbəbindən orqanizmin davamlı pozuntularının təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi xəstəliyin klinik formasına, hərəkət pozuntularının xüsusiyyətlərinə və dərəcəsinə, əşyaları tutma və saxlama bacarığının pozulmasına (biləklərin bir və ya ikitərəfli pozuntusu); dayaq və hərəkət pozuntusunun dərəcəsinə (bir və ya ikitərəfli), dil və nitq pozuntularının olması və təzahür dərəcəsinə, psixi pozulma dərəcəsinə (yüngül koordinativ pozulma, dil və nitq çatışmazlığı olmadan əqli inkişafdan yüngül dərəcədə qalma, dizartriya ilə birgə əqli inkişafdan yüngül dərəcədə qalma, orta dərəcə əqli inkişafdan qalma, ağır dərəcə əqli inkişafdan qalma, əqli inkişafdan dərin geriqalma), psevdobulbar sindromun olmasına və dərəcəsinə, epileptik tutmaların olmasına (onların xüsusiyyətləri və tezliyi), bioloji yaşa uyğun fəaliyyətin məqsədyönlülüyünə, məhsuldarlığına, bioloji yaşa və hərəkət çatışmazlığının strukturuna görə uşağın potensial qabiliyyətlərinə, potensial qabiliyyətləri realizə etmək imkanına (realizə edilməsinə şərait yaradan və maneə olan amillər, kontekst amilləri) əsaslanır. Qiymətləndirmədə sadalanmış fərqli halların (ağırlaşmaların) biri və ya bir neçəsi olduğu zaman seçim edilir. 6.4.2. Diplegik spastik serebral iflic- G80.1 Qeyd edilən diaqnoz üzrə həmin meyarlarda 3 qiymətləndirmə altbəndi mövcuddur Hər üç qiymətləndirmə meyarında əlilliyin təyin edilməsi müddəti kimi– müddətsiz əlillik göstərilmişdir. 6.5. Serebral iflic və digər paralitik sindromlar. 6.5.1. serebral iflic və digər paralitik sindromlar (monoparez, hemiparez, hemiplegiya, paraplegiya və tetraplegiya). Apellyasiya icraatı zamanı cavabdehin iddiaçının əlilliyin qiymətləndirilməsi zamanı istinad etdiyi 6.5.1.1-ci bəndində qeyd olunan diaqnozun müəyyən edilməsi istiqamətində araşdırma aparılmış, ekspertiza rəyini təqdim etmiş ekspert X4 dinlənilmişdir. Apellyasiya baxışı zamanı videokonfrans (görüntülü zəng) vasitəsilə iclasa qoşulmuş məhkəmə-tibb eksperti X4 ifadəsində qeyd etmişdir ki, iddiaçıda mövcud olan əsas xəstəlik serebral iflic xəstəliyi sağalmaz xəstəlikdir. Həmçinin, ekspert iddiaçıda soltərəfli əzələ gücsüzlüyü, 1,5-2 sm-lik əzələ hipotrofiyası olduğunu lakin əzələ gücünün neçə bal olması ilə bağlı rəyin travmatoloq tərəfindən verilməli olduğunu qeyd etdi. Bununla əlaqədar olaraq, məhkəmə tərəfindən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya Institutuna və Tibb Ərazi Bölmələrinin X7 X8 Hüquqi Şəxsinə müvafiq sorğular ünvanlanaraq iddiaçının əyani müayinə edilərək, onda olan əzələ gücünün neçə bal olması, 1,5-2,0 sm-lik əzələ hipotrofiyasının olub-olmaması, həmçinin mülayim statodinamik pozuntuların olub-olmaması barədə ətraflı izahedici rəyin məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya Institutu tərəfindən verilmiş ********** nömrəli, ##.##.2026-cı il tarixli arayışda qeyd edilmişdir: “Diaqnoz: Uşaq serebral iflici. Onurğanın döş-bel tipli sol tərəfli ikinci dərəcəli skoliozu, ikinci dərəcəli kifozu. Sol diz oynnağının yarımbükülü vəziyyəti. Sol aşağı ətrafda əzələ atrofiyası. Yerişin çətinləşməsi ilə. Sol əlin mil-bilək oynağı nahiyəsində valgus durumu. IV-V daraq sümük anadangəlmə qısalığı. Əlin tutma funksiyasının zəifləməsi. Əzələ atrofiyası aşağı ətrafda 1,5 sm.” X9 tərəfindən ##.##.2026-cı il tarixdə verilmiş ambulator kitabçadan çıxarışda qeyd olunmuşdur ki: “Diaqnoz: Əsas xəstəlik-G80.2 Hemiplegik spastik serebral iflic. Əsas xəstəliyin ağırlaşması – G81.1 Spastik hemiplegiya. Şikayətləri: baş ağrısı, sol ətraflarında olan zəiflik, yerişin pisləşməsi, sol ətraflarında qıcolmalar, əsəbilik, yuxusuzluq, hərəkət məhdudluğu, yaddaşın pisləşməsi. Anamnezmorbi: anadangəlmə xəstədir, dəfələrlə stasionar və ambulator şəraitdə müalicə alıb. St.praezens: dəri və görünən selikli qişaları normal rəngdədir. AT 110/70 mm.c.süt. PS-1”78” tonları aydındır. Ağ ciyərlərində ausk.vezikulyar tənəffüs eşidilir. St.nevrozus: göz bəbəkləri D=S. burundodaq büküşü asimmetrikdir. Dil orta xətt üzrədir. Fotoreaksiya saxlanılıb. Udma aktı sərbəstdir. Vətər və sümüküstü reflekslər S>D. Romberq vəziyyətində bir qədər səndələyir. Emosional labildir. Əzələ gücü 3 bal qeyd olunur (Balo şkalası üzrə).” Beləliklə, iddiaçının müayinə sənədlərindən (sonuncu ekspert rəyindən) də aydın olur ki, onda Serebral iflic xəstəliyinin ağırlaşması olan 6.5.1.3. cüzi tetraparez (əzələ gücünün 4 bala qədər enməsi (sonuncu tibbi sənədə əsasən hətta artıq əzələ gücü 3 baldır-bu isə daha ağırlaşmış formadır), 1,5-2,0 sm-lik əzələ hipotrofiyası, aşağı və yuxarı ətraf oynaqlarının aktiv hərəkətlərinin tam həcminin, eləcə də əşyaları tutma və saxlama kimi biləyin əsas funksiyasının saxlanılması ilə); mülayim statodinamik pozuntular diaqnozu mövcuddur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıda olan xəstəliklər uşaqlıqdan yaranmış, iddiaçıya ilk dəfə 2014-cü il tarixdə əlillik təyin edilmiş, 2014-cü il tarixdən 2024-ci il tarixə qədər eyni diaqnozla əlillik təyinatı davam etdirilmişdir. Iddiaçıya əlillik təyin edilərkən onda olan diaqnozun mətni– diplegik serebral iflic, uşaq serebral iflic, Uşaq serebral iflici hemipaaretik forma– XBT kodu G80.1-dir. Yuxarıda qeyd edildiyi kimi, mövcud Meyarlarda həmin diaqnoz üzrə bütün qiymətləndirmələrdə əlilliyin müddətsiz təyin edilməsi təsbit edilmişdir. Həmçinin, inzibati orqan iddiaçıda olan əsas xəstəlik daxilində fərqli ağırlaşmalar əsasında təyinatlar aparmışdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd olunan dəlillərini əsassız hesab edərək diqqətə çatdırır ki, cavabdehin istinad etdiyi hal, yəni ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilməsi ilə bağlı qayda, əlilliyin müddətli təyin edilməsinə əsas verən diaqnozlarda fasiləsiz olaraq davam edən əlilliyin göstərilən müddətlərdən sonra müddətsiz təyin edilməsi hallarını tənzimləyir. Hazırkı halda isə, hətta iddiaçıda olan diaqnozun özü istinad olunan Meyarlarda əlilliyin müddətsiz təyinatına əsas verir. Belə ki, həm 6.4.2. Diplegik spastik serebral iflic- G80.1, həm də 6.5.1.3. cüzi tetraparez (əzələ gücünün 4 bala qədər enməsi, 1,5-2,0 sm-lik əzələ hipotrofiyası, aşağı və yuxarı ətraf oynaqlarının aktiv hərəkətlərinin tam həcminin, eləcə də əşyaları tutma və saxlama kimi biləyin əsas funksiyasının saxlanılması ilə); mülayim statodinamik pozuntular -G81-G83 diaqnozları üzrə əlillik müddətsiz təyin edilir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, əlilliyin müddətli təyin edilməsinin məqsədi, şəxsdə olan xəstəliyin həmin müddət bitdikdən sonra, şəxsin reabilitasiya olunub-olunmasının müəyyən edilməsi ilə bağlıdır. Qanunvericiliyin məntiqi, müdətli əlillik təyinatına əsas verən diaqnozun 10 il və 15 il (müvafiq olaraq II dərəcə və III dərəcə əlillikdə) fasiləsiz olaraq davam etdiyi halda, həmin xəstəliyin artıq yenidən qiymətləndirilməsinə zərurət olmamasının, başqa sözlə şəxsdə olan xəstəliyin həmin müddətlərdə reabilitasiya olunmadıqdan sonra artıq sağalmasının mümkün olmaması ilə izah edilir. Araşdırılmış iş materiallarından da aydın olduğu kimi iddiaçıda anadan gəlmə mövcud olan diaqnozda əksini tapan xəstəlik reabilitasiya olunmur. Məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, cavabdeh inzibati orqan tərəfindən təqdim olunan sənədlərdən göründüyü kimi məhkəmə araşdırmaları gedişatında iddiaçının sağlamlıq vəziyyəti yenidən qiymətləndirilmişdir. ##.##.2025-ci il tarixdə iddiaçı müayinə edilməklə onun barəsində ##.##.2025-ci il tarixdən ümumi xəstəlik səbəbi ilə 1 il müddətinə orqanizmin funksiyalarının pozulması 40 % müəyyən edilməklə Meyarların 6.5.1.1 bəndinə əsasən XBT kodu G81.1-Ağırlaşma 6.Sinir sistemi xəstəlikləri => Serebral iflic və digər paralitik sindromlar => Spastik hemiplegiya => ayrı-ayrı ətrafların parezləri və tonus pozuntusu (əzələ gücünün 4 bala qədər azalması, 1,5-2 sm-lik əzələ hipotrofiyası, yuxarı və aşağı ətraf oynaqlarında hərəkətlərin tam həcminin, eləcə də əşyaları tutma və saxlama kimi biləyin əsas funksiyasının saxlanılması ilə); cüzi statodinamik pozuntular diaqnozu ilə əlillik təyinatı aparılmışdır. ##.##.2026-cı il tarixdə isə iddiaçı növbəti dəfə müayinə edilməklə ##.##.2026-cı il tarixdən onun barəsində ümumi xəstəlik səbəbi ilə 2 il müddətinə orqanizmin funksiyalarının pozulması 40 % müəyyən edilməklə Meyarların 6.4.1.1 bəndinə əsasən XBT kodu G80.2-Əsas 6.Sinir sistemi xəstəlikləri => Serebral iflic və digər paralitik sindromlar => hemiplegik spastik serebral iflic => nitq çatışmazlıqları ilə yüngül sağtərəfli parezlə birtərəfli zədələnmə (kombinə olunmuş nitq çatışmazlıqları: psevdobulbar dizartriya, patoloji dislaliya, nitqin ritm və tempinin pozulması); disleksiya, disqrafiya və diskalkuliya pozuntusu; sağtərəfli meyilliliklə assimmetrik yeriş, mürəkkəb hərəkətlərin çətinləşməsi (barmaqlar, dabanlar üstündə yeriş, çömbəlmiş vəziyyətdə); dirsək oynağında yüngül bükmə kontrakturası ilə, bilək oynağında bükücü-pronator, əl barmaqları oynaqlarında bükücü kontraktura; diz və bud-çanaq oynağında qarışıq, aşıqbaldır oynağında ayaqların gərilməsi ilə kontraktura; aktiv hərəkətlərin həcminin fizioloji amplitudadan (normadan) 30% azalması (1/3-i qədər); passiv hərəkətlərin fizioloji amplitudaya uyğun olması; cüzi statodinamik pozuntular diaqnozu ilə əlillik təyinatı aparılmışdır. Göründüyü kimi, məhkəmə gedişatı dövründə iddiaçı barəsində yenidən müddətli əlillik təyinatları aparılmışdır. Işin araşdırılmış hallarından göründüyü kimi iddiaçının hüquqi marağı onun barəsində ##.##.2024-cü il tarixdə aparılmış əlillik təyinatının müddətsiz olması ilə bağlıdır. Iddiaçı ona təyin edilmiş əlilliyin müddəti ilə bağlı narazı olmuş və bununla bağlı iddia qaldıraraq onun barəsində verilmiş ##.##.2024-cü il tarixli qərarda dəyişiklik edilməklə, təyin edilmiş əlilliyin müddətsiz olmasını xahiş etmişdir. Iddiaçı orqanizmin funksiyalarının pozulmasının 40% müəyyən edilməklə ona üçüncü dərəcə əlilliyin verilməsindən narazı deyil, yalnız əlilliyin müddətli olmasından narazı qalmış və bununla bağlı da cavabdeh orqana müraciətlər etmişdir. Bu əsasla kollegiya qeyd edir ki, sonradan iddiaçı barəsində yenidən bir neçə dəfə müddətli əlillik təyinatlarının aparılması onun tərəfindən ##.##.2024-cü il tarixli qərarın mübahisələndirilməsi əhəmiyyətini aradan qaldırmır. Bir halda ki, həmin tarixdən əlilliyi müddətsiz hesab edilərsə artıq avtomatik olaraq sonrakı inzibati aktlar qüvvəsini itirəcəkdir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla təmin edilməməli və Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 33, 82, 85 və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər Elvin Əliyev Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(103)-2139/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2139/2025
13.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver