Məhkəmə qərarları › İş №2-1(103)-214/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-214/2022

13.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-214/2022 13.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, İddiaçı, nümayəndəsi Vəkil2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-1919/2021 saylı, 22.06.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiаçı İddiaçı iddiа ərizəsi ilə Bаkı İnzibаti Məhkəməsinə mürаciət еdərək cavabdeh Аzərbаycаn Rеspublikаsının Cavabdeh 10.09.2020-ci il tarixli,1036/ş nömrəli əmrinin ləğv edilməsi və ona işə bərpa olunacağı günədək əmək haqqı ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul еdilməsini хаhiş еtmişdir. İddia ərizəsində şərh olunan faktiki hallara görə: “... İddiaçı İddiaçı 17.07.2002-ci il tarixindən yanğından mühafizə orqanlarında işə qəbul olunmuşdur. O, 10.09.2020-ci ilədək daxili xidmət mayoru xüsusi rütbəsi ilə Azərbaycan Respublikasının Cavabdeh X9 Xidmətinin 1-ci Ərazi X9 İdarəsinin X9 şöbəsinin böyük inspektoru vəzifəsində işləmişdir. Nazirliyin 10.09.2020-ci il tarixli,1036/ş nömrəli əmri ilə fövqəladə hallar orqanından xaric edilmişdir. İddiaçı hesab edir ki, həmin əmr (inzibati akt) qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, əmrdə normativ əsaslandırma kimi “Fövqəladə hallar orqanlarında xidmət çəkmə haqqında” Azərbaycan Respublikasının Qanununun 31.1.2, 31.1.8, 31.4, 31.5 və 33.1.12-ci maddələri üzrə iddiaçının hərəkətlərinə dair hər hansı fakt mövcud deyil. İddiaçı öz iradəsindən asılı olmayan səbəbdən, inzibati orqanın qanunsuz əmri nəticəsində iş buraxdığına görə, onun xidmətdən xaric olunduğu gündən xidmətə bərpa olunacağı günədək əmək haqqı ona ödənilməlidir... ” Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etmiş və bunu onunla əsaslandırılmışdır ki, iddiaçının xidməti fəaliyyətinin yoxlaınlmasının nəticəsi ilə əlaqədar akt tərtib edilmiş və ondan izahat alınmış, izahatda o, kobud pozuntulara yol verməsinin səbəbi kimi tutarlı bir əsas göstərməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1919/2021 saylı, 22.06.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…Məhkəmə qərar qəbul edərkən maddi və prosessual hüquq normalarına riayət etməmiş, sübutları tam şəkildə araşdırmamış və özündə ziddiyyətli məqamlar əks olunan əsaslandırılmamış qərar qəbul etmişdir. İlk növbədə əmr əsaslandırılmamış, adi söz yığınağından ibarətdir. Orada qeyd edilən nöqsanlar ümumi şəkildə göstərilmiş, konkret faktlar və əsaslara söykənmir. AR FHN X9 Xidmətinin 1-ci Ərazi X9 İdarəsinin rəisinin 08.01.2019-cu il tarixli əmri ilə həmin idarə əməkdaşlarının funksional vəzifələri təsdiq edilmişdir. Əmrdə onun həmin vəzifələri pozduğu qeyd olunmamışdır. Əmrdə pozulduğu qeyd olunan vəzifələr ümumiyyətlə ona aid deyil. Əmrdə, birinci nöqsan kimi göstərilən, VÖEN olduğu halda, obyektlər barədə məlumatın Ədliyyə Nazirliyində qeydə alınması üçün təqdim edilməsi lər idarə rəisinin səlahiyyyətnə aiddir. İkinci nöqsanda göstərilən, müayinə keçirdiyi obyektlərdə yanğın təhlükəsizliyi qaydalıarının pozulması halları edilməsinə baxmayaraq inzibati xəta haqqında prtokolun tərtib edilməmsinə gəldikdə həmin vəzifə idirə rəisinin vəzifəsinə aiddir. Üçüncü nöqsanda göstərilən, obyektlərin əksəriyyəti barəsində lazımi sənədlərin qovluqlara əlavə edilməməsi ilə bağlı qeyd edir ki, burada nə nəzərədə tutulduğu qeyd olunmamış, ,digər tərəfdən sahibkardan hansı sənədəii götürmək lazımdır ki, orada yoxlama aparılsın. Həm də ölkə prezidentinin fərmanına əsasən 5 ildən müddətdir ki, sahibkarılq sahəsində yoxlamanın aparılması qadağan edilmişdir. Rəhbərlik tərəfindən də ona obyektlərdən sənədələrin götürülməsi ilə bğlı hər hansı göstəriş də gəlməmişdir. Dördüncü nöqsanda göstərilən, sahibkarlıq subyektlərinə tövsiyyə məktublarının göndərilməməsi ilə bağlı qeyd edir ki, bu məcburi deyil və belə məktubların göndərilməsi onun funksional vəzifəsinə aid deyil. Beşinci nöqsanda göstərilən, obyektlərin bir neçəsinin VÖEN-nin toplanmaması və VÖEN olmayan obyektlər barədə rəhbərliyə təqrirlə müraciət etməməsinə gəldikdə, VÖAN-nin olub-olmamasının yoxlanılması üçün onun məlumat bazalarına çıxışı olmayıb və belə bir texniki imkan da yaradılmamışdır. Həm də bu onun funksional vəzifəsi deyil. Altıncı nöqsanda göstərilən, ona təhkim olunan ərazidə ona təhkim olunan ərazidə yerləşən bir neçə obyekt dislokasiya qeydiyyatına alınsa da qovluqlarının tərtib edildiyi ilə əlaqədar isə qeyd edir ki, tabeliyində üç inspektror olmuşdur. Onun dislokasiyasına 18, 19, və 20 saylı xidməti sahələr aiddir. Həmin sahələrə xidmət edən inspektorların idarə rəisinə ünvanladığı təqrirlərdə kənar obyektlər mövcud deyil, ümumiyyətlə belə obyektlərin olubolmamasını yoxlamaq tabeliyində olan inspektorların vəzifəsidir. Digər tərəfdən isə qovluqların mövcudluğu 28.08.2020-ci il tarixli aktla təsdiq olunur. O, idarə rəisinin göstərişləri əsasında xidməttini aparır və bu səbəbdən həmin nöqsanlarla bağlı verdiyi izahat ona qarşı istifadə oluna bilməz. Onlarıın bəzilərini etiraf etsə də onun funksional vəzifələrinə aid deyil. Hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmiş İPM-in 14.1-ci maddəsinin tələblərinə riayət olunmamışdır. Eyni zamanda, xidmət etdiyi 18 il müddətində baəsində intizam tənbehi tətbiq edilməmiş, irad bildirilməmişdir.Faktiki olaraq inzibati orqan öz səlahiyyətlərindən suiistifadə edərək, kobud qanunsuzluğa yol vermişdir...” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən İddiaçı və nümayəndəsi Vəkil2, iddiaçıya təhkim olunan obyektlərdə faktiki olaraq heç bir yoxlama aparılmaığını, əvvəl aparılan kompleks yoxlamada iddiaçı barəsində heç bir nöqsan aşkar olunmadığı halda, bir həftədən sonra 28 avqust 2020-ci il tarixdə onun barəsində formal yoxlama aparılaraq akt tərtib olunmaqla, həmin aktda ümumi şəkildə sadalanan nöqsanlar əsasında əsassız olaraq onun tutduğu xidməti vəzifəsindən azad edildiyini bildirərək iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi R.Cəbrayılov iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmamış, iddiaçının xidməti fəaliyyətinə dair tərtib olunmuş 28 avqust 2020-ci il tarixli yoxlama aktında göstərilənlərə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda, hazırkı mərhələdə cavabdeh nazirliyin qeyd edilən 28 avqust 2020-ci il tarixli yoxlama aktını imzalayan əməkdaşları şahid qismində məhkəmə kollegiyasının iclaslarında dindirilmişlər. 28 oktyabr 2021-ci il tarixində şahid qismində dindirilən nazirliyin 1-ci ərazi X9 İdarəsinin Dövlət Yanğın Şöbəsinin rəis müavini X3 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, “10 ildən artıqdır iddiaçını iş yoldaşı kimi tanıyır. Yoxlamanı Xüsusi Nəzarət Şöbəsi keçirib, o isə aktı imzalayıb. Yoxlamada iştirak etməmişdir. Aktda yazılanlar yadından çıxıb.” 02 dekabr 2021-ci il tarixində keçirilən məhkəmə iclasında şahid qismində dindirilən aktı imzalayan digər əməkdaşlar isə aşağıdakı kimi ifadə vermişlər: X9 Xidmətinin Xüsusi Nəzarət Şöbəsinin rəis müavini X12 ifadəsində göstərmişdir ki, “Musayev barəsində yoxlama obyektlərin dislakasiyası ilə bağlı olmuşdur. Böyük inspektor inspektorun fəaliyyətinə nəzarət etməlidir. Obyektlərin qovluqlar çox olub dəqiq yadımda deyil. Aktda qeyd olunub. Kompleks yoxlama ildə bir dəfə olur. İddiaçı barəsində yoxlama göstəriş əsasında olub”; Həmin Şöbənin böyük inspektoru X4 ifadəsində göstərmişdir ki, yoxlamada nöqsanların aşkarlanmasında iştirak etmişdir. İddiaçı tərəfindən yanğın nəzarəti qaydalarında olan mövcud xətalarla bağlı protokol tərtib olunmayıb və 2019-cu ildə reyestrə daxil edilmədiyinə görə həmin obyektlər risk qrupundan kənarda qalıb və fərmana əsasən risk qrupundan kənarda qalan obyektlər barəsində tövsiyyə məktubları təqdim olunmayıb. Dislakasiyadan kənarda obyektlərin olmaması ilə bağlı materiallar bizdə yoxdur. İddiaçıya təhkim olunmuş162 obyektin hamısının qovluğunuun olub-olmadığını bilmir”; 1-ci ərazi X9 İdarəsinin Dövlət Yanğın Şöbəsinin rəisi X2 ifadəsində göstərmişdir ki, “28 avqust tarixindəki yoxlama xüsusi nəzarət şöbəsi tərəfindən aparılıb. Akt tərtib olunub. Qovluqlar tələb ounub və aşkarlanan nöqsanlar barəsində qeydlər olunub. Yoxlama tövsiyyə məktublarının olub olmamamsı ilə bağlı olub. Yoxlama xüsusi nəzarət şöbəsi tərəfindən aparılıb. Yoxlamada iştirak etməmiş, 28 avqust tarixində imza çəkmişdir. Qovluqlar hamısı yerində olub sadəcə mövcud xətalarla bağlı protokol tərtib olunmayıb. Musayevə təhkim olunmuş lakin qeyd edilməyən obyekt aşkar etməmişlər”; X6 rəisi X5 ifadəsində göstərmişdir ki, yoxlamada təftiş zamanı iştirak etməmiş, lakin nöqsanlarla tanış olub aktı imzalamışdır. 18 ,19, 20 saylı dairərində yoxlama aparılıb. Xidməti fəaliyyət zamanı 165 obyekt olub. Lakin bəziləri Ədliyyə Nazirliyinin reyestrinə daxil edilməyib. Həmçinin tövsiyyə xarakterli məktublar sahibkarlara verilməyib. Ərazidə qeydiyyatsız obyektlər olub bu hallara görə məsuliyyət yaranır. O, ümumi baxış keçirmişdir (Şahidlərin ifadələri audio-video görüntülərdə təsbit olunmuşdur). İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddianın təmin olunması barədə yeni qərar çıxarılmalıdır. Cavabdehin iş materialarına əlavə olunmuş iddiaçı barəsində intizam tənbehi tətbiq edilməsi haqqında 10.09.2020-ci il tarixli, 1036/ş №-li əmrindən çıxarışın 1-ci bəndindən görünür ki, iddiaçı, Nazirliyin 1-ci ərazi X9 İdarəsinin X9 Şöbəsinin böyük inspektoru, daxili xidmət mayoru İddiaçı, vəzifələrinin icrası zamanı kobud pozuntulara yol vediyinə görə fövqəladə hallar orqanlarından xaric edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İşin birinci instansiya məhkəməsi tərəfindən araşdırılan hallarından və apellyasiya icraatı zamanı müəyyən edilən işin əhəmiyyət kəsb edən hallarından aydın olur ki, iddiaçının xidməti fəaliyyəti zamanı kobud pozuntulara yol verməsi faktları onun fəaliyyətinin yoxlanılması ilə bağlı tərtib olunmuş 28 avqust 2020-ci il tarixli aktda öz əksini tapmışdır. İşə əlavə olunmuş, cavabdeh nazirliyin əməkdaşları - X9 Xidmətinin Xüsusi Nəzarət Şöbəsinin rəis müavini X12, həmin Şöbənin böyük inspektoru X4, 1-ci ərazi X9 İdarəsinin Dövlət Yanğın Şöbəsinin rəisi X2,həmin Şöbənin rəis müavini X3, 1-ci ərazi X9 İdarənin Dəftərxana rəisi X5 tərəfindən imzalanmış həmin yoxlama aktında isə iddiaçının fəaliyyətində aşağıdakı nöqsanların aşkar olunduğu qeyd olunur: - “... nazirliyin 1-ci ərazi X9 İdarəsinin X9 Şöbəsinin böyük inspektoru, daxili xidmət mayoru İddiaçı xidməti yoxlanılmışdır. İddiaçı təhkim olunmuş xidməti ərazisində (18-19- 20-ci sahələrdə) 162 obyekt, onlardan 15 dövlət, 3 bələdiyyə, 144 özəl obyekt mövcuddur. Yoxlama zamanı yanğın-texniki müayinə keçmiş obyektlərin əksəriyyətində yanğın təhlükəsizliyi qaydalarının pozulmasına baxmayaraq bir neçəsinin VÖEN-i olduğu halda, həmin məlumatları Ədliyyə Nazirliyinin Vahid Məlumat Reestrinə daxil etməmihş, təhkim olunmuş obyektlərin bir neçəsinin VÖEN-i toplanmamış, VÖEN-siz fəaliyyət göstərilən obyektlər barədə idarə rəhbərliyinə təqrirlə məruzə etməmiş, əksəriyyət obyektlərin qovluqlarına lazımi sənədlər toplanmamış və obyektin qovluğunu nümunəvi yanğınnəzarət müşahidə qovluğunun tələblərinə uyğun tərtib etməmişdir. Təhkim olunduğu xidməti ərazisində (18-19-20-ci sahələr) inspektorların iş fəaliyyətinə nəzarəti zəif apararaq vəzifəsini tam icra etməmişdir...” Cavabdehin işə əlavə olunmuş, 10.09.2020-ci il tarixli, 1036/ş №-li “nazirliyin X9 Xidmətinin bəzi əməkdaşları barədə intizam tənbehinin tətbiq edilməsi haqqında” əmrində də, məhz, yoxlama akında göstərilənlərə uyğun olaraq aşağıdakılar qeyd olunur: - “...C Musayev xidməti vəzifələrini kobud şəkildə pozaraq təhkim olunduğu ərazidə yerləşən obyektlər barədə zəruri sənədləri toplayıb nəzarət-baxış qovluqlarına əlavə etməmiş, yanğın-texniki müayinə keçirdiyi obyektlərdə yanğın təhlükəsizliyi qaydalarının pozulması faktları aşkar edilməsinə baxmayaraq, əksəriyyətində onların aradan qaldırılması üçün müvafiq tədbirlər görməmiş, bəzi obyektləri dislokasiya üzrə qeydiyyatia almamış, nəzarət-baxış qovluqlarını tərtib etməmiş...,bununla da onlar “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanunun 10.0.1-ci maddəsinin tələblərini pozmuşdur...” Birincisi, hər iki halda pozuntu halları ümumi şəkildə təsbit olunur. Pozuntunun element və tərkibinin nədən ibarət olduğu, hansı əsaslara söykəndiyi açıqlanmır. Obyektlərə dair qovluqlarda məhz hansı sənədlərin mövcudluğu tələb edildiyi və hansı normativ əsaslara söykənən lazımi sənədləri toplanmalı olduğu bilinmir və buna aydınlıq gətirilmir. Ümumiyyətlə, “kobud pozuntular” adı altında aktda və əmrdə sadalanan hallar konkret əsaslandırmadan kənar, sənədə-sübuta əsaslanmyaan faktları özündə əks etdirir. Bu həmin sənədlərin məzmunundan da aydın görünür. İkincisi, yoxlama aktını imzalayan əməkdaşların şahid ifadələrindən görünür ki, onlardan Elmar Məmmədov, Rauf Ələsgərov və İbrahim Hacıyev yoxlmada iştirak etməmiş, sadəcə yoxlama barədə 28 avqust 2020-ci il tarixli aktı sonradan imzalamışlar. Şahid Hacı Hacıyev isə yoxlamada iştirak etdiyini bildirsə də onun tərəfindən nələr yoxlandığını, nəyi və hansı konkret faktların aşkar edildiyi detallalları ilə açıqlaya bilməmiş, sadəcə olaraq tapşırıq əsasında yoxlama aparıldığını bildirmiş, hətta qeyri-müəyyən şəkildə qovluqların çox olduğunu bildirmişdir ki, bu da iddiaçıya təhkim olunmuş 162 obyektin hamısının qovluğunun olmaması anlamını verə bilməz. Digər şahid Cabir İsgəndərov isə yoxlamada nöqsanların aşkarlanmasında iştirak etdiyini bildirsə də iddiaçıya təhkim olunmuş 162 obyektin hamsının qovluğu olub-olmadığını bilmədiyini qeyd etmişdir. Ümumyyətlə, hər iki şahid yoxlamanı konkret nəyi yoxladıqlarını, yoxlamanın detallarını açıqlaya bilməmişdir ki, həmin məhkəmə iclasının audio-video yazısından da bütün bunlar aydın görünür. Onu da qeyd etmək lazımdır ki, tədqiq olunan yoxlama aktında iddiaçı tərəfindən nəzarət-baxış qovluqlarının tərtib edilmədiyi qeyd olunsa da, apellyasiya mərhələsində müəyyən olunmuşdur ki, qovluqlar mövcuddur. Belə ki, məhkəmənin tələbi ilə cavabdehin nümayəndəs tərəfindən qovluqlardan nümunələr təqdim olunmuşdur ki, həmin qovluqlarda da obyektlər barədə müvafiq məlumatlar məlumatların mövcud olduğu müəyyən edilmişdir. Yoxlama aktında, konkret olaraq hansı obektlərə dair qovluqların tərtib olunmadığı da sadalanmır. Digər tərəfdən mübahisələndirilən əmrdə bəzi obyektlərin dislokasiya üzrə qeydiyyatia alınmadığı kobud pozuntular sırasında adı hallansa da, tədqiq olunan 28.08.2020-ci il tarixli yoxlama aktında bu barədə faktlar qeyd olunmamışdır. Qeyd olunan əməkdaşların şahid ifadələrindən isə görünür ki, iddiaçıya təhkim olunmuş lakin qeyd edilməyən dislakasiyadan kənar obyektlər aşkar edildiyi təsdiq olunmur. Eyni zamanda, hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş 1-ci ərazi X9 İdarəsinin rəsi İsmayıl Haşımova ünvanlanmış yoxlamadan əvəlki dövrə (04.06.2020, 13.02.2020 və s.) təqrirlərdən görünür ki, sahədə dislokasiyadan kənar obyektlərin obyektlərin mövcud olmadığı məruzə olunmuşdur. Göründüyü kimi, istər yoxlama aktında, istərsə də əmrdə iddiaçının xidməti vəzifələrini pozması halları qeyd olunsa da, xidməti vəzifələrini əks etdirən normativ sənədlə əsaslandırılmır, belə sənədlə üzərinə düşən funksional öhdəliyinin nədən ibarət olduğu konkret şəkildə göstərilmir. İşə əlavə olunmuş, 28 avqust 2020-ci il tarixdə iddiaçıdan alınmış izahata gəldikdə isə həmin izahatda iddiaçı tərəfindən suallar ümumi şəkildə cavablandırılması və həmin cavabların konkret faktları əks etdirməməsi və işin hazırda tədqiq olunan sübutlarla müəyən olunan halları baxımından, iddiaçının yoxlama aktında və əmrdə qeyd olunan kobud pozuntu halarının həqiqliyi kimi qəbul edilməsi istisna edilir. Beləliklə də işin tədqiq olunan sübutlarla müəyyən edilən halları onu deməyə əsas verir ki, faktiki olaraq yoxlama həyata keçirilməmiş, sadəcə olaraq formal şəkildə 28 avqust 2020-ci il tarixində yoxlama barədə akt tərtib olunaraq, adıçəkilən əməkdaşlar tərəfindən imzalanmışdır. Ən azından, yoxlama aktında iddiaçının yoxlamada iştirakının təmin olunması barədə məlumatın və onun həmin aktla tanış edilməsi ilə bağlı imzasının mövcudluğu müəyyən edilmir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 21.1-ci maddəsinə əsasənqanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 25.8-ci maddəsinə əsasən maraqlı şəxsin inzibati icraatla bağlı sənədlərin və digər materialların surətlərini əldə etmək hüququ vardır. Həmin Qanunun 22.1-ci maddəsinə əsasən inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, mübahisəli yoxlama aktında kobud pozuntuları əks etdirən məlumatların mötəbər məlumatlar kimi qəbul edilə və həqiqəti əks etdirən məlumatlar kimi qiymətləndirilə bilməz. Belə olan halda, cavabdehin 10.09.2020-ci il tarixli, 1036/ş №-li əmrində sadalan kobud pozuntu hallarının da həqiqəti əks etdirməsi istisna edilir. Bütün bunlar isə onu deməyə əsas verir ki, həmin əmr iddiaçının xidmətdən xaric edilməsi hissəsində əsassızdır. “Fövqəladə hallar orqanlarında xidmət çəkmə haqqında” Qanununun 31.1-ci və 31.1.8-ci maddələrinin mənasından da məhz görünür ki, bu Qanunun 10-cu maddəsində nəzərdə tutulan vəzifələrini yerinə yetirməyən, kobud pozuntulara yol vermiş əməkdaş barəsində “fövqəladə hallar orqanlarından xaric etmə” kimi ən ağır intizam tənbehi tətbiq oluna bilər. Onu da qeyd etmək lazımdır ki, iş materiallarına əlavə olunmuş 1-ci ərazi X9 Şöbəsində aparılmış yoxlamanın nəticələrinə dair arayışa əsasən iddiaçının xidməti fəaliyyəti ilə bağlı tərtib olunmuş 28 avqust 2020-ci il tarixli aktın tərtib olunmasından 10 gün əvvəl, 17-20 avqust 2020-ci il tarixlərində cavabdeh nazirliyin 29 iyul 2020-ci il tarixli əmrinə əsasən qeyd edilən 1-ci ərazi X9 Şöbəsi üzrə kompeleks yoxlama keçirilmiş və bu zaman iddiaçının xidməti fəaliyyəti ilə bağlı konkret iradlar mövcud olmamışdır. Bundan əlavə, işə əlvə edilmiş iddiaçının xidməti vərəqinə (siyahısına) əsasən müəyyən olunur ki, xidmətə başladığı 15.07.2002-ci il tarixindən, xidmətdən xaric edidiyi 20.09.2020-ci il tarixinə qədər olan (18 il) müddət ərzində iddiaçı barəsində heç bir intizam tənbehinin də tətbiq edildiyi müəyyən olunmur. “İnzibati icraat haqqında Qanunun 22.1-ci maddəsinə əsasən inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Həmin Qanunun 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. İddiaçının fəaliyyəti ilə bağlı tərtib olunmuş yoxlama aktına, mübahisələndirilən əmrin məzmununa, işdə iştirak edən şəxsərin izahatlarına və şahid ifadələrinə və tədqiq olunan digər sübutlara əsasən isə müəyyən olunur ki, iddiaçı barəsində aparılan inzibati icraat cavabdeh tərəfindən inzibat icraat haqqında hüquq normalarına uyğun aparılmamış, onun xidmətdən xaric edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilməmişdir. Halbuki, sözügedən Qanunun 61.1-ci və 61.2-ci maddələrinin tələbinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İPM-in 14.1-ci maddəsi isə nəzərdə tutur ki, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin 10.09.2020-ci il tarixli, 1036/ş №-li əmri ilə iddiaçıya münasibətdə intizam tənbehi qismində onun xidmət xaric edilməsi əsassız və qanuna zidd olmuş, qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 70.1-ci maddəsinin tələbindən isə görünür ki, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Birinci instansiaya məhkəməsinin qərarından isə görünür ki, iş üzrə hərtərəfli araşdırma aparılmamış, əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılmamış, əmrdə kobud pozuntular kimi göstərilən haların həqiqiliyi mötəbər sübutlarla təsdiq edilmədiyi halda, məhkəmə əsassız olaraq iddiaçının tələbini rədd etmişdir. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1919/2021 saylı, 22.06.2021ci il tarixli qərarı ləğv edilməli, iddia təmin olunmalı və cavabdeh Аzərbаycаn Rеspublikаsının Cavabdeh 10.09.2020-ci il tarixli,1036/ş nömrəli əmri iddiаçı İddiaçı xidmətdən xaric edilməsi hissəsində ləğv edilməli və onun xidmətinə bərpa olunması, buraxılmış günlərinə görə ona əmək haqqı ödənilməsi barədə yeni qərar çıxarılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1919/2021 saylı, 22.06.2021-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia təmin edilsin. Cavabdeh Аzərbаycаn Rеspublikаsının Cavabdeh 10.09.2020-ci il tarixli,1036/ş №-li əmri iddiаçı İddiaçı xidmətdən xaric edilməsi hissəsində ləğv edilsin. İddiaçı xidmətinə bərpa olunması və buraxılmış iş günlərinə görə ona əmək haqqı ödənilməsi Azərbaycan Respublikasının Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar