Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-214/2024 30.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin cavabdeh "xxxx" MMC-yə qarşı “sənədlərin təqdim edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5959/2023 saylı, 20 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli Göstərişinin (maliyyə sanksiyasının ödənilməsi hissəsi istisna olmaqla) məcburi icrasının təmin edilməsi və 2021-ci il və 2022-ci ilin ötən dövrü ərzində yağ məhsullarının istehsalında istifadə edilən xammalın və hazır yağ məhsullarının idxalına dair cədvəl məlumatlarının, 2021-ci il və 2022-ci ilin ötən dövrü ərzində yağ məhsullarının aylar üzrə topdansatış qiymətləri və satış həcmi barədə cədvəl məlumatlarının, 2021-ci il və 2022-ci ilin ötən dövrü ərzində illər üzrə ayrı-ayrılıqda istehsal və idxal olunan yağ məhsulları üzrə gəlir, xərc, mənfəət və rentabellik göstəricilərin, 2021 və 2022-ci ilin ötən dövrü ərzində istehsal və idxal edilən yağ məhsullarının satış qiymətlərində dəyişikliklər baş verdiyi tarixlərdə (gün, ay, il) hər bir məhsul çeşidi üzrə maya dəyəri, gəlir, xərc (xərc maddələri tam açıqlamaqla), mənfəət, rentabellik və dövrlər aralığında satış həcmi göstəriciləri barədə cədvəl məlumatlarının Dövlət Xidmətinə təqdim edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaranmış zərurətlə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (bundan sonra - Dövlət Xidməti) xx.xx.2022-ci il tarixli AİBNDX-06/07-5/3614 nömrəli məktubu ilə “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə, habelə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsi”nin 4.0.5-ci bəndinə əsasən marqarin yağı, palma yağı, duru yağlar, bitki və heyvan mənşəli qarışıq digər yağ məhsullarına dair sənəd və məlumatların Xidmətə təqdim edilməsi “Bakı Qida və Yağ Fabriki" MMC-dən (Bundan sonra- Cəmiyyət) xahiş edilmişdir. Həmin məktubla məlumatların və sənədlərin verilməməsinə, yaxud düzgün olmayan məlumatların verilməsinə görə “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən məsuliyyət daşıdıqları “Bakı Qida və Yağ Fabriki" MMC-nin nəzərinə çatdırılmışdır. Cəmiyyətin Dövlət Xidmətinə daxil olmuş xx.xx.2022-ci il tarixli BY 176 nömrəli məktubunda (daxilolma qeydiyyatı: 5/3735, xx.xx.2022-ci il) “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunlarında nəzərdə tutulmuş hallar üzrə və qaydada Xidmət tərəfindən sorğu daxil olduqda yoxlama və araşdırma məqsədilə müvafiq məlumatların "xxxx" MMC tərəfindən təqdim ediləcəyi bildirilmiş, lakin tələb olunan sənəd və məlumatlar təqdim edilməmişdir. Bununla əlaqədar, “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci bəndinin tələblərinin pozulması əlamətləri üzrə "xxxx" MMC barəsində xx.xx.2022-ci il tarixdə iş qaldırılmış, işə baxılması iclası xx.xx.2022-ci il tarixinə təyin edilmiş, eyni zamanda Xidmətin xx.xx.2022-ci il tarixli AİBNDX-06/07-5/3614 nömrəli məktubu ilə tələb olunan sənəd və məlumatların təqdim edilməsi xx.xx.2022-ci il tarixli Qərarla "xxxx" MMC-dən xahiş edilmişdir. "xxxx" MMC-nin Xidmətə daxil olmuş xx.xx.2022-ci il tarixli BY 185 nömrəli etiraz məktubunda (daxilolma qeydiyyatı: 5/4263, xx.xx.2022-ci il) “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamaların xx.xx.2023-cü il tarixinədək dayandırıldığı və bu müddət ərzində yoxlama aparıla bilən istisna yoxlanılan sahələr içərisində antiinhisar qanunvericiliyi ilə bağlı yoxlamaların nəzərdə tutulmadığı bildirilmişdir. “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə, habelə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsi”nin 4.0.5ci bəndinə əsasən çay məhsullarına dair sənəd və məlumatların Xidmətə təqdim edilməsi “X7 Fabriki” MMC-dən xahiş edilmiş və müəssisə tərəfindən həmin sənəd və məlumatlar Xidmətə təqdim edilmişdir. Həm “X7 Fabriki” MMC-nin, həm də "xxxx" MMC-nin təsisçisi eyni şəxs olmasına baxmayaraq, eyni işə dair müəssisələr tərəfindən Dövlət Xidmətinin tapşırığına fərqli cür yanaşılmışdır. “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci bəndinin tələblərinə və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsi”nə əsasən müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək, onlardan belə məlumatları (sənədləri) almaq Xidmətin hüquqlarındandır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Beləliklə, işin həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”nın 2.1-ci bəndinə əsasən yaradılmış Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxan Komissiyanın “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılması haqqında” xx.xx.2022-ci il tarixli Qərarına əsasən tələb olunan sənəd və məlumatlar "xxxx" MMC tərəfindən təqdim edilməmişdir. “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 109s nömrəli Sərəncamın 1.2-ci bəndinə əsasən daxili bazarda qiymət manipulyasiyası üzərində nəzarətin gücləndirilməsi istiqamətində ölkədə sağlam rəqabət mühitinin gücləndirilməsi, o cümlədən inhisarlaşma, bazarların bölüşdürülməsi, razılaşdırılmış qiymətlərin tətbiq edilməsi hallarının və qiymət manipulyasiyasının qarşısının alınması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aparılan nəzarət tədbirləri barədə ayda bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.3 və 3.0.6-cı bəndlərinə əsasən antiinhisar qanunvericiliyinin tələblərinə riayət olunmasına dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək, inhisarçılıq və haqsız rəqabət fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin və istehlakçıların mənafelərinin pozulmasına gətirib çıxaran və ya gətirib çıxara bilən hərəkətlərin qarşısının alınması ilə bağlı antiinhisar qanunvericiliyi ilə səlahiyyətlərinə aid edilmiş, habelə antiinhisar qanunvericiliyinin pozulması və sahibkarlıq fəaliyyətinin ədalətsiz üsullarla aparılması haqqında işlərə baxmaq, bazar subyektlərinin tətbiq etdiyi haqsız rəqabət hallarının, təsərrüfat subyektlərinin kartel sövdələşmələrinin aşkarlanması və aradan qaldırılması, bazarda ilkin vəziyyətin bərpa edilməsi, həmçinin qanun pozuntusuna yol vermiş şəxslərin antiinhisar qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görmək Xidmətin vəzifələrindən biri kimi müəyyən edilmişdir. Habelə, həmin Əsasnamənin 4.0.5-ci bəndinə əsasən Xidmətin müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək, onlardan belə məlumatları (sənədləri) almaq hüquqları vardır. Yuxarıda qeyd edilənlərə əsasən, Dövlət Xidməti antiinhisar qanunvericiliyinin tələblərinə riayət olunmasına dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin və istehlakçıların mənafelərinin pozulmasına gətirib çıxaran və ya gətirib çıxara bilən hərəkətlərin qarşısını almaq məqsədilə "xxxx" MMC barəsində “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 1-ci bəndinin üçüncü abzasına əsasən 5500 manat (beş min beş yüz manat) maliyyə sanksiyası şəklində cərimənin tətbiq edilməsi və Dövlət Xidmətinin antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılmasına dair xx.xx.2022-ci il tarixli Qərar və həmin Qərarın icrası barədə xx.xx.2022-ci il tarixli Göstəriş qəbul etmişdir. Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli Göstərişi Cəmiyyətə xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə rəsmi qaydada çatdırılsa da, icrası hazırkı tarixədək təmin edilməmişdir. “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının öz vəzifə və funksiyalarını yerinə yetirmək üçün dövlət idarəetmə orqanlarından, təşkilati-idarəetmə qurumlarından, təsərrüfat subyektlərindən, vəzifəli şəxslərdən zəruri olan hər bir məlumat, o cümlədən antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı yazılı (şifahi) izahatlar almaq hüququ vardır. İddiaçı “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydalar”ına istinad edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair məhkəməyə ünvanladığı yazılı münasibətdə bildirmişdir ki, inzibati hüquq mübahisələri inzibati orqanla (müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr və s.) fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul olunması, ləğv olunması, dəyişdirilməsi, eləcə də inzibati orqanın inzibati aktla bağlı olmayan hərəkət və ya hərəkətsizliyi ilə bağlı fiziki və hüquqi şəxslər tərəfindən mübahisələndirilən mübahisələri nəzərdə tutur. Hazırkı vəziyyətdə iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin cavabdeh "xxxx" MMC-yə qarşı “Dövlət Xidmətinin xx.xx.2022ci il tarixli göstərişinin məcburi icrası baradə” tələbi barədə iddiası AR İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məhkəmə icraatı qaydasında baxılan iddialar siyahısına daxil olmadığı üçün mövcud iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Buna görə də iddia İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə uyğun olaraq, mümkünsüz sayılmalıdır. Lakin iddiaçı iddia ərizəsində ilk öncə iddiasının mümkünlüyünü əsaslandırmalı olduğu halda, bu hissədə heç bir hüquqi əsaslandırma həyata keçirməmiş, yalnız Dövlət Xidmətinin fiziki şəxs X2 qarşı sənəd və məlumatların təqdim edilməsi barədə xx.xx.2022-ci il tarixli AİBNDX-14/01-8/116 nömrəli iddia ərizəsinin Sumqayıt İnzibati Məhkəməsi tərəfindən icraata qəbul edilməsini əsas gətirmişdir. Bununla da əslində iddiasının inzibati mühakimə icraatı qaydasında baxılmamalı olduğunu etiraf etmiş, sadəcə iddiası üzrə məhkəmə aidiyyətinin AR İPM-nin 2-ci maddəsi ilə əsaslandırmalı olduğu halda, Sumqayıt İnzibati Məhkəməsinin müvafiq qərarı ilə əsaslandırmışdır ki, bu da qəbuledilməz və yolverilməzdir. Cavabdeh hesab edir ki, Sumqayıt İnzibati Məhkəməsinin müvafiq iddia ərizəsinin icraata qəbul edilməsi ilə bağlı qərarı məhkəmə aidiyyətinin müəyyənləşdirilməsinə, dolayısıyla da, iddianın mümkünlüyünə əsas ola bilməz. Qeyd olunanlara əsasən iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5959/2023 saylı, 20 aprel 2023-cü il tarixli qərarı (hakim T.Məlikov) ilə iddia tələbi təmin edilərək, Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli göstərişinin (maliyyə sanksiyasının ödənilməsi hissəsi istisna olmaqla) məcburi icrasının təmin edilməsi və 2021-ci il və 2022-ci ilin ötən dövrü ərzində yağ məhsullarının istehsalında istifadə edilən xammalın və hazır yağ məhsullarının idxalına dair cədvəl məlumatlarının, 2021-ci il və 2022-ci ilin ötən dövrü ərzində yağ məhsullarının aylar üzrə topdansatış qiymətləri və satış həcmi barədə cədvəl məlumatlarının, 2021-ci il və 2022-ci ilin ötən dövrü ərzində illər üzrə ayrı-ayrılıqda istehsal və idxal olunan yağ məhsulları üzrə gəlir, xərc, mənfəət və rentabellik göstəricilərin, 2021 və 2022-ci ilin ötən dövrü ərzində istehsal və idxal edilən yağ məhsullarının satış qiymətlərində dəyişikliklər baş verdiyi tarixlərdə (gün, ay, il) hər bir məhsul çeşidi üzrə maya dəyəri, gəlir, xərc (xərc maddələri tam açıqlamaqla), mənfəət, rentabellik və dövrlər aralığında satış həcmi göstəriciləri barədə cədvəl məlumatların Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əməkdaşı xx.xx.2022-ci il tarixli AİBNDX-06/07-5/3614 nömrəli məktub ilə cavabdeh "xxxx" MMC-yə müraciət edərək 2021-ci il və 2022-ci ilin ötən dövrü ərzində yağ məhsullarının istehsalında istifadə edilən xammalın və hazır yağ məhsullarının idxalına dair cədvəl məlumatlarının, 2021-ci il və 2022-ci ilin ötən dövrü ərzində yağ məhsullarının aylar üzrə topdansatış qiymətləri və satış həcmi barədə cədvəl məlumatlarının, 2021-ci il və 2022-ci ilin ötən dövrü ərzində illər üzrə ayrı-ayrılıqda istehsal və idxal olunan yağ məhsulları üzrə gəlir, xərc, mənfəət və rentabellik göstəricilərin, 2021 və 2022-ci ilin ötən dövrü ərzində istehsal və idxal edilən yağ məhsullarının satış qiymətlərində dəyişikliklər baş verdiyi tarixlərdə ,nüg) ay, il) hər bir məhsul çeşidi üzrə maya dəyəri, gəlir, xərc (xərc maddələri tam açıqlamaqla), mənfəət, rentabellik və dövrlər aralığında satış həcmi göstəriciləri barədə cədvəl məlumatlarının Dövlət Xidmətinə təqdim edilməsi tələb olunmuşdur. Cavabdeh "xxxx" MMC-nin BY 176 nömrəli, xx.xx.2022-ci il tarixli cavab məktubu ilə Dövlət Xidmətinə bildirilmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunlarında nəzərdə tutulmuş hallar üzrə və qaydada sorğunuz daxil olduqdan sonra yoxlama və araşdırma məqsədilə müvafiq məlumatların təqdim edilməsi təmin ediləcəkdir. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 29 noyabr 2022-ci il tarixli qərarına əsasən, "xxxx" MMC “Antiinhisar fəaliyyəti haqqında” qanunun 16.1-ci maddəsinin tələblərinin pozulmasında təqsirli bilinərək 5500 AZN maliyyə sanksiyası şəklində cərimə edilmiş və xx.xx.2022-ci il tarixli AİBNDX-06/07- 5/3614 nömrəli məktub ilə tələb olunan sənəd və məlumatların İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edilməsi qərara alınmışdır. Dövlət Xidmətinin 05 dekabr 2022-ci il tarixli göstərişinə əsasən xx.xx.2022-ci il tarixli AİBNDX-06/07-5/3614 nömrəli məktub ilə tələb olunan sənəd və məlumatların xx.xx.2022-ci il tarixinə kimi Dövlət Xidmətinə təqdim edilməsi tələb edilmişdir. Bundan sonra, iddiaçı məlumatların tələb edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5959/2023, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 1.1.1; 2.2; 3.2-ci maddələrinin və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunun 1; 2.1; 3.1-ci maddələrinin tələblərini kobud şəkildə pozmaqla qərar qəbul etmişdir. Belə ki, iddiaçı qurumun barələrində başlatdığı yoxlamalar müvafiq icra hakimiyyəti orqanının vahid məlumat reyestrində qeydə alınmadığı, məlumatların verilməsindən də məhz buna görə imtina verildiyi, ümumiyyətlə, ölkə ərazisində sahibkarlıq sahəsində yoxlamaların 01 yanvar 2024-cü ilədək dayandırıldığı və istisna təşkil edən yoxlama aparan orqanlar siyahısında iddiaçı qurumun olmamasını nəzərə aldıqda iddiaçı qurumun Cəmiyyət barəsində antiinhisar yoxlamaları apararaq kommersiya xarakterli sənədləri tələb etməsi, hətta bu məhkəmə qərarı vasitəsilə olsa da belə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunun tələblərinin pozulması anlamına gəlir və buna görə də məhkəmə iddia tələblərinin rədd edilməsi barədə qərar qəbul etməli idi. Birinci instansiya məhkəməsi isə bu dəlillə bağlı öz qərarında aşağıdakı kimi qeyd etmişdir: “Məhkəmə cavabdehin imtina dəlilinə münasibətdə bildirir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununda yoxlamanın anlayışı və qaydası aydın şəkildə göstərilmişdir. Hazırkı halda mübahisə məlumatlar və sənədlərin təqdim edilməsi ilə bağlıdır. Həmin sənədlərin tələb edilməsi iddiaçının antiinhisar qanunvericiliyindən irəli gələn hüququ, cavabdehin isə təsərrüfat subyekti kimi onları təqdim etmək vəzifəsi olduğundan bu fəaliyyət yoxlama kimi qiymətləndirilməməli, əslində antiinhisar qanunvericiliyinin pozulması hallarının müəyyən olunması məqsədlərinə xidmət edən və bununla bağlı icraatın tərkib hissəsi sayılmalıdır”. Yəni birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı inzibati orqanın cavabdehdən sənəd və məlumat tələb etməsi yoxlama kimi yox, antiinhisar qanunvericiliyinin pozulması hallarının müəyyən olunması ilə bağlı aparılan icraatın tərkib hissəsidir. Birinci instansiya məhkəməsinin bu cür mövqeyi hüquqi cəhətdən əsassız olmaqla qeyri-qanunidir. Belə ki, əvvəla “yoxlama” sözünün anlayış və mahiyyətinə diqqət yetirmək gərəklidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunu sahibkarlıq sahəsində aparılan yoxlama ifadəsinə aşağıdakı kimi anlayış və mahiyyət verir: 1.1.1. sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Göründüyü kimi, qanunvericilik yoxlama anlayışına izah verərkən yoxlamanın hüquqi elementlərini a) məcburi tələblərin yerinə yetirilməsinin qiymətləndirilməsi və b) nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanı olaraq dəqiqləşdirmiş, yoxlayıcı orqanın ərazilərə gəlməsi ilə bağlı elementi qeyd etməmişdir. Mahiyyət etibarilə, iddiaçı qurum tərəfindən Cəmiyyətdən kommersiya xarakterli sənədlər tələb edilməklə Cəmiyyətin sahibkarlıq sahəsində qanunla müəyyənləşdirilmiş məcburi tələbləri (antiinhisar və haqsız rəqabət qaydaları) yerinə yetirib-yetirməməsi yoxlanılır və bunun nəticəsində də Cəmiyyətə müvafiq məsuliyyət tədbirləri tətbiq edilə bilər. Belə olduğu təqdirdə cavabdeh qurumun fəaliyyətinin yoxlama kimi qiymətləndirilməməsi qanunvericiliyin tələblərinə və hüquqaziddir. Bundan əlavə, hansı icraatların yoxlama kimi qiymətləndirilmədiyi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.2 və 2.2-1-ci maddələrində dəqiq olaraq göstərilmişdir. Belə ki, həmin maddələrin tələblərinə görə bu qanun vergi yoxlamalarına, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara və maliyyə bazarları sahəsində aparılan yoxlamalara, həmçinin, cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir. Lakin birinci instansiya məhkəməsi iddiaçı qurumun apardığı icraatın qanunda qeyd olunan istisnalar siyahısında olmamasına baxmayaraq, özbaşına olaraq istisna kimi qiymətləndirmiş və iddiaçının cavabdehlə bağlı həyata keçirdiyi icraatı yoxlama kimi nəzərə almamışdır. Həmçinin, sırf qeyd olunan məsələ ilə bağlı Ali Məhkəmənin İnzibati Kollegiyasının qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli məhkəmə qərarı mövcuddur. Həmin Qərarda da iddiaçı qurumun apardığı icraat sahibkarlıq sahəsində yoxlama kimi dəyərləndirilərək aşağıdakı kimi qeyd edilir: 48. Cavabdeh yoxlamanın yerlərə getmədən aparıldığını bildirərək qeyd olunan normanın hazırkı hala tətbiqini düzgün hesab etmir. Bununla bağlı qeyd edilməlidir ki, cavabdeh qanun pozuntusu əlamətlərinin mövcud olubolmadığını sübuta yetirmək məqsədilə yerlərdə, həmçinin yerlərə getmədən yoxlama aparmaq hüququna malikdir. 49. Cavabdeh inzibati orqan iddiaçının fəaliyyət göstərdiyi yerlərə getmədən yoxlama apardığını bildirir və qanunvericiliyin tələbinə görə onun aparılan yoxlama çərçivəsində belə bir səlahiyyəti mövcud olub. Lakin cavabdeh inzibati orqan həmin səlahiyyətindən istifadə edib-etməməsindən, yəni yerlərə gedibgetməməsindən asılı olmayaraq yoxlamanı müvafiq Reyestrdə qeydiyyata almalı idi. 50. Bəzi yoxlama növləri üzrə qanunverici inzibati orqana yerlərə getmək səlahiyyəti olmadan yoxlama aparmaq hüququ vermişdir. İnzibati orqanın yerlərə getmək səlahiyyəti olmadan aparacağı yoxlamanın qeydiyyatdan keçməsini qanunverici nəzərdə tutmamışdır. Cavabdehin apardığı yoxlama bu növ yoxlamalara aid olmamışdır. Cavabdehin hazırkı yoxlama növündə iddiaçının fəaliyyət göstərdiyi yerdə yoxlama aparmaq səlahiyyəti olmuşdur. Odur ki, cavabdehin yerlərə getmək niyyətindən asılı olmayaraq onun apardığı hazırkı yoxlama dövlət reyestrində qeydiyyata alınmalı olduğu halda, yoxlama dövlət reyestrində qeydiyyata alınmamışdır. 51. Beləliklə, cavabdeh tərəfindən aparılan yoxlama dövlət reyestrində qeydiyyata alınmadığından, apardığı yoxlamanın heç bir hüquqi nəticəsi olmamışdır. Bu isə cavabdehin 12 iyul 2019-cu il tarixli qərarının mübahisə olunan hissədə ləğv edilməsi üçün əsasdır. Göründüyü kimi, Ali Məhkəmə yoxlama ifadəsini analiz edərkən qanunda ona verilmiş anlayışı əsas götürmüş və iddiaçı qurumun apardığı icraatı sahibkarlıq sahəsində yoxlama kimi qiymətləndirmişdir. Bu qərar üzrə dəlilə verilən hüquqi qiymət və yaranan hüquqi nəticə mülki və inzibati prosessual qanunvericiliyə görə Ali Məhkəmə tərəfindən fərqli hüquqi nəticəsi müəyyənləşdirən kollegiyaların məhkəmə təcrübəsinin vahidliyini təmin edən qərardad qəbul edilənədək öz hüquqi qüvvəsini qoruyub saxlamaqdadır. Belə olduğu təqdirdə Ali Məhkəmənin qeyd olunan qərarı və müvafiq hüquqi nəticə (tövsif) hazırki iş üzrə məcburi hüquqi qüvvəyə malikdir. Məhkəmə qərarının ləğv edilməsi üçün ən ciddi əsas ondan ibarətdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci və 35-ci maddələrinin tələblərini iş üzrə tətbiq etməmiş, Ali Məhkəmənin 10 aprel 2015-ci il tarixli Plenum Qərarı və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli Qərarı ilə formalaşmış hüquqi mövqeyi yanlış tətbiq etmiş, hüquqi cəhətdən mümkünsüz olan iddianı mümkün sayaraq iddiaya mahiyyəti üzrə baxmış və onun təmin edilməsi barədə qərar qəbul etmişdir. Belə ki, işin gedişatı ərzində cavabdeh iddianın mümkünsüz sayılması barədə əsaslandırılmış vəsatətlə məhkəməyə müraciət etmiş və iddianın mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə isə iddianı mümkün hesab etmiş və bu qənaətini İnzibati Prosessual Məcəllənin müvafiq 2.2-ci maddəsi ilə əsaslandırmadan, yəni iddianın həmin maddənin tələbləri baxımından hansı növ iddia olduğunu aydınlaşdırmadan sadəcə aşağıdakı kimi qeyd etməklə kifayətlənmişdir: “Məhkəmə iddianın mümkünlük məsələsinə münasibətdə qeyd edir ki, iddia Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qanunla nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməklə bağlı fəaliyyətindən irəli gəldiyindən mübahisəyə ümumi hüquq tətbiq olunmalıdır. Belə ki, iddiaçı inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirərkən ümumi hüququn nizama salma predmetinə aid hüquq və vəzifələri həyata keçirməklə, qarşı tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmiş olur. Bu səbəbdən, tərəflər arasındakı münasibətlər ümumi hüquqla tənzimləndiyinə görə iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir”. Halbuki, iddianın mümkün hesab olunmasının ilk mərhələsi onun Azərbaycan Respublikası İPM-nin 2.2-ci maddəsində göstərilmiş hansı iddia növünə aid olmasının müəyyənləşdirilməsi ilə aparılır. Lakin Məhkəmə bu cür müəyyənləşdirmə aparmamış, iddiaçı tərəfindən qaldırılan iddianın inzibati qanunvericiliklə hansı iddia növünə (məcburetmə, öhdəliyin icrası haqqında, müəyyən hərəkətləri etməkdən çəkinmə və s.) aid olunduğu müəyyən etməmiş, sadəcə iddianın mümkün olmasını qeyd etməsi ilə kifayətlənmişdir. Hazırki işdə iddiaçının məhz inzibati mühakimə icraatı çərçivəsində bu cür bir iddia qaldırması inzibati prosessual qanunvericiliyə birbaşa ziddir. Çünki inzibati mühakimə icraatında məhkəmə aidiyyatı yalnız İPM və onun tələbləri ilə müəyyənləşdirilir. Lakin həm iddiaçı, həm də birinci instansiya məhkəməsi nəzərə almamışlar ki, inzibati mühakimə icraatında mübahisə predmeti inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir və bu işlərdə iddiaçı bir qayda olaraq fiziki və hüquqi şəxslər olurlar. Belə olduğu təqdirdə iddiaçı inzibati orqanın fiziki və hüquqi şəxsə qarşı inzibati iddia qaldırması inzibati prosessual qanunvericiliyin tələbləri baxımından qəbuledilməzdir. İddianın mümkünlüyü adlanan İnzibati Prosessual Məcəllənin 35-ci maddəsinin mətni ilə tanış olduqda da açıq-aşkar görünür ki, mübahisə predmeti kimi qanunvericilik fiziki və hüquqi şəxslərin yox, məhz inzibati orqanların müəyyən hərəkəti etmək öhdəliyinin iddia predmeti olacağını nəzərdə tutur. Yəni 35-ci maddənin tələbləri baxımından bir inzibati iddianın mümkün sayılması üçün o, əsasən, aşağıdakı elementlərə malik olmalıdır: 1. SUBYEKTİV HÜQUQ: İddia inzibati orqanın qəbul etdiyi və ya qəbul etməkdən imtina etdiyi inzibati aktla bağlı olmalı və ya iddia inzibati orqanın inzibati akt qəbul etməklə bağlı olmayan hərəkəti və hərəkətsizliyi ilə bağlı olmalı; 2. HÜQUQA MÜDAXİLƏ: Bunun nəticəsində fiziki və hüquqi şəxsin hüquqları və qanunla qorunan maraqları pozulmalı və bu pozuntu fiziki və hüquqi şəxslər tərəfindən əsaslandırılmalıdır. Lakin Məhkəmə nəzərə almamışdır ki, hazırki iddiada mübahisələndirilən predmet inzibati orqanın inzibati akt qəbul etməklə bağlı olmayan hərəkəti və hərəkətsizliyi yox, fiziki və hüquqi şəxsin hərəkətsizliyidir ki, bu da inzibati məhkəmə icraatının predmeti hesab oluna bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarının 12-ci maddəsinə görə inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Göründüyü kimi, Ali Məhkəmə Plenum Qərarı vasitəsilə öhdəliyin icrası haqqında iddiaların predmetinin fiziki və hüquqi şəxslərin hərəkətləri yox, yalnız inzibati orqanların hərəkətləri olmasını vurğulamışdır. Yəni məhkəmədə fiziki və hüquqi şəxslərin yox, inzibati orqanların hərəkətləri (hərəkətsizlikləri) mübahisələndirilir. Lakin bu hal birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış, tam tərsinə qiymətləndirilmiş, nəticədə mümkünsüz iddia ərizəsinin mümkün sayılaraq baxılması barədə qərar qəbul edilməsi ilə nəticələnmişdir. Bundan əlavə, “İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsi ilə bağlı” AR Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında da İnzibati Prosessual Məcəllə və inzibati icraatın əsas vəzifələrinin nə olması ilə bağlı aşağıdakı hüquqi mövqe ortaya qoyulmuşdur: “İnzibati prosessual qanunvericiliyin səciyyəvi cəhətlərindən biri odur ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və yerli özünüidarəetmə sahəsində meydana çıxır və bu münasibətlərdə tərəflərdən biri mütləq icra hakimiyyəti orqanı, bələdiyyə və qanunla inzibati akt qəbul etmək səlahiyyəti verilən hər hansı bir subyektdir. Bu münasibətlərin iştirakçıları əvvəlcədən qeyri-bərabər olurlar, onlardan biri suverenlik daşıyıcısıdır və digər tərəfə, yəni fiziki və hüquqi şəxsə münasibətdə hakimiyyət səlahiyyətlərinə malik olur. İnzibati mübahisənin yaranması səbəbindən asılı olmayaraq, bir qayda olaraq, məhkəməyə müraciət edən tərəf fiziki və ya hüquqi şəxs olur. İPM-in qarşısında duran əsas vəzifə ictimai-hüquqi münasibətlər sahəsində dövlət hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, onların vəzifəli şəxslərinin, digər subyektlərin qanunla müəyyən edilmiş qaydada hakimiyyət idarəçiliyi sahəsindəki funksiyalarını yerinə yetirərkən yol verdikləri pozuntulardan fiziki şəxslərin hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin, habelə hüquqi şəxslərin hüquq və mənafelərinin qorunmasıdır”. Göründüyü kimi, yuxarıda qeyd olunan normaların və yüksək məhkəmələrin formalaşdırdığı hüquqi mövqelərin fonunda iddiaçı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin cavabdeh "xxxx" MMC-yə qarşı “məlumatların tələb edilməsi” barədə iddia ərizəsi mümkünsüz hesab olunmalı olduğu halda, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan normaları və hüquqi mövqeləri nəzərə almadan, heç bir hüquqi arqumentasiya irəli sürüb əsaslandırma aparmadan sadəcə bir cümlə ilə iddianın mümkün hesab olunduğunu bildirmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Növbəti məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehin nümayəndəsi və vəkilinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Hazırda məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5959/2023 saylı, 20 aprel 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki; -Cavabdeh "xxxx" MMC vergi orqanlarında vergi ödəyicisi kimi qeydiyyatdan keçərək sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün ********** saylı VÖEN almışdır. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilən “Antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması və tətbiq edilmiş maliyyə sanksiyasının ödənilməsi haqqında” 05 dekabr 2022-ci il tarixli Göstərişdən görünür ki, “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci bəndinin tələblərinin pozulması əlamətləri üzrə hüquqi ünvanı AZ1029, ünvan 1ağ Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - "Bakı Qida və Yağ Fabriki” MMC) barəsində qaldırılmış xx.xx.2022-ci il tarixil FA-53 nömrəli Antiinhisar qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyaları tətbiq edilməsi haqqında xx.xx.2022-ci il tarixli Qərarına əsaslanaraq, “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü, 17-ci və 18-ci maddələrini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”nın 3.7-ci bəndini rəhbər tutaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli AİBNDX- 06/07-5/3614 nömrəli məktub ilə tələb olunan sənəd və məlumatları xx.xx.2022-ci il tarixinədək təqdim edilməsi, Komissiyanın xx.xx.2022-ci il tarixli Qərarı ilə barəsində tətbiq edilmiş 5500 (beş min beş yüz) manat məbləğində maliyyə sanksiyasının təqdim edildiyi gündən 30 (otuz) gündən gec olmayaraq iddiaçının hesabına köçürülməsinin təmin edilməsini tələb edilmişdir. Göstərişin 3-cü bəndindən görünür ki, iddiaçı bazar subyektlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin göstərişlərini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, təsərrüfat subyektləri məlumatların və sənədlərin verilməməsinə, yaxud düzgün olmayan məlumatların verilməsinə görə Azərbaycan Respublikasının "Antiinhisar fəaliyyəti haqqında" Qanununun 18-ci maddəsinə əsasən məsuliyyət daşıdıqları "xxxx" MMC-nin nəzərinə çatdırılması, həmçinin "xxxx" MMC-nin nəzərinə qanunvericiliyə əsasan antiinhisar qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə verilmiş qərarlar (göstərişlər) yerinə yetirilmədikdə məhkəməyə müraciət etmək İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin vəzifələrindən olduğu "xxxx" MMC-nin nəzərinə çatdırılmış, Göstərişin icrasına nəzarət Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Antiinhisar nəzarəti şöbəsinin Antiinhisar qanunvericiliyinə nəzarət sektorunun məsləhətçisi A.İsmayılovaya həvalə edilmişdir. Göstərişdən 30 (otuz) gün müddətində inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermə hüququ izah edilmişdir. -İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli AİBNDX-06/07-5/3614 nömrəli məktub əsasında marqarin yağı, palma yağı, duru yağlar, bitki və heyvan mənşəli qarışıq digər yağ məhsullarına dair sənəd və məlumatların Xidmətə təqdim edilməsi “Bakı Qida və Yağ Fabriki" MMC-dən xahiş edilmiş, lakin sonuncu tərəfindən tələb olunan sənəd və məlumatlar təqdim edilmədiyindən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə işdən müəyyən olunur ki, iddiaçı Dövlət Xidməti "xxxx" MMC barəsində “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci bəndinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmış və Xidmətin xx.xx.2022-ci il tarixli Qərarı ilə iddia tələbində göstərilən məlumat və sənədlər "xxxx" MMC-dən tələb edilmiş, lakin sonuncu sənədləri təqdim etməmiş, bunu “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamaların xx.xx.2023-cü il tarixinədək dayandırıldığı və bu müddət ərzində yoxlama aparıla bilən istisna yoxlanılan sahələr içərisində antiinhisar qanunvericiliyi ilə bağlı yoxlamaların nəzərdə tutulmadığı ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi “Antiinhisar fəaliyyəti haqqında” Qanuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 oktyabr 2022-ci il tarixli, 378 №li Qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 29 may tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”na, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa istinad edərək iddianın təmin edilməsi barədə qərar qəbul etmişdir. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin əsas dəlili isə iddiaçının subyektiv hüququ olmadığından iddianın mümkün sayılmamalı olması, o cümlədən ölkə ərazisində sahibkarlıq sahəsində yoxlamaların 01 yanvar 2024-cü ilədək dayandırıldığı və istisna təşkil edən yoxlama aparan orqanlar siyahısında iddiaçı qurumun olmamasını nəzərə aldıqda iddiaçı qurumun Cəmiyyət barəsində antiinhisar yoxlamaları apararaq kommersiya xarakterli sənədləri tələb etməsi, hətta bu məhkəmə qərarı vasitəsilə olsa da belə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanununun tələblərinin pozulması anlamına gəlməsindən ibarətdir. Halbuki, məhkəmə kollegiyası apelyasiya şikayətinin qeyd olunan dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, antiinhisar orqanına antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxarkən öz vəzifələrinin yerinə yetirilməsi ilə bağlı təsərrüfat subyektləri də daxil olmaqla dövlət idarəetmə orqanlarından, təşkilati-idarəetmə qurumlarından və vəzifəli şəxslərdən zəruri olan müvafiq sənəd və məlumatların təqdim edilməsi barədə göstəriş vermək, həmin göstərişlər yerinə yetirilmədikdə cərimə və ya maliyyə sanksiyasının tətbiqi haqqında qərar qəbul etməklə yanaşı, müvafiq sənəd və məlumatlar təqdim edilmədikdə həmin sənəd və məlumatların təqdim edilməsi haqqında iddia ilə məhkəmə orqanlarına müraciət etmək hüququ verilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununda yoxlamanın anlayışı və qaydası aydın şəkildə göstərilmişdir. Hazırkı halda mübahisə məlumatlar və sənədlərin təqdim edilməsi ilə bağlıdır. Həmin sənədlərin tələb edilməsi iddiaçının antiinhisar qanunvericiliyindən irəli gələn hüququ, cavabdehin isə təsərrüfat subyekti kimi onları təqdim etmək vəzifəsi olduğundan bu fəaliyyət yoxlama kimi qiymətləndirilməməli, əslində antiinhisar qanunvericiliyinin pozulması hallarının müəyyən olunması məqsədlərinə xidmət edən və bununla bağlı icraatın tərkib hissəsi sayılmalıdır. İddiaçının tələb etdiyi sənəd və məlumatlar antiinhisar qanunvericiliyinin pozulması hallarının müəyyən olunması üzrə icraat çərçivəsində cavabdehdən tələb oluna bilər və obyektiv qərarın qəbulunu təmin etmək üçün tələb edilməlidir. Başqa sözlə, sənəd və məlumatların təqdim olunmaması cavabdehə münasibətdə əlverişsiz qərarın qəbulunu şərtləndirmə riskini daşıyır və məhz belə qərarın qəbulu riski sənədlərin təqdim olunmasının təminatı qismində çıxış edir. Belə hallarda dövlət orqanı olan iddiaçının məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacı mövcud olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 oktyabr 2022-ci il tarixli 378 №li Qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 29 may tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”nda dəyişiklik edildiyindən antiinhisar orqanlarının cavabdehdən tələb etdiyi müvafiq sənəd və məlumatların təqdim edilməsi ilə bağlı məhkəməyə müraciət etmək, başqa sözlə, tələb olunan sənədlərin cavabdehdən məcburi götürülməsi ilə bağlı iddia qaldırmağın normativ hüquqi əsası yaranmışdır. Belə ki, “Antiinhisar fəaliyyəti haqqında” Qanunun: -1-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında antiinhisar qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, “Təbii inhisarlar haqqında”, “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının qanunlarından və digər normativhüquqi aktlardan ibarətdir. -3-cü maddəsinə əsasən, inhisarçılıq fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması üzrə dövlət siyasətini, digər dövlət orqanlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasında antiinhisar siyasətini yeridən Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanı həyata keçirir. Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun tələblərinin pozulmasına görə icrası məcburi olan göstərişlər verə bilər və qanunvericiliklə müəyyən olunmuş digər səlahiyyətləri yerinə yetirə bilər. -16-cı maddəsinin 1-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının öz vəzifə və funksiyalarını yerinə yetirmək üçün dövlət idarəetmə orqanlarından, təşkilati-idarəetmə qurumlarından, təsərrüfat subyektlərindən, vəzifəli şəxslərdən zəruri olan hər bir məlumat, o cümlədən antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı yazılı (şifahi) izahatlar almaq hüququ vardır. -18-ci maddəsinə əsasən, bu Qanunun pozulmasına görə təsərrüfat subyektləri, onların rəhbərləri və müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri aşağıda nəzərdə tutulan məsuliyyəti daşıyırlar.
1. Təsərrüfat subyektləri: müvafiq icra hakimiyyəti orqanının qanuni göstərişlərini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə hər gecikdirilmiş günə görə əlli beş manatadək, lakin iyirmi iki min manatdan çox olmamaq şərti ilə; müvafiq icra hakimiyyəti orqanına bu Qanunun 13-cü, 13-1-ci və 16-cı maddələrində göstərilmiş məlumatları və sənədləri vermədikdə, yaxud düzgün olmayan məlumatlar verdikdə — beş min beş yüz manatadək maliyyə sanksiyası şəklində cərimə olunurlar. Cərimənin miqdarı müəyyən edilərkən təsərrüfat subyektlərinin iqtisadi vəziyyəti nəzərə alınır. Antiinhisar qanunvericiliyinin pozulması üzrə işlərə baxılması və bu baradə qərarların qəbul edilməsi qaydalarını və müddətini müəyyən edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1998-ci il tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”nın: -1.1-ci bəndinə əsasən Antiinhisar orqanı antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə hüquqi və fiziki şəxs kimi fəaliyyət göstərən bazar subyektlərinin, icra hakimiyyəti və idarəetmə orqanlarının ictimai təşkilatların və digər qeyri-kommersiya təşkilatlarının habelə, publik hüquqi şəxslərin müraciətləri, müvafiq dövlət orqanlarının materialları, dövri mətbuatın məlumatları əsasında baxır. -2.3-cü bəndinə əsasən Komissiya əmr verildiyi vaxtdan beş gün müddətində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılması barədə qərar (4 nömrəli əlavə) qəbul edir. Qərar Komissiyanın sədri tərəfindən imzalanır və iş üzrə tərəflərə bildirişli sifariş məktubu ilə göndərilir, yaxud tərəflərin səlahiyyətli nümayəndələrinə imza alınmaqla təqdim olunur. Bu halda qərarın alınmasını təsdiq edən poçt və digər sənədlər işin materiallarına əlavə edilir. 2.4-cü bəndinə əsasən Komissiya tərəfindən işə baxılmasına hazırlıq zamanı Antiinhisar orqanı tərəfindən iş qaldırılmasına səbəb olmuş fakt üzrə sənədləri tanış olmaq üçün tələb etmək, o cümlədən onların rəhbərlərindən (vəzifəli şəxslərindən) izahat almaq, işdə iştirak etmək üçün digər şəxsləri cəlb etmək hüququ vardır. -2.21-ci bəndinə əsasən Antiinhisar qanunvericiliyinin pozulmasına yol verilməklə qəbul olunmuş aktların ləğvi və qismən dəyişdirilməsi haqqında göstəriş yerinə yetirilmədikdə, Antiinhisar orqanı həmin aktların bütövlüklə və ya qismən etibarsız hesab edilməsi, yaxud antiinhisar qanunvericiliyinin pozulması baş verən ana qədərki vəziyyətin bərpa olunmasının məcburi həyata keçirilməsi haqqında ərizə ilə məhkəmə orqanlarına müraciət edə bilər. Digər təsərrüfat subyektləri ilə müqavilələrin bağlanması haqqında və antiinhisar qanunvericiliyinin pozulmasına yol verilməklə bağlanmış müqavilələrin pozulması və ya dəyişdirilməsi haqqında göstəriş icra edilmədikdə Antiinhisar orqanı müqavilənin məcburi bağlanması, yaxud müqavilələrin tamamilə və ya qismən etibarsız sayılması haqqında iddia ilə məhkəmə orqanlarına müraciət edə bilər. Antiinhisar qanunvericiliyinin pozulması nəticəsində qanunsuz əldə olunmuş mənfəətin büdcəyə ödənilməsi haqqında göstərişə əməl edilmədikdə Antiinhisar orqanı qanunsuz əldə olunmuş mənfəətin büdcəyə ödənilməsi haqqında iddia ilə məhkəmə orqanlarına müraciət edə bilər. Əsasnamənin 3.1-ci bəndinə əsasən, Antiinhisar orqanı antiinhisar qanunvericiliyinin pozulmasının aşağıdakı hallarına görə cərimələr və ya maliyyə sanksiyaları tətbiq edir: a) Antiinhisar orqanının göstərişləri vaxtında icra olunmadıqda; b) antiinhisar orqanlarına “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 13-cü, 13-1-ci maddələrində göstərilən ərizə və sənədlər təqdim edilmədikdə; c) antiinhisar orqanlarının tələbi ilə “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 13-cü, 13-1-ci və 16cı maddələrində nəzərdə tutulmuş, həmçinin öz vəzifələrinin yerinə yetirilməsi ilə bağlı digər sənədlər və məlumatlar vaxtında təqdim edilmədikdə; ç) antiinhisar orqanlarına düzgün olmayan məlumatlar verildikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 oktyabr 2022-ci il tarixli, 378 №li Qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 29 may tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”nda dəyişiklik edilərək 2.21-ci bəndə aşağıdakı məzmunda dördüncü abzas əlavə edilmişdir: Antiinhisar orqanının ilkin və ya təkrar tələbi ilə bu Qaydaların 3.1-ci bəndinin “c” yarımbəndində nəzərdə tutulmuş sənəd və məlumatlar təqdim edilmədikdə antiinhisar orqanları həmin sənəd və məlumatların təqdim edilməsi haqqında iddia ilə məhkəmə orqanlarına müraciət edə bilər. -3.11-ci bəndə əsasən cərimə və maliyyə sanksiyalarının tətbiqi bazar subyektlərini (onların rəhbərlərini) antiinhisar orqanlarının qərarlarını və göstərişlərini icra etmək və ya antiinhisar qanunvericiliyində nəzərdə tutulmuş tələbləri yerinə yetirmək və digər hərəkətləri icra etmək vəzifəsindən azad etmir. -3.12-ci bəndə əsasən bazar subyekti tərəfindən Antiinhisar orqanının göstərişi icra olunmadıqda, Komissiya cərimə və ya maliyyə sanksiyası tətbiq edir və iş üzrə qəbul olunmuş qərara əsasən yeni müddət təyin edərək təkrar göstəriş verir. Təkrar göstəriş icra olunmadıqda Komissiyanın bu Qaydalara uyğun olaraq yenidən cərimə tətbiq edilməsi barədə işə baxılmasına qayıtmaq hüququ var. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsinin: -3.0.3-cü bəndinə əsasən antiinhisar qanunvericiliyinin tələblərinə riayət olunmasına dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək, inhisarçılıq və haqsız rəqabət fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin (bundan sonra – təsərrüfat subyektləri) və istehlakçıların mənafelərinin pozulmasına gətirib çıxaran və ya gətirib çıxara bilən hərəkətlərin qarşısının alınması ilə bağlı antiinhisar qanunvericiliyi ilə səlahiyyətlərinə aid edilmiş tədbirləri görmək; -3.0.6-cı bəndinə əsasən antiinhisar qanunvericiliyinin pozulması və sahibkarlıq fəaliyyətinin ədalətsiz üsullarla aparılması haqqında işlərə baxmaq, bazar subyektlərinin tətbiq etdiyi haqsız rəqabət hallarının, təsərrüfat subyektlərinin kartel sövdələşmələrinin aşkarlanması və aradan qaldırılması, bazarda ilkin vəziyyətin bərpa edilməsi, həmçinin qanun pozuntusuna yol vermiş şəxslərin antiinhisar qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görmək Xidmətin vəzifələrinə aid edilmişdir. Həmin Əsasnamənin 4.0.5-ci bəndinə əsasən öz vəzifələrini yerinə yetirmək üçün müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək, onlardan belə məlumatları (sənədləri) almaq Xidmətin hüquqlarından biridir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 1.1.1-ci maddəsinə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti ümumi sözlərdən istifadə edilməklə əsaslandırılmağa çalışılmış, hansısa əsaslı dəlil, sübut göstərilməmişdir. Şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5959/2023 saylı, 20 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə