Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2140/2024 27.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X17 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X8 və X15 ibarət tərkibdə, X13-Yusiflinin katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdehin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-64/2023 saylı 11 dekabr 2023-cü il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə 27 noyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Cavabdeh xx.xx.1994-cü il tarixli, 1282 saylı sərəncamı ilə "xxxx" MKM-ə Bakı şəhəri, Badamdar qəsəbəsi, Yuxarı Badamdar küçəsi, 1 nömrəli evin qarşısında 4,0 x 6,0 metr ölçüdə ticarət köşkünün tikintisinə icazə verilmiş, qeyri-yaşayış sahəsinin qeyd olunan ölçülərə uyğun sxemi təsdiq edilmiş və həmin sərəncam əsasında Bakı Şəhər İcra Hakimiyyəti başçısının X1 və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən xx.xx.1997-ci il tarixdə obyektin texniki pasportu tərtib edilmişdir. Texniki pasportda obyektin tikinti sahəsi 40 kv.m, ümumi faydalı sahəsi (və əsas sahələr) 29,4 kv.m göstərilmişdir. Sonradan "xxxx" MKM-in hüquqi varisi olan "xxxx" MMC Cəmiyyətin ümumi yığıncağının qərarı ilə xx.xx.2014-cü il tarixdə ləğv edilərək hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmış və ünvan 3 ünvanda yerləşən 40 kv.metr qeyri-yaşayış binası hüquqi şəxsin qalıq əmlakının bölünməsi planına uyğun olaraq Cəmiyyətin qanuni təmsilçisinə (Xanlar Abduləzimova) təhvil verilmişdir. Hazırki işdə İddiaçı yuxarıda adı çəkilən Cəmiyyətin qanuni təmsilçisi Xanlar Abduləzimovun qanuni vərəsəsidir. Sözügedən daşınmaz əmlak 2019-cu ildə Cavabdeh tərəfindən “Abad Həyət” layihəsi çərçivəsində aparılan abadlıq işləri zamanı sökülmüş və bu zaman iddiaçıya kompensasiya ödənilməmişdir. İddiaçı kompensasiya tələbi ilə bağlı Cavabdehnə müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunması istiqamətində hərəkətsizlik edildiyi üçün İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona məxsus 40 kv.m sahəsi olan 23 illik tikilinin sökülməsinə görə dəymiş zərərin müəyyənləşdirilmiş dəyəri olan 81.500 (səksən bir min beş yüz) manat vəsaitin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Sonradan İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona məxsus 40 kv.m. sahəsi olan 23 illik tikilinin sökülməsinə görə dəyən zərərin müəyyənləşdirilmiş dəyəri olan 85000 manat vəsaitin Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyətindən tutularaq ona ödənilməsinin Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Badamdar qəsəbəsində yerləşən və iddiaçıya məxsus olan, 1996-cı ildən fəaliyyət göstərən, "xxxx" şirkətinin ümumi sahəsi 40 (qırx) kv.m. olan qeyri yaşayış sahəsi xx.xx.2019-cu il tarixində qanunsuz olaraq Səbail RİH və onun Badamdar qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən sökülmüş, içərisindəki əşyalar isə yararsız hala salınmışdır. Bütün bu hadisələr kompensasiya ödənilməyəcəyi halda, iddiaçı tərəfindən məhkəməyə və zərərçəkmiş kimi istintaqa-hüquq müdafiə orqanlarına təqdim edilməsi üçün videoçəkilişlə sənədləşdirilmişdir. Həmin obyektin bazar qiymətinin ekspert rəyinə əsasən 81500 (səksən bir min beş yüz ) manat olduğu barədə audit rəyi vardır. Bundan başqa qanunsuz tikili zənn edib sökülməsinin qarşısını almaqdan ötrü obyekt olan tikilinin divarlarına “məhkəmə qərarı olmadan obyektə hər hansı müdaxilə edilərsə və içərisindəki əşyalara ziyan dəyərsə qanunvericilik üzrə məsuliyyət daşıyırsız” kimi A4 formatında yazılar yapışdırılmasına və həmin obyektin sənədlərinin olmasına baxmayaraq, heç bir kompensasiya ödənilmədən, guya həyətlərdə abadlıq aparması adı altında sökülmüşdür... İddiaçı əmlakının dağıdılması və ona vurulan ziyanla bağlı 04 noyabr 2019-cu ildə Cavabdeh daxil olmaqla, müxtəlif dövlət qurumlarına yazılı müraciət etsə də, cavab verilməmişdir. İddiaçı qeyd edir ki, ona məxsus əmlak özbaşına tikili deyildir. Hətta özbaşına tikilinin belə dəyəri ödənilməklə söküldüyü halda, qanunla ayrılmış torpaq sahəsində inşa edilmiş əmlakın qanunsuz sökülməsinə görə bu günə qədər heç bir vəsait ödənilməmiş, yaxud onun yerinə digər uyğun tikili ona verilməmişdir. Sökülən obyektin qanunla ayrılmış ərazidə inşa edilmişdir. Əmlakdan ancaq məhkəmə qaydasında, tam kompensasiya ödənilməklə məhrum edilmək olar. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, ünvan 4 ünvanında yaşayan İddiaçı qeyri-yaşayış sahəsinə dair kompensasiya ödənilməsi barədə yuxarı instansiyalara, o cümlədən Cavabdehnə və Cavabdeh başçısının Badamdar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinə Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində yerləşən özünə məxsus olan 1996-cı ildən fəaliyyət göstərən "xxxx" şirkətini ümumi sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsi 2019-cu il tarixində Səbail RİH başçısının Badamdar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən söküldüyünü və bununla bağlı kompensasiya ödənilməsini bildirmişdir. Bakı Şəhər İcra Hakimiyyətindən daxil olmuş ticarət obyektinin sökülməsi ilə bağlı məktub aidiyyəti üzrə araşdırılması və nəticəsi barədə 3 gün müddətində RİH-ə məlumat verilməsi məqsədilə Cavabdeh başçısının Badamdar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinə göndərilmişdir. Məktuba cavab olaraq bildirilmişdir ki, “Abad Həyət” layihəsi çərçivəsində Badamdar qəsəbəsi, S.Məmmədov küçəsi, 1 ünvanında RİH tərəfindən aparılan abadlıq işləri çərçivəsində sözügedən çoxmənzilli yaşayış binasında yaşayan sakinlərin ümumi istifadəsi üçün nəzərdə tutulmuş sahədə yerləşən, faktiki olaraq uzun illər istifadə edilməyən qarajlar sökülmüşdür. Hazırda sözügedən ünvanda bina sakinlərinin istirahəti və asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə təsdiq edilmiş layihə əsasında RİH tərəfindən yenidənqurma və təmir işləri görülmüşdür. Bu barədə vətəndaş İddiaçı məktubla məlumat verilmişdir. Qeyd edilir ki, həmin ərazidə yerləşən qarajların sənədləri dəfələrlə tələb edilmiş, lakin RİH-ə təqdim olunmamış və sakinlərin çoxsaylı müraciətləri əsasında sənədsiz qarajlar sökülmüşdür. Sonradan həmin ərazi “Abad Həyət” layihəsi əsasında RİH tərəfindən abadlaşdırılmışdır. İddiaçı RİH-ə ərizə ilə təqdim etdiyi sənədlər araşdırılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, “Badamdar qəsəbəsi, Badamdar küçəsi, 1 nömrəli evin yanında “İSTİ-SU" X16nə məxsus ticarət köşkünün tikintisi barədə” Cavabdeh başçısının 22 aprel 1994-cü il tarixli, 1282 saylı Sərəncamının kserosurətinin 1-ci bəndindən (Sərəncamın təsdiq edilmiş arxiv çıxarışı təqdim edilməmişdir) görünür ki, "xxxx" MKM-in istehsal etdiyi mallarının satışını təşkil etmək məqsədi ilə Badamdar qəsəbəsi, Badamdar küçəsi, 1 nömrəli evin qarşısında /4,0 x 6,0/ ölçüdə ticarət köşkünün tikintisinə icazə verilməsi, Sərəncamın 2-ci bəndində köşkün layihə sənədlərinin hazırlanması “İSTİ-SU" MKM-in vəsaiti hesabına rayonun LOBna tapşırılması və 3-cü bənddə isə sərəncamın surətinin nəzarət üçün rayon Polis idarəsinə, LOB-a və RİH başçısının Badamdar qəsəbəsindəki nümayəndəliyinə göndərilməsi qeyd edilmişdir. Sözügedən Sərəncamın kserosurətiin 2-ci bəndindən göründüyü kimi, köşkün layihə sənədlərinin hazırlanması "xxxx" MKM-in vəsaiti hesabına rayonun LOB-na tapşırılmışdır. Badamdar qəsəbəsi, Badamdar küçəsi 1 nömrəli evin qarşısında tikintisinə icazə verilmiş köşkün təsdiq edilmiş layihə sənədləri Cavabdehnə və Cavabdeh başçısının Badamdar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinə təqdim olunmamışdır. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti başçısının X1 və Mülkiyyəti Hüquqlarının Qeydiyyatı idarəsinin mülkiyyət hüququnu təsdiq edən çıxarışı Cavabdehnə və Cavabdeh başçısının Badamdar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinə təqdim olunmamışdır. Məhkəməyə təqdim olunması barədə də RİH-də məlumat yoxdur. xx.xx.1997-ci il tarixdə tərtib olunmuş qeyri-yaşayış fonduna daxil olan Dövlət binalarının və özəl obyektlərin Texniki Paspotunun kserosurətindən görünür ki, sənəd Texniki inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsinin arayışlar üçün möhürü ilə təsdiq edilmiş və tikintisinə icazə verilən köşkün tikinti sahəsi 24,0 kv.m. əvəzinə 40,0 kv.m. göstərilmişdir. 30 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2022-ci il tarixli Qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının qarşısında: ünvan 5 ünvanında yerləşən "xxxx" kiçik müəssisəsinin təsisçisi İddiaçı məxsus olan (hazırda sökülmüş) ümumi sahəsi 40 kv.m. olan qeyri-yaşayış sahəsinin real bazar dəyəri nə qədər təşkil edir sualı qoyulmuşdur. Qeyd olunanları nəzərə alaraq "Badamdar qəsəbəsi, Badamdar küçəsi, 1 nömrəli evin yanında "xxxx" X16nə məxsus ticarət köşkünün tikintisi barədə” Cavabdeh başçısının 22 aprel 1994-cü il tarixli, 1282 saylı Sərəncamına müvafiq olaraq “İSTİ-SU" X9 təsdiq edilmiş Nizamnamə və ya Əsasnaməsi təqdim olunmalıdır. Köşkün layihə sənədlərinin hazırlanması "İSTİ-SU” MKM-in vəsaiti hesabına rayonun LOB-na tapşırılması nəzərdə tutulan layihə sənədləri təqdim olunmalıdır. "xxxx" kiçik müəssisəsinin təsisçisi İddiaçı məxsus olan (hazırda sökülmüş) ümumi sahəsi 40 kv.m. olan qeyriyaşayış sahəsi ilə bağlı müəssisənin nizamnamə və ya əsasnaməsi, qeyri-yaşayış sahəsinin Texniki pasportu təqdim olunmalıdır. Eyni zamanda tikinti, ümumi faydalı və əsas sahələrin kv.m. artırılması ilə bağlı hüquqi sənədlər təqdim olunmalıdır. "xxxx" MKMin istehsal etdiyi mallarının satışını təşkil etmək məqsədi ilə Badamdar qəsəbəsi, Badamdar küçəsi, 1 nömrəli evin qarşısında /4,0 x 6,0/ ölçüdə ticarət köşkünün tikintisinə icazə verilmiş Cavabdeh başçısının 22 aprel 1994-cü il tarixli, 1282 saylı Sərəncamının kserosurətinin arxiv çıxarışı və ona əlavə edilmiş sənədlər, eyni zamanda Əmlakın qiymətləndirilməsi barədə Ekspert Rəyində qeyd edilmiş Badamdar qəsəbəsi üzrə nümayəndəsinin təsdiq edilmiş eskizi, həmçinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışı və ona əlavə edilmiş Texniki pasportu təqdim olunmalıdır. ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (hazırda sökülmüş) üzrə tədqiqat məlumatları internet saytlarından əldə olunmuş məlumatlara əsasən aparılmışdır. Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyi Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar küçəsi, 1 nömrəli evin qarşısında /4,0 x 6,0/ ölçüdə ticarət köşkünün tikintisinə icazə verilmiş Cavabdeh başçısının 22 aprel 1994-cü il tarixli, 1282 saylı Sərəncamına, köşkün layihə sənədlərinə, planlı yerləşməsinə (quruluşu), tikililərin sayı və digər texniki parametrləri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa və ona əlavə edilmiş Texniki pasportun göstəricilərinə uyğun olaraq müəyyən edilməlidir. Eləcə də köşkün sökülməsi ilə bağlı iddiaçıya zərərin vurulubvurulmamasının müəyyən edilməsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə müvafiq olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tərkibində X5 Agentliyinin mütəxəssis rəyi təqdim edildikdən sonra məlum ola bilər. Lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Cavabdeh Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 166.3, 180.3, 238.1, 240.1, 240.2, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.2-ci maddəsinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-512/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın mümkün hesab edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2353/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-512/2022 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilərək, işə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İşə təkrar baxan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-64/2023 saylı 11 dekabr 2023-cü il tarixli qərarı ilə iddia qismən təmin edilərək, ünvan 6 ünvanda mövcud olmuş qeyri-yaşayış binasının 24 kv.metr hissəsinin sökülməsinə görə İddiaçı 51.000 manat məbləğində kompensasiya ödənilməsinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda həmin qərardan narazı qalan cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-64/2023 saylı qərarının ləğv edilməsi və iddia tələbinin mümkün hesab edilməməsi xahiş edilmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/6403 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiq olunan qeyri-yaşayış sahəsinin ümumi sahəsinin 40 kv.metr təşkil etdiyini nəzərə alaraq, ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 85000 manat (40 x 2125) məbləğində müəyyən edilmişdir. Lakin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-64/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia qismən təmin edilərək, ünvan 6 ünvanda mövcud olmuş qeyri-yaşayış binasının 24 kv.metr hissəsinin sökülməsinə görə İddiaçı 51.000 manat məbləğində kompensasiya ödənilməsinin cavabdeh Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar çıxarmaqla onun mülkiyyət hüququnu pozmuşdur. Beləliklə də, nəticədə belə qənaətə gəlmək mümkündür ki, məhkəmə qərar qəbul edərkən iş üzrə zəruri faktları tam şəkildə nəzərə almamış və iş üzrə əhəmiyyətli halları tam araşdırmadan bu hissədə ədalətsiz qərar qəbul etmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, İddiaçı RİH-ə ərizə ilə təqdim etdiyi sənədlər cavabdeh tərəfindən araşdırılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, “Badamdar qəsəbəsi, Yuxarı Badamdar küçəsi, 1 nömrəli evin yanında "xxxx" X16nə məxsus ticarət köşkünün tikintisi barədə” Cavabdeh başçısının 22 aprel 1994-cü il tarixli, 1282 saylı Sərəncamının kserosurətinin 1-ci bəndindən görünür ki, "xxxx" MKM-in istehsal etdiyi mallarının satışını təşkil etmək məqsədi ilə Badamdar qəsəbəsi, Yuxarı Badamdar küçəsi, 1 nömrəli evin qarşısında /4,0 x 6,0/ ölçüdə ticarət köşkünün tikintisinə icazə verilməsi, Sərəncamın 2-ci bəndində köşkün layihə sənədlərinin hazırlanması "xxxx" MKM-in vəsaiti hesabına rayonun LOB-na tapşırılması və 3-cü bənddə isə sərəncamın surətinin nəzarət üçün rayon Polis İdarəsinə, LOB-a və RİH başçısının Badamdar qəsəbəsindəki nümayəndəliyinə göndərilməsi qeyd edilmişdir (Lakin Sərəncamın təsdiq edilmiş arxiv çıxarışı təqdim edilməmişdir). Sözügedən sərəncamın kserosurətinin 2-ci bəndindən göründüyü kimi, köşkün layihə sənədlərinin hazırlanması, "xxxx" MKM-in vəsaiti hesabına rayonun LOB-na tapşırılmışdır. Nəzərə alınmamışdır ki, bu günədək Badamdar qəsəbəsi, Yuxarı Badamdar küçəsi, 1 nömrəli evin qarşısında tikintisinə icazə verilmiş köşkün təsdiq edilmiş layihə sənədləri iddiaçının müraciət etdiyi yuxarı instansiyalara, eləcə də Bakı şəhəri Cavabdehnə və Cavabdeh başçısının Badamdar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinə, nə də məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti başçısının X1 və Mülkiyyəti Hüquqlarının Qeydiyyatı İdarəsinin mülkiyyət hüququnu təsdiq edən Çıxarışı Cavabdehnə və Cavabdeh başçısının Badamdar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinə təqdim olunmamışdır. Görünür məhkəməyə də təqdim olunmamışdır. xx.xx.1997-ci il tarixdə tərtib olunmuş Qeyri-yaşayış fonduna daxil olan Dövlət binalarının və özəl obyektlərin Texniki Pasportunun kserosurətindən görünür ki, sənəd Texniki inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin arayışlar üçün möhürü ilə təsdiq edilmiş və tikintisinə icazə verilən köşkün tikinti sahəsi 24,0 kv.m. əvəzinə 40,0 kv.m. göstərilmişdir. “Badamdar qəsəbəsi, Yuxarı Badamdar küçəsi, 1 nömrəli evin yanında “İSTݬSU” X16nə məxsus ticarət köşkünün tikintisi barədə” Cavabdeh başçısının 22 aprel 1994-cü il tarixli, 1282 saylı Sərəncamına müvafiq olaraq "xxxx" X9 təsdiq edilmiş Nizamnamə və ya Əsasnaməsi təqdim olunmamışdır. Köşkün layihə sənədlərinin hazırlanması "xxxx" MKM-in vəsaiti hesabına rayonun LOB-na tapşırılması nəzərdə tutulan layihə sənədləri təqdim olunmamışdır. "xxxx" kiçik müəssisəsinin təsisçisi İddiaçı məxsus olan (hazırda sökülmüş) ümumi sahəsi 40 kv.m. olan qeyri-yaşayış sahəsi ilə bağlı müəssisəsinin Nizamnamə və ya Əsasnaməsi, qeyri-yaşayış sahəsinin Texniki pasportu təqdim olunmamışdır. Eyni zamanda tikinti, ümumi faydalı və əsas sahələrin kv.m. artırılması ilə bağlı hüquqi sənədlər təqdim olunmamışdır. "xxxx" MKM-in istehsal etdiyi mallarının satışını təşkil etmək məqsədi ilə Badamdar qəsəbəsi, Yuxarı Badamdar küçəsi, 1 nömrəli evin qarşısında /4,0 x 6,0/ ölçüdə ticarət köşkünün tikintisinə icazə verilmiş Cavabdeh başçısının 22 aprel 1994-cü il tarixli, 1282 saylı Sərəncamın kserosurətinin arxiv çıxarışı və ona əlavə edilmiş sənədlər, eyni zamanda Əmlakın qiymətləndirilməsi barədə Ekspert Rəyində qeyd edilmiş Badamdar qəsəbəsi üzrə nümayəndəsinin təsdiq edilmiş eskizi, həmçinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışı və ona əlavə edilmiş Texniki pasportu təqdim olunmamışdır. Nəzərə alınmalıdır ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)512/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2353/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərardadı ilə Apellyasiya şikayəti təmin edilmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)512/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərardadı ləğv edilərək işə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2353/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərardadında bildirilmişdir ki, göründüyü kimi məhkəmə tərəfindən iddia tələbinin icraatı o əsasla mümkün sayılmamışdır ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl iddia tələbində göstərilən məsələ ilə əlaqədar cavabdehə müraciət etməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İş məhkəmənin icraatına daxil olduqdan sonra İPMin 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin Sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh Səbail RİH tərəfindən iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində (Etirazda) bütün bu sadalananların qeyd edilməsinə baxmayaraq, məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bu səbəbdən də məhkəmə qanunvericilik normalarını pozaraq yuxarıda sadalanan sənədləri tələb etmədən, göstərilən sənədlər olmadan əsassız qərar çıxarmışdır. Belə ki, "xxxx" X9 təsdiq edilmiş Nizamnamə və ya Əsasnaməsi, rayonun LOB-na tapşırılması nəzərdə tutulan layihə sənədləri, qeyri- yaşayış sahəsinin Texniki pasportu, Cavabdeh başçısının 22 aprel 1994-cü il tarixli, 1282 saylı Sərəncamının kserosurətinin arxiv çıxarışı və ona aləvə edilmiş sənədlər, Əmlakın qiymətləndirilməsi barədə Ekspert Rəyində qeyd edilmiş Badamdar qəsəbəsi üzrə nümayəndəsinin təsdiq edilmiş eskizi, həmçinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışı və ona əlavə edilmiş Texniki pasportu təqdim olunmamışdır. Qeyd edirik ki, qanunla müəyyən olunmuş müddət məhdudiyyəti iştirakçıları məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-64/2023 saylı Qərarında qeyd edilmişdir ki, xx.xx.1993-cü il tarixli, 3148 nömrəli Şəhadətnamənin surətindən görünür ki, "xxxx" X16 xx.xx.1993-cü il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır. Sual olunur: "xxxx" X9 Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunmuş Nizamnaməsi və ya yaxud da Əsasnaməsi nə üçün təsdiq olunmayıb? Təsdiq olunubsa nə üçün təqdim olunmayıb? Məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, məhkəməyə və ya RİH-ə həmin dövr üçün: "xxxx" X9 Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş Nizamnaməsi və ya Əsasnaməsi; Rayonun LOB-na tapşırılması nəzərdə tutulan layihə sənədləri (planlı yerləşməsinə (quruluşu), tikililərin sayı və digər texniki parametrləri); Qeyri-yaşayış sahəsinin təsdiq olunmuş Texniki pasportu; Cavabdeh başçısının 22 aprel 1994-cü il tarixli, 1282 saylı Sərəncamının kserosurətinin arxiv çıxarışı və ona aləvə edilmiş sənədlər; Müəssisənin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən Şəhadətnamə; Əmlakın qiymətləndirilməsi barədə Ekspert Rəyində qeyd edilmiş Badamdar qəsəbəsi üzrə nümayəndəsinin təsdiq edilmiş eskizi (?); Həmçinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (hazırki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışı və ona əlavə edilmiş Texniki pasportun təqdim olunması əsas şərtdir. Sual olunur: "xxxx" X9 yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən Şəhadətnamə RİH-ə və məhkəməyə təqdim olunubmu? Yuxarıda sadalanan bu sənədlər iddiaçı tərəfindən təqdim olunmamışdır. Bu səbəbdən də iddia tələb olunan mümkünlük şərtlərinə cavab vermir və iddia tələbi qismən də olsa təmin oluna bilməz. Tərəflərin izahatları: İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının qismən, iddianın rədd edildiyi hissədə ləğv edilərək iddianın tam təmin olunmasını və cavabdehin apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişlər. Cavabdehin nümayəndəsi X18 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin mümkün hesab edilməməsi barədə yeni qərar qəbul edilməsini, iddiaçının apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hər iki apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinə münasibətdə cavabdeh inzibati orqan tərəfindən hərəkətsizlik göstərilmişdir. Bununla bağlı məhkəmə kollegiyası inzibati prosessual qanunvericiliyin tələbləri baxımından (İPM-nin 39.1 maddəsi) hesab edir ki, iddiaçının cavabdehə qarşı hazırki iddiası mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Səbail Rayon İca Hakimiyyətinə qarşı tələbi “ona məxsus 40 kv.m. sahəsi olan 23 illik tikilinin sökülməsinə görə dəyən zərərin müəyyənləşdirilmiş dəyəri olan 85000 manat vəsaitin Bakı şəhəri Cavabdehndən tutularaq ona ödənilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən tələbinin təmin olunmasından hərəkətsizlik göstərilməklə imtina edilmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və iddiası birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə Səbail RİHB-nin 1994-cü il tarixli sərəncamında 4m x 6 m (24 metr) qeyri-yaşayış sahəsinin tikintisinə icazə verildiyi və həmin sərəncam əsasında tikilinin sxeminin eyni ölçülərlə təsdiq edildiyi müəyyən edildiyindən iddia tələbinin sözügedən obyektin 24 kv.metr sahəsinə görə kompensasiya ödənilməsi hissəsində əsaslı olmasına və ekspert rəyinə uyğun olaraq qeyri-yaşayış sahəsinin hər kv.metrinə görə bazar qiymətinin 2125 manatdan hesablanmaqla iddiaçıya 51.000 manat (24 kv.m x 2125 manat) kompensasiya verilməsinin məqsədəuyğunluğuna istinad edərək iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarında olan xx.xx.1993-cü il tarixli təsis müqaviləsinin surətindən görünür ki, daha sonra təsisçilər adlanacaq X6, X12 və X19 xx.xx.1993-cü il tarixli yığıncağın 1 nömrəli protokoluna əsasən hərəkət edərək "xxxx" X9 yaratmağı qərara almışlar. Təsərrüfat suyektinin dövlət qeydiyyatı haqqında xx.xx.1993-cü il tarixli, 3148 nömrəli şəhadətnamənin surətindən görünür ki, "xxxx" X16 xx.xx.1993-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır. Əsas fəaliyyət növü təsərrüfatı və xalq istehlakı mallarının istehsalı, kommersiya, avtoservis, vasitəçilik, alqısatqı və s. xidmətlərdir. xx.xx.2011-ci il tarixli "xxxx" X3 payın bağışlama müqaviləsindən görünür ki, X14 müəssisədəki özünə məxsus olan 25% payını İddiaçı bağışlamış və sonuncu payı qəbul etmişdir. X19, X7 tərəfindən ayrı-ayrılıqda verilmiş 20 aprel 2011-ci il tarixli notarial qaydada təsdiq edilən ərizələrdən görünür ki, qeyd olunan şəxslər "xxxx" X9 təsisçisi X4 adı çəkilən nizamnamə kapitalındakı onlara məxsus payın bağışlanmasına, yaxud satılmasına etiraz etməmişlər. "xxxx" X9 təsisçiləri X6, İddiaçı, X11 iştirakları ilə qəbul edilmiş 03 may 2011-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xx.xx.1993-cü il tarixində qeydiyyata alınmış və 3148 saylı qeydiyyat şəhadətnaməsi verilmiş "xxxx" X9 təşkilati-hüquqi formasını və adını dəyişdirərək Azərbaycan Respublikası Mülki Məcəlləsi və digər normativ hüquqi aktlarına uyğun olaraq, yenidən təşkilin çevrilmə formasında onun bazasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılması və nizamnaməsinin təsdiq edilməsi (1.1.), "xxxx" MMC-nin Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xx.xx.1993-cü il tarixində qeydiyyata alınmış və 3148 saylı qeydiyyat şəhadətnaməsi verilmiş "xxxx" X9 hüquqi varisi hesab edilməsi (2.), AR Mülki Məcəlləsinin 56-cı və 57-ci maddələrinə uyğun olaraq "xxxx" MKM-in bütün hüquqlarının və öhdəliklərinin onun hüquqi varisi olan "xxxx" MMC-yə verilməsi haqqında akt tərtib edilməsi və təsdiq edilməsi (5.), Cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktor vəzifəsinə X2 təyin edilməsi (7.) qərara alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, "xxxx" X16 xx.xx.1993-cü il tarixdə 3148 nömrə ilə dövlət qeydiyyatına alınmış, xx.xx.2011-ci il tarixdə yenidən təşkil olunaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmiş, "xxxx"MMC "xxxx" X9 hüquqi varisi hesab olunmuş, Cəmiyyətin ümumi yığıncağının qərarı ilə hüquqi şəxs xx.xx.2014-cü il tarixdə ləğv edilərək hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. Məktubda həmçinin, hüquqi şəxsin təsviyəçisinin (eyni zamanda qanuni təmsilçisi) X6 olduğu bildirilmiş və hüquqi şəxsin təsis sənədləri, o cümlədən ləğvinə dair sənədlər təqdim edilmişdir. Məktuba əlavə edilmiş "xxxx" MMC-nin təsisçilərinin xx.xx.2014-cü il tarixli qərarından görünür ki, "xxxx" MMC-nin ləğv edilməsi, X2 təsviyəçi təyin edilməsi və ona qanuni təmsilçiyə dair bütün səlahiyyətlərin həvalə edilməsi müəyyən edilmişdir. Həmçinin məktuba əlavə edilmiş "xxxx" MMC-nin Təsviyəçisinin cəmiyyətin qalıq əmlakının bölünməsi (istifadə edilməsi) planını əks etdirən xx.xx.2014-cü il tarixli Hesabatından görünür ki, "xxxx" MMC-nin təsviyəçisi X6 Cəmiyyətin qalıq əmlakının ünvan 3 ünvanda yerləşən 40 kv.metr qeyri-yaşayış binasından (müəssisəyə məxsus tikili binanın həyətindədir) ibarət olmasını təsdiq etmişdir. "xxxx" MMC-nin təsisçisinin xx.xx.2014-cü il tarixli qərarından görünür ki, X6 Cəmiyyətin qalıq əmlaklarının bölünməsi (istifadə edilməsi) planını əks etdirən xx.xx.2014cü il tarixli hesabatı və xx.xx.2014-cü il tarixli ləğvetmə balansını təsdiq edərək xx.xx.2014cü il tarixli hesabatda göstərilən əmlakı təhvil götürmüşdür. Bakı şəhəri Vergilər Departamenti Kommersiya Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2014-cü il tarixli **********89 nömrəli bildirişindən görünür ki, xx.xx.1993-cü il tarixdə 3148 nömrə ilə (VÖEN **********) dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2014-cü il tarixdə ləğv edilmiş və həmin qurum Azərbaycan Respublikası Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. İşin birinci instansiya məhkəməsində icraatı zamanı məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 14 saylı Notariat Ofisi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanan 13 iyul 2023-cü il tarixli məktubdan görünür ki, X2 08 avqust 2015-ci il tarixdə vəfat etməsi və vərəsələrin dairəsinin müəyyən edildiyi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli 319 saylı qərarı ilə təsdiq edilmiş “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci bəndinə əsasən İddiaçı miras qoyanın vərəsəsidir. Cavabdeh başçısının 1282 nömrəli, xx.xx.1994-cü il tarixli sərəncamının surətindən görünür ki, "xxxx" MKM-in istehsal etdiyi mallarının satışını təşkil etmək məqsədi ilə Badamdar qəsəbəsi, Yuxarı Badamdar küçəsi, 1 nömrəli evin qarşısında 4,0 x 6,0 metr ölçüdə ticarət köşkünün tikintisinə icazə verilmişdir. İşin birinci instansiya məhkəməsində icraatı zamanı məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən Səbail RİH-in arxiv fondu üzrə xx.xx.1994-cü il tarixli, 1282 saylı sərəncamının və həmin sərəncama əlavə edilmiş sənədlərin müvafiq qaydada təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Qeyd olunan sənədlərdən görünür ki, Səbail RİHB-nin Səbail qəsəbəsi üzrə nümayəndəsi tərəfindən qeyri-yaşayış sahəsi üçün nəzərdə tutulan sahənin 4m x 6m ölçüdə sxemi tərtib edilərək təsdiq edilmişdir. Məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 10 aprel 2023-cü il tarixli cavab məktubunda ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin qeydiyyatdan keçməsi ilə bağlı məlumatın aşkar edilmədiyi bildirilmiş və sözügedən qeyri-yaşayış sahəsinin texniki pasportunun təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının X1 və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən Səbail rayon İH başçısının 1282 saylı 22 aprel 1994-cü il tarixli Sərəncamına əsasən tərtib edilmiş 02 yanvar 1997-ci il tarixli “Qeyriyaşayış fonduna daxil olan dövlət binalarının və özəl obyektlərin” texniki pasportunun təsdiq edilmiş surətindən görünür ki, "xxxx" KM-ə məxsus ünvan 8 ünvanda yerləşən qeyri-yaşayış sahəsi 1995-ci ildə tikilmiş, 1 mərtəbəli, tikinti sahəsi 40,0 kv.m, ümumi faydalı sahəsi 29,4 kv.metrdən, əsas sahələri isə 29,4 kv.metrdən ibarətdir. "xxxx" Audit MMC tərəfindən tərtib edilmiş audit rəyindən görünür ki, ünvan 6 ünvanda yerləşən daşınmaz əmlakın bazar dəyəri 81.500 müəyyən edilmişdir. Beləliklə, iş materiallarından müəyyən olunur ki, cavabdeh inzibati orqanın xx.xx.1994-cü il tarixli, 1282 saylı sərəncamı ilə "xxxx" MKM-ə Bakı şəhəri, Badamdar qəsəbəsi, Yuxarı Badamdar küçəsi, 1 nömrəli evin qarşısında 4,0 x 6,0 metr ölçüdə ticarət köşkünün tikintisinə icazə verilmiş, qeyri-yaşayış sahəsinin qeyd olunan ölçülərə uyğun sxemi təsdiq edilmiş və həmin sərəncam əsasında Bakı Şəhər İcra Hakimiyyəti başçısının X1 və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən xx.xx.1997-ci il tarixdə obyektin texniki pasportu tərtib edilmişdir. Texniki pasportda obyektin tikinti sahəsi 40 kv.m, ümumi faydalı sahəsi (və əsas sahələr) 29,4 kv.m göstərilmişdir. Sonradan "xxxx" MKM-in hüquqi varisi olan "xxxx" MMC Cəmiyyətin ümumi yığıncağının qərarı ilə xx.xx.2014-cü il tarixdə ləğv edilərək hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmış və ünvan 3 ünvanda yerləşən 40 kv.metr qeyri-yaşayış binası hüquqi şəxsin qalıq əmlakının bölünməsi planına uyğun olaraq Cəmiyyətin qanuni təmsilçisinə (Xanlar Abduləzimova) təhvil verilmişdir. Qeyd olunan daşınmaz əmlak 2019-cu ildə Cavabdeh tərəfindən “Abad Həyət” layihəsi çərçivəsində aparılan abadlıq işləri zamanı sökülmüş və bu zaman iddiaçıya kompensasiya ödənilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ünvan 3 ünvanda yerləşən 40 kv.metr qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, həmin əmlakın o dövrdə (söküntünün aparıldığı dövrdə) mövcudluğu və iddiaçının da həmin əmlaka sahiblik, istifadə hüqununun olduğu, bununla bağlı sözügedən əmlakın onun adına rəsmiləşdirilməsi ilə əlaqədar müvafiq “qanuni gözlənti” hüququnun olduğu mübahisəsizdir və bu hallar iş materialları ilə də tam təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimovanın Azərbaycana qarşı” 27 sentyabr 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün “mülkiyyət” kimi qəbul edilə bilər. Qeyd edilən işdə Avropa Məhkəməsi xatırlatmışdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanunsuz sayılmalıdır. Bundan başqa, demokratik cəmiyyətin təməl prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xas olan prinsipdir. Buradan belə nəticə çıxır ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda müsbət həll olunur ki, sözügedən müdaxilə qanunilik tələbinə cavab versin və əsassız olmasın. Konvensiyadakı “qanun” və “qanuni” anlayışları mahiyyətcə daxili qanunvericiliyə istinad edir, qanunun keyfiyyətini bildirir və daxili qanunvericiliyin qanunun aliliyi prinsipinə uyğun olmasını tələb edir. Cəmiyyətin maraqları və mülkiyyətçinin hüquqları arasında ədalətli tarazlığa riayət etmək tələbi ümumilikdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinin strukturunda öz əksini tapıb və onun birinci cümləsində ifadə olunmuş ümumi prinsip nəzərə alınmaqla şərh olunmalıdır. Xüsusən, istifadə olunan vasitələrlə insanı əmlakından məhrum edən və ya ondan istifadəni məhdudlaşdıran tədbirlərin güddüyü məqsəd arasında ağlabatan balans olmalıdır. Müvafiq hüquqi aktlarla nəzərdə tutulmuş kompensasiyanın ödənilməsi şərtləri mübahisələndirilən tədbirlərin görülməsi zamanı zəruri ədalətli tarazlığa riayət olunub-olunmadığı və xüsusi olaraq, onların ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyubqoymadığının müəyyən edilməsi üçün əhəmiyyət kəsb edirlər. Bu baxımdan əmlakın, onun dəyərinə ağlabatan dərəcədə uyğun gələn məbləğ ödənilmədən alınması adi şəraitdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsi baxımından haqq qazandırıla bilməyən qeyri-mütənasib müdaxilə deməkdir. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri baxımından mübahisəyə hüququ qiymət verilərkən ilk növbədə sözügedən müxtəlif maraqlar bütünlüklə aydınlaşdırılmalıdır. Nəzərə alınmalıdır ki, Konvensiyanın məqsədi “praktiki və səmərəli” hüquqları təmin və müdafiə etməkdən ibarətdir. Ədalətsizliyə yol verilməməsi üçün ilk növbədə mübahisənin mahiyyətinə diqqət yetirilməli, şikayət edilən məsələnin reallıqları və sair hallar tam, hərtərəfli və obyektiv araşdırılmalıdır. Belə yanaşma yalnız mülkiyyətə müvafiq kompensasiyanın ödənilməsi ilə məhdudlaşdırılmamalıdır. Əgər söhbət mülkiyyətin geri alınması, özgəninkiləşdirilməsindən gedirsə, həm də tərəflərin özlərinin davranışları, dövlətin tətbiq etdiyi vasitələrin real, adekvat, ədalətli olubolmaması, əmlakdan məhrum olan mülkiyyətçinin sonrakı məhrumiyyətləri və sair hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ – əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. 246.2. Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. 246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. 246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir. Sadalanan normaların məzmunundan göründüyü kimi, mülkiyyət hüququ onun xüsusi əhəmiyyətinə baxmayaraq mütləq xarakter daşımır və qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada məhdudlaşdırıla bilər. İstinad olunan normalar belə məhdudlaşdırma çərçivəsində həmçinin dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsi imkanını da nəzərdə tutur. Mülkiyyət hüququ konstitusiyanın qoruma sferası ilə əhatə olunduğundan, yalnız qanunla təsbit olunmuş əsasların mövcud olduğu hallarda və proseduralar çərçivəsində ona müdaxilə edilə, o cümlədən özgəninkiləşdirilə bilər. Belə müdaxilə həmçinin legitim məqsədlə həyata keçirilməli və həmin məqsədə mütənasib olmalıdır. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, inzibati orqanın müdaxilə vasitəsi ilə nail olmaq istədiyi legitim məqsəd belə, müdaxilə üçün qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qaydalara əməl edilmədən həyata keçirilən müdaxiləyə haqq qazandıra bilməz. Bu qayda konstitusion hüquqi tələblərə bağlıdır və mütləq xarakter daşıyır. Bundan başqa məhkəmə kollegiyası onu da qeyd edir ki, müəyyən ərazidə şəhərsalma məqsədləri üçün abadlaşdırma işlərinin aparılması və digər şəhərsalma fəaliyyəti ilə bağlı əmlakın mülkiyyətçidən alınmasına ehtiyac yarandığı hallarda da, sözügedən alınma “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilməlidir. Belə hallarda da torpaqların dövlət ehtiyacları üçün alınması zamanı mülkiyyətə müdaxilə ilə bağlı nəzərdə tutulmuş tələblərin tətbiq olunması zərurəti nəzərə alınmalıdır. Nəzərə alınmalıdır ki, mülkiyyət hüququna müdaxilə üçün, o cümlədən ona xitam verilməsi yolu ilə mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması üçün yuxarıda qeyd olunan əsasın mövcud olması hələ müdaxilənin həyata keçirilməsi baxımından yetərli deyil, bu zaman həm də “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda alınma ilə bağlı nəzərdə tutulmuş qaydada tələblərə və şərtlərə də əməl olunması zəruridir. Həmin Məcəllənin 211-ci maddəsinə əsasən mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun: 4.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Maddə 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.10-cu bəndinə əsasən yerli icra hakimiyyəti başçısı yaşayış məntəqələri ərazilərinin abadlaşdırılması və yaşıllaşdırılması işini və yaşıllıqların mühafizəsini təşkil edir. 4.9.3-cü bəndinə əsasən müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumlara (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) icrası məcburi olan göstərişlər verilməsi yerli icra hakimiyyəti başçısının səlahiyyətidir. 4.9.14-cü bəndinə əsasən yaşayış məntəqələrində məhəllə ərazilərinin abadlaşdırılması üçün ünvanlı abadlaşdırma proqramlarını və müvafiq ərazilərin kompleks abadlaşdırılması proqramlarının hazırlaması və həyata keçirilməsi yerli icra hakimiyyəti başçısının səlahiyyətidir. İddiaçının istifadəsində olmuş qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən qanunvericiliyin yuxarıda qeyd olunmuş tələblərinin pozulması ilə müşaiyət edilən şəkildə sökülməsi və ona buna müvafiq kompensasiyanın ödənilməməsi iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinin tələbinə görə maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Kompensasiyanın məbləğinə gəldikdə isə qeyd edilməlidir ki, mülkiyyəti onun dəyərinə uyğun ağlabatan məbləğdə kompensasiya ödəmədən müsadirə etmək qeyrimütənasib tədbirdir. Hər şeydən əvvəl qeyd edilməlidir ki, iddiaçının daşınmaz əmlakının geri alınmasının qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilmədən aparılmasına baxmayaraq, ona ödəniləcək kompensasiya məhz “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələbləri əsasında müəyyən edilmiş kompensasiya olmalıdır. Bu isə ilk növbədə əmlakın ümumi sahəsinin bazar dəyərinin müəyyənləşdirilməsinə münasibətdə sözügedən qanunda müəyyənləşdirilmiş yanaşmaların tətbiq olunmasını tələb edir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinə əsasən torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Hazırki işin birinci instansiya məhkəməsində araşdırılması zamanı məhkəmə tikintitexniki ekspertizası təyin edilərək, ünvan 6 ünvanda yerləşən "xxxx" KM-nin təsisçisi İddiaçı məxsus olan (hazırda sökülmüş) ümumi sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsinin real bazar qiymətinin nə qədər təşkil etdiyinin müəyyən edilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/6403 №li ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiq olunan qeyri-yaşayış sahəsinin ümumi sahəsinin 40 kv.metr təşkil etdiyini nəzərə alaraq, ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 85000 manat (40 x 2125) məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi Səbail RİHB-nin 1994-cü il tarixli sərəncamında 4mx6m (24 metr) qeyri-yaşayış sahəsinin tikintisinə icazə verildiyi və həmin sərəncam əsasında tikilinin sxeminin eyni ölçülərlə təsdiq edildiyi müəyyən edildiyindən iddia tələbini sözügedən obyektin 24 kv.m sahəsinə görə kompensasiya ödənilməsi hissəsində əsaslı hesab etmiş, lakin məhkəmə yanlışlığa yol verərək iddiaçının sözügedən qeyri-yaşayış sahəsinin qalan 16 kv.m. hissəsinə də o dövrdə müvafiq səlahiyyətli orqan tərəfindən texniki pasport verildiyi üçün həmin sahəni də özəlləşdirməkdə gözlənti hüququnun mövcud olduğunu nəzərə almamışdır. Odur ki, 16 kv.m. qeyri-yaşayış sahəsinin ekspert rəyinə əsasən hər kv.metrinə görə bazar qiyməti 2125 manatdan hesablanmaqla iddiaçıya əlavə olaraq 34.000 manat (16 kv.m x 2125 manat) kompensasiya ödənilməlidir. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərə görə əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-64/2023 saylı 11 dekabr 2023-cü il tarixli qərarı qismən, iddia tələbinin təmin edilmədiyi hissədə ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməli və ünvan 6 ünvanda mövcud olmuş qeyriyaşayış binasının 16 kv.metr hissəsinin sökülməsinə görə İddiaçı 34.000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Səbail Rayonu İcra Hakimiyyətinin üzərinə qoyulmalı, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bakı şəhəri Səbail Rayonu İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-64/2023 saylı 11 dekabr 2023-cü il tarixli qərarı qismən, iddia tələbinin təmin edilmədiyi hissədə ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilsin. ünvan 6 ünvanda mövcud olmuş qeyri-yaşayış binasının 16 kv.metr hissəsinin sökülməsinə görə İddiaçı 34.000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Səbail Rayonu İcra Hakimiyyətinin üzərinə qoyulsun. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-64/2023 saylı 11 dekabr 2023-cü il tarixli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Rəşid Səmədov Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-2140/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2140/2024
27.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver