Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2141/2022 10.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2207/2021 saylı, 15 dekabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı məhkəməyə müraciət edərək, onun barəsində qəbul edilmiş 02 iyul 2020-ci il tarixli **********137759 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Grandproje" MMC barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********137759 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın və həmin qərara düzəliş edilməsi haqqında xx.xx.2021-ci il tarixlı **********146275 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********196177 saylı qərarı ilə İddiaçı MMC-də Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və aparılmış yoxlamanın nəticəsi üzrə 22 may 2020-ci il tarixli **********196198 saylı “Səyyar vergi yoxlaması" Aktı tərtib edilmişdir. Yoxlama ilə Cəmiyyətdə sadələşdirilmiş vergi üzrə 940,00 manat artıq hesablanması, ƏDV üzrə 12767,8 manat azaldılması və 11406,51 manat artıq hesablanması, mənfəət vergisi üzrə 2017-ci il üzrə 1185,05 manat artıq hesablanması və 2018-ci il üzrə 65659,32 manat azaldılması müəyyən edilmişdir. Beləliklə, yoxlamanın nəticəsi üzrə tərtib edilmiş aktla cəmiyyətə ƏDV üzrə 1361,29 manat əlavə vəsait (12767,8 - 11406,51) hesablanması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 6383,9 manat, mənfəət vergisi üzrə 64478,27 manat əlavə vəsait (65659,32 - 1185,05) hesablanması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 32829,66 manat maliyyə sanksiyasının, ümumilikdə 64899,56 manat əlavə vəsait hesablanması və 39213,56 manat maliyyə sanksiyasının tətbiq olunması təklif edilmişdir. Qeyd olunan inzibati qərardan iddiaçı tərəfindən 09 iyul 2020-ci il tarixdə yuxarı inzibati orqana inzibati qaydada şikayət verilmiş və düz 80 gün sonra, yəni inzibati icraat qanunvericiliyi ilə şikayətlərə baxılması müddətləri kobud pozulmaqla 29 sentyabr 2020-ci il tarixdə iddiaçıya cinayət işinin başlanması səbəbi ilə formal mülahizələrə istinad edilərək şikayətə baxılmaqdan imtina edilməsi barədə cavab məktubu təqdim edilmişdir. İddiaçının inzibati aktdan şikayətinə yuxarı şikayət instansiyası tərəfindən yalnız 29 sentyabr 2020-ci il tarixdə cavab verildiyindən həmin cavab məktubundan qanunla nəzərdə tutulmuş 30 günlük şikayət vermə müddəti ötürülməmişdir. İnzibati akt əsassız və qanunsuzdur, iddiaçının hüquqlarını pozur. Belə ki, əvvəla, səyyar vergi yoxlaması qanunvericilikdə nəzərdə tutulmuş yoxlamanın keçirilməsi müddətlərinin pozulması ilə aparılmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.1-ci maddəsinə görə səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Hazırkı iş üzrə vergi orqanı qanunvericiliyin tələblərini pozaraq səyyar vergi yoxlamasını 30 gün, yəni 30 təqvim günü ərzində aparmalı olduğu halda yoxlamanı 30 iş günü ərzində həyata keçirmişdir. Hətta müstəsna hal kimi 30 iş günü müddətinə uzadılma aparmışdır. Halbuki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.2-ci maddəsində səyyar vergi yoxlamasının 30 gün müddətində aparılması konkret olaraq göstərilmiş, yoxlamanın 30 iş günü ərzində aparılması nəzərdə tutulmamışdır. Belə ki, səyyar vergi yoxlaması materiallarından görünür ki, səyyar vergi yoxlaması xx.xx.2020-ci il tarixdə başlamış, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək yoxlama dayandırılmış, xx.xx.2020-ci il tarixdən 30 gün uzadılmış, daha sonra bir daha xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək yoxlama dayandırılmış və yoxlama xx.xx.2020-ci il tarixdə başa çatdırılmışdır. Göründüyü kimi xx.xx.2020-ci il tarixdə başlamış səyyar vergi yoxlaması xx.xx.2020-ci il tarixdə başa çatdırılmalı olduğu halda, yoxlama müddəti yoxlamanın başa çatma müddətindən 11 gün sonra, yəni xx.xx.2020-ci il tarixli qərarla dayandırılmışdır. Yəni yoxlamanın dayandırılmasına dair qərar ilkin səyyar vergi yoxlamasının başa çatmasından 11 gün sonra qəbul edilmişdir. Bundan başqa, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək yoxlama dayandırıldıqdan sonra xx.xx.2020-ci il tarixli qərarla yoxlamanın müddəti daha 30 gün müddətinə uzadılsa da, yoxlama qərara əsasən xx.xx.2020-ci il tarixdə başa çatdırılmalı olduğu halda 26 gün sonra, yəni xx.xx.2020-ci il tarixli qərarla bir daha dayandırılmışdır. Başqa sözlə desək, yoxlamanın dayandırılmasına dair qərar səyyar vergi yoxlamasının başa çatmasından 26 gün sonra qəbul edilmişdir ki, bununla da ikinci dəfə yoxlamanın qanunla müəyyən edilmiş müddəti ilə bağlı pozuntuya yol verilmişdir. Xüsusi olaraq qeyd edilməlidir ki, hətta sonuncu dəfə vergi orqanının qanunsuz və əsassız mövqeyi, yəni xx.xx.2020-ci il tarixli müddətin uzadılması ilə bağlı qərarla yoxlamanın müddətinin 30 gün deyil, 30 iş günü uzadılması ilə iddiaçı razılaşsa belə, xx.xx.2020-ci il tarixdən 30 iş günlük müddətin sonuncu iş günü ən geci xx.xx.2020-ci il tarixə təsadüf edir ki, vergi orqanı isə yalnız xx.xx.2020-ci il tarixdə yoxlamanın dayandırılması barədə qərar qəbul etməklə özünün iddia etdiyi 30 iş günlük müddəti də qanunsuz olaraq pozmuşdur. Belə olan halda, səyyar vergi yoxlaması vergi orqanının müddətin uzadılmasına dair xx.xx.2020-ci il tarixli qərarı ilə 30 günlük müddət bitdikdən sonra başa çatdırıldığından qanuni hesab edilə bilməz. Səyyar vergi yoxlaması qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olmadan dayandırılmışdır. Göründüyü kimi, vergi orqanı yoxlama zamanı ilkin olaraq mütəxəssisin dəvət edilməsi məqsədilə qərar qəbul etsə də, daha sonra mütəxəssis rəyinə ümumiyyətlə ehtiyac qalmadığı qənaətinə gəlmişdir. Lakin buna baxmayaraq, vergi orqanı qanunsuz və əsassız olaraq xx.xx.2020-ci il tarixdə 33 gün müddətinə və xx.xx.2020-ci il tarixdə 32 gün müddətinə düz 2 dəfə (ümumilikdə 65 gün müddətinə) vergi orqanının təşəbbüsü ilə mütəxəssisin dəvət edilməsi əsası ilə dayandırılması barədə qərarlar qəbul etmişdir. Vergi yoxlaması müddətinin uzadılması ilə bağlı qərarın dövlət reyestrində qeydiyyata alınmaması bu yoxlamanın qanununsuz və əsassız aparılmasına və nəticə etibarı ilə yoxlamanın hüquqi nəticəsinin olmamasına dəlalət edir. Eyni zamanda, nəinki yoxlamanın, həmçinin yoxlamaya aid digər məlumatların dövlət reyestrində düzgün qeydiyyata alınmaması yoxlamanın tamamilə qanunsuz hesab edilməsi üçün əsas kimi qəbul edilir. Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY201428250 saylı çıxarışdan görünür ki, yoxlamanın başlama tarixi xx.xx.2020, sona çatma tarixi xx.xx.2020 tarixidir. Halbuki, yoxlama xx.xx.2020-ci il tarixində başlasa da, yoxlama müddəti 2 dəfə dayandırılmış (təxirə salınmışdır), bir dəfə artırılmış, xx.xx.2020-ci il tarixində başa çatmışdır. Göründüyü kimi, çıxarışa əsasən yoxlamanın başa çatma tarixi xx.xx.2020 göstərilsə də, faktiki olaraq yoxlama xx.xx.2020- ci il tarixdə başa çatmış, lakin qeyd olunan məlumat vergi orqanı tərəfindən yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməmişdir. Vergi orqanı tərəfindən səyyar vergi yoxlamasının nəticələri üzrə 22 may 2020-ci il tarixdə akt tərtib edilmiş, lakin həmin aktın imzalanması və aktda müvafiq qeydlərin aparılması üçün Cəmiyyətə ümumiyyətlə təqdim edilməmiş və eyni tarixdə onlayn kargüzarlıq vasitəsilə Cəmiyyətin elektron kabinetinə göndərilmişdir. Həmin aktın imzalanma yerlərinə nəzər yetirildikdə görünür ki, aktda vergi ödəyicisinin imza olan yerlərində “imtina Zeynalov” və “Zeynalov Məcid L. imtina” sözləri qeyd edilmiş və yoxlayıcılar tərəfindən imzalanmışdır. Halbuki, Cəmiyyətin rəhbəri X1 bu barədə ümumiyyətlə məlumatı olmamış və vergi orqanı tərəfindən akt ona imzalanması üçün təqdim edilməmişdir. Göründüyü kimi, vergi orqanı yuxarıda qeyd olunan qanunvericilik normalarına əməl etməyərək və öz vəzifə səlahiyyətlərini aşaraq (saxtakarlıqla) aktı vergi ödəyicisinə tanış olması, imzalanması və müvafiq qeydlərin aparılması üçün təqdim etməmiş və bununla da kobud qanun pozuntusuna yol verərək cəmiyyətin hüquqlarını məhdudlaşdırmışdır. Həmçinin, məsuliyyətə cəlb edilmə barədə qərar qanunvericiliyin imperativ tələblərinə zidd olaraq əsaslandırılmadan qəbul edilmişdir. Belə ki, Cəmiyyət onun barəsində aparılmış yoxlamanın nəticəsi üzrə tərtib edilmiş 22 may 2020-ci il tarixli akta dair öz etirazını 21 iyun 2020-ci il tarixdə təqdim edərək özünün müdafiəsi üçün bir çox dəlillər gətirmiş, lakin vergi orqanı məsuliyyət qərarı qəbul edərkən qeyd olunan dəlillərin heç birinə münasibət belə bildirməmişdir. Göstərilən normaların tələblərinə zidd olaraq, vergi orqanı tərəfindən səyyar vergi yoxlamanın materiallarına baxılmasının nəticəsi üzrə qəbul etdiyi vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə qərar ümumiyyətlə əsaslandırılmamış, Cəmiyyətin özünün müdafiəsi üçün gətirdiyi dəlillər ümumiyyətlə yoxlanılmamış, yalnız yoxlamanın nəticəsi üzrə hesablanmış əlavə vergilərin və tətbiq edilmiş maliyyə sanksiyalarının qeyd edilməsi ilə kifayətlənilmişdir. Bundan başqa, inzibati orqan hazırki yoxlama ilə inzibati orqanın etimad hüququnu pozaraq əvvəllər qəbul etdiyi mövqedən fərqli mövqe irəli sürmüşdür. Belə ki, Vergi orqanı vergi qanunvericilik normalarını düzgün tətbiq etməyərək və özünəuyğun qaydada şərh edərək İddiaçı MMC-yə əsassız və qanunsuz olaraq xx.xx.2019-cu il tarixli **********857300 nömrəli “Vergilərin hesablanması barədə” Qərarla 2018-ci illin mənfəət vergisi üzrə əlavə olaraq 71.959,80 manat vergi hesablamışdır ki, həmin qərarda da yeganə əsas kimi yalnız “Baza məlumatlarına əsasən 359.799,00 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir” göstərilmişdir. Halbuki, vergi orqanının iddia etdiyi 359.799,00 manat məbləğində öz təsdiqini tapmayan xərclərin 187.099,00 hissəsinin bütün ilkin uçot sənədləri mövcud olmuşdur. Belə ki, müəssisə layihə işlərinin görülməsi ilə bağlı fərdi sahibkarlar X2 (VÖEN: **********) və X5 (VÖEN: **********) ilə müvafiq müqavilələr bağlamış, Nicat Hüseynova müqavilələr əsasında ümumilikdə 73.070,00 manat və Orxan Məmmədova ümumilikdə 114.029,00 manat, cəmi 187.099,00 manat məbləğində ödənişlər etmiş, qeyd olunan əməliyyatları təsdiq edən bütün zəruri müqavilələr və ödəniş sənədləri mövcud olmuş və həmin sənədlər vergi orqanına təqdim edilmişdir. Cəmiyyət tərəfindən xx.xx.2019-cu il tarixdə vergi orqanına təqdim edilən 2018ci il üzrə mənfəət vergisi bəyannaməsində 542.985,55 manat ümumi gəlirlər, 524.625,15 manat ümumi gəlirdən çıxılan xərc göstərilərək, 18.360,40 manat vergiyə cəlb edilən mənfəət olmaqla 3.672,08 manat mənfəət vergisi hesablanmışdır. Göründüyü kimi, 524.625,15 manat ümumi xərc məbləğindən 174.000,00 manat hissəsi təsdiqedici sənədləri olmayan xərclərə aid edilir ki, bu da həmin xərclərin ümumi xərclərdəki xüsusi çəkisi faiz nisbətilə təxminən 33% təşkil etmişdir. Beləliklə, müəssisənin xərclərindən 33 faizi (digər xərclərdə olan 174.000,00 manat) ilkin sənədlərlə öz təsdiqini tapmamışdır ki, məhz belə olan halda da vergi qanunvericiliyinin müvafiq normaları düzgün tətbiq edilməlidir. Cəmiyyət tərəfindən 2018-ci il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində 542.985,55 manat ümumi gəlirlər, 452.487,96 manat ümumi gəlirdən çıxılan xərc göstərilərək, 90.497,59 manat vergiyə cəlb edilən mənfəət olmaqla 18.099,52 manat mənfəət vergisi hesablanmışdır. Lakin buna baxmayaraq, inzibati şikayət üzrə araşdırma aparan Nazirliyin qurumu nəinki Cəmiyyət tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamə və izah məktubunu nəzərə almış, hətta iddiaçının şikayətinin qeyd olunan hissəsinə, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli Qərarının tətbiq edilməsi məsələsinə ümumiyyətlə münasibət bildirməmişdir. Bununla bağlı Cəmiyyətin verdiyi təkrar inzibati şikayəti Azərbaycan Respublikası Vergilər Nazirliyinin Apellyasiya Şurasının 06 dekabr 2019-ci il tarixli **********531200 nömrəli Qərarı ilə təmin edilmiş, Cəmiyyət tərəfindən şərti rentabellik norması tətbiq edilməklə vergi orqanına təqdim edilən 2018-ci il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi nəzərə alınmışdır. Başqa sözlə, Cəmiyyətin şikayətinə Sənədlərlə iş və müraciətlərə baxılması Departamentində (Katiblik) baxılaraq vergi orqanında olan baza məlumatlarına əsasən kameral vergi yoxlaması zamanı təsdiqini tapmayan 287.661,8 manat xərc məbləğinin 187.099,0 manat olan hissəsi öz təsdiqini tapdığı üçün Cəmiyyətin xx.xx.2019-cu il tarixli inzibati şikayəti qismən təmin edilmiş və Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin xx.xx.2019-cu il tarixli **********382400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı 37.419,8 manat verginin hesablanması hissəsində azaldılmış, bəyan edilmiş xərclərin 100.562,8 manat hissəsinin isə təsdiqini tapmadığı üçün 20.112,5 manat verginin hesablanması hissəsində isə dəyişdirilmədən saxlanılmışdır ki, həmin hissədə də Vergilər Nazirliyinin Apellyasiya Şurası tərəfindən təmin edilmişdir. Göründüyü kimi, Cəmiyyət tərəfindən layihə işlərinin yerinə yetirilməsi ilə bağlı fərdi sahibkarlarla aparılan əməliyyatlar (onlara köçürülən pul vəsaitləri), yəni sonuncular tərəfindən görülən işlər yoxlamanı aparan vergi orqanından yuxarı orqanı olan şikayət idarəsi və Apellyasiya Şurası tərəfindən qəbul edilərək Cəmiyyətin gəlirin əldə edilməsi ilə bağlı xərcləri kimi tanınmış, habelə həmin vaxt Vergilər Nazirliyinin Apellyasiya Şurası tərəfindən Cəmiyyətin xərclər hissəsində “digər xərclər” sütununda göstərilmiş təsdiqini tapmayan xərclər də, şərti rentabellik norması tətbiq edilməklə apardığı hesablama tanınaraq nəzərə alınmışdır. Başqa sözlə, yoxlamanı aparan vergi orqanının yuxarı orqanı olan Apellyasiya Şurası Cəmiyyətin bir çox xərclərinin sənədlərlə təsdiqini tapmadığı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli Qərarının tələblərini əsas götürməklə vergilərin hesablanmasını qəbul etmişdir. Beləliklə, qeyd olunanlardan aydın olur ki, yuxarı inzibati orqanlar həm Cəmiyyətin 2018-ci il üzrə digər vergi ödəyicilərlə apardığı əməliyyatları ətarflı, obyektiv və tam araşdıraraq həmin əməliyyatlara, həm də cəmiyyətin şərti rentabellik norması tətbiq edilməklə vergilərin yenidən hesablanmasına artıq öz hüquqi mövqeyini bildirməklə onları qəbul etmişlər. Yəni, artıq qeyd olunan məsələlərə yoxlamanı aparan vergi orqanın yuxarı inzibati orqanları tərəfindən araşdırılaraq hüquqi qiymət verilmişdir. Lakin buna baxmayaraq, hazırda yoxlama ilə vergi orqanı yuxarı inzibati orqanın mövqeyinə tamamilə zidd olan mövqeyi ilə çıxış edərək hesab etmişdir ki, Cəmiyyətin bilavasitə işlərin görülməsi ilə bağlı sair xərclər üzrə 222.799,00 manat məbləğ lisenziya olmayan fiziki şəxslər tərəfindən yerinə yetirilmiş layihə işlərinə görə yarandığı və digər xərclər üzrə 100.562,81 manat məbləğində xərclər sənədlərlə təsdiqini tapmadığı üçün həmin xərclər Cəmiyyətin gəlirindən çıxılan xərclər kimi nəzərə alınmalı deyil. Vergi orqanının lisenziya olmayan fiziki şəxslər tərəfindən yerinə yetirilmiş layihə işlərinə görə yaranan xərclərin nəzərə alınmaması üçün qanunvericilikdə heç bir hüquqi əsas mövcud deyil. Bundan başqa, Cəmiyyət müqavilə bağlayarkən digər şəxslərin gördüyü işlərə görə lisenziyasının mövcud olub-olmamasını araşdırmağa borclu deyil. Buna görə həmin sahibkarlar özləri məsuliyyət daşımalıdırlar. Bundan başqa , yoxlama ilə digər xərclər sütununda qeyd olunan sənədlərlə təsdiqi tapılmayan 100.562,81 manat məbləğin yaranmasına səbəb məhz Cəmiyyətin inzibati qaydada etdiyi şikayətlərdən sonra şərti rentabellik normasını tətbiq etməklə vergilərin yenidən hesablanması barədə verdiyi dəqiqləşdirilmiş bəyannamə olmuşdur. Qeyd olunan dəqiqləşmiş mənfəət vergisi bəyannaməsi isə Vergilər Nazirliyinin Apellyasiya Şurası tərəfindən qəbul edilmiş və artıq bununla bağlı yuxarı inzibati orqan öz mövqeyini bildirmişdir. Bu səbəbdən də qeyd olunan məsələyə bir daha dönərək, yenidən həmin xərclərin təsdiqini tapmayan xərclər kimi tanınması heç bir məntiqə uyğun gəlmir. Yoxlamanı aparan vergi orqanı tərəfindən yuxarı inzibati orqanın artıq hüquqi qiymət verilmiş məsələyə yenidən toxunularaq başqa qaydada məsələyə yanaşması və yuxarı inzibati orqan olan Vergilər Nazirliyinin Apellyasiya Şurasının Qərarına tamamilə zidd olan nəticəyə gəlməsi özü-özlüyündə qanunsuz və əsassızdır. Əlavə dəyər vergisi üzrə vergi orqanı tərəfindən ƏDV üzrə 12.767,8 manat azaldılmasının və 11.406,51 manat artıq hesablanmasının müəyyən edilməsinə baxmayaraq, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergilərə görə 6.383,9 manat maliyyə sanksiyasının tətbiq edilməsi Vergi Məcəlləsinin 55.1.5-ci maddəsinin tələblərinin pozulmasına səbəb olmuşdur. Cavabdeh iddiaçı tərəfindən vergi qanunvericiliyinin pozulması halını təsdiq edən yetərli sübut və dəlilləri əldə etmədən yalnız sübuta yetirilməyən formal mülahizələrə əsaslanaraq səyyar vergi yoxlaması aktı tərtib etmiş və vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul etmişdir ki, bu da öz növbəsində iddiaçının qanunla qorunan hüquq və mənafelərinə toxunması halının yaranmasına səbəb olmuşdur. Qeyd olunanlara əsasən cavabdeh iddiaçı tərəfindən vergi qanunvericiliyinin pozulması halını sübuta yetirə bilmədiyindən, habelə səyyar vergi yoxlaması aktı və vergi məsuliyyətinə cəlb edilməsi haqqında qərar qanunsuz və əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Göstərilənələrə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqanın iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, vergi orqanının xx.xx.2020-ci il tarixli **********196177 nömrəli qərarına əsasən müəssisənin vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və yoxlama xx.xx.2020-ci il tarixli **********196198 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan İddiaçındə (VÖEN: **********) keçirilmiş səyyar vergi yoxlaması ilə müəyyən olunmuşdur ki, Cəmiyyətdə vergi orqanına təqdim edilmiş bəyannamələrə təhrif olunmuş məlumatlar daxil edilərək, 2018-ci il üzrə 65.659,32 manat mənfəət vergisi, 2018-ci ilin fevral, sentyabr, 2019-cu ilin fevral, noyabr ayları üzrə 12.767,80 manat əlavə dəyər vergisi az, eləcə də 2016-cı ilin 4-cü rübü üzrə 940,0 manat sadələşdirilmiş vergi, 2017-ci il üzrə 1181,05 manat mənfəət vergisi, həmin ilin iyun, 2018ci ilin yanvar, avqust, 2019-cu ilin mart ayları üzrə 11.406,51 manat əlavə dəyər vergisi artıq hesablanmaqla, ümumilikdə, xeyli miqdar təşkil edən 64.899,56 manat məbləğində vergilər dövlət büdcəsinə ödənilməkdən yayındırılmışdır. “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********196177 nömrəli Qərar və xx.xx.2020ci il tarixli KY201428250 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış” xx.xx.2020-ci il tarixdə vergi ödəyicisinə təqdim edilməklə yoxlama xx.xx.2020-ci il tarixdə başlanmış və 3 ay 4 gündən sonra xx.xx.2020ci il tarixdə başa çatmışdır. Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər və Vergi Məcəlləsinin 38.7-ci maddəsinə əsasən yoxlama 9 aydan çox olmamaqla dayandırıla (təxirə salına) bilər. Faktiki olaraq yoxlamanın müddəti 90 günə qədər deyil, daha az müddətə artırılmış və yoxlama 9 ay deyil, daha az müddətə dayandırılmışdır (təxirə salınmışdır). Vergi Məcəlləsinin 38.4-cü maddəsinə əsasən səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Vergi Məcəlləsinin 38.7-ci maddəsinə əsasən yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır). Vergi Məcəlləsinin 42ci maddəsinə əsasən “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2020-ci il tarixli **********196199 saylı Tələbnaməyə əsasən vergilərin hesablanması üçün zəruri olan sənədlər tələb olunmuş, lakin Tələbnamədə qeyd olunan sənədlər yoxlamaya tam həcmdə təqdim edilməmişdir. xx.xx.2020-cı il tarixli “Sənədlərin qismən təqdim olunmasından imtina barədə” akta əlavə olunan siyahıda qeyd olunan sənədlər yoxlamaya təqdim edilmiş, Tələbnamədə qeyd olunan digər sənədlər yoxlamaya təqdim edilməmişdir. Yoxlama xx.xx.2020-ci il tarixdə başa çatmış və vergi ödəyicisinə aktın nəticələri bildirilməklə, aktın imza ilə təsdiq edilməsi və aktın 1 nüsxəsinin qəbul edilməsi telefon vasitəsi ilə bildirilmişdir. Vergi ödəyicisi aktın nəticələri ilə razı olmadığını, akta imza etməkdən imtina etdiyini və COVİD-19 pandemiyası ilə əlaqədar aktın 1 nüsxəsini əlbə-əl götürə bilməyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə Koronovirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətlərinin müəyyən olunması səbəbindən akt 3 gün sonra, yəni xx.xx.2020-ci il tarixdə elektron qaydada vergi ödəyicisinə təqdim olunmuşdur. İddiaçının iddia ərizəsində qeyd olunan altıncı dəlili ilə bağlı qeyd olunmalıdır ki, "xxxx" MMC-yə xx.xx.2020-cı il tarixli **********516400 nömrəli məktub göndərilərək, Vergi Məcəlləsinin 39.5-ci maddəsinə əsasən keçirilmiş növbədənkənar səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən müəyyən edilən müddətin bitməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə Koronovirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətlərinin müəyyən olunması səbəbindən vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına, onların aradan qaldırılması və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə xx.xx.2020-ci il tarixdə Baş idarədə (AZ1029, Nizami rayonu, H.Əliyev pr. 115) baxılacağı bildirilmişdir. İddiaçının iddia ərizəsində qeyd olunan yeddinci dəlili ilə bağlı qeyd olunmalıdır ki, mənfəət vergisi üzrə İddiaçı MMC xx.xx.2017-ci il tarixdən (ƏDV və) Mənfəət vergisi ödəyicisi olmuşdur. Yoxlanılan dövrdə müəssisə mənfəət vergisi bəyannamələri təqdim etmişdir. Mənfəət vergisi üzrə vergi ödəyicisi tərəfindən 2017-cı ildə kassa metodu ilə təqdim edilmiş bəyannamədə 144.523,73 manat gəlir, 41.657,06 manat xərc (o cümlədən əmək haqqı xərci 17.114,12 manat, DSMF ayırması 3.765,11 manat, icarə xərci 3000 manat, bank xidməti üzrə xərc 1.981,82 manat, amortizasiya ayırması 15.224,24 manat və gəlirdən çıxılan əmlak vergisi 571,77 manat qeyd olunmaqla) 102.866,67 manat mənfəət və 20.573,33 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə ümumi gəlir 144.523,73 manat, o cümlədən layihə işlərindən gəlir 144.323,73 manat və daxil olmuş sığorta məbləği 200 manat, ümumi xərc 47.562,35 manat (o cümlədən əmək haqqı xərci 20.474,27 manat, DSMF ayırması 4.619,59 manat, icarə xərci 4000 manat, bank xidməti üzrə xərc 2.672,48 manat, amortizasiya ayırması 15.224,24 manat və gəlirdən çıxılan əmlak vergisi 571,77 manat qeyd olunmaqla) 96.961,38 manat mənfəət və 19.392,28 manat mənfəət vergisi hesablanmışdır. Nəticədə mənfəət vergisi məbləğinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən cəmi 1.181,05 manat (20.573,33 – 19.392,28) artıq hesablanması müəyyən olunmuşdur. 2018-ci ildə mənfəət vergisi üzrə vergi ödəyicisi tərəfindən hesablama metodu ilə təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamədə 542.985,55 manat gəlir, 452.487,96 manat xərc (o cürmədən əmək haqqı xərci 38.861,54 manat, DSMF ayırması 8.743,84 manat, icarə xərci 6000 manat, bank xidməti üzrə xərc 4.020,6 manat, bilavasitə işlərin görülməsi ilə bağlı sair xərclər 280.479 manat, amortizasiya ayırması 12.056,25 manat, digər xərclər 101.862,81 manat və gəlirdən çıxılan əmlak vergisi 463,92 manat qeyd olunmaqla) 90.497,59 manat mənfəət və 18.099,52 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə 2018-ci ildə ümumi gəlir 550.985,56 manat, o cümlədən layihə işlərindən gəlir 550.985,56 manat, əmək haqqı xərci 39.161,54 manat, DSMF ayırması 8.615,54 manat, icarə xərci 6000 manat, bank xidməti üzrə xərc 6.914,1 manat, bilavasitə işlərin görülməsi ilə bağlı sair xərclər 57.680 manat, amortizasiya ayırması 12.056,25 manat, digər xərclər 1300 manat və gəlirdən çıxılan əmlak vergisi 463,92 manat olmaqla, ümumi xərc 132.191,35 manat, 418.794,21 manat mənfəət və 83.758,84 manat mənfəət vergisi hesablanmışdır. Bilavasitə işlərin görülməsi ilə bağlı sair xərclər üzrə 222.799 manat (280.479-57.680) məbləğ lisenziyası olmayan fiziki şəxslər tərəfindən yerinə yetirilmiş layihə işlərinə görə yarandığı üçün yoxlama ilə nəzərə alınmamışdır. Yoxlama ilə əhatə olunan dövrdə mənfəət vergisi məbləğinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nüsbətən 2017-ci ildə 1.181,05 manat artıq hesablanması və 2018-ci ildə 65.659,32 manat azaldılması müəyyən olunmuşdur. Nəticədə mənfəət vergisi üzrə 64.478,27 manat əlavə vəsait (65.659,32-1.181,05) və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 32.829,66 manat (65.659,32 x 50%) maliyyə sanksiyası hesablanmışdır. X7 yoxlanılması üzrə - İddiaçı MMC xx.xx.2017-ci il tarixdən ƏDV ödəyicisi olmuşdur. 2017-ci ilin iyun ayında bank hesabına daxil olmuş (ƏDV məbləği 0 manat olan) 200 manat sığorta məbləği həmin ayın ƏDV bəyannaməsinə ƏDV-nə cəlb edilən satış dövriyyəsi kimi daxil edilmişdir. Vergi Məcəlləsinin 164.1.2-ci maddəsinə əsasən maliyyə xidmətləri vergidən azad olduğuna görə 2017-ci ilin iyun ayında ƏDV məbləğinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 36 manat artıq hesablanması müəyyən olunmuşdur. 2018-ci ilin yanvar ayı üzrə ƏDV bəyannaməsində 20000 manat dövriyyədən 3600 manat və fevral ayı üzrə ƏDV bəyannaməsində isə 0 manat ƏDV hesablanmışdır. Tekfen Mühendislik A.Ş. Azərbaycan Respublikasındakı Filialına (vöen **********) yerinə yetirilmiş layihə işlərinə görə təqdim edilmiş xx.xx.2018-ci il tarixli EAAG 490411 nömrəli elektron qaimə üzrə ödəniş xx.xx.2018-ci il tarixdə başa çatdığına görə Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən 2018-ci ilin yanvar ayı üzrə bəyannamədə ƏDV 0 manat, 2018ci ilin fevral ayı üzrə bəyannamədə ƏDV 3600 manat müəyyən edilmişdir. Nəticədə 2018-ci ilin yanvar ayı üzrə bəyannamədə ƏDV məbləğinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 3600 manat artıq hesablanması və 2018cı ilin fevral ayı üzrə bəyannamədə ƏDV məbləğinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 3600 manat azaldılması müəyyən olunmuşdur. 2018-ci ilin avqust ayı üzrə ƏDV bəyannaməsində 155.824,49 manat dövriyyədən 28.048,41 manat ƏDV hesablanmışdır. Bakı Metropoliteni QSC-nə (vöen **********) yerinə yetirilmiş layihə işlərinə görə təqdim edilmiş xx.xx.2018-ci il tarixli EAAK 002244 nömrəli elektron qaimə üzrə ödəniş xx.xx.2018-ci il tarixdə başa çatdığına görə 28.730 manat dövriyyədən 5.171,4 manat ƏDV, BDU X11 (vöen **********) yerinə yetirilmiş layihə işlərinə görə təqdim edilmiş xx.xx.2018-ci il tarixli EAAL 570213 nömrəli elektron qaimə üzrə ödəniş xx.xx.2018-ci il tarixdə başa çatdığına görə 36.925 manat dövriyyədən 6.646,5 manat ƏDV, Şinkar Holding MMC-dən (vöen **********) layihə işlərinə görə əvvəlcədən ödəniş xx.xx.2018-ci il tarixdə başa çatdığına görə 40000 manat dövriyyədən 7200 manat ƏDV və SİLK VEY Connect MMCdən (vöen **********) layihə işlərinə görə əvvəlcədən ödəniş xx.xx.2018-ci il tarixdə başa çatdığına görə 12000 manat dövriyyədən 2160 manat ƏDV, cəmi 117.655 manat dövriyyədən 21.177,9 manat ƏDV məbləği müəyyən edilmişdir. Nəticədə Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən 2018-ci ilin avqust ayı üzrə bəyannamədə ƏDV məbləğinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nüsbətən 6.870,51 manat (28.048,41-21.177,9) artıq hesablanması müəyyən olunmuşdur. 2018-ci ilin sentyabr ayı üzrə ƏDV bəyannaməsində 0 manat dövriyyədən 0 manat ƏDV hesablanmışdır. AZERFLOAT QSCnə (vöen **********) yerinə yetirilmiş layihə işlərinə görə təqdim edilmiş xx.xx.2018-ci il tarixli EAAL 574067 nömrəli elektron qaimə üzrə ödəniş xx.xx.2018-ci il tarixdə başa çatdığına görə 40000 manat dövriyyədən 7200 manat ƏDV məbləği müəyyən edilmişdir. Nəticədə Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən 2018-ci ilin sentyabr ayı üzrə bəyannamədə ƏDV məbləğinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nüsbətən 7200 manat azaldılması müəyyən olunmuşdur. 2019-cu ilin fevral ayı üzrə ƏDV bəyannaməsində 5000 manat dövriyyədən 900 manat və mart ayı üzrə ƏDV bəyannaməsində 5000 manat dövriyyədən 900 manat ƏDV hesablanmışdır. Tekfen Mühendislik A.Ş. Azərbaycan Respublikasındakı Filialına (vöen **********) yerinə yetirilmiş layihə işlərinə görə təqdim edilmiş xx.xx.2019-cu il tarixli EAAP 795463 nömrəli elektron qaimə və həmin qaimə üzrə 5 gün ərzində təqdim edilmiş xx.xx.2019-cu il tarixli HX 353968 nömrəli VHF üzrə ödəniş (5000 manat dövriyyədən 900 manat ƏDV) 30 gündən gec, yəni xx.xx.2019-cu il tarixdə başa çatdığına görə və xx.xx.2019-cu il tarixli EAAQ 858062 nömrəli elektron qaimə üzrə ödəniş (5000 manat dövriyyədən 900 manat ƏDV) 30 gündən gec, yəni xx.xx.2019-cu il tarixdə başa çatdığına görə Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən 2019-cu ilin fevral ayı üzrə ƏDV 1800 manat, 2019-cu ilin mart ayı üzrə ƏDV 0 manat müəyyən edilmişdir. Nəticədə 2019-cu ilin fevral üzrə bəyannamədə ƏDV məbləğinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nüsbətən 900 manat azaldılması və 2019-cu ilin mart ayı üzrə bəyannamədə ƏDV məbləğinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nüsbətən 900 manat artıq hesablanması müəyyən olunmuşdur. 2019-cu ilin noyabr ayı üzrə ƏDV bəyannaməsində 30500 manat dövriyyədən 5490 manat ƏDV hesablanmışdır. Azərbaycan Respublikası DGK-nin Azərterminalkompleks Birliyinə (vöen **********) yerinə yetirilmiş layihə işlərinə görə təqdim edilmiş xx.xx.2019-cu il tarixli EBAB 735682 nömrəli elektron qaimə üzrə ödəniş xx.xx.2019-cu il tarixdə başa çatdığına görə 13900 manat dövriyyədən 2502 manat ƏDV və xx.xx.2019-cu il tarixli EBAB 737453 nömrəli elektron qaimə üzrə ödəniş xx.xx.2019-cu il tarixdə başa çatdığına görə 11600 manat dövriyyədən 2088 manat ƏDV, Tekfen Mühendislik A.Ş. Azərbaycan Respublikasındakı Filialı (vöen **********) yerinə yetirilmiş layihə işlərinə görə təqdim edilmiş xx.xx.2019 -cu il tarixli EBAC 184164 nömrəli elektron qaimə üzrə ödəniş 30 günə başa çatmadığına görə 5000 manat dövriyyədən 900 manat ƏDV, Azərbaycan Respublikasinin Maliyyə Nazirliyinin Dövlət Xəzinədarliği Agentliyinə təqdim edilmiş xx.xx.2019-cu il tarixli EBAC 371022 nömrəli elektron qaimə üzrə ödəniş (5.932,23 manat dövriyyədən 1.067,8 manat ƏDV) 30 günə başa çatmadığına görə Vergi Məcəlləsinin 166cı maddəsinə əsasən 2019-cu ilin noyabr ayı üzrə 36.432,23 manat dövriyyədən 6.557,8 manat ƏDV müəyyən edilmişdir. Nəticədə 2019-cu ilin noyabr ayı üzrə bəyannamədə ƏDV məbləğinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nüsbətən 1.067,8 manat (6.557,8-5490) azaldılması müəyyən olunmuşdur. Yoxlama ilə əhatə olunan dövrdə ƏDV məbləğinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən cəmi 12.767,8 manat azaldılması və 11.406,51 manat artıq hesablanması müəyyən olunmuşdur. Nəticədə ƏDV üzrə 1.361,29 manat əlavə vəsait (12.767,8-11.406,51) və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 6.383,9 manat (12.767,8 x 50%) maliyyə sanksiyası hesablanmışdır. xx.xx.2020-ci il tarixdə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış, icraata qəbul edilib ibtidai araşdırma aparılmışdır. Cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin edilməsi məqsədilə, "xxxx" MMC üçün fiziki şəxslər tərəfindən rəsmi olaraq görülmüş işlərə görə hüquqi şəxs tərəfindən çəkilmiş faktiki xərclərin Vergi Məcəlləsinin tələblərinə üyğun olaraq müəssisənin xərclərinə aid edilibedilməməsinə dair ətraflı şərh verilməsi barədə Dövlət Vergi Xidmətinin Aparatın Vergi siyasəti baş idarəsinə xx.xx.2021-ci il tarixli **********158500 nömrəli xidməti məktub göndərilmişdir. Dövlət Vergi Xidmətinin Aparatın Vergi siyasəti baş idarəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli **********318200 nömrəli xidməti məktubda müvafiq fəaliyyət növü üzrə lisenziya tələb olunduğu halda lisenziya olmadan fəaliyyət göstərilməsi qanunvericiliyin pozulması hesab edildiyi, lakin "xxxx" MMC tərəfindən faktiki xərclərin çəkildiyi öz təsdiqini tapdığı halda həmin xərclər bazar qiyməti nəzərə alınmaqla gəlirdən çıxılan xərclərə aid edildiyi qeyd olunmuşdur. Cinayət işi üzrə istintaqın tam, hərtərəfli və obyektiv aparılması baxımından Dövlət Vergi Xidmətinin Aparatın Vergi siyasəti baş idarəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli **********318200 nömrəli xidməti məktubda qeyd olunanlar nəzərə alınmaqla, sonuncu səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə İddiaçı MMC-də dövlət büdcəsinə ödənilməkdən yayındırılmış vergilərin ümumi məbləğinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, cinayət işi üzrə xx.xx.2021-ci il tarixdə mütəxəssisin cəlb olunması barədə qərar qəbul edilmiş və qərarın icrası Baş idarənin Audit şöbəsinə həvalə olunmuşdur. Mütəxəssis araşdırmasının nəticəsi olaraq Baş idarənin Audit şöbəsi tərəfindən təqdim olunmuş xx.xx.2021-ci il tarixli rəydə (avis qeydiyyat nömrəsi: **********903500), İddiaçı MMC-də (VOEN **********) sonuncu səyyar vergi yoxlaması ilə əhatə olunan dövrdə dövlət büdcəsinə ödənilməkdən yayındırılmış vergilərin 20.339,76 manat (1.361,29 ƏDV + 19.918,47 mənfəət vergisi - 940,00 sadələşdirilmiş vergi) məbləğində olması və sonuncu səyyar vergi yoxlaması ilə artıq hesablanmış 44.560,80 manat (65.659,32-21.099,52) məbləğində mənfəət vergisinin müəssisənin şəxsi hesab vərəqəsində azaldılmalı olduğu qeyd olunmuşdur. Qeyd olunanlara əsasən Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında **********146275 nömrəli xx.xx.2021-ci il tarixli qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2207/2021 saylı, 15 dekabr 2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********137759 nömrəli qərar və həmin qərara düzəlişin edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********146275 nömrəli qərar əlavə dəyər vergisi üzrə 1361,29 manat və ona görə tətbiq edilmiş 680,65 manat maliyyə sanksiyası hissəsi istisna olunmaqla, qalan hissələrdə ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarının qismən ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilən hissədə rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun yazılmış və əlavə olaraq onunla əsaslandırılmışdır ki, məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası Vergilər Nazirliyinin Apellyasiya Şurasının 6 dekabr 2019-ci il tarixli **********531200 nömrəli Qərarında qeyd olunmuşdur ki, kameral vergi yoxlaması ilə aşkar olunmuş çatışmazlıqlar vergi ödəyicisinin fəaliyyətində qanunpozuntularının olmasına dəlalət etdiyindən Şura hesab edir ki, vergi ödəyicisinin vergi öhdəliyinin dəqiq müəyyən edilməsi baxımından onun sahibkarlıq fəaliyyəti səyyar vergi yoxlaması ilə əhatə edilə bilər. Qeyd olunanlara əsasən xx.xx.2020ci il tarixli **********196177 nömrəli qərarına əsasən müəssisənin vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Həmçinin bildirilir ki, Cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin edilməsi məqsədilə, "xxxx" MMC üçün fiziki şəxslər tərəfindən rəsmi olaraq görülmüş işlərə görə hüquqi şəxs tərəfindən çəkilmiş faktiki xərclərin Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq müəssisənin xərclərinə aid edilib-edilməməsinə dair ətraflı şərh verilməsi barədə Dövlət Vergi Xidmətinin Aparatın Vergi siyasəti baş idarəsinə xx.xx.2021-ci il tarixli **********158500 nömrəli xidməti məktub göndərilmişdir.Cinayət işi üzrə istintaqın tam, hərtərəfli və obyektiv aparılması baxımından Dövlət Vergi Xidmətinin Aparatın Vergi siyasəti baş idarəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli **********318200 nömrəli xidməti məktubda qeyd olunanlar nəzərə alınmaqla, sonuncu səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə İddiaçı MMC-də dövlət büdcəsinə ödənilməkdən yayındırılmış vergilərin ümumi məbləğinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, cinayət işi üzrə xx.xx.2021-ci il tarixdə mütəxəssisin cəlb olunması barədə qərar qəbul edilmiş və qərarın icrası Baş İdarənin Audit şöbəsinə həvalə olunmuşdur. Mütəxəssis araşdırmasının nəticəsi olaraq Baş İdarənin Audit şöbəsi tərəfindən təqdim olunmuş xx.xx.2021-ci il tarixli rəydə (avis qeydiyyat nömrəsi: **********903500), İddiaçıMMC-də (VÖEN **********) sonuncu səyyar vergi yoxlaması ilə əhatə olunan dövrdə dövlət büdcəsinə ödənilməkdən yayındırılmış vergilərin 20339,76 manat (1361,29 ƏDV + 19918,47 mənfəət vergisi - 940,00 sadələşdirilmiş vergi) məbləğində olması və sonuncu səyyar vergi yoxlaması ilə artıq hesablanmış 44560,80 manat (65659,32-21099,52) məbləğində mənfəət vergisinin müəssisənin şəxsi hesab vərəqəsində azaldılmalı olduğu qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının xərc sənədləri təsdiqini tapdığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli Qərarının tətbiq edilməsinə zərurət yaranmamışdır. Qeyd olunan hal üzrə vergi ödəyicisinin mənfəətini müəyyən etmək mümkün olduğundan birinci instansiya məhkəməsinin dəlilləri əsassızdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının qismən ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilən hissədə rədd edilməsi barədə qərar qəbul edilməsini edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən iddaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraza edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi və vəkili tərəfindən elektron kabinet vasitəsilə təqdim edilmiş ərizə ilə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsi xahiş edilmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). İşdən göründüyü kimi, iddia qismən təmin olunsa da, iddianın təmin olunmayan hissəsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyindən, Məhkəmə kollegiyası yalnız cavabdehin verdiyi apellyasiya şikayəti həddində qərarı –iddianın təmin olunmuş hissəsində yoxlayır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, səyyar vergi yoxlaması aktına əsasən iddiaçı barəsində cavabdeh vergi orqanı tərəfindən keçirilmiş növbədənkənar səyyar vergi yoxlamasının nəticəsi üzrə mənfəət vergisi və əlavə dəyər vergisi üzrə kənarlaşma müəyyən edilmişdir. Yoxlama ilə iddiaçının artıq hesablamaları nəzərə alındıqdan sonra mənfəət vergisi üzrə 64478,27 manat və əlavə dəyər vergisi üzrə 1361,29 manat vergilərin azaldılması müəyyən edilmişdir. Eyni zamanda, yoxlamanın nəticəsi üzrə qəbul edilmiş xx.xx.2020-ci il tarixdə **********137759 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarla iddiaçıya Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 32829,66 manat mənfəət vergisinə görə və 6383,90 manat əlavə dəyər vergisinə görə maliyyə sanksiyaları tətbiq edilmişdir. Səyyar vergi yoxlaması aktından da göründüyü kimi, mənfəət vergisi üzrə əlavə hesablamaya əsas 2018-ci il üzrə iddiaçı tərəfindən təqdim edilmiş mənfəət vergisi üzrə bəyannamənin xərclər bölməsində ümumilikdə 323361,81 manat xərclərin cavabdeh vergi orqanı tərəfindən nəzərə alınmamasından ibarət olmuşdur ki, həmin xərclərin də 222799,00 manat hissəsi lisenziya olmayan fiziki şəxslər tərəfindən yerinə yetirilmiş layihə işləri ilə bağlı və 100562,81 manat hissəsi isə sənədlərlə təsdiqini tapmaması ilə bağlı olmuşdur. Səyyar vergi yoxlamasının nəticəsi üzrə iddiaçı barəsində vergidən yayınma faktına əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərin İbtidai Araşdırılması Baş İdarəsində cinayət işi başlanmış və ibtidai istintaqın nəticəsi üzrə 09 aprel 2021-ci il tarixdə qəbul edilmiş qərarla cinayət işinə xitam verilmişdir. Belə ki, yoxlama zamanı cavabdeh vergi orqanı iddaçının layihə işlərin yerinə yetirilməsinə görə digər fiziki şəxslərə ödədiyi 222799,00 manat məbləğində xərcləri qəbul etməmişdir, çünki həmin şəxslərin layihə işləri ilə məşğul olması üçün lisenziyaları mövcud olmamışdır. Nəticə etibarı ilə 222799,00 manat məbləğində xərcin tanınmaması səbəbindən iddiaçıya buna görə əlavə 44558,00 (222790,00 x 20%) manat mənfəət vergisi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 22279,00 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İbtidai istintaq zamanı həmin hissədə hesablanmış vergilər ləğv edilmişdir. Cinayət işinə xitam verilməsi barədə qərarın icrası ilə əlaqədar cavabdeh vergi orqanı xx.xx.2020-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara düzəliş edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********146275 saylı qərar qəbul edilmişdir. Həmin qərarla cinayət işi zamanı ləğv edilmiş 44558,00 manat vergi və ona uyğun tətbiq edilmiş 22279,00 manat maliyyə sanksiyası, ümumilikdə 66837,00 (44558,0 + 22279,0) manat hesablama nəzərə alındıqdan sonra 21099,52 manat mənfəət vergisi və ona əsasən tətbiq edilmiş 10549,76 manat maliyyə sanksiyası, 1397,29 manat əlavə dəyər vergisi və tətbiq edilmiş 6383,90 manat maliyyə sanksiyası, ümumilikdə 39430,47 manat hesablama qüvvədə saxlanılmışdır. Hazırda iddiaçı tərəfindən həm xx.xx.2020-ci il tarixli **********137759 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar, həm də “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara düzəliş edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********146275 saylı qərar mübahisələndirilir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı 02 iyul 2020-ci il tarixli inzibati aktdn 09 iyul 2020-ci il tarixdə yuxarı inzibati orqana şikayət etmiş, 29 sentyabr 2020-ci il tarixdə cinayət işinin başlanması səbəbilə şikayətə baxılmaqdan imtina edilmişdir. İddia ərizəsi 30 günlük müddət ötürülmədən xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. Həmçinin, mübahisələndirilən digər qərar xx.xx.2021-ci il tarixli olmaqla iş üzrə məhkəmə icraatı zamanı qəbul edilmiş, iddiaçı tərəfindən tələbin həcminin artırılması barədə ərizə ilə həmin qərar da mübahisləndirilmişdir. Hazırda mübahisələndirilən xx.xx.2020-ci il tarixli **********137759 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş düzəliş edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********146275 saylı yeni qərar əvvəlki qərarı ləğv etməmiş, əksinə əvvəlki qərarda müvafiq düzəlişlər apararaq müəyyən hissədə vergiləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ləğv etmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, sonuncu xx.xx.2021-ci il tarixli düzəliş qərarı əvvəlki xx.xx.2020-ci il tarixli qərarla birlikdə mübahisələndirilə bilər. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 38.1-ci maddəsinə görə səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. - 38.1-ci maddəsinə görə səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. - 38.2-ci maddəsinə görə vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. - 38.4-cü maddəsinə görə səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. - 38.7-ci madəsinə görə yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): 38.7.1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; 38.7.2. səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; - 49.1-ci maddəsinə görə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında, əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması, əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi, yeni qərarın qəbul edilməsi. - 55.1-ci maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallar aşağıdakılardır: 55.1.5. hər hansı vergilər, o cümlədən vergi agentləri tərəfindən ödənilən vergilər üzrə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması. - 57.1-ci maddəsinə görə bu Məcəllənin 57.1-1-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla, vergi hesabatını və ya bu Məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. - 58.1-ci maddəsinə görə verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. - 62.1-ci maddəsinə görə hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. - 67.14-cü maddəsinə görə bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. - 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları»na əsasən bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarını müəyyən edir. Həmin Qaydaların 6-cı bəndində vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanının şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) müəyyən etdiyi şərti üsullar təsbit edilmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Göründüyü kimi, hazırda apellyasiya baxışı zamanı mübahisələndirilən qərarlarla iddiaçıya hesablanmış mənfəət vergisi və ona münasibətdə tətbiq edilən maliyyə sanksiyası hissəsində məhkəmə qərarı yoxlanılır. İddiaçı mübahisələndirilən qərarlarla ona hesablanmış mənfəətə vergisi ilə razılaşmır. Bunu onunla əsaslandırır ki, qanunvericilik fiziki və hüquqi şəxslərin inzibati orqanlara göstərdikləri etimadın qanunla qorunmasını təsbit etmiş və inzibati orqanların məhz mövcud inzibati praktikaya uyğun hərəkət etməyi onların vəzifə borcu kimi müəyyən etmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, vergi orqanı qanunvericiliyin tələblərini pozaraq səyyar vergi yoxlamasını 30 təqvim günü ərzində aparmalı olduğu halda yoxlamanı 30 iş günü ərzində həyata keçirmişdir. Belə ki, xx.xx.2020-ci il tarixdə başlamış səyyar vergi yoxlaması xx.xx.2020-ci i tarixdə başa çatdırılmalı olduğu halda, yoxlama müddəti yoxlamanın başa çatma müddətindən 11 gün sonra, yəni xx.xx.2020-ci il tarixli qərarla dayandırılmışdır. Halbuki, VM-nin 38.2-ci maddəsində səyyar vergi yoxlamasının 30 gün müddətində aparılması konkret olaraq göstərilmiş, yoxlamanın 30 iş günü ərzində aparılması nəzərdə tutulmamışdır. Bundan əlavə, işin hallarından görünür ki, iddiaçı vergi orqanının əvvəlki inzibati praktikasına istinad etmişdir. Belə ki, Vergilər Nazirliyinin “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” 30 sentyabr 2019-cu il tarixli qərarı ilə cavabdeh vergi orqanı İddiaçı MMC-yə xx.xx.2019-cu il tarixli **********857300 nömrəli “Vergilərin hesablanması barədə” Qərarla hazırda mübahisələndirilən eyni dövr olan 2018-ci il üzrə mənfəət vergisi üzrə əlavə olaraq 71.959,80 manat vergi hesablamışdır ki, həmin qərarda da əsas kimi yalnız “Baza məlumatlarına əsasən 359.799,00 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir” göstərilmişdir. Vergi orqanların uçot-baza məlumatlarında həmin xərclərin öz təsdiqini tapmamasına əsas isə fərdi sahibkarlar tərəfindən iddiaçıya görülən işlərə görə 2018-ci ilə aid olan elektron-qaimə fakturalarının yalnız 2019-cu ildə təqdim edilməsi olmuşdur. İddiaçı da həmin elektron qaimə-fakturaları təsdiq etdikdən sonra baza məlumatlarında öz təsdiqini tapmışdır. Vergilər Nazirliyində inzibati şikayətin araşdırılması zamanı göstərilənlər öz təsdiqini tapmış və Nazirliyin “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” 30 sentyabr 2019-cu il tarixli qərarı ilə 359.799,00 manat məbləğində öz təsdiqini tapmayan xərclərin 187.099,00 hissəsi nəzərə alınaraq 37419,8 (187.099,00 x 20%) manat verginin hesablanması hissəsində təmin edilmişdir. Vergilər Nazirliyinin “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” 30 sentyabr 2019-cu il tarixli qərarında iddiaçının şikayətinin bir hissəsinə münasibət bildirilmiş, şikayətin digər öz təsdiqini tapmayan xərclərlə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli Qərarının tətbiq edilməsi hissəsinə isə heç bir münasibət göstərilməmişdir. Halbuki, sözügedən Qərarın məzmununda qeyd olunmuşdur ki, “Z.Səmədov izahatında vergi orqanının baza məlumatlarına əsasən təsdiqini tapmayan xərclərdən 187099,0 manat hissəsinə görə təsdiqedici sənədlərinin olduğunu və araşdırmaya təqdim etdiyini, digər hissəsinin isə təsdiqedici sənədlərinin olmadığını bildirərək həmin dövrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli Qərarının tətbiq edilməsini bildirmişdir”. İnzibati şikayət üzrə araşdırma aparan Nazirliyin qurumu nəinki iddiaçı tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamə və izah məktubunu nəzərə almış, hətta iddiaçının şikayətinin qeyd olunan hissəsinə, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli Qərarının tətbiq edilməsi məsələsinə ümumiyyətlə münasibət bildirməmişdir. Bununla bağlı iddiaçının verdiyi təkrar inzibati şikayəti Azərbaycan Respublikası Vergilər Nazirliyinin Apellyasiya Şurasının 6 dekabr 2019-ci il tarixli **********531200 nömrəli Qərarı ilə təmin edilmiş, iddiaçı tərəfindən şərti rentabellik norması tətbiq edilməklə vergi orqanına təqdim edilən 2018-ci il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi nəzərə alınmışdır. Başqa sözlə vergi orqanında olan baza məlumatlarına əsasən kameral vergi yoxlaması zamanı təsdiqini tapmayan 287661,8 manat xərc məbləğinin 187099,0 manat olan hissəsi öz təsdiqini tapdığı üçün iddiaçının xx.xx.2019-cu il tarixli inzibati şikayəti qismən təmin edilmiş və Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin xx.xx.2019-cu il tarixli **********382400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı 37419,8 manat verginin hesablanması hissəsində azaldılmış, bəyan edilmiş xərclərin 100562,8 manat hissəsi isə təsdiqini tapmadığı üçün 20112,5 manat verginin hesablanması hissəsində dəyişdirilmədən saxlanılmışdır ki, həmin hissədə də daha yuxarı inzibati orqan olan Vergilər Nazirliyinin Apellyasiya Şurası tərəfindən təmin edilmişdir. Beləliklə, iddiaçının xərclərindən 33 faizi (digər xərclərdə olan 174.000,00 manat) ilkin sənədlərlə öz təsdiqini tapmamışdır ki, məhz belə olan halda da vergi qanunvericiliyinin müvafiq normaları düzgün tətbiq edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə” Qaydaların 6.1-ci bəndində qeyd edilmişdir ki, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: 6.1.1. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında: 6.1.2. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar xərcləri əsasında: Göründüyü kimi, Vergilər Nazirliyinin Apellyasiya Şurası tərəfindən iddiaçının xərclər hissəsində “digər xərclər” sütununda göstərilmiş təsdiqini tapmayan xərclər şərti rentabellik norması tətbiq edilməklə aparılan hesablama tanınaraq nəzərə alınmışdır. Şərti rentabellik norması üzrə mənfəət vergisinin hesablanması üçün əsas olan şərt – birbaşa olaraq mənfəətin müəyyən edilməsinin mümkün olmamasıdır, yəni gəlirlər və ya xərclər barərə məlumatın olmaması və ya tam olmaması nəzərdə tutulmuşdur. Əgər xərclərə dair məlumatlar yoxdursa və ya tam deyildirsə, bu halda mənfəət vergisi məlum olan gəlirlər əsas olmaqla müvafiq düstur əsasında hesablanmalıdır. Həmçinin, cavabdeh vergi orqanından fərqli olaraq yuxarı vergi orqanı olan Vergilər Nazirliyinin Apellyasiya Şurası inzibati icraat qaydasında iddiaçının təkrar şikayətinə baxaraq iddiaçı üçün əlverişli olduğu üçün onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları» əsasında yenidən vergilərin hesablanmasını özündə ehtiva edən dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsini qəbul etməklə iddiaçı barəsində əlverişli inzibati akt qəbul etmişdir. Beləliklə, “İnzibati icraat haqqında” Qanunun: - 2.0.8-ci maddəsinə əsasən, qarşılıq etimad inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. - 13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. - 13.3-cü maddəsinə görə müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Göründüyü kimi, qanunvericilik fiziki və hüquqi şəxslərin inzibati orqanlara göstərdikləri etimadın qanunla qorunmasını təsbit etmiş və inzibati orqanların məhz mövcud inzibati praktikaya uyğun hərəkət etməyi onların vəzifə borcu kimi müəyyən etmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, əgər eyni bir məsələ üzrə inzibati orqan öz mövqeyini bəyan etmişdirsə, daha sonra heç bir qanuni əsas olmadan o, həmin məsələ üzrə başqa mövqe ilə çıxış edə bilməz. Lakin cavabdeh vergi orqanı hazırkı yoxlama ilə inzibati orqanın etimad hüququnu pozaraq əvvəllər qəbul etdiyi mövqeyindən fərqli mövqe irəli sürmüşdür. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mübahisələndirilən qərarlar qəbul olunarkən maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi, nəticədə əsassız vergi məbləğləri (mənfəət vergisi) hesablandığı, müvafiq maliyyə sanksiyalarının tətbiq edildiyi müəyyən edildiyindən, sübutetmə yükü daşıyan cavabdeh tərəfindən qəbul edilmiş qərarın mənfəət vergilərin hesablanması və həmin vergilərə maliyyə sanksiyalarının tətbiq edilməsi hissəsində əsaslı olması barədə sübutlar təqdim edilmədiyindən, təqdim edilən sübutlar məhkəmə araşdırması ilə təkzib olunduğundan apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. - 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2207/2021 saylı, 15 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-2141/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2141/2022
10.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver