Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2141/2025 16.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X4 və X3 ibarət tərkibdə, X8-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndələri X9 və X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1130/2025 saylı 31 yanvar 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 16 iyul 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Uçot-baza məlumatlarına əsasən fərdi sahibkarın xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına və həmin tarixdən ƏDV məqsədləri üçün qeydiyyata alındığı, əsas fəaliyyət növünün “avtomobillər üçün hissələrin, qovşaqların və ləvazimatların topdan satışı”ndan ibarət olduğu, ünvan 3 ünvanında “Anbar” adlı təsərrüfat subyektinin (obyektinin) vergi orqanında xx.xx.2021-ci il tarixdən qeydiyyatda olduğu müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə aparılmış araşdırma zamanı xx.xx.2021-xx.xx.2023-cü il tarixlərə qədər elektron qaimə-faktura üzrə 0,00 manat, elektron alış aktı üzrə 0,00 manat yük-gömrük bəyannamə məlumatına əsasən isə idxal əməliyyatları üzrə 2944722,29 manat mallar aldığı, keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı sənədli mal qalığının olmadığı, ticarət əlavəsinin isə 15 faiz olduğu müəyyən edilmişdir. Vergi nəzarəti tədbirlərinə qədər elektron qaimə-faktura və nəzarət kassa aparatı üzrə satış dövriyyə məbləği 1795836,18 manat təşkil etdiyi üçün 2023-cü ilin iyun ayı üzrə 286307,0 manat ƏDV məbləğində malların əskik gəldiyi və təqdim edilmiş ƏDV bəyannamələrinin göstəriciləri ilə müqayisədə kənarlaşmanın olduğu müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə vergi orqanı tərəfindən "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********938900 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş uyğunsuzluq məktublarına əsaslandırılmış cavab verilmədiyi, məlumatlar tam təqdim olunmadığı üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2023-cü ilin iyun ayı üzrə 286307,0 manat əlavə dəyər vergisi məbləği hesablanması barədə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023cü il tarixli **********787000 nömrəli qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. Vergi ödəyicisinin faktiki mal qalığının müəyyənləşdirilməsi üçün “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” vergi orqanının xx.xx.2023-cü il tarixli **********8075 nömrəli qərarı ilə Cəmiyyətin sahibkarlıq fəaliyyəti göstərdiyi ünvan 4 ünvanında “Anbar” adlı təsərrüfat subyektində (obyektində) “Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi” məsələləri üzrə keçirilən operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin sahibliyində mal qalığının olmadığı, 15% ticarət əlavəsi və 18% ƏDV tətbiq etməklə 986742,92 manat dəyərində malların elektron qaimə-faktura təqdim etmədən digər vergi ödəyicilərinə satıldığı üçün Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinin pozulduğu müəyyən edilmiş və operativ vergi nəzarəti tədbirinin nəticəsi barədə xx.xx.2023-cü il tarixli DVX seriyalı 000999 nömrəli akt rəsmiləşdirilmiş, akt vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmışdır. Tərtib edilmiş akt əsasında Baş İdarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********2391 nömrəli qərarı ilə Cəmiyyətə 98764,30 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi X5 təqdim etdiyi xx.xx.2023-cü il tarixli arayışda malların 15% ticarət əlavəsi ilə satıldığı qeyd edilmişdir. İnzibati araşdırma zamanı kameral vergi yoxlaması ilə Cəmiyyətin xx.xx.2021-ci il tarixində ƏDV qeydiyyatına alınması, xx.xx.2021-xx.xx.2023-cü il tarixləri aralığında elektron alış aktı üzrə 0,0 manat, elektron qaimə-faktura üzrə alınmış malların dəyəri 0,00 manat, yük- gömrük bəyannamə məlumatına əsasən isə idxal əməliyyatları üzrə alınmış malların 2944722,29 manat gömrük dəyəri, keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı müəyyən edilən mal qalığı olmaması, malların təqdim edilməsi zamanı tətbiq edilən 15,0 % ticarət əlavəsi, vergi nəzarəti tədbirinə qədər ƏDV bəyannamələrində əks etdirilmiş elektron qaimə-faktura və kassa üzrə 623371,17 manat satış dövriyyəsi nəzərə alınmaqla yaranmış kənarlaşmaya əsasən aparıldığı müəyyən edildi. Belə ki, qeyd olunanlar nəzərə alınmaqla 2023-cü ilin iyun ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsinə 286307,0 manat ((2944722,29+15%)- 1795836,18 manat (bəyannamələrdə ƏDV dövriyyəsi))*18%= 286307,0) vergi məbləği hesablanmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin qeyd olunan qərarı ilə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********787000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********463100 nömrəli qərarının surətindən müəyyən olunur ki, 2023-cü ilin iyun ayının əlavə dəyər vergisi üzrə; - Təqdim edilmiş bəyannamə, hesabat üzrə İddiaçı MMC tərəfindən hesablanmış vergi və sığorta haqqı – 0,00 manat; - Əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı – 0,00 manat; - Vergi orqanı tərəfindən aparılmış kameral vergi yoxlama nəticəsində müəyyən edilmiş vergi və sığorta haqqı – 286307,00 manat. - Kameral yoxlama nəticəsində: Əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği – 286307,00 manat; Verginin azaldılmış məbləği və ya sığorta haqqı – 0,00 manat; Bəyannamə və hesabat təqdim edilməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı – 0,00 manat müəyyən olunmuş və qeyd olunan nəticə aşağıda göstərilənlərlə əsaslandırılmışdır: xx.xx.2021-ci il tarixində dövlət qeydiyyatı və ƏDV qeydiyyatı qüvvəyə minmiş, xx.xx.2021-xx.xx.2023-cü il tarixlərə qədər elektron alış aktı üzrə 0 manat, elektron qaimə-faktura üzrə 0 manat, yük-gömrük bəyannamə məlumatına əsasən isə idxal əməliyyatları üzrə 2944722,29 manat mal alışı olmuşdur. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı sənədli mal qalığının olmadığı, ticarət əlavəsinin isə 15 faiz olduğu müəyyən edilmişdir. ƏDV bəyannamələrində əks etdirilmiş vergi nəzarəti tədbirlərinə qədər elektron qaimə-faktura, ixrac və kassa üzrə satış dövriyyə məbləği 1795836,18 manat təşkil etdiyindən, 2023-cü ilin iyun ayı üzrə 286307 manat vergi məbləği qədər malların əskik gəlməsi istiqamətində kənarlaşmalar yaranmışdır. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC (VÖEN: (**********) barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********787000 nömrəli qərarın ləğv edilməsi və hesablanmış 286307.00 (iki yüz səksən altı min üç yüz yeddi manat 00 qəpik) AZN məbləğində borcun şəxsi hesab vərəqəsindən silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı MMC-nin nümayəndəsi X9 xx.xx.2024-cü il tarixdə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC (VÖEN: (**********)) barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********463100 nömrəli qərarın ləğv edilməsi və hesablanmış 286307.00 (iki yüz səksən altı min üç yüz yeddi manat 00 qəpik) AZN məbləğində borcun şəxsi hesab vərəqəsindən silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı MMC xx.xx.2024-cü il tarixdə məhkəməyə yenidən İPM-nin 54cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC (VÖEN: **********) barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********463100 nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC aidiyyəti üzrə vergi orqanlarında əlavə dəyər vergisinin ödəyicisi kimi qeydiyyatdan keçmiş və ********** saylı VÖEN almışdır. İddiaçıda dövlət qeydiyyatına alındığı tarixdən hal-hazırki dövrə qədər bir neçə dəfə vergi yoxlaması aparılmış, müəssisənin sahibkarlıq fəaliyyəti dövründə heç bir vergilərin ödənilməsindən yayınma faktları aşkarlanmamışdır. Mühasibat sənədləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ciddi uçot blanklarından istifadə edilməklə vaxtlı-vaxtında aparılmışdır. İddiaçı eyni analoji iş və xidmətlərin aparılması ilə məşğul olmuş və fəaliyyətində heç bir vergilərin azaldılması faktı aşkarlanmamışdır. İddiaçının şəxsi hesab vərəqəsinə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən hesablanmış 286307.00 (iki yüz səksən altı min üç yüz yeddi manat 00 qəpik) AZN məbləğində borc tamamilə yanlışdır. Kameral hesablama barədə xəbərdarlıq məktubu müəssisə tərəfindən alınarkən, vaxtında müvafiq tələb olunan sənədlərin vergi orqanına göndərilməsinə baxmayaraq hesablamalar qanunsuz olaraq aparılmışdır. Belə ki, İddiaçı MMC tərəfindən vergi orqanına müvafiq müraciətlər ünvanlanaraq, sənədlər təqdim edilərək obyektiv araşdırmanın aparılması xahiş edilmişdir. Bunlara baxmayaraq, yuxarıda göstərilən kameral məbləğ vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə işlənilmişdir. Eyni zamanda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə edilmiş müraciətlə əlaqədar iddiaçının kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2024-cü il tarixli inzibati şikayəti təmin edilməmişdir, xx.xx.2024-cü il tarixli № **********463100 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Qərar xx.xx.2024-cü il tarixində Verqi Xidməti tərəfindən iddiaçının onlayn kargüzarlığına əlavə edilmişdir. İddiaçı MMC qərarı xx.xx.2024-cü il tarixində əldə etmişdir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 2023-cü ilin iyun ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsinə kameral vergi yoxlaması ilə xx.xx.2023-cü il tarixli, **********787000 nömrəli Qərarla əlavə 286307.00 AZN vergi məbləği hesablanmışdır. Hesablamanın əsası idxal etdiyi malları statistik, yəni gömrük dəyəri ilə qiymətləndirib, operativ vergi yoxlaması zamanı müəyyən edilmiş mal qalığını çıxaraq, qalan məbləğə ticarət əlavəsi tədbiq edərək bəyan etdiyi dövriyyələrlə müqayisə edilmişdir. Lakin əvvəla, tərəflərindən malların dəyəri Vergi Məcəlləsinin 143-cü maddəsinə əsasən invoice dəyəri ilə uçota alınır. Statistik dəyər isə Gömrük qanunvericiliyinə müvafiq olaraq Gömrükdə ƏDV-nin hesablanmasına əsasən müəyyən edilən dəyərdir. Həmçinin, Vergi Məcəlləsində malların statistik dəyərlə qiymətləndirilməsi nəzərdə tutulmamışdır. Bundan əlavə, tərəflərindən qeyd etdiyi dövrlər üzrə YGB əsasında idxal edilmiş malların dəyəri cavabdehin qeyd etdiyi kimi, 2944722.29 AZN deyil, 1133736.85 AZN təşkil edir ki, burada da 1810985.44 AZN malların dəyərində cavabdeh İddiaçı MMC tərəflərindən əlavə şişirdilmiş qiymət qeyd edilmiş görünür. Nəticədə isə bu, şirkətə 286307.00 AZN kameral vergi məbləğinin hesablanmasına səbəb olmuşdur. Qeyd edilənləri nəzərə alaraq, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 2023-cü ilin iyun ayı üçün kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin ləğv edilməsi xahiş edilmişdir. Eyni zamanda, “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinə əsasən yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırılma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Bu fakt vergi orqanı tərəfindən onun üzərinə qoyulmuş vəzifənin tələblərinə əməl olunmadığını təsdiq edir. Vergi Məcəlləsinin 24.0.2-ci maddəsinə görə vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək və müdafiə etmək vergi orqanlarının vəzifəsidir. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Göründüyü kimi, vergi qanunvericiliyinə görə vergi ödəyicisinin gəlir və xərclərinə dair məbləğlər müvafiq qaydada sənədləşdirildikdən sonra həm mühasibatlıq, həm də vergi uçotunda əks oluna bilər. Ciddi hesabat bankları, müqavilələr, təhvil-təslim aktları və digər maliyyə sənədləri ilə təsdiq olunan gəlir və xərc məbləğləri vergi qanunvericiliyi tərəfindən qəbul olunur. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, əsasən iddiaçı tərəfindən təqdim edilmiş 2023-cü ilin iyun ayı ƏDV bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirilmişdir. Belə ki, İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli **********8075 saylı “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” qərar əsasında iddiaçıda xx.xx.2023-cü il tarixdə OVN tədbiri keçirilmişdir. Keçirilən OVN tədbiri zamanı iddiaçının sahibliyində mal qalığının olmadığı və malların satışı zamanı 15% ticarət əlavə tətbiq edildiyi müəyyən edilmişdir. İddiaçının dövlət və ƏDV qeydiyyatına alındığı xx.xx.2021- ci il tarixdən OVN tədbirinin keçirildiyi xx.xx.2023- cü il tarixədək elektron alış aktı üzrə 0,00 manat, elektron qaiməfaktura üzrə 0,00 manat, yük gömrük bəyannamə məlumatına əsasən isə idxal əməliyyatları üzrə 2944722,29 manat, mal alışı və qeyd olunan dövr ərzində 1795836,18 manat satış dövriyyəsi olduğundan 2023-cü ilin iyun ayı üzrə (2944722,29*1.15- 1795836,18) 286307,0 manat vergi məbləği qədər malların əskik gəlməsi səbəbi ilə kənarlaşmalar yaranmışdır. Kənarlaşmalar ilə əlaqədar iddiaçıya xx.xx.2023-cü il tarixli **********938900 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Lakin, vergi ödəyicisi məktublarda qeyd olunan müddət ərzində kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83cü maddələrinə əsasən vergi ödəyicisinə kameral vergi yoxlaması ilə 2023-cü ilin iyun ayı üzrə ƏDV bəyannaməsi üzrə 286307,0 manat əlavə vergi məbləği hesablanmışdır. Hesablanmış vergi məbləği barədə iddiaçıya xx.xx.2023-cü il tarixli **********787000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Həmçinin, iddiaçı vergi orqanına inzibati şikayət ilə müraciət edərək 2023-cü ilin iyun ayı ƏDV bəyannaməsi üzrə hesablanmış 286307,0 manat vergi məbləğinin azaldılmasını xahiş etmişdir. İnzibati araşdırma zamanı uçot-baza məlumatlarına əsasən iddiaçının xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına və həmin tarixdən ƏDV məqsədləri üçün qeydiyyata alındığı, əsas fəaliyyət növünün “avtomobillər üçün hissələrin, qovşaqların və ləvazimatların topdan satışı”ndan ibarət olduğu, ünvan 3 ünvanında “Anbar” adlı təsərüfat subyektinin (obyektinin) vergi orqanında xx.xx.2021-ci il tarixdən qeydiyyatda olduğu müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə aparılmış araşdırma zamanı xx.xx.2021-xx.xx.2023-cü il tarixlərə qədər elektron qaimə-faktura üzrə 0,00 manat, elektron alış aktı üzrə 0,00 manat yük-gömrük bəyannamə məlumatına əsasən isə idxal əməliyyatları üzrə 2944722,29 manat mallar aldığı, keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı sənədli mal qalığının olmadığı, ticarət əlavəsinin isə 15 faiz olduğu müəyyən edilmişdir. Vergi nəzarəti tədbirlərinə qədər elektron qaimə-faktura və nəzarət kassa aparatı üzrə satış dövriyyə məbləği 1795836,18 manat təşkil etdiyi üçün 2023-cü ilin iyun ayı üzrə 286307,0 manat ƏDV məbləğində malların əskik gəldiyi və təqdim edilmiş ƏDV bəyannamələrinin göstəriciləri ilə müqayisədə kənarlaşmanın olduğu müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********938900 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş uyğunsuzluq məktublarına əsaslandırılmış cavab verilmədiyi, məlumatlar tam təqdim olunmadığı üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83cü maddələrinə əsasən 2023-cü ilin iyun ayı üzrə 286307,0 manat əlavə dəyər vergisi məbləği hesablanması barədə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********787000 nömrəli qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü və 52.3-cü maddələrinə əsasən inzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə inzibati şikayətlərin icra müddəti uzadılmış və bu barədə fərdi sahibkara xx.xx.2023-cü il tarixli **********519200 nömrəli, xx.xx.2023-cü il tarixli **********317800 nömrəli, xx.xx.2023-cü il tarixli **********600400 və xx.xx.2023-cü il tarixli **********627100 nömrəli məktublarla məlumat verilmişdir. Cəmiyyət müraciətlərində hesablamanın əsası kimi idxal edilmiş malların statistik dəyərinin, yəni gömrük dəyəri ilə qiymətləndirib, operativ vergi yoxlaması zamanı müəyyən edilmiş mal qalığının dəyəri çıxılaraq müəyyən olunan məbləğə ticarət əlavəsi tədbiq ounmaqla bəyan edilmiş dövriyyələrlə müqayisə edilməsinə etiraz edildiyini qeyd etmiş, etirazının əsası olaraq malların dəyərinin VM 143-cü maddəsinə əsasən invoice dəyəri ilə uçota alınmalı olduğunu, statistik dəyərin Gömrük qanunvericiliyinə müvafiq olaraq ƏDV-nin hesablanması üçün müəyyən edildiyini, Vergi Məcəlləsində malların statistik dəyərlə qiymətləndirilməsinin nəzərdə tutulmadığını göstərmişdir. Eyni zamanda müraciətlərə əlavə olaraq idxal edilmiş mallar üzrə 20 (iyirmi) sayda yük gömrük bəyannamələrinin invoys dəyərini əks etdirən excell cədvəl məlumatları təqdim edilmişdir. Araşdırma zərurəti ilə əlaqədar olaraq vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********249900 nömrəli “Sənədlərin təqdim edilməsi haqqında” məktub göndərilərək müraciətin təmin edilməsinə əsas verən faktiki və hüquqi hallar barədə təsdiqedici sənədləri (nəzarət kassa aparatından çıxarış, alınmış və təqdim edilmiş malların (işlərin, xidmətlərin) tərkibi, malların hərəkəti cədvəli (excell formada), malların alışı və satışı ilə əlaqədar kassa mədaxil-məxaric sənədlərini, nağd ödənişlər zamanı tərtib edilmiş digər sənədləri və müvafiq dövr üzrə banklarda olan bütün valyutalar üzrə hesablaşma hesablarından çıxarışları (bankın möhürü ilə təsdiq olunmuş formada) və araşdırma üçün zəruri hesab olunan digər sənədlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada surətlərini onlayn kargüzarlıq vasitəsilə araşdırmaya təqdim edilməsi xahiş edilmişdir. Kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğinin azaldılması ilə bağlı vergi ödəyicisinin müraciətinin birgə araşdırılması məqsədilə xx.xx.2023-cü il tarixli **********062500 nömrəli "Araşdırmada iştirak və sənədlərin təqdim edilməsi barədə” məktub göndərilərək Cəmiyyətin rəhbəri (və ya səlahiyyətli nümayəndəsi) xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət edilmiş, lakin Cəmiyyətin rəhbərinin (və ya səlahiyyətli nümayəndəsinin araşdırmada iştirakı təmin edilməmişdir. Qeyd olunan hal aktla rəsmiləşdirilmiş, müraciətə vergi ödyicisinin iştirakı olmadan baxılmışdır. Şikayət üzrə işin faktiki halları, gətirilmiş dəlililər və toplanmış materiallar (sənədlər) əsas götürülməklə, habelə qanunvericiliyin müddəaları rəhbər tutulmaqla belə nəticəyə gəlinmişdir ki, iddiaçının şikayəti təmin edilməməlidir. Belə ki, iddiaçınin faktiki mal qalığının müəyyənləşdirilməsi üçün “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” vergi orqanının xx.xx.2023-cü il tarixli **********8075 nömrəli qərarı ilə Cəmiyyətin sahibkarlıq fəaliyyəti göstərdiyi ünvan 3 ünvanında “Anbar” adlı təsərüfat subyektində (obyektində) “Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə- fakturasının tərtib edilməsinə nəzarət edilməsi” məsələləri üzrə keçirilən operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin sahibliyində mal qalığının olmadığı, 15% ticarət əlavəsi və 18% ƏDV tətbiq etməklə 986742,92 manat dəyərində malların elektron qaimə- faktura təqdim etmədən digər vergi ödəyicilərinə satıldığı üçün Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinin pozulduğu müəyyən edilmiş və operativ vergi nəzarəti tədbirinin nəticəsi xx.xx.2023-cü il tarixli DVX seriyalı 000999 nömrəli akt rəsmiləşdirilmiş, akt vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmışdır. Tərtib edilmiş akt əsasında Baş İdarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********2391 nömrəli qərarı ilə Cəmiyyətə 98764,30 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi X5 təqdim etdiyi xx.xx.2023-cü il tarixli arayışda malların 15 % ticarət əlavəsi ilə satıldığı qeyd edilmişdir. İnzibati araşdırma zamanı kameral vergi yoxlaması ilə Cəmiyyətin xx.xx.2021-ci il tarixində ƏDV qeydiyyatına alınması, xx.xx.2021-xx.xx.2023-cü il tarix aralığında elektron alış aktı üzrə 0,0 manat, elektron qaimə-faktura üzrə alınmış malların dəyəri 0,00 manat, yükgömrük bəyannamə məlumatına əsasən isə idxal əməliyyatları üzrə alınmış malların 2944722,29 manat gömrük dəyəri, keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı müəyyən edilən mal qalığı olmaması, malların təqdim edilməsi zamanı tətbiq edilən 15,0 % ticarət əlavəsi, vergi nəzarəti tədbirinə qədər ƏDV bəyannamələrində əks etdirilmiş elektron qaimə faktura və kassa üzrə 623371,17 manat satış dövriyyəsi nəzərə alınmaqla yaranmış kənarlaşmaya əsasən aparıldığı müəyyən edildi. Belə ki, qeyd olunanlar nəzərə alınmaqla 2023-cü ilin iyun ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsinə 286307,0 manat ((2944722,29+15%)-1795836,18 manat (bəyannamələrdə ƏDV dövriyyəsi)) * 18%= 286307,0) vergi məbləği hesablanmışdır. İnzibati araşdırma zamanı vergi ödəyicisinin xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər elektron elektron qaimə-fakturalara əsasən 5085,45 manat dəyərində yük gömrük bəyannaməsinin tərtibatı və daşıma ilə bağlı alışının olduğu, idxal əməliyyatları üzrə 35 sayda yük-gömrük bəyannamə məlumatına əsasən alınmış malların gömrük dəyərinin 2944722,29 manat (ƏDV-siz) olduğu, 2023-cü ilin iyun ayı daxil olmaqla təqdim edilmiş ƏDV bəyannamələrində (vergi nəzarəti tədbirindən sonra satılmış mallar nəzərə alınmaqla) dövriyyəsinin 1795836,18 manat olduğu müəyyən edildi. Aparılan araşdırma zamanı Cəmiyyət tərəfindən xx.xx.2023-cü il tarixdə müvafiq ərizə ilə müraciət olunaraq fəaliyyətinin xx.xx.2098-ci il tarixədək (75 il müddətinə) dayandırdığı, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək gömrük dəyəri 2944722,29 manat (ƏDV-si 528453,04 manat) təşkil edən müxtəlif çeşiddə avtomobil ehtiyyat hissələri idxal edildiyi, elektron qaimə fakturalar əsasında mallar (xidmətlər əldə edib) alınmadığı, təqdim edilmiş ƏDV bəyannamələrində idxal zamanı ödənilmiş ƏDV məbləğlərinin tam əvəzləşdirildiyi müəyyən edildi. Beləliklə, Dövlət Gömrük Komitəsindən vergi orqanına təqdim edilmiş elektron baza məlumatlarına əsasən Cəmiyyət tərəfindən xx.xx.2021-xx.xx.2023-cü il tarixədək gömrük dəyəri 2944722,29 manat (ƏDV-siz) təşkil edən idxal əməliyyatlarının (avtomobil ehtiyat hissələrinin) aparıldığını, qeyd edilən dövr ərzində malların əldə edilməsi ilə bağlı elektron qaimə-fakturalarla mallar alınmadığını, idxal edilmiş mallara görə gömrük orqanlarına ödənilmiş ƏDV məbləğinin tam qaydada əvəzləşdirdiyini, Cəmiyyətin faktiki mal qalığının müəyyənləşdirilməsi üçün Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarı ilə Cəmiyyətin sahibkarlıq fəaliyyəti göstərdiyi ünvan 3 ünvanında yerləşən “Anbar” adlı təsərüfat subyektində keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı mal qalığının aşkar edilmədiyini, Cəmiyyətin səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edilmiş arayışa əsasən satılmış mallar üzrə tətbiq olunmuş ticarət əlavəsinin 15,0% təşkil etdiyini, qeyd olunan dövrlər üzrə ƏDV bəyannaməsində dövriyyənin 1795836,18 manat bəyan edildiyini, bununla da kameral vergi yoxlaması ilə Cəmiyyətin ƏDV qeydiyyatına alındığı tarix, xx.xx.2021-xx.xx.2023-cü il tarix aralığında elektron alış aktı, elektron qaimə-faktura ilə və yük-gömrük bəyannamə məlumatına əsasən isə idxal əməliyyatları üzrə alınmış malların gömrük dəyəri, keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı müəyyən edilən mal qalığı məlumatı, malların təqdim edilməsi zamanı tətbiq edilən ticarət əlavəsi, vergi nəzarəti tədbirinə qədər ƏDV bəyannamələrində əks etdirilmiş elektron qaimə-faktura və nəzarət kassa aparatı üzrə satış dövriyyəsi nəzərə alınmaqla yaranmış kənarlaşmaya əsasən hesablamanın aparıldığını, inzibati araşdırma zamanı şikayətin təmin edilməsinə əsas olan hallar üzrə təsdiqedici sənədlərin müəyyən edilmədiyini nəzərə alaraq, Cəmiyyətin inzibati şikayəti təmin edilməmiş və Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********787000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1130/2025 saylı 31 yanvar 2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı barəsində qəbul etdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********463100 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1130/2025 saylı xx.xx.2025-ci il tarixli qərarının əsassız və qanunsuz olduğundan ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, iddiaçının nümayəndəsi X9 xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********463100 nömrəli qərarın ləğv edilməsi və hesablanmış 286307.00 (iki yüz səksən altı min üç yüz yeddi manat 00 qəpik) AZN məbləğində borcun şəxsi hesab vərəqəsindən silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(112)-8620/2024 saylı qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Bundan başqa iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia ərizəsinə hal hazırda mübahisələdirilən qərarı əlavə etmiş və iddia ərizəsində həmin qərarın ona xx.xx.2024-cü il tarixdə təqdim edildiyini bildirmişdir. Lakin, hal hazırda mübahisələndirilən xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı iddia qaldırmaq üçün Azərbaycan Respublikası İnzibati Prosessual və Mülki Prosessual Məcəllələrinin tələblərinə əsasən müəyyənləşdirilmiş müddəti ötürülmüşdür. xx.xx.2024-cü il tarixli, **********463100, nömrəli qərarın göndərilməsi təmin edilmiş və həmin qərar xx.xx.2024-cü il tarixdə idiaçı tərəfindən oxunsa da, həmin qərarın mübahisələndirilməsi üçün 30 günlük iddia müddəti ötürülmüşdür və bu da öz növbəsində hazırki iddianın qaldırılması üçün müddətə dair mümkünlük şərtlərinin ödənilməməsi ilə nəticələnmişdir. Bundan əlavə bildiririk ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin (xx.xx.2018-ci il tarixli, 2-1(102)-1636/2018, xx.xx.2023-cü il tarixli 21(102)-60/2023 saylı) qərarlarında göndərilən sənədlər elektron qaydada oxunduqdan sonra 30 gün müddətində mübahisələndirilmədiyindən kassasiya şikayəti təmin edilmir. İnzibati araşdırma zamanı kameral vergi yoxlaması ilə Cəmiyyətin xx.xx.2021-ci il tarixində ƏDV qeydiyyatına alınması, xx.xx.2021xx.xx.2023-cü il tarix aralığında elektron alış aktı üzrə 0,0 manat, elektron qaimə-faktura üzrə alınmış malların dəyəri 0,00 manat, yük-gömrük bəyannamə məlumatına əsasən isə idxal əməliyyatları üzrə alınmış malların 2944722,29 manat gömrük dəyəri, keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı müəyyən edilən mal qalığı olmaması, malların təqdim edilməsi zamanı tətbiq edilən 15,0 % ticarət əlavəsi, vergi nəzarəti tədbirinə qədər ƏDV bəyannamələrində əks etdirilmiş elektron qaiməfaktura və kassa üzrə 623371,17 manat satış dövriyyəsi nəzərə alınmaqla yaranmış kənarlaşmaya əsasən aparıldığı müəyyən edildi. Belə ki, qeyd olunanlar nəzərə alınmaqla 2023-cü ilin iyun ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsinə 286307,0 manat ((2944722,29+15%)- 1795836,18 manat (bəyannamələrdə ƏDV dövriyyəsi))*18%= 286307,0) vergi məbləği hesablanmışdır. İnzibati araşdırma zamanı vergi ödəyicisinin xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər elektron qaimə-fakturalara əsasən 5085,45 manat dəyərində yük gömrük bəyannaməsinin tərtibatı və daşıma ilə bağlı alışının olduğu, idxal əməliyyatları üzrə 35 sayda yük-gömrük bəyannamə məlumatına əsasən alınmış malların gömrük dəyərinin 2944722,29 manat (ƏDV-siz) olduğu, 2023-cü ilin iyun ayı daxil olmaqla təqdim edilmiş ƏDV bəyannamələrində (vergi nəzarəti tədbirindən sonra satılmış mallar nəzərə alınmaqla) dövriyyəsinin 1795836,18 manat olduğu müəyyən edildi. Aparılan araşdırma zamanı Cəmiyyət tərəfindən xx.xx.2023-cü il tarixdə müvafiq ərizə ilə müraciət olunaraq fəaliyyətinin xx.xx.2098-ci il tarixədək (75 il müddətinə) dayandırdığı, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək gömrük dəyəri 2944722,29 manat (ƏDV-si 528453,04 manat) təşkil edən müxtəlif çeşiddə avtomobil ehtiyyat hissələri idxal edildiyi, elektron qaimə fakturalar əsasında mallar (xidmətlər əldə edib) alınmadığı, təqdim edilmiş ƏDV bəyannamələrində idxal zamanı ödənilmiş ƏDV məbləğlərinin tam əvəzləşdirildiyi müəyyən edildi. Beləliklə, Dövlət Gömrük Komitəsindən vergi orqanına təqdim edilmiş elektron baza məlumatlarına əsasən Cəmiyyət tərəfindən xx.xx.2021-xx.xx.2023-cü il tarixədək gömrük dəyəri 2944722,29 manat (ƏDV-siz) təşkil edən idxal əməliyyatlarının (avtomobil ehtiyat hissələrinin) aparıldığını, qeyd edilən dövr ərzində malların əldə edilməsi ilə bağlı elektron qaimə-fakturalarla mallar alınmadığını, idxal edilmiş mallara görə gömrük orqanlarına ödənilmiş ƏDV məbləğinin tam qaydada əvəzləşdirdiyini, Cəmiyyətin faktiki mal qalığının müəyyənləşdirilməsi üçün Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarı ilə Cəmiyyətin sahibkarlıq fəaliyyəti göstərdiyi ünvan 3 ünvanında yerləşən “Anbar” adlı təsərrüfat subyektində keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı mal qalığının aşkar edilmədiyini, Cəmiyyətin səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edilmiş arayışa əsasən satılmış mallar üzrə tətbiq olunmuş ticarət əlavəsinin 15,0% təşkil etdiyini, qeyd olunan dövrlər üzrə ƏDV bəyannaməsində dövriyyənin 1795836,18 manat bəyan edildiyini, bununla da kameral vergi yoxlaması ilə Cəmiyyətin ƏDV qeydiyyatına alındığı tarix, xx.xx.2021-xx.xx.2023-cü il tarix aralığında elektron alış aktı, elektron qaimə-faktura ilə və yük-gömrük bəyannamə məlumatına əsasən isə idxal əməliyyatları üzrə alınmış malların gömrük dəyəri, keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı müəyyən edilən mal qalığı məlumatı, malların təqdim edilməsi zamanı tətbiq edilən ticarət əlavəsi, vergi nəzarəti tədbirinə qədər ƏDV bəyannamələrində əks etdirilmiş elektron qaimə-faktura və nəzarət kassa aparatı üzrə satış dövriyyəsi nəzərə alınmaqla yaranmış kənarlaşmaya əsasən hesablamanın aparıldığını, inzibati araşdırma zamanı şikayətin təmin edilməsinə əsas olan hallar üzrə təsdiqedici sənədlərin müəyyən edilmədiyini nəzərə alaraq, cəmiyyətin inzibati şikayəti təmin edilməmiş və Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********787000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə belə qənaətə gəlmişdir ki, ƏDV vergitutma məqsədləri üçün mallar invoys dəyəri ilə uçotda əks etdirilməli və invoys dəyəri ilə nəzərə almalıdır. Lakin xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək gömrük dəyəri 2944722,29 manat (ƏDV-si 528453,04 manat) təşkil edən müxtəlif çeşiddə avtomobil ehtiyyat hissələri idxal edildiyi, elektron qaimə fakturalar əsasında mallar (xidmətlər əldə edib) alınmadığı, təqdim edilmiş ƏDV bəyannamələrində idxal zamanı ödənilmiş ƏDV məbləğlərinin tam əvəzləşdirildiyi məhkəmə tərəfindən nəzərə alınmamışdır. Eyni zamanda bildirməyi zəruri hesab edirik ki, iş üzrə iddiaçının malların təqdim edilməsi ilə bağlı müvafiq sənədlər məhkəməyə təqdim edilmiş və iş materiallarında mövcuddur. Hesab edirik məhkəmə üzərinə düşən iş üzrə araşdırma öhdəliyini icra etməmişdir. Belə ki, məhkəmənin tərəflərin təqdim etdikləri dəlilləri, arqumentləri və sübutları düzgün şəkildə araşdırmaq öhdəliyi vardır. Hesab edirik ki, məhkəməyə təqdim olunmuş sübutlar və inzibati iş üzrə məhkəmənin sərəncamı əsasında cavabdeh etirazından da göründüyü kimi, vergi orqanı tərəfindən keçirilən kamaral vergi yoxlaması və bununla bağlı bütün prosedur hərəkətlər Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə müvafiq qaydada həyata keçirilmiş və vergi yoxlamasının həyata keçirilməsi zamanı vergi orqanı tərəfindən heç bir qayda (qanun) pozuntusuna yol verilməmişdir. Vergi orqanı vergiləri qanunvericiliyin tələblərinə uyğun hesabladığı halda, məhkəmə tərəfindən iş ətraflı araşdırılmamış və qanunvericiliyin normaları düzgün tətbiq edilməmiş, nəticədə iddiaçı ƏDV üzrə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmasına şərait yaradılmışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini və ona əlavəni müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının qismən ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndələri X9 və X7 apellyasiya şikayətinin və ona əlavənin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı tərəfindən ilk növbədə xx.xx.2023-cü il tarixli, **********787000 nömrəli qərarın ləğv edilməsi ilə bağlı subordinasiya baxımından yuxarı inzibati orqana inzibati şikayət verilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarına əsasən həmin qərar dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2023-cü il tarixli, **********787000 nömrəli qərarın ləğv edilməsi ilə bağlı iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Sonradan məhkəmə icraatı dövründə iddiaçı xx.xx.2024-cü il tarixli, **********463100 nömrəli qərarın mövcudluğunu bilmiş və bununla bağlı xx.xx.2024-cü il tarixdə tələbini dəqiqləşdirərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan vergi ödəyiciləri ilə yazışmalar barədə məlumatdan (i.v.105) görünür ki, xx.xx.2024-cü il tarixli qərar iddiaçı tərəfindən xx.xx.2025ci il tarixdə oxunmuşdur. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu elektron imzanın və elektron sənədin istifadəsinin, onların elektron sənəd dövriyyəsində tətbiqinin təşkilati, hüquqi əsaslarını və əlaqədar subyektlərin hüquqlarım müəyyən edir, aralarında yaranan münasibətləri tənzimləyir. Həmin Qanunun 1.1.15-ci maddəsinə əsasən elektron sənəd – elektron formada, o cümlədən mətn, səs, görüntü və ya audio-görüntü formasında saxlanılan kontentdir. “Elektron imza və elektron sənəd haqqında” Qanunun 27-ci maddəsi elektron sənədin göndərilməsi və alınması formasını tənzimləyir. Həmin Qanunun 27.3-cü maddəsinə əsasən elektron sənədi Alan aşağıdakı hallarda elektron sənədi Göndərən tərəfindən göndərilməmiş hesab etməlidir: 27.3.1.elektron sənədin göndərilməməsi barədə bildiriş almışdırsa; 27.3.2.elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə; 27.3.3.elektron sənədin həqiqiliyinin yoxlanması nəticəsində Alana bəlli olmuşdur və ya bəlli olmalı idi ki, qəbul edilmiş elektron sənəd başqa sənədin avtomatik təkrarıdır. Qanunun 27.4-cü maddəsinə əsasən tərəflər arasındakı müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, Alandan Göndərənə təsdiqləmə çatanadək elektron sənəd alınmamış hesab olunur. Vergi Məcəlləsinin 13.2.72-ci maddəsində elektron kabinetin – vergi ödəyicisi kimi uçota alınma zamanı təqdim edilən ərizəyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, gücləndirilmiş elektron imza və (və ya) vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifə olduğu qeyd olunub. Həmin Məcəllənin 70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. 70.2-2. Sənədlər (onların surətləri) bu Məcəllənin 70.2-1.1-ci maddəsinə əsasən şəxsən verildikdə, vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. 70.2-3. Bu Məcəllənin 70.2-1.2-ci və 70.2-1.3-cü maddələrində nəzərdə tutulmuş qayda vergi ödəyicisinin (onun səlahiyyətli nümayəndəsinin) inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Hazırki işdə cavabdeh mübahisələndirilən xx.xx.2024-cü il tarixli qərarın elektron sənəd olduğunu və elektron imza ilə imzalandığını bildirir. “Elektron imza və elektron sənəd haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən elektron sənəd aşağıdakı tələblərə cavab verməlidir: 21.1.1.texniki və proqram vasitələrinin köməyi ilə yaradılmalı, saxlanılmalı, emal edilməli, ötürülməli və qəbul edilməlidir; 21.1.2.bu Qanunun 22-ci maddəsində müəyyən edilmiş quruluşa malik olmalıdır; 21.1.3.identikləşdirməyə imkan verən rekvizitlərə malik olmalıdır; Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən xx.xx.2024-cü il tarixli qərar elektron sənəd barədə qanunvericiliyin tələblərinə cavab vermədiyi üçün elektron sənəd hesab edilə bilməz. Həmçinin mübahisələndirilən qərarda elektron sənədin həqiqiliyinin yoxlanması üçün rəqəmsal məlumat (QR Code) yoxdur. Başqa sözlə ifadə etsək, mübahisələndirilən elektron sənədin həqiqiliyini təsdiqləmək mümkün olmadığından “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun 27.3-cü maddəsinə əsasən qeyd edildiyi kimi, yəni elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə elektron sənəd göndərilməmiş hesab edilir. Bundan başqa “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 62.3-cü maddəsinə əsasən bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Lakin iş materiallarında bununla bağlı hər hansı sübut yoxdur. Beləliklə, yuxarıda göstərilən normaların tələbinə görə, mübahisələndirilən qərar qeyd edilən şərtlərə uyğun tərtib edilməmiş və göndərilməmişdir. Belə olan halda hazırki işdə iddia müddətinin ötürülməsi barədə qənaətə gəlmək olmaz. Bu barədə cavabdeh qurumun dəlilləri əsassızdır. Odur ki, iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, Kameral vergi yoxlaması ilə aparılmış araşdırma zamanı xx.xx.2021-xx.xx.2023-cü il tarixlərə qədər elektron qaimə-faktura üzrə 0,00 manat, elektron alış aktı üzrə 0,00 manat yük-gömrük bəyannamə məlumatına əsasən isə idxal əməliyyatları üzrə 2944722,29 manat mallar aldığı, keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı sənədli mal qalığının olmadığı, ticarət əlavəsinin isə 15 faiz olduğu müəyyən edilmişdir. Vergi nəzarəti tədbirlərinə qədər elektron qaimə-faktura və nəzarət kassa aparatı üzrə satış dövriyyə məbləği 1795836,18 manat təşkil etdiyi üçün 2023-cü ilin iyun ayı üzrə 286307,0 manat ƏDV məbləğində malların əskik gəldiyi və təqdim edilmiş ƏDV bəyannamələrinin göstəriciləri ilə müqayisədə kənarlaşmanın olduğu müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə vergi orqanı tərəfindən "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********938900 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş uyğunsuzluq məktublarına əsaslandırılmış cavab verilmədiyi, məlumatlar tam təqdim olunmadığı üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83- cü maddələrinə əsasən 2023-cü ilin iyun ayı üzrə 286307,0 manat əlavə dəyər vergisi məbləğinin hesablanması barədə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********787000 nömrəli qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. Vergi ödəyicisinin faktiki mal qalığının müəyyənləşdirilməsi üçün “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” vergi orqanının xx.xx.2023-cü il tarixli **********8075 nömrəli qərarı ilə Cəmiyyətin sahibkarlıq fəaliyyəti göstərdiyi ünvan 4 ünvanında “Anbar” adlı təsərüfat subyektində (obyektində) “Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi” məsələləri üzrə keçirilən operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin sahibliyində mal qalığının olmadığı, 15% ticarət əlavəsi və 18% ƏDV tətbiq etməklə 986742,92 manat dəyərində malların elektron qaimə-faktura təqdim etmədən digər vergi ödəyicilərinə satıldığı üçün Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinin pozulduğu müəyyən edilmiş və operativ vergi nəzarəti tədbirinin nəticəsi xx.xx.2023-cü il tarixli DVX seriyalı 000999 nömrəli akt rəsmiləşdirilmiş, akt vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmışdır. Tərtib edilmiş akt əsasında Baş İdarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********2391 nömrəli qərarı ilə Cəmiyyətə 98764,30 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi X5 təqdim etdiyi xx.xx.2023-cü il tarixli arayışda malların 15% ticarət əlavəsi ilə satıldığı qeyd edilmişdir. İnzibati araşdırma zamanı kameral vergi yoxlaması ilə Cəmiyyətin xx.xx.2021-ci il tarixində ƏDV qeydiyyatına alınması, xx.xx.2021-xx.xx.2023-cü il tarix aralığında elektron alış aktı üzrə 0,0 manat, elektron qaimə-faktura üzrə alınmış malların dəyəri 0,00 manat, yük- gömrük bəyannamə məlumatına əsasən isə idxal əməliyyatları üzrə alınmış malların 2944722,29 manat gömrük dəyəri, keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı müəyyən edilən mal qalığı olmaması, malların təqdim edilməsi zamanı tətbiq edilən 15,0 % ticarət əlavəsi, vergi nəzarəti tədbirinə qədər ƏDV bəyannamələrində əks etdirilmiş elektron qaimə-faktura və kassa üzrə 623371,17 manat satış dövriyyəsi nəzərə alınmaqla yaranmış kənarlaşmaya əsasən aparıldığı müəyyən edildi. Belə ki, qeyd olunanlar nəzərə alınmaqla 2023-cü ilin iyun ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsinə 286307,0 manat ((2944722,29+15%) - 1795836,18 manat (bəyannamələrdə ƏDV dövriyyəsi))*18%= 286307,0) vergi məbləği hesablanmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin qeyd olunan qərarı ilə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********787000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********463100 nömrəli qərarının surətindən müəyyən olunur ki, 2023-cü ilin iyun ayının əlavə dəyər vergisi üzrə; - Təqdim edilmiş bəyannamə, hesabat üzrə İddiaçı MMC tərəfindən hesablanmış vergi və sığorta haqqı – 0,00 manat; - Əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı – 0,00 manat; - Vergi orqanı tərəfindən aparılmmış kameral vergi yoxlama nəticəsində müəyyən ediliş vergi və sığorta haqqı – 286307,00 manat. - Kameral yoxlama nəticəsində: Əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği – 286307,00 manat; Verginin azaldılmış məbləği və ya sığorta haqqı – 0,00 manat; Bəyannamə və hesabat təqdim edilməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı – 0,00 manat müəyyən olunmuş və qeyd olunan nəticə aşağıda göstərilənlərlə əsaslandırılmışdır: xx.xx.2021-ci il tarixində dövlət qeydiyyatınız və ƏDV qeydiyyatınız qüvvəyə minmiş, xx.xx.2021-xx.xx.2023-cü il tarixlərə qədər elektron alış aktı üzrə 0 manat, elektron qaimə-faktura üzrə 0 manat, yük-gömrük bəyannamə məlumatına əsasən isə idxal əməliyyatları üzrə 2944722,29 manat mal alışı olmuşdur. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı sənədli mal qalığınızın olmadığı, ticarət əlavənizin isə 15 faiz olduğu müəyyən edilmişdir. ƏDV bəyannamələrində əks etdirilmiş vergi nəzarəti tədbirlərinə qədər elektron qaimə-faktura, ixrac və kassa üzrə satış dövriyyə məbləği 1795836,18 manat təşkil etdiyindən, 2023-cü ilin iyun ayı üzrə 286307 manat vergi məbləği qədər malların əskik gəlməsi istiqamətində kənarlaşmalar yaranmışdır. Hazırda iddiaçı cavabdeh inzibati orqan tərəfindən onun barəsində qəbul edilmiş Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024cü il tarixli **********463100 nömrəli qərarını mübahisələndirir. Mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir:
1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik);
2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Hazırki iş üzrə mübahisəli inzibati aktın qanuniliyi həm formal-hüquqi baxımdan, həm də maddi-hüquqi baxımdan yoxlanılarkən Kollegiya aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini həyata keçirmək, qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüquqlarıdır. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.6-cı maddəsinə əsasən kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2016-cı il tarixli sərəncamı ilə “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri” təsdiq edilmişdir. Həmin sənədin 7-ci bəndində göstərilmişdir ki, kameral vergi yoxlamaları zamanı aydın, şəffaf və ədalətli hesablama metodologiyasının tətbiqi və kameral vergi yoxlamalarının həyata keçirilməsinin vergi bəyannamələrinin təqdim edildiyi gündən sonrakı 30 gün müddəti ilə məhdudlaşdırılmışdır.(müəyyən edilmişdir ki, kameral vergi yoxlamaları vergi bəyannamələri təqdim edildikdən sonra növbəti 30 gün müddətində həyata keçirilməlidir və bu müddət başa çatdıqda həmin bəyannamələr üzrə kameral vergi yoxlamaları həyata keçirilə bilməz). Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən maddələrin mənasına görə kameral vergi yoxlaması, verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin, yəni bəyannamənin təqdim edildiyi gündən 30 gün müddətində həyata keçirilməlidir. Bu məntiqi nəticə müddəaların ardıcıllığından irəli gəlmişdir. Çünki ilk olaraq vergi ödəyicisi bəyannaməsini və orada əks edilmiş göstəricilərlə bağlı digər sənədlərini təqdim etməlidir ki, məhz bu sənədlərdə vergi orqanı ziddiyyət və ya səhv aşkar etdikdə əlavə sənədləri tələb edə bilsin. Müddəaların tələblərinin işin hallarına münasibətdə tətbiqi isə onunla bağlıdır ki, vergi orqanı ilk olaraq hansı əsasdan çıxış etməklə iddiaçı tərəfindən vergilərin az göstərildiyini mənbəyi məlum olan məlumatlara istinadən, yerlərə getmədən aşkar etdiyini bildirməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: (67.1.1) vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri, (67.1.2) vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar, (67.1.3) vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar, (67.1.4) vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar, (67.1.5) vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar, (67.1.6) vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar, (67.1.7) vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar, (67.1.8) vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri, (67.1.9) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. İstinad olunan qanunvericilik normaları ilə birmənalı, konkret olaraq müəyyən edilir ki, Vergi Məcəlləsinin 67.1-ci maddənin 1-9-cu bəndlərində göstərilən əlaqəli məlumatlardan istifadə etməklə vergi orqanlarının ödənilməli olan verginin məbləğini hesablamaq hüququ vardır. Həmin maddədən göründüyü kimi, qanunvericilik əlaqəli məlumatların dairəsini konkret olaraq müəyyən etmişdir. Vergi orqanı vergi məbləğini yalnız həmin maddədə qeyd olunan əlaqəli məlumatlardan istifadə etməklə hesablaya bilər. Vergi Məcəlləsinin 139.2-ci və 143-cü maddələrinin tələblərinə əsasən vergi ödəyicisi əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Həmçinin, aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər daxil edilir. Yəni, vergitutma məqsədləri üçün mallar invoys dəyəri ilə uçotda əks etdirilməlidir. Lakin cavabdeh göstərilən normaların tələblərinə zidd olaraq malların alışını invoys dəyəri ilə nəzərə almamışdır. Həmçinin, iddiaçının idxal etdiyi mallar araşdırılarkən müxtəlif çeşiddə malların mövcud olduğu müəyyən edilmişdir. Belə olan halda, bütün malların üzərinə ayrı-ayrı dövrlər üzrə bazar qiyməti müəyyən edilmədən 10 faiz ticarət əlavəsinin tətbiq edilməsi vergi qanunvericiliyinin tələblərinə ziddir. Vergi Məcəlləsinin 139.2-ci və 143-cü maddələrinin tələblərinə əsasən vergi ödəyicisi əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikasına mallar idxal olunarkən gömrük orqanları tərəfindən malların dəyərinin hesablanması yalnız gömrük məqsədləri üçün istifadə olunur (2-1(102)-3004/2024 saylı xx.xx.2024-cü il tarixli, 2-1(102)-177/2024 saylı xx.xx.2024-cü il tarixli, 2-1(102)-1239/2022 saylı xx.xx.2022-ci il tarixli, 2-1(102)-2025/2022 saylı xx.xx.2022-ci il tarixli və 2-1(102)- 199/2024 saylı xx.xx.2024-cü il tarixli qərarlar). Beləliklə, aparılan məhkəmə araşdırmaları onu deməyə əsas verir ki, cavabdeh qurum iddiaçıya münasibətdə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********463100 nömrəli qərarı qəbul edərkən vergi qanunvericiliyinin tələblərini pozmuşdur. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsində isə təsbit edilmişdir ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırki işdə cavabdeh inzibati orqan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********463100 nömrəli qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir. Buna görə də birinci instansiya məhkəməsi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********463100 nömrəli qərarın ləğv olunması barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. O ki qaldı cavabdehin apellyasiya şikayətinin dəlillərinə, bu barədə məhkəmə kollegiyası bildirir ki, həmin dəlillər məhkəmə qərarının ləğv edilib, iddiaçının iddiasının rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-1130/2025 saylı 31 yanvar 2025-ci il tarixli qərarı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1130/2025 saylı 31 yanvar 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X14 Orxan İsmayılov