Məhkəmə qərarları › İş №2-1(103)-2142/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2142/2023

20.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2142/2023 20.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), oğlu, X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı oğunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin bərpa edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12518/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı oğu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı öhdəliyin icrası haqqında (İPM m.34.1) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona xx.xx.2018-ci il tarixdə təyin olunmuş 3-cü dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2018-ci ildə ümumi xəstəlik səbəbindən 3-cü dərəcəli müddətsiz əlillik müəyyən edilmişdir. Əlilliyin diaqnozu “Sümükəzələ sisteminin digər dəqiqləşdirilmiş qazanılma deformasiyaları. Onurğanın döş hissəsinin İİİ dərəcəli kifoskaliozu. Onurğanın arxa tərəfə əyilməsi. Qozbellik. Kəskin və davamlı ağrı sindromu ilə. Döş qəfəsinin mühüm dərəcədə deformasiyası. TÇ İ. Skolioz. Onurğanın döş hissəsinin İİİ dərəcəli kifoskoliozu. Onurğanın arxa tərəfə əyilməsi. Qozbellik. Kəskin və davamlı ağrı sindromu ilə. Döş qəfəsinin mühüm dərəcə deformasiyası. TÇ İ. Skolioz. Onurğanın döş hissəsinin İİİ dərəcəli kifoskoliozu. Onurğanın arxa tərəfə əyilməsi. Qozbellik. Kəskin və davamlı ağrı sindromu ilə. Döş qəfəsinin mühüm dərəcə deformasiyası. TÇ 1.’' olunmuşdur. Müxtəlif vaxtlarda tibbi müayinələrdən keçmiş və ona qoyulmuş diaqnoz bir-biri ilə eynilik təşkil etmişdir. Cavabdeh tərəfindən onun əlillyi “Əlillik Altsistemi”ndə etibarsız hesab edilmişdir. Bununla bağlı cavabdeh orqana müraciət edilmiş və müraciətinə cavab verilməmişdir. İddiaçı hesab edir ki, kifayət qədər zəruri tibbi yoxlamalardan keçmiş və ona ömürlük müddətinə 3-cü dərəcəli əllik təyin edilmişdir. Cavabdeh öz hərəkətləri onun sosial təminat hüququnu pozmuşdur. Cavabdeh iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı əlillik vəziyyəti Bakı Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2017-ci il tarixli 4110003AAD0A saylı göndərişi əsasında baxılmış və “Səbəbi: ümumi xəstəlik; Xəstəliklərin Beynəlxalq TəsnifatıXİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95-M99 - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M95 - Birləşdirici toxumanın və sümük-ə...; Diaqnozun mətni: Sümük-əzələ sisteminin digər dəqiqləşdirilmiş qazanılma deformasiyaları, Onurğanın döş hissəsinin İİİ dərəcəli kifoskaliozu. Onurğanın arxa tərəfə əyilməsi. Qozbellik.Kəskin və davamlı ağrı sindromu ilə .Döş qəfəsinin mühüm dərəcədə deformasiyası.TÇ İ. Skolioz, Onurğanın döş hissəsinin İİİ dərəcəli kifoskaliozu. Onurğanın arxa tərəfə əyilməsi. Qozbellik.Kəskin və davamlı ağrı sindromu ilə .Döş qəfəsinin mühüm dərəcədə deformasiyası.TÇ İ. Kifoz və lordoz, Onurğanın döş hissəsinin İİİ dərəcəli kifoskaliozu. Onurğanın arxa tərəfə əyilməsi. Qozbellik.Kəskin və davamlı ağrı sindromu ilə .Döş qəfəsinin mühüm dərəcədə deformasiyası.TÇ İ; Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.5.12. üçüncü – dördüncü dərəcə kifoskolioz, kəskin funksiya pozuntusu (M40- M41.9)” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Tibb İdarəsi 029-3652-1218/5 nömrəli, xx.xx.2018-ci il tarixli məktubla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, 66 nəfərin Daxili İşlər Nazirliyinə aidiyyətinin olmaması, nazirliyin tibb müəssisələri tərəfindən onların barəsində göndərişlərin əsassız olaraq rəsmiləşdirildiyi qeyd edilməklə, göndərişlərin etibarsız hesab olunmasının nəzərə alınmasını xahiş etmişdir. İddiaçının adı göndərişləri etibarsız hesab edilənlərin siyahısında qeyd edildiyindən “Əlillik altsistemi”ndə İddiaçı aid qiymətləndirmə xx.xx.2018-c. tarixdə etibarsız hesab edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12518/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Vüqar Ələkbər oğlunun əlillik dərəcəsinin etibarsız hesab edilməsi ilə bağlı hərəkətləri qanunsuz hesab edilmiş və onun əlillik dərəcəsinin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi öhdəliyi cəavabdehə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti etirazında göstərilənlərə uyğun əsaslandırmış, eyni zamanda, qeyd etmişdir ki, iddiaçının əlilliyin etibarsız hesab edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. “İnzibati icraat haqqında” Qanunun tələblərinin pozulmadığına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhduduluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə uyğun olaraq qiymətləndirilməsinə baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə, maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə kollegiyasının hazırkı iclası barədə məlumat verilmiş tərəflər məhkəmə iclasında iştirak etməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollgiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin qeyd olunan faktiki hallarından göründüyü kimi, iddiaçının, onun əlilliyinin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsinin həvalə edilməsi vəzifəsinin sonucuya həvalə edilməsi barədə iddia tələbi birinci instansiya məhkəməsinin qərarı ilə təmin olunmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən qeyd etmişdir ki, cavabdeh inzibati orqan iddiaçının əlillik təyinatına əsaslı şübhə olduğu halda onu əyani müayinəyə dəvət etməmiş, inzibati icraatın yekunu olaraq qərar formasında inzibati akt qəbul etməmiş, qanunvericiliyin qeyd olunan tələblərini yerinə yetirməkdə hərəkətsizlik göstərmiş, hüquqi əsas olmadan iddiaçı barəsində təyin edilmiş əlilliyi etibarsız hesab etmişdir. Belə olan halda, cavabdehin iddiaçının əlillik təyinatının əlillik alt sistemində etibarsız hesab edilməsi ilə bağlı hərəkətləri qanunsuz hesab olunmaqla əlillik təyinatı bərpa edilməlidir (mövcud məhkəmə təcrübəsi də bu istiqamətdə formalaşmışdır). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, əvvəllər TSEK tərəfindən iddiaçının iştirakı ilə onun hərtərəfli müayinəsi aparılmaqla inzibati araşdırmanın nəticələri üzrə ona müddətsiz 3-cü qrup əlillik dərəcəsi təyin olunduğu halda, sonradan, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Tibb İdarəsi 029-3652-1218/5 nömrəli, xx.xx.2018ci il tarixli məktub əsasında onun həmin əlilliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilmiş tədbirlər çərçivəsində cavabdeh tərəfindən xx.xx.2018-ci tarixdə “Əlillik altsistemi”ndə iddiaçıya aid qiymətləndirmə etibarsız hesab edilmişdir. Halbuki, həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 saylı qərarı ilə təsdiq edilmiş, “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin: 4.9-cu bəndinə əsasən Göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 Sosial Ekspertiza və X4 (bundan sonra - TSERAS) ötürülür; 4.16-cı bəndinə əsasən TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Nazirliər Kabinettinin xx.xx.2020ci il tarixli 11 saylı qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.1-ci bənidinə əsasən əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. “İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsinin tələbindən isə görünür ki, qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsidir. Həmin Qanunun 28.1.1-ci maddəsinin tələbi baxımından, sonradan, iddiaçının da onun əlilliyinin etibarsız hesab edildiyi gündən bərpası barədə cavabdehə ünvanlanmış yazılı müraciəti də inzibati icraatın başlanması üçün əsasdır. İşdən isə görünür ki, qanunvericiliyin sözügedən tələblərinə cavabdeh inzibati orqan tərəfindən riayət olunmamış, iddiaçının əsaslı mənafelərinə toxunduğu nəzərə alınmaqla, onun iştirakı ilə barəsində inzibati icraat başlamağa borclu olduğu halda, qanunla üzərinə düşən bu öhdəlyini yerinə yetirməmiş, barəsində etimad göstərdiyi əlverişli inzibati aktı (qərarı) faktiki hərəkətləri ilə ”Əlillik alt sistemi”ndə iddiaçıya aid qiymətləndirməni etibarsız hesab etmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 36.3-cü maddəsi isə nəzərdə tutur ki, qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 51.1-ci maddəsinin tələbinə görə isə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 58.1-ci inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Əsasnamə”nin və “Qayda”nın müddəalarından göründüyü kimi, ümumiyyətlə, qiymətləndirilmə yolu ilə təyin edilən əlillik dərəcəsinin etibarız hesab edilməsi nəzərdə tutulmur. Əgər cavabdeh hesab edirdisə, iddiaçıya təyin olunan əlillik dərəcəsi qanunsuz olmuşdur, belə olan halda, “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin tələbləri qaydasında həmin qərarını ləğv etmək imkanı mövcud olmuşdur ki, bu halda da, maraqlarına toxunan iddiaçının cavabdehin həmin qərarını mübahisləndirmək hüququndan istifadə etmək imkanına malik olurdu. Beləliklə də iddiaçının əlilliyinin etibarsız hesab edilməsi üçün “İnzabati icraat haqqında” Qanunun 65-ci maddəsində sadalanan hallardan hər hansı birinin mövcudluğu müəyyən olunmur. Bu isə onu deməyə əsas verir ki,onun qanunla qorunan hüquqları əsaslı şəkildə pozulmuşdur Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını işin sübutlarla müəyyən edilən hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Odur ki, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin onun tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilmədiyini, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 12518/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12518/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar