Məhkəmə qərarları › İş №2-1(103)-2144/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2144/2023

01.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2144/2023 01.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyinat tarixinin dəyişdirilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X4 ibarət tərkibdə, X7-Yusiflinin katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili X9, Cavabdehin nümayəndələri X6 və həkim-ekspert X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyinin təyinat tarixinin dəyişdirilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-923/2023 saylı 08 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 01 noyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Cavabdeh tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli sms bildirişdən görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixli göndərişə əsasən əlavə müalicəyə ehtiyacın olması səbəbindən əlillik təyinatından imtina edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda göstərilmişdir ki, əlillik təyinatından “əlavə müalicəyə ehtiyacın olması. Müalicələr uzun fasilələrlədir. Ətraflı müayinə olunmayıb. İxtisaslaşmış müayinə və stasionar müalicələr davam etdirilsin.” əsası ilə imtina edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli **********7 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, əlillik vəziyyəti 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının göndərişi əsasında xx.xx.2021-ci ildə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması (səbəb: müalicələr uzun fasilələrlədir, ətraflı müayinə olunmayıb, ixtisaslaşmış müayinə və stasionar müalicələr davam etdirilsin) barədə qərar verilmişdir. -Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 №-li 057201 saylı arayışdan görünür ki, iddiaçı xx.xx.2009-cu il tarixədək ikinci qrup əlil hesab edilmişdir. -Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 №-li 188295 saylı arayışdan görünür ki, iddiaçı xx.xx.2013-ci il tarixədək ikinci qrup əlil hesab edilmişdir. -Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 №-li 188295 saylı arayışdan görünür ki, iddiaçı xx.xx.2014-ci il tarixədək ikinci qrup əlil hesab edilmişdir. -Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 №-li 456196 saylı arayışdan görünür ki, iddiaçı xx.xx.2015-ci il tarixədək ikinci qrup əlil hesab edilmişdir. -Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş xxxxxxx0003 saylı müayinə barədə məlumatdan görünür ki, iddiaçı xx.xx.2015-cı il tarixdən xx.xx.2016-ci il tarixədək ikinci qrup əlil hesab edilmişdir. -Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş xxxxxxx0004 saylı müayinə barədə məlumatdan görünür ki, iddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək ikinci qrup əlil hesab edilmişdir. -Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş xxxxxxx0003 saylı müayinə barədə məlumatdan görünür ki, iddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək ikinci qrup əlil hesab edilmişdir. -Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş L00015229XRX saylı müayinə barədə məlumatdan görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-ci il tarixədək üçüncü qrup əlil hesab edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X8” Publik hüquqi şəxsindən alınmış məhkəmə tibbi-ekpertizasının rəyindən görünür ki, vətəndaş İddiaçı iş materiallarında əlillik vəziyyətinin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün göndərişlərdə şəxsin səhhətini əks etdirən diaqnozundakı əsas xəstəlik və ağırlaşmaları ilə əlaqədar şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli №-413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin meyarlarını aid etmək mümkün olmadı. Əlilliyin qiymətləndirilməsi üçün 187 saylı Qərara uyğun olaraq yeni Forma №-088 rəsmiləşdirildikdən sonra dəyərləndirilə bilər. İddiaçı əlilliyin təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçıya elektron qaydada “əlavə müalicəyə ehtiyacın olması” səbəbindən imtina edilmişdir. Həmçinin iddiaçı əlilliyinin təyinat tarixinin dəyişdirilməsini tələb etmiş, bu tələbinin də təmin olunmasından imtina edilmişdir. Həmin imtinadan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, L00015229XRX saylı göndəriş əsasında xx.xx.2022-ci il tarixdə aparılmış qiymətləndirmə ilə barəsində qəbul edilmiş əlillik dərəcəsinin müəyyən edilməsi haqqında qərarda təyinat tarixinin xx.xx.2021-ci il tarix kimi göstərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2005-ci ildən revmatoid poliartrit xəstəsi olmuş, uzun müddət müalicə olunduqdan sonra 2008-ci ildən həmin xəstəliyə görə ona 2- ci qrup əlillik təyin edilmişdir. Hər il mütəmadi müalicə olunmuş və əlilliyi təsdiq edilmişdir. Sonuncu dəfə ona xx.xx.2016-cı il tarixdə "Deropozitiv revmatoid artrid İİ aktiv dərəcə. Oynaqların funksional çatmamazlığı İİ dərəcə. Üzvi mənşəli şəxsiyyət pozuntusu. Astenodepressiv sindrom şəxsiyyət dəyişikliyi" TSEK diaqnozu ilə xx.xx.2021-ci il tarixədək İİ qrup əlillik verilmişdir. İddiaçının sonuncu əlillik müddəti ərzində "Emosional davamsız tip şəxsiyyət pozuntusu, özünü kəsmələrlə. Sol tərəfli Pertes xəstəliyinin qalıq əlaməti" diaqnozu ilə 2-ci dərəcəli əlil olan oğlu X14 ağır xəstə olduğundan müalicəyə gedə bilməmiş və yalnız ambulator qaydada özünün müalicəsi ilə məşğul olmuşdur. Oğlu 2020-ci ildə məhkum edilmiş və yalnız bundan sonra 2021-ci ildə 2 dəfə müalicəyə getmişdir. İddiaçı tək yaşayır və hazırda yalnız oğlunun əlillik müavinətinin ümidinə qalmış, səhhəti ilə bağlı işləyə bilmir, soyuq havada ağrıları artır. 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 0027003AAEGB göndərişi əsasında xx.xx.2021-ci il tarixdə işinə baxan Tibbi Sosial Ekspert Komissiyasına iddiaçı müayinəyə dəvət edilməmişdir. TSEK-in xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçıya “Əlavə müalicəyə ehtiyacın olması. Müalicələr uzun fasilələrlədir, ətraflı müayinə olunmamışdır, ixtisaslaşdırılmış müayinə və stasionar müayinələr davam etdirilmişdir” səbəbindən əlillik təyinatından imtina edilmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı əlillik təyin edilməsindən imtinadan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Apellyasiya Şurasına şikayət etmiş, lakin şikayətində göstərdiyi hallar araşdırılmamışdır. Hesab edir ki, Agentliyin və TSEK-in əsassız qərarı ilə iddiaçının müddətsiz əlillik təyin olunması hüququ pozulmuş, əlillik təyin etməkdən əsassız imtina etməklə, süni olaraq fasilə yaradılmağa cəhd edilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə 4 nömrəli CÇM-nin Penitensiar tibb hissəsinin xx.xx.2013-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ95-İ99 - Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş xəstəlikləri => İ99 - Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqları; Diaqnozun mətni: Revmatoidli poliartrit. seroneqativ oynaq forması İİ dər. aktivlik. Hipoxrom anemiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Revmatoidli poliartrit” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 15 saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ95-İ99 - Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş xəstəlikləri => İ99 - Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqları; Diaqnozun mətni: Revmatoidli poliartrit. Seroneqativ oynaq forması İİ dər. Aktivlik. Oynaqların funksional çatmamazlığı İİ dər; Meyar: 2.2. ikinci dərəcə əlillik => DİGƏR: Revmatoidli poliartrit” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 15 nömrəli Birləşdirilmiş Şəhər Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümükəzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M05- M14 lltihabi poliartropatiyalar => M05 - Seropozitiv revmatoid artrit => M05.0 - Sero...; Diaqnozun mətni: Seropozitiv revmatoid artrit İİ aktiv dərəcə. Oynaqların funksional çatmamazlığı İİ dər. Üzvi mənşəli şəxsiyyət pozuntusu. Asteno-depressiv sindrom şəxsiyyət dəyişikliyi; Meyar: 2.2. İkinci dərəcə əlillik DİGƏR: Seropozitiv revmatoid artrit İİ aktiv dərəcə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M05-M14 – İltihabı roliartropatiyalar => M05 - Seropozitiv revmatoid artrit => M05.0 - Sero...; Diaqnozun mətni: Seropozitiv revmatoid artrit İİ aktiv dərəcə. Oynaqların funksional çatmamazlığı İİ dər. Üzvi mənşəli şəxsiyyət pozuntusu. Astenodepressiv sindrom şəxsiyyət dəyişikliyi; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Seropozitiv revmatoid artrit İİ aktiv dərəcə” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 15 nömrəli Birləşdirilmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XXİ Sinif - Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; Diaqnozun mətni: Revmotoidli artrid seropozitiv forma, İİ ak.du, proqresivləşən gediş. Hər iki bilək - əldarağı oynaqların daralması. Oynaqları funksional çatmamazlığı. İlf-İ sinif. OU- presbiopiya., İİ Anemiya. Xroniki övrə., Essensial hipertenziya. Allergik rinit. Xroniki xolestit. Asteno nevrotik sindrom. Üzvi funksional-labil pozuntu; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb. “Müalicələr uzun fasilələrlədir, ətraflı müayinə olunmayıb. İxtisaslaşmış müayinə və stasionar müalicələr davam etdirilsin” səbəbi ilə imtina verilmişdir. Bakı 23 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M05-M14 - lltihabi poliartropatiyalar => M05 - Seropozitiv revmatoid artrit => M05.8 - Digə...; Diaqnozun mətni: Əsas diaqnoz M05.8 Digər seropozitiv revmatoid artritlər, Revmatoidli artirit. Seropozitiv forma. İİ dərəcə. Rentgenoloji İİ mərhələ. Ağırlaşma D50 Dəmir defisitli anemiya, İkincili anemiya. Ağırlaşma M18.0 Birinci bilək-əldarağı oynağını birincili ikitərəfli artrozu, Hər iki biləkəldarağı oynaqlarının daralması. Oynaqların funksional çatmamazlığı İİ dərəcə. Yanaşı xəstəliklər 110 Essensial [birincili] hipertenziya, Arterial hipertiniya İİ dərəcə. Yanaşı xəstəliklər H52.1 Miopiya, OU-zəif dərəcəli miopiya. Yanaşı xəstəliklər F60.3 Şəxsiyyətin emosional davamsız pozğunluğu; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Həkim müayinələrinin nəticələrində psixi və terapeftik statuslar etraflı qeyd olunsun” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-923/2023 saylı 08 fevral 2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı L00015229XRX saylı göndəriş əsasında xx.xx.2022ci il tarixdə aparılmış qiymətləndirmə ilə barəsində qəbul edilmiş əlillik dərəcəsinin müəyyən edilməsi haqqında qərarda təyinat tarixinin dəyişdirilərək xx.xx.2021-ci il tarix kimi göstərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 hüquqi şəxsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Apellyasiya şikayətinə dair yazılı etirazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, cavabdeh xx.xx.2022-ci il tarixdə ona üçüncü qrup əlillik təyin edərkən 2005-ci ildən keçirdiyi xəstəliyin diaqnozuna istinad etmişdir. Bu da onun sağalmaz xəstəliyə düçar olduğunu təsdiq edir. O, hazırda ona əlillik təyin edilməsinə əsas olan xəstəlikdən xx.xx.2005-ci il tarixdən əziyyət çəkir. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixədək ona eyni diaqnozla müxtəlif fasilələrlə əlillik təyin edilmişdir. Həmin tarixdən sonra onun sağlamlığı xx.xx.2021-ci il tarixli göndəriş əsasında yenidən qiymətləndirilmiş və təyinatdan imtina edilmişdir. Daha sonra iş məhkəmənin icraatında olan vaxt cavabdeh onun xeyrinə qərar qəbul edərək L00015229XRX saylı Forma 88 əsasında iddiaçıya xx.xx.2022-ci il tarixdən xx.xx.2023-ci il tarixədək “Revmatoidli artirit. Seropozitiv forma. İİ dərəcə. Rentgenoioji İİ mərhələ.” Diaqnozu ilə üçüncü qrup əlillik təyin etmişdir. Halbuki, bu xəstəlik onda xx.xx.2005-ci il tarixdən mövcud olmuş və cavabdeh tərəfindən də əvvəllər ona əlillik dərəcələri verilmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona əlillik təyinatında fasilə yaranmış və bu fasilə cavabdeh tərəfindən sonuncu təyinat zamanı nəzərə alınmamışdır. Bakı İnzibati Məhkəməsi ona L00015229XRX saylı göndəriş əsasında xx.xx.2022-ci il tarixdə aparılmış qiymətləndirmə ilə barəsində qəbul edilmiş əlillik dərəcəsinin müəyyən edilməsi haqqında qərarda təyinat tarixinin xx.xx.2021-ci il tarix kimi göstərilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Ona görə də apelyasiya şikayətinin təmin olunmasını xahiş edir. Tərəflərin izahatları: Cavabdehin nümayəndələri X11 və həkim-ekspert X5 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişlər. İddiaçı və onun nümayəndəsi və vəkili X13 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişlər ki, apellyasiya baxışı dövründə cavabdeh inzibati orqan tərəfindən onun sağalmaz xəstəliyə düçar olduğu qəbul olunaraq əlillik dərəcəsi yenidən təsdiq olunub verilmişdir. Buna görə də apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbi “əlilliyinin təyinat tarixinin dəyişdirilməsi” barədədir. İddiaçının bu barədə tələbi inzibati orqan tərəfindən təmin olunmadığı üçün o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və iddiası məhkəmə tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası idddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların da qeyd edilməsini zəruri hesab edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3-cü maddəsinə əsasən əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası” na əsasən 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 nömrəli 2020-ci il 16 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 1.6-cı bənd. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi- həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən 1.1-ci bənd. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı hazırda ona əlillik təyin edilməsinə əsas olan xəstəlikdən xx.xx.2005-ci il tarixdən əziyyət çəkir. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixədək ona eyni diaqnozla müxtəlif fasilələrlə əlillik təyin edilmişdir. Həmin tarixdən sonra onun sağlamlığı xx.xx.2021-ci il tarixli göndəriş əsasında yenidən qiymətləndirilmiş və təyinatdan imtina edilmişdir. Daha sonra iş məhkəmənin icraatında olan vaxt cavabdeh iddiaçının xeyrinə qərar qəbul edərək L00015229XRX saylı Forma 88 əsasında iddiaçıya xx.xx.2022-ci il tarixdən xx.xx.2023-ci il tarixədək “Revmatoidli artirit. Seropozitiv forma. İİ dərəcə. Rentgenoloji İİ mərhələ.” Diaqnozu ilə üçüncü qrup əlillik təyin etmişdir. Halbuki, bu xəstəlik iddiaçıda xx.xx.2005-ci il tarixdən mövcud olmuş və cavabdeh tərəfindən də əvvəllər ona əlillik dərəcələri verilmişdir. Beləliklə, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının əlillik təyinatında fasilə yaranmış və bu fasilə cavabdeh tərəfindən sonuncu təyinat zamanı nəzərə alınmamışdır. Buna görə də iddiaçı haqlı olaraq L00015229XRX saylı göndəriş əsasında xx.xx.2022-ci il tarixdə aparılmış qiymətləndirmə ilə barəsində qəbul edilmiş əlillik dərəcəsinin müəyyən edilməsi haqqında qərarda təyinat tarixinin dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə düzgün olaraq iddianın təmin edilməsi qənaətinə gəlmiş, lakin bu zaman iddiaçının əlillik təyinatı tarixinin xx.xx.2021-ci il tarix olmasını düzgün müəyyən etməmişdir. Belə ki, yuxarıda sadalanan qanunvericiliyin tələblərinə görə əlillik dərəcəsinin müəyyən edilməsi haqqında qərarda təyinat tarixi iddiaçı barəsində göndərilən göndərişin tarixi- xx.xx.2021-ci il tarixi nəzərə alınmaqla müəyyən olunmalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilərək, iddiaçıya L00015229XRX saylı göndəriş əsasında xx.xx.2022-ci il tarixdə aparılmış qiymətləndirmə ilə barəsində qəbul edilmiş əlillik dərəcəsinin müəyyən edilməsi haqqında qərarda təyinat tarixi dəyişdirilərək, xx.xx.2021-ci tarix kimi göstərilməlidir. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 13.2-ci maddəsinə görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı işdə cavabdeh inzibati orqan iddiaçının tələbinin təmin olunmasından imtina etməkdə haqlı olduğunu və ya iddiaçının tələbinin təmin olunmasını qanunla istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli və İddiaçı L00015229XRX saylı göndəriş əsasında xx.xx.2022-ci il tarixdə aparılmış qiymətləndirmə ilə barəsində qəbul edilmiş əlillik dərəcəsinin müəyyən edilməsi haqqında qərarda təyinat tarixi dəyişdirilərək, xx.xx.2021-ci tarix kimi göstərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 hüquqi şəxsin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 923/2023 saylı 08 fevral 2023-cü il tarixli qərarı dəyişdirilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-923/2023 saylı 08 fevral 2023-cü il tarixli qərarı dəyişdirilərək, İddiaçı L00015229XRX saylı göndəriş əsasında xx.xx.2022-ci il tarixdə aparılmış qiymətləndirmə ilə barəsində qəbul edilmiş əlillik dərəcəsinin müəyyən edilməsi haqqında qərarda təyinat tarixi dəyişdirilərək, xx.xx.2021-ci tarix kimi göstərilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar