Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2146/2021 28.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Həmidov Həmid Üzeyir oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və üçüncü şəxs X8 nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Cavabdehnə qarşı (X11, X12 və X4 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla) qərarın etibarsız hesab edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2-1(112)- 1429/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 30 iyul 2019-cu il tarixdə cavabdeh Bakı şəhər Sabunçu rayon Cavabdehnə qarşı, X11 və X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu qəsəbə X1 mülkiyyətinə torpaq sahəsinin ayrılmasına dair 21 saylı 11 oktyabr 2006-cı il tarixli qərarının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1429/2020 saylı 19.06.2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin 04 avqust 2020-ci il tarixli 2-1(103)-1445/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının 04 noyabr 2020-ci il tarixli 2-1(102)- 1992/2020 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 03.05.2021-ci il tarixdə İddiaçı məhkəməyə yeni açılmış hallar üzrə ərizə ilə müraciət edərək, Bakı şəhəri Cavabdeh 11 oktyabr 2006-cı il tarixli 17 saylı qərarının etibarsız hesab edilməklə, ləğv edilməsi və həmin qərar əsasında X6 adına AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Cavabdeh 11 oktyabr 2006-cı il tarixli 17 saylı qərarının etibarsız hesab edilməklə, ləğv edilməsi və həmin qərar əsasında X6 adına AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və ərizədə göstərmişdir ki, o, sorğu əsasında Sabunçu rayon Bələdiyyəsinə müraciət edərək, ona məxsus torpaq sahəsinin X6 adına sənədləşdirilməsi üçün əsas olan hallar barədə arayış təqdim edilməsini xahiş etmiş və Sabunçu rayon Bələdiyyəsinin 29 saylı 16 aprel 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Bələdiyyə daxil olmuş 15.04.2021-ci il tarixli 432 saylı məktubla əlaqədar bildirmişdir ki, (Anaşkin) Əliyar Əliyev küçəsi ev 27 ünvanında 700 kvadrat metr torpaq sahəsi və 360 kvadrat metr tikinti sahəsi 2000-ci ildən Cavabdehndə İddiaçı adına vergi qeydiyyatına alınmış və 2016-ci ildəki vergilər ödənilmişdir. X6 adına torpaq sahəsini ayrılması barəsindəki 11.10.2006-cı il tarixli qərar və 12.06.2017-ci il tarixli məktub Bələdiyyə tərəfindən yazılmamışdır. Əmlak Komitəsinə təqdim edilən 11.10.2006-cı il tarixli “Bələdiyyə Qərarı” guya bələdiyyənin 11.10.2006-cı il tarixli 17 saylı iclas protokoluna əsasən verilib. Faktiki olaraq Bələdiyyədə 21 saylı protokol isə 24.02.2006-cı ildə yazılıb. Əmlak Komitəsinə təqdim etmək X2 adına verilən məktubun 12.06.2017-ci il tarixli 38/1 saylı olduğu göstərilir. Bələdiyyə faktiki olaraq 12.06.2017-ci tarixində 38/1 saylı yox, 61 saylı məktub (başqa mövzu ilə əlaqədar) Bakı İnzibati Məhkəməsinə göndərilib, 38/1 saylı məktub isə 18.04.2017-ci il tarixdə göndərilib. Göründüyü kimi təqdim edilmiş “Sənədlərin” heç birində nə qeydiyyat nömrəsi, nə də tarixləri bələdiyyə qeydiyyatı ilə uyğun gəlmir və belə sənədlər bələdiyyədə yoxdur. Həmin sənədlərdə bələdiyyənin möhürü və sədrin imzası saxtalaşdırılmışdır (əvvəlki beşillikdə qüvvədə olunmuş möhürdən istifadə olunub). Ona görə də hesab edir ki, Bələdiyyənin adından Əmlak Komitəsinə təqdim etmək üçün X6 adına verilmiş “sənədlər” saxtadır və heç bir əsası yoxdur. Sabunçu rayon Bələdiyyəsinin məktubunda göstərilən faktlardan müəyyən olunur ki, mübahisəli torpaq sahəsi və onun üzərində olan ev 2000-cü ildən (ünvan 1 ünvan) 2017-ci ilə kimi ona məxsus olmuşdur. Belə olan halda Bələdiyyənin həmin evə və torpaq sahəsinə dair 2006-ci ildən sənədləşdirilmə aparılması saxtadır və cinayətdir. Lakin ilkin məhkəmə baxışlarında göstərilən hallar nəzərə alınmamışdır. Hazırda sorğu ilə müraciət edildiyi təqdirdə göstərilən faktlar rəsmi sənədlərlə müəyyən olunmuşdur. Mübahisəli evi o, tikdirmişdir və bu fakt təkzib edilməzdir. Lakin məhkəmə bu fakta münasibət bildirməmiş və formal olaraq qeyd etmişdir ki, guya mübahisəli iş üzrə subyektiv hüququ olmamışdır. Bu tamamilə əsasızdır. Yuxarıda qeyd olunan Bələdiyyə məktubunda mübahisəli torpaq və evin ona məxsus olması və vergi ödəyicisi olmağı təsdiq edilir. Bu isə ona dəlalət edir ki, mübahisəli iş üzrə onun hüququnun olması təsdiq edilir. Bundan sonra İddiaçı məhkəməyə ərizənin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, yeni açılmış hallar üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1429/2020 nömrəli 19 iyun 2020-ci il tarixli qərardadının ləğv edilməsini və Bakı şəhəri Cavabdeh 11 oktyabr 2006-cı il tarixli 17 saylı qərarının etibarsız hesab edilməklə, ləğv edilməsi və həmin qərar əsasında X6 adına AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və ərizəsini ilkin ərizəsinə uyğun əsaslandırmışdır. Bakı İnzibati Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2-1(112)-1429/2021 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. (hakim: N.Abıyev) Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətində yeni açılmış hallarla bağlı ərizəsində göstərdiyi dəlilləri qeyd edərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və ərizəsinə mahiyyəti üzrə baxılaraq ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı üçüncü şəxs X8 nümayəndəsi X13 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh Bakı şəhəri Sabunçu rayon Cavabdehnə və üçüncü şəxslər X11, X12 və X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, İddiaçı yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və Bakı şəhəri Cavabdeh 11 oktyabr 2006-cı il tarixli 17 saylı qərarının etibarsız hesab edilməklə, ləğv edilməsi və həmin qərar əsasında X6 adına AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsi yeni açılmış hallarla bağlı ərizəni təmin etməmiş və qeyd etmişdir ki, iddiaçı tərəfindən verilmiş ərizədən də göründüyü kimi, ərizədə qanunvericiliyin qeyd olunan tələblərinə zidd olaraq heç bir yeni sübutların və ya halların aşkar olunduğu qeyd olunmamış və qanuni qüvvəyə minmiş məhkəmə qərarının qeyd olunan əsaslarla ləğv olunması xahiş edilmişdir. Ərizədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv olunması üçün qeyd olunmuş əsaslara gəldikdə isə, məhkəmə qeyd etmişdir ki, həmin əsaslar iddiaçı tərəfindən işə mahiyyəti üzrə baxılarkən iddiada və yuxarı instansiya məhkəmlərinə qərardaddan verilmiş apelyasiya və kassasiya şikayətlərində qeyd olunmuş və məhkəmələr tərəfindən həmin dəlillərə artıq hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 104.2-ci maddəsinə əsasən ərizəyə yeni sübutlar və hallar barədə sənədlərin, habelə başqa müvafiq sənədlərin əsli və ya surəti əlavə olunur. Göründüyü kimi, icraatın yeni açılmış hallar üzrə icraat qaydasında təzələnməsi üçün təzələnmə barədə ərizə ilə müraciət edən tərəf məhkəməyə yeni sübutlar və ya hallar barədə sənədlər təqdim etməlidir. Yeni sübutlar və hallar dedikdə, başa çatmış icraat zamanı mövcud olmuş, lakin ərizəçidən asılı olmayan səbəblərdən təqdim edilməmiş və araşdırılmamış sübut və hallar nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 106.2-ci maddəsinə əsasən icraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. Hazırkı iş üzrə ərizəçi məhkəməyə ilkin icraat zamanı mövcud olmuş hər hansı yeni sübut və hallar barədə sənədlər təqdim etməmişdir. İddiaçı ərizəsində istinad etdiyi hallarla bağlı həmin dəlilləri iddia ərizəsində və şikayətlərində qeyd etmiş, işə mahiyyəti üzrə baxılarkən isə məhkəmələr tərəfindən həmin dəlillərə artıq hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən icraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası işin yuxarıda göstərilən hallarını və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, ilkin icraat zamanı ərizəçidən asılı olmayan səbəblərdən təqdim edilməyən və sonradan aşkar olunan yeni sübut və hallar olunmadığından, ərizəçinin yeni açılmış hallar üzrə icraatın təzələnməsi barədə ərizəsi təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2-1(112)-1429/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2146/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2146/2021
28.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver