Məhkəmə qərarları › İş №2-1(103)-2146/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2146/2025

20.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-2146/2025 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: əlilliyin təyin edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, X2 və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi İŞİN HALLARI

1. İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “## ###### 2007-ci il tarixdə təyin edilmiş və ## ###### 2014-cü il tarixdə ikinci dərəcəyə dəyişdirilmiş əlilliyinin ləğv olunduğu ## #### 2021-cil tarixdən bərpa edilməsi (yenidən təyin edilməsi) vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddiaçı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ## ###### 2006-cı il tarixli xəstəlik haqqında şəhadətnaməyə əsasən iddiaçıya əlilliyin dayandırıldığı ## #### 2021-ci il tarixdən bərpa edilərək ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Birinci Qarabağ müharibəsinin qazisidir. Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda Azərbaycan Silahlı Qüvvələrinin tərkibində Vətən torpaqlarının müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmiş, Qarabağ döyüşlərində yaralanmışdır. Belə ki, Qarabağ bölgəsində ## #### 1993-cü il tarixdə N saylı hərbi hissəsinin tərkibində Ağdərə bölgəsində döyüşlərdə iştirak edən zaman başından qəlpə yarası almış, eyni zamanda kontuziya olaraq Ağdaş rayon Mərkəzi Xəstəxanasında uzun müddət müalicə almışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrindən tərxis olunduqdan sonra hərbi xidmət zamanı aldığı yaralar səhhətində öz təsirini göstərməyə başlamış və bu yaralanmanın təsiri altında onun sağlamlığı pozulmağa bağlamışdır.Nəticədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ## ###### 2006-cı il tarixli Qərarı ilə xəsarətlərin hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmış hərbi travma olduğu təsdiqlənərək "davamlı vegetativ-damar əlamətlər və nevrozabənzər sindromla nəticələnmiş keçirilmiş kəllə-beyin travmasının, baş beynin silkələnməsinin (##.##.1993-cü il) qalıq əlamətləri" diaqnozu qoyularaq dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə isə məhdud yararlı sayılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi-Həkim Komissiyasının ## ###### 2006-cı il tarixli Qərarı ilə təsdiqlənmiş "davamlı vegetativdamar əlamətlər və nevrozabənzər sindromla nəticələnmiş keçirilmiş kəllə-beyin travmasının, baş beynin silkələnməsinin (##.##.1993-cü il) qalıq əlamətləri" diaqnozu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti * saylı Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən də təsdiqlənmiş və ## ###### 2007-ci il tarixdə iddiaçıya üçüncü dərəcəli əlillik təyin olunmuşdur. Sonradan o, hər il mütəmadi olaraq təkrar müayinədən keçirilərək əlilliyinin müddəti 1 il olmaqla 2016-cı ilədək uzadılmışdır. Nəhayət 2016-cı ilin fevral ayında aidiyyəti qurumlara aydın olmuşdur ki, müharibə zamanı aldığı xəsarətlər nəticəsində iddiaçının pozulmuş sağlamlığı 1 iI ərzində bərpa oluna bilməz və iddiaçının əlilllik müddəti 2021-ci ilin fevral ayınadək uzadılmışdır. Lakin 2021-ci ilin fevral ayında iddiaçı təkrar müayinədən keçdikdə iddiaçının əlillik müddəti əsassız olaraq uzadılmamışdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən imtinanın əsası olaraq əlavə müalicəyə ehtiyacının olması,müayinə və müalicə müddətinin yetərli olmaması,vəziyyətinin dəqiqləşdirilməsi üçün müayinə və müalicənin məsləhət görüldüyü bildirilmişdir. Bundan sonra iddiaçı 2 ildir ki, müalicə alaraq yenidən müayinədən keçsə də, onun əlilliyinin yenidən təyin edilərək bərpası cavabdeh tərəfindən əsassız olaraq həyata keçirilmir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Cavabdehin iddia tələbinə qarşı etirazı məhkəməyə daxil olmuşdur.

5. Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı ## ###### 2006-cı il tarixli xəstəlik haqqında şəhadətnaməyə əsasən əlilliyin dayandırıldığı ## #### 2021-ci il tarixdən bərpa edilərək ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.

6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

7. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndə-vəkili Vəkil, iddia tələbinin dəqiqləşdirlməsinə dair ərizə təqdim edərək, İddiaçı ## ###### 2006-cı il tarixli xəstəlik haqqında şəhadətnaməyə əsasən, əlilliyin təyinatı ilə bağlı ## ###### 2026-cı il tarixli qərarın ləğv edilməsi, orqanizm funksiyalarının 65-80 faiz pozulmasına görə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyininin üzərinə qoyulmasını xahiş etmişdir.

8. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndə-vəkili Vəkil, iddia tələbinin dəqiqləşdirlməsinə dair ərizə təqdim edərək, iddia tələbinin “2 il müddətinə əlilliyin təyin edilməsi” əlavə edilməklə dəqiqləşdirilməsini xahiş etmişdir. Dəqiqləşmə barədə ərizə icraata qəbul edilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

9. Apellyasiya şikayəti etiraza uyğun olaraq əsaslandırılmışdır.

MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI:

10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. Həmçinin iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, iddia tələbinin əlilliyin müddətinin 2 il müddətinə verilməsi formasında dəqiqləşdirilməsini xahiş etmişdir.

11. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iş üzrə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştiraklarını təmin etməmişlər.

12. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR

13. İddiaçının ambulator kitabçasından çıxarışa əsasən iddiaçı keçirilmiş qapalı kəlləbeyin travması və digər xəstəliklərlə ##.##.2021-ci ildən ##.##.2021-ci ilə qədər, ##.##.2022-ci ildən ##.##.2022-ci ilə qədər D.Məlikov adına * nömrəli birləşdirilmiş şəhər xəstəxanasında, ##.##.2016-cı ildən ##.##.2016-cı ilə qədər Bakı Baş Səhiyyə İdarəsinin “X1”ndə stasionar müalicə olunmuşdur.

14. ** nömrəli, ##.##.2006-cı il tarixli xəstəlik haqqında şəhadətnaməyə əsasən iddiaçı ##.##.1993-cü ildən ##.##.1993-cü ilə qədər, ##.##.1993-cü ildən ##.##.1993-cü ilə qədər, ##.##.2006-cı ildən ##.##.2006-cı ilə qədər Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edən zaman “Başın təpə nahiyəsinin qəlpə yarası, kontuziya, Qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət, asteno-vegetativ təzahürlərlə, və digər əlamətlərlə müalicə olunmuşdur, dinc dövrdə hərbi xidmətə yararsız, müharibə zamanı məhdud yararlı hesab edilmişdir, diaqnoz və yaralanmanın (travmanın, xəsarətin, kontuziyanın) xəstəliyin səbəb əlaqəsi haqqında HHK-nin qərarı: “Davamlı vegetativ-damar əlamətlər və nevrozabənzər sindromla nəticələnmiş keçirilmiş kəllə-beyin travmasının, baş-beyin silkələnməsinin (##.##.1993-cü il) qalıq əlamətləri” olmuşdur.

15. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən iddiaçı ##.##.2021-ci ildə “XBT 10 kodu Xəstəliyin adı Əsas diaqnoz T90.5 Kəllədaxiii travmaların nəticələri. Keçirilmiş qapalı kəllə-beyin travmasından sonraki davamlı qalıq əlamətləri. Ağırlaşma G93.2 Xoşxassəli kəllədaxiii hipertenziya, Kəllədaxili hipertenziya. Ağırlaşma S06.0 Baş beynin silkələnməsi, Baş beynin silkələnməsindən sonrakı qalıq əlamətləri. Ağırlaşma G93.4 Dəqiqləşdirilməmiş ensefalopatiya, Postravmatik ensefalopatiya. Ağırlaşma R52.0 Kəskin ağrı, Davamlı ağrı sindromu. Ağırlaşma F48.0 Nevrasteniya, Kəskin asteno-nevrotik sindrom. Yanaşı xəstəliklər 110 Essens! [birincili] hipertenziya, Arterial hepertenziya III mərhələ” diaqnozu ilə müayinəyə göndərilmiş, ona əlilliyin təyinatından imtina edilmişdir, imtinanın səbəbi kimi “Əlavə müalicəyə ehtiyacın olması. Ətraflı: Müayinə və müalicə müddəti yetərli deyil. Xəstənin vəziyyətini dəqiqləşdirmək üçün Respublika Kliniki xəstəxanasında müayinə və müalicəsi məsləhət görülür” göstərilmişdir.

16. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən ##.##.2022-ci ildə və ##.##.2021-ci ildə iddiaçıya “Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri Digər neqativ pozğunluqlar Kəskin asteno-nevrotik sindrom” diaqnozu ilə əlillik verilməsindən imtina edilmiş, səbəb kimi diaqnozun əlillik əlaməti təyin etməməsi göstərilmişdir.

17. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən ##.##.2016-cı ildə iddiaçıya “Keçirilmiş kəllə beyin travması, baş beynin silkələnməsindən sonrakı davamlı qalıq əlamətləri posttravmatik ensefalopatiya Kəskin asteno -nevrotik sindrom” diaqnozu ilə ##.##.2021-ci ilə qədər II dərəcəli əlillik verilmişdir.

18. Tibbi-Sosial Ekspert komissiyasının ****** nömrəli arayışına əsasən iddiaçıya ##.##.2008-ci ilə qədər, ****** nömrəli arayışına əsasən ## #### 2009-cu ilə qədər, ****** nömrəli arayışına əsasən ##.##.2010-cu ilədək, ****** nömrəli arayışına əsasən ##.##.2011ci ilədək, ****** nömrəli arayışına əsasən ##.##.2012-ci ilədək, ****** nömrəli arayışına əsasən ##.##.2013-cü ilə qədər, ****** nömrəli arayışına əsasən ##.##.2014-cü ilə qədər 3cü dərəcəli, ****** nömrəli arayışına əsasən ##.##.2015-ci ilə qədər 2-ci dərəcəli, ****** nömrəli arayışına əsasən ##.##.2016-cı ilə qədər 2-ci dərəcəli əlillik verilmişdir

19. Ağdaş MRX-nın **** nömrəli xəstəlik tarixindən çıxarışa əsasən iddiaçı ##.##.1993cü ildən ##.##.1993-cü ilə qədər başın təpə nahiyəsinin qəlpə yarası, kontuziya diaqnozu ilə stasionar müalicədə olmuşdir.

20. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının ##.##.2022ci il tarixli, *********** nömrəli qərarına əsasən vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən ##.##.2006-cı il tarixli, ** nömrəli Xəstəlik haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Davamlı vegetativ damar əlamətlər və nevrozabənzər sindromla nəticələnmiş keçirilmiş kəllə-beyin travmasının, baş beyin silkələnməsinin (##.##.1993) qalıq əlamətləri” diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı arterial təzyiqin yüksəlməsindən, yuxusuzluqdan, başgicəllənmədən, sol tərəfində gücsüzlükdən şikayətlənmişdir. Nevroloji müayinə zamanı kəllə-beyin sinirləri tərəfindən yaşa uyğun dəyişikliklər, əzələ gücü və tonusu dəyişiksiz, reflekslər D=S canlı, Romberq vəziyyətində dayanıqlı qeyd olunmuş, Serebellar testləri düzgün icra etmiş, patoloji reflekslər çağrılmamışdır.TƏBİB Respublika Neyrocərrahiyyə Xəstəxanası PHŞ ##.##.2021-ci il tarixli, **** nömrəli ambulator kitabçadan çıxarışında diaqnoz "Keçirilmiş qapalı kəllə-beyin travmasından, baş, beyin silkələnməsindən sonrakı qalıq əlamətləri, posttraymatik enşefalopatiya, aşteno-nevrotik sindrom. Beyinin normal KT görünüşü” kimi qeyd olunmuş, obyektiv müayinə zamanı əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə’’yə uyğun olaraq diaqnoz əlillik əlaməti, təyin etmir barədə qərar qəbul edilmişdir.

21. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” PHŞ-nin T***/**** nömrəli rəyinə əsasən 1968-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya aşağıdakı nəticəyə gəlmişdir: 1.Səhiyyə Nazirliyinin “xxxx” PHŞ müalicə müəssisəsi olmadığından və iddiaçı İddiaçı tibb müəssisəsində kifayət qədər müayinə olunduğundan onun digər tibb müəssisəsindəki mütəxəssisə göndərilməsinə ehtiyac duyulmadı. Lakin, əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına Bakı ** nömrəli şəhər poliklinikası tərəfindən tərtib edilmiş ##.##.2022-ci il tarixli, *******AADYH nömrəli Forma 088-də göndərişində qeyd edilmiş “Əsas diaqnoz: T90.5-kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Ağırlaşmalar: J96-başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı, qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu, tənəffüs çatmamazlığı II dərəcə, J42- dəqiqləşdirilməmiş xroniki bronxit, xroniki bronxit obstruktiv sindromla kəskinləşmə mərhələsi. Yanaşı xəstəliklər: F06.5-üzvi mənşəli emosional labil (astenik) pozğunluq, üzvi mənşəli emosional labil pozuntu, asteno-nevrotik vəziyyət, A16.0digər oynaqların posttravmatik artrozu, sol diz oynağının hemartrozuna görə punksiya və gips sarğısından sonrakı vəziyyət” diaqnozlar ona stasionarda müalicəsi zamanı anamnestik və laborator instrumental müayinələr əsasında müəyyən edildiyindən və xəstəlik xroniki hala keçdiyindən onun həmin xəstəliklərə düçar olmasını inkar etmək olmaz. 2.Əlilliyin təyini ilə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli,** saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir.3. Xəstəliklərin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir (xəstəlik haqqında şəhadətnamə №-17, ##.##.2006-cı il). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial22.Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, ##.##.2026-cı il tarixli, G*****Z*AEN nömrəli Forma 88 göndərişi əlillik təyinatına əsas vermədiyindən İddiaçı əlilliyin təyin edilməsindən imtina edilmişdir. Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Diaqnoz: Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə beyin travmasından,baş beyin silkələnməsindən sonrakı vəziyyət. Sol yuxarı ətrafın monoparezi Posttravmatik ensefalopatiya.Tez tez təkrarlanan generalizə olunmuş qıcolma tutmalarla (ayda bir dəfə). Essensial (birincili) hipertenziya. Arterial hipertenziya III dərəcə.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

23. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

24. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.

25. Əvvəla iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

26. ”Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir. Həmin Qanunun 1.0-cu maddəsinə əsasən bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxsdir; Həmin Qanunun 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Həmin Qanunun 3.5-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. Həmin Qanunun 3.6-cı maddəsinə əsasən əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” qaydasının 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Həmin Qaydanın 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.

28. İddiaçıya ikinci dərəcə əlilliyinin növbəti müayinə zamanı təyin edilməsindən imtina verildiyi ## #### 2021-cil tarixdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 4.1-ci bəndinə əsasən, birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. Həmin Əsasnamənin 4.2.-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1-ci bəndinə əsasən əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Həmin Meyarların 2.1-ci bəndinə əsasən insanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. Həmin Meyarların 3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Həmin Meyarların 3.2-ci bəndinə əsasən xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Həmin Meyarların 6.1-ci və 13.6-cı bəndlərinə əsasən başın travmalarının nəticələri T.90 - əlilliyin təyinatına əsas verən xəstəlik – meyardır;

30. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; -2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; -11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 24-cü maddəsində göstərilir: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır

31. İşin faktiki hallarından göründüyü kimi ** nömrəli, ##.##.2006-cı il tarixli xəstəlik haqqında şəhadətnaməyə əsasən iddiaçı ##.##.1993-cü ildən ##.##.1993-cü ilə qədər, ##.##.1993-cü ildən ##.##.1993-cü ilə qədər, ##.##.2006-cı ildən ##.##.2006-cı ilə qədər Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edən zaman “Başın təpə nahiyəsinin qəlpə yarası, kontuziya, Qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət, asteno-vegetativ təzahürlərlə, və digər əlamətlərlə müalicə olunmuşdur, dinc dövrdə hərbi xidmətə yararsız, müharibə zamanı məhdud yararlı hesab edilmişdir, diaqnoz və yaralanmanın, travmanın, xəsarətin, kontuziyanın) xəstəliyin səbəb əlaqəsi haqqında HHK-nin qərarı: “Davamlı vegetativ-damar əlamətlər və nevrozabənzər sindromla nəticələnmiş keçirilmiş kəllə-beyin travmasının, başbeyin silkələnməsinin (##.##.1993-cü il) qalıq əlamətləri” olmuşdur. İddiaçıya ##.##.2006-cı il tarixli xəstəlik haqqında şəhadətnaməyə əsasən qoyulmuş diaqnozun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.1-ci və 13.6-cı bəndlərində göstərilən xəstəliklə (başın travmalarının nəticələri T.90) eyni olması təyin edilmiş məhkəmə-tibbi ekspertizasının nəticə ilə təsdiq edilir. Eyni zamanda məhkəmə tibbi ekspertizasının nəticəsindən görünür ki, iddiaçının düçar olduğu xəstəlikləri xroniki hala keçmişdir və Bakı ** nömrəli şəhər poliklinikası tərəfindən tərtib edilmiş ##.##.2022-ci il tarixli, *******AADYH nömrəli Forma 088-də göndərişində qeyd edilmiş “Əsas diaqnoz: T90.5kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri” ** nömrəli, ##.##.2006-cı il tarixli xəstəlik haqqında şəhadətnamədə göstərilən xəstəliklərə uyğundur, yəni iddiaçı 2006-cı ildə şəhadətləndirildikdən sonra 2022-ci ilə qədər olan müddətdə onun səhhətində müsbətə doğru irəliləyiş olmamışdır. Daha sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, ##.##.2026-cı il tarixli, G*****Z*AEN nömrəli Forma 88 göndərişi əlillik təyinatına əsas vermədiyindən İddiaçı əlilliyin təyin edilməsindən imtina edilmişdir. Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Diaqnoz: Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə beyin travmasından,baş beyin silkələnməsindən sonrakı vəziyyət. Sol yuxarı ətrafın monoparezi Posttravmatik ensefalopatiya.Tez tez təkrarlanan generalizə olunmuş qıcolma tutmalarla (ayda bir dəfə). Essensial (birincili) hipertenziya. Arterial hipertenziya III dərəcə.

32. Cavabdeh inzibati orqan iddiaçının yuxarıda qeyd edilən xəstəliyinin və digər yanaşı xəstəliklərinin olması, uzun müddət xəstə olması kimi iddiaçının xeyrinə olan halları araşdırmadan əlillik müəyyən edilməsindən qanunsuz olaraq imtina edilməsi haqqında qərar qəbul etmiş və iddiaçıya əlillik təyin etməmişdir, bununla da “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərini, nəticədə iddiaçının sosial təminat almaq hüququ olan Azərbaycan Respublikasının vətəndaşının hüquqlarını pozmuşdur.

33. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

34. Bu mənada diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı nəzərə alınmalıdır ki, cavabdehin həmin hallarla bağlı arqumenti iddiaçının hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına gətirib çıxarda biləcəyi üçün onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.

35. Odur ki, cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalıdır.

36. Məhkəmə Kollegiyası qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-*****/**** nömrəli qərardadı ilə hazırkı iddia üzrə buraxılmış iddia müddətinin bərpa edilməsinə baxmayaraq, iddiaçının sonradan iddia tələbini dəqiqləşdirməsi nəzərə alınmaqla əlilliyin təyin edilməsi sonuncu müraciətə əsasən, yəni, ##.##.2026-cı il tarixindən müəyyən edilməlidir.

37. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

38. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı “iddiaçı İddiaçı ## ###### 2006-cı il tarixli xəstəlik haqqında şəhadətnaməyə əsasən əlilliyin dayandırıldığı ## #### 2021-ci il tarixdən bərpa edilərək ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun” hissəsində dəyişdirilməlidir və əlilliyin təyinatı ilə bağlı ## ###### 2026-cı il tarixli qərarı ləğv edilməli, İddiaçı ## ###### 2026-cı il tarixdən orqanizm funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyininin üzərinə qoyulmalıdır.

39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı “iddiaçı İddiaçı ## ###### 2006-cı il tarixli xəstəlik haqqında şəhadətnaməyə əsasən əlilliyin dayandırıldığı ## #### 2021-ci il tarixdən bərpa edilərək ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun” hissəsində dəyişdirilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. İddiaçı ## ###### 2026-cı il tarixdən orqanizm funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyininin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar