Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2147/2022 12.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Aslanova Gülnar Faiq qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, iddiaçı "xxxx" ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğvi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2281/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" açıq səhmdar cəmiyyəti Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********270300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2281/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinin dəlillərinə uyğun əsaslandırımışıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi E.Seyidli izahat verərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********484600 nömrəli qərarı ilə iddiaçı "xxxx" ASC-yə əlavə 93.993,52 manat vergi məbləği hesablanmaqla -55.623,15 manat artıq ödəməsi nəzərə alınmaqla vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 38.370,37 manat vergi məbləği müəyyən edilmişdir. Həmin qərar xx.xx.2021-ci il tarixli, **********270300 nömrəli qərarla eyni məzmunludur. Yuxarı inzibati orqan inzibati şikayəti təmin etməkdən o əsasla imtina etmişdir ki, 2020-ci il mənfəət vergisi bəyannaməsi üzrə bəyannamənin 218-ci “Ümumi gəlirlər” sətrində göstərilən 857.249,38 manat məbləğ 200.000,0 manatdan yuxarı olduğundan Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahiblkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi olan 469.967,6 manat güzəşt hüququndan hüquqi şəxsin mikro sahibkarlıq subyekti ola bilmədiyindən istifadə edə bilməz məzmunda uyğunsuzluq yaranmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən qərar ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalıdır. Birinci instansiya məhkəməsi belə hesab etmişdir ki, Sahibkarların mikro, kiçik, orta və iri sahibkarlara aid edilməsi AR İN yanında DVX və AR ƏƏSMN tərəfindən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülən həmin sahibkarlıq subyektləri haqqında məlumatlar əsasında müəyyənləşdirilərək dəyișməz qalır” ifadəsi də ona dəlalət edir ki, yəni artıq yeni hesabat çıxana qədər (növbəti ilin may ayının 10-dək) onu Dövlət Statistika Komitəsinin aid etdiyi bölgədəki sahibkarlıq subyekti kimi qəbul edəcəyik, yəni həmin tarixə əsas yoxdur ki, dəyișilsin (bu hələ daha sonrakı gələn il dəqiqləșəcək), həm də buna ehtiyac yoxdur (həmin vergilər illik hesablandığından). Əgər həmin ildə dövriyyə yüksək olacaqsa sonrakı ildə eyni qaydada Dövlət Vergi Xidməti yoxlayacaq və dövriyyəni real rəqəmlə ifadə etməklə onun əsasında da vergiləri hesablayacaq (yaxud azadolmaları tətbiq edəcəkdir) və bunun əsasında da yeni məlumatı Dövlət Statistika Komitəsinə təsbit üçün ötürəcəkdir. Dövlət Statistika Komitəsi də bunun əsasında yeni meyar müəyyən edəcək (əgər dəyișiklik olubsa). Yəni, son nəticədə sahibkarlıq subyektinin status meyarı hesabat ilinin dövriyyəsindən (faktiki rəqəmlərdən) müəyyənləșir və subyekt hansı meyara düşürsə o asasda da vergi rejimi müəyyən edilir və hesablanır. Qeyd edilməlidir ki, 2020-ci il tarixdə iddiaçı ”Meqa Həyat Sığorta” ASC sahibkarlıq subyektlərinin bölgüsü meyarları baxımından mikro sahibkar kateqoriyasına aiddir va belə olan halda o, Vergi Məcəlləsinin 106.1.20-ci maddəsində nəzərdə tutulan güzəştdən istifadə etmək hüququna malikdir. Belə ki, AR NK-nin xx.xx.2018-ci il tarixli, 556 nömrəli “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarlının təsdiq edilməsi haqqında Qərarına əsasən mikro sahibkarlıq subyekti kateqoriyasında aid edilmək üçün sahibkarın işçi sayı 10 nəfərə qədər, illik gəliri isə 200.000 manata qədər olmalıdır. Həmin Qərarın 4-cü qeydinə əsasan sahibkarların mikro, kiçik, orta və iri sahibkarlara aid edilməsi AR İN yanında DVX və AR ƏƏSMN tərəfindən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülən həmin sahibkarlıq subyektləri haqqında məlumatlar əsasında müəyyənləşdirilir və il ərzində dəyișməz qalır. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2021-ci il tarixli arayıșında qeyd edilmișdir ki, DVX tərəfindən Dövlət Statistika Komitəsinə təqdim edilmiș məlumatlara görə xx.xx.2020-ci il vəziyyətinə "xxxx" ASC mikro sahibkarlıq subyekti kateqoriyasına aid edilir. AR VM-in 106.1.20-ci maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan hüquqi șəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi mənfəət vergisindən azaddłr. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya bildirir ki, iddiaçının mikro sahibkar olaraq 2020-ci il üzrə əldə etdiyi mənfəətin 75 faizi mənfəət vergisindən azaddır. Çünki onun 2019-cu ildə ümumi gəliri 146,906.95 manat, ișçilərin orta sayı isə 6 nəfər olmușdur. Bu fakt da müvafiq orqanın verdiyi arayıș ilə üz təsdiqini tapır. İddiaçı ilə cavabdeh arasında mübahisə 2020-ci il üzrə mənfəət bəyan edilərkən hansı dövrdə əldə edilmiş mənfəətə görə verginin hesablanmasıdır. Cavabdeh hesab edir ki, 2020-ci il üzrə mənfəət əsasında hesablanmasını qeyd etsə də , bununla bağlı məhkəmə kollegiyası vurğulayır ki, yuxarıda qeyd edilən normaların tələblərindan görünür ki, il üzrə mənfəət vergisi 2019-cu ilin mənfəəti əsasında müəyyən edilməlidir. Belə ki, AR NK-nin xx.xx.2018-ci il tarixli, 556 nömrəli "Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında” Qararının 4-cü qeydinə əsasən sahibkarların mikro, kiçik, orta və ya iri sahibkarlara aid edilməsi AR İN yanında DVX və AR ƏƏSMN tərəfindən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülən həmin sahibkarlıq subyektləri haqqında məlumatlar əsasında müəyyənləşdirilir və il ərzində dəyişməz qalır. "İl ərzində dəyişilməz qalır” ifadasi aydındır ki, keçmiş ili nəzərdə tuta bilməz və həmin məlumatlar hesabat verilən il üçün nəzardə tutulmuşdur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, kollegiya apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək iddia tələbinin təmin edilməsinə dair nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5602/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2281/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv olunsun. İş üzrə yeni qərar qəbul olunsun. İddiaçı "xxxx" ASC -nin iddiası təmin edilsin. Cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********484600 saylı Qərarı ləğv edilsin. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-2147/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2147/2022
12.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver