Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2147/2024 18.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Əkbərov Kamran Hüseyn oğlu və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının, üçüncü şəxsin və onun nümayəndəsi vəkil X3 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X4) “bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1356/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh və 3-cü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı məhkəməyə öhdəliyin icrası haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəmyə müraciət edərək “Bakı şəhəri, Türkan bağlar sahəsində yerləşən 861a/2 saylı, ölçüsü 0,12 ha olan bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir (İPM m. 34.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: «…Bakı şəhər XDS İcraiyyə Komitəsinin (indiki Bakı şəhər İcra Hakimiyyəti) X2 və istismarı Birliyi Türkan bağlar sahəsindəki 217 nömrəli kooperativinin 5 nömrəli orderi əsasında İddiaçı 1 mart 1991-ci il tarixli 3/75 nömrəli qərarına əsasən Türkan qəsəbəsində 0,12 hektar torpaq sahəsi istifadə üçün verilmişdir. X4 tərəfindən heç bir sənədi olmadan mənə məxsus 0,12 ha torpaq sahəsində daxil olmaqla təxminən ümumilikdə 1 ha torpaq sahəsini zəbt etmişdir.Onun torpaq sahəsinin üzərində hər-hansı bir sənədi yoxdur. İstifadəsində olan bağ sahəsinin sənədləşdirilməsinin etibarnamə əsasında nümayəndəsi (X5) vasitəsilə özadına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyytına alınması üçün cavabdehə ərizə ilə müraciət etmiş, lakin sonuncui 17 iyun 2021-ci il tarixli **********846 nömrəli məktubu ilə ərizəni təmin etməmiş və məktubunda bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən bağ sahəsi qonşu bağ nömrələrinin ardıcılığı və bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Həmçinin həmin məktubunda qeyd edilmişdir ki, göstərdiyi ərazi ümumi hasar daxilindədir…» Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: «…Elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Həmçinin, təqdim edilən qərarın arxiv arayışında bağ sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmişdır. Texniki baxış keçirilən zaman iddiaçı tərəfindən göstərilən bağ sahəsinin digər bağlarla ümumi hasar daxilində yerləşdiyi, hasarlanma işlərinin aparılmadığı və ümumi hasarlanmanın digər fiziki şəxs tərəfindən aparıldığı aşkar olunmuşdur (bağ sahəsi iddiaçının istifadəsində deyildir…» Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1356/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və Bakı şəhəri, Türkan bağlar sahəsində yerləşən 861a/2 saylı, ölçüsü 0,12 ha olan bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh və üçüncü şəxs apellysiya şikayəti vermiş, cavabdeh lər. qərarın ləğv edilməsini və iddiaçının tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini, üçüncü şəxs isə qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişlər. Apellyasiya şikayətləri Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkün hesab edilmişdir. Cavabdeh apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…Texniki baxış keçirilən zaman iddiaçı tərəfindən göstərilən bağ sahəsinin digər bağlarla ümumi hasar daxilində yerləşdiyi, hasarlanma işlərinin aparılmadığı və ümumi hasarlanmanın digər fiziki şəxs tərəfindən aparıldığı aşkar olunmuşdur. Təqdim edilən X2 və İstismarıBirliyi tərəfindən verilmiş orderin arxiv nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Həmçinin, təqdim edilən qərarın arxiv arayışında bağ sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmişdır . Bakı İnzibati Məhkəməsi tərəfindən torpaq sahəsinin həqiqi yerləşməsi dəqiq müəyyən edilməmiş və torpaq sahəsinin qanuni əsaslarla ayrılıb-ayrılmaması ilə bağlı araşdırma aparılmamışdır…» Üçüncü şəxs apellyasiya şikayətini aşağıdakılarla əsaslandırmışdır: «…İddiçı ona aid olmayan torpaq sahəsinə dair iddia qldırmışdır. Onun bağ sahəsinin aorxivi yoxdur, xəritədə yeri həmin yer deyil. Məhkəmə işin hallarını aydınlaşdırmamışdır. Torpaq onun torpağıdırQərara qanunvericilikdən 2-3 maddə atmaqla iş bitmir.İşin halları qaranlıq qalmış,məhkəmə hansıa maraqlar namiynə qərəzli qərar qəbul etmişdir. Məhkəmə qərar qəbul edərkən təsviri-əsaslandırıcı hissəsində əsassız mülahizələr sadlamışdır. Odur ki,apellyasyia instansiyası məhkəməsi maddi və prosessual pozuntulara hüquqi qiymət verməli və ədalətli qərar qəbul etməlidir…» Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, İPM-in 62-ci maddəsinə əsasən məhkəmə kollegiyası, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat vermiş və məhkəmənin suallarını cavablandırarkən qeyd etmişdir ki, torpaq sahəsi üçüncü şəxsin istifadəsindədir, həm də iddiaçı tərəfindən üçüncü şəxsə qarşı Xəzər Rayon Məhkəməsində iddia qaldırmış, həmin iddia rədd olunmuş və apellyasiya məhkəməsi həmin qətnaməni qüvvəsində saxlamışdır. Üçüncü şəxsin sənədi yoxdur torpaq faktiki istifadəsindədir, iddiaçının da sənədi yoxdur. (Üçüncü şəxs nümayəndəsinin izahatı ilə razı olduğunu bildirmişdir). Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı cavabdehin və üçünücü şəxsin apellyasiya şikayətləri ilə razılaşmayaraq qeyd etmişdir ki, həmin ərazidə onunla bərlikdə 12 nəfərə torpaq sahəsi verilib. O öz yerini tanıyır. Əvvəllər daşdan hasar çəkmişdi. Üçüncü şəxs hasını söküb, 12 nəfərin yerini zəbt edib, içəri keçməyə qoymur.Torpağa dair onun orderi var ,amma üçüncü şəxsin heç bir sənədi yoxdur.O. yoldaşı ilə birlikdə 9 il Türkiyə-Ameriakona Universitetində çalışmış, 2015-ci ildə əri rəhmətə getdi və oradan qaydanda gəlib gördü ki,torpağı üçüncü şəxs tərəfindən zəbt olunub, deyir babamdan qalıb. İİ. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya qaydasında araşdırıb belə hesab edir ki, cavabdehin və 3-cü şəxsin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8.0 və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1.hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; …; İş materiallarına əlavə edilmiş sənədlərə əsasən işin aşağdıkı həqiqi halları müəyyən olunur: X2 və İstismarı Birliyi tərəfindən verilmiş 5 nömrəli Orderin surətindən görünür ki, İddiaçı 1 mart 1991-ci il tarixli 3/75 nömrəli qərara əsasən 217 nömrəli BTK-nin nəzdində olan Türkan bağlar sahəsində 0,12 ha torpaq sahəsi olan 861a/2 bağ sahəsi ayrılmışdır. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filalı tərəfindən xx.xx.2023-cü il tarixli məktub ilə məhkəməyə təqdim olunmuş keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə 01.03 1991ci il tarixli, 3/75 saylı qərarının təsdiq edilmiş arxiv çıxarışında - Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 1 mart 1991-ci il tarixli 3/75 nömrəli qərara əsasən 217 nömrəli Türkan bağtikinti üzvlərinin Siyahısında İddiaçı adı 5-ci sırada mövcuddur. Göründüyü kimi, mübahisəli bağ sahəsinə dair iddiaçının adına olan orderin verilməsinə əsas olan keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə 01.03 1991-ci il tarixli, 3/75 saylı qərarınınarxiv nüsxəsi dəmövcudluğu müəyyən olunur.Bu isə orderin həqiqliyini sübuta yetirir. İşin 102-ci vərəqinə əlavə edilmiş cavabdeh orqan tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib olunmuş mübahisəli torpaq sahəsinin planından görünür ki, 51,6m x 74,3m ölçülərdə ldördübucaqlı konftqurasiyayalı, üç tərəfi qonşu, uzünlüq hissədən bir tərəfi yol olan həmin sahədən ibarət olan həmin sahənin koordinat nöqtələri müəyyən olunmuşdur. Cavabdehin mütəxəsissləri tərəfindən tərtibolunmuş müayinə aktında, habelə, imtina məktubunda və apellyasiya şikayətində həmin sahənin naturada sxematik xəritəyə uyğun gəlmədiyinii mübahisələndirən dəlillərinə gəldikdə, məhkəmə praktikasında həmin bağl massivinin yerquruluşunda bu qəbildən olan sürüşmələrə demək olar ki, hər bağ mübahisəsində rast gəlinir və həmin məhkəmə mübahisələrinin hər birində cavabdeh qeydiyyat orqanı tərəfindən eyni dəlillər təkrar olunur. Halbuki, sözügedən uyğunsuzluq bağ sahəsinin qanuni istifadəçisinin mülkiyyət hüquqularını məhdudlaşdıra bilməz. Çünki, ən azından, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.20-ci bəndi isə nəzərdə tutur ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək cavabdeh qeydiyyat orqanının vəzifəsidir. Həmin bağ sahəsinin üçüncü şəxs X4 faktiki sahibliyinlə olmasına gəldikdə isə, onun həmin bağ sahsinə dair heç bir hüquqmüəyyənedici sənədi mövcuddeyil. Onun tərəfindən «dədə-baba» torpağı olmasını mübahisələndirməsinə gəldikdə, birincisi, bununla bağlı da onun hər hansı bir hüquqimüəyyənedici sənədi yoxdur. İkincisi, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 49-ci maddəsinin 3-cü hissəsinə əsasən keçmiş torpaq mülkiyyətçilərinin (onların varislərinin) torpaq sahələri üzərində hüquqlarının restitusiyasına yol verilmir. X1 hazırkı işə üçüncü şəxs qismində işə cəlbolunması isə ona görə baş vermişdir ki,o, konkret halda hüquq müəyyənedici sənədlərə malik iddiaçının göstərdiyi bağ sahəsi faktiki onun sahiliyindədir, gələcəkdə hazrıkı mübahisə iddiaçının xeyrinə yekunlaşdığı təqdirdə, onun üçüncü şəxsi öz torpaq sahəsindən çıxaracağı labüddür. Bu baxımdan üçüncü şəxs torpağın faktiki sahibi kimi, hazırkı qərarla maraqlarına toxunan şəxs kimi qəbul edilmişdir. İddiaçının ona qarşı həmin torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsinin Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi(i.v.59) ilə rədd olunmasına gəldikdə isə, birincisi, həmin işdə cavabdeh qeydiyat orqanı tərəf olmamış və həmin iddianın predmeti və MPM-in 82.3-cü maddəsinin tələbi baxımından hazırkı cavabdehə qarrşı iş üzrə preyudisallıq daşıya bilməz. Beləliklə də qeyd olunanlar onu deməyə sas verir ki, mübahisəli bağ sahəsinin iddiaçının adına qeydə alınmasından imtina etməklə, onun qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə, iddianı təmin etməklə işdə olan sübutlarla müəyyən edilən hallara və maddi hüquq normalarına uyğun olan nəticəyə gəlmişdir. Bu baxımdan, qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətlərinin birinci instansiya məhkəməsi tərəfindən işin maddi və prosessual hüquq normalarının pozulduğunu və əsassız qərar qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayətləri təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1356/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin və 3-cü şəxsin apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1356/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2147/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2147/2024
18.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver