Məhkəmə qərarları › İş №2-1(103)-2148/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2148/2023

22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2148/2023 22.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X5 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, üçüncü şəxsin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı (3-cü şəxs "xxxx" QSC) «köçürüləcək evlərin siyahısından çıxarılma və fərdi yaşayış sahəsinin sökülən hissəsinin bərpa edilməsi tələbinə dair” iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2023/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus Xocahəsən motodrom yaşayış massivi ünvanında yerləşən 141.76 kv.m sahəsi olan fərdi yaşayış evinin Xocahəsən Avtovağzal arası metro tunellərinin və Xocahəsən elektrik deposuna dəmir yolu xəttinin çəkilməsi dövlət proqramı çərçivəsində köçürüləcək evlərin siyahısından çıxarılmasının və fərdi yaşayış evinin sökülən hissəsinin bərpa edilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus Xocahəsən motodrom yaşayış massivi ünvanında yerləşən 141.76 kv.m sahəsi barəsində müqavilə bağlanılmamış, kompensasiya ödənilməmişdir. Kompensasiya «C» tikilisi ilə bağlı olmuş, onun tikilisi isə «A» tikilisidir. «B» tikilisi isə Sevinc Məmmədova məxsus olmuşdur. Hazırda ona məxsus «A» tikilisinin sökülməsi zərurəti də yoxdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2023/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbuledilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi sifariş yerinə yetirərək qanuni qüvvədə olan məhkəmə aktlarına məhəl qoymamış, maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etməmiş, subyektiv mülahizələr əsasında qanunsuz qərardad qəbul etmişdir. «A» tikilisinin sökülməməsinin metro tikintisinə mane olduğu barədə cavabdehlərin arqumentini məhkəmə araşdırmayıb , buna qiymət verməyib. Metrotikintisi həmin ərazidə çoxdan başa çatıb. Xocahəsən metrostansiyası istismara qəbulolunub,sökülən evlərin yerində asfalt yol salınıb. Təşlükəli zonayadüşdüyü üçün onun evinin bir hissəsi,o cümlədən Sevinc Məmədovanın evi təhlükəli zonada deyil, əks təqdirdə evi söküləcək evlərin siyahısından çıxarılmazdı Həm dəbu halları təsdiq edən videomaterial məhkəməyə təqdim olunsa da hakim həmin sübutun araşdırmayıb və qiymətləndirməyib. Məhkəmə kollegiyasının iclası barədə məlumatlandırılmış İddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələbini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Vəkil iddiaçının apellyasiya şikayətini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qərardadını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən norması onu ehtiva edir ki, inzibati məhkəməyə verilən iddia – subyektiv hüququ olan şəxs tərəfindən və inzibati icraat qaydalarına uyğun iddia növünə müvafiq olan və prosessual qanunvericiliyin tələbləri (iddia müddətinə, formasına və s. riayət olunmaqla) qaydasında, cavabdehliyi qanunvericiliklə müəyyən olunan inzibati orqana qarşı qaldırıldıqda və iddiaçının hüquq və azadlıqlarının pozulması (müvafiq sübutlar da əlavə edilməklə) formal olaraq əsaslandırıldığı halda, məhkəmə icraatı mümkündür. Konkret halda iddiaçının cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı məcbur müddətin bərpası barədə ərizəsinin və apellyasiya şikayətinin təmin edilməsini zəruri edən şərtlər və iddia tələbinin məhkəmə icraatının mümkünlüyü şərtləri ödənilmir. Belə ki, İş materiallarından aydın olur ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-96/2022 nömrəli 30 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Binəqədi Rayon İcra Hakimiyyətinin cavabdeh İddiaçı qarşı iddia tələbi təmin olunaraq, Binəqədi Rayon İcra Hakimiyyəti ilə X3 arasında xx.xx.2016-cı il tarixdə bağlanmış müqavilənin şərtlərinə əməl etməklə, Bakı şəhəri Binəqədi rayonu ,Xocahəsən qəsəbəsi , motodrom yaşayış massivində (qiymətləndirmə hesabatında A və C tikililəri kimi göstərilmişərazidə) yerləşən fərdi yaşayış evinin boşaldılması və təhvtl verilməsi öhdəlyi cavabdeh X1 hüquqi varisi İddiaçı nin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2496/2022 nömrəli, 29 mart 2022-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, həmin qətnamə də öz növbəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4281/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır (i.v.69-81). İPM-in 1.2-ci maddəsi baxımından, MPM-in 82.3-cü maddəsinin tələbinə görə çir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Qanuni qüvvəsini almış həmin məhkəmə qərarları ilə müəyyən edilməiş hallardan görünür ki, «Biləcəri qəsəbəsində inşa edilən Bakı Metropolitenin İİİ yeni (Bənövşəyi) xəttinin Xacahəsən-Avtovağzal « sahəsi ünvanında yerləşən X2 aid «A»,»B» və «C» tikililərindən ibarət olan daşınmaz əmlakın bazar dəyərinin qiymətləndirilməsi haqqında hesabatda layihənin tikinti sahəsinə düşən daşınmaz əmlak üçün kompensasiya məbləği 154710 manatdır.. Hesabatın 2-3-cü bəndində baxış aktı ilə İddiaçı tanış olmuş və imzalamışdır.X3 ilə Bakı şəhər Binəqədi RİH arasında bağlanan xx.xx.2016-cı il tarixli müqavilə ilə X3 154710 manat məbləğində kompensasiya almaqla yaşayış sahəsindən Binəqədi RİH-nin xeyriən imtina edir… Kapital Bank» ASC tərəfindən verilən TT2779835 sayldı kassa məxaric orderinin surətindən görünür ki, etibarnamə əsasında İddiaçı xəttinin Xacahəsən- Avtovağzal» mənzil tunellərinin üzərində yerləşən fərdi yaşayış evinin köçürülməsi məqsədilə 154710,00 AZN gkompensasiya verilmişdir. Bundan əlavə, işə əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 1549/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarından görünür ki, əvvəllər də İddiaçı Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər: "xxxx" QSC və Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “kompensasiyanın ödənilməsi” tələbinə dair iddia tələbi Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə mümkün sayılmamış,həmin qərardad Bakı Apellyasiya Məhkəəsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə dəyişdirilmədən qüvvədə saxlanılmış, həmin qərardad da Ali Məhkəmənin qeyd olunan qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmə həmin qərarında da qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 158 saylı qərarının icrasını təmin etmək məqsədilə iddiaçının mərhum anası X1 istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Motodrom adlanan yaşayış massivində yerləşən, ümumi sahəsi 318.43 kv.m yaşayış evinin hazırkı cavabdeh tərəfindən metro tunellərinin və dəmir yolu xəttinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün alındığı və bu barədə qeyd edilən daşınmaz əmlakın istifadəçisi X3 ilə cavabdeh arasında notarial qaydada xx.xx.2016-cı il tarixli aiqısatqı müqaviləsinin bağlandığı məhkəmələr tərəfindən müəyyən edilmişdir. Beləliklə də qanuni qüvvəsini almış məhkəmə qərarları ilə müəyyən olunmuş hallar onu deməyə əsas verir ki, İddiaçı hazırkı «metro tunellərinin və Xocahəsən elektrik deposuna dəmir yolu xəttinin çəkilməsi dövlət proqramı çərçivəsində köçürüləcək evlərin siyahısından çıxarılmasının və fərdi yaşayış evinin sökülən hissəsinin bərpa edilməsini tələb etdiyi Xocahəsən motodrom yaşayış massivi ünvanında yerləşən 141.76 kv.m sahəsinin də daxil olduğu «A» və «B» tiklilərinə görə həmin əmlakın istifadəçisi X1 etibarnaməsi əsasında 154710,00 manat kompensasyia almış və bununla da bir daha həmin sahəni mübahisəlndirmək hüququnu itirmişdir. Belə olan təqdirdə, konkret halda onun hazırkı öhdəliyin icrası haqqında iddia ərizəsi İPMin 35.1-ci maddəsinin qeyd olunan tələbləri baxımından əsaslandırılmış iddia kimi qiymətləndirilə və məhkəmə icraatının mümkün sayıla bilməz. Sözügedən Məcəllənin 35.3-cü maddəsinin tələbindən isə görünür ki, məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edilir. Ona görə də qeyd edilənlər baxımından birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmaması düzgün nəticə kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin, birinci instansiya məhkəməsi tərəfindən qanuni qüvvədə olan məhkəmə aktlarına məhəl qoyulmadığını, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmədyini və subyektiv mülahizələr əsasında qanunsuz qərardad qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2023/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d i: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2023/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar