Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2149/2022 28.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Birgə iddiaçılar X3, İddiaçı, X2, X4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “mərhumun pensiya hüququnun yarandığı yaşdan vəfat etdiyi tarixədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının vərəsələrinə ödənməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2164/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. Birgə iddiaçılar X3 və İddiaçı, X2, X4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “mərhumun pensiya hüququnun yarandığı yaşdan vəfat etdiyi tarixədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının vərəsələrinə ödənməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2164/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və mərhum X1 xx.xx.2016-cı il tarixdən vəfat etdiyi xx.xx.2019-cu il tarixinədək hesablanmalı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası məbləğinin birgə iddiaçılar İddiaçı, X7, X8 və X5 ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. xx.xx.2022-ci il tarixdə iddiaçılar apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2164/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının iddianın təmin olunmamış hissədə qismən ləğv edilməsi, həmin hissədə iddia tələbinin tam təmin olunması haqqında yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçılar apellyasiya şikayətinə əlavə etdiyi ərizələrində işə onların iştirak olmadan baxılmasını xahiş etmiş, məhkəmə kollegiyasını iclasının vaxtı və yeri cavabdeh (nümayəndəsi) isə məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan apellyasiya şikayətinin mümkünlük məsələsinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçıların apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmamalıdır. Belə ki, iş materiallarının 59, 67-69-cu vərəqlərindən görünür ki, birgə iddiaçılar X3, İddiaçı, X2, X8 ilk öncə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldırarkən, mərhum X1 pensiya hüququnun yarandığı 57 yaşdan, yəni xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən vəfat etdiyi xx.xx.2019-cu il tarixinədək əmək pensiyasının hesablanaraq iddiaçılara birdəflik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişlər və məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə dəqiqləşdirilmiş iddia ərizəsi icraata qəbul edilmişdir. Lakin iş materallarının 106-108-ci vərəqlərindən görünür ki, sonradan, iddiaçlar X2 və X4 Bakı şəhəri 35 saylı Notariat Ofisində təsdiq olunmuş 04 aprel 20220-ci il tarixli AR- 626944 N nömrəli etibarnamə, X8 isə 04 aprel 20220-ci il tarixli AR – 626945 nömrəli etibarnamə ilə onları məhkəmələrdə təmsil etmyi, o cümlədən, iddia ərizəsini imzalamağı - X6 etibar etmişlər. Bundan sonra, etibar edilən X8, bütün vərəsələrin (o cümlədən, X3 və İddiaçı, X2, X4) adından iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək: - “iddia tələbini dəqiqləşdirərək mərhum X1 xx.xx.2016-cı il tarixdən vəfat etdiyi xx.xx.2019-cu il tarixinədək hesablanmalı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası məbəlğinin birgə iddiaçılar İddiaçı, X7, X8 və X5 ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmasını xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin məzmunda iddianın dəyişdirilməsi qəbul edilmişdir. İPM-in 52-ci maddəsinin tələbinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məcəllənin qeyd olunan tələbi çərçivsində də işə mahiyyəti üzrə baxılaraq, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2164/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək mərhum X1 xx.xx.2016-cı il tarixdən vəfat etdiyi xx.xx.2019-cu il tarixinədək hesablanmalı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası məbləğinin birgə iddiaçılara ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. İPM-in 81.2-ci maddəsinin imperativ tələbinə görə isəinzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Məcəllənin qeyd olunan normasının mənasından göründüyü kimi, tərəflər və məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslər iddia tələblərinin təmin olunduğu hallarda şikayət verə bilməzlər. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, konkret halda, iddiaçıların iddia tələbləri təmin edildiyindən, prosessual qanunvericiliyin qeyd olunan tələbinə görə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından apellyasiya şikayəti vermək hüququna malik deyillər. Bu baxımdan, onların apellyasiya şikayətinin məhkəmə icraatı mümkün sayıla bilməz. İPM-in 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Beləliklə də qeyd edilənləri ümumiləşdirərək məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, iddiaçıların Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2164/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından verdiyi apellyasiya şikayəti üzrə apellyasiya icraatının mümkün sayılmaması, icraata qəbul edilməsində imtina olunaraq geri qaytarılması barədə qərardad çıxarılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 80, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Birgə iddiaçılar tərəfindən Bakı İnzibati 2-1(112)-2164/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından verilmiş apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmasın. Apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin və geri qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-2149/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2149/2022
28.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver