Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2149/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2-1(112)-3353/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən əmək pensiyasının yenidən hesablanaraq əmək pensiyasının artırılması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, həm Əfqanıstan, həm də Qarabağ müharibəsi veteranıdır. Hər iki müharibədə döyüşən ordu sıralarında olmuşdur. Prezident təqaüdçüsüdür. DİO-dan son yaş həddindən əlavə 1 il 6 ay 20 gün xidmət edərək təqaüdə çıxmışdır. Orden və medallarla təltif olunmuşdur. Təqaüddə olan polis mayorudur. Heç bir yerdə işləmir və heç bir gəlir yeri yoxdur. 28 oktyabr 2015-ci il tarixdə DİO-dan məlumat vərəqəsində 40 % göstərilməklə, yəni 718 manat 50 qəpik pensiya ilə təqaüdə çıxmışdır. Prezidentin sərəncamı ilə birinci dəfə 47 manat 23 qəpik artırılaraq 765 manat 73 qəpik, ikinci dəfə 92 manat 93 qəpik artırılıb 811 manat 43 qəpik, üçüncü dəfə xx.xx.2019-ci il tarixdə 135 manat 07 qəpik artırılmışdır. Dördüncü dəfə məhkəmə qərarlarından sonra 100 manat artım olub. Məhkəmə qərarından sonra DİN-nin Maliyyə Plan idarəsi 50%-lə yeni məlumat vərəqəsi, yəni 758 manat 50 qəpik hesablayıb, icra olunması barədə Əmək və Əhalinin Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. 28 oktyabr 2015-ci il tarixli məlumat vərəqəsi əsasında 718 manat 50 qəpik ləğv edilmişdir. 50%-lə 758 manat 50 qəpik olan məlumat vərəqəsi icra olunmuşdur. Məhkəmə qərarlarına qədər 40%-lə 946 manat 50 qəpik pensiya almışdır. 50%-lə 758 manat 50 qəpiyin üzərinə bu artımları gəldikdə məbləğ düzgün alınmır. Hal-hazırda 1049 manat pensiya alır. Əvvəlki fərqə görə 3 il əzində ona dəyən maddi ziyana görə 48 manat 97 qəpik pensiyanın üzərində verirlər. Deməli bir artırmanı saxlayıb, ona dəyən maddi ziyan fərqi ilə əvəzləşdiriblər. Onun təqaüdü 1000 manat 70 qəpikdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş İddiaçı dair 28 oktyabr 2015-ci il tarixli 99 nömrəli məlumat vərəqəsində; vəzifəsi: “Bakı şəhəri, Nərimanov rayon mühafizə idarəsinin tağım komandiri”; -rütbəsi: “mayor”; -xidmət müddəti: 36 il 1 ay 12 gün (təqvimi xidmət illəri 28 il 6 ay 28 gün, güzəştli xidmət illəri 7 il 6 ay 14 gün; -ehtiyyata buraxıldığı tarix: xx.xx.2015-ci il; -ehtiyyata buraxılma səbəbi: yaşa görə; -vəzifə maaşı 270,00 manat; -rütbə maaşı 130,00 manat; xidmət illərinə görə vəzifə və rütbə maaşının 40 faizi miqdarında əlavəsi -160,00 manat; məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavəsi -94,50 manat; ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 718,50 manat göstərilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin tələblərinə uyğun qaydada Mərkəzi Filial tərəfindən idiaçıya 11 oktyabr 2015-ci il tarixdən 36 il 1 ay 12 gün xidmət müddətinə görə təminat xərcliyinin (718,50 manat) 100 faizi miqdarında əmək pensiyası təyin edilmişdir. Daxili İşlər Nazirliyi tərəfindən Mərkəzi Filiala təqdim olunmuş 15 dekabr 2020-ci il tarixli 99 nömrəli yeni məlumat vərəqəsində; -vəzifəsi: “Bakı şəhəri, Nərimanov rayon mühafizə idarəsinin tağım komandiri”; -rütbəsi: “mayor”; -xidmət müddəti: 36 il 1 ay 12 gün (təqvimi xidmət illəri 28 il 6 ay 28 gün, güzəştli xidmət illəri 7 il 6 ay 14 gün; -ehtiyyata buraxıldığı tarix: xx.xx.2015-ci il; -ehtiyyata buraxılma səbəbi: yaşa görə; -vəzifə maaşı 270,00 manat; rütbə maaşı 130,00 manat; -xidmət illərinə görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavəsi -200,00 manat; -məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavəsi-94,50 manat; -ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla, cəmi təminat xərcliyi 758,50 manat göstərilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçının təqdim etdiyi sonuncu məlumat vərəqəsində qeyd olunan məlumatlar, vəzifə və rütbə maaşındakı müvafiq artımlar nəzərə alınmaqla İddiaçı əmək pensiyası keçmiş üç il müddət üçün aşağıdakı qaydada yenidən hesablanmışdır: 1 yanvar 2018-ci il tarixdən etibarən sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 297,00 manat, rütbə maaşı 130,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavəsi -213,50 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavəsi -103,95 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 808,45 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin tələblərinə uyğun qaydada iddiaçıya təminat xərcliyinin (808,45 manat) 100 faizi miqdarında əmək pensiyası müəyyən edilmişdir. 1 mart 2018-ci il tarixdən etibarən iddiaçının sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 327,00 manat, rütbə maaşı 130,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavəsi-228,50 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavəsi -114,45 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 863,95 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən əmək pensiyası təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla 36 il 1 ay 12 gün xidmət müddətinə görə aşağıdakı kimi hesablanır: -20 il xidmət müddətinə görə təminat xərcliyinin 55 faizi; -20 ildən artıq xidmət müddətinin (16 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (16x2) təminat xərcliyinin 32 faizi; -natamam ildəki iş stajı aylarının sayına (1 ay) mütənasib olaraq təminat xərcliyinin 0,17 faizi. İddiaçının əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 87,17 faiz təşkil edir. 1 mart 2018-ci il tarixədək olan təminat xərcliyinin (808,45 manat) ilə 1 mart 2018-ci il tarixdən sonrakı təminat xərcliyi (863,95 manat) arasındakı fərq məbləğinin (55,50 manat) 87,17 faizi-48,38 manat 1 mart 2018-ci il tarixədək olan pensiyasının (808,45 manat) üzərinə əlavə olunmaqla İddiaçı 856,83 manat məbləğində əmək pensiyası müəyyən edilmişdir. 1 sentyabr 2019-cu il tarixdən etibarən iddiaçının sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşının 400,00 manat, rütbə maaşının 150,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavəsi -275,00 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavəsi-140,00 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1029,00 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs edilən 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanına uyğun qaydada iddiaçının əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 87,17 faiz təşkil edir. 1 sentyabr 2019-cu il tarixədək olan təminat xərcliyi (863,95 manat) ilə 1 sentyabr 2019-cu il tarixdən sonrakı təminat xərcliyi (1029,00 manat) arasındakı fərq məbləğinin (165,05 manat) 87,17 faizi- 143,87 manat 1 sentyabr 2019-cu il tarixədək olan pensiyanın (856,83 manat) üzərinə əlavə olunmaqla 1000,70 manat məbləğində əmək pensiyası müəyyən edilərək müvafiq kart hesabına köçürülür. Qeyd olunanları nəzərə alaraq, iddiaçının əmək pensiyası üzrə keçmiş üç il müddət üçün hesablanmış 1762,92 manat fərq məbləği cari ilin yanvar ayından etibarən həmin Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə (48,97 manat) əmək pensiyasının (1000,70 manat) üzərinə əlavə olunmaqla (1000,70+48,97=1049,67 manat) müvafiq kart hesabına köçürülür. Göründüyü kimi, qanunvericilikdə ötən dövr üzrə hesablanmış fərq məbləğinin ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Bakı İnzibati Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2-1(112)-3353/2023 nömrəli qərarı ilə (hakim O.Həsənov) iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı iddia ərizəsi ilə eyni məzmunda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 27 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, apellyasiya şikayətinə qarşı etirazı müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd etmişdir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək ona təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası məbləğinin artırılaraq yenidən hesablanmasını arzulayır. Cavabdeh inzibati orqan isə iddiaçıya hesablanmış pensiya məbləğinin təminat xərcliyinə uyğun olaraq hesablandığını, təminat xərcliyinin artım hissəsinə tətbiq olunan faiz dərəcəsinin nəzərə alındığını, bununla da hesablanmış pensiya məbləğinin düzgün olduğu qənaətinə gəlmişdir. Cavabdeh tərəfindən aparılan hesablamalar və bunun əsasında müəyyən edilmiş pensiya məbləği düzgün olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.0.1. Əmək pensiyası dedikdə bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişi başa düşülür. 1.0.3. Hərbi qulluqçular dedikdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslər başa düşülür. 1.0.5. Təminat xərcliyi (pul təminatı) dedikdə hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğ başa düşülür. 9.5.1. Hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların yaşa görə əmək pensiyası hüququ vardır. 9.6. Hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Aşağıdakı şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir: 9.6.1. hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər; 9.6.2. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslər; 9.6.3. hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər; 9.6.4. ali zabit heyətinə aid şəxslər. 22.4. Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın: 1.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə digər qurumlarla yanaşı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir.
2. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir.
3. Hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 161-ci maddəsinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Xidmət illəri hesablanarkən bu barədə hərbi qulluqçuya elan edilir. Hərbi qulluqçunun xidmət illərinin hesablanmasına görə etirazına baxılır və hərbi qulluqçunu ehtiyata buraxmağa təqdim etməzdən əvvəl bu barədə qərar qəbul olunur. Zəruri hallarda xidmətin ayrı-ayrı müddətlərinin hesablanması barədə mübahisələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müzakirəsinə çıxarılır. Qanunvericiliyin tələblərindən görünür ki, həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılan hərbi qulluqçuların, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilməklə, xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə məlumat vərəqəsi qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib edilir. Xidmət illəri hesablandıqdan sonra hərbi qulluqçuya bu barədə elan edilir. Hərbi qulluqçunun etirazı olduğu halda hərbi qulluqçunun etirazına baxılır və nəticədə hərbi qulluqçusunun ehtiyata buraxılması barədə qərar qəbul edilir. Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların şəxsi işinin birinci nüsxəsi hərbi hissə tərəfindən getmə haqqında sərəncam verilən gün Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin uçotu haqqında təlimatla nəzərdə tutulmuş qaydada hərbi komissarlıqlara, yaxud digər orqanlara göndərilir. İş materialları ilə müəyyən olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin tələblərinə uyğun qaydada iddiaçıya 11 oktyabr 2015-ci il tarixdən 36 il 1 ay 12 gün xidmət müddətinə görə təminat xərcliyinin (718,50 manat) 100 faizi miqdarında əmək pensiyası təyin edilmişdir. Daha sonra Daxili İşlər Nazirliyi tərəfindən cavabdeh inzibati orqana yeni məlumat vərəqəsi təqdim olunmuşdur ki, həmin məlumat vərəqəsində iddiaçının: -Vəzifəsi: “Bakı şəhəri, Nərimanov rayon mühafizə idarəsinin tağım komandiri”; -Rütbəsi : “mayor”; -Xidmət müddəti: 36 il 1 ay 12 gün (təqvimi xidmət illəri 28 il 6 ay 28 gün, güzəştli xidmət illəri 7 il 6 ay 14 gün; - Ehtiyyata buraxıldığı tarix: xx.xx.2015-ci il; -Ehtiyyata buraxılma səbəbi: yaşa görə; -Vəzifə maaşı 270,00 manat; -Rütbə maaşı 130,00 manat; -Xidmət illərinə görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavəsi -200,00 manat; -Məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavəsi-94,50 manat; -Ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla, cəmi təminat xərcliyi 758,50 manat göstərilmişdir. Cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrini rəhbər tutaraq 1 yanvar 2018-ci il tarixdən etibarən sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 297,00 manat, rütbə maaşı 130,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavəsi - 213,50 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavəsi - 103,95 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla, cəmi təminat xərcliyi 808,45 manat təşkil etdiyini nəzərə almış, vəzifə və rütbə maaşındakı müvafiq artımlar əsasında iddiaçının əmək pensiyasını yenidən hesablamış, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin tələblərinə uyğun qaydada iddiaçıya təminat xərcliyinin (808,45 manat) 100 faizi miqdarında əmək pensiyası müəyyən etmişdir. 1 mart 2018-ci il tarixdən etibarən iddiaçının sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 327,00 manat, rütbə maaşı 130,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavəsi-228,50 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavəsi -114,45 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla, cəmi təminat xərcliyi 863,95 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi öz qənaətini onunla əsaslandırmışdır ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə təyin olunmuş pensiya məbləğinin hesablanması zamanı həmçinin təminat xərcliyinin artım hissəsinə tətbiq olunan faiz dərəcəsi də nəzərə alınmışdır. Bununla bağlı qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. İddiaçı əmək pensiyasının artırılaraq, yenidən hesablanmasını arzulasa da, hesablanmış həmin məbləğin artımına səbəb olan halın nədən ibarət olmasını əsaslandıra bilməmiş, qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən edilən pensiya məbləğinin hesablanması zamanı cavabdeh tərəfindən hər hansı səhvə yol verildiyini sübut edə bilməmiş, bununla da əmək pensiyasının artımına səbəb olan halı əsaslandıra bilməmişdir. Məhkəmə tərəfindən aparılan qiymətləndirmə nəticəsində iddiaçıya təyin olunmuş pensiya məbləğinin hesablanması zamanı qanunvericiliyin tələblərinə zidd hal müəyyən edilməmiş, bunun tam əksinə hesablamanın məhz təminat xərcliyinə uyğun, həmçinin artımlar nəzərə alaraq aparıldığını müəyyən edilmişdir ki, göstərilən bu halların hər biri iddiaçının irəli sürdüyü tələbin əsassız olduğunun göstəricisidir. Belə olan halda cavabdehin imtinası əsaslıdır və iddiaçının pensiya hüquqlarının pozulmasına səbəb olmur. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən iddiaçının əmək pensiyasının təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla 36 il 1 ay 12 gün xidmət müddətinə görə aşağıdakı kimi hesablanır: -20 il xidmət müddətinə görə təminat xərcliyinin 55 faizi; -20 ildən artıq xidmət müddətinin (16 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (16x2) təminat xərcliyinin 32 faizi; -natamam ildəki iş stajı aylarının sayına (1 ay) mütənasib olaraq təminat xərcliyinin 0,17 faizi. Göründüyü kimi iddiaçının əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 87,17 faiz təşkil edir. 1 mart 2018-ci il tarixədək olan təminat xərcliyinin (808,45 manat) ilə 1 mart 2018-ci il tarixdən sonrakı təminat xərcliyi (863,95 manat) arasındakı fərq məbləğinin (55,50 manat) 87,17 faizi-48,38 manat 1 mart 2018-ci il tarixədək olan pensiyasının (808,45 manat) üzərinə əlavə olunmaqla İddiaçı 856,83 manat məbləğində əmək pensiyası müəyyən edilmişdir. 1 sentyabr 2019-cu il tarixdən etibarən iddiaçının sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşının 400,00 manat, rütbə maaşının 150,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavəsi -275,00 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavəsi-140,00 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla, cəmi təminat xərcliyi 1029,00 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs edilən 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanına uyğun qaydada iddiaçının əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 87,17 faiz təşkil edir. 1 sentyabr 2019-cu il tarixədək olan təminat xərcliyi (863,95 manat) ilə 1 sentyabr 2019-cu il tarixdən sonrakı təminat xərcliyi (1029,00 manat) arasındakı fərq məbləğinin (165,05 manat) 87,17 faizi-143,87 manat 1 sentyabr 2019-cu il tarixədək olan pensiyanın (856,83 manat) üzərinə əlavə olunmaqla 1000,70 manat məbləğində əmək pensiyası müəyyən edilərək iddiaçıya ödənilir. İddiaçının əmək pensiyası üzrə keçmiş üç il müddət üçün hesablanmış 1762,92 manat fərq məbləği “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə (48,97 manat) əmək pensiyasının (1000,70 manat) üzərinə əlavə olunmaqla (1000,70+48,97=1049,67 manat) iddiaçıya ödənilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə təyin olunmuş pensiya məbləğinin hesablanması zamanı, həmçinin təminat xərcliyinin artım hissəsinə tətbiq olunan faiz dərəcəsi də nəzərə alındığından əmək pensiyasının yenidən hesablanaraq əmək pensiyasının artırılması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə tələbi, o cümlədən apellyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində göstərdiyi dəlillər tamamilə üst-üstə düşür. Bu səbəbdən də, birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2-1(112)-3353/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Rəşid Səmədov Hakimlər Xəyalə Cəmilova Aytən Oruczadə