Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2149/2024 15.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı və üçüncü şəxs X11 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxslər X21, X22, X26 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi) «sərəncamın ləğv edilməsi» tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 30 yanvar 2024cü il tarixli, 2-1(112)-1568/2024 saylı qərarından üçüncü şəxs X22 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2000-ci il tarixli, 948 saylı və xx.xx.2015- ci il tarixli, 48 saylı Sərəncamlarının qanunsuz hesab edilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, Əzizbəyov rayon (indiki Xəzər rayonu) X24 İcraiyyə Komitəsinin1991-ci il tarixli, 18 nömrəli Qərarı ilə iddiaçının həyat yoldaşı mərhum X4 adına Mərdəkan qəsəbəsində (indiki ünvan ünvan 13 saylı sahədə fərdi yaşayış evi tikmək üçün 750 kv.m torpaq sahəsi ayrılmışdır. Ailə tərkibi 3 nəfərdən ibarət olmaqla fərdi yaşayış evinin tikintisi 118.3 kv.m ümumi sahədə 66 kv.m yaşayış sahəsində həyata keçirilməlidir. İddiaçının tərəfindən qeyd olunan sahədə fərdi yaşayış evi tikilmiş bu günə kimi həmin yaşayış sahəsində yaşamaqda davam edirlər. İddiaçının həyat yoldaşı X18 oglu 30 aprel 2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İddiaçının həyat yoldaşının vəfatından sonra onun adına miras əmlakın vərəsəlik qaydasında iddiaçının adına keçirilməsi məqsədi ilə Bakı şəhəri 9 saylı Notariat ofisində vərəsəlik işi açılmış, istifadəsində və faktiki sahibliyində olan 3/953 saylı sahədə yerləşən torpaq sahəsinə və torpaq sahəsində yerləşən tikiliyə (fərdi yaşayış evinə) dair müvafiq Çıxarışın verilməsi məqsədi ilə Əmlak Xidmətləri Məkanına xx.xx.2022-ci il tarixli 2980 saylı məktub göndərilmişdir. İddiaçı tərəfindən torpaq sahəsinin və fərdi yaşayış evinin müvafiq qaydada qanunla müəyyən edilmiş qaydada sənədləşdirilməsi məqsədi ilə aidiyyatı dövlət orqanlarına müraciət edərkən məlum olmuşdur ki, faktiki sahibliyində və istifadəsində olan torpaq sahəsi və onun üzərində yerləşən tikiliyə (fərdi yaşayış evinə) dair qanunsuz şəkildə əmlak qeydiyyatı aparılaraq X16 adına daşınmaz əmlaka dair çıxarış verilmişdir. İddiaçıya sonra məlum olmuşdur ki, X29 oglu həmin əmlakı bağışlama qaydasında X21 adlı şəxsə ötürmüşdür. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesrti publik hüquqi şəxsi 1 saylı BakıƏraziİdarəsinin xx.xx.2022-ci il tarixli, **********84 saylı sorğuya cavabından məlum olmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Şagan qəsəbəsi, Adil Gəray küçəsi, 1-ci Dongə, 22 saylı fərdi yaşayış evi X11 adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. İş üzrə sənədlərdən məlum olmuşdur ki, X12 adına Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2015-ci il tarixli, 48 saylı Sərəncamı saxtalaşdırılmış, qanunsuz və hec bir hüquqi qüvvəyə malik olmayan Sərəncam mövcud olmuş, iddiaçının faktiki sahibliyində və istifadəsində olan torpaq sahəsi və fərdi yaşayış evi həmin saxta sərəncam əsasında ilkin qeydiyyata alınaraq sonradan X11 adına keçirilmişdir. Hansı ki, bu əməliyyatdan sonra yuxarıda qeyd etdiyi kimi X27 Ruqiyyəyə bağışlama qaydasında notariat əməliyyatı aparmışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 01 iyun 2022-ci il tarixli, BA- 03188-2022 saylı cavab məktubunda bildirilir ki, Əzizbəyov İH-nin (indiki Xəzər RİH) arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli, 948 saylı sərəncamı Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Lakin həmin sərəncamda vətəndaş X17 barədə hec bir məlumat yoxdur.Görüründüyü kimi cavabdeh X10 adına tərtib olunmuş Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2015-ci il tarixli 48 saylı sərəncamı saxtalaşdırılmış faktiki olaraq həmin adda rəsmi sənəd dövlət qeydiyyatında mövcud deyildir. İddiaçı qeyd olunanları nəzərə alaraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesrti publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli. **********84 saylı və xx.xx.2022-ci il tarixli **********01 saylı imtina məktubları qanunsuz hesab olunması və cavabdeh tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şagan qəsəbəsi, Adil Gəray küçəsi, 1-ci Dongə, 22 saylı fərdi yaşayış evinə dair X12 və X11 adlarına verilmiş Çıxarışlar və buna əsas olan bütün qeydiyyatların ləgv edilməsi vəzifəsi qoyulmasını bildirmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-1157/2023 nömrəli qərardadı ilə X21, X22 zəruri cəlbetmə qaydasında, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi isə adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-1157/2023 nömrəli qərardadı ilə ünvan 2 ünvanına dair arxiv qovluğunda olan bütün sənədlərin əslinin təqdim edilməsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 10 gün müddətində təmin edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-1157/2023 nömrəli qərardadı ilə X26 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 2-1(112)-1568/2024 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri Əzizbəyov Rayonu (indiki Xəzər rayonu) İcra Hakimiyyətinin X10 adına Mərdəkan qəsəbəsində fərdi yaşayış evinin tikintisi məqsədi ilə torpaq sahəsinin ayrılması haqqında xx.xx.2000-ci il tarixli, 948 saylı Sərəncamı ləğv edilməsi qərara alınmışdır. Üçüncü şəxs qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hal-hazırki iddiaçı məhkəməyə yalan məlumat verərək məhkəməni yanıltmışdır. Belə ki, iddiaçı sərancamın ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. İddiaçı mübahisələndirilən sərancamdan xəbərdar olmuşdur. Belə ki, həmin sərancam barədə özünün də etiraf etdiyi kimi ərinin saglığında məlumatlı olmuşdur. Lakin mübahisələndirdiyi inzibati akt ona məlum olduğu vaxtdan 7 il müddət keçdikdən sonra məhkəmədə iddia qaldırmış, bununla da qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. Belə ki, mərhum X8 ilə X22 arasında alqı-satqı həyata kecirilmişdir və həmin tarixdə yəni xx.xx.2016-cı il tarixində onlar arasında mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsi (kirayə müqaviləsi) bağlanmışdır. Bundan sonra eynitərəflər arasında yəni xx.xx.2016-cı il tarixində kredit müqaviləsi bağlanaraq X22 tərəfindən əlavə olaraq 40000 (qırx min) manat X6 verilmişdir. xx.xx.2016-cı il tarixində X8 ilə X22 arasında alqı-satqı həyata kecirildikdən və mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsi (kirayə müqaviləsi) bağlandıqdan sonra evə dair bütün komunal saygaclar X11 adına olmuşdur və bundan da halhazırki iddiaçının məlumatı olmuşdur. Bundan əlavə dəfələrlə evin geri qaytarılması ilə bağlı həm iddiaçı həmdə onun ailə üzvləri X11 yaşadığı mənzilə gələrək müxtəlif təkliflər irəli sürmüşdülər. Buda öz növbəsində iddiaçının həmin sərancamdan və evin alqı-satqısından məlumatı olmasını ehtiva edir. Cavabdeh və digər üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 2-1(112)-1568/2024 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Azərbayacan Respublikası Dövlət Arxivinin Bakı Filalı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023- cü il tarixli məktubda qeyd edilmşdir ki, xx.xx.2000-ci il tarixli, 948 saylı və 48 saylı Sərəncamı xx.xx.2015-ci il tarixli deyil, xx.xx.2015-ci il tarixli olmaqla Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sərəncamlarda vətəndaş İddiaçı barəsində heç bir məlumat yoxdur. - Məhkəmənin xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq, Azərbayacan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023- cü il tarixli məktubda qeyd edilmşdir, Əzizbəyov RİH-in (indiki xəzər Rİh) arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli, 13/713 saylı qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. - Bakı şəhər Cavabdeh başçısının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddia tələbinə əsasən bildiririk ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub- olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yolverənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə əsasən yoxlamalıdırlar. Məhkəmənin nəzərinə çatdırırıq ki, ‘’Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən rayon və şəhər icra hakimiyyəti orqanlarının sənədləri 5 il müddətindən sonra daimi mühafizə məqsədilə dövlət arxivinə təhvil verilir. Bu səbəbdən də, Cavabdeh 2000-ci və 2015-ci illərə aid sənədləri (sərəncamlar və ona aid digər sənədər) Milli Arxiv İdarəsinin Bakı filialına təhvil verildiyindən xx.xx.2000-ci il tarixli, 948 saylı və xx.xx.2015-ci il tarixli, 48 saylı sərəncamların hansı əsaslarla verildiyini müəyyən etmək mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Cavabdehnə qarşı ‘’sərəncamların qanunsuz hesab edilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması” tələbinə dair iddiasının mümkün sayılmaması barədə qərar qəbul etməyinizi Sizdən xahiş edirik. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, keçmiş Əzizbəyov İHnin (indiki xəzər RİH) “X1 adına Zirə qəsəbəsində fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” xx.xx.2000-ci il tarixli, 948 saylı sərəncamı arxiv fondu üzrə Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sərəncamda vətəndaş X17 barədə heç bir məlumat yoxdur. - Bakı şəhəri Əzizbəyov Rayonu İcra Hakimiyyətinin başçısının “X1 adına Zirə qəsəbəsində fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” xx.xx.2000-ci il tarixli, 948 saylı sərəncamına əsasən X7 Zirə qəsəbəsində 316 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. - Bakı şəhəri Xəzər Rayonu İcra Hakimiyyətinin başçısının “Türkan qəsəbəsində vətəndaş X9 torpaq sahəsinin icarəyə verilməsi və orada müvafiq tikililərin aparılmasına icazə verilməsi barədə” xx.xx.2015-ci il tarixli, 48 saylı sərəncamına əsasən X9 Türkan qəsəbəsinin şimalqərbində istifadəsiz qalmış və antisanitariya vəziyyətində olan 1800,0 kv.m torpaq sahəsinin abadlaşdırılaraq sahibkarlıqla məşğul olmaq məqsədilə icarəyə verilmiş, həmçinin orada müvafiq tikililərin aparılmasına icazə verilmişdir. - Bakı şəhəri Əzizbəyov Rayonu İcra Hakimiyyətinin başçısının “X3 adına Mərdəkan qəsəbəsində fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” xx.xx.2000-ci il tarixli, 948 saylı sərəncamına əsasən X13 Mərdəkan qəsəbəsində fərdi ev tikmək üçün 500 kv.m torpaq sahəsi ayrılmışdır. - Bakı şəhəri Xəzər Rayonu İcra Hakimiyyətinin başçısının “Şağan qəsəbəsi 3- 00/58 saylı torpaq sahəsində X3 tikdiyi fərdi yaşayış evinin hüquqi qeydiyyata alınması haqqında” xx.xx.2015ci il tarixli 48 saylı sərəncamına əsasən Şağan qəsəbəsi, 3-00/58 saylı torpaq sahəsində X3 tikdiyi 2 mərtəbəli 3 yaşayış otağı sahəsi – 42.7 kv.m, köməkçi sahə - 89.1 kv.m , açıq eyvan – 24.8 kv.m, cəmi torpaq sahəsi – 455.0 kv.m-dən ibarət olan yaşayış evi torpaq sahəsi qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi bakı şəhəri 9 saylı Notariat ofisi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2015-ci il tarixli məktub ilə xx.xx.2016-cı il tarixli 4Ə/425 reyestr saylı bağışlama müqaviləsi və digər sənədlər məhkəməyə təqdim edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli “sənədlərin surətinin veriməsi barədə” məktubda mübahisəli ünvana dair arxiv qovluğuna saxlanılan sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. - Bakı şəhər Cavabdeh başçısının iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, istifadənizdə olan torpaq sahəsinə illər öncə cizgi verildiyindən sözü gedən sahəyə cizgi və xəritədən çıxarışın verilməsi məqsədəuyğun sayılmır. - Təqdim edilmiş xx.xx.2016-cı il tarixli ******* nömrəli hüquqların Dövlət Qeydiyyatı haqqında daşımaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X12 adına qeydiyyata alınmışdır. - xx.xx.2016-cı il tarixli “Daşınmaz Əmlakın bağışlanması” Müqaviləsinə əsasən bakı şəhıri ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 131.4 kv.m olan olan fərdi yaşayış evi X21 tərəfindən X14 bağışlanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 4.1. İnzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 36.3. Qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı istifadəsində və faktiki sahibliyində olan torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən tikiliyə (fərdi yaşayış evinə) dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə reyestrdən müvafiq çıxarışın verilməsi ilə bağlı olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Həmin müraciət əsasında ona Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli cavab verilərək bildirilmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X11 adına qeydiyyatdan keçmiş və hazırda onun mülkiyyətindədir. İddiaçı Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Adil Gəray küçəsi, 1-ci Döngə, 22 saylı fərdi yaşayış evinə dair X10 və X11 adlarına verilmiş çıxarışların ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(112)-5479/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkünsüz sayılaraq, ilk öncə mübahisələndirilən çıxarışın verilməsinə əsas olmuş inzibati aktı mübahisələndirməsini və belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsini tələb etməsi və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət etməsi göstərilmişdir. Bundan sonra iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2000-ci il tarixli, 948 saylı Sərəncamının qanunsuz hesab edilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsi iddiaçının istifadəsinə verildikdən sonra, yəni iddiaçının mülkiyyətində və istifadəsində olduğu halda cavabdeh icra hakimiyyətinin mübahisələndirilən sərəncamı əsasında həmin torpaq sahəsi üçüncü şəxslərə ayrılmış və üçüncü şəxsin mübahisəli torpaq sahəsi üzərində hüququ, cavabdeh tərəfindən məhz hazırkı iddia tələbinin predmeti olan sərəncam əsasında dövlət qeydiyyatına alınmış və bu barədə ona müvafiq çıxarış verilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Əzizbəyov İH-nin (indiki Xəzər) arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli 948 saylı sərəncamı mövcuddur. Lakin həmin sərəncamda vətəndaş X21 barədə heç bir məlumat olmadığı qeyd edilmişdir. Həmçinin məhkəmənin xx.xx.2023-cü il tarixli sorğusu əsasında Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Əzizbəyov (Xəzər) Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000- ci il tarixli, 948 nömrəli digər bir Sərəncamı ilə “X1 adına Zirə qəsəbəsində fərdi ev tikmək üçün torpaq sahəsi” ayrılmışdır Belə ki, qeyd edilən Sərəncamın arxiv nüsxəsi Dövlət arxivindən təqdim edildiyi halda, mübahsiə predmeti olan eyni tarixli və eyni nömrəli sərəncamın arxiv nüsxəsi müəyyən olunmamışdır. Məhkəmə kollegiyası bununla bağlı olaraq qeyd edir ki, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlərdən də müəyyən edilir ki, “vətəndaş X13 Mərdəkan qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair” Cavabdeh xx.xx.2000-ci il tarixli, 948 saylı sərəncamının arxiv sənədinin mövcud olduğu öz təsdiqini tapmamışdır. Göründüyü kimi, eyni tarixlərdə və eyni nömrələrlə iki fərqli məsələni tənzimləyən inzibati akt mövcuddur. Hansı ki, mövcud qanunvericilikdə sərəncamlara və ya istənilən hüquqi sənədə nömrə və tarixin verilməsinin əsas məqsədi hüquqi müəyyənlik prinsipinə uyğun olaraq onun təkrarlanmasının və hüquqi qarışıqlığın (xaotik vəziyyətin) qarşısının alınmasından ibarətdir. Eyni zamanda məhkəmə qeyd edir ki, fərdi yaşayış evinin tikintisi ilə bağlı verilmiş sonrakı 2015-ci il sərəncamının istinad etdiyi (Əzizbəyov Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2000ci il tarixli 13/713 nömrəli qərarı) inzibati akt da mövcud deyil və digər inzibati akt olan 948 nömrəli, xx.xx.2000-ci il tarixli sərəncam isə arxiv nüsxəsi olmaqla başqa vətəndaşa torpaq sahəsinin ayrılmasını tənzimləyir. Belə ki, iş materialları və işin araşdırılmış halları ilə X12 adına Cavabdeh xx.xx.2000-ci il tarixli, 948 saylı sərəncamının və xx.xx.2015-ci il tarixli 48 saylı sərəncamlarının hansı əsasla verildiyini müəyyən etmək mümkün olmamışdır. Həmçinin yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, mübahisə predmeti olan “vətəndaş X13 Mərdəkan qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair” Cavabdeh xx.xx.2000-ci il tarixli, 948 saylı sərəncamının həqiqiliyinə ciddi şübhələr var. Əlavə olaraq qeyd edilməlidir ki, Cavabdeh başçısının “Şağan qəsəbəsi 3-00/58 saylı torpaq sahəsində X3 tikdiyi fərdi yaşayış evinin hüquqi qeydiyyata alınması haqqında” xx.xx.2015ci il tarixli, 48 nömrəli X2 Əzizbəyov Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2000-ci il tarixli 13/713 nömrəli qərarı ilə torpaq sahəsi ayrıldığı qeyd edilmişdir. Lakin iş materialları ilə müəyyən edilir ki, 3-cü şəxsə torpaq sahəsinin ayrıldığını müəyyən edən inzibati akt isə xx.xx.2000-ci il tarixli, 948 nömrəli sərəncamdır. Həmçinin, 3-cü şəxs olan X12 tikdirdiyi fərdi yaşayış evinin hüquqi qeydiyyata alınması haqqında” Cavabdeh başçısının 48 saylı, xx.xx.2015-ci il tarixli Sərəncamına münasibətdə qeyd edilməlidir ki, Sərəncamın arxiv nüsxəsi olmamaqla yanaşı, Dövlət Arxivinin Bakı filialında mövcud olan 48 saylı, xx.xx.2015-ci il tarixli Sərəncam “Türkan qəsəbəsində vətəndaş X9 torpaq sahəsinin icarəyə verilməsi və orada müvafiq tikililərin aparılmasına icazə verilməsi barədə” dir. Göründüyü kimi, eyni ildə, yəni 2015-ci ildə eyni nömrə ilə (48 saylı) iki fərqli məsələni tənzimləyən inzibati akt mövcuddur. Yuxarıda qeyd edildiyi kimi, 3-cü şəxs barədə verilmiş sonrakı Sərəncamın da göstərilən əsaslardan irəli gələrək həqiqiliyinə dair ciddi şübhələr mövcuddur. Digər tərəfdən qeyd edilməlidir ki, həmin inzibati aktda yaşayış evinin və torpaq sahəsinin qeydiyyata alınması göstərilmişdir. Göstərilən inzibati akt isə mübahisəli torpaq sahəsi və onun üzərində yerləşən tikililərin qeydiyyat alınması üçün hüquqmüəyyənedici sənəd kimi qiymətləndirilə bilməz. Belə ki, hüquqların qeydiyyatının əsası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununla müəyyən olunmuşdur. Yuxarıda qeyd edilən inzibati akt (48 saylı, xx.xx.2015-ci il tarixli) isə həmin Qanunun 8-ci maddəsində göstərilmiş hüquqi əsas kimi müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə əsasən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmaqla mübahisələndirilən inzibati akt (X13 Əzizbəyov Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2000-ci il tarixli 948 saylı Sərəncamı) və həmin aktda əks olunmuş məlumatlar mötəbər hesab olunmamalı və qəbul edilməməlidir. İş materiallarında həmin inzibati aktın əsaslı olaraq “şübhədən kənar” olmasını sübut edən hər hansı məlumat (sənəd) mövcud deyildir. Belə ki, işdə yetərli mötəbər sübutlar mövcud olmadığından üçüncü şəxsə torpaq sahəsinin ayrılması barədə İcra Hakimiyyətinin mübahisələndirilən sərəncamı mötəbər sənəd qismində qəbul edilə bilməz. "İnzibati icraat haqqında" Qanunun 19.1-ci maddəsinə əsasənnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. "İnzibati icraat haqqında" Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə kollegiyası üçüncü şəxsin apellyasiya şikayətinin dəlillərinə münsibətdə qeyd edir ki, iddiaçı tərəfindən prosessual hüquq normalarına riayət edilmiş, iddia müddəti ötürülməmişdir. Belə ki, Azərbaycan Respublikası İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilməlidir. Yuxarıda istinad olunan normalara görə, mübahisələndirmə növündə iddiaların qaldırılması da iddia müddətinə bağlıdır və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə, şikayətə dair qəbul olunmuş inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. Hazırkı mübahisə üzrə mübahisələndirilən sərəncama münasibətdə nəzərə almaq lazımdır ki, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına əsasən iddiaçı mübahisələndirmə haqqında iddia ilə məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti ötürməmişdir. Belə ki, məhkəmənin icraatında olmuş 2-1(112)-5479/2023 nömrəli işə baxış keçirilərkən müəyyən edilmişdir ki, 2-1(112)-5479/2023 nömrəli iş üzrə keçirilmiş xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaçı Cavabdeh xx.xx.2000-ci il tarixli, 948 saylı Sərəncamı barədə həmin məhkəmə iclasında məlumatı olmuş və mübahisəli sərəncamın surətini həmin iclasda əldə etdikdən sonra xx.xx.2023- cü il tarixdə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir Nəzərə almaq lazımdır ki, inzibati akt ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Bu baxımdan iddiaçı mübahisələndirdiyi sərəncam barədə məlumat aldığı zaman kəsiyində iddia qaldırmamışdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 2-1(112)-1568/2024 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 2-1(112)-1568/2024 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2149/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2149/2024
15.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver