Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-215/2024 25.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin Cavabdeh qarşı «siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5717/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 3624.84 manat borcuna görə onun fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektində (“İlqar” market) 1 vahidinin qiyməti 3150 manat olan 1 ədəd şkaf kondisioner, 1 vahidinin qiyməti 300 manat olan 2 ədəd soyuducu dolab olmaqla ümumilikdə 3750 manat məbləğində siyahıya alınmış əmlakın ticarət şəbəkələrində satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: İddianın əsaslarına görə vergi ödəyicisi olan iddiaçı Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildirişlər verilmişdir. Həmçinin, Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə, hesabına sərəncam qoyulmasına baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2022-ci il tarixli Qərar çıxarılmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2022-ci il tarixə yaranan dövlət büdcəsinə 3624.84 manat borcuna görə onun fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektində (“İlqar” market) 1 vahidinin qiyməti 3150 manat olan 1 ədəd şkaf kondisioner, 1 vahidinin qiyməti 300 manat olan 2 ədəd soyuducu dolab olmaqla ümumilikdə 3750 manat məbləğində siyahıya alınmış və bu barədə xx.xx.2022-ci il tarixli, **********0 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 3624.84 manat ödənilməmiş borcu qalmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5717/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək aşağıdakılar qərara alınmışdır: “Cavabdeh xx.xx.2022-ci il tarixə yaranmış borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********0 nömrəli qərarı üzrə ümumilikdə 3750 manat məbləğində siyahıya alınmış əmlakı ticarət şəbəkələrində satılsın. Göstərilən daşınar əmlakın satılmasından əldə edilmiş məbləğdən borc tutularaq dövlət büdcəsinə ödənilsin. Satışdan artıq qalan məbləğ Cavabdeh qaytarılsın...” Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclası barədə xəbərdar edilməmiş, və özünü müdafiə edə bilməmişdir. Məhkəmə yalnız iddiaçının təqdim etdiyi 2022-ci ilin sənədlərinə əsaslanmış və araşdırma aparmadan qətnamə çıxarılan tarixə borcunun olub-olmadığı barədə iddiaçıdan sənəd tələb etmədən əsassız qərar çıxarmışdır. Belə ki, o, borcunu ödəmiş və borcu yoxdur. Borcu olmadığı səbəbindən də iddia tələbi təmin edilə bilməz. Onu da qeyd edir ki, onun şəxsi vərəqində müəyyən ödənilmiş vergi ödənişləri var ki, qeydə alınmamış və silinməmişdir. Bu səbəbdən də əsassız olaraq ona şişirdilmiş vergi borcları yazılmışdır. Hesab edir ki, iş üzrə ekspertiza təyin olunmalı onun vergi borcu yenidən hesablanmalıdır. Məhkəmə kollegiyasının iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər (səlahiyyətli nümayəndələri) məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosesssual Məcəlləsinin (“İPM”) 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 23.1.15-1-ci maddəsinə əsasən vergi orqanı hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması, yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə məhkəmədə iddia qaldırmaq hüququ vardır; 24.0.1-ci maddəsinə əsasən vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludur; 65.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir; 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər; Həmin Məcələnin 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir; Həmin Məcəllənin 89.10-cu maddəsinə əsasən maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir.Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir; Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə vergi orqanı vergi öhdəliyinin icrasının təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edə bilər; Məcəllənin qeyd olunan tələblərindən göründüyü kimi, vergi orqanının məhkəməyə müraciət etməzdən əvvəl, vergi ödəyicisindən yerinə yetirilməmiş vergi öhdəliyinə görə yaranmış vergi borcunu tələb etmək üçün malik olduğu səlahiyyətlərini (hüququnu) və bu səlahiyyətlərin realizə edilməsi mümkün olmadıqda isə sadalanan üsul və vasitələrdən istifadə etməklə, onun əmlakını siyahıya almaq və siyahıya alınmış əmlakını zəruri həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəməyə müraciət etmək hüququ müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərə əsasən müəyyən olunur ki, cavabdeh sadələşdirilmiş verginin ödəyicisi kimi vergi orqanında qeydiyyatdan keçmiş, sahibkarlıq fəaliyyəti ilə əlaqədar vergi ödəyicisi kimi eyniləşdirmə nömərəsi verilmişdir (VÖEN **********). İddiaçının işə əlavə olunmuş şəxsi hesab vərəqinə əsasən müəyyən olunur ki, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərinə dövlət büdcəsinə sahibkarlıq fəaliyyətindən yaranmış qalıq vergi borcu 2994,97 manat və Vergi Məcəlləsinin 59.1-ci maddəsinə müvafiq ödənilməmiş məbləğin hər ötmüş gününə görə 0,1 faiz miqdarında hesablanmış 629,87 manat faiz borcu, ümumilikdə onun 3624.84 manat borcu ödənilməmiş borcu mövcuddur. Şəxsi hesab vərəqəsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixinə qədər olan dövrün hesabat göstəriciləri araşıdırldıqda müəyyən olunur ki, 2994,97 manat əsas borcu iddiaçının cari bəyannamələri və kameral yoxlama bəyannəmələri üzrə hesablanmış borcları özündə cəmləşdirir ki, bu göstəricilər mürəkkəb bir hesablamanı əks etdirmədiyi və adi riyazi üzsulla da qalıq borcun hesablanması mümkün olduğu halda, ekspertiza təyin edilməsi zərurəti yaranmır. İş materiallarından görünür ki, vergi orqanı tərəfindən vergi ödəyicisinin dövlət büdcəsinə olan həmin borcunun ödənilməsini təmin etmək məqsədilə cavabdehə xx.xx.2022-ci il tarixli **********4 saylı bildiriş təqdim edilmiş, lakin sonuncu tərəfindən borc ödənilmədiyindən cavabdeh vergi orqanının xx.xx.2022-ci il tarixli **********0 nömrəli qərarı ilə onun fəaliyyət göstərdiyi - ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektində (“İlqar” market) 1 vahidinin qiyməti 3150 manat olan 1 ədəd şkaf kondisioner, 1 vahidinin qiyməti 300 manat olan 2 ədəd soyuducu dolab, ümumilikdə 3750 manat dəyərində əmlakı siyahıya alınmış və əmlakın siyahıya alınmasına dair xx.xx.2022-ci il tarixli protokol tərtib edilərək, həmin protokola iki vərəqdən ibarət əmlakın siyahı əlavə edilmiş, daha sonra xx.xx.2022-ci il tarixdə akt tərtib olunmaqla cavabdehə məsul saxlamaya verilmiş və AR CM-nin 303-cü maddsi il məsuliyyət daşıdığı barədə xəbərdarlıq olunmuşdur. Göründüyü kimi, iddiaçı tərəfindən vergi qanunvericiliyinin qeyd olunan təəlrindən irəli gələn vəzifələri çərçivəsində cavabdeh vergi ödəyicisinə qarşı hazırkı sıyahıya alınmış əmlakın ticarət şəbəkələrində satılması barədə iddia qaldrılmışdır. İş materiallarına əsasən müəyyən olunur ki, cavabdehə birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclaslarının yeri və vaxtı barədə bildiriş və “SMS” xəbərdəarlıqlar göndərilsə də məhkəməyə gəlməmiş, iddia ərizəsinə qarşı etiraz və dəlillərini irəli sürməmiş, hazırkı mərhələdə də məhkəmə iclaslarının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, apellyasiya şikayətində vergi borcunun olmadığını və borcun şişirdildiyini bildirsə də istinad etdiyi həmin dəlillərini əsaslandırmamış, bu barədə hər hansı sənəd-sübut məhkəməyə təqdim etməmişdir. Halbuki, İPM-in 14.3-cü maddəsinin tələbinə görə ona qarşı irəli sürülən iddia üzrə vergi borcunun mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi məhz, vergi ödəyicisi olaraq onun üzərinə düşür. İddiaçı ən azından vergi ödəyicisi olparaq bilməlidir ki, Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinin tələbinə görə vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin İİ-İİİ hissəsilərinə əsasən hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Beləliklə də, cavabdehin apellyasiya şikayətinin vergi borcunun olmadığını, borcun şişirdildiyini bildirən, habelə, məhkəmə iclası barədə xəbərdar edilmədyini və işin uzadılması naminə ekspertiza təyin edilmədiyini vurğulyan, əsaslandırılmamış formal xarakterli dəlillərinin əsassız olduğu sübuta yetirilir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin olunmasını mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5717/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5717/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-215/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-215/2024
25.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver