Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2150/2021 29.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X11 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2-1(112)-3667/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “15 may 2019-cu il tarixdən 57 yaşından, 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, xx xxx 1961-ci ildə Kəlbəcər rayonunun Babaşlar kəndində doğulmuşdur və hal-hazırda Mingəçevir şəhərinda yaşayır. 04.05.1980-29.06.1982-ci il tarixinə kimi həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra Babaşlar kəndində 1 may kolxozunda 15 avqust 1982 - 25 oktyabr 1983-cü il tarixdə quraşdırıcı çilingər işləmişdir. 01 noyabr 1983 - 13 avqust 1984-cü il tarixində Hidrosantexnikiquraşdırma Azərbaycan Quraşdırma İdarəsində quraşdırıcı çilingər, 17 avqust 1984-cü ildən etibarən isə, Azərbaycan Dövlət İstilik Elektrik X1tar tərtibatçısı vəzifəsində qəbul edilmişdir. Həmin müəssisədə 05 sentyabr 1985-ci il tarixində teplovoz maşinisti köməkçisi vəzifəsinə keçirilmiş və 21 mart 1989-cu il tarixinə kimi həmin vəzifədə çalışmışdır. 17 avqust 1984 - 01.01.2006-cı illər arasındakı əmək stajı güzəştli əmək stajı sayılmalıdır. İşlədiyi müddət ərzində 17 avqust 1984-cü il tarixdən hal-hazıradək zərərli sahədə 12 saatlıq iş günü ərzində kimyəvi maddələr mr/m3 təhlükəlilik sinfi 3-4, səs küy, nəmlilik, havanın cərəyan sürətinin, iş yerində havanın temperaturunun normadan yuxarı olması faktorları mövcud olmuşdur. İş şəraitinin ağır və zərərli olduğuna görə ona 17.08.1984-cü il tarixdən hal-hazıradək əmək haqqına 12 % miqdarında əlavə əmək haqqı ödənilir. Əmək şəraiti zərərli olduğu üçün əmək məzuniyyətinə 17.08.1984-cü il tarixdən hal-hazıradək 06 təqvim günü əlavə məzuniyyət günü verilmişdir. 23.01.2007-ci il tarixli 12 saylı Qərar ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda işlədiyi vəzifə 21.4 dəmiryol nəqliyyatı, dəmir yol lokomotiv briqadasının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər yarımbölməsində teplovoz maşinistləri, maşinisti köməkçiləri və qatar tərtibatçiları kateqoriyasına uyğundur və bütün bu qeyd etdikləri Azərbaycan İstilik Elektrik Stansiyası MMC-nin arayışı ilə təsdiq olunur. X5 sexi Azərbaycan İstilik Elektrik Stansiyası MMC-nin mülkiyyətində olan dəmiryollarının istismarını həyata keçirir və bu sexdə çalışan işçilərin əmək funksiyaları respublika tabeçiliyində olan dəmir yollarında çalışan eyni kateqoriyalı işçilərin əmək funksiyaları ilə eynilik təşkil edir . Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya görə 01 yanvar 2006-cı ilədək 25 il ümumi, 12 il 6 ay güzəştli iş stajını toplayıb. Buna görə də 57 yaşının tamam olduğu 15 may 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Filial 14.12.2020-ci il tarixli **********5 saylı məktubla iddiaçının müraciətinin icrasından imtina edib. İmtina belə əsaslandırılıb ki, iddiaçının 05.09.1985-ci ildən “Azərbaycan DRES“ X7 çalışdığı teplovoz maşinisti köməkçisi və teplovoz maşinisti peşələri dəmiryol nəqliyyatına aiddir. Lakin iddiaçının çalışdığı sahə dəmiryol nəqliyyatına aid deyildir. İddiaçı Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiqlənmiş Siyahının 21.4-cü bəndinə istinad edir. Lakin nəzərə almaq lazımdır ki, iddiaçı 12 saylı deyil NK-nın 01.06.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıya istinad edə bilər. Belə ki, iddiaçı pensiya hüququnun 01 yanvar 2006-ci il tarixədək yarandığını iddia edir. NK-nın 320 saylı Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda “teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri (kod: 23001000- 142241) peşəsi nəzərdə tutulmuşdur. Həmin peşə 2 saylı Siyahının “XXVİİİ.Nəqliyyat ” bölməsinin (kod: ********)” 1.Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı ayrı kateqoriyalı işçilər adlanan 1-ci alt-bəndində (kod ********) öz əksini tapmışdır. İddaçının nəqliyyat sahəsinə aid olan müəssisədə çalışmadığı mübahisəsizdir. Belə ki, iddiaçı "xxxx" MMC-də çalışmışdır. Dolayısı ilə, iddiaçı “Nəqliyyat” bölməsinə istinad etməkdə haqlı deyildir. "xxxx" MMC-nin 22 dekabr 2020-ci il tarixli İstehsalat fəaliyyəti haqqında arayışı mötəbər sayıla bilməz. Çünki MMC onun fəaliyyət sahəsinə aid olmayan peşənin nəzərdə tutulduğu bölməyə istinad edib. Bakı İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2-1(112)-3667/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin imtinasının əsasını təşkil edən müddəaları heç bir araşdırma aparmadan özünün qərarı üçün hüquqi əsas qəbul etmişdir. Başqa sözlə, cavabdehin hansı səbəblə iddiaçının uzun illər ərzində teplovoz maşinisti və qatar tərtibçisi vəzifəsində topladığı güzəştli iş stajını güzəştli iş stajı kimi qəbul etmədiyini araşdırmamışdır, cavabdehdən sadəcə mülahizə əsasında deyil, sübutlarla fikrini isbat etməsini tələb etməmişdir, eyni məqsədlə, nə iddiaçının işəgötürəni, nə də digər qurumlarla, məsələn, "xxxx" ASC və ya "xxxx" QSC ilə iş stajının güzəştli olub-olmaması barədə araşdırma aparmamışdır. İddiaçının təqdim etdiyi sənədlərin mötəbərliyini əks sübutlarla təkzib etməmiş, özü əks sübutlar toplamamışdır. İlk instansiya məhkəməsi iddiaçının təqdim etdiyi güzəştli iş stajı barədə arayışda qeyd edilənlərin həqiqətə uyğun olub-olmamasını yoxlamadan qərar qəbul etmişdir. Azərbaycan İstilik Elektrik Stansiyasının təqdim etdiyi güzəştli iş stajı barədə arayışı qeyri-peşəkar interpretasiya edərək, iddiaçının işlədiyi peşələrin dəmiryol nəqliyyatına aid olduğunu, lakin onun istilik elektrik stansiyasında çalışdığına görə həmin peşədə güzəştli iş stajının olmasını qəbul etməmişdir. Bu absurd yanaşma, əgər məntiqlidirsə, belə bir məsələni ortaya çıxarır ki, vətəndaşın topladığı iş stajının güzəştli iş stajı sayılıb-sayılmamasının onun işlədiyi istehsalat sahəsinin mülkiyyətçisinin kimliyindən asılılığı vardır. Bu isə, hüququn tətbiqində mülkiyyətçinin kimliyindən asılı olaraq ayrı-seçkiliyə yol açmış olur. İddiaçının işlədiyi Azərbaycan İstilik Elektrik Stansiyasının mülkiyyətində uzunluğu 12 kilometr olan dəmiryol nəqliyyatı təsərrüfatı vardır ki, həmin dəmiryolları respublika tabeçiliyində olan dəmiryolları ilə əlaqəlidir. X5 Sexi həmin 12 kilometrlik dəmiryolunda daşımalar həyata keçirir. Necə ola bilər ki, idarə etdiyi teplovoz Azərbaycan İstilik Elektrik Stansiyasının mülkiyyətində olan uzunluğu 12 kilometr olan dəmiryolunda hərəkət edərkən güzəştli iş stajı meydana gətirmir, lakin həmin teplovozda çalışan və respublika dəmir yollarında işləyən maşinistlər üçün həmin staj güzəştli staj sayılsın? Bir halda ki, həmin teplovozla iddiaçı Azərbaycan İstilik Elektrik Stansiyasının mülkiyyətində olan dəmiryollar ilə hərəkət edərək respublika tabeçiliyində olan dəmir yollarına çıxır, müxtəlif dəmiryol stansiyalarına gedərək müxtəlif təyinatlı yükləri daşımaqla məşğul olur. Azərbaycan İstilik Elektrik Stansiyasının iddiaçıya təqdim etdiyi güzəştli iş stajında sağlamlığa zərərli iş şəraitini xarakterizə edən istehsalat faktorları göstərməklə, işlədiyi peşələrin respublika tabeçiliyində olan dəmir yollarında eyni peşələrdə işləyən işçilərlə identik vəzifə öhdəlikləri və iş şəraitində çalışdığını göstərmişdir. İlk instansiya məhkəməsi bu qeyd edilən halların güzəştli iş stajı hüququ verdiyini qəbul elsə də, mülkiyyətçiyə görə fərqi yanaşmanı hansı əsaslarla tətbiq etdiyini əsaslandırmamışdır. Birinci instansiya məhkəməsi Azərbaycan İstilik Elektrik Stansiyasının fəaliyyətində dəmiryolu nəqliyyatının bir istehsalat sahəsi kimi roluna hüquqi qiymət verməmiş, həmin stansiyanın fəaliyyətinin elektrik enerjisi istehsalı olmasını əsas götürərək bir təsərrüfat subyekti kimi tanımışdır, halbuki adıçəkilən təsərrüfat subyekti ona məxsus dəmir yollarında iş şəraitinin və vəzifə öhdəliklərinin respublika mülkiyyətində olan dəmir yollarında olan eyni iş şəraiti və vəzifə öhdəlikləri ilə eyni olduğunu bildirmişdir. Həmin məhkəmə Azərbaycan İstilik Elektrik Stansiyasının iddiaçıya təqdim etdiyi güzəştli iş stajı barədə arayışa hüquqi qiymət verməmiş, bir cümlə ilə Azərbaycan İstilik Elektrik Stansiyasının dəmiryol nəqliyyatına aid olmamasını bildirərək, qərarı əsaslandırmaq istəmişdir. Halbuki, ilkin sübutetmə yükü olaraq o, iş stajının güzəştli olduğunu sübut etmiş, lakin məhkəmə heç bir araşdırma aparmamış, ortaya əks-arqument qoymamışdır. İddiaçının 17 avqust 1984-cü il tarixində Azərbaycan Dövlət İstilik Elektrik Stansiyasında əmək fəaliyyətinə başladığı dövr, keçmiş SSRİ dövrü idi və həmin dövrdə güzəştli şərtlərlə pensiya təyinatı üçün əsas sayılan güzəştli Siyahı belə adlanırdı-Güzəştli şərtlərlə və güzəştli məbləğlərdə dövlət pensiyası hüququ verən istehsalatların, sexlərin, peşə və vəzifələrin 2 Nömrəli Siyahısı (sonradan - Köhnə Siyahı). X14 SSRİ Nazirlər Sovetinin 22 avqust 1956-cı il tarixli, 1173 nömrəli qərarı ilə təsdiq edilib. X12 tətbiq edilməsi qaydalarını müəyyən edən sənəd - SSRİ Nazirlər Sovetinin 22 avqust 1956-cı il tarixli, 1173 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə və güzəştli məbləğlərdə dövlət pensiyası hüquq verən istehsalatların, sexlərin, peşə və vəzifələrin 2 X6 Qaydaları (sonradan-X10) adlanır. X15 X8 uyğun necə pensiya təyinatının aparılmasını göstərən hissəsində deyilir: Güzəştli şərtlərlə və güzəştli məbləğlərdə dövlət pensiyası hüquq verən istehsalatların, sexlərin, peşə və vəzifələrin 2 Nömrəli Siyahısına uyğun pensiya təyinatı aparılmalıdır; Güzəştli şərtlərlə və güzəştli məbləğlərdə dövlət pensiyası hüquq verən istehsalatların, sexlərin, peşə və vəzifələrin 1 və 2 Nömrəli Siyahıları, bu siyahılarda uyğun istehsalat və sexlərdə peşə və vəzifələri sadalandığı halda, pensiya təyinatı üçün müraciət etmiş fəhlə və qulluqçular vaxtilə işləmiş olduqları və ya hazırda işlədikləri müəssisə və idarələrin hansı qurumlara tabe olmasından asılı olmayaraq tətbiq edilməlidir. Həmin bəndə qeyd edilən v) misalında deyilir: Dəmiryol nəqliyyatının teplovozların, elektrovozların, dizel-qatarların maşinistləri və onların köməkçilərinin baş maşinistləri, onların Yol Nəqliyyatı Nazirliyinin dəmiryolları şəbəkəsinin və ya istənilən müəssisə və digər nazirlik və qurumların işçisi olub - olmamasından asılı olmayaraq, 2 nömrəli (Köhnə Siyahı) Siyahının XXX bölməsinə uyğun olaraq, güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Köhnə Siyahının XXX bölməsinin 6-cı sətrində göstərilir: Paravozların, teplovozların, dizel-qatarların, motorvaqon (elektrik) seksiyaların, motovozların maşinistləri və onların köməkçiləri və baş maşinistləri; Belə olduqda aydın olur ki, iddiaçı keçmiş SSRİ dövründən hal-hazıradək eyni müəssisə və eyni vəzifədə çalışdığı üçün işlədiyi qatar tərtibatçısı, teplovoz maişinisti köməkçisi və teplovoz maşinisti peşələrinin əvvəldən malik olduğu hüquqi statusa əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. 21.10.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona “15 may 2018-ci il tarixdən 57 yaşından, 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Ərizənin icraata qəbulu ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunun: - 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər; - 4.1-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. Hazırkı işin hallarından görünür ki, iddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuş, 04.05.1980-ci il tarixdən 25.06.1982-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. Əmək kitabçasından görünür ki, iddiaçı 1 may kolxozunda 15.08.1982-ci il tarixdən 25.10.1983-ci il tarixədək quraşdırıcı çılingər, Hidrosantexnikquraşdırma Azərbaycan Quraşdırma İdarəsində quraşdırıcı çılingər, Azərbaycan Dövlət İstilik Elektrik X1tar tərtibatçısı, 05 sentyabr 1985-ci il tarixdən 21 mart 1989-cu il tarixinədək teplovoz maşinisti köməkçisi, 21 mart 1989-cu ildən bu günkü günədək teplovoz maşinisti peşəsində işləyir. Cavabdeh 14 dekabr 2020-ci il tarixli, **********5 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetiinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotov briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) teplovoz, elektrovooz maşinistləri və maşinist köməkçiləri vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi filialına təqdim edilən 25.10.1983-cü il tarixli əmək kitabçasında 05.09.1985-ci il tarixindən bu günədək “Azərbaycan DRES” X7 teplovoz maşinisti köməkçisi və teplovoz maşinisti vəzifələrində qeyd olunmuşdur. Göründüyü bu sahə dəmiryol nəqliyyatına aid deyil. Bu səbəbdən də 01 yanvar 2006-ci il tarixinədək güzəştli iş stajı yoxdur. Qeyd edilnləri nəzərə alaraq gözəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində deyilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan hüquq normasında “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin “a” və “b” bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. İddiaçının hərbi xidmət müddəti və 01.01.2006-cı il tarixə qədər iş stajını da nəzərə aldıqda, 01.01.2006-cı il tarixə qədər iddiaçının 25 ildən yuxarı ümumi iş stajı mövcuddur. Bu hal cavabdeh tərəfindən də mübahisələndirilməmişdir. Birinci instansiya məhkəməsi iddiaçının 01.01.2006-cı il tarixə qədər 25 ildən yuxarı ümumi iş stajının olduğunu müəyyən edərək, iddia tələbinin rədd edilməsi əsası kimi qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun qüvvəyə mindiyi günə 01.01.2006-cı il tarixə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısında iddiaçının işlədiyi teplovoz maşinisti peşəsi nəzərdə tutulsa da, iddiaçının işlədiyi istehsalata (istilik elektrik stansiyasına) aid bölməsində deyil, “XXVİİİ. Nəqliyyat. Dəmiryol nəqliyyatı bölməsində nəzərdə tutulmuşdur, iddiaçının istinad etdiyi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə” 23.01.2007-ci il tarixli, 12 saylı qərarının bölmə 21.4. Dəmiryol nəqliyyatında göstərilmiş peşəyə iddiaçının “Azərbaycan DRES“ X7 işlədiyi peşəsi uyğun gəlmir. İddiaçının güzəştli iş stajına münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir: İş materiallarına əlavə edilmiş "xxxx" ASC "xxxx" MMC-nin 22.12.2020-ci il tarixli 07- 179 nömrəli İstehsalat fəaliyyəti haqqında arayışında qeyd edilir ki, İddiaçı 17.08.1984-cü ildən 05.09.1985-ci ilədək “Azərbaycan DRES”-nin ("xxxx" MMC) X7 (YNS) “lokomotiv briqadasında” qatar tərtibatçısı, 05.09.1985-ci ildən 21.03.1989-cu ilədək teplovoz maşinisti köməkçisi, 21.03.1989-cu il tarixdən hal-hazıradək Yanacaq Nəqliyyat sexinin Lokomotiv heyyətində teplovoz maşinisti vəzifəsində işləyir. Yanacaq Nəqliyyat sexi stansiyanın dəmiryol nəqliyyatı təsərrüfatını istifadə edir və "xxxx" MMC-nin mülkiyyətində olan dəmir yollarının (respublika dəmir yolu şəbəkəsi ilə əlaqəlidir) istismarını, təmirini və xidmətini həyata keçirir. Həmin dəmir yollarının istismarı və xidmətində çalışan sex işçilərinin teplovoz maşinistlərinin və köməkçilərinin, qatar tərtibçiləri, dispetçerlərin, çilingərlərin və s. əmək funksiyaları respublika tabeçiliyində olan dəmir yollarında məşğul olan eyni peşələrdə çalışan işçilərin əmək funksiyaları və iş şəraiti ilə eynilik təşkil edir. Qatar tərtibatçısı "xxxx" MMC-nin ünvanına gələn bütün yüklərin (mazut çən-vaqon və başqa yük vaqonları) daşınması zamanı, manevr işində iştirak edən işçilərin hamısının, o cümlədən Lokomotiv briqadasının tam tərkibdə öz yerlərində olmasını, işi və onların yerinə yetirilməsi qaydaları ilə tanış etməklə vaqonların hərəkəti sahəsində mane olan yad əşyaların olub-olmamasını yoxlamaq və saxlanc başmaqların qoyulmasını təmin etməklə vaqonların düzgün verilib-verilməməsini, boşalmasını və bağlanmasını yoxlamaqla vaqonların bir-biri ilə bağlı olmasına əmin olmadan qatarın hərəkətinə imkan verməmək, manevr işi aparılan zaman onda iştirak edəcək işçilərin şəxsi təhlükəsizliyini, həmçinin hərəkət qatarının bütövlüyünü təmin etmək, çeşidlənməsi və boşalmış yük vaqonlarının geri qaytarılması işlərini yerinə yetirir. Teplovoz maşinisti və teplovoz maşinisti köməkçisi "xxxx" MMC-nin ünvanına gələn bütün yüklərin (mazut çən-vaqon və başqa yük vaqonları) daşınması, çeşidlənməsi və boşalmış yük vaqonlarının geri qaytarılması işlərini yerinə yetirir. Teplovoz maşinisti və teplovoz maşinisti köməkçisi növbətçilik cədvəli üzrə 12 saatlıq normalaşdırılmış iş gününə malikdir. İddiaçı işlədiyi müddət ərzində 17.08.1984-cü il tarixdən hal-hazıradək zəhərli sahədə 12 saatlıq iş günü ərzində kimyəvi maddələr mr/m3 – təhlükəlilik sinifi 3-4, səs-küy, nəmlilik, havanın cərəyan sürətinin, iş yerində havanın temperaturunun normadan yuxarı olması faktorları mövcud olmuşdur. “İş şəraitinin” ağır və zərərli olduğuna görə ona 17.08.1984-cü il tarixdən hal-hazıradək 12% miqdarında əlavə əmək haqqı ödənilir. Əmək şəraiti zərərli olduğu üçün İddiaçı əmək məzuniyyətinə 17.08.1984-cü il tarixdən hal-hazıradək 06 tg əlavə gün verilmişdir. 23.01.2007-ci il tarixli 12 saylı qərar ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısın”da İddiaçı işlədiyi vəzifə 21.4. Dəmir yol nəqliyyatı, dəmir yol lokomotiv briqadasının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər teplovoz maşinistləri, maşinist köməkçiləri və qatar tərtibçiləri kateqoriyasına uyğun olaraq güzəştli iş stajı sayılır. İddiaçının işlədiyi “teplovoz maşinisti” və “teplovoz maşinisti köməkçisi” vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “23000000 XXVİİİ. Nəqliyyat 1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər. Kod 23001000—14241-“teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri”, kod 23001000—16878-“teplovozlarda maşinist köməkçilər” peşələrinə uyğundur. İddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə Siyahıda bilavasitə nəzərdə tutulan və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat sahəsi, iş, vəzifə, peşə arasındakı, habelə həmin iş, vəzifə və peşənin icra olunduğu əmək şəraitləri arasındakı eyniliyi təsdiq edən istehsalat fəaliyyəti haqqında arayış təqdim olunmuşdur. İddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş arayış barəsində qeyd olunan vəzifə və onun icra olunduğu əmək şəraiti arasındakı uyğunluğu (eyniliyi) təsdiq edir. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif istehsalat sahələrində (hazırkı halda, nəqliyyat və istehsal sahələrində) işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin və əmək şəraitinin eyniliyinin, deməli, həm də əmək şəraitinin xüsusilə ağırlığına və zərərliliyinə dair eyni və ya oxşar əsasların, faktiki halların mövcudluğunun təsdiq olunmasından gedir. Azərbaycan İstilik Elektrik Stansiyası MMC-nin arayışında qeyd olunmuşdur ki, iddiaçının X5 sexi Azərbaycan İstilik Elektrik Stansiyası MMC-nin mülkiyyətində olan dəmiryollarının istismarını həyata keçirir və bu sexdə çalışan işçilərin əmək funksiyaları respublika tabeçiliyində olan dəmir yollarında çalışan eyni kateqoriyalı işçilərin əmək funksiyaları ilə eynilik təşkil edir. Teplovoz maşınisti və teplovoz maşınisti köməkçisi "xxxx" MMC-nin ünvanına gələn bütün yüklərin (mazut çən-vaqon və başqa yük vaqonları) daşınması, çeşidlənməsi və boşalmış yük vaqonlarının geri qaytarılması işlərini yerinə yetirir. Azərbaycan İstilik Elektrik Stansiyasının iddiaçıya təqdim etdiyi güzəştli iş stajı barədə arayışda sağlamlığa zərərli iş şəraitini xarakterizə edən istehsalat faktorlarını göstərməklə, işlədiyin peşələrin respublika tabeçiliyində olan dəmir yollarında eyni peşələrdə işləyən işçilərlə identik vəzifə öhdəlikləri və iş şəraitində çalışdığını göstərmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 01.01.2006-cı il tarixədək həm 25 il ümumi, həm də 12 il 6 ay güzəştli stajı tamam olduğundan ona 57 yaşının tamam olduğu 15 may 2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2-1(112)-3667/2021 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməli, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşının tamam olduğu 15 may 2018-ci il tarixdən təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Nəticə hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2-1(112)-3667/2021 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşının tamam olduğu 15 may 2018-ci il tarixdən təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-2150/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2150/2021
29.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver