Məhkəmə qərarları › İş №2-1(103)-2151/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2151/2025

21.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2151/2025 21.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmrin ləğvi və işə bərpa edilmə” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X28 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X13 və X11 ibarət tərkibdə, X20-Yusiflinin katibliyi ilə, İddiaçı, İddiaçının vəkili Vəkil1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmrin ləğvi və işə bərpa edilmə” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9164/2023 saylı 02 noyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 21 may 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı 422Ş saylı, xx.xx.2009-cu il tarixli əmrə əsasən gömrük orqanlarında xidmətə qəbul edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin aşağıda qeyd olunan əmrləri ilə iddiaçıya: 100/529Ş saylı, xx.xx.2013-cü il tarixli əmr ilə ona həvəsləndirmə tədbiri qaydasında bir aylıq vəzifə maaşı həcmində pul mükafatı, 100/594Ş saylı, xx.xx.2015-ci il tarixli əmr ilə növbəti xüsusi rütbə vaxtından əvvəl verilmiş, 100/126Ş saylı, xx.xx.2016-cı il tarixli əmr ilə təşəkkür elan edilmiş, 100/195Ş saylı, xx.xx.2017-ci il tarixli əmrlə “Gömrük xidməti əlaçısı” döş nişanı ilə təltif edilmiş, 100/779Ş saylı, xx.xx.2017-ci il tarixli əmrə əsasən intizam məsuliyyətinə cəlb edilmiş və xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini pozduğuna görə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 3-cü bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmiş, 100/910Ş saylı, xx.xx.2017-ci il tarixli əmrlə xx.xx.2017-ci il tarixdə tətbiq edilmiş intizam tənbehi vaxtından əvvəl götürülmüş, 100/1272Ş saylı, xx.xx.2018-ci il əmrlə Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin vəzifəsinə təyin edilmiş, 1000/102Ş saylı, xx.xx.2019-cu il tarixli əmrlə xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini pozduğuna görə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 2-ci bəndinə əsasən töhmət elan edilmiş, 100/1545Ş saylı, xx.xx.2018-ci il tarixli həvəsləndirmə tədbiri qaydasında növbəti xüsusi rütbə vaxtından əvvəl verilmiş, 1000/081Ş saylı, xx.xx.2020-ci il tarixli əmrə əsasən həvəsləndirmə tədbiri qaydasında növbəti xüsusi rütbə vaxtından əvvəl verilmiş, 1000/102Ş saylı, xx.xx.2021-ci il tarixli əmrə əsasən “Gömrük xidməti əlaçısı” döş nişanı ilə, xx.xx.2022-ci il tarixdə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illik yubileyi medalı ilə təltif edilmişdir. 1000/674Ş saylı, xx.xx.2022-ci il tarixli əmri ilə Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və təhqiqat idarəsinin rəisi, gömrük xidməti polkovniki İddiaçı töhmət, xidməti intizam qaydalarının tələblərini təkrarən pozduğuna görə isə xx.xx.2022-ci il tarixli 1000/959Ş nömrəli əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədrinin 30 mart 2023-cü il tarixli 1000/213ş nömrəli əmri ilə İddiaçı Gömrük Orqanlarında Xidmətkeçmə haqqında Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsaslanaraq Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin rəisi vəzifəsindən azad edilmiş və həmin Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 8-ci bəndinə əsasən onun gömrük xidmətinə xitam verilmişdir. (Əmrin verilməsinə əsas Daxili Təhlükəsizlik İdarəsinin arayışı olmuşdur.) Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinin 30 mart 2023-cü il tarixli 1000/213ş nömrəli əmrinin İddiaçı aid olan hissədə ləğv edilməsi, onun əvvəlki iş yerinə bərpa edilməsi və 30 mart 2023-cü il tarixdən başlayaraq məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2009-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Baş Gömrük Mühafizə Xidmətinin Şimal Gömrük mühafizə dəstəsinə mühafizəçi vəzifəsinə qəbul olunmuşdur. O, 07 may 2010-cu ildə həmin idarənin böyük mühafizəçisi, 03 noyabr 2011-ci il tarixdə Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin mobil gömrük bölməsinin Baş inspektoru vəzifəsinə təyin olunmuşdur. İddiaçı 14 may 2012-ci il tarixdə DGK-nin Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin Baş inspektoru vəzifəsinə təyin edilmişdir. 28 aprel 2014-cü il tarixdə iddiaçı DGK-nin Şimal Ərazi Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin inspektoru vəzifəsinə təyin edilmişdir. İki ay sonra 30 iyun 2014-cü il tarixdə DGK-nin əməliyyat-axtarış şöbəsinin Böyük inspektoru vəzifəsinə, 05 iyul 2016-cı il tarixdə DGK-nin Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. 27 noyabr 2017-ci il tarixdə DGK-nin Balakən Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin şöbə rəisi vəzifəsinə təyin edilmişdir. 25 avqust 2018-ci il tarixdə R. Fətullayev DGK-nin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. O, Dövlət Gömrük Komitəsində işlədiyi on dörd il ərzində bir sıra mükafatlara, fərmanlara, medallara, təşəkkürlərə və vaxtından əvvəl xüsusi rütbənin verilməsi kimi təltiflərə layiq görülmüşdür. Belə ki, İddiaçı xx.xx.2011-ci il tarixdə təşəkkür elan edilmiş, xx.xx.2013-cü il tarixdə pul mükafatı ilə mükafatlandırılmış, xx.xx.2015-ci il tarixdə vaxtından əvvəl növbəti xüsusi rütbə verilmiş, xx.xx.2016-cı il tarixdə təşəkkür elan edilmiş, xx.xx.2017-ci il tarixdə Dövlət Gömrük Komitəsinin fəxri fərmanı, Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanın fəxri fərmanı mükafatı ilə təltif olunmuşdur. Eyni zamanda ona xx.xx.2018 və xx.xx.2020-ci il tarixlərdə növbəti xüsusi rütbənin vaxtından əvvəl verilməsi mükafatı ilə, xx.xx.2021-ci il tarixdə “Gömrük Xidməti Əlaçısı” döş nişanı ilə təltif edilmişdir. İddiaçıya eyni zamanda 26 yanvar 2022-ci il tarixdə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illik (1992-2022)" yubileyi medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədrinin 30 mart 2023-cü il tarixli 1000/213ş nömrəli əmri ilə İddiaçı Gömrük Orqanlarında Xidmətkeçmə haqqında Əsasnamənin 69-cu maddəsinin 7- ci bəndinə əsaslanaraq Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin rəisi vəzifəsindən azad edilmişdir. Həmin əmrdə onun işdən azad edilməsini onunla əlaqələndirilmişdir ki, R. Fətullayev rəhbərlik etdiyi idarədə işiyarıtmaz şəkildə təşkil etmiş, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üzrə xidməti vəzifələrinin öhdəsindən gələ bilməmiş, tabeliyindəki əməkdaşların xidməti vəzifələrini yerinə yetirmələrinə nəzarət tələb olunan şəkildə həyata keçirməmiş, məxfi kargüzarlı işini qanunamüvafiq qaydada təşkil etməmiş, bu səbəbdən əməliyyat-axtarış fəaliyyəti nəticəsində aşkar edilən hüquqpozma faktlarının göstəriciləri qənaətbəxş olmamış, xidməti araşdırmaların nəticələrinə təsir göstərməyə cəhd etmişdir. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədrinin 30 mart 2023-cü il tarixli 1000/213ş nömrəli əmrini qanunsuz və əsassız hesab edilməli və həmin əmr İddiaçı münasibətdə ləğv edilməldir. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədrinin 30 mart 2023-cü il tarixli 1000/213ş nömrəli əmrinə baxdıqda qanunların pozulduğunu və İddiaçı qarşı qərəzli bir münasibətin ortaya çıxdığı aydın olunur. Belə ki, iddiaçının işdən çıxarılması üçün verilmiş əmrdə yalnız ümumi sözlər sadalanır. Bildirilir ki, rəhbərlik etdiyi idarədə işi yarıtmaz şəkildə təşkil etmişdir. Onun işinin yarıtmaz şəkildə təşkil etməsinə dair hər hansı bir fakt sadalanmır. Sadəcə ümumi sözlər qeyd olunmuşdur. Yuxarıda iddiaçının gömrük orqanlarında xidmətə başladığı dövrdən-14 il ərzində ən kiçik vəzifədən və rütbədən yüksəldiyinin şahidi olunur. 2018-ci ildən o, idarə rəisi vəzifəsinə təyin edilir. Bu müddət ərzində göstərdiyi xidmətlərə, gördüyü işlərə görə dəfələrlə təltif və medallar alır. Amma son bir yoxlama ilə onun işinin yarıtmadığı ortaya çıxmasının göstərilməsi inzibati orqan tərəfindən qərəzli bir yanaşmadır və inzibati icraat haqqında qanunun pozulmasıdır. İddiaçının işdən xaric edilməsi ilə bağlı gətirilən ikinci bir əsas isə qeyd edildiyi kimi «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üzrə xidməti vəzifələrinin öhdəsindən gələ bilməməsi göstərilirb. Lakin iddiaçının rəhbərlik etdiyi idarədə hansı bir vəzifənin öhdəsindən layiqincə gələ bilmədiyi göstərilmir. Yenə də yuxarıda qeyd edildiyi kimi beş il ərzində idarə rəisi olduğu zaman həmişə orden, medal, vaxtından əvvəl rütbə alan iddiaçını heç bir əsas gətirmədən öz işinin öhdəsindən gələ bilmədiyi vurğulanır. Dövlət Gömrük Komitəsinin sədrinin 1000/213ş nömrəli əmrində göstərilən digər əsaslar da heç bir fakta söykənmədən qərəzli bir münasibət göstərməklə, heç bir qanuna və fakta əsaslanmadan gömrük orqanlarında xidmətdən xaric edilmişdir. İddiaçı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədrinin 30 mart 2023-cü il tarixli 1000/213ş nömrəli əmri ilə «Gömrük orqanlarında Xidmətkeçmə haqqında» Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsaslanaraq gömrük orqanlarından xaric edilib. “Gömrük orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 69-cu maddəsinə görə gömrük orqanlarının vəzifəli şəxsi bu Əsasnamənin 16-cı və 44-cü maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsi ilə müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar intizam və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində intizam tənbehlərindən biri tətbiq oluna bilər. Qeyd edilən qanunvericlik aktları İddiaçı 69-cu maddəsinə nəzərdə tutulan inzibati tənbeh tədbirlərinin verilməsi üçün əsas olan halların olmadığını göstərir. Bu Əsasnamənin 69-cu bəndində nəzərdə tutulmuş intizam tənbehləri gömrük orqanlarının vəzifəli şəxsi barədə yalnız üç halda verə bilərlər. Gömrük orqanlarında xidmət haqqında Əsasnamənin 16-cı maddəsində nəzərdə tutulmuş qadağanedici normaları pozduqda. Həmin Əsasnamənin 44-cü bəndində nəzərdə tutulmuş halda vəzifəli şəxsin üzərinə qoyulmuş vəzifələri yerinə yetirmədikdə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan hüquqpozmaları törətməyə görə. Amma yuxarıda göstərilən qadağanedici, öhdəlik qoyucu normaların heç biri pozulmamışdır. Bu halda nəinki Gömrük orqanlarında xidmət haqqında Əsasnamənin 69-cu bəndinin 7-ci hissəsini, ümumiyyətlə heç bir intizam tənbeh təbirləri tətbiq edilə bilməz. Bütün yuxarıda qeyd edilən qanunvericilik aktları İddiaçı 69-cu maddəsinə nəzərdə tutulan inzibati tənbeh tədbirlərinin verilməsi üçün əsas olan halların olmadığını göstərir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, Əməliyyatİstintaq Baş İdarəsinin 6 mart 2023-cü il tarixli 34/150/010346 nömrəli raportuna qoşma edilən Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin 2020- 2023-cü ilin cari dövrü ərzində fəaliyyətinin yoxlanılması barədə Komitənin 20 fevral 2023cü il tarixli 1000/047 nömrəli Sərəncamının icrasına dair arayışda, habelə həmin Baş İdarənin 6 mart 2023-cü il tarixli 34/150/010398 nömrəli təqdimatında iddiaçı tərəfindən yol verilmiş nöqsanlar göstərilmişdir. 06 mart 2023-cü il tarixli 34/150/010346 nömrəli raporta əlavə edilmiş arayışda və 06 mart 2023-cü il tarixli 34/150/010398 nömrəli təqdimatda qaldırılan məsələ 28 mart 2023-cü il tarixdə Əməliyyat-istintaq Baş İdarəsində məsul vəzifəli şəxslərin iştirakı ilə müzakirə edilmiş və iclas protokollaşdırılmışdır. Müəyyən edilmişdir ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin rəisi, gömrük xidməti polkovniki İddiaçı rəhbərlik etdiyi idarədə işi yarıtmaz şəkildə təşkil etmiş, əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üzrə xidməti vəzifəsinin öhdəsindən layiqincə gələ bilməmiş, tabeliyindəki əməkdaşların xidməti vəzifələrini yerinə yetirmələrinə nəzarəti tələb olunan şəkildə həyata keçirməmiş, aparılan araşdırma zamanı izahat verdikdən sonra barəsində “gömrük orqanlarından xaric etmə” növündə intizam tənbehi tətbiq ediləcəyi təqdirdə videoçarxlar hazırlayaraq müxtəlif sosial şəbəkələrdə paylaşacağını və gömrük orqanlarının nüfuzuna xələl gətirəcəyini bildirməklə xidməti araşdımanın nəticəsinə təsir göstərməyə cəhd etmiş, Əməliyyat şöbəsinin rəisi, gömrük xidməti kapitanı X33 şöbə əməkdaşlarının fəaliyyətinə nəzarəti zəif təşkil etmiş, əməliyyataxtarış fəaliyyətini tənzimləyən normativ-hüquqi aktları dərindən mənimsəməmiş, həyata keçirdiyi əməliyyat işləri üzrə etibarlı şəxs kimi cəlb etdiyi şəxslərlə mütəmadi görüşlər keçirməmiş, əldə etdiyi məlumatlar haqqında arayışlar yazmamış, Əməliyya şöbəsinin baş əməliyyat müvəkkili, gömrük xidməti mayoru X34 etibarlı şəxslərlə keçirdiyi görüş haqqında tərtib etdiyi arayışların tədbir hissəsində görülməli olan tədbirlər yerinə tapşırıqlar yazmış, ilkin əməliyyat-yoxlama işinin ümumiləşdirilmiş arayışını liter işinə deyil, etibarlı şəxsin qovluğuna əlavə etmiş, şöbənin baş əməliyyat müvəkkili, gömrük xidməti polkovnik-leytenantı X29 etibarlı şəxslərlə keçirdiyi görüşlər haqqında arayışların hər bir hissəsinin məzmununu əhatəli şəkildə yazmamış, etibarlı şəxs kimi cəlb etdiyi şəxslərlə mütəmadi görüşlər keçirməmiş, əldə edilmiş məlumatlar barədə arayışlar yazmamış, şöbənin baş əməliyyat müvəkkili, gömrük xidməti leytenantı X21 tərtib etdiyi arayışların tədbir hissəsində görülməli olan tədbirlər yerinə tapşırıqlar yazılmış, etibarlı şəxslərlə əlaqə yaratmamışdan öncə həmin şəxslərlə görüş keçirdiyi brədə arayışlar tərtib etmiş, Əməliyyat şöbəsi rəisinin müavini, gömrük xidməti mayor X30, şöbənin baş əməliyyat müvəkkili, gömrük xidməti mayoru X37, böyük əməliyyat müvəkkili, gömrük xidməti kapitanı X17, şöbənin əməliyyat müvəkkilləri, gömrük xidməti baş leytenantı X22 və gömrük xidməti baş leytenantı X18 etibarlı şəxs kimi cəlb edilən şəxslərlə mütəmadi görüşlər keçirməmiş, əldə etdikləri məlumatlar barədi arayışlar yazmamış, Əməliyyat və təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı X26 bəzi hallarda tabelliyindəki əməkdaşların icraatlarındakı işlər üzrə prosessual hərəkətləri vaxtında həyata keçirilməsinə nəzarət etməmiş, böyük təhqiqatçı, gömrük xidməti kapitanı X31 icraatını apardığı 11000-0498/21 nömrəli inzibati xəta haqqında iş üzrə maddi sübutu protokol əsasında götürməmiş, şöbənin təhqiqatçıları, gömrük xidməti kapitanı X27 icraatında olan 11000-04 f49/22 nömrəli inzibatixəta haqqında iş üzrə qəbul edilən qərarın surətini şəxsin ünvanına göndərməmiş, gömrük xidməti kapitanı X6 icraatını apardığı 11000-1340/20 nömrəli inzibati xəta haqqında iş üzrə protokolu tərtib etdikdən 11 gün sonra baxılması üçün vəzifəli şəxsə göndərmiş, Şimal Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və təhqiqat şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, vəzifəsində Gömrük xidməti mayoru X7 Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və təhqiqat idarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı vəzifəsində şlədiyi dövrdə icraatını apardığı 11000- 1743/21 nömrəli inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsə işə baxılmanın vaxtı və yeri haqqında düzgün məlumat verməmiş, bununla da həmin əməkdaşlar xidməti vəzifələrinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini pozmuşlar. Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 73-cü maddələri ilə göstərilmişdir ki, intizam tənbehi, intizam xətası törətmiş gömrük orqanının vəzifəli şəxsinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt, habelə törədilmiş xətadan altı ay, müvafiq təftiş və ya yoxlamanın nəticələrinə görə isə onun törədildiyi gündən 2 ildən artıq vaxt keçdikdən sonra tətbiq oluna bilməz. Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti kapitanı X2 yoİ verdiyi intizam xətasından 2 ildən artıq vaxt keçmişdir. Xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq xidməti intizam qaydalsının tələblərini pozduğuna görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 08 sentyabr 2022ci il tarixli 1000/674Ş nömrəli əmri ilə Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və təhqiqat idarəsinin rəisi, gömrük xidməti polkovniki İddiaçı töhmət, xidməti intizam qaydalarının tələblərini təkrarən pozduğuna görə isə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 02 dekabr 2022-ci il tarixli 1000/959Ş nömrəli əmri ilə ona sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. Beləliklə, yuxarıda qeyd olunanlar rəhbər tutularaq xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq xidməti intizam qaydalarının tələblərini təkrarən pozduğuna görə Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin rəisi, gömrük xidməti polkovniki İddiaçı “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilmiş və həmin Əsasnamənin 120-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinə əsasən onun gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2 noyabr 2023-cü il tarixli 2-1(112)-9164/2023 nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, inzibati icraatın, eyni zamanda hüququn ümumi prinsiplərindən biri olan qanunçuluq prinsipinə Bakı İnzibati Məhkəməsi əməl etməmişdir. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədrinin 30 mart 2023-cü il tarixli 1000/213ş nömrəli əmrinin qanunsuz verilməsinə dair iddia ərizəsində və cavabdehin etirazına dair mülahizədə geniş formada yazmış və əsaslandırmışlar. Bakı İnzibati Məhkəməsi öz qərarının qanuniliyini əsaslandırmaq üçün AR Əmək Məcəlləsinin 72-ci maddəsinə əsaslanıb. Həmin maddədə qeyd edilir ki, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması halları işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Keçirilən məhkəmə iclaslarında, verdikləri iddia ərizəsi və mülahizədə İddiaçı hansı əmək funksiyasının pozulmasına dair əsaslı bir fakt göstərsinlər. Misal üçün arayışın qısa yazması, yaxud da əhatəli yazmaması, yaxud da öz əmək funksiyalarına aid olmayan vəzifələrə görə əmək intizamını pozulmasını göstərmək qanunçuluq prinsipinin pozulmasıdı?! Onların iddia etdiyi 2023-cü ilin mart ayında ümumiyyətlə iddiaçı hər hansı bir əmək funksiyasının pozmamasıdır. Bakı İnzibati Məhkəməsinin qərarında da konkret olaraq hansı əmək funksiyasının pozulması göstərilməyib. Belə ki, İnzibati İcraat haqqında Qanunun 22.1-ci maddəsinə əsasən inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. Amma iddiaçı barədə 2022-ci ilin sentyabr ayından başlayaraq ona qarşı qərəzli bir münasibətin olması üzə çıxır. Təsəvvür edin 2022-ci ilin sentyabr ayında heç bir əsas olmadan töhmət verilir. Halbuki bu töhmətin verilməsinin iddiaçıya heç bir aidiyyəti olmayıb. 2022-ci ilin dekabr ayının 02-də verilən şiddətli töhmətin də iddiaçının rəhbərlik etdiyi idarə ilə heç bir aidiyyəti olmayıb. Bütün bunlar barədə Komitə sədrinə məlumat verib ki, şiddətli töhmət üçün əsas olan video görüntüdə nə iddiaçı, nə də idarədən olan adamlar yox tamamilə kənar şəxslər olub. Onlar torbanı postdan götürərək aparıblar. Şiddətli töhmətin ləğv edilməsi ilə bağlı şifahi formada komitə sədrinə bildirdikdə ona “heç nə olmaz” deyilib. Belə bir vəziyyətdə, İdarə rəisi ola-ola 2022ci ilin sentyabr və dekabr aylarında verilmiş intizam tədbirinin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etməyi təbii ki heç bir halda düzgün olmazdı. Amma işdən xaric edildikdən sonra da müddətin buraxılmasına görə onu mübahisələndirməyi mümkünsüz idi. Amma Komitə rəhbərliyinin iddiaçıya olan qərəzi bununla da bitmir. 2022-ci ilin dekabr ayının sonunda Qərb Ərazi Regional Baş İdarəsində kompleks yoxlama keçirilir və iddiaçının fəaliyyətində heç bir nöqsan və qüsur aşkar edilmir. Bundan bir ay sonra Baş İdarə rəsinin müavini Arif Mehdiyev iddiaçının fəaliyyətinin qənaətbəxş olmaması ilə bağlı raport yazaraq AR DGK-in sədrinə göndərir. Raportun əsasında iddiaçı AR DGK-in İnzibati binasında izahat verib bildirir ki, “mənim fəaliyyətim Qərb Ərazi Regional Baş İdarəsinin rəisi tərəfindən yoxlanıla bilməz.” Bundan sonra AR DGK-in Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi Nuriyevin göstərişi ilə yoxlama aparılır. Bu zaman belə bir ritorik sual yaranır. Necə ola bilər ki, 2022-ci ilin sonunda heç bir nöqsan tapılmır fəaliyyətində, amma üzərindən bir ay keçəndən sonra həmin nöqsanlar “üzə çıxır”. Halbuki qeyd etdikləri özlərinin də qeyd etdikləri kimi, son illəri əhatə edirdi. Bütün bunlar onu göstərirdi ki, inzibati orqan iddiaçıya qarşı qərəzli olaraq münasibət bəsləyib, ümumi sözlər ilə nöqsan tapmağa cəhd ediblər. Eyni zamanda birinci instansiya məhkəməsində qərarında iddiaçı tərəfin də “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təkrarən pozmasına əsaslanaraq əmrin qanuni və mütənasib olmasını qeyd edib. Amma “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin hansı bəndi iddiaçı tərəfindən pozulub və bu pozuntu nədə ifadə olunur buna aydınlıq gətirilməyib. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 avqust 2024-cü il tarixli, 2-1(103)-1904/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-211/2025 saylı 13 fevral 2025-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 avqust 2024-cü il tarixli, 2-1(103)-1904/2024 nömrəli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İşin təkrar apellyasiya baxışında cavabdehin verdiyi mülahizənin məzmunu: Mülahizədə qeyd edilmişdir ki, xidməti araşdırma aparılmış sabiq əməkdaş barəsində çıxarılmış və hazırda mübahisələndirilən inzibati aktın verilməsinə əsas olmuş hallar, səbəblər, izahatlar və digər sübutlara qiymət verilməsi üçün iş materiallarına baxmaq kifayət edir. Halbuki, inzibati icraat materiallarında mövcud olan əmrlərin hər biri üzrə aparılmış xidməti araşdırmalar sübut edir ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının gəldiyi qənaət doğru deyildir. Komitə tərəfindən sabiq əməkdaşın bir əməlinə görə onun barəsində iki intizam tənbehi tətbiq edilməmişdir (həmin əmrlər və aidiyyəti araşdırma materialları əlavə olunur). Hətta, xidmətinə xitam verilməzdən əvvəl barəsində tətbiq edilmiş töhmət və sonuncu xəbərdarlıqla şiddətli töhmət əmrlərini şəxsin özü belə mübahisələndirmədiyi, izahatında etiraf etdiyi halda (mübahisələndirilmə müddəti də ötürülmüşdür) məhkəmənin həmin əmrləri əsas kimi qəbul etməsi və ya səbəbli əlaqə axtarması öz-özlüyündə mübahisəli məqamdır. Belə ki, 8 sentyabr 2022-ci il 1000/674ş nömrəli əmr, habelə həmin əmrin verilməsinə əsas olmuş xidməti araşdırma materialları üzrə müəyyən edilir ki, sabiq əməkdaş 23 avqust 2022-ci il tarixdə ölkə sərhədindən keçən fiziki şəxsin yük nəqliyyat vasitəsinin gizli saxlanc yerində gömrük nəzarətindən gizlədilmiş malların aşkar edilməsi faktı barədə müvafiq sənədləşdirmə aparılmadan saxlanca götürülməsinə dair tabeliyində olan digər gömrük orqanının vəzifəli şəxsinə qanunsuz göstəriş vermişdir. Hər iki əməkdaşa sözügedən əmrlə töhmət verilmişdir. 2 dekabr 2022-ci il 1000/959ş nömrəli əmr, habelə həmin əmrin verilməsinə əsas olmuş xidməti araşdırma materialları üzrə müəyyən edilir ki, sabiq əməkdaşın rəhbərlik etdiyi idarədə tabeliyində olan əməkdaşlar tərəfindən həmin İdarənin Əsasnaməsi ilə müəyyən edilmiş tələblərə zidd olaraq həyata keçirilən fəaliyyətə nəzarət etməmiş, baş verə biləcək hüquq pozuntusuna səbəb və şərait yaradan hallar üzrə qabaqcadan profilaktik tədbirlər aparmamışdır. Bu hissədə sabiq əməkdaşın konkret hal üzrə, yəni nəzarəti düzgün təşkil etmədiyi faktı əsasında xidməti araşdırma aparılmışdır. Belə ki, bu fakt məhz tabeliyində olan gömrük əməkdaşının şəxsi sifarişi əsasında gömrük sərhədini keçən vətəndaşdan əldə olunan siqaretlərin müvəqqəti saxlanca yerləşdirilməsi adı altında sonradan həmin əməkdaş tərəfindən öz istifadəsi üçün götürülməsi ilə bağlıdır. Sabiq əməkdaş İdarə rəisi olaraq, həmin İdarəsinin Əsasnaməsinə əsasən tabeliyində olduğu əməkdaşlar tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməsi üzrə məsul şəxsdir. Barəsində tətbiq edilmiş töhmət əmrində də sabiq əməkdaşın rəhbərlik etdiyi İdarədə bu kimi halların mövcudluğu, nəzarəti düzgün təşkil etmədiyi, islahedici əmrdən də nəticə çıxarmadığı, həmçinin qanunvericiliyin tələblərinin pozulduğu aşkardır. Hazırda mübahisələndirilən 30 mart 2023cü il tarixli 1000/213ş nömrəli əmr və onun verilməsinə əsas olmuş xidməti araşdırma materialları müvafiq təqdimat əsasında özündə kompleks yoxlamanı ehtiva edir və hər bir pozuntu üzrə fərdi araşdırma aparılmış, nəticə üzrə qərar qəbul edilmişdir. Sabiq əməkdaş barəsində tətbiq edilmiş intizam tənbehləri 2022-ci ilin sonu və 2023-cü ilin əvvəlini əhatə etməklə hər biri ayrılıqda xidməti araşdırmanın nəticələrini özündə ehtiva etməklə, hüquqi, əsaslı və qanuni əmrlərdir. Məhkəmə kollegiyasının 14 vərəqlik qərarında tək istinadı (tək açar sözü) və nəzəri əsası məhz bir əmələ görə iki intizam tənbehinin verilməsi ehtimalından ibarətdir ki, bu belə ehtimal olmalqa, həqiqəti əks etdirmir. Komitə üçün də maraqlıdır ki, Apellyasiya məhkəməsi tam olaraq nəyi araşdıracaqdır? İddiaçı tərəfindən mübahisələndirilmə üçün iddia müddəti ötmüş və mübahisələndiriləcəyi təqdirdə hər bir halda mümkünsüz hesab edilməli olan iddiaları mı? Yəni iddiaçının belə vaxtilə mübahisələndirmədiyi, etiraz etmədiyi, əksinə etiraf etdiyi (izahatlarla sübut olunur) xidmətinə xitam verilməzdən əvvəl verilmiş inzibati aktları mı? Komitə hesab edir ki, Apellyasiya instansiyası mövcud iş materiallarına istinad edərək əvvəlki inzibati aktların iddiaçı tərəfindən yenidən mübahisələndirilməsinə yol vermədən, xidməti araşdırma materiallarına baxaraq ədalətli qərar qəbul edəcəkdir. Ədalət şəffaf tərzdə bərqərar olmalıdır. Tərəflərin izahatları: İddiaçı və iddiaçının vəkili Vəkil1 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat edərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtləri də yoxlanılarkən Kollegiya hesab edir ki, ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İşin mahiyyətinə gəldikdə isə qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı tələbi “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinin 30 mart 2023-cü il tarixli 1000/213ş nömrəli əmrinin İddiaçı aid olan hissədə ləğv edilməsi, onun əvvəlki iş yerinə bərpa edilməsi və 30 mart 2023-cü il tarixdən başlayaraq məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” barədədir. Bununla bağlı o, məhkəməyə müraciət etmiş, lakin iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, ““Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə gömrük orqanlarında xidməti intizam qaydalarını pozan əməkdaşlara tətbiq edilən intizam tənbehlərinin dairəsini konkret müəyyənləşdirmiş, həmin sıraya daxil olan “gömrük orqanlarından xaric edilmə” tədbirinin tətbiqini isə müstəsna tədbir kimi vəzifələrin icrası zamanı xidməti intizamın bir dəfə kobud surətdə və ya xidməti vəzifələrin mütəmadi olaraq yerinə yetirilməməsi ilə şərtləndirmişdir. Xidməti vəzifələrin mütəmadi pozulması isə intizam tənbehi olan əməkdaşın altı ay ərzində təkrar pozuntuya yol verməsi sayılır. Hazırkı işin araşdırılmış hallarından müəyyən edilir ki, iddiaçıya bundan əvvəl “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 3-cü bəndinə əsasən Komitənin 02 dekabr 2022-ci il tarixli 1000/959Ş nömrəli əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. İddiaçı həmin əmrdən məlumatlı olmuş, lakin mübahisələndirməmişdir. Mübahisələndirilən xx.xx.2023-cü il tarixli, 1000/2013Ş saylı inzibati akt intizam tənbehi olan iddiaçının xidməti intizam qaydalarının təkrarən pozulması əsası ilə qəbul edildiyindən, Əsasnamənin 69-1, habelə Qaydaların V hissəsinin 33-cü bəndinə müvafiq olaraq iddiaçının gömrük orqanlarında xidmətinə xitam verilməsi üçün qanuni əsas mövcud olmuşdur. Cavabdeh inzibati orqanın apardığı inzibati icraat üzrə qəbul etdiyi sözügedən əmr “İnzibati icraat haqqında” AR Qanununun 17-ci maddəsi baxımından mütənasib sayılmalıdır.” Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq isə qeyd etmişdir ki, cavabdeh iddiaçı barəsində mübahisələndirilən əmri qəbul edərkən diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hədlərdə və diskresion hüququnu həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdir. Lakin işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının mövqeyi fərqli olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 211/2025 saylı xx.xx.2025-ci il tarixli qərarında göstərilən göstərişləri nəzərə alaraq işə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin: 2-ci bəndinə əsasən gömrük orqanlarında xidmət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və Azərbaycan Respublikasının Gömrük Məcəlləsindən, bu Əsasnamədən və gömrük orqanlarında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. Əmək münasibətlərinə dair bu Əsasnamədə nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. 16-cı bəndinə əsasən gömrük orqanlarının vəzifəli şəxslərinin: 1) sahibkarlıq fəaliyyəti ilə (o cümlədən vasitəçilərin köməyi ilə) məşğul olmağa; 1-1) “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan hüquqpozmaları törətməyə; 2) gömrük məsələləri üzrə üçüncü şəxslərin müvəkkili olmağa; 3) müqavilə ilə mülki-hüquqi xarakterli gömrük işi ilə əlaqədar işləri yerinə yetirməyə; 4) öz xidməti vəziyyətindən istifadə etməklə üçüncü şəxslərə Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmayan hər hansı bir yardım göstərmək və bunun müqabilində haqq, imtiyazlar və xidmətlər əldə etməyə; 5) təsərrüfat subyektlərinin idarə edilməsində bilavasitə və ya nümayəndə vasitəsi ilə iştirak etməyə; 6) tətillərin təşkili və onların keçirilməsində iştirak etməyə; 7) siyasi partiyalar yaratmağa və yaxud onların işində iştirak etməyə; 8) əvəzçilik şərti ilə istənilən haqqı ödənilən işi görməyə (elmi-tədris və yaradıcılıq fəaliyyətindən başqa) ixtiyarı yoxdur. 44-cü bəndinə əsasən gömrük orqanının vəzifəli şəxsi aşağıdakıları etməyə borcludur: Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ hüquqi aktlarına riayət edilməsini təmin etmək; fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni maraqlarının müdafiəsini təmin etmək; gömrük orqanlarının rəislərinin səlahiyyətləri çərçivəsində verdikləri əmr və sərəncamlarını yerinə yetirmək; xidməti vəzifələri hüdudlarında fiziki və hüquqi şəxslərin müraciətlərinə vaxtında baxmaq; gömrük orqanlarında müəyyən edilən daxili intizam və xidməti informasiya ilə rəftar qaydalarını gözləmək, vəzifə təlimatlarını yerinə yetirmək; dövlət sirrini və qanunla qorunan digər sirləri qorumaq, xidməti vəzifələrini yerinə yetirərkən ona məlum olmuş məlumatları açıqlamamaq. 69-cu bəndinə əsasən gömrük orqanlarının vəzifəli şəxsi bu Əsasnamənin 16-cı və 44-cü maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 7-ci maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: 1) irad; 2) töhmət; 3) sonuncu xəbərdarlıqla şiddətli töhmət;.. 5) xüsusi rütbənin bir pillə aşağı salınması; 6) vəzifədən azad etmə (bu halda gömrük orqanının vəzifəli şəxsi Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının sərəncamında ola bilər və həmin müddət ərzində onun gömrük orqanlarından xaric edilməsinə əsaslar olmazsa, o, gömrük orqanlarında işə təyin edilir); 7) gömrük orqanlarından xaric etmə; 8) qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə gömrük orqanlarından xaric etmə. 69-1-ci bəndinə əsasən bu Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı xidməti intizamın bir dəfə kobud surətdə pozulmasına və ya xidməti vəzifələrin müntəzəm surətdə yerinə yetirilməməsinə və ya bu Əsasnamənin 16- cı maddəsində nəzərdə tutulmuş gömrük orqanlarında xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər. 71-ci bəndinə əsasən intizam tənbehi verilərkən gömrük orqanının vəzifəli şəxsinin əvvəlki peşəkarlıq səviyyəsi və xidmətə münasibəti, törətdiyi xətanın ağırlığı və xarakteri, xətanın törədildiyi zaman mövcud olmuş hallar nəzərə alınmalıdır. İntizam tənbehi verilməmişdən əvvəl, gömrük orqanının vəzifəli şəxsindən yazılı izahat tələb edilməlidir. Zəruri hallarda izahatda göstərilən məlumatların yoxlanılması həyata keçirilir və bu yoxlamanın nəticəsindən asılı olaraq qərar qəbul edilir. 72-ci bəndinə əsasən intizam tənbehi, intizam tənbehini tətbiq etməyə səlahiyyəti olan gömrük orqanının müvafiq vəzifəli şəxsinə xidməti intizamın pozulduğu məlum olduğu andan 20 gün keçənədək xidməti araşdırmanın aparılması, cinayət işi və ya inzibati xəta haqqında işin qaldırılması hallarında isə - müvafiq olaraq araşdırmanın qurtardığı, səlahiyyətli orqan və ya vəzifəli şəxs tərəfindən inzibati və ya cinayət işinə baxılması və onun barəsində son qərar qəbul edilməsi günündən etibarən bir ay keçənədək verilə bilər. 73-cü bəndinə əsasən intizam tənbehi, intizam xətası törətmiş gömrük orqanının vəzifəli şəxsinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt, habelə törədilmiş xətadan altı ay, müvafiq təftiş və ya yoxlamanın nəticələrinə görə isə onun törədildiyi gündən 2 ildən artıq vaxt keçdikdən sonra tətbiq oluna bilməz. Gömrük orqanının vəzifəli şəxsinin məzuniyyətdə, ezamiyyətdə və xəstə olduğu vaxt, habelə cinayət və ya inzibati xəta haqqında iş üzrə icraat vaxtı bu müddətdə daxil edilmir. 74-cü bəndinə əsasən İntizam tənbehinin verilməsi əmrlə rəsmiləşdirilir. Əmr, törədilmiş xətanın səbəbləri göstərilməklə, tənbeh verilmiş gömrük orqanının vəzifəli şəxsinə elan olunur və bu barədə ona imza etdirilir. 75-ci bəndinə əsasən gömrük orqanının vəzifəli şəxsinə verilmiş intizam tənbehi, əgər altı ay müddətində ona yeni intizam tənbehi tətbiq olunmamışsa, onun üzərindən götürülür və o, tənbeh almamış hesab olunur. 76-cı bəndinə əsasən intizam tənbehi tətbiq edilmiş gömrük orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanına, habelə məhkəməyə şikayət etmək hüququna malikdir. 120-ci bəndinə əsasən gömrük orqanının vəzifəli şəxsinin xidmətinə aşağıda göstərilən hallara əsasən xitam verilə bilər: 8) gömrük orqanlarından xaric edildikdə; Bu maddənin birinci hissəsinin 2-ci, 4-13-cü bəndlərində göstərilən əsalara görə gömrük orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilməsi Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının təşəbbüsü ilə həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2012-ci il tarixli, 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 5.6.6-cı bəndinə əsasən, müəyyən edilmiş qaydada Komitənin aparatının işçilərini, gömrük orqanlarının və tabeliyində olan digər qurumların rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir, həmçinin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad etmək Komitə sədrinin səlahiyyətlərindəndir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının 30 yanvar 2012-ci il tarixli 01/03 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X39”nin: 3.1-ci bəndinə əsasən gömrük orqanı əməkdaşının xidməti davranışı qanunvericiliklə ona verilmiş hüquqların həyata keçirilməsi və xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyətidir. Xidməti davranış Azərbaycan Respublikasının qanunvericiliyi və bu Kodekslə müəyyən edilmiş etik davranış qaydalarına və prinsiplərinə əsaslanmalıdır. 3.3-cü bəndinə əsasən gömrük orqanı əməkdaşı Azərbaycan Respublikasının qanunvericiliyi və bu Kodekslə müəyyən edilmiş xidməti davranış prinsiplərinə tam şəkildə əməl etməyə borcludur: 3.3.6-cı bəndinə əsasən Bu Kodeksin tələblərini dəqiq bilməli və ona riayət edilməməsinin məsuliyyətini dərk etməlidir. 3.5-ci bəndinə əsasən özünə, tabeliyində olanlara və həmkarlarına qarşı tələbkar olmalı, bu Kodekslə müəyyən edilmiş qaydaların hər hansı bir əməkdaş tərəfindən pozulması halları ilə qarşılaşdıqda, onların aradan qaldırılması üçün tədbir görməli, zərurət yarandıqda bu barədə aidiyyəti üzrə məlumat verməlidir. 12.1-ci bəndinə əsasən bu Kodeksdə təsbit olunmuş prinsip və qaydalara gömrük orqanı əməkdaşı tərəfindən əməl edilməməsi, həmçinin, digər əməkdaşlar və vəzifəli şəxslər tərəfindən həmin prinsip və qaydaların pozulması hallarına göz yumulması xidməti intizamın pozulması kimi qiymətləndirilir və «Gömrük orqanlarında xidmət haqqında» Əsasnamədə nəzərdə tutulmuş intizam məsuliyyəti doğurur. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xx.xx.2001-ci il tarixli 080 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Gömrük X9”nın: 2-ci bəndinə əsasən xidməti intizam: qanunvericiliyin tələblərinə ciddi riayət, öz xidməti vəzifəsini yerinə yetirməsi üçün hər bir əməkdaşın şəxsi cavabdehliyi, əməkdaşların gömrük orqanlarında daxili intizam, xüsusi geyim formasının daşınması, xidməti məlumatlarla işləmə qaydalarına ciddi riayət etmələri, xidməti vəzifələrini yerinə yetirərkən nəzakətli davranış, xidməti vəzifənin icrası üçün zəruri olan ixtisas səviyyəsinin və peşəkarlığın artırılması sahəsində hər bir əməkdaşın səyi, tabeçiliyində olan əməkdaşların öz xidməti vəzifələrinin icrası üzərində gömrük orqanı rəisinin daimi nəzarəti, rəislər tərəfindən inandırma və məcburetmə tədbirlərinin düzgün əlaqələndirilməsi və ədalətli tətbiqi hesabına təmin edilir. 8-ci bəndinə əsasən rəis tabeliyində olan əməkdaşlar arasında xidməti intizamın vəziyyətinə görə şəxsən məsuliyyət daşıyır. 21-ci bəndinə əsasən xidməti intizamın pozulması (intizam xətası)- əməkdaşın təqsiri üzündən xidməti vəzifələrinin və ya ona verilmiş tapşırıqların tələb olunan səviyyədə icra olunmaması deməkdir. 22-ci bəndinə əsasən xidməti intizamın kobud surətdə pozulmasına aiddir: 1) “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 44-cü maddəsi ilə müəyyən olunmuş vəzifələrin yerinə yetirilməməsi; ... 6) Əvvəllər verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq, altı ay ərzində təkrarən xidməti vəzifələrin yerinə yetirilməməsi; 23-cü bəndinə əsasən gömrük orqanının vəzifəli şəxsi xidməti intizamı pozduqda ona “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinə müvafiq olaraq aşağıdakı intizam tənbehlərindən biri tətbiq edilə bilər: 6) gömrük orqanlarında xidmətinə xitam verilmə. 31-ci bəndinə əsasən gömrük orqanlarında xidmətinə xitam verilmə son hədd intizam tənbehidir və xidməti intizam kobud şəkildə və yaxud mütəmadi olaraq pozulduqda, və ya gömrük orqanlarında xidmətlə bir araya sığmayan hərəkətlərə yol verildikdə tətbiq olunur. 33-cü bəndinə əsasən intizam tənbehi olan əməkdaş altı ay ərzində təkrar pozuntuya yol verərsə, bu, xidməti intizamın mütəmadi olaraq pozulması hesab olunur. 44-cü bəndinə əsasən intizam məsuliyyətinə cəlb edilməsi barədə qərarla razı olmadığı halda, əməkdaş bu qərardan yuxarı gömrük orqanının rəisinə və ya məhkəməyə yazılı şəkildə şikayət edə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. 189-cu maddəsinə əsasən intizam tənbehinin verilməsi şərtləri:

1. Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz.

2. İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz.

3. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır.

4. İntizam tənbehi verilməsi barədə əmrdə (sərəncamda, qərarda) işçinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan, habelə intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi yolverilməzdir. Hazırki işdə iddiaçı 422Ş saylı, xx.xx.2009-cu il tarixli əmrə əsasən gömrük orqanlarında xidmətə qəbul edilmiş, 100/529Ş saylı, xx.xx.2013-cü il tarixli əmr ilə ona həvəsləndirmə tədbiri qaydasında bir aylıq vəzifə maaşı həcmində pul mükafatı, 100/594Ş saylı, xx.xx.2015-ci il tarixli əmr ilə növbəti xüsusi rütbə vaxtından əvvəl verilmiş, 100/126Ş saylı, xx.xx.2016-cı il tarixli əmr ilə təşəkkür elan edilmiş, 100/195Ş saylı, xx.xx.2017-ci il tarixli əmrlə “Gömrük xidməti əlaçısı” döş nişanı ilə təltif edilmiş, 100/779Ş saylı, xx.xx.2017-ci il tarixli əmrə əsasən intizam məsuliyyətinə cəlb edilmiş və xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini pozduğuna görə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 3-cü bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmiş, 100/910Ş saylı, xx.xx.2017-ci il tarixli əmrlə tətbiq edilmiş intizam tənbehi vaxtından əvvəl götürülmüş, 100/1272Ş saylı, xx.xx.2018-ci il əmrlə Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin vəzifəsinə təyin edilmiş, 100/1545Ş saylı, xx.xx.2018-ci il tarixli həvəsləndirmə tədbiri qaydasında növbəti xüsusi rütbə vaxtından əvvəl verilmiş, 1000/102Ş saylı, xx.xx.2019-cu il tarixli əmrlə xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini pozduğuna görə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 2-ci bəndinə əsasən töhmət elan edilmiş, 1000/081Ş nömrəli, xx.xx.2020-ci il tarixli əmrə əsasən həvəsləndirmə tədbiri qaydasında növbəti xüsusi rütbə vaxtından əvvəl verilmiş, 1000/102Ş saylı, xx.xx.2021-ci il tarixli əmrə əsasən “Gömrük xidməti əlaçısı” döş nişanı ilə, xx.xx.2022-ci il tarixdə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illik yubileyi medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi üzrə 08 sentyabr 2022-ci il tarixli, 1000/674ş saylı əmrlə xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini pozduqlarına görə Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin rəisi İddiaçı... “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 2-ci bəndinə əsasən “töhmət” elan edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi üzrə “Bəzi gömrük orqanı əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilmələri haqqında” 02 dekabr 2022-ci il tarixli, 1000/959ş saylı əmrlə xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini təkrarən pozduğuna görə Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin rəisi, gömrük xidməti polkovniki İddiaçı “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 3-cü bəndinə əsasən sonuncu xəbərdarlıqla “şiddətli töhmət” elan edilmişdir. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin müavini, Baş İdarə rəisinin vəzifəsini müvəqqəti icra edən Orxan Nuriyevin 06 mart 2023-cü il tarixli 34/150/010346 nömrəli raportunun və 34/150/010398 nömrəli təqdimatının araşdırılmasının nəticəsi haqqında” 30 mart 2023-cü il tarixli, 1000/213Ş nömrəli əmrindən görünür ki, xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq xidməti intizam qaydalarının tələblərini təkrarən pozduğuna görə Qərb Ərazi Baş Gömrük idarəsinin Əməliyyat və təhqiqat idarəsinin rəisi, gömrük xidməti polkovniki İddiaçı “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən “gömrük orqanlarından xaric edilməsi” və həmin Əsasnamənin 120-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinə əsasən onun gömrük orqanlarında xidmətinə xitam verilmişdir (1-ci bənd). İşə baxan birinci instansiya məhkəməsinin sorğusuna əsasən cavabdeh inzibati orqan tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinin 30 mart 2023-cü il tarixli 1000/213ş nömrəli əmrinin verilməsi üçün əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. -Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Orxan Nuriyevin 06 mart 2023-cü il tarixli 34/150/010346 nömrəli raportundan görünür ki, Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük idarəsinin Əməliyyat və təhqiqat idarəsinin 2020-2023-cü ilin cari dövrü ərzində fəaliyyətinin yoxlanılması barədə 20 fevral 2023-cü il tarixli 1000/047 №li sərəncamın icrası ilə əlaqədar həyata keçirilmiş yoxlamanın nəticələrinə dair tərtib edilmiş arayış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinə təqdim edilmişdir. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən AR DGK-nin sədrinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 34/150/010391 nömrəli təqdimatın mətnindən müəyyən edilir ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin fəaliyyətində aşkar edilmiş nöqsan və çatışmazlıqların əsas səbəblərindən birinin idarənin rəisi Fİddiaçı fəaliyyət ərazisində gömrük işi sahəsində cinayətlərin və digər hüquqpozmaların aşkarlanması, onlar üzrə icraatın və təhqiqatının araşdırılması, hüquqpozma törədən şəxslərin müvafiq məsuliyyətə cəlb edilməsi, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üzrə xidməti vəzifələrinin öhdəsindən gələ bilməməsi, onun icrasına laqeyd yanaşaraq tabeliyində olan əməkdaşların xidməti fəaliyyətlərini düzgün təşkil və ona nəzarət etməməsi olmuşdur. Təqdimatda həmçinin qeyd edilmişdir ki, xidməti intizam qaydalarını pozduğuna görə İddiaçı dəfələrlə intizam tənbehi verilsə də, o bundan düzgün nəticə çıxarmamışdır. Belə ki, xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini pozduğuna görə Dövlət Gömrük Komitəsi üzrə 26 iyul 2017-ci il tarixli, 100/779Ş nömrəli əmrlə İddiaçı sonuncu xəbərdarlıqla töhmət, 08 sentyabr 2022-ci il tarixli 1000/674Ş nömrəli əmrlə töhmət və 02 dekabr 2022-ci il tarixli 1000/959Ş nömrəli əmrlə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Qeyd olunanları və Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin rəisi İddiaçı tutduğu vəzifəyə uyğun olmadığını nəzərə alaraq barəsində müvafiq tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsi xahiş edilmişdir. -Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsin Daxili Təhlükəsizlik idarəsi Xidməti araşdırmalar şöbəsinin inspektoru tərəfindən 10 mart 2023-cü il tarixdə İddiaçı izahat alınmış, sonuncu barəsində qeyd olunan nöqsan və pozuntular barədə ətraflı izahat verərək imza etmişdir. -Daxili Təhlükəsizlik İdarəsinin Xidməti araşdırmalar şöbəsinin rəisi, Daxili Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Mirşahin Mirişli tərəfindən AR Dövlət Gömrük Komitəsinin sədrinə verilmiş raportda məruzə edilərək bildirilmişdir ki, barəsində xidməti araşdırma aparılan şəxslərdən Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və təhqiqat idarəsinin rəisi İddiaçı izahat verdikdən sonra onunla mobil telefonla “Whatsapp” mobil tətbiqi vasitəsilə əlaqə saxlayaraq barəsində ‘‘gömrük orqanlarından xaric etmə” növündə intizam tənbehi tətbiq ediləcəyi təqdirdə videoçarxlar hazırlayaraq müxtəlif sosial şəbəkələrdə paylaşmaqla gömrük orqanlarının nüfuzuna xələl gətirəcəyini bildirmiş, bununla da xidməti araşdırmaya təsir göstərməyə cəhd etmişdir. -Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq baş İdarəsində “Qərb Ərazi Baş Gömrük idarəsinin Əməliyyat və təhqiqat idarəsinin 2020- 2023-cü illərin cari dövrü ərzində fəaliyyətinin yoxlanılmasının nəticələrinin müzakirəsinə dair” keçirilmiş 28 mart 2023-cü il tarixli iclasın protokolundan görünür ki, İddiaçı çıxış edərək yol verilmiş nöqsanları qismən etiraf edərək bunların səbəblərinin bir sıra çatışmazlıqlarla izah etməyə çalışmış, sistematik olaraq xidməti fəaliyyətində yol verdiyi pozuntulara görə dəfələrlə intizam məsuliyyətinə cəlb edilməsinin səbəbi barədə suala cavab kimi qeyd olunan intizam tənbehləri ilə əlaqədar olaraq fikrini bildirmiş və əgər tutduğu vəzifədə işi qənaətbəxş hesab olunmadığı halda müvafiq işə keçirilməsi barədə rəhbərlik qarşısında məsələ qaldırılmasını xahiş etmişdir. Yoxlamanın nəticələri haqqında arayış və onun müzakirəsinə həsr olunmuş iclasın keçirilməsinə dair protokol hüquqi qiymət verilməsi üçün X8 İdarəsinə göndərilməsi qərara alınmışdır. - Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin müavini, Baş İdarə rəisinin vəzifəsini müvəqqəti icra edən Orxan Nuriyevin 06 mart 2023-cü il tarixli 34/150/010346 nömrəli raportunun, 06 mart 2023-cü il tarixli 34/150/010398 №li təqdimatının araşdırılmasına dair 29 mart 2023-cü il tarixli arayışda xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq xidməti intizam qaydalarının tələblərini təkrarən pozduğuna görə Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin rəisi İddiaçı “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinə əsasən intizam məsuliyyətinə cəlb edilməsi təklif edilmişdir. Arayış Komitə sədri tərəfindən təsdiq edilmişdir. İşin ilkin apellyasiya baxışı zamanı AR Dövlət Gömrük Komitəsinin X23 Şöbəsinə sorğu ünvanlanaraq, İddiaçı barəsində gedən xidməti araşdırma ilə bağlı məxfi təlimatların və həmin məxfi təlimatların hansı qaydada pozulması ilə bağlı məlumatın məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Sorğuya cavab məktubunda sorğuda qeyd olunan məsələlərlə əlaqədar aşağıdakılar qeyd edilmişdir: -Əməliyyat-İstintaq Baş İdarəsinin 6 mart 2023-cü il tarixli 34/150/010346 nömrəli raportuna qoşma edilən Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin 2020-2023-cü ilin cari dövrü ərzində fəaliyyətinin yoxlanılması barədə Komitənin 20 fevral 2023-cü il tarixli 1000/047 nömrəli Sərəncamının icrasına dair arayışda, habelə həmin Baş İdarənin 6 mart 2023-cü il tarixli 34/150/010398 nömrəli təqdimatında göstərilən nöqsanlara yol verilməməsi məqsədilə tabeliyindəki işçilər üzərində nəzarəti düzgün həyata keçirməklə o işi layiqincə və lazımınca yerinə yetirməli idi. (“Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsi haqqında Əsasnamə”nin 4.3.5-ci yarımbəndi: idarə rəisi idarə əməkdaşları tərəfindən qanunvericiliyin, o cümlədən gömrük işini nizama salan qanunvericilik və digər normativ-hüquqi aktların tələblərinə əməl etmələri üzərinə nəzarəti həyata keçirir). Əlavə olaraq Komitə hesab edir ki, müvafiq yoxlama keçirilməzdən əvvəl biri töhmət, digəri isə şiddətli töhmət olmaqla 2 (iki) dəfə ardıcıl intizam məsuliyyətinə cəlb olunması sabiq əməkdaşın işini layiqincə yerinə yetirməməsinə dəlalət edir. Daha sonra isə aparılan yoxlama zamanı çoxlu sayda pozuntuların aşkar edilməsi İddiaçı tərəfindən əvvəlki intizam tənbehlərindən düzgün nəticə çıxarmayaraq işində müsbətə doğru dəyişiklik etməməsi kimi qiymətləndirilməlidir. “Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsi haqqında Əsasnamə”nin 4.3.4-cü yarımbəndinə əsasən İdarə rəisi idarə əməkdaşları arasında vəzifə bölgüsünü aparır. Həmin Əsasnamənin 4.3.5-ci yarımbəndinə əsasən İdarə rəisi idarə əməkdaşları tərəfindən qanunvericiliyin, o cümlədən gömrük işini nizama salan qanunvericilik və digər normativ-hüquqi aktların tələblərinə əməl etmələri üzərinə nəzarəti həyata keçirir. Sabiq əməkdaşın rəisi olduğu İdarədə məhkəməyə təqdim edilmiş arayışda göstərilən əməliyyat-axtarış fəaliyyətindəki nöqsanlardan əlavə, Təhqiqat şöbəsində icraatı aparılan bəzi işlərdə müddət pozuntularına, prosessual sənədlərin tərtibatı zamanı nöqsanlara yol verildiyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslərə prosessual sənədlərin surətlərinin təqdim edilməməsi, inzibati xəta haqqında işlərin baxılacağı tarix barədə düzgün məlumat verilməməsi və digər prosessual pozuntuların da mövcud olduğu qeyd edilmişdir. İddiaçı İdarə rəisi kimi fəaliyyəti ərzində gömrük işi sahəsində cinayətlərin və digər hüquqpozmaların aşkarlanması, onlar üzrə icraatın və təhqiqatın aparılması, hüquqpozma törədən şəxslərin müvafiq məsuliyyətə cəlb edilməsi, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üzrə xidməti vəzifələrinin öhdəsindən gələ bilməmiş, tabeliyindəki əməkdaşların xidməti fəaliyyətlərini düzgün təşkil və ona nəzarət etməmişdir. Yuxarıda qeyd edilənlər öz əksini Əməliyyat-İstintaq Baş İdarəsinin 6 mart 2023-cü il tarixli 34/150/010398 nömrəli təqdimatında tapmışdır. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-1-ci maddəsinə əsasən bu Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı xidməti intizamın bir dəfə kobud surətdə pozulmasına və ya xidməti vəzifələrin müntəzəm surətdə yerinə yetirilməməsinə və ya bu Əsasnamənin 16-cı maddəsində nəzərdə tutulmuş gömrük orqanlarında xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər. Bu öz əksini Komitənin 21 sentyabr 2001-ci il tarixli “080” nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Gömrük X9”nın 22-ci bəndinin 6-cı yarımbəndində, 31, 33-cü bəndlərində də tapmışdır. İddiaçı Komitənin 8 sentyabr 2022-ci il tarixli 1000/674Ş nömrəli əmri ilə töhmət və 2 dekabr 2022-ci il tarixli 1000/959Ş nömrəli əmri ilə isə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Həmçinin Əməliyyat-İstintaq Baş İdarəsinin 6 mart 2023-cü il tarixli 34/150/010398 nömrəli təqdimatında İddiaçı tutduğu vəzifəyə uyğun olmadığı və onun barəsində müvafiq tədbir görülməsi qeyd edilmişdir. Nəticə etibarı ilə sabiq əməkdaşın gömrük orqanlarında xidmətinə xitam verilməsinə əsas olaraq yalnız onun tabeliyində olan əməkdaşların xidməti vəzifələrini yerinə yetirməməsi və ya layiqincə yerinə yetirməməsi göstərilə bilməz, bu və bundan əvvəlki bütün xidməti araşdırma və onun hüquqi nəticələri sonuncu əmrin verilməsi üçün zəmin yaratmışdır. Hətta İddiaçı Əməliyyat-İstintaq Baş İdarəsinin 6 mart 2023-cü il tarixli 34/150/010346 nömrəli raportunda və 6 mart 2023-cü il tarixli 34/150/010398 nömrəli təqdimatının araşdırılması zamanı Daxili Təhlükəsizlik İdarəsinin Xidməti araşdırmalar şöbəsinin sabiq rəisi Mirşahin Mirişli ilə sonuncunun Komitə sədrinə ünvanladığı 27 mart 2023-cü il tarixli 34/190/012647 nömrəli raportunda qeyd etdiyinə əsasən “Whatsapp” mobil tətbiqi vasitəsilə əlaqə saxlamış, barəsində “gömrük orqanlarından xaric etmə” növündə intizam tənbehi tətbiq ediləcəyi təqdirdə videoçarxlar hazırlayaraq müxtəlif sosial şəbəkələrdə paylaşmaqla gömrük orqanlarının nüfuzuna xələl gətirəcəyini bildirmişdir. Bununla bağlı 27 mart 2023-cü il tarixli 34/190/012647 nömrəli raport mövcuddur və icraat materiallarına əlavə edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, pozuntular yalnız sözügedən sübutlarla deyil, xidməti araşdırma nəticəsində sabiq əməkdaş başda olmaqla, digər əməkdaşların da xidməti araşdırma zamanı verdiyi izahatlarla öz təsdiqini tapır. Yuxarıda qeyd edildiyi kimi mübahisələndirilən inzibati aktın (əmrin) maddi-hüquqi və formal-hüquqi baxımdan qanuniliyi şübhə doğurmadığından və kifayət qədər sübutlarla təsdiq edildiyindən iddia tərəfi məcbur qalaraq öz müdafiəsini başqa istiqamətdə quraraq diqqəti həmin qanuni inzibati aktdan (əmrdən) uzaqlaşdıraraq qərəzli yanaşmanın olduğunu sübut etməyə çalışır. Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi və Daxili Təhlükəsizlik İdarəsinin əməkdaşlarından ibarət tərkibdə yoxlama qrupu tərəfindən Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin 2022-2023-cü ilin cari dövrü ərzində fəaliyyəti də yoxlanılmışdır (sərəncam əlavə olunur). Gömrük xidməti mayoru Elşən Əyyubovun, əməliyyat müvəkkili Samir İbadovun, böyük əməliyyat müvəkkili Elşən Məmmədovun şöbənin əməliyyat müvəkkilləri Elfaq Fərzəliyev və Qalib Fərzəliyevin etibarlı şəxs kimi cəlb edilən şəxslərlə mütəmadi görüşlər keçirməməsi, əldə etdikləri məlumatlar barədə arayışlar yazılmaması “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sədrinin 08 t/m saylı, xx.xx.2007-ci il tarixli “Azərbaycan Respublikası gömrük orqanlarında əməliyyat-axtarış fəaliyyətinin təşkili haqqında təlimat”ın (tam məxfi) tələblərinin pozulmasıdır (etibarlı şəxslərlə ayda bir dəfədən gec olmayaraq görüşlər keçirilməlidir). İddiaçı bu halların 2020-2023-cü illərdə olduğunu və səbəbini pandemiyaya görə quru sərhədlərinin bağlı olması ilə əlaqələndirsə də, faktiki olaraq bu gün də pandemiya dövrüdür və quru sərhədləri bağlıdır. Sözügedən halların olması etibarlı şəxslərlə görüşün keçirilməsini istisna etmir. Dövlət sərhədindən buraxılış məntəqələrində bu gün də minik nəqliyyat vasitələri istisna olmaqla yük nəqliyyat vasitələrinin giriş-çıxışı təmin edilir, qaçaqmalçılıq faktları aşkarlanır və Komitənin aidiyyəti struktur bölmələrinin əməliyyatçıları sözügedən məxfi təlimatların tələblərinə riayət etməlidirlər. “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının 07 sentyabr 2004-cü il tarixli 733-İİQ nömrəli Qanuna əsasən əməliyyat axtarış fəaliyyəti üzrə tərtib olunan sənədlər dövlət sirri sayılır və dövlət sirri sayılan sənədlər məxfi, tam məxfi və xüsusi əhəmiyyətli məxfilik qrifi göstərilməklə yazılı şəkildə tərtib edilir. Məxfi kargüzarlığın tələblərinə uyğun olaraq tərtib edilmiş məxfi və tam məxfi sənədlər rəhbərin dərkənarı yazıldıqdan sonra qeydiyyata alınır. Keçirilən yoxlamanın nəticələrinə baxdıqda yuxarıda qeyd olunan Qanunun göstərilən tələblərinin pozulmasını müşahidə etmək mümkündür. Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin vəzifələri “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Qanunun 6-cı maddəsində öz əksini tapmışdır. Əməliyyat-İstintaq Baş İdarəsinin 6 mart 2023-cü il tarixli 34/150/010346 nömrəli raportunda və 6 mart 2023-cü il tarixli 34/150/010398 nömrəli təqdimatına əsasən İddiaçı Əməliyyat və təhqiqat idarəsinin əməkdaşları tərəfindən aşağıda qeyd olunan hallar üzrə pozuntular aşkar olunur: əməliyyat şəraitinin düzgün təhlil edilməməsi; təhdidlərin müəyyən olunmaması; fərdi və əməliyyat məlumatlarının əldə olunmaması; əməliyyat mənbələri ilə mütəmadi görüşlərin keçirilməməsi; əldə edilmiş məlumatlar əsasında cinayət xarakterli hüquqpozma faktlarının aşkar edilməməsi; analitik işin aparılmaması; yeni qaçaqmalçılıq kanallarının aşkar edilməsi istiqamətində iş aparılmaması; əməliyyat sənədləri hazırlanarkən gömrük orqanlarının əməliyyat-axtarış fəaliyyətini tənzimləyən daxili normativ-hüquqi aktların tələblərinin pozulması; pozuntu hallarının qarşısını almaq üçün zəruri tədbirlərin hazırlanması və həyata keçirməsi istiqamətində işin aparılmaması. “Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsi haqqında Əsasnamə”nin 4.3.10-cu yarımbəndinə əsasən idarə rəisi idarənin fəaliyyətində meydana çıxan nöqsanların aradan qaldırılması və gələcəkdə bu xarakterli nöqsanların baş verməməsinin qarşısını almaq üçün zəruri tədbirlər hazırlayır və həyata keçirir. İddiaçı və onun vəkili arayışda qeyd olunan pozuntuların texniki və ya mexaniki səhvlərdən ibarət olduğunu qeyd etsə də, bütün yoxlama materialları, eləcə də ardınca aparılmış xidməti araşdırma hüquq pozuntularının mövcudluğunu və mütəmadiliyini, ümumi nəzarətin düzgün təşkil edilmədiyini sübut edir. Əməliyyat və təhqiqat şöbəsinin rəisi Nihad Həsənovun, böyük təhqiqatçı Rahib Babayevin, təhqiqatçılar Etibar Məmmədovun, Mahmud Allahverdiyevin, Əlifxan Yusifovun qəbul etdiyi qərarlarda prosessual pozuntular olub (misal üçün maddi sübutu protokolla götürməyib, qərarın surətin şəxsə göndərməyib, protokolu tərtib etdikdən 11 gün sonra vəzifəli şəxsə göndərib, işə baxılmanın vaxtı və yeri barədə xəbərədar edilməyiblər). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 496.1-ci maddəsi ilə olan 11000-0002/20 nömrəli inzibati xəta haqqında iş üzrə nəqliyyat vasitəsi vətəndaş tərəfindən xx.xx.2019-cu il tarixdə **********075 nömrəli akt əsasında saxlanca qoyulmuş, nəqliyyat vasitəsinin saxlancda qalma müddəti 60 gün müəyyən edilmişdir. Nəqliyyat vasitəsinin saxlancda olma müddəti xx.xx.2019-cu il tarixdə bitməsinə baxmayaraq, pozuntu faktı 1 ay 22 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə aşkar olunmuş və bu barədə raport tərtib olunmuşdur (Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postu – icraatı aparan sabiq Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin təhqiqat şöbəsinin sabiq böyük təhqiqatçısı, hazırda Xaçmaz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin təhqiqatçısı Əlifxan Yusifov); Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə olan 11000-1071/20 nömrəli iş üzrə toplanmış materialda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli, 295 nömrəli Sərancamına 1 nömrəli əlavənin tələbləri pozularaq fərdi sahibkar X3 ünvanına xarici valyuta vəsaitlərini qaytarmaması ilə bağlı bildiriş və xəbərdarlıq göndərilməmişdir. (Rafael Abdsalamov); Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsi ilə olan 11000-1340/20 nömrəli inzibati xəta haqqında iş üzrə 19 sentyabr 2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş, protokol tərtib edildiyi tarixdən 11 gün sonra vəzifəli şəxsə göndərilmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 103.1-ci maddəsinin tələbləri pozulmuşdur (Mahmud Allahverdiyev); Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə olan 11000-0498/21 nömrəli inzibati xəta haqqında iş üzrə fərdi sahibkar X5 ünvanına idxal olunmuş və **********7838 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunmuş yükə keçirilmiş gömrük baxışı zamanı, bəyannamədə qeyd olunmayan avtomobil ehtiyyatı hissələri aşkar olunmuş, gömrük yoxlamasının nəticəsi protokol əvəzinə aktla rəsmiləşdirilmiş, həmçinin yoxlama prosesinə hal şahidi cəlb olunmamış və ya videoçəkilişdən istifadə edilməmişdir. Bununla da, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 99-cu maddəsinin tələbləri pozulmuşdur (Rahib Babayev); Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə olan 11000-1743/21 nömrəli inzibati xəta haqqında iş üzrə qəbul edilmiş xx.xx.2021-ci il tarixli “işə baxılmanın yeri və vaxtı haqqında” Qərardadda işə 18 dekabr 2021-ci il tarixdə baxılacağı qeyd olunmuş və bu barədə xx.xx.2021-ci il tarixli 1600-013/0xx-xx/005983 nömrəli məktubla vətəndaşa məlumat verilmişdir. Vətəndaş tərəfindən işə daha sonrakı tarixdə baxılması ilə bağlı vəsatət daxil olmadığı halda həmin işə daha sonrakı tarixdə, yəni 22 dekabr 2021-ci il tarixdə baxılmış, bununla da Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələbləri pozulmuşdur (Əlifxan Yusifov); Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə olan 11000-04749/22 nömrəli inzibati xəta haqqında iş üzrə 28 dekabr 2022-ci il tarixdə “inzibati icraata xitam vermə haqqında” Qərar qəbul olunmuş, lakin qəbul olunmuş qərarın surəti barəsində qərar qəbul edilmiş hüquqi şəxsin nümayəndəsinə təqdim edilməmiş, həmçinin hüquqi şəxsin ünvanına göndərilməmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 117.2-ci maddəsinin tələbləri pozulmuşdur (Etibar Məmmədov). Həmçinin qeyd edilməlidir ki, iddiaçıya DGK-nın xx.xx.2023-cü il tarixli, 1000/213Ş saylı inzibati aktı əsasında intizam tənbehi verilməmişdən əvvəl onun izahatı alınmış, iddiaçı xidməti araşdırmanın nəticələri ilə bağlı verdiyi xx.xx.2023-cü il tarixli izahatında göstərilən nöqsanları təkzib etməmişdir. Hazırki iş üzrə kassasiya instansiyasının 2-1(102)-211/2025 saylı 13 fevral 2025-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “mübahisələndirilən əmrin verilməsinə əsas iddiaçının rəhbəri olduğu idarənin 2020-2023-cü ilin cari dövrü ərzində fəaliyyətinin yoxlanılması nəticəsində aşkar edilmiş nöqsanlar olmuşdur. İddiaçı kassasiya şikayətində qeyd edir ki, raport və təqdimatda xx.xx.2022-ci il tarixdən, yəni iddiaçıya sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edildikdən sonra onun fəaliyyətində yeni nöqsanın və pozuntunun aşkar edildiyi göstərilməmiş və həmin pozuntulara görə o artıq cəzalanmışdır, bu səbəbdən 02 Dekabr 2022-ci il tarixdən əvvəlki pozuntuya görə olan intizam xətalarını mütəmadi, təkrar pozuntu, verilmiş intizamdan nəticə çıxarmaması kimi qiymətləndirilə bilməz.... mübahisələndirilən əmrdən də işçinin hansı konkret yeni əməllərə görə işdən azad edildiyi açıq şəkildə göstərilməmiş, sənəddə əsasən ümumi ifadələr yer almış, lakin konkret sübutlara əsaslanan arqumentasiya yer almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda cavabdeh tərəfdən təqdim edilən sübutlar və sənədlər araşdırılmalı, işdən çıxarma əmri konkret hansı yeni əməllərə əsaslandığı açıqlanmalıdır. Başqa sözlə iddiaçı intizam cəzası aldıqdan sonra eyni əmələ görə işdən çıxarılıb, yoxsa işdən çıxarma üçün tamamilə yeni hallar və pozuntular mövcud olmuşdur.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Bununla bağlı işin təkrar apellyasiya baxışı zamanı iddiaçının işdən çıxarılma əsaslarının əvvəlki intizam tədbirlərinin verilmə əsasları ilə əlaqəli olub-olmadığı istiqamətində araşdırmalar aparılmışdır. Qeyd olunan məhkəmə araşdırmaları zamanı cavabdeh inzibati orqan tərəfindən xx.xx.2025-ci il tarixli məktubu ilə iddiaçı barəsində aparılmış inzibati icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara əlavə olunmuş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixində saat 11:20 radələrində, Gürcüstan Respublikası istiqamətindən “Mazımqara" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Türkiyə Respublikası vətəndaşı Bayramoğlu Cemalin idarə etdiyi “DAF” markalı 27AGA530/27AJK359 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin gizli saxlanc yerindən Qərb Ərazi Baş Gömrük İdarəsi, Əməliyyat və Təhqiqat İdarəsinə təhkim olunmuş Kinoloji Mərkəz "İtçilik” klubunun böyük təlimçısi X16 tərəfindən gömrük nəzarətindən gizlədilmiş ümumilikdə 800 (səkkiz yüz) ədəd "PARLİAMENT" markalı siqaretlər aşkar olunmuşdur. Daha sonra aşkar olunmuş siqaretlər barədə heç bir tədbir görülməmişdir. Bu barədə “Mazımqara" gömrük postunun baş inspektoru X4 Ərazi Baş Gömrük İdarəsi, Əməliyyat və Təhqiqat İdarəsinin baş əməliyyat müvəkkili X1, o da cavabında bildirmişdir ki, Qərb Ərazi Baş Gömrük İdarəsi, Əməliyyat və Təhqiqat İdarəsinin rəisi İddiaçı məlumat verdiyini və həmin malların dəyərinin az olduğu üçün saxlanca verilməsini söyləmişdir. Bütün bunlar nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsi prosesinin gecikməsinə və təyinatı üzrə vaxtında yola salınmamasına səbəb olmuşdur. Yuxarıda yazılanları nəzərə alaraq, xidməti vəzifəsinə laqeyd yanaşdığına görə Qərb Ərazi Baş Gömrük İdarəsi, Əməliyyat və Təhqiqat İdarəsinin baş əməliyyat müvəkkili X25 barəsində müvafiq tədbir görülməsi xahiş edilmişdir. Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisi Telman Mehdiyevin 25 avqust 2022-ci il tarixli 1600-011/0xx-xx/004191 nömrəli raportunun araşdırılmasına dair xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və təhqiqat idarəsinin rəisi, gömrük xidməti polkovniki İddiaçı xidməti araşdırma zamanı verdiyi izahatda gömrük sərhədinin Qərb Ərazi Baş Gömrük İdarəsi “Mazımqara" gömrük postundan keçməklə ölkə ərazisinə gələn Türkiyə Respublikası vətəndaşı Cemal Bayramoğlunun idarə etdiyi 27AGA530/27AJK359 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsindən 800 ədəd “Parliament" markalı siqaretlərin aşkar edilməsi barədə 23 avqust 2022-ci il tarixdə ona məlumat verildiyini, Qərb Ərazi Baş Gömrük İdarəsi ilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza" Birliyi arasında bağlanmış müqavilənin müddətinin bitdiyini nəzərə alaraq, vətəndaş məmnuniyyətinin təmin olunması və yük nəqliyyat vasitəsinin sürücüsünün yubanmasının qarşısını almaq məqsədilə Zamin İbrahimliyə həmin malların müvəqqəti saxlanca götürülməsi barədə göstəriş verdiyini, Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisi Telman Mehdiyev 24 avqust 2022-ci il tarixdə sözügedən mallara dair inzibati xəta haqqında iş üzrə icraata başlamaq barədə göstəriş verdikdə, müvəqqəti saxlanca qəbul edilmiş mallar barədə inzibati xəta haqqında iş üzrə icraata başlanılmasının qeyri-qanuni olduğunu dediyini, əvvəlki dövrlərdə də “Mazımqara” gömrük postunda oxşar halların baş verdiyini bildirmişdir. Xidməti vəzifələrinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini pozduqlarına görə Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və təhqiqat idarəsinin rəisi, gömrük xidməti polkovniki İddiaçı, sözügedən İdarənin Əməliyyat şöbəsinin baş əməliyyat müvəkkili, gömrük xidməti leytenantı X14 və Baş İdarənin “Mazımqara" gömrük postunun baş inspektoru, gömrük xidməti mayoru X19 "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 69-cu maddəsinin 2-ci bəndinə əsasən töhmət elan edilmişdir. Aparılan araşdırmalar zamanı iddiaçıdan xx.xx.2022-ci il tarixdə izahat da alınmışdır. Gömrük orqanı əməkdaşlarının qanunsuz əməlləri baradə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinə daxil olmuş məlumatın araşdırılmasına dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsininin sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti generalleytenantının xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin rəisi, gömrük xidməti polkovniki X15 xidməti araşdırma zamanı verdiyi izahatda rəisi olduğu İdarənin əməkdaşı Təvəkgül Bayramovun hazırkı əməli barədə sonuncunun X8 İdarəsində izahat verdikdən sonra məlumatı olduğunu və törətdiyi əmələ görə Təvəkgül Bayramova irad tutduğunu, həmçinin bu kimi mənfi halların gələcəkdə təkrarlanmaması məqsədilə tabeliyindəki əməkdaşlarlarla profilaktik söhbət apardığını bildirmişdir. Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin rəisi, gömrük xidməti polkovniki X15 tabeliyində olan əməkdaşların öz səlahiyyətləri daxilində xidməti fəaliyyətlərini icra etməsinə nəzarəti tələb olunan şəkildə həyata keçirməmiş, bununla da həmin əməkdaşlar xidməti intizam qaydalarının tələblərini pozmuşlar. Xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini pozduğuna görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 08 sentyabr 2022-ci il tarixli 1000/674Ş nömrəli əmri ilə Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və təhqiqat idarəsinin rəisi, gömrük xidməti polkovniki X12 “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 2-ci bəndinə əsasən töhmət elan edilmişdir. Xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini təkrarən pozduğuna görə Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və təhqiqat idarəsinin rəisi, gömrük xidməti polkovniki X15 "Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinə əsasən intizam məsuliyyətinə cəlb edilmişdir. Qeyd olunanlardan müəyyən olunur ki, iddiaçı tərəfindən qanunvericiliyin gömrük orqanlarında xidmətə dair normaları pozulmuşdur. İddiaçıya Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi üzrə 08 sentyabr 2022-ci il tarixli, 1000/674ş saylı əmrlə xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini pozduğuna görə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 2-ci bəndinə əsasən “töhmət” elan edilmişdir. Bundan sonra işində aparılan araşdırmalar nəticəsində öncəki tənbeh tədbirlərindən nəticə çıxarmadığı üçün və eyni zamanda tərəfindən yeni, yəni gömrük orqanlarında xidmətə dair normaları pozma hallarının aşkar olunması ilə bağlı iddiaçıya “şiddətli töhmət” verilmişdir. “Bəzi gömrük orqanı əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilmələri haqqında” 02 dekabr 2022-ci il tarixli, 1000/959ş saylı əmrinin məzmununda da qeyd edilmişdi ki, xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini təkrarən pozduğuna görə Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin rəisi, gömrük xidməti polkovniki İddiaçı “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 3-cü bəndinə əsasən sonuncu xəbərdarlıqla “şiddətli töhmət” elan edilmişdir. İş üzrə mübahisələndirilən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin müavini, Baş İdarə rəisinin vəzifəsini müvəqqəti icra edən Orxan Nuriyevin 06 mart 2023-cü il tarixli 34/150/010346 nömrəli raportunun və 34/150/010398 nömrəli təqdimatının araşdırılmasının nəticəsi haqqında” 30 mart 2023-cü il tarixli, 1000/213Ş nömrəli əmrində iddiaçının gömrük orqanlarında xidmətinə xitam verilməsinin əsası kimi onun xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq xidməti intizam qaydalarının tələblərini təkrarən pozması və buna görə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən “gömrük orqanlarından xaric edilməsi” (həmin Əsasnamənin 120-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinə əsasən) göstərilmişdir. Beləliklə, işin təkrar apellyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, iddiaçıya daha öncə “töhmət” və “şiddətli töhmət” tənbeh tədbirlərinin verilmə əsasları ilə sonuncu dəfə “gömrük orqanlarından xaric edilməsi” tənbeh tədbirinin verilmə əsasları eyni olmamışdır. Həmin əsaslar cavabdeh qurumun təqdim etdiyi yuxarıda göstərilən inzibati icraat materiallarından da göründüyü kimi, tam fərqli olmuş, sadəcə sonuncu tənbeh tədbiri görülərkən bu barədə qəbul edilmiş əmrin məzmununda “iddiaçının xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq xidməti intizam qaydalarının tələblərini təkrarən pozması” halı da qeyd olunmuşdur. Bu barədə məhkəmə kollegiyası bildirir ki, “xidmətdən xaric edilmə” növundə intizam tənbeh tədbirinin görülməsi daha ağır və son hədd tənbeh növü olduğu üçün onun birinci dəfə yol verilən intizam qaydalarının tələblərinin pozuntusu ilə bağlı tətbiqi inzibati orqanın öz diskresion səlahiyyətlərinin həyata keçirilməsində mütənasiblik prinsipinin pozulması kimi qiymətləndirilə bilərdi. Lakin hazırki işdən görünür ki, iddiaçıya qeyd olunan növdə intizam tənbeh tədbiri tətbiq olunarkən bundan öncə ona “töhmət” və “şiddətli töhmət” növündə tənbeh tədbirlərinin verildiyi də nəzərə alınmış, yəni “xidmətdən xaric edilmə” tənbeh növünün verilməsi zamanı inzibati orqan haqlı olaraq iddiaçıya daha əvvəllər başqa nöqsanları ilə bağlı tətbiq edilmiş tənbeh tədbirlərinin mövcudluğunu, lakin iddiaçının buna məhəl qoymadığını və son hədd tənbeh tədbirinin verilməsini şərtləndirən ““Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 44-cü bəndində nəzərdə tutulan gömrük orqanının vəzifəli şəxsinin vəzifələrini icra etməməsi ilə xidməti intizamın kobud şəkildə pozuntusuna yol verməsi”ni və “xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq xidməti intizam qaydalarının tələblərini təkrarən pozmasını” göstərmişdir. Nəzərə alınmalıdır ki, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-1ci bəndinə əsasən bu Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndində nəzərdə tutulmuş intizam tənbehi (gömrük orqanlarından xaric edilmə) vəzifələrin icrası zamanı xidməti intizamın bir dəfə kobud surətdə pozulmasına və ya xidməti vəzifələrin müntəzəm surətdə yerinə yetirilməməsinə görə tətbiq edilə bilər. Hazırki işdə də cavabdeh qurum iddiaçı barəsində məhz “gömrük orqanlarından xaric edilmə” növündə intizam tənbeh tədbirini tətbiq edərkən öz diskresion səlahiyyətləri çərçivəsində davranaraq iddiaçıya daha öncə yol verdiyi nöqsanın, yəni “xidməti vəzifələrinin yerinə yetirilməməsinin” müntəzəmliliyini, eyni zamanda “gömrük orqanının vəzifəli şəxsinin vəzifələrini icra etməməsi ilə xidməti intizamın kobud şəkildə pozuntusuna yol verdiyini” nəzərə almışdır. Odur ki, iddiaçı barəsində cavabdeh tərəfindən mübahisələndirilən əmrin qəbul edilməsində istər inzibati icraat haqqında hüquq normalarının, istərsə də maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi müəyyən edilmədiyi üçün həmin əmr qanunvericiliyin tələbləri baxımından qanuni olmuşdur. Belə olan halda iddiaçının “əmrin ləğv edilməsi” barədə tələbi əsassız olub təmin edilmədiyi üçün onun bu tələbinə əlavə tələb kimi verdiyi “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” barədə tələbi də əsassız olub təmin edilməməlidir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir, həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9164/2023 saylı 02 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9164/2023 saylı 02 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Rəşid Səmədov Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar