Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2154/2022 30.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Aida Hüseyn Əli qızından ibarət tərkibdə, Aslanova Gülnar Faiq qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4006/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2018-ci il il tarixindən etibarən əmək pensiyasının təyin edilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4006/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4006/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ferdi hesabın sığorta hissəsində pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 2674,86 manat, xx.xx.2009-cu il tarixdən 12492,88 manat olmaqla, ümumilikdə 15167,74 manat təşkil edir və qeyd olunan məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Məhkəmə iclasında iştirak edən iddiaçı şikayətin təmin edilməməsin və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətin təmin edilməsin və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul eilməsini məhkəmədən xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən edilir ki, iddiaçı xx.xx.1963-cü ildə anadan olmuşdur. İşdə olan xx.xx.2000-ci il təvəllüdlü X2, xx.xx.1990-cı il təvəllüdlü X6, xx.xx.1988-ci il təvəllüdlü X4 və xx.xx.1987-ci il təvəllüdlü X5, xx.xx.1985-ci il təvəllüdlü X3 nın doğum haqqında şəhadətnamələrindən görünür ki, anaları İddiaçıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, işin mübahisəsiz halı ondan ibarədir ki, iddiaçı xx.xx.1980-ci ildə 1 saylı tikiş fabrikində mebel sexinə şagird qəbul edilib; xx.xx.1980-ci il tarixdə 1-ci dərəcəli mebelçi təyin edilib; xx.xx.1981-ci il tarixdə Azərbaycan SSR-nin Əmək Məcəlləsinin 37-ci madddəsinə əsasən işdən azad olub; xx.xx.1981-ci il tarixdə “Ozon” zavoduna qeyristandart maşınqayırma sahəsinə montajçı köməkçisi qəbul edilib; xx.xx.1981-ci il tarixdə 2-ci dərəcəli montajçı təyin edilib; xx.xx.1984-cü il tarixdə Azərbaycan SSR-nin Əmək Məcəlləsinin 37-ci madddəsinə əsasən işdən azad olub; xx.xx.2008-ci il tarixdə “Məktəbli və tələbə iaşə” ATSC-nin nəzdində 358-saylı əmək müqaviləsinə əsasən 10 saylı məktəbli bazarının tabeçiliyindəki 223 saylı məktəbə 3-cü dərəcəli bufetçi vəzifəsinə qəbul edilib; xx.xx.2009-cu il tarixdə Azərbaycan respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2”b” bəndinə əsasən (müddətin qurtarması) işdən azad olunub; xx.xx.2009-cu il tarixdə “Məktəbli və tələbə iaşə” ATSC-nin nəzdində 342-saylı əmək müqaviləsinə əsasən 223 saylı məktəbə 3-cü dərəcəli bufetçi vəzifəsinə qəbul edilib; xx.xx.2010-cu il tarixdə Azərbaycan respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2”b” bəndinə əsasən (müddətin qurtarması) azad olunub; xx.xx.2010-cu il tarixdə “Məktəbli və tələbə iaşə” ATSC-nin nəzdində 341-saylı əmək müqaviləsinə əsasən 223 saylı məktəbə 3-cü dərəcəli bufetçi vəzifəsinə qəbul edilib; xx.xx.2011-ci il tarixdə Azərbaycan respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2”b” bəndinə əsasən (müddətin qurtarması) azad olunub; xx.xx.2011-ci il tarixdə “Məktəbli və tələbə iaşə” ATSC-nin nəzdində 331-saylı əmək müqaviləsinə əsasən 223 saylı məktəbə 3-cü dərəcəli bufetçi vəzifəsinə qəbul edilib. xx.xx.2012-ci il tarixdə Azərbaycan respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2”b” bəndinə əsasən (müddətin qurtarması) azad olunub; xx.xx.2012-ci il tarixdə “Məktəbli və tələbə iaşə” ATSC-nin nəzdində 326-saylı əmək müqaviləsinə əsasən 223 saylı məktəbə 3-cü dərəcəli bufetçi vəzifəsinə qəbul edilib; xx.xx.2013-cü il tarixdə Azərbaycan respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2”b” bəndinə əsasən (müddətin qurtarması) azad olunub; xx.xx.2013-cü il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən 3 nömrəlin k/st-na xadimə vəzifəsinə qəbul edilib; xx.xx.2013-cü il tarixdə 19 nömrəli k/st-na 1,0 vahid xadimə vəzifəsinə keçirilib; ARSN-nin xx.xx.2008-ci il tarixli 119 nömrəli əmrində dəyişikliklər edilməsini əsas tutaraq sanitar qadın vəzifəsinə keçirilib və hazıradək Bakı şəhər Təcili və X1 Stansiyasında çalışır. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.1. Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; 22-1.4. Bu Qanunun 22-1.2-ci maddəsi aşağıdakı hallarda tətbiq edilmir: 22-1.4.1. 2019-cu il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının pensiya hüququ yarandığı gündən yenidən hesablanması zamanı; 22-1.4.2. 2019-cu il yanvarın 1-dən sonra əmək pensiyası təyin edilmiş şəxslərə 2019cu il yanvarın 1-dən əvvəlki dövr üçün əmək pensiyasının təyin edilməsi və ya əmək pensiyası məbləğinin hesablanması zamanı; 22-1.4.3. bu Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və yenidən hesablanması zamanı; 22-1.4.4. bu Qanunun 20-ci maddəsinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavə almaq hüququ verən qulluq stajının hesablanması zamanı. Məhkəmə araşdrmas zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür, 58 yaşı var, əmək kitabçasına əsasən xx.xx.2006-cı il tarixədək ümumi sığorta stajı 03 il 06 ay, 09 gün (xx.xx.1980-xx.xx.1981; xx.xx.1981-xx.xx.1984-ci illərdə əmək fəaliyyətində olduğu dövr) təşkil edir, eləcə də beş uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmişdir. xx.xx.2006-cı il tarixindən sonrakı dövr üzrə iddiaçıya hesablanmış sığorta kapitalı 12492,88 manat təşkil edir (qeyd edilən hal əmək kitabçasındakı məlumatlara uyğun olaraq cavabdeh tərəfindən təsdiq edilmişdir). Məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun 22-1.4-cü maddəsi həmin maddənin 22-1.2.1.-ci maddəsinin tətbiqini istisna edən halları müəyyən edir və həmin maddə beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınlara tətbiqini, yəni yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququnu istisna etmir. Əksinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun 8.1-ci maddəsinin həmin Qanunun 7-ci maddəsinə 7-ci maddəsinə uyğun şərtlər daxilində tətbiq edilməli olduğu müəyyən edilir və 22-1.2.1-ci maddə məhz Qanunun 7-ci maddəsinə aiddir. Odur ki, kollegiya bildirir ki, qeyd edilən normaların təhlilinə əsasən, iddiaçının yaşa görə əmək pensiyası təyin edilərkən 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il kimi nəzərə alınmalıdır. Nəticə etibarilə iddiaçının yaşa görə pensiya təyin edilməsi hüququ və bununla bağlı “qanuni gözləntisi” var. Belə ki, X7 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic); Odur ki, məhkəmə qeyd edir ki, hazırkı iddia ərizəsi üzrə cavabdehin ona 5 uşaq anası kimi yaşa görə əmək pensiyasının təyinatının qanunvericiliyin tələbi baxımından mümkün hesab etməməsi tamamilə qanunsuz və əsassızdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 1 iyul 2017– 30 iyun 2018-ci il arası dövrdə qadınlar üçün pensiya yaşı 60 yaş 06 ay; 1 iyul 2018 – 30 iyun 2019-cu il arası dövrdə qadınlar üçün pensiya yaşı 61 yaşdır. 1 iyul 2017– 30 iyun 2018-ci il arası dövrdə qadınlar üçün nəzərdə tutulan 60 yaş 06 ay pensiya yaşı 5 il azaldıldığı təqdirdə tələb olunan yaş həddi 55 yaş 06 ay olaraq hesablanmalıdır ki, həmin tarixə iddiaçıya münasibətdə qeyd edilən şərt ödənmir. Belə ki, xx.xx.2018-ci il tarixə iddiaçının 55 yaşı tamam olmuşdur. 1 iyul 2018 – 30 iyun 2019-cu il arası dövrdə qadınlar üçün pensiya yaşı 61 olduğundan pensiya yaşı 5 il azaldıldığı təqdirdə iddiaçıya münasibətdə qeyd edilən şərt ödənmiş olur. Belə ki, xx.xx.2019-cu il tarixə iddiaçının 56 yaşı tamam olmuşdur. Kollegiya apellyasiya şikayətinə münasibətdə bildirir ki, iş materialları və qanunvericiliyin müddəaları baxımından şikayət düzgün əsaslandırılmamışdır. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, , iddiaçının pensiya hüququ xx.xx.2018-ci il tarixdən deyil, xx.xx.2019-cu il tarixdən yaranmışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın qismən təmin olunmasına dair qərar qəbul etmişdir. Odur ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4006/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-2154/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2154/2022
30.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver