Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2154/2023 05.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə2 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair» iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-506/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddia tələbinin təmin olunması, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının düzgün hesablanması üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilməklə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cabadeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. (İPM m.33.1). İddianın əsaslarına görə iddiaçı xx.xx.1961-ci ildə İsmayıllı rayonunda anadan olmuşdur. xx.xx.1978-ci il tarixdən Petrov adına maşınqayırma zavodunda elektrik qaynaqçısının köməkçisi kimi işə qəbul olunaraq işə başlamışdır. xx.xx.1979-cu ildən, xx.xx.1981-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1981-ci ildən xx.xx.1982-ci ildək həmin zavodda elektrik qaynaqçısı işləmişdir. xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilədək 2-ci dərəcəli çilingər montajçı, xx.xx.1983-cü ildən xx.xx.1983-cü ilədək 2-ci dərəcəli fəhlə, xx.xx.1984-cü ildən xx.xx.1984-cü ilədək beton sexində fəhlə, xx.xx.1991-ci ildən xx.xx.2012-ci ilədək iş icraçısı vəzifəsində işləmişdir. xx.xx.2012-ci ildən xx.xx.2016-cı ildək baş mühəndis vəzifəsində işləmişdir. Əmək fəaliyyətinin bu göstəriciləri ona güzəştli şərtlərlə pensiya almaq hüququ verir. Bununla bağlı cavabdeh təşkilata rəsmi müraciət etmişdir, ona xx.xx.2021-ci il tarixli **********5 saylı rəsmi cavab verərək göstərilmişdir ki, onun fərdi hesabında sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40432.00 manat hesablandığı halda fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 32361,45 manat təşkil edir. Ona görə də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümükün hesab edilmir. Cavabdeh idarənin bu rəsmi cavabını qanunsuz və əsassız hesab edir. Belə ki, onun hesablamalarına görə onun üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının həcmi 40432.00 manatdan çoxdur. Cavabdeh iddia ərizəsinə dair məhkəməyə ünvanladığı yazılı etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, ona 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının tələb edilən 40432 manat pensiya kapitalına münasibətdə 32361 manat təşkil etməsi səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina barədə cavab verilmişdir. Bundan sonra, İddiaçı iddia ərizəsində 60 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixədək mövcud olan 27 il 04 ay 06 gün sosial sığorta stajına münasibətdə 15837 manat, xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək isə 16524 manat pensiya kapitalının toplandığı müəyyən edilmişdir. İddiaçı münasibətdə tələb edilən fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı aşağıdakı qaydada hesablanır: 200 x 204 ay = 40800 manat. Burada 200 manat minimum əmək pensiyası məbləğini, 204 ay isə 144 ay gözlənilən pensiya ödənişi müddəti aylarının sayının üzərinə iddiaçıya münasibətdə 5 il, yəni 60 ay güzəşt edildikdə alınan gözlənilən pensiya ödənişi müddəti aylarının sayını ifadə edir. İddiaçının 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyinatının aparılması onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının qanunvericiliklə tələb edilən pensiya kapitalı məbləğindən az olması səbəbindən mümkün deyildir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-506/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki 3 il üçün hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın mümkünsüz sayılması haqqında yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onula əsaslandırılmışdır ki, iddiaçının iş yerinin arayışında onuntutuduğu vəzifə və gördüyü işin xarakteri dəqiq göstərilməlidir. Onun xx.xx.1996-xx.xx.2002-ci il və xx.xx.2002-xx.xx.2006-cı illərdə işlədiyi dövrün əmək haqqı arayışı təqdim edildikdən sonra pensiyatəyinatı məsələsinə baxılacaq.Birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin qeyd olunan tələbləri nəzərə alınmamış, işin halları tam, hərtərəfli və obyektiv araşıdırılmamış qanunsuz və əsassız qərar qəbul olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətitni müdafiə edərək təmin olunmasını, İddiaçı isə onunla razılaşmasmış, birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. xx.xx.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin qüvvədə olan redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsi isə nəzərdə tutur ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər, xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər – 55 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə xx.xx.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə 55 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən artıq 57 yaş təşkil etmişdir). Həmin Qanunun 67-ci maddəsinin 3-cü hissəsinə əsasən həqiqi əhrbi xidmət müddəti, habelə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir (Bundan əvvəl də, 1956-cı il 01 oktyabr tarixdən qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin “v” bəndinə, habelə , SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «i» bəndinə əsasən də “texniki peşə məktəblərində təhsil müddəti” ümumi staja daxil edilirdi.) Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Eyni zamanda, qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə sosial sığorta stajı: “1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən” - hesablanır. İddiaçının işə əlavə olunmuş hərbi bileti və əmək kitabçasınının surətlərinə əsasən müəyyən olunur ki, xx.xx.2006-cı il tarixədək ümumi stajı aşağıdakı kimidir: 26.081978-xx.xx.1979 – maşınqayırma zavodunda el.qaynaqçısı şağordi (2 ay 5gün) və 1-ci dərəcə el.qayqayçısısı - 1 il 1ay 4gün; xx.xx.1979- xx.xx.1981 – müddətli həqiqi hərbi xidmət dövrü - 01 il 11 ay 19 gün; xx.xx.1981- xx.xx.1982- maşınqayırma zavodunda 1-ci dərəcə eel.qaynaqçsısı -11 ay 01 gün; xx.xx.1982-xx.xx.1983- ixtisaslaşdırılmış tikinti-quraşdırma təşkilatında çilingər-quraşdırcı- 06 ay 20 gün; xx.xx.1983-xx.xx.1991-evtikmə kombinatında d/b məmulatların tərbtibçisi, çilingər təmirçi - 08 il 05ay 22 gün; xx.xx.1991-xx.xx.1993- təsərrüfatlar arası tikinti birliyində iş icraçısı -01 il 01 ay 20 gün; xx.xx.1993-xx.xx.1993 - tikinti kooperativində iş icraçısı-02 ay 01 gün, 02.041993-xx.xx.1996- təmir-tikinti idarəsində iş icraçısı-03 il 05 ay, xx.xx.1996-xx.xx.2002- Bakı şəhəri İHB MKTD-nin Nərimanov rayon MKTB-də asfalt və dam örtüklərinin təmiri sahəsində iş icraçısı - 05 il 06 ay 01 gün; xx.xx.2002- xx.xx.2006- inşaat təmir-tikinti müəssisəsində iş icraçısı - 03 il 10 ay 01 gün. İddiaçının qeyd olunan iş stajı ümumiləşdirildikdə onun 2006-cı ilə qədər 25 il 2 ay 1 gün iş stajı toplanır ki, həmin stajın da 12 il ay 6 aydan çoxunu güzəştli pensiya hüququ verən işlərdə çalışmışdır . Cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlillərindən belə anlaşılır ki, iddiaçının xx.xx.1996-xx.xx.2002 və xx.xx.2002-xx.xx.2006-cı illərdə işlədiyi dövrün əmək haqqı ilə bağlı arayışın təqdim edilmədiyi mübahisələndirilir. İddiaçının qeyd olunan əmək fəaliyyəti dövründən isə göründüyü kimi, xx.xx.1996-xx.xx.2002- Bakı şəhər İH MKTD-nin Nərimanov rayon MKTB-də asfalt və dam örtüklərinin təmiri sahəsində, xx.xx.2002- xx.xx.2006—ci illərdə «İnşaat təmir-tikinti müəssisəsi»ndə - iş icraçısı vəzifələrində işləmişdir. İşdən görünür ki, birinci instansiya məhkəməsinin müvafiq sorğusuna cavab olaraq Bakı Şəhər İH MKTD-nin xx.xx.2022-ci il tarixli, 935 nömrəli və Bakı şəhər İHB Aparatinın xx.xx.2022-ci il tarixli, 7-5076/17 nömrəli məktublarında bildirilmişdir ki, Departamentin tabeliyində Nərimanov rayon Təmir Tikinti İdarəsi adlı təşkilat fəaliyyət göstərmədiyindən , eləcə də, Bakı şəhər İH başçısı Aparatının arxivində qeyd olunan xüsusatlara dair hər hansı məlumatın müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 1996-2002-ci illərdə qeyd olunan dövlət qürümlarında işlədiyi dövrün arxiv məlumatlarının aşkar edilməməsi iddiaçının ziyanına yozula bilməz.Çünki,onun əmək kitabçasında müvafiq qeydlər mövcuddur. Həmin qeydlərin tamlığı pozulmamış, bütün rekvizitləri ilə tam və əslist doldurulmuş, qaralamalara yol verilməmişdir. Belə olan halda, «İnzibati icraat haqqında» Qanunun 19.1-ci maddəsinin tələbi baxımından, həmin qeydlərin düzgün olmadığını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. İddiaçının xx.xx.2002-xx.xx.2006-ci illərdə «İnşaat təmir-tikinti müəssisəsi»ndə - iş icraçısı vəzifəsində işləməsinə gəldikdə isə, birinci instansiya məhkəməsinin müvafiq sorğusuna cavab olaraq Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2022-ci il tarixli, **********857200 nömrəli məktubunda bildirilmişdir ki, qurumun qeydiyyat qovluğunda olan xx.xx.2007-ci il tarixli nizamnaməsinə əsasən xx.xx.2001-ci ildə Ş-1078 nömrə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) xx.xx.2001-ci ildə Ş-1078 nömrə ilə dövlət qeydiyyatına alınmış "İnşaat TəmirTikinti və İstehsal” Müəssisəsinin bazasında yaradılmış və onun hüquqi varisidir. Eyni zamanda bildiririk ki, "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 1 barədə isə məlumat aşkar edilməmişdir. Eyni zamanda, məhkəmənin müvafiq sorğusuna "xxxx" MMC xx.xx.2022-ci il tarixli, 18 nömrəli məktubunda bildirmişdir ki, İddiaçı xx.xx.1996-cı il tarixindən (əmr № 2) xx.xx.2012-ci il tarixədək ( Əmr № 05 xx.xx.2012) iş icraçısı vəzifəsində çalışmışdır. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına əsasən Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı (2 nömrəli əlavə). Təsdiq olunmuş koda (Kod 2290000b-24441) istinadən İddiaçı işlədiyi peşə zərərli işə aiddir.. Hazırkı mərəhələdə, həmin müəssiəsisənin iddiaçı tərəfindən məhkəməyə təqdim olnmuş xx.xx.2022-ci il,xx.xx.1996-cı il tarixli arayışlarına əsasən də müəyyən olunur ki, xx.xx.1996-xx.xx.2012-ci illərdə iddiaçı həmin müəssiəsədə işləmiş, o cümlədən o, 2002-2006-cı illərdə əmək haqqı almışdır (xx.xx.2022-ci il tarixli 20 nömrəli arayşında həmin illərin əmək haqı məbləğləri qrafik şəklində təsbit olunmuşdur). İddiaçı tərəfindən Nazirlər Kabinetin qeyd olunan 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahısı nəzərdə tutulan güzəştli pensiya hüququ verən peşələrdə müvafiq iş stajı toplamasına gəldikdə, onun elektrik qaynaqçısı kimi işlədiyi nəzərə alınmasa belə, təkcə onun, həmin Siyahının «2290000b-24441» kodunda nəzərdə tutulan «iş icraçısı» vəzifəsində 2006-cı ilə qədər olan sığorta stajı - 12 il 6 aydan da artıqdır. Həmin dövrdə qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin qeyd olunan13-cü maddəsinin «b» bəndinin tələbindən göründüyü kimi, pensiya kapitalının mövcudluğu tələb olunmurdu. (Məhkəmə təcrübəsində dəfələrlə iş icraçsı» vəzifəsində çalışan şəxslərin güzəştli əmək pensiyası hüquqna malik olmaları təsbit olunmuşdur) İşin qeyd olun hallarından göründüyü kimi, iddiaçının 57 yaşından, yəni xx.xx.2018-ci il tarixdən güzəştli pensiya hüququ yaranmışdır . “Əmək pensiyaları haqqında” Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir Həmin Qanunun 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə qərarı işdə olan sübutlarla müəyyən olunan hallara və əmək pensiyaları haqqında qanunvericiliyin tələblərinə uyğundur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Ona görə də məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən işin hallarının tam, hərtərəfli və obyektiv araşıdırılmadığını, qanunsuz və əsassız qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-506/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-506/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2154/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2154/2023
05.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver