Məhkəmə qərarları › İş №2-1(103)-2154/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2154/2025

08.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2154/2025 08.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X1 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6385/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları

1. Cavabdehin imtina məktubu onunla əsaslandırılmışdır ki, ““X2” Azərbaycan Respublikası Qanununun: 4.1-ci maddəsinə əsasən, əmək pensiyasının yaşa, əlilliyə və ailə başçısını itirməyə görə növləri vardır; 4.2-ci maddəsinə əsasən, yaşa və əlilliyə görə əmək pensiyası sığorta və yığım hissələrindən ibarətdir; 6.2-ci maddəsinə əsasən, “əmək pensiyasının sığorta hissəsinin 1992-ci ilin yanvarın 1-dək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği, habelə bu Qanunun 20-ci maddəsində nəzərdə tutulan əlavələr, həmin əlavələrin indeksiəşdirilməsi, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə 2022-ci ildə müəyyən etdiyi və 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardım və həmin maddi yardımın bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksiəşdirilməsi nəticəsində yaranan xərclər dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir”; 20.7.1-ci və 20.7.2-ci maddələrinə əsasən, 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələbləri nəzərə alınmaqla İddiaçı müraciəti əsasında ona Qanunun 20.7.2-ci maddəsinə əsasən, 15 il 4 ay 14 gün hakim kimi iş stajına uyğun olaraq 6 fevral 2024-cü il tarixində (22 dekabr 2023-cü il tarixindən hesablanmaqla) orta aylıq əmək haqqının (8138,38 manat) 51 faizi - 4150,57 manat məbləğində sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilib. Həmin 4150,57 manat aşağıdakı tərkibdən ibarətdir: əmək pensiyasının sığorta hissəsi1238,30 manat; qulluq stajına görə əmək pensiyasına əlavə-2912,27 manat. Eyni zamanda bildiririk ki, Qanunun 20.1-ci maddəsinə əsasən, bəzi kateqoriyalı şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələr təyin edilir. Həmin kateqoriyaya aid olan şəxslərdən biri də sabiq hakimlərdir. Qanunun 20.1.4-cü maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavələr əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq hakimlərə təyin edilir. Qanunun 20.7-ci maddəsinə əsasən, sabiq hakim kimi əmək pensiyasına qulluq stajına görə əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 21 noyabr 2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş və 11 dekabr 2017-ci il tarixinədək qüvvədə olmuş “X2” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 2.8-ci bəndinin 28- ci misalına görə “X2” Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əlavənin hesablanması üçün əsas şərt kimi şəxsin sözügedən maddədə nəzərdə tutulmuş vəzifələrdən azad olunduqdan sonra müraciət etməsi göstərilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş 13 may 2022-ci il tarixinədək qüvvədə olmuş “X2” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.5.8-ci bəndinə əsasən, “Qanunun 20-ci maddəsi ilə müəyyən edilmiş şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavələr, Qanunun həmin maddəsi ilə müəyyən edilən vəzifələrdə işləmədikləri halda, onların yaşa görə və İ dərəcə əlilliyə görə aldıqları pensiyanın üzərinə hesablanır”. “X2” Qanunun 37.3.4-cü maddəsinin tələblərinə əsasən, sabiq hakimin əmək pensiyasına qulluq stajına görə əlavənin ödənilməsi bu əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə çalışdığı halda mümkün hesab edilmir. Qeyd edilənləri nəzərə alaraq, İddiaçı hakimlik səlahiyyətlərinə 21 dekabr 2023-cü il tarixindən xitam verildiyindən hakim kimi əmək pensiyası hüququ 22 dekabr 2023-cü il tarixindən yaranıb. Bununla əlaqədar İddiaçı əmək pensiyası müraciətinizdə göstərdiyiniz qaydada deyil, “Əmək pensiyaıarı haqqında” Qanunun 20.7.2-ci maddəsinin hazırda qüvvədə olan redaksiyasına əsasən hesablanıb. Məlumat üçün bildiririk ki, əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar 1 yanvar 2024-cü il tarixindən hesablanmaqla adıçəkilən şəxsin pensiyası 4615,43 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür.”

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, "X2" Azərbaycan Respublikası Qanununun 20.7-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən, bir aylıq vəzifə maaşı həcmində aylıq vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində (ümumilikdə 45%) əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət haqqı, məzuniyyətlə bağlı iki aylıq əmək haqqı miqdarında müavinət, müalicə ilə bağlı iki aylıq əmək haqqı miqdarında pul təminatı və əmək haqqına digər əlavələr nəzərə alınmaqla, əmək pensiyasının sığorta hissəsinin və 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla (10 ilə qədər 55 faiz, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında) hakim vəzifəsindəki fəaliyyətinin son 24 ayı ərzindəki (21 dekabr 2021- 21 dekabr 2023-cü illər ərzindəki) əmək haqqının orta aylıq məbləğinin 80 faizi miqdarında əlavənin nəzərə alınaraq iddiaçının əmək pensiyasının yenidən hesablanması və pensiyanın təyin edildiyi vaxtdan yenidən hesablandığı tarixədək yaranmış fərqin ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 2979 nömrəli Sərəncamı ilə Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmiş və xx.xx.2018-ci il tarixinədək həmin məhkəmədə hakim işləmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli, 836 nömrəli Sərəncamı ilə Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək, Xaçmaz Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuş, xx.xx.2020ci il tarixli, 2021 nömrəli Sərəncamla Xaçmaz Rayon Məhkəməsinin hakim vəzifəsindən azad edilərək, Qubadlı Rayon Məhkəməsinin hakimi və sədri vəzifəsinə təyin olunmuşdur. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq xx.xx.2023-cü il tarixdən hakim vəzifəsində olmanın son yaş həddinə çatdığına görə hakimlik fəaliyyətinə və məhkəmə Sədri səlahiyyətlərinə xitam verilmişdir. İddaçının hakimlik stajı 15 il 4 ay 15 gün təşkil edir. Ona 4615,43 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Hesab edir ki, iddiaçıya pensiya təyin olunarkən, pensiyanın məbləği həm onun tərkib hissəsi, həm də əlavələrin müəyyən olunması baxımından düzgün hesablanmamışdır. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək "X2" Azərbaycan Respublikası Qanununun 20.7-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən, bir aylıq vəzifə maaşı həcmində aylıq vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət haqqı, məzuniyyətlə bağlı iki aylıq əmək haqqı miqdarında müavinət, müalicə ilə bağlı iki aylıq əmək haqqı miqdarında pul təminatı və əmək haqqına digər əlavələr nəzərə alınmaqla, əmək pensiyasının sığorta hissəsinin və 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla (10 ilə qədər 55 faiz, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında) hakim vəzifəsindəki fəaliyyətinin son 24 ayı ərzindəki (21 dekabr 2021- 21 dekabr 2023-cü illər ərzindəki) əmək haqqının orta aylıq məbləğinin 80 faizi miqdarında əlavənin nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanmasını və pensiyasının təyin edildiyi vaxtdan onun yenidən hesablandığı tarixədək yaranmış fərqin ödənilməsini xahiş etmişdir. Cavabdeh 24 dekabr 2024-cü il tarixli məktubla ona imtina cavabı vermişdir. İmtinanın əsası kimi cavabdeh "X2" Qanunun 20.7.2-ci maddəsinin hazırda qüvvədə olan redaksiyasına istinad etmişdir. Hesab edir ki, cavabdeh iddiaçıya hakim kimi, qanunvericilikdə nəzərdə tutulmuş qaydada pensiya təyin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Cavabdehin imtinası iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndi və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 87.1-ci maddəsinin tələbləri ilə qorunan hüquqlarının pozulması ilə nəticələnmişdir. Ona təyin edilmiş əmək pensiyasının məbləği müəyyən edilərkən "X2" Qanunun 10-cu maddəsinin tələbləri pozulmaqla əmək pensiyasının sığorta hissəsi nəzərə alınmamış, eləcə də təyin edilən pensiyanın məbləği yalnız "X2" Qanunun xx.xx.2017-ci il tarixdən sonra qüvvəyə minmiş 20.7.2-ci maddəsində göstərilən əlavələrlə müəyyən edilmişdir. Bu hal "X2" Qanunun 1.0.2-ci maddəsinin normalarına zidd olmuş və qanunvericiliklə müəyyən edilmiş qaydada sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, qulluq stajına görə əlavə ilə yanaşı, həmçinin əmək pensiyasının sığorta hissəsi nəzərə alınmaqla onun əmək pensiyası yenidən hesablanmalıdır. Habelə, əlavələr müəyyən olunarkən də səhvə yol verilmiş, düzgün hesablama aparılmamışdır. İddiaçının hakim kimi pensiya almaq hüququna dair münasibətlər xx.xx.2013-cü ildə, yəni "X2" Azərbaycan Respublikası Qanununun 20.7-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən artıq, tələb olunan minimum 5 il hakimlik stajına malik olduğu dövrdə yaranmışdır. Qeyd olunanlar əsas verir ki, onun əmək pensiyası təminatı adıçəkilən Qanunun həmin dövrdə qüvvədə olmuş normaları ilə tənzimlənməlidir. Digər tərəfdən hakim vəzifəsinə təyin olunan zaman da yuxarıda qeyd olunan Qanun qüvvədə olmuş və onunla dövlət arasında əmək pensiyalarına dair münasibətlər həmin vaxt yaranmışdır. "X2" Azərbaycan Rspublikası Qanununun 20.7-ci maddəsinə əsasən (xx.xx.2017-ci il tarixdən sonrakı redaksiyada) bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətinin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Cavabdehin iddiaçının tələb etdiyi qaydada hakim kimi pensiya təyin olunmasından imtinasının əsası kimi istinad olunmuş "X2" Azərbaycan Respublikası Qanununda dəyişiklik edilmiş 20.7.2-ci maddəsi 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir. "X2" Qanunda edilmiş bu dəyişikliklər onun vəziyyətini ağırlaşdırmış, onula eyni vaxtda hakim işləmiş, eyni hüquqlara malik olmuş və xx.xx.2017-ci il tarixədək hakim kimi əmək pensiyası təyin edilmiş şəxslərlə qeyri-bərabər vəziyyətə salınmışdır. Cavabdeh orqanın qanunu düzgün tətbiq etməməsi nəticəsində, pensiya çıxmış sabiq hakimlərə təyin edilmiş pensiyalar arasında kəskin (2-3 dəfə) fərqlər əmələ gəlmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ və V bəndlərinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Hüquq və vəzifələrlə bağlı qərar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətdə hər kəsin bərabər hüquqları təmin edilir. Qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı ilə dövlət arasında hakim kimi hüquq münasibətləri də yuxarıda istinad olunan vaxt yarandığından, həmin münasibətlərlə bağlı mübahisələr xx.xx.2017-ci il tarixdən qüvvədə olan "X2" Qanunun normaları ilə deyil, xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “X2” Azərbaycan Respublikası Qanununun normalarına uyğun həll olunmalıdır. Beləliklə də, hesab edir ki, 06 avqust 2008-ci ildə hakim təyin edildiyindən 01 yanvar 2006-cı il tarixində qəbul edilmiş "X2" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq hakim kimi orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiya almaq hüququ əldə etmişdir. Lakin "X2" Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş normaları tətbiq olunmalı olduğu halda, cavabdeh onun vəziyyətini ağırlaşdıran, xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş "X2" Azərbaycan Respublikası Qanununun normalarını tətbiq etməklə ona daha öncə qeyd etdiyi kimi hakim kimi orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiya təyin olunmasından imtina etmişdir. Bu hal isə Azərbaycan Respublikası Konstitutsiyasının 149-cu maddəsinin Vİİ hissəsinin və yuxarıda qeyd olunan Qanunun normalarının və normativ aktların tələblərinə zidd olmuşdur və bununla da iddiaçının hüquqları pozulmuşdur.

4. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, İddiaçı müraciəti əsasında ona Qanunun 20.7.2-ci maddəsinə əsasən, 15 il 4 ay 14 gün hakim kimi iş stajına uyğun olaraq 6 fevral 2024-cü il tarixində (22 dekabr 2023-cü il tarixindən hesablanmaqla) orta aylıq əmək haqqısının (8138,38 manat) 51 faizi - 4150,57 manat məbləğində sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilib. Həmin 4150,57 manat aşağıdakı tərkibdən ibarətdir: -əmək pensiyasının sığorta hissəsi-1238,30 manat; -qulluq stajına görə əmək pensiyasına əlavə-2912,27 manat. Həmin qanunun 37.2-ci maddəsinə əsasən əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır. Həmin qanunun 37.3.4-cu maddəsinə əsasən bu qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində ödənilir. Həmin şəxslər (bu qanunun 20.1.5-ci, 20.1.14-cü, 20.1.18-ci, 20.1,20-ci maddələrində göstərilən şəxslərdən yalnız həmin orqanlarda azı 35 il qulluq stajı olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə (20.1.4-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə) çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinin altıncı abzasına əsasən pensiya yaşına çatmış sabiq hakimlərə axırıncı iş yerlərində aldıqları istənilən beş ilin orta aylıq əmək haqlarının 80 faizi miqdarında pensiya verilir və əmək haqqı artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 21 noyabr 2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş və 11 dekabr 2017-ci il tarixinədək qüvvədə olmuş X2” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 2.8-ci bəndinin 28-ci misalına görə “X2” Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əlavənin hesablanması üçün əsas şərt kimi şəxsin sözügedən maddədə nəzərdə tutulmuş vəzifələrdən azad olunduqdan sonra müraciət etməsi göstərilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş 13 may 2022-ci il tarixinədək qüvvədə olmuş “X2” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.5.8-ci bəndinə əsasən “Qanunun 20-ci maddəsi ilə müəyyən edilmiş şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavələr, Qanunun həmin maddəsi ilə müəyyən edilən vəzifələrdə işləmədikləri halda, onların yaşa görə və İ dərəcə əlilliyə görə aldıqları pensiyanın üzərinə hesablanır”. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1958-ci il təvəllüdlü İddiaçı oğluna hakim vəzifəsində olmanın son yaş həddinə çatdığına görə hakimlik səlahiyyətinə 21 dekabr 2023-cü il tarixdən xitam verildiyindən, onun hakim kimi əmək pensiyası hüququ 22 dekabr 2023-cü il tarixdən yaranmışdır. Belə ki, İddiaçı “X2” Azərbaycan Respublikasının Qanununun xx.xx.2017-ci il tarixədək, yəni hakim vəzifəsinə təyin edildiyi dövrdə qüvvədə olmuş qanunvericiliyə istinad edərək ona pensiya təyin edilməli olduğunu iddia etsə də, yaşa görə əmək pensiyası almaq hüququ 22 dekabr 2023-cü il tarixdən yarandığından əvvəlki dövrdə qüvvədə olmuş qanunvericiliyə istinad edilməsi qanuna müvafiq hesab edilməməlidir.

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6385/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı "X2" Azərbaycan Respublikası Qanununun 20.7-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən bir aylıq vəzifə maaşı həcmində aylıq vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində (ümumilikdə 45%) əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət haqqı, məzuniyyətlə bağlı iki aylıq əmək haqqı miqdarında müavinət, müalicə ilə bağlı iki aylıq əmək haqqı miqdarında pul təminatı və əmək haqqına digər əlavələr nəzərə alınmaqla, əmək pensiyasının sığorta hissəsinin və 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla (10 ilə qədər 55 faiz, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında) hakim vəzifəsindəki fəaliyyətinin son 24 ayı ərzindəki (21 dekabr 2021- 21 dekabr 2023-cü illər ərzindəki) əmək haqqının orta aylıq məbləğinin 80 faizi miqdarında əlavənin nəzərə alınaraq iddiaçının əmək pensiyasının yenidən hesablanması və pensiyanın təyin edildiyi vaxtdan yenidən hesablandığı tarixədək yaranmış fərqin ona ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.

6. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsi "X2" Qanunun xx.xx.2017-ci il tarixədək, yəni iddiaçının hakim vəzifəsinə təyin edildiyi dövrdə qüvvədə olmuş qanunvericiliyə istinad edərək, ona pensiya təyin edilməli olduğu qənaətinə gəlsə də, onun yaşa görə əmək pensiyası almaq hüququnun xx.xx.2023-cü il tarixdən yarandığını nəzərə almamışdır. Eyni zamanda məhkəmə iddiaçıya pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla müəyyən edilmiş orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiyanın hesablanması öhdəliyini cavabdehin üzərinə qoymuşdur. Lakin, qanunvericiliyə istinad edilsə belə, xx.xx.2017-ci il tarixədək iddiaçının hakim stajının 08 il 10 ay (52,6%) təşkil etməsi nəzərə alınmamışdır.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

9. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinin təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 18 fevral 2025-ci il tarixli qərarının ləğv edilməsinin məhkəmədən xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

11. “X2” Qanununun: 4.1-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası.

13.“X2” Azərbaycan Respublikasının Qanununun: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq hakimlər (xx.xx.2017-ci ilədək olan redaksiyası - 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlilliyi müəyyən edilmiş sabiq hakimlər). 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1. 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. (xx.xx.2017-ci ilədək olan redaksiyası - 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanımla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir).

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

16. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17.Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən) 18.İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 10-14-cü bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

19. Belə ki, hazırki işin hallarından göründüyü kimi, İddiaçı xx.xx.2008-ci ildən xx.xx.2023cü ilədək hakim vəzifəsində işləmiş, ümumi hakimlik stajı 15 il 04 ay 15 gün olmaqla xx.xx.2023-cü il tarixdən son yaş həddinə çatması ilə əlaqədar hakimlik səlahiyyətlərinə xitam verilmiş və 06 fevral 2024-cü il tarixində (22 dekabr 2023-cü il tarixindən hesablanmaqla) orta aylıq əmək haqqının (8138,38 manat) 51 faizi - 4150,57 manat məbləğində sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırda İddiaçı “X2” Azərbaycan Respublikasının Qanununun xx.xx.2017-ci il tarixədək, yəni hakim vəzifəsinə təyin edildiyi dövrdə qüvvədə olmuş qanunvericiliyə istinad edərək ona pensiya təyin edilməli olduğunu iddia etsə də, cavabdeh orqan bildirir ki, yaşa görə əmək pensiyası almaq hüququ 22 dekabr 2023-cü il tarixdən yarandığından əvvəlki dövrdə qüvvədə olmuş qanunvericiliyə istinad edilməsi qanuna müvafiq hesab edilmir.

20. İşin apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına sorğu verilmişdir.

21. Həmin sorğuya əsasən iş materillarına əlavə edilmiş sənədlərin tədqiq edilməsi zamanı müəyyən edilmişdir ki, İddiaçı ümumi hakimlik stajı 15 il 04 ay 15 gün olmaqla xx.xx.2023-cü il tarixdən son yaş həddinə çatması ilə əlaqədar hakimlik səlahiyyətlərinə xitam verilmiş və 06 fevral 2024-cü il tarixində 4150,57 manat məbləğində sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir.

22. 10 iyun 1997-ci il tarixdən qüvvəyə minmiş «Məhkəmələr və hakimlər haqqında» Qanunun 109-cu maddəsinin beşinci hissəsinə əsasən səlahiyyət müddəti qurtardıqdan sonra pensiya yaşına çatmış sabiq hakimlərə axırıncı iş yerlərində aldıqları vəzifə maaşlarının 80 faizi miqdarında pensiya verilir.

23. Həmin Qanuna 20 iyun 2003-cü il tarixdə edilmiş dəyişikliyinə əsasən: «Səlahiyyət müddətləri qurtardıqdan sonra pensiya yaşına çatmış sabiq hakimlərə axırıncı iş yerlərində aldıqları istənilən beş ilin orta aylıq əmək haqlarının 80 faizi miqdarında pensiya verilir və əmək haqqı artımındakı sonrakı dəyişiklik həmin məbləğə şamil edilir. Bu Qanuna uyğun olaraq keçirilmiş təyinatlardan əvvəl işləmiş və həmin vaxt pensiya yaşına çatmış sabiq hakimlərə bu maddənin beşinci hissəsinin müddəaları şamil edilir». Bundan sonra Qanuna edilmiş 14 iyun 2005-ci il tarixli dəyişikliklə maddədəki «Səlahiyyət müddəti qurtardıqdan sonra pensiya» sözləri «Pensiya» sözü ilə əvəz edilmişdir.

24. 30 dekabr 2005-ci il tarixdə «Məhkəmələr və hakimlər haqqında» Qanuna sözügedən maddə aşağıdakı redaksiyada verilmişdir: «Azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış sabiq hakimlərə hakim vəzifəsində işləmiş müddətdən asılı olaraq aşağıdakı qaydada pensiya təyin edilir: 5 il hakim işləmiş sabiq hakimlərə hakim vəzifəsində aldıqları 5 ilin orta əmək haqqının 45 faizi miqdarında; 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün orta əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla; 10 ildən 15 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə əmək haqqı artımındakı sonrakı dəyişikliklər pensiya məbləğinə şamil edilir».

25. 19 oktyabr 2007-ci il tarixdə isə «Məhkəmələr və hakimlər haqqında» Qanuna edilmiş sonuncu əlavə və dəyişikliklə 109-cu maddənin beşinci və altıncı hissələri maddədən çıxarılmış və maddəyə aşağıdakı məzmunda beşinci hissə əlavə olunmuşdur: «Azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin pensiya təminatı «X2» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir».

26. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi əmək kitabçasının surətindən aydın olur ki, iddiaçı xx.xx.2008 – xx.xx.2023-cü illər ərzində hakim vəzifəsində işləmişdir (15 il 4 ay 14 gün). Faktiki olaraq, “X2” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixə qədər olan redaksiyasına uyğun olaraq iddiaçının 15 il 04 ay 14 gün stajı mövcud olduğundan ona münasibətdə həmin Qanunun 20.7.3-cü maddəsi tətbiq edilməlidir.

27. Odur ki, İddiaçı (15 il 04) 10 ildən yuxarı hakim işlədiyi üçün ona hakim vəzifəsində aldığı 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla (55+6x5=85%), lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə (odur ki, iddiaçıya münasibətdə 80% tətbiq olunmalıdır) müəyyən olunan məbləğlə təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilməlidir.

28. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, “X2” Qanuna dəyişikliyin qüvvəyə mindiyi xx.xx.2017-ci il tarixdə iddiaçının hakim kimi stajı (sonradan) ona pensiya təyini üçün imkan verdiyindən iddiaçı xx.xx.2021 – xx.xx.2023-cü illərdə aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə olunmaq üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, eləcə də (olduğu təqdirdə) sonrakı artımlar da nəzərə alınmaqla ona hakim kimi əmək pensiyasının hesablanmasını, habelə pensiyaya qeyd edilənə əlavələr nəzərə alınmaqla əmək pensiyası məbləğinin, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiyaya əlavənin hesablanmasını tələb etməkdə haqlı sayılmalıdır.

29. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. 30.İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 31.Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6385/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. 32.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6385/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar