Məhkəmə qərarları › İş №2-1(103)-2156/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2156/2022

22.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2156/2022 22.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsinə qarşı “pensiya təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2-1(82)-3441/2017 saylı qərardadından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə 22 iyun 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsinə qarşı iddia ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun “Neftqaztikinti” trestinin idarələrində xx.xx.1983-cü il tarixdən hal-hazıradək işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 № xx.xx.1993cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin İ siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, xx.xx.2008ci il tarixdən 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3441/2017 saylı, 28 iyul 2017-ci il tarixli qərarına əsasən iddia təmin edilərək, İddiaçı “Neftqaztikinti” trestinin idarələrində xx.xx.1983-cü il tarixdən hal-hazıradək işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 № xx.xx.1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin İ siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, xx.xx.2008-ci il tarixdən 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005ci illərin orta əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2326/2017 saylı, 12 oktyabr 2017-ci il tarixli qərarına əsasən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3441/2017 saylı iş üzrə qəbul etdiyi 28 iyul 2017-ci il tarixli qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)- 273/2018 saylı, 14 fevral 2018-ci il tarixli qərarına əsasən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 2326/2017 saylı, 12 oktyabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3441/2017 saylı, 28 iyul 2017-ci il tarixli qərarı 10 aprel 2018-ci il tarixli məktubla icra olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinə göndərilmişdir. İddiaçı müraciətinə əsasən Bakı İnzibati Məhkəməsinin 10 fevral 2021-ci il tarixli məktubu əsasında “Neftqaztikinti” trestinin idarələrində xx.xx.1983-cü il tarixdən halhazıradək işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin İ siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, xx.xx.2008-ci il tarixdən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinin üzərinə qoyulması barədə Azərbaycan Respublikası 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 28 iyul 2017-ci il tarixli, 2-1(82)-3441/2017 saylı qərarının Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 fevral 2018-ci il tarixli 2-1(102)-273/2018 saylı qərarı ilə xx.xx.2018-ci il tarixdə qanuni qüvvəyə mindiyindən, məhkəmə qərarını icra edərək, məhkəmə qərarının icrası barədə məlumatın qısa müddət ərzində məhkəməyə göndərilməsi cavabdehdən xahiş edilmişdir. Cavabdeh tərəfindən verilən sorğuya cavab məktubunda iddiaçıya ayrılan əmək pensiyasının ödənişinin xx.xx.2020-ci il tarixdə dayandırıldığı, pensiya ödənişinin bərpa edilməsi barədə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala hər hansı məlumatın daxil olmadığı qeyd edilmişdir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının yeni açılmış hallarla bağlı icraatın təzələnməsi, sonradan ərizənin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəməyə daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi bildirir ki, vətəndaş İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 03 may 2008-ci il tarixdən (50 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004- 2005-ci illərin orta aylıq əməkhaqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh inzibati orqana həvalə edilməsi tələbini irəli sürmüşdür. 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)- 3441/2017 nömrəli qərarı ilə iddiası təmin edilmişdir. Ərizəçi hesab edir ki, İnzibati Prosessual Məcəllənin Xİİ fəslinin tələblərinə uyğun olaraq iş üzrə icraat təzələnməli, məhkəmənin qərarı ləğv edilərək iddia rədd edilməlidir. Pensiya işində olan sənədlərə, eləcə də “Giriş-çıxış və qeydiyyat” X1 Axtarış Sistemi”ndə (İAMAS) mövcud olan məlumatlara əsasən məlum olmuşdur ki, 2017ci ilin iyun ayınadək ünvan 1 ünvanında qeydiyyatda olmuş xx.xx.1958-ci il təvəllüdlü İddiaçı xx.xx.2015-ci il tarixli ərizəsini ünvan aidiyyəti üzrə Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Pirallahı rayon şöbəsində qeydiyyatdan keçirilməklə həmin şöbənin Pensiya təyin edən komissiyasının xx.xx.2015-ci il tarixli 106 №-li qərarı 57 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 9.1-ci maddəsinin şərtlərinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na (bundan sonra - Güzəştli siyahı) istinad etməklə, hərbi bileti və əmək kitabçası üzrə 2006-cı ilədək hesablanmış 23 il 8 ay sosial sığorta stajı nəzərə alınmaqla 151,91, həmçinin xx.xx.2006-xx.xx.2014-cü il dövr üzrə fərdi hesabında qeydə alınmış pensiya kapitalı şöbəyə daxil olduqdan sonra xx.xx.2015-ci il tarixli sərəncam əsasında 263,37 manatla yenidən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, xx.xx.2015-ci il tarixdən ödənişinə başlanılmışdır. Müvafiq dövrlər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməklə və baza hissəsinə artımlar nəzərə alınmaqla xx.xx.2016-ci il tarixdən 269,90 manat, xx.xx.2016-cı il tarixdən 279,90 manat, xx.xx.2017-ci il tarixdən 300,97 manat təşkil etmişdir. 2017-ci ilin iyun ayının pensiyasını Fondun Pirallahı rayon şöbəsindən almış İddiaçı qeydiyyatdan çıxaraq ünvan 3 ünvanına qeydiyyata alınmış, eyni zamanda onun pensiya işi Fondun Xətai rayon şöbəsinin xx.xx.2017-ci il tarixli 19/299-02 №-li sorğusu əsasında xx.xx.2017-ci il tarixli göndərişlə Fondun Xətai rayon şöbəsinə köçürülmüşdür. Pensiya işi və uçot vərəqi xx.xx.2017-ci il tarixdə şöbəyə daxil olmuş və şöbənin xx.xx.2017-ci il tarixli 19/246-04 №-li qərarı ilə xx.xx.2017-ci il tarixdən pensiya ödənişi davam etdirilmişdir (pensiya işi №-si 134255).Qeyd olunmalıdır ki, vətəndaşın adından hazır blank formasında pensiya işinin qəbul edilərək pensiyanın ödənilməsinin xahiş edilməsi barədə yazılmış ərizədə də vətəndaşın yerinə çəkilmiş imzanın özünə aid olması əsaslı şübhələr yaradır. Araşdırma zamanı aşkar edilmişdir ki, İddiaçı pensiyası ilə əlaqədar məhkəmə işlərinə pensiya təyinatından 2 il sonra, 2017-ci ilin iyun ayından başlanılmışdır. Belə ki, kompüterdə İddiaçı adından yazılaraq vətəndaş tərəfindən deyil, kənar şəxs tərəfindən imzalandığı ehtimal olunan (vətəndaşın şəxsiyyət vəsiqəsindəki çəkilmiş imzadan tam fərqlidir), tarixi qoyulmayan və Fondun Xətai rayon şöbəsinə ünvanlanmış, həmin şöbənin daxilolma ştampı vurulmayan ərizədə “Qanunun 9.8-ci maddəsinə əsasən 50 yaşdan əməkhaqqı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını hesablayıb yenidən təyin edəsiniz” xahişi edilmişdir. Lakin həmin şöbənin vətəndaşa ünvanlanmış xx.xx.2017-ci il tarixli 19/5179-01 №-li cavab məktubunda (yəni İddiaçı pensiya işinin şöbəyə daxili olduğu gün) 2006- cı ilin yanvar ayının 1-dən 2010-cu ilin yanvar ayının 1-dək mövcud olmuş pensiya sistemi sosial sığorta prinsiplərinə əsaslanmadığından, hesablamaların vahid prinsiplə əmək stajı göstəricilərinə əsasən aparıldığından müraciətinin təmin edilməsinin mümkün olmadığı barədə məlumat verilmişdir. İmtina məktubu əldə edildikdən sonra E.X9 rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək onun “Neftqaztikinti” trestinin idarələrində xx.xx.1983-cü il tarixdən hal-hazıradək işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 №- li xx.xx.1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin İ siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, xx.xx.2008-ci il tarixdən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əməkhaqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. E.X6 rayon şöbəsinə qarşı qaldırdığı iddiaya baxılaraq 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli (İş № 2-1(82)-3441/2017) qəbul etdiyi qərarı ilə - “İddia təmin edilsin. İddiaçı “Neftqaztikinti” trestinin idarələrində xx.xx.1983-cü il tarixdən hal-hazıradək işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli xx.xx.1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş Güzəştli pensiya hüququ olan vəzifələrin İ siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla xx.xx.2008-ci il tarixdən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin üzərinə qoyulsun” - vətəndaşın iddiası təmin edilmişdir. Xüsusilə qeyd olunmalıdır ki, İddiaçı iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarında qeyd olunanlara əsasən məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh şöbənin nümayəndəsi keçirilən məhkəmə iclasına ümumiyyətlə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə də müvafiq qanunvericiliyə əsasən şöbənin nümayəndəsinin iştirakı olmadan iddiaya baxmışdır. Məlumat üçün bildiririk ki, həmin məhkəmədə iddiaçı deyil, onun nümayəndəsi, 2006-2013-cü illərdə Fondun Bakı şəhəri Səbail, 2013-2015-ci illərdə isə Suraxanı rayon şöbələrinin Pensiya təyinatı sektorunda işləmiş X4 yaxın dostu, digər xidməti araşdırmalar nəticəsində əvvəlki dövrdən aylıq məbləği yüksək olan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaradan sənədlərin saxtalaşdırılması ehtimal olunan faktlara hüquqi qiymətin verilməsi məqsədi ilə müvafiq materialları Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmiş və barəsində cinayət işi başlanmış X2 oğlu Bəhruz Qəribov iştirak etmişdir. Şöbə tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin İddiaçı xeyrinə qəbul edilmiş xx.xx.2017-ci il tarixli qərarına qarşı apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı (İş № 2-1(103)-2326/2017) ilə şikayət təmin edilməmişdir. Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə (İş № 2-1(102)-273/2018) şöbənin şikayəti təmin olunmamışdır. İddiaçı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarında qeyd olunanlara əsasən məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər (səlahiyyətli nümayəndələri) keçirilən məhkəmə iclasına ümumiyyətlə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, müvafiq qanunvericiliyə əsasən tərəflərin iştirakı olmadan iddiaya baxılmışdır. Ali Məhkəmənin iclasında isə şöbənin vəkili X5 adlı şəxs iştirak etmiş, iddiaçı və ya onun nümayəndəsi iştirak etməmişdir. “Neftqaztikinti” trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsi tərəfindən İddiaçı adına verilmiş və pensiya işinə tikilmiş xx.xx.2015-ci il tarixli BA03/143 nömrəli “Sığortaolunanın ümumi iş stajı barədə Məlumafa (2 nömrəli əlavə) əsasən Körpütikinti Trestində xx.xx.1981- xx.xx.1981-ci il dövründə usta, “Azərnefttikinti” trestinin 3 saylı Tikinti quraşdırma idarəsində xx.xx.1983-xx.xx.1983-cü il dövründə usta, “Xəzərdəniztəmirtikinti” trestində xx.xx.1984-xx.xx.1984-cü il dövründə mühəndiş, 2 №-li “Neft Daşları” sahəsində xx.xx.1984-xx.xx.1985-ci il dövründə iş icraçısı, xx.xx.1985xx.xx.1986-cı il dövründə usta, 4 №-li “Artyom” sahəsində xx.xx.1986-xx.xx.1987-ci il dövründə asfaltçı, xx.xx.1987-xx.xx.1987-ci il dövründə “Neft Daşlan” sahəsində iş icraçısı, xx.xx.1987-xx.xx.1987-ci il dövründə həmin sahədə usta, xx.xx.1987- xx.xx.1992-ci il dövründə iş icraçısı, “Azərdənizneftinşaat” trestinin 3 №-li Tikinti quraşdırma idarəsində xx.xx.1992-xx.xx.2007-ci il dövründə iş icraçısı, “Neftqaztikinti” Trestinin 4 və 7 saylı Tikinti quraşdırma idarəsində xx.xx.2007-20.11,2007-ci il dövründə sahə rəisi, xx.xx.2007xx.xx.2014-cü il dövründə iş icraçısı vəzifəsində işləmiş,xx.xx.2014-cü il tarixdən hazıradək həmin trestin 4 saylı tikinti quraşdırma idarəsinin 7 saylı sahəsində iş icraçısı vəzifəsində çalışır. Pensiya işinə tikilmiş və notarial qaydada təsdiq olunmuş hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək hərbi xidmətdə olmuşdur. Həmçinin, notarial qaydada təsdiq olunmuş diplomun surətinə əsasən xx.xx.1976-xx.xx.1981-ci il dövr ərzində Azərbaycan Mühəndis İnşaat İnstitutunda ali təhsil almışdır. “Neftqaztikinti” trestinin 4 saylı Tikinti Quraşdırma idarəsi tərəfindən Fondun Pirallahı rayon şöbəsinə təqdim olunması üçün tərtib edilmiş və pensiya işinə tikilmiş xx.xx.2015-ci il tarixli BA03/147 №li arxiv arayışında İddiaçı xx.xx.1992- xx.xx.2007-ci il və xx.xx.2007-ci il tarixdən hazıradək “Azərdənizneftinşaat” və “Neftqaztikinti” Trestlərində işlədiyi, göstərilən peşə və vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən 2 saylı siyahısının XXVİİİ bölməsinin 2290000b24441 şifri ilə nəzərdə tutulduğu qeyd edilmişdir. Məhkəmə qərarlarından göründüyü kimi, ilk iki məhkəmə kollegiyaları tərəfindən Qanunun 9.8-ci - “Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.” maddəsi əsas götürülərək “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun (qanun) tələblərinə uyğun olaraq mübahisələndirilmişdir. Belə ki, qeyd olunan qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Həmin dəyişikliyə kimi 13-cü maddənin a) bəndində kişilər azı 20 il iş stajı olduqda, bu müdddətin azı 10 ilini həmin işlərdə (1 №-li Siyahı üzrə nəzərdə tutulmuş) çalışdıqları halda 50 yaşına çatdıqda güzəştli şərtlərlə yaşa görə pensiya hüququ qazanırdılar. Lakin xx.xx.1958-ci il təvəllüdlü vətəndaşın xx.xx.1997-ci il tarixində 39 yaşı var idi və həmin tarixdə vətəndaşın pensiya hüququ yaranmırdı. Eyni zamanda, 1997- 2000-ci il ərzində yaş həddinin artırılması ilə kişilərin pensiya yaşı 52 yaşına çatdırılmışdır. Əmək pensiyaları üzrə yaş həddinin artırılması isə qanunun təkcə 13-cü deyil, 12- ci, 15-ci 16-cı, 19-cu, 35-ci və 40-cı maddələrində, habelə sosial pensiyaların təyinində də tətbiq edilmişdir. Bunlardan əlavə, yaş həddinin artırılması 1 №-li Siyahı üzrə deyil, 2 №-li Siyahı üzrə nəzərdə tutulmuş kişi və qadınlara münasibətdə də tətbiq edilmişdir. Qanunun 9.8-ci maddəsinin şərtləri daxilində 40 yaşlı vətəndaşın pensiya hüququna 1997-ci ildəki qanunvericiliklə nəzərdə tutulmuş 50 yaşdan təyin edilməsi isə göründüyü kimi qanunvericiliklə ziddiyyət təşkil edir. Vətəndaş güzəştli şərtlərlə əmək pensiyası hüququnu müvafiq sosial sığorta stajı imkanları hesabına 57 yaşdan qazana bilir. Əlavə olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 21 noyabr 2011-ci il tarixli 17 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 2-ci bölməsinin 2.1.6-2.1.8-ci bəndlərində güzəştli şərtlərlə əmək pensiyası hüququ ilə bağlı ətraflı məlumat verilməklə və misallar göstərilməklə Qanunun 9.1 və 9.8ci maddələrinin tələbləri geniş şərh edilmişdir. Qeyd olunanlarla yanaşı, 2006-cı ilin 1 yanvarından qüvvədə olan Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 2017-ci ilin 1 iyulundan Qanunun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən (güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər) axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Güzəştli siyahı qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunan zaman tətbiq edilir. Güzəştli siyahıda nəzərdə tutulan işləri Qanunun 9.1-ci və 9.8-ci maddəsindəki şərtlər üzrə tam iş günü ərzində yerinə yetirən işçilər güzəştli şərtlərlə pensiya hüququ qazanırlar. Bununla belə, pensiyanın yenidən hesablanılması barədə şöbənin sərəncamının rəsmiləşdirildiyi 2018-ci il tarixədək İddiaçı 10 il əvvəl, yəni xx.xx.2008-ci ildən güzəştli şərtlərlə pensiya hüququ 1 №li siyahıya uyğun yaranmışdırsa, onun pensiya təyinatı üçün aidiyyəti qurumlara müraciət etməməsi və ya hansısa səbəblərdən güzəştli şərtlərlə pensiya təyin edilməməsi onun 50 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun yaranmaması, müvafiq qanunvericiliyin qayda və şərtlərinə zidd olması kimi səciyyələndirmək olar. Lakin məhkəmə qərarlarından göründüyü kimi, “Neftqaztikinti” trestinin idarələrində xx.xx.1983-cü il tarixdən hazıradək işlədiyi müddətlər nəzərə almaqla İddiaçı (1 №-li siyahı üzrə - 50 yaşdan) güzəştli şərtlərlə pensiya məbləğinin yenidən hesablanması barədə qərar qəbul edilmişdir. Hər 3 instansiya məhkəməsində vətəndaşın istinad edilən iş yerindən onun zərərli və ağır olan işlərdə işləməsini təsdiq edən güzəştli arayışdakı qeydlər nəzərə alınmamış və ya 1 №-li siyahıya uyğun olması barədə yeni arayış tələb edilməmiş, peşəsi barədə zəruri tədqiqat işləri aparılmadan iddia tələbi təmin edilmiş, ümumi mülahizələr əsasında qərarlar qəbul edilmişdir. Birinci instansiyanın qərarında qeyd olunanlara əsasən məhkəmə tərəfindən vətəndaşın güzəştli hesab olunan işlədiyi istehsalat sahəsi, peşə və vəzifələrinin uyğunluğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda, habelə Nazirlər Kabinetinin 320 nömrəli xx.xx.1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin 1 və 2 №-li Siyahılarında qeyd olunmuş istehsalat və peşələrlə (vəzifələrlə) əsaslandırılmamış, iddiaçının işlədiyi vəzifələri Nazirlər Kabinetinin 320 nömrəli xx.xx.1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin 1 №-li siyahısına əsasən əmək şəraiti xüsusilə zərərli olan peşələrə aid edilmiş, lakin hansı bölmə və ya kodla müəyyən olunduğu qeyd edilməmiş və yaxud araşdırılmamış, şöbənin imtinası qanunsuz, əsassız hesab edilmiş və iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilmişdir. Bakı Apellyasiya Məhkəməsində isə 1 №-li Siyahının 10-cu bölməsində qeyd olunmuş “Kod-11000000- Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin “Kod-1100000b-23362-avadanlıqların təmiri üzrə ustalar”, “Kod-1100000b-12425-qüllə quraşdırma işlərinin iş icraçısı” vəzifəsini əsas göstərməklə, “Neftqaztikinti” trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsi tərəfindən Fondun Pirallahı rayon şöbəsinə təqdim olunması üçün tərtib edilmiş və pensiya işinə tikilmiş xx.xx.2015-ci il tarixli BA03/147 №li arxiv arayışında qeyd edildiyi kimi vətəndaşın 2 №-li siyahıya müvafiq güzəşt əldə etməsi faktına zidd olmaqla və 1 №-li siyahıya müvafiq olması barədə heç bir zəruri sənəd və ya araşdırıcı arayış alınmadan şöbənin apellyasiya şikayətinin dəlilləri əsassız hesab edilmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası da qəti qərar verərək apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, kassasiya şikayətini əsassız, əvvəlki instansiyaların qəbul etdiyi qərarları haqlı hesab etməklə şöbənin kassasiya şikayətini təmin etməmişdir. Beləliklə, göstərilənlər təsdiq edir ki, məhkəmə baxışı formal olaraq keçirilmiş, məhkəmə qərarının tərtibi və rəsmiləşdirilməsi zamanı şablon mətnlərdən istifadə edilmiş, pensiyanın hansı təşkilatın əməkhaqqına əsasən hesablanması barədə heç bir məlumat qeyd edilməmiş, məhkəmə predmeti vətəndaşa təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması olmuşdur....Araşdırma ilə əlaqədar xx.xx.2020-ci il tarixdən İddiaçı təyin olunmuş pensiyanın ödənişi dayandırılmışdır. Müəyyən edilmişdir ki, əgər İddiaçı pensiyasının qanunvericiliyə müvafiq olmadığı aşkar olunmasaydı, kartın son istifadə tarixinədək, yəni 2022-ci ilin sentyabr ayınadək ona əlavə olaraq cəmi 20472,40 manat (cari hesablamalarla 1042,46-382,06=660,40x31 ay) əsassız vəsait ödəniləcəkdi. Bakı İnzibati Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2-1(82)-3441/2017 saylı qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizəsi mümkün sayılmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin qərardaddan ərizə ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsalar da məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. İPM-in 103-cü maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir Həmin Məcəllənin 106-cı (yeni açılmış hallarla bağlı icraatın təzələnməsinin mümkünlüyü) maddəsində göstərilmişdir: 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi institutunun mahiyyəti ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını şübhə altına alan yeni sübutların və faktlarların aşkar olunduğu hallarda, ərizəçinin hüquqlarının müdafiəsi baxımından həmin qərarın yenidən yoxlanılmasını həyata keçirmək mümkün olsun. Lakin bununla bağlı nəzərə almaq lazımdır ki, yalnız mübahisə barədə işə baxılması və həll edilməsi zamanı obyektiv mövcud olan, lakin işə baxan məhkəməyə və ərizəçiyə aşkar və məlum olmayan və ya məlum olması istisna edilən, eyni zamanda işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən və artıq həll edilmiş mübahisənin predmetinə aid faktiki halları təsdiq etmək keyfiyyətinə malik olan sübutlar və ya hüquqi faktlar icraatın təzələnməsini şərtləndirə bilər. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi zamanı həmçinin qanunvericiliyin tərəfin təqsiri ilə bağlı tələbi də nəzərə alınmalıdır. Belə ki, yalnız mübahisənin həll edilməsi zamanı mövcud olan, lakin ərizəçinin təqdim edə bilmədiyi və təqdim etmək imkanına malik olmadığı sübutlar və hallar yuxarıda istinad olunan normanın təsir dairəsi ilə əhatə olunur. Bu mənada ilkin icraat zamanı ərizəçi tərəfindən yol verilmiş ehtiyatsızlıq onun ziyanına təfsir edilməlidir. Ərizəçinin diqqətli olacağı təqdirdə, həmin sübutların və halların aşkar edilməsi və ya müəyyən edilməsinin (məhkəməyə təqdim edilməsinin) mümkün olduğu və ya bunun ehtimal olunduğu hallarda da həmin qayda tətbiq olunmalıdır. Bu qaydanın tətbiqi ehtiyatsızlığın ərizəçinin məsuliyyət sferasına və risklərinə aid edilməsindən irəli gəlir. Bu zaman həm də nəzərə almaq lazımdır ki, ərizəçi tərəfindən təqdim olunmuş yeni hallar və sübutlar ilkin məhkəmə icraatının gedişində məlum olsaydı, onların məhkəmənin qərarına həlledici təsir göstərəcəyi və ərizəçiyə münasibətdə pozitiv qərarın qəbuluna əhəmiyyətli təsir edəcəyi ehtimalının olub-olmaması da qiymətləndirilməlidir. Bundan başqa, həmin halların işin həlli üçün qeyd edilən əhəmiyyəti əlavə izahatlara bağlı olmamalıdır. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi yalnız müəyyən zaman çərçivəsində mümkündür. Belə ki, yuxarıda istinad olunan normalardan da göründüyü kimi, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi üçün qanunverici tərəfindən müəyyən müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Müddət məhdudiyyəti institutu inzibati idarəçilikdə, mülki dövriyyədə və ümumiyyətlə, hüquq münasibətlərində hüquqi müəyyənliyin və sabitliyin bərqərar olması, hüquqi təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə yol verilmir. 3 illik müddət keçdikdən sonra icraatın təzələnməsinə dair ərizə yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Hazırkı mübahisəyə münasibətdə də qeyd edilən qaydalar nəzərə alınmalı və tətbiq olunmalıdır. Hazırkı mübahisəyə dair iş materiallarından görünür ki, cavabdeh yeni açılmış hallarla bağlı ərizəni Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 103.2-ci maddəsində nəzərdə tutulmuş müddəti ötürməklə xx.xx.2021-ci il tarixdə vermişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3441/2017 saylı, 28 iyul 2017-ci il tarixli qərarı yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmış və qanuni qüvvəsini almış məhkəmə qərarı icra edilməsi üçün 10 aprel 2018-ci il tarixdə cavabdehə göndərilmişdir. Sözügedən məhkəmə qərarı qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir Yeni açılmış hallarla bağlı ərizə 3 illik müddətin ötürülməsilə, yəni xx.xx.2021-ci il tarixdə təqdim edilməklə, yəni 3 il 09 ay vaxt keçdikdən sonra təqdim edilmişdir. Halbuki, inzibati prosessual qanunvericiliyin tələbləri “yeni açılmış hallarla bağlı” ərizənin verilməsini məhkəmə qərarının qanuni qüvvəyə minməsindən 3 il keçənədək mümkün sayır. Ərizəçinin məhkəməyə təqdim etmiş olduğu yeni açılmış hallara dair 27 dekabr 2021-ci il tarixli ərizəsində xx.xx.2020-ci il tarixədək vətəndaşın aylıq pensiya məbləğinin köçürüldüyü qeyd edilmişdir. Beləliklə ərizənin araşdırılması zamanı müəyyən edilmişdir ki, inzibati orqan artıq xx.xx.2020-ci il tarixdə sözügedən hallarla bağlı məlumatlı olsa da, lakin yeni açılmış hallarla bağlı ərizə qanunvericiliklə nəzərdə tutulmuş 3 aylıq müddət ötürülməklə, 1 il 10 aya yaxın müddət keçdikdən sonra, xx.xx.2021-ci il tarixdə verilmişdir Ərizəçi tərəfindən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə istinad etdiyi halların ona məlum olduğu gündən qanunvericiliklə müəyyən edilmiş müddət buraxılmaqla verilmişdir. Nəzərə alınmalıdır ki, müddətin buraxılması da ərizəçinin məsuliyyət sferasına aiddir. Müddət məhdudiyyəti ilə bağlı qeyd olunmalıdır ki, yuxarıda istinad olunan normaların tələbinə görə, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi üçün müəyyən olunmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Beləliklə, icraatın təzələnməsinə dair ərizədə göstərilən hallar yuxarıda qeyd edilən səbəblərdən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsi üçün sonradan aşkar olunmuş yeni sübutlar və ya hallar kimi qiymətləndirilə bilməz. Eyni zamanda ərizənin həm də qanunla müəyyən olunmuş müddət buraxılmaqla verildiyi və müddətin bərpasına yol verilmədiyi də nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansya məhkəməsi tərəfindən düzgün olaraq ərizənin mümkün hesab olunmaması barədə qərardad qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri formal olmaqla, qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, iş üzrə qərardad dəyişdirilmədən saxlanmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2-1(82)-3441/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Azər Hüseynov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar