Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2156/2025 03.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1608/2025 saylı, 13 fevral 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia tələbi ilə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli **********057100 nömrəli “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-yə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********167100 nömrəli qərara əsasən 2023-cü ilin iyul ayına ƏDV üzrə 156.584,03 manat vergi məbləği hesablanmışdır. Aşağıda qeyd olunanlara əsasən cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********167100 nömrəli qərarı qanunsuz və əsassız hesab edir. İddiaçı İngiltərənin “X4” LLC Beynəlxalq Şirkətinin Rusiya Federasiyasında yerləşən istehsal zavodundan məhsul almaq üçün şirkətin MDB məkanı üzrə satış partnyoru və distributoru olan “Dolo Group” LLC (Gürcüstan) şirkəti ilə “Distributor xidmətinin göstərilməsi haqqında” müqavilə bağlamış və həmin müqaviləyə əsasən “X4” LLC Beynəlxalq Şirkətinin Rusiya Federasiyasında yerləşən istehsal zavodundan aldığı mallar görə “Dolo Group” LLC (Gürcüstan) şirkətinə distributor xidməti üzrə 2022-ci il ərzində ödənişlər etmişdir. Cavabdeh vergi orqanı isə öz növbəsində həmin ödənişləri əsas götürərək, 2023-cü ilin iyul ayı üzrə kameral vergi yoxlaması həyata keçirmiş və 2022-ci ildə “Dolo Group” LLC-yə həyata keçirilmiş ödənişlərə görə iddiaçıya 156.584,03 manat ƏDV məbləği hesablamışdır. Belə ki, vergi orqanı hesab etmişdir ki, Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə əsasən qeyri-rezidentə, yəni “Dolo Group” LLCyə edilmiş ödənişlər məsləhət xidməti üzrə ödəniş olduğundan ƏDV-nin məqsədləri üçün vergitutma obyektidir. Halbuki, 2022-ci il ərzində “Dolo Group” LLC-yə həyata keçirilmiş ödənişlər distributor xidməti ilə bağlı olmuşdur ki, həmin ödənişlər VM-nin 168.1.5-ci maddəsinin təsiri altına düşmür. Başqa sözlə desək, “Dolo Group” LLC tərəfindən xidmətlər ölkə hüdudlarından kənarda göstərildiyindən, ƏDV-nin məqsədləri üçün vergitutma obyekti hesab edilmir. Hazırkı işdə vergi orqanı kameral vergi yoxlamasını 2023-cü ilin iyul ayı üzrə həyata keçirmişdir. Bu isə o deməkdir ki, kameral vergi yoxlaması 2023-cü ilin iyul ayında baş vermiş əməliyyatlar üzrə həyata keçirilməli idi. Lakin iş materiallarından göründüyü kimi, vergi orqanı 2023-cü ilin iyul ayı üzrə həyata keçirdiyi kameral vergi yoxlaması zamanı 2022-ci ildə baş vermiş əməliyyatları əsas götürmüşdür. Halbuki, 2022-ci ilin müvafiq aylarında baş vermiş əməliyyatlara görə kameral vergi yoxlaması həmin hesabat dövrləri (ayları) üzrə vergi bəyannaməsi təqdim edildikdən sonra 30 iş günü ərzində həyata keçirilə bilərdi. Göstərilənlərə əsasən hesab edirik ki, iddiaçıya ƏDV üzrə vergi məbləğlərinin hesablanması ilə bağlı qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********167100 nömrəli qərar qanunsuz olduğundan ləğv edilməlidir. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, uçot-baza məlumatlarına əsasən Cəmiyyətin xx.xx.2020-ci il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına, xx.xx.2020-ci il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyata alındığı, ərizəsinə əsasən əsas fəaliyyət növünün "ixtisaslaşdırılmamış topdansatışı”ndan ibarət olduğu və ünvan 1 ünvanında yerləşən “Anbar” adlı aktiv təsərrüfat subyektinin (obyektinin) vergi orqanında xx.xx.2021-ci il tarixdən qeydiyyatda olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə etdiyi gəlirlərindən verginin tutulması Vergi Məcəlləsinin 125-ci maddəsi ilə, Azərbaycan mənbəyindən gəlirin əhatə dairəsi isə Vergi Məcəlləsinin 13.2.16-cı maddəsi ilə tənzimlənir. Qeyri-rezident tərəfindən bağlanılmış müqavilə üzrə göstərilən distributor xidmətlərinə görə Cəmiyyət tərəfindən ödənilən vəsaitlər qeyrirezidentin Azərbaycan mənbəyindən gəlirləri hesab edilmədiyindən, həmin ödəmələr üzrə ödəmə mənbəyində vergi tutulmur. Bununla yanaşı, qeyri-rezident distributor tərəfindən müqavilə üzrə göstərilən xidmətlər Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında ƏDV-yə cəlb edilir. Beləliklə, aparılmış araşdırmaya əsasən İddiaçı MMC tərəfindən 2022-ci il ərzində "DOLO GROUP” LLC-yə distributor xidmətlərinin göstərilməsinə görə ödənilmiş 869911,25 manat məbləğin ƏDV bəyannamələrində dövriyyəyə cəlb edilməməsi kənarlaşmaya səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar, distributor xidmətlərinin göstərilməsinə görə ödənilmiş 869911,25 manat məbləğin ƏDV bəyannamələrində dövriyyəyə cəlb edilməməsi nəticəsində yaranmış kənarlaşma barədə xx.xx.2024-cü il tarixli **********444700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövrlər üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktublarında qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim olunmadığından 2023-cü ilin iyul ayı üzrə ƏDV bəyannaməsində 869911,25 manat kənarlaşmaya əsasən 156584,03 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********167100 nömrəli “Vergilərin hesablanması barədə” qərar göndərilmişdir. İddiaçı ərizəsində qeyd etmişdir ki, 2022-ci il ərzində “Dolo Group” LLC-yə həyata keçirilmiş ödənişlər distributor xidməti ilə bağlı olmuşdur ki, həmin ödənişlər VM-nin 168.1.5-ci maddəsinin təsiri altına düşmür. “Distributor xidmətlərin göstərilməsi haqqında" müqavilənin 1.2-ci bəndində distributor xidmətləri və digər bu kimi xidmətlərin göstərilməsi dedikdə, üçüncü tərəflə danışıqların aparılması, sənədlərin tərcümə edilməsi, əməliyyat üçün zəruri kontragentlərin axtarışı, tərəflər arasında müqavilənin bağlanmasının təşkili, texniki həllərin verilməsi, layihə (dizayn həlləri), məsləhət və texniki dəstək və sair xidmətlərin göstərilməsi nəzərdə tutulduğu qeyd edilmişdir. Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinin müddəalarına əsasən məsləhət, hüquq, mühasibat, mühəndis və ya reklam xidmətlərinin, həmçinin məlumatların işlənilməsi üzrə xidmətlərin və digər analoji xidmətlərin göstərilməsi zamanı ƏDV işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer üzrə cəlb olunur. Qeyd olunanları nəzərə alaraq qeyri-rezident tərəfindən müqavilədə qeyd edilmiş xidmətlər Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinin tələblərinə uyğun olaraq ƏDV-yə cəlb edilməlidir. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Göstərilənlərə əsasən İddiaçı MMC (VÖEN **********) iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1608/2025 saylı, 13 fevral 2025-ci il tarixli qərarı ilə (hakim L.Musayeva) iddianın təmin edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********167100 nömrəli “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1608/2025 saylı, 13 fevral 2025-ci il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, uçot-baza məlumatlarına əsasən Cəmiyyətin xx.xx.2020-ci il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına, xx.xx.2020-ci il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyata alındığı, ərizəsinə əsasən əsas fəaliyyət növünün "ixtisaslaşdırılmamış topdansatış”ndan ibarət olduğu və ünvan 1 ünvanında yerləşən “Anbar” adlı aktiv təsərrüfat subyektinin (obyektinin) vergi orqanında xx.xx.2021ci il tarixdən qeydiyyatda olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə etdiyi gəlirlərindən verginin tutulması Vergi Məcəlləsinin 125-ci maddəsi ilə, Azərbaycan mənbəyindən gəlirin əhatə dairəsi isə Vergi Məcəlləsinin 13.2.16-cı maddəsi ilə tənzimlənir. Qeyri-rezident tərəfindən bağlanılmış müqavilə üzrə göstərilən distributor xidmətlərinə görə Cəmiyyət tərəfindən ödənilən vəsaitlər qeyri-rezidentin Azərbaycan mənbəyindən gəlirləri hesab edilmədiyindən, həmin ödəmələr üzrə ödəmə mənbəyində vergi tutulmur. Bununla yanaşı, qeyri-rezident distributor tərəfindən müqavilə üzrə göstərilən xidmətlər Vergi Məcələsinin 168.1.5-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında ƏDV-yə cəlb edilir. Beləliklə, aparılmış araşdırmaya əsasən İddiaçı MMC tərəfindən 2022-ci il ərzində “DOLO GROUP” LLC-yə distributor xidmətlərinin göstərilməsinə görə ödənilmiş 869911,25 manat məbləğin ƏDV bəyannamələrində dövriyyəyə cəlb edilməməsi kənarlaşmaya səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar, distributor xidmətlərinin göstərilməsinə görə ödənilmiş 869911,25 manat məbləğin ƏDV bəyannamələrində dövriyyəyə cəlb edilməməsi nəticəsində yaranmış kənarlaşma barədə xx.xx.2024-cü il tarixli **********444700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövrlər üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktublarında qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim olunmadığından 2023-cü ilin iyul ayı üzrə ƏDV bəyannaməsində 869911,25 manat kənarlaşmaya əsasən 156584,03 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********167100 nömrəli “Vergilərin hesablanması barədə” qərar göndərilmişdir. Məhkəmə öz qərarını onunla əsaslandırmışdır ki, vergi tutulan əməliyyatın vaxtının düzgün müəyyən edilməməsi yəni, 2023-cü ilin iyul ayında qeyri-rezident şəxsə ödəniş aparılmaması və bir neçə təqvim ayında baş vermiş əməliyyatları cəmləyərək bir təqvim ayında vergi məbləğinin hesablanması yuxarıda qeyd olunan maddi hüquq normalarına ziddir. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. “Distributor xidmətlərin göstərilməsi haqqında” müqavilənin 1.2-ci bəndində distributor xidmətləri və digər bu kimi xidmətlərin göstərilməsi dedikdə, üçüncü tərəflə danışıqların aparılması, sənədlərin tərcümə edilməsi, əməliyyat üçün zəruri kontragentlərin axtarışı, tərəflər arasında müqavilənin bağlanmasının təşkili, texniki həllərin verilməsi, layihə (dizayn həlləri), məsləhət və texniki dəstək və sair xidmətlərin göstərilməsi nəzərdə tutulduğu qeyd edilmişdir. Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinin müddəalarına əsasən məsləhət, hüquq, mühasibat, mühəndis və ya reklam xidmətlərinin, həmçinin məlumatların işlənilməsi üzrə xidmətlərin və digər analoji xidmətlərin göstərilməsi zamanı ƏDV işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer üzrə cəlb olunur. Qeyd olunanları nəzərə alaraq qeyri-rezident tərəfindən müqavilədə qeyd edilmiş xidmətlər Vergi Məcələsinin 168.1.5-ci maddəsinin tələblərinə uyğun olaraq ƏDV-yə cəlb edilməlidir. Cəmiyyət tərəfindən təqdim edilmiş təhvil-təslim aktlarında və invoyslarda ödənilmiş məbləğin distributor xidmətinə görə təqdim edildiyi qeyd edilməsinə baxmayaraq, distributor xidmətinə daxil olan xidmətlərin açıqlanması göstərilməmişdir. Vergi Məcələsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; 16.1.3-1-ci maddəsinə əsasən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mühasibat uçotunu məcburi qaydada elektron formada aparmalı şəxslər tərəfindən siyahısı və forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməsini təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcələyə əsasən müəyyən edilir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə uyğun izahat verərək, həmin şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iddiaçının vəkili elektron məhkəmə informasiya sistemi vasitəsilə ərizə yerləşdirərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyindən işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçısını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin hallarına əsasən: - xx.xx.2021-ci il tarixli DG-SRN/2021 nömrəli müqaviləyə əsasən, distributor qismində çıxış edən “Dolo group” LLC və “Satış partnyoru” “Tərəfdaş” qismində çıxış edən İddiaçı MMC arasında distributor xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanılmışdır. - “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “...tərəfinizdən 2022-ci il ərzində “DOLO GROUP” LLC-yə distributor xidmətlərinin göstərilməsinə görə ödənilmiş 869911,25 manat məbləğin ƏDV bəyannamələrində dövriyyəyə cəlb edilməməsi kənarlaşmaya səbəb olmuşdur. Yuxarıda qeyd olunanlarla əlaqədar, müvafiq dövr üzrə dəqiqləşdirilmiş ƏDV bəyannamələrinin və ya izahat məktubunun (təsdiqedici sənədlər əlavə edilməklə) vergi orqanına təqdim edilməsi Sizdən tələb olunur”. - “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli № **********167100 nömrəli qərarına əsasən, vergi orqanı tərəfindən iddiaçıya bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən əlavə dəyər vergisi hesablanmış, hesablanmış vergi və ya sığorta haqqı 156.584,03 manat təşkil etmişdir. İşdən müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli **********167100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar mübahisələndirilir. Həmin qərarda qeyd olunur: Bəyannamə və hesabat növü: ƏDV; Bəyannamə və hesabat dövrü: iyul 2023. Qərara əsasən Vergi Məcəlləsinin müddəalarına əsasən iddiaçıya ƏDV bəyyannaməsi təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən Əlavə dəyər vergisi hesablanmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, vergi ödəyicisinin müqavilə üzrə tərəfdaşı qismində çıxış edənlə olan münasibətləri nəzərə almamışdır. Belə ki, xx.xx.2021-ci il tarixli DG-SRN/2021 nömrəli müqavilənin 1.1-ci bəndində qeyd edilmişdir ki, “Tərəfdaş”a distributor xidmətləri göstərməyi və bunun yekunu olaraq malları kəmiyyət, çeşid və distributor qiymətlərinə uyğun olaraq onun mülkiyyətinə verməsini təşkil etməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndində qeyd edilmişdir ki, distributor xidmətlərin və digər bu kimi xidmətlərin göstərilməsi dedikdə: üçüncü tərəflə danışıqların aparılması, sənədlərin tərcüməsi, əməliyyat üçün zəruri kontragentlərin axtarışı, tərəflər arasında müqavilənin bağlanılmasının təşkili (zəruri hallarda) texniki həllərin verilməsi, layihə (dizayn həlləri), layihələrə məsləhət və texniki dəstək, istehsalçı zavodlardan malların çatdırılmasının təşkili... Həmin müqavilənin 4.2-ci bəndində qeyd edilmişdir ki, “Distributor” istehsalçı zavodlardan “Tərəfdaş”a göndərilən malları təqdim edilməsini təşkil edir. İddiaçı tərəfindən təqdim edilən onunla qeyri-rezident arasında öhdəliklərin yerinə yetirilməsi haqqında akt, qeyri-rezidentə ödəmələr və bank hesabından çıxarışlar bir daha təsdiq edir ki, 2022-ci il ərzində “Dolo Group” LLC-yə həyata keçirilmiş ödənişlər distributor xidməti ilə bağlı olmuşdur ki, həmin ödənişlər VM-nin 168.1.5-ci maddəsinin təsiri altına düşmür, “Dolo Group” LLC tərəfindən xidmətlər ölkə hüdudlarından kənarda göstərildiyindən, ƏDV-nin məqsədləri üçün vergitutma obyekti hesab edilmir. Cavabdeh inzibati orqan tərəfindən verilən apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, qeyri-rezident tərəfindən bağlanılmış müqavilə üzrə göstərilən distributor xidmətlərinə görə Cəmiyyət tərəfindən ödənilən vəsaitlər qeyri-rezidentin Azərbaycan mənbəyindən gəlirləri hesab edilmədiyindən, həmin ödəmələr üzrə ödəmə mənbəyində vergi tutulmur. Bununla yanaşı, qeyri-rezident distributor tərəfindən müqavilə üzrə göstərilən xidmətlər Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında ƏDV-yə cəlb edilir. Beləliklə, aparılmış araşdırmaya əsasən İddiaçı MMC tərəfindən 2022-ci il ərzində “DOLO GROUP” LLC-yə distributor xidmətlərinin göstərilməsinə görə ödənilmiş 869911,25 manat məbləğin ƏDV bəyannamələrində dövriyyəyə cəlb edilməməsi kənarlaşmaya səbəb olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə razılaşaraq aşağıdakılara əsasən qeyd edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -12.1-ci maddəsinə əsasən vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 12.1.1. vergitutma obyekti; 12.1.2. vergitutma bazası; 12.1.3. vergi dövrü; 12.1.4. vergi dərəcəsi; 12.1.5. verginin hesablanması qaydası; 12.1.6. verginin ödənilməsi qaydası və müddəti. 12.2-ci maddəsinə əsasən vergi müəyyən edildikdə, bu Məcəllə ilə nəzərdə tutulan əsaslarla vergi güzəştləri və azadolmaları müəyyənləşdirilə bilər. Vergi güzəştlərinin və azadolmalarının dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsinin aparılması məqsədilə vergi güzəştləri və azadolmaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada təsnifləşdirilir. 12.3-cü maddəsinə əsasən vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) əlavə edilmiş dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. 12.4-cü maddəsinə əsasən vergitutma bazası - vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsidir. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə ilə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 5 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. 159.2-ci maddəsinə əsasən bu fəslin müddəalarına uyğun olaraq vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlər görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. Bu Məcəllənin 168-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda xidmətlər göstərilməsi və ya işlər görülməsi vergi tutulan əməliyyatlara daxil edilmir. 159.3-cü maddəsinə əsasən malların idxalı bu fəsilə uyğun olaraq vergidən azad edilən idxal istisna edilməklə, vergi tutulan idxal sayılır. Tranzit yük daşınması qaydasında, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar və ya gömrük qanunvericiliyinə uyğun olaraq daxili istehlak üçün idxal edilmiş və ya qəbul olunmuş sayılmayan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir. 159.4-cü maddəsinə əsasən vergi ödəyicisinin haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə mal verməsi, iş görməsi və ya xidmət göstərməsi, habelə barter əməliyyatı vergi tutulan əməliyyat sayılır. 159.5-ci maddəsinə əsasən vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan, qanunvericiliklə müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələ gələn itkilərdən, təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələrdən başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. 159.6-ci maddəsinə əsasən vergi ödəyicisinin qeydiyyatı ləğv edilirsə, ləğvetmə vaxtı onun sahibliyində qalan mallar həmin vaxt və vergi tutulan əməliyyat çərçivəsində təqdim edilən mallar kimi qiymətləndirilir. 159.7-ci maddəsinə əsasən bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən, bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır. Verilmiş kreditin təminatı kimi bankın və ya digər kredit təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmiş və hərrac yolu ilə bankın və ya digər kredit təşkilatının mülkiyyətinə keçmiş, habelə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43cü maddəsinə uyğun olaraq əldə olunmuş əmlakın təqdim edilməsi verilmiş kreditlər üzrə ödənilməyən əsas borc dəyəri həddində vergi tutulan əməliyyat sayılmır. 159.8-ci maddəsinə əsasən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən şəxslərin ƏDV tətbiq etməklə aparılan əməliyyatları, habelə ƏDV-dən azad edilən və ya sıfır (0) dərəcə ilə ƏDV-yə cəlb edilən, lakin ƏDV tətbiq etməklə aparılan əməliyyatları vergitutma obyektidir. 167-ci maddəsinə əsasən malların təqdim edilməsi onların verildiyi yerdə həyata keçirilir. Malların göndərilməsi şərtlərində malların yola salınması və ya nəql edilməsi nəzərdə tutulursa, təqdim edildiyi yer onların yola salınmasına və ya nəql edilməsinə başlandığı yer sayılır. Lakin malları göndərən tərəf onları qurursa və ya quraşdırırsa, təqdim edilmə malların qurulduğu və ya quraşdırıldığı yer sayılır. 168.1-ci maddəsinə əsasən bu fəsilin məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer aşağıdakılar sayılır: 168.1.5. işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer. Bu maddənin müddəaları aşağıdakı xidmətlərə tətbiq edilir: patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi, o cümlədən istifadəyə verilməsi; məsləhət, hüquq, mühasibat, mühəndis və ya reklam xidmətlərinin, həmçinin məlumatların işlənilməsi üzrə xidmətlərin və digər analoji xidmətlərin göstərilməsi; işçi qüvvəsinin təchiz edilməsi üzrə xidmətlərin göstərilməsi rəliçşi) bu xidmətlərin alıcısının fəaliyyət göstərdiyi yerdə işlədikləri halda); daşınan əmlakın icarəyə verilməsi (nəqliyyat müəssisələrinin nəqliyyat vasitələri istisna olmaqla); müqavilənin əsas iştirakçısı adından bu maddədə göstərilən xidmətlərin yerinə yetirilməsi üçün hüquqi və ya fiziki şəxsi cəlb edən agentin xidmət göstərməsi; telekommunikasiya xidmətlərinin göstərilməsi (siqnalların, sənədlərin, şəkillərin və ya səsin, yaxud istənilən xarakterli informasiyanın teleqraf, radio, optik və ya digər elektromaqnit sistem vasitəsilə alınması, yayılması, ötürülməsi, o cümlədən bu cür ötürmə, alma və ya yayım hüquqlarının təqdim edilməsi və ya alınması); radio və televiziya yayımı, poçt rabitəsi xidmətlərinin göstərilməsi; kompüter, internet və digər elektron şəbəkələr, elektron poçt və digər oxşar vasitələrlə xidmətlərin göstərilməsi, yaxud bu cür şəbəkələrdən və ya xidmətlərdən istifadə hüququnun verilməsi; elektron ticarətin satıcıları (təchizatçıları) tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi, habelə elektron qaydada təşkil olunan lotereyaların, (o cümlədən virtual lotereyaların), idman mərc oyunlarının, digər yarışların və müsabiqələrin keçirilməsi. 178-ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Vergi Məcəlləsinin 10-cu maddəsi baxımından qeyri-rezident şəxslər vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçısı olmadığı üçün həmin Məcəllənin 168-ci maddəsi qeyri-rezident şəxsin gördüyü işin və göstərdiyi xidmətin yerini müəyyən etmir. Distributor qismində çıxış edən “Dolo Group” LLC və “Satış partnyoru” “Tərəfdaş” qismində çıxış edən İddiaçı MMC arasında distributor xidmətlərin göstərilməsi xx.xx.2021ci il tarixli DG-SRN/2021 nömrəli müqaviləyə əsasən “Dolo Group” LLC “Tərəfdaş”a distributor xidmətləri göstərməyi və bunun yekunu olaraq malları kəmiyyət, çeşid və distributor qiymətlərinə uyğun olaraq onun mülkiyyətinə verməsini təşkil etməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən distributor xidmətlərin və digər bu kimi xidmətlərin göstərilməsi dedikdə: üçüncü tərəflə danışıqların aparılması, sənədlərin tərcüməsi, əməliyyat üçün zəruri kontragentlərin axtarışı, tərəflər arasında müqavilənin bağlanılmasının təşkili (zəruri hallarda) texniki həllərin verilməsi, layihə (dizayn həlləri), layihələrə məsləhət və texniki dəstək, istehsalçı zavodlardan malların çatdırılmasının təşkili... anlaşılır. “Dolo Group” LLC tərəfindən xidmətlər ölkə hüdudlarından kənarda həyata keçirilmiş və Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinin təsir dairəsinə düşmədiyi üçün ƏDV-nin məqsədləri üçün vergitutma obyekti hesab edilmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehin iddiaya etirazında və apellyasiya şikayətində göstərdiyi digər dəlillər tamamilə üst-üstə düşür. Bu səbəbdən də, Kollegiya birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1608/2025 saylı, 13 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-2156/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2156/2025
03.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver