Məhkəmə qərarları › İş №2-1(103)-2158/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2158/2021

24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2158/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 52 yaşdan yəni 25.01.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciətin etdiyi tarixdən əvvəlki üç il ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Xumar Afət qızı Mərdanovadan ibarət tərkibdə, X3-Yusiflinin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 52 yaşdan yəni 25.01.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciətin etdiyi tarixdən əvvəlki üç il ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2850/2021 saylı 30 aprel 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 24 noyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx xxxxxx 1963-cü il təvəllüdlüdür. İddiaçıya məxsus İT-İ saylı ******* saylı 17.09.1982-ci il tarixli əmək kitabçasından görünür ki, o, 1981-ci ildə əmək fəaliyyətinə başlamış və müxtəlif müəssisələrdə işləmişdir. "xxxx" QSC-nin A/198 saylı 28 avqyst 2020-ci və A/40 saylı 16 fevral 2021-ci il tarixli arayışlarından görünür ki, xx xxxxxx 1963-cü il tarixdə doğulmuş X2 Bakı Metropoliteninin Tunel qurğuları xidmətində 2 noyabr 1999-cu tarixdən 16 may 2003-cü il tarixədək 4-cü dərəcəli texnik, 16 may 2003-cü il tarixdən 1 iyul 2004-cü il tarixədək yalnız gecə işində 2-ci dərəcəli tunel fəhləsi, 2 iyul 2004-cü il tarixdən 1 yanvar 2014-cü il tarixədək yalnız gecə işində 3-cü dərəcəli tunel fəhləsi, 1 yanvar 2014-cü il tarixdən 1 dekabr 2014-cü il tarixədək yalnız gecə işində 3-cü dərəcəli suvaqçı, 1 dekabr 2014-cü il tarixdən 1 mart 2016-cı il tarixədək yalnız gecə işində 3-cü dərəcəli tunel fəhləsi, 1 mart 2016-cı il tarixdən 15 fevral 2018-ci il tarixədək 4-cü dərəcəli süni qurğular və yol baxıcısı, 15 fevral 2018-ci tarixdən Nəqliyyat və Xüsusi Texnika Departamentinin X1 distansiyasında 6-cı dərəcəli texnik vəzifəsinə keçirilmiş və hal-hazıradək həmin vəzifədə işləyir. AR Nazirlər Kabinetinin «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarına uygun olaraq həmin Siyahının “21.Nəqliyyat” bölməsinin 21.5-ci “Metropolitenlər” bəndinə uyğun olaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdir və onun güzəştli şərtlərlə əmək stajı 12 il 9 ay 15 gün təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkil yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququnun olduğuna istinad edərək cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, iddiaçıya sonuncu dəfə ünvanlanmış **********9 saylı 22.10.2020-ci tarixli imtina məktubunda qeyd edilmişdir ki, iddaçı tərəfindən təqdim edilmiş İT-İ ******* saylı 17 sentyabr 1982-ci il tarixli əmək kitabçasında onun 2 noyabr 1999-cu il tarixdən 1 fevral 2014-cü il tarixədək olan dövr ərzində Bakı Metropolitenində işlədiyi texnik, dövrü tunel fəhləsi və suvaqçı vəzifələri, 1 mart 2016-cı il tarixdən 15 fevral 2018-ci il tarixədək olan dövr ərzində işlədiyi yol baxıcısı və texnik vəzifələri AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda nəzərdə tutulmamışdır. Bu səbəbdən onun güzəştli iş stajı 10 ildən az (1 il 3 ay) təşkil edir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona 52 yaşdan, yəni 25.01.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi tarixdən əvvəlki üç il ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, əmək fəaliyyətinə 1981-ci ildən “Kommunist” Nəşriyyatında başlamış və sonradan müxtəlif təşkilatlarda çalışmış, 6 avqust 1992-ci il tarixdən 25 oktyabr 1999-cu il tarixədək “Azərb.Dizayn” YİB-in 1 nömrəli “Təmir Tikinti Dizayn” Trestində işləmişdir. 2 noyabr 1999-cu il tarixdə Bakı Metropoliteninə işə qəbul olunmuşdur. Həmin tarixdən 16 may 2003-cü il tarixədək Bakı Metropoliteninin Tunel Qurğuları Xidmətində 4-cü dərəcəli texnik vəzifəsində işləmişdir. 16 may 2003-cü il tarixdən 1 iyul 2004-cü il tarixədək yalnız gecə işində 2-ci dərəcəli tunel fəhləsi, 1 iyul 2004-cü il tarixdən 1 yanvar 2014-cü il tarixədək yalnız gecə işində 3-cü dərəcəli tunel fəhləsi, 1 yanvar 2014-cü il tarixdən 1 dekabr 2014- cü il tarixədək yalnız gecə işində 3-cü dərəcəli suvaqçı, 1 dekabr 2014-cü il tarixdən 1 mart 2016-cı il tarixədək yalnız gecə işində 3-cü dərəcəli tunel fəhləsi, 1 mart 2016-cı il tarixdən 15 fevral 2018-cı il tarixədək 4cü dərəcəli süni qurğular və yol baxıcısı işləmiş, 15 fevral 2018-ci il tarixdən Nəqliyyat və Xüsusi Texnika Departamentinin Avtonəqliyyat Kolonunun (Dəstəsinin) Motoroles distansiyasında 6-cı dərəcəli texnik vəzifəsinə keçirilmiş və hazırda həmin vəzifədə işləyir. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etsə də sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası onun pensiya hüququnu pozmuşdur. 25 yanvar 2018-ci il tarixdə onun 55 yaşı tamam olmuş və həmin tarixdə onun artıq 20 ildən artıq ümumi sığorta stajı, 10 ildən çox güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə sığorta stajı olmuşdur. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdi ki, İddiaçı iddiası tam əsassızdır və qanuna zidd olduğundan rədd edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrun və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə ağır olan işlər AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. İddiaçının DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim etdiyi 17 sentyabr 1982-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında 2 noyabr 1999-cu il tarixdən 1 fevral 2014-cü il tarixədək olan dövr ərzində Bakı Metropolitenində işlədiyi texnik, dövrü tunel fəhləsi və suvaqçı vəzifələri, 1 mart 2016-cı il tarixdən 15 fevral 2018-ci il tarixədək olan dövr ərzində işlədiyi yol baxıcısı və texnik vəzifələri AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda nəzərdə tutulmamışdır. Bu səbəbdən onun güzəştli iş stajı 10 ildən az (1 il 3 ay) təşkil edir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qərar çıxarılması məhləmədən xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2850/2021 saylı 30 aprel 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi tarixdən əvvəlki üç il ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehinn üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirkaçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdehin nüməyəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 13.10.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili X4 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın mümkün sayılmamasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubu 22.10.2020-ci il tarixlidir. İddiaçı iddia ilə məhkəməyə 24.11.2020-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2, 62.2 və 62.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “ona 52 yaşdan, yəni 25.01.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciətin edildiyi tarixdən əvvəlki üç il ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Bu barədə cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun güzəştli iş stajının 10 ildən az, 1 il 3 ay olmasına istinad edərək tələbinin təmin olunmasından imtina etmişdir. Bununla bağlı o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun tələblərinə görə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını üç xüsusatla şərtləndirir: 1) iddiaçının müvafiq (qanunla müəyyən edilmiş) yaş həddinə, yəni 52 yaşa çatması; 2) həmin vaxtadək 20 ildən artıq ümumi iş stajının toplanması, 3) həmin vaxtadək toplanmış ümumi iş stajının 10 ilinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (AR NK-nın 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) işlərdə çalışması. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, əmək fəaliyyətinə 1981-ci ildən başlamış və sonradan müxtəlif müəssisələrdə çalışmış və onun ümumi stajı qanunla tələb olunan 20 ildən artıqdır. Hazırki işdə iddiaçının 20 il ümumi iş stajı olduğunu cavabdeh inzibati orqan mübahisələndirmir, sonuncu yalnız iddiaçının xüsusi iş stajının 10 ildən az, yəni 1 il 3 ay olduğunu bildirir. Nəzərə alınmalıdır ki, iddiaçının işlədiyi müddətin onun güzəştli iş stajına aid olması faktı işlədiyi müəssisə (işəgötürən) tərəfindən təsdiq olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Bu məqsədlə apellyasiya baxışı zamanı İddiaçı Bakı metropolitenində işlədiyi vəzifələrin güzəştli iş stajı hesab olunub-olunmaması ilə bağlı sorğu verilmişdir. Həmin sorğuya cavab olaraq "xxxx" QSC-tərəfindən məhkəməyə təqdim edilmiş 21.10.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı 16 may 2003-cü il tarixdən 1 yanvar 2014-cü il tarixədək Bakı Metropolitenində Tunel qurğuları xidmətinin dövri təmir sahəsində çalışdığı tunel fəhləsi (tuneldə yalnız gecə işi, 20% xüsusi zərərli əmək şəraiti), 1 yanvar 2014-cü il tarixdən 1 dekabr 2014-cü il tarixədək üzlük işləri sahəsində 3-cü dərəcəli suvaqçı (tuneldə yalnız gecə işi, 20% xüsusi zərərli əmək şəraiti), 1 dekabr 2014cü il tarixdən 1 mart 2016-cı il tarixədək 3 saylı tunel qurğuları distansiyasında tunel fəhləsi (tuneldə yalnız gecə işi, 20% xüsusi zərərli əmək şəraiti) peşələrin iş şəraiti və funksiyaları Azərbacan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “21.5 “Metropolitenlər” (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) bəndində əks olunan peşələrin iş şəraiti və funksiyaları ilə eynilik təşkil edir. Göründüyü kimi, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt- 20 ildən az olmayan ümumi, 10 ildən az olmayan xüsusi stajı tam olaraq tamamlanmışdır. İşlədiyi müddətin onun güzəştli iş stajına aid olması faktı da işlədiyi müəssisə (işəgötürən) tərəfindən təsdiq olunur. Beləliklə, aparılmış araşdırmalar nəticəsində aydın oldu ki, iddiaçının ümumi iş stajı 20 ildən, xüsusi iş stajı isə 10 ildən artıq olmaqla yanaşı, onun qeyd olunan tarixlərdə adı çəkilən müəssisədə yalnız gecə saatlarında işlədiyi “tunel fəhləsi” peşəsi Azərbacan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “21.5 “Metropolitenlər” (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) bəndində göstərilən peşəyə aiddir və ona güzştli şərtlərlə pensiyaya çıxmaq hüququ verir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçıya 52 yaşdan, yəni 25.01.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyindən onun inzibati orqana müraciətinin 11 sentyabr 2020-ci il (bu barədə işdə imtina məktubu vardır) tarixdə edildiyi nəzərə alınmaqla birinci instansiya məhkəməsi yığılmış pensiya məbləğinin əvvəlki üç il üçün ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoymaqla düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2850/2021 saylı 30 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2850/2021 saylı 30 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar