Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2159/2023 12.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X24 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X21 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-472/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı (VÖEN: **********) mübahisələndirilmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********445600 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırılmışdır: “Cavabdeh tərəfindən kameral vergi yoxlamanın nəticələrinə dair **********445600 saylı 15 sentyabr 2021-ci il tarixli qərarın qəbul edilməsinə əsas : 1) iddiaçı tərəfindən təqdim edilmiş 2020- ci il üzrə dəqiqləşmiş gəlir vergisi bəyannaməsi olmuşdur. Bəyannamə təqdim edildikdən iddiaçı aidiyyəti üzə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi olan vergi orqanında vergi ödəyicisi kimi qeydiyyata alınmış və ona VÖEN: ********** verilmiş və barəsində 2020- ci ilin gəlir vergisi üzrə kameral vergi yoxlamasının nəticələri barədə № **********445600 saylı, 15 sentyabr 2021-ci il tarixli vergilərin, sosial siğorta və işsizlik siğortası haqqlarının hesablanması barədə Qərar qəbul edilmişdir. Bəyannamə təqdim edildikdən göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.4-ci maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Bu Məcəllənin 62-ci maddəsinin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Həmin Məcəllənin 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Vergi orqanı tərəfindən iddiaçıya vergi öhdəliyi müəyyən edən qərar tərtib edilərkən Vergi Məcəlləsinin 49.2-ci maddəsində nəzərdə tutulmuş prosedur qaydalara əməl edilməmişdir ki, bu da özü-özlüyündə həmin qərarın ləğvi üçün əsasdır. Həmin Məcəllənin 54.0.4-cü maddəsinə əsasən, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlbetmə müddətinin qurtarması olduqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Cavabdeh iddia ərizəsinə etirazında iddanı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçı uçot-baza məlumatlarına əsasən xx.xx.2018-ci il tarixdə vergi ödəyicisi kimi uçota alınmış və əsas fəaliyyət növü “Meyvə və tərəvəzin topdansatışı”dır. İddiaçı tərəfindən 2020-ci il üçün kassa metodu ilə təqdim edilmiş gəlir vergisi bəyannaməsinin “Xammal və materiallar” (1226.3-cü), “Malın dəyəri" (1226.4-cü), “Enerji xərcləri” (1226.7ci), “Qaz xərcləri” (1226.8-ci), “Yanacaq xərcləri” (1226.9-cu), “Su və kanalizasiya xərcləri” (1226.10-cu), “Rabitə xərcləri” (1226.11-ci), “Mühafizə xərcləri” (1226.12-ci), “Reklam xərcləri” (1226.14-cü), “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (1226.15- ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər" (226-cı) , "Nəqliyyat xərcləri" (1230-cu), Nəqliyyat xərcləri (1233) və “Digər xərclər” (1236-cı) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (********.28 manat), tərəfinizdən əvvəlki il üzrə təqdim edilmiş “Gəlir vergisinin bəyannaməsinin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (0.00 manat) (+) cari il ərzində ƏDV ödəyicisi olmayan şəxslərdən əldə edilmiş e-qaiməfakturaların və alış aktlarının məbləği (968144.40 manat) (+) hesabat dövrü ərzində ƏDV depozit hesabınızın göstəricilərinə əsasən ödənilmiş ƏDV məbləğlərinə görə alınmış malların (iş, xidmətlərin) (146310.11) manat + cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların (12109285,42 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan verg’ bəyannamələrinin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0.00 manat) cəmi məbləğindən (********.43 manat) bəyannamənin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (0.00 manat) çıxılması nəticəsində yaranan (********.43 manat) məbləğin müqayisəsi nəticəsində ********.85 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********265700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə AR Nazirlər Kabinetinin 55 nömrəli qərarına əsasən (gəlir üzrə xərc müəyyən edilmişdir (********.78/6*5=********.46)) 2020-ci il üçün gəlir vergisi bəyannaməsi üzrə 896.947,64 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********445600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir. vergi orqanı ilə vergi ödəyicisi arasında imzalanmış xx.xx.2018-ci il tarixli “Elektron sənəd mübadiləsi” barədə müqavilənin 4.1.7-ci bəndinə müvafiq olaraq vergi ödəyicisinin vəzifələrindən biri vergi orqanı tərəfindən elektron şəkildə göndərilmiş sənədlərlə mütəmadi olaraq (3 gündə bir dəfədən gec olmayaraq) tanış olmaq və lazımi tədbirlər görməkdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-472/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “Qərar qanunsuz və əsassızdır. Məhkəmə iddianı rədd edilməsinə əsas olan halları əsaslandırmamışdır. Belə ki, cavabdeh tərəfindən iddiaçının dövriyyəsi üzrə xərc sənədlərinin olmaması səbəbindən Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən şərti rentabellik norması tətbiq etməklə mənfəət müəyyənləşdirilmiş və bunların məcmusunda əlavə vergi məbləğləri hesablanmış, eləcə də müvafiq maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh iddiaçının vergisini müəyyən edərkən Vergi Məcəlləsinin 67-ci maddəsinin ona verdiyi imkanlardan istifadə etməsinə dair hər hansı sübut təqdim etməmiş, əlaqəli məlumatları əldə etməyin mümkün olmamasına dair hər hansı əsaslandırma verməmişdir. Formalaşmış məhkəmə təcrübəsinə istinad etməklə məhkəmə kollegiyası bir daha xatırladır ki, cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözləmədən birbaşa 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi Vergi Məcəlləsinin 67-cimaddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi yoxlaması qanuni sayıla bilməz. Vergi orqanı bu və ya digər yoxlama növünü seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslara istinad etməyə borcludur. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu mənada Vergi Məcəlləsinin 23-cü maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarının, operativ vergi nəzarətinin keçirilməsinin vergi orqanlarının hüquqlarına aid edildiyi də nəzərə alınmalıdır. İddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskresion səlahiyyətə malik olduğunu bilmədiyi və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur. İddiaçı tərəfindən cavabdeh inzibati orqanın bütün məktublarına əsaslandırılmış izahat verilmişdir. Bu yazışmaların, məktubların mövcudluğunu sübut etmək cavabdeh inzibati orqanın üzərinə düşür. Məhkəmə 13.931.637,85 manat məbləğində xərc sənədinin yalnız 4.284.172,7 manat hissəsi faktiki olaraq kənd təsərrüfatı təyinatlı və həyətyanı torpaq sahələri olan fiziki şəxslərdən satın alınmış kənd təsərüfatı məhsullarına aid olduğunu qeyd etsə də, bu xüsusatları təsdiq edən sübutlarından nədən ibarət olmasını öz qərarında əsaslandırmamışdır. İddiaçı tərəfindən cavabdeh inzibati orqana təqdim edilmiş xərc sənədləri alış aktları olmaqla, bütün kənd təsərrüfatı məhsulları alış aktları ilə kənd təsərrüfatı ilə məşğul olan şəxslərdən əldə edilmişdir. Eyni zamanda cavabdeh inzibati orqan tərəfindən hansı səbəbdən dövriyyəni əks etdirən məbləğin qəbul edilməsi, xərcləri əks etdirən məbləğin isə qəbuledilməməsi hallarını araşdırmamışdır. Hazırki iş üzrə mübahisələndirilən cavabdeh inzibati orqan tərəfin qəbul edilmiş qərarın qəbul edilməsinin qanunsuz olduğunu, cavabdeh inzibati orqanın əlavə vergi məbləğinin əsassız hesabladığını, xərc sənədlərinin qəbul edilməməsinin qanunsuz olduğunu qanunvericiliyin aşağıdakı normaları ilə əsaslandıracam. Baxmayaraq ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən Mübahisələndirilən inzibati aktı qəbul etmişinzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Birinci instansiya məhkəməsi öz qərarını düzgün əsaslandırmamış, sübutları düzgün qiymətləndirmədiyindən, cavabdeh inzibati orqanın şərti rentabelliyin tətbiq edilməsi, inzibati orqanın diskresion səlahiyyətlərini düzgün qiymətləndirmədiyi halda sonda iddiaçının qanunla qorunan hüquqlarını pozmadığı qənaətinə gəlməsini qanunsuz və əsassızdır...” Cavabdeh iddiaçının apellyasiya şikayətinə etirazını iddia ərizəsinə etirazına uyğun əsaslandıraraq birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini, cavabdehin nümayəndəsi L.Əhmədova isə onunla razılaşmamış, iddiaçının satın aldığı məhsulların satıcılarının kənd təsərrüfatlı və ya həyətyanı torpaq sahibləri olmadığını bildirərək “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5.1-ci maddəsinə istinadən hesab etmişdir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti aşağıdakı əsaslara görə təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Konkret halda işin qeyd olunan hallarından göründüyü kimi, iddiaçının cavabdeh vergi orqanına “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 2- 1(112)-472/2023 saylı xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi tələbinə dair mübahisələndirmə haqqında iddiası rədd edilmişdir. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. İşin hallarına əsasən iddiaçının əsas fəaliyyət növü “Meyvə və tərəvəzin topdan satışı” olmaqla, xx.xx.2018-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı işin mübahisələndirilməyən halıdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə vergi orqanına təqdim edilmiş 2020-ci il üçün mənfəət (gəlir) vergisi bəyannaməsi üzrə cavabdeh tərəfindən 2020-ci ildə idxal əmliyatları zamanı faktiki və statik qiymətlər arasında 6110005,85 manat fərq yarandığı və baza məlumtlarına əsasən tərtib olunmuş elektron alış aktlarınnın tərkibində 600000 manat məbləğində aşağıdakı uyğunsuzluqlar aşkar olunaraq, iddiaçıdan zəruri sənədlərin təqdim olunması tələb olunmuşdur: -vergi orqanında uçotda olan şəxslərdən (vergi ödəyicilərindən) alınan mallar üzrə elekton qaimə-faktura tərtib edilməli olduğu halda malların alış aktları ilə əldə olunması; -hüquqi şəxs vergi ödəyicisinin rəhbər və ya təsisçisinin adından alış aktlarının əldə olunması; -fiziki şəxs vergi ödəyicisi kimi öz adından alış aktlarının əldə olunması -vergi ödəyicisinin muzdlu işçisinin adından alış aktlarının əldə olunması -eyni şəxsdən spesifikliyi uyğun olmayan müxtəlif növ mallar üzrə alış aktlarının əldə olunması. Eyni zamanda, aşağıdakılar barədə ona xx.xx.2021-ci il tarixli məktub ünvanlanaraq, aşağıdakı suallarla bağlı izahat və sənədlərin tədim olunması tələb olunmuşdur: -bəyannamənin xərclər hissəsinin 1226.5.1-ci (icarə haqqı hüquqi şəxslər hüquqi şəxslər üzrə) sətrində 8400 manat, ÖMV üzrə bəyannəmənin 1607.1.1-ci sətrindəki (hüquqi şəxslər üzrə icarə haqqı) 0,00 manat məbləğindən çox olduğuna görə kənarlaşma aşkar olunmuş; - xərclər bölməsində müxtəlif sətirlərində sənədlərlə təsdiq edilməyən 13168383,43 manat məbləğində gəlirdən çıxılan xərclər müəyyən olunmuş; -bəyannamənin 1200.1-ci (malların təqdim edilməsindən gəlir) və 1200.2-ci (xidmətlərin və işlərin görülməsindən gəlir) cəmi 27173263,76 manat məblği ilə bəyannamənin “Aktivlər öhdəliklər və kapitallar barədə 1 No-li Əlavəsinnin 1.3(ehtiyatlar) sətrinnin “təqdim edilmiş, silinmiş və ləğv edilmişdir” xanalarının cəmi 27367268,08 manat məbləği ilə müqayisədə 194004,30 manat göstərildiyi aşkar edilmiş; - bəyannamənin 1226.2-ci “Sığorta haqları” sətrindəki 4258,38 manat məbləğ “muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatlar) üzrə hesablanmış sığorta haqlarının cəmindən 6 manat artıqdır. Lakin İş materallarına əsasən müəyyən olunur ki, vergi orqanının elektron qaydada göndərilmiş məktublarına iddiaçı tərəfindən cavab verilməmiş, münasibət bildirilməmişdir. Halbuki, işdə görünür ki, tərəflər arasında xx.xx.2018-ci il tarixdə bağlanmış elektron sənəd mübadiləsi haqqında müqavilə imzalanmışdır. Digər tərəfdən, Azərbaycan Respublikasının Vergi Məcəlləsini 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış saylır. Həmin Məcəllənin 37.4-cü maddəsi isə nəzərədə tutur ki, kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. İşən görünür ki, cavabdeh tərəfindən kameral yoxlamanın nəticələrinə dair “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 2-1(112)-472/2023 saylı xx.xx.2023-cü il tarixli qərar qəbul olunmaqla iddiaçıya 2020-ci il üçün bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumatlara əsasən 896.947,64 manat məbləğində əlavə gəlir vergisi hesablanmış və ödənilməsi cavabdehdən tələb olunmuşdur. Vergi orqanının həmin qərarının ləğv olunması üçün əsaslar mövcudluğu müəyyən olunumur. Belə ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5.1-ci maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən nağd qaydada satın alına bilər. İşdən isə görünür ki, iş birinci instansiya məhkəməsində araşdırılarkən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilmiş məhkəmə sorğusuna alınmış cavaba əsasən müəyyən olunmuşdur ki, iddiaçının təqdim etdiyi sənədlər əsasında onun satın aldığı 13.931.637,85 manat məbləğində kənd təsərrüfatı məhsullarının 61 nəfər satıcılarından Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən cəmi, 21 nəfərinin adına kənd tsərrüfatı təyinatlı dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlaklara dair məlumatların mövcudluğu müəyyən olunmuşdur (Cədvəl formasında məhkəməyə təqdim edilmişdir). Həmin 21 nəfər şəxslərlə olan alqı-satqı əməliyyatlarını istisna etməklə müəyyən etmişdir ki, iddiaçı tərəfindən təqdim edilən 13.931.637,85 manat məbləğində xərc sənədinin 4.284.172,7 manat hissəsi kənd təsərrüfatı təyinatlı və həyətyanı torpaq sahələri olan fiziki şəxslərdən satın alınmış kənd təsərüfatı məhsullarıdir. Belə ki, X1 161.017,67 manat, X4 61.302,83 manat, X22 107.981,73 manat, X13 310.354,20 manat, X16 229.326,55 manat, X5 471.034,71 manat, Əzimov Nazir (Nazim) Fikrət oğlundan 142.738,51 manat, X2 205.848,91 manat, X25 133.413,47 manat, X18 332.601,49 manat, X6 147.484,01 manat, X9 377.954,03 manat, X10 604.605,49 manat, X14 108.655,17 manat, X17 93.778,4 manat, X19 20.992,46 manat, X3 289.693,01 manat, X11 296.878,6 manat, X15 117.717,48 manat, X12 64.131,24 manat, X7 6.662,74 manat dəyərində kənd təsərrüfatı məhsulları satın alınmışdır. Beləliklə, müəyyyən olunmuşdur ki, iddiaçı tərəfindən satın alınan malların yalnız bir qismi kənd təsərrüfatı məhsullarının istehsalçılarından alındığı müəyyən olunur, yəni, 2020-ci ildə əldə etdiyi gəlir üçün xərc sənədləri tam şəkildə əhatə olunmur. Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə əsasən topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə, həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Göründüyü kimi, fəaliyyət növü “Meyvə və tərəvəzin topdan satışı” olan İddiaçı kənd təsərrüfatı məhsulları istehsalçısı olmayan şəxsdən nağd qaydada satın almaq hüququna malik olmadığı halda, “Nağdsız hesablaşmalar haqqında” Qanunun və Vergi Məxcəlləsinin qeyd olunan tələblərini pozaraq onlardan nağd yolla topdan satış qaydasında məhsullar almışdır. İşin hallarından göründüyü kimi, cavabdehin mübahisələnirilən qərarı ilə iddiaçıya 2020ci il üçün hesablanmış 896.947,64 manat məbləğində əlavə gəlir vergisi, iddiaçının təqdim etdiyi hesabat sənədinə, uçot baza məlumatlarına əsasən AR Nazirlər Kabinetinin 55 nömrəli qərarına müvafiq (gəlir üzrə xərc müəyyən edilməklə) (********.78/6*5=********.46)) hesablanmışdır. Vergi Məcəlləsinin 67.14-cü maddəsinin tələbinə görə bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda, mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Konkret halda da məhz, cavabdeh vergi orqanı tərəfindən Məcəllənin 67.1-ci maddəsində göstərilən hallar nəzərə alınmaqla, iddiaçının gəlir və xərclərini tam müəyyən olunması mümkünsüz olduğu aydın görünür. Çünki, qeyd olunanlardan göründüyü kimi, onun təqdim etdiyi hesabatın (bəyannəmənin) göstəricilərində və həmin göstəricilərlə vergi orqanunun uçot baza məlumatlarındən əldə olunan məlumatlar arasında uyğunsuzluqlar, o cümlədən, işə baxan birincinci instansiya məhkəməsi tərəfindən öz təsdiqini tapan uyğunsuzluqlar, yəni satın aldığı 13.931.637,85 manat məbləğində malların yalnız bir qisminin (4.287.172,7) kənd təsərrüfatı məhsullarının istehsalçılarından alındığı və bütün hallarda həmin malları nağd qaydada satın aldığı müəyyən olunmuşdur ki, bütun bunlar onun 2020-ci ildə gəlir əldə etməsi üçün çəkdiyi xərclərin tam həcmdə müəyyən edilməsini mümkünsüz edir. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən isə vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Beləliklə, İPM-in 14.1-ci maddəsinin tələbinə görə sübutetmə yükü üzərinə düşən tərəf olaraq cavabdeh vergi orqanı tərəfindən mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirilir. İddiaçı tərəfindən isə bunun əksini təsdiq edən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Qeyd olunanlar baxımından məhkəmə kollegiyası birinci insttansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşır. Ən azından, Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinin tələbinə görə vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vergi ödəyicisinin üzərinə düşür. Digər tərəfdən Eyni zamanda, «Mahmudov Rusiyaya qarşı» iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd olunmasını işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirilməlidir. Beləliklə də iddiaçının apellyasiya şikayətinin, birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu, maddi hüquq normalarının, o cümlədən Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinin pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır. Bu baxımdan, məhkəmə kollegiysı yekunda belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-472/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-472/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2159/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2159/2023
12.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver